Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Dərman və ərzaq anbarının idarə olunması



Yüklə 1,96 Mb.
səhifə27/32
tarix25.11.2016
ölçüsü1,96 Mb.
#40
1   ...   24   25   26   27   28   29   30   31   32

Dərman və ərzaq anbarının idarə olunması


QF-un 9-cu Raund vərəm layihəsinin Sub resipiyenti SX İB-nə aid dərman və ərzaq anbarı qəbul olunmuş standartlara uyğun olaraq idarə olunur.


Dərman anbarı

Azadlığa buraxılan DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş İSD xəstə azadlığa buraxıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir. SX İB-nin anbarına daxil olan dərmanlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən qəbul edilir, dərmanların sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat jurnalına” daxil edilir. Dərmanlar səliqə ilə taxçalarda müvafiq yerlərdə yerləşdirilir. Soyuq şəraitdə saxlanılması vacib olan dərmanlar (PASK və s.) anbarın soyuducusunda saxlanılır.

Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq işləyir. Anbarda havanın hərarətinə və rütubətliliyinə nəzarət etmək üçün xüsusi cihaz quraşdırılıb və cihazın göstəriciləri xüsusi tərtib olunmuş “temperatur və rütəbətliliyin qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir.

SX İB-nin anbara məsul əməkdaşı hər DD-vərəm xəstəsinin müalicə sxeminə uyğun olaraq xəstələrin dərmanlarını yığaraq qablaşdırır.

Dərmanlar qablaşdırıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə məsul tibb işçisinə təhvil verilir. Akt bir tərəfdən SX İB-nin direktoru və həkim koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır.

Anbara qəbul edilən dərmanlar “Anbar qeydiyyat jurnalına” daxil edildəkdən sonra, elektron məlumat bazasına daxil edilir. (baza Excel proqramlnda hazırlandığı üçün qoyulmuş formula vasitəsilə avtomatik olaraq aylıq, illik, mədaxil, məxaric və balans göstərilir)




Ərzaq anbarı

Azadlığa buraxılan vərəmli xəstələr üçün QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş əlavə qida məhsulları xəstə azadlığa buraxıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir. SX İB-nin anbarına daxil olan ərzaqlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən qəbul edilir, ərzaqların sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat jurnalına” daxil edilir.

Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq işləyir. Anbarda havanın hərarətinə və rütubətliliyinə nəzarət etmək üçün xususi temperaturu və rütubətliliyi ölçən cihaz quraşdırılıb və cihazın göstəriciləri xüsusi tərtib olunmuş “temperatur və rütəbətliliyin qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir.

SX İB-nin anbara məsul əməkdaşı hər DH-vərəmli və DD-vərəmli xəstə üçün 1 aylıq ərzaq məhsullarını yığaraq ayrı-ayrı paketlərdə qablaşdırır. Ərzaqlar qablaşdırıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə məsul tibb işçisinə təhvil verilir. Akt SX İB-nin direktorunun imzası ilə bir tərəfdən təhvil verən SX İB-nin həkim koordinatoru digər tərəfdən təhvil alan VƏTM-nin tibb işçisi tərəfindən imzalanır.

Anbara qəbul edilən ərzaqlar “Anbar qeydiyyat jurnalına” daxil edildəkdən sonra, elektron məlumat bazasına daxil edilir. (baza Excel proqramlında hazırlandığı üçün qoyulmuş formula vasitəsilə avtomatik olaraq aylıq, illik, mədaxil, məxaric və balans göstərilir)

Azadlığa buraxılan DD-vərəmli xəstələr onlar üçün (Beynəlxalq mütəxəssislərin rəyinə əsasən) nəzərdə tutulmuş əlavə ərzaq məhsulları (un, qarabaşaq, düyü, şəkər tozu, yağ, makaron məhsulları, qatılaşdırılmış süd, kakao, mərcimək) ilə də təmin edilirlər.




Sub-resipientə aid nəqliyyat vasitəsinin istismarı

Təyinatı üzrə istifadə

QF 9-cu Raund Vərəm Layihəsinin Sub resipiyenti Sağlamlığa Xidmət ictimai birliyi layihə çərçivəsində satın alınmış iki nəqliyyat vasitəsinə malikdir. (Niva Chevrolet və KİA Sportage) Nəqliyyat vasitəsinin biri Azərbaycan rayonlarına monitorinq/superviziya səfərləri, təminat-təchizat, müalicənin izlənilməsinə nəzarət və müayinələrin daşınması üçün nəzərdə tutulub, digəri eyni məqsədlər və layihə rəhbərinin və əməkdaşlarının İMM-yə və digər qurumlara daşınması üçün nəzərdə tutulmuşdur.


Yanacaq sərfiyyatının qeydiyyatı və hesabatı

Nəqliyyat vasitələrinin istifadəsinə nəzarət etmək məqsədilə “Marşrut qeydiyyat kitabçasından” istifadə olunur. Kitabçada tarix, səfər zamanı qət edilən məsafə, gedilən mənzil, istifadə olunan yanacaq və dövri yağ dəyişmə barədə gündəlik qeydlər aparılır.

Hər ayın əvvəlində ötən ayın yanacaq sərfiyyatı, sürülən məsafə (km), yağ dəyişmə, nəqliyyat vasitəsinin təmiri barəsində xüsusi hesabat forması doldurularaq ƏR-təqdim edilir.


Təmir

SR-in sərəncamında olan nəqliyyat vasitələrinin təmiri SR-in büdcəsi hesabına müvafiq müqavilə əsasında nəqliyyat vasitələrinin təmiri sexində həyata keçirilir.

Nəqliyyat vasitəsinin yağ dəyişmə xidməti təyin olunmuş km göstəricisinə müvafiq olaraq yerinə yetirilir və eyni zamanda avtomobilə ümumi texniki baxış keçirilərək lazım olan nasazlıqlar təmir olunmaqla/lazım gələn ehtiyyat hissələri dəyişdirilməklə aradan qaldırılır.

Göstərilən xidmətlərə görə təyin olunmuş xidmət haqqı SX İB tərəfindən İcraçının bank hesabına köçürülür.




Inventarizasiya

SX İB-nin satın alınmaqla, bağışlanmaqla yaxud ianə yolu ilə əldə etdiyi bütün mal və avadanlıqlar əldə olunma tarixinə uyğun ardıcıllıqla SX İB-nin “İnventar qeydiyyat jurnalında” qeyd edilir.

Satın alınmaqla, bağışlanmaqla, yaxud ianə yolu ilə SX İB-nin əldə etdiyi bütün mal və avadanlıqlar kodlaşdırılır və kod nömrələri onların üzərinə yapışdırılır.

Müəyyən olunmuş dövrü interval üzrə SR və ƏR tərəfindən onların inventarizasiyası aparılır.




Elektron məlumat bazası, o cümlədən Coğrafi Məlumatlar Bazası (GİS)

SX İB, GFATM 9-cu raund vərəm layihəsi çərçivəsində SR layihəsinə aid bütün məlumatların daxil edilməsi və onların idarə olunması üçün SX İB tərəfindən yaradılmış GİS elektron məlumat bazasından istifadə olunur. Bu məlumat bazası ABVX-nə aid bütün məlumatların; tibbi, qeyri-tibbi və SX İB tərəfindən təmin olunan sosial dəstək barədə məlumatların daxil edilməsi və bu məlumatların qrafiki, coğrafi və cədvəl şəklində görüntülərlə təqdim olunması üçün istifadə edilir. Həmçinin, bu məlumat bazası vasitəsilə layihənin səmərəliliyinin öyrənilməsi və onun daha da təkmilləşdirilməsi məqsədilə lazımi araşdırmalar apararılır və beynəlxalq konfranslarda təqdim olunması üçün SR layihəsinin uğur və nailiyyətləri barəsində məqalələr hazırlanması zamanı istifadə olunur.

SX İB, ABVX-nin müayinə və müalicəsinə dair məlumatların əldə olunması üçün digər elektron məlumat bazasından da istifadə edir. Belə ki, BQXK-nin dəstəyilə CDC-nin müəllifi olduğu EPİ İNFO proqramında yaradılmış ƏN İMM-nə məxsus məlumat bazasından istifadə etməklə ABVX-nin müayinə və müalicəsinə dair lazım gələn məlumatları əldə edir, onlar barəsində oradakı məlumatları SX İB-də olan məlumatlarla müqayisə edir və ABVX-nin məlumatlarını ümumi xəstələrlə birlikdə analiz edir və təhlillər aparır.

SR tərəfindən bu məlumat bazasına heç bir məlumat daxil edilmir.




Satınalmalar, o cümlədən texniki yardımın satınalınması

ƏR ilə bağlanmış müqavilə çərçivəsində SR-in Layihəyə dəstəyin bir hissəsi kimi ƏR tərəfindən verilən qrant vəsaiti hesabına aldığı avadanlıq və təchizatlar Layihəyə dəstəyin həyata keçirilməsi üçün zəruri olan avadanlıq və materiallarla məhdudlaşır. SX İB bu kimi satın alınmış materialların dəyərinin Müqaviləyə əsasən ayrılan vəsait hesabına ödəyir və ƏR tərəfindən müəyyən edilmiş İllik İş Planına əsasən SX İB satınalma işlərini həyata keçirir. Alınan avadanlıq və materialların göstəricilərini, kəmiyyətini və çatdırılma tarixləri müqavilədə göstərilir. Belə satınalınmalar zamanı ƏR və SR arasında bağlanmış müqavilənin əlavəsində nəzərdə tutulmuş proseduralar əsasında həyata keçirir. Məsləhətçi SR-lə bağladığı müqavilənin icrası zamanı əldə etdiyi hər hansı bir məlumatı tam məxfi saxlayır.

SR Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumla əlaqədar olaraq maraqların toqquşacağını güman edərsə Layihəyə dəstəklə sıx bağlı olan hər hansı bir Program üçün mal, cihaz və ya digər texniki dəstəkdən (SR - lə olan müqavilədə nəzərdə tutulmuş Layihəyə dəstəyi çıxmaq şərti ilə) Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumu məhrum etmək hüququna malikdir.

Hesabatlar

Təfsilatlı hesabatlar

Hər ayın əvvəlində ötən ay üçün SR qismində SX İB layihəyə dəstəklə bağlı bütün əlavə məsrəf və xərcləri aydın əks etdirən təfsilatlı və sistematik hesabatlar və qeydlər aparır. SX İB və onun işçi heyəti tərəfindən yerinə yetirilən bütün ödənişlər və xərclərin surəti və maliyyə hesabatı hər ay üçün növbəti ayın 10 – a qədər ƏR – in maliyyə mütəxəssisinə təqdim edilir.



      1. SR-in rüblük hesabatı

SR əsas etibarilə hər bir təqvim rübünə uyğun nailiyyətlər barədə hesabat və yoxlama və qiymətləndirmə hesabatları hazırlayaraq ƏR-ə təqdim edir. Bu cür hesabatlar müvafiq hesabat müddəti başa çatdıqdan sonra 15 (on beş) gün ərzində təqdim edilir. Bütün əlaqədar sənədlərin surətləri təqdim olunan hesabatlara əlavə edilir.

      1. Təqdim Olunacaq İllik Maliyyə Hesabatları

SR ƏR tərəfindən ayrılmış və layihəyə dəstək üçün götürülmüş vəsaitin istifadə şəklini əks etdirən illik hesabat təqdim edir. Bank hesabının durumunu əks etdirən belə hesabatlar SR-in bank hesabının bağlanmasından və müvafiq hesabat dövrü üçün maliyyə qeydlərinin götürülməsindən sonra otuz (30) gün ərzində təqdim edilir. Hesablamalar Avro ilə aparılır. Digər valyutalarla ifadə olunmuş məbləğləri Avro ilə qeyd etmək üçün Mərkəzi Bankın həmin günə mübadilə məzənnəsinə uyğun hesablanılır.


      1. Maliyyə hesabatı aşağıdakıları əks etdirir:

  • SR-in ƏR ilə bağladığı müqavilə çərçivəsində layihəyə dəstəyin həyata keçirilməsi ilə əlaqədar bilavasitə və ya dolayı yolla ƏR-dən aldığı vəsait;

  • SR-in tərtib etdiyi standart hesabat formalarında əks olunmuş layihəyə dəstəklə bağlı məsrəflər və artan öhdəliklər;

  • Alınmış vəsaitlərin, məsrəflərin və hesab qalığının SR-in hesabatının tarixi ilə müvafiqliyi.



      1. Digər hesabatlar

ABVX-in müalicəsinin mülki tibb müəssisələrində aparılmasını əks etdirən hesabatlar hazırlayır və aidiyəti qurumlara təqdim edir;

Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin effektliyini artırmaq və müalicənin daha səmərəli təşkili məqsədilə müalicə zamanı müşahidə olunmuş bütün çatışmazlıqları qeydə alır və sənədləşdirir, onları ümumiləşdirərək SN MVNP-na və ƏN TBİ-nə təqdim edir.




Əməkdaşlıq

SX İB ABVX-nin izlənilməsi layihəsinin həyata keçirilməsində ƏN LİQ, ƏN TBİ, ƏN İMM, ƏN PX, SN, SN-nin MVPM, ETACXİ, MVƏM-lər ilə sıx əməkdaşlıq edir.

Bundan başqa xəstələrin azadlığa buraxıldıqdan sonra müalicədən yayınmaları zamanı onların axtarılıb tapılması istiqamətində aparılan fəaliyyətlər çərçivəsində yerli polis bölmələri ilə də əməkdaşlıq edir.

SX İB vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən QHT kimi ölkənin vərəm üzrə QHT sektoruna üzv təşkilatlarla (həmin sektorun sədri kimi) və Ölkə Əlaqələndirmə Komitəsi ilə əməkdaşlıq edir.

ÜST-nin “Stop TB Partnerşip” qurumunun üzvü kimi daim əməkdaşlıq edir.


Bacarıqların artırılması

SX-İB nin əməkdaşları təcrübə və bacarıqlarını artırmaq məqsədilə başqa ölkələrdə ABVX-nin mülki sektorda müalicələrinin izənilməsi üzrə layihələrə səfər edir, bilik və təcrübə mübadiləsi aparır.

Beynəlxalq konfranslarda iştirak edirək, layihənin uğur və nailliyətlərini dünyanın başqa ölkələri ilə bölüşür.

SX İB, VƏTM-nin (DOT müalicəsi aparan) ABVX-nə məsul tibb işçiləri üçün təlim təşkil edir və bu yönümdə onların bilik və bacarıqlarının artırılmasına çalışır.




Planlaşdırılma

      1. İllik İş Planı

  • SX İB, ƏR-lə birgə layihəyə dəstəklə əlaqədar İllik İş Planını tərtib edib imzalayır. Iş planında dəyişiklik edilmədiyi halda köhnə İş Planının həyata keçirilməsi davam etdirilir.

  • İllik İş Planını həyata keçirmək üçün tələb olunan bütün məsrəflər ƏR tərəfindən tam şəkildə qəbul edildikdən sonra onların icrasına başlanılır. Tərəflərdən hər hansı biri tərəfindən təklif edilmiş bütün digər fəaliyyət və məsrəflər Tərəflər arasında müzakirə olunur.

  • SR həmçinin rüblük fəaliyyət planını ƏR-ə təqdim etməlidir.


Layihə göstəriciləri

Layihə göstəricilərini əks etdirən xüsusi rüblük hesabat forması ƏR tərəfindən hər növbəti layihə ilinin əvvəlində SR təqdim olunur. Bu hesabat formasına SR tərəfindən layihənin icrasına dair məlumatlar daxil edilərək doldurulur və ƏR-in LİQ-na təqdim olunur.




Layihənin işçi heyəti

Orqaniqramma




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin