Əlavə 20: İMM-də Qlobal Fondun Vərəm layihələri üzrə verilən dərman maddələrin, qida məhsulların, gigiyenik vasitələrinin və laborator materialların istifadəsi qaydaları
İMM-nin əczaxana və anbarı daim Qlobal Fondun LİQ-in satınalma üzrə mütəxəssisin nəzarəti altındadır. Hər ayın sonunda əczaxananın provizoru və baş əczaçısı LİQ-in satınalma üzrə mütəxəssisinə aylıq hesabatlar təqdim edir. Bu hesabatlarda Qlobal Fondun Vərəm əleyhinə Layihələri çərçivəsində VƏD-lərin, DD Vərəm əleyhinə müalicənin əlavə təsirlərinin alınması üçün istifadə olunan dərmanların, qida məhsulların və gigiyenik vasitələrinin xəstə hesabı aylıq mədaxil, məxaric, qalığın göstərilməsi öz əksini tapır. Verilən hesabatların əsasında növbəti ay üçün tələbat hesablanıb sifariş olunur. Qida məhsulların saxlanma müddəti qısa olduğundan aylıq əsasında, gigiyenik vasitələrin 3 aylıq (rüblük) əsasında, əlavə təsir dərmanları və VƏD-lər isə illik olaraq İMM-nin tibb xidmətinə təhvil verilir. Laborator reaktiv, reagent və işlənmə materialları icraçi şirkət tərəfindən İMM-nin laboratoriyasına hər ilin əvvəlində və gələcəkdə tələbata uyğun olaraq çatdırılır.VƏD-lərin istifadəsi haqqında qaydalar
1) Qlobal Fondun LİQ-i və TBİ tərəfindən göndərilmiş dərmanlar müəssisəyə daxil olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir, yoxlanılır, gətirilmiş dərmanların müəssisəyə girişinə icazə verilir.
2) Dərmanlar müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (aptek rəisi və ya əczaçı) tərəfindən yararlılıq müddətinə və sayına baxılaraq qəbul edilir aptek anbarında stellajlara və soyuduculara yığılır.
3) Saxlanma müddəti və sayı dəqiqləşdirildikdən sonra qaiməyə təhvil alması barədə qəbul edən şəxs tərəfindən imza atılıb, qaimənin əslinin biri həmin idarə və təşkilata geri verilir, biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir.
4) Həmin qaiməyə əsasən “VƏD-in mədaxil və məxaric jurnalı”na dərmanlar mədaxil edilir.
5) Şöbədə növbəti gün ücün nəzərdə tutulmuş xəstə sayına və hər xəstənin müalicə sxeminə uyğun gündəlik (DOTS proqramı üzrə həftənin 7 günü, DOTS plyus proqramı üzrə həftənin 6 günü) tərtib edilən dərman sifarişinə əsasən dərmanlar günün sonunda əczaçı tərəfindən sayılaraq hər bir şöbə ücün ayrılmış xüsusi dərman qablarına yığılır.
6) Hər gün səhər şöbələrin tibb bacısı və ya tibb qardaşı sifariş tələbnaməsinə əsasən yığılmış dərmanları sayıb təhvil aldıqdan sonra imzalayır.
7) Şöbələr tərəfindən verilmiş sifariş tələbnamələri toplanaraq cəmlənib “VƏD-in mədaxil və məxaric jurnalı”-nda gündəlik məxaric hissəsinə qeyd edilir.
8) Şöbələrdə xəstələrə dərman paylandıqdan sonra günün ikinci yarısında şöbənin tibb bacısı tərəfindən hansı səbəbdən (imtina, həkimin icazəsilə, azad olma ilə, məhkəmədə iştirakının vacibliyi ilə əlaqədar və s.) istifadə olunmamış VƏD-ləri aptekə qaytarılaraq əczaçıya təhvil verilir və növbəti günün sifarişi tələbnaməyə yazılır.
9) Həftə sonunda aptekə qaytarılan dərmanlar cəmlənərək “VƏD-in mədaxil və məxaric jurnalı”na mədaxil kimi qeyd edilir.
10) Hər ayın sonunda ayın əvvəlinə qalıq, ay ərzində məxaric, ay ərzində mədaxil və şöbələrdən qaytarılmış dərmanların sayı, ayın sonuna qalıq sayı toplanaraq aylıq hesabat yazılır və baş həkim tərəfindən təsdiq edilmiş hesabatın surəti TBİ-yə və Qlobal Fondun LİQ-inə göndərilir.
11) Həmin hesabatlar əsasında dərmanlar sayılaraq sənədin faktiki sayla uyğunluğu yoxlanılır.
12) TBİ-yə və LİQ-ə verilən hesabatlar və xəstə sayı hesabı əsasında növbəti yarımillik üçün VƏD-ə tələbat hesablanır və alınması hazırlanır.
13) Hər rübdə bir dəfədən gec olmayaraq dərmanların hər partiya və seriya nömrələrinə uyğun olaraq ekspertizaya göndərilir.
14) Aptekin anbarlarında gündəlik olaraq termometriya və hiqrometriya aparılaraq müvafiq qeydiyyat jurnallarında qeyd edilir.
15) VƏD-lərin istifadə müddəti əczaçı tərəfindən daim nəzarət altında saxlanılır və qısa istifadə müddəti olan dərmanlar ilkin istifadəyə buraxılır.
16) Qlobal Fondun Layihəsi çərçivəsində alınan VƏD-lərin istifadəsi, saxlanılması, paylanması, qeydiyyatın aparılması mütamadi olaraq LİQ-in satınalma üzrə mütəxəssisi tərəfindən yoxlanılıb, nəzarət altında saxlanılır.
Xəstələrə verilən sövqedici ərzaqların istifadəsi haqqında qaydalar
1) LİQ və TBİ tərəfindən göndərilmiş ərzaq məhsulları müəssisəyə daxil olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir, yoxlanılır, gətirilmiş qida məhsullarının müəssisəyə girişinə icazə verilir.
2) Qida məhsulları müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (aptek rəisi və yaxud əczaçı) tərəfindən yararlılıq müddətinə və sayına baxılaraq qəbul edilir aptekin anbarında stellajlara yığılır.
3) Saxlanma müddəti və sayı dəqiqləşdirildikdən sonra qaiməyə təhvil alması barədə qəbul edən şəxs tərəfindən imza atılıb, qaimənin əslinin biri həmin idarə və təşkilata geri verilir, biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir.
4) Həmin qaiməyə əsasən “Həvəsləndirici ərzaq məhsullarının qeydiyyatı jurnalı”na mədaxil edilir.
5) Şöbədə növbəti gün ücün nəzərdə tutulmuş xəstə sayına uyğun gündəlik (DOTS proqramı üzrə həftənin 5 günü, DOTS plyus proqramı üzrə həftənin 6 günü) tərtib edilən ərzaq sifarişinə əsasən hər səhər əczaçı tərəfindən sayılaraq hər bir şöbənin tibb bacısına təhvil verilir və şöbələrin xəstə sayı hesabına verdiyi sifariş blankını təhvil alan və təhvil verən tibb işçisi imzalayır. Ərzaq məhsulları gündəlik əsasında xəstələrə paylanılır.
6) Şöbələrin sifariş blankları toplanaraq cəmlənib qida məhsullarının mədaxil- məxaric jurnalına işlənir.
7) Hər ayın sonunda ayın əvvəlinə qalıq, ay ərzində məxaric, ay ərzində mədaxil, ayın sonuna qalıq sayı toplanaraq aylıq hesabat yazılır və baş həkim tərəfindən təsdiq edilmiş hesabatın surəti TBİ-yə və LİQ-ə göndərilir.
8) TBİ-yə və LİQ-ə verilən hesabatlar əsasında və xəstə sayı hesabı növbəti rüblük ərzaq məhsullarına tələbat hesablanır və sifarişi hazırlanır.
9) Həmin hesabatlar əsasında ərzaqlar sayılaraq sənədin faktiki sayla uyğunluğu yoxlanılır.
10) Aptekin anbarlarında gündəlik olaraq termometriya və hiqrometriya aparılaraq müvafiq qeydiyyat jurnallarında qeyd edilir.
11) Şöbədə məhbuslara paylanmış ərzaq məhsullarını məhbusların təhvil alması barədə blanklar məhbuslar tərəfindən həftəlik imzalandıqdan sonra ay ərzində aptekə təhvil verilir.
12) Ərzaq məhsullarının istifadə müddəti əczaçı tərəfindən daim nəzarət altında saxlanılır və qısa istifadə müddəti olan mallar ilkin istifadəyə buraxılır.
13) Qlobal Fondun Layihəsi çərçivəsində alınan ərzaq məhsullarının istifadəsi, saxlanılması, paylanması, qeydiyyatın aparılması mütamadi olaraq LİQ-in satınalma üzrə mütəxəssisi tərəfindən yoxlanılıb, nəzarət altında saxlanılır.
Xəstələrə verilən gigiyenik paketlərin istifadəsi haqqında qaydalar
1) LİQ və TBİ tərəfindən göndərilmiş gigiyenik mallar müəssisəyə daxil olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir, yoxlanılır, gətirilmiş gigiyenik mallara müəssisəyə girişinə icazə verilir.
2) Gigiyenik mallar müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (aptek rəisi və yaxud əczaçı) tərəfindən yararlılıq müddətinə və sayına baxılaraq qəbul edilir aptekin anbarında stellajlara yığılır.
3) Sayı dəqiqləşdirildikdən sonra qaiməyə təhvil alması barədə qəbul edən şəxs tərəfindən imzalanır, qaimənin əslinin biri həmin idarə və təşkilata geri verilir,biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir.
4) Həmin qaiməyə əsasən “Gigiyenik paketlərin qeydiyyatı jurnalı”na məhsullar mədaxil edilir.
5)“DOTS plyus proqramı üzrə müalicə alan xəstələr üçün əlavə gigiyenik paketlərin paylanma cədvəli”nə əsasən şöbədə xəstə sayına uyğun tərtib edilən sifarişə uyğun əczaçı tərəfindən sayılaraq hər bir şöbənin tibb bacısına məhsullar təhvil verilir və sifariş blankını təhvil alan və təhvil verən şəxs imzalayır. Şöbələrin tibb bacıları hər bir xəstə üçün hazırlanmış gigiyenik paketlərin adları, sayı və təhvil alınma barədə blankı xəstə tərəfindən imzalandıqdan sonra aptekə təhvil verir. Gigiyenik paketlər aylıq əsasında DOTS plyus xəstələrə paylanılır.
6) Şöbələrin sifariş blankları toplanaraq cəmlənib “Gigiyenik paketlərin mədaxil- məxaric jurnalı”na işlənir.
7) Hər ayın sonunda ayın əvvəlinə qalıq, ay ərzində məxaric, ay ərzində mədaxil, ayın sonuna qalıq sayı toplanaraq aylıq hesabat yazılır və baş həkim tərəfindən təsdiq edilmiş hesabatın surəti TBİ-yə və LİQ-ə göndərilir.
8) TBİ-yə və LİQ-ə verilən hesabatlar əsasında və xəstə sayı hesabı növbəti rüblük gigiyenik paketlərinə tələbat hesablanır və sifarişi hazırlanır.
9) Həmin hesabatlar əsasında gigiyenik paketlər sayılaraq sənədin faktiki sayla uyğunluğu yoxlanılır.
10) Şöbədə məhbuslara paylanmış gigiyenik paketlər məhbusların təhvil alması barədə blanklar məhbuslar tərəfindən imzalandıqdan sonra ay ərzində aptekə təhvil verilir.
11) Gigiyenik malların istifadə müddəti əczaçı tərəfindən daim nəzarət altında saxlanılır və qısa istifadə müddəti olan mallar ilkin istifadəyə buraxılır.
12) Qlobal Fondun Layihəsi çərçivəsində alınan gigiyenik paketlərin istifadəsi, saxlanılması, paylanması, qeydiyyatın aparılması mütamadi olaraq LİQ-in satınalma üzrə mütəxəssisi tərəfindən yoxlanılıb, nəzarət altında saxlanılır.
2-ci sıra VƏD-lərlə müalicənin yan təsirlərinin idarəedilməsi üçün dərmanların istifadəsi haqqında qaydalar
1) LİQ və TBİ tərəfindən göndərilmiş gigiyenik mallar müəssisəyə daxil olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir, yoxlanılır, gətirilmiş gigiyenik mallara müəssisəyə girişinə icazə verilir.
2) Gigiyenik mallar müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (aptek rəisi və yaxud əczaçı) tərəfindən yararlılıq müddətinə və sayına baxılaraq qəbul edilir aptekin anbarında stellajlara yığılır.
3) Sayı dəqiqləşdirildikdən sonra qaiməyə təhvil alması barədə qəbul edən şəxs tərəfindən imzalanır, qaimənin əslinin biri həmin idarə və təşkilata geri verilir,biri isə İMM-nin aptekinin qaimələr olan qovluğuna tikilir.
4) Həmin qaiməyə əsasən “Əlavə təsir dərmanların qeydiyyat jurnalı”-na dərmanlar mədaxil edilir.
5) Əlavə təsir dərmanları fərdi əmsal hesabı əsasında (xəstələrin sayından asılı olaraq) sayılır və, əsasən, həftəlik şöbələrə paylanılır.
6) Hər həftə şöbələrin tibb bacısı və ya tibb qardaşı sifariş tələbnaməsinə əsasən yığılmış dərmanları sayıb təhvil aldıqdan sonra imzalayır.
7) Şöbələr tərəfindən verilmiş sifariş tələbnamələri toplanaraq cəmlənib “Əlavə təsir dərmanların jurnalı”-nda gündəlik məxaric hissəsinə qeyd edilir.
8) Şöbələrdə xəstələrə dərman paylandıqdan və ya vurulduqdan sonra həftə ərzində şöbənin tibb bacısı tərəfindən hər hansı bir səbəbdən (imtina, həkimin icazəsilə, azad olma ilə, məhkəmədə iştirakının vacibliyi ilə əlaqədar və s.) istifadə olunmamış dərman maddələri aptekə qaytarılaraq əczaçıya təhvil verilir və növbəti həftənin sifarişi tələbnaməyə yazılır.
9) Həftə sonunda aptekə qaytarılan dərmanlar cəmlənərək “Əlavə təsir dərmanların jurnalı”-nda mədaxil kimi qeyd edilir.
10) Hər ayın sonunda ayın əvvəlinə qalıq, ay ərzində məxaric, ay ərzində mədaxil və şöbələrdən qaytarılmış dərmanların sayı, ayın sonuna qalıq sayı toplanaraq aylıq hesabat yazılır və baş həkim tərəfindən təsdiq edilmiş hesabatın surəti TBİ-yə və LİQ-ə göndərilir.
11) Həmin hesabatlar əsasında dərmanlar sayılaraq sənədin faktiki sayla uyğunluğu yoxlanılır.
12) TBİ-yə və LİQ-ə verilən hesabatlar və xəstə sayı hesabı əsasında növbəti il üçün əlavə təsir dərmanlara tələbat hesablanır və alınması hazırlanır.
13) Aptekin anbarlarında gündəlik olaraq termometriya və hiqrometriya aparılaraq müvafiq qeydiyyat jurnallarında qeyd edilir.
14) Əlavə təsir dərmanların istifadə müddəti əczaçı tərəfindən daim nəzarət altında saxlanılır və qısa istifadə müddəti olan dərmanlar ilkin istifadəyə buraxılır.
15) Qlobal Fondun Layihəsi çərçivəsində alınan əlavə təsir dərmanların istifadəsi, saxlanılması, paylanması, qeydiyyatın aparılması mütamadi olaraq LİQ-in satınalma üzrə mütəxəssisi tərəfindən yoxlanılıb, nəzarət altında saxlanılır.
İMM-in Laboratoriyasında istifadə olunan reaktiv, reagent və işlənmə materiallarının istifadəsi haqqında qaydalar
1) İMM-in laboratoriya müdiri hər ilin sonunda nəzərdə tutulan (xəstə hesabından) müayinələrin əsasında növbəti il üçün Tələbnamə Formasını hazırlayır. Bu forma LİQ-in satınalma üzrə mütəxəssisinə imzalanmış şəkildə təqdim olunur.
2) TBİ-i və LİQ tərəfindən satınalınmış laborator materialları il ərzində istifadə olunduqca İMM-nin laboratoriyasına təhvil verilir.
3) LİQ və TBİ tərəfindən göndərilmiş laborator materialları müəssisəyə daxil olarkən əvvəlcə qaimənin surəti nəzarət buraxılış məntəqəsinin əməkdaşlarına təqdim edilir, yoxlanılır, gətirilmiş malların müəssisəyə girişinə icazə verilir.
4) Laborator materialları müəssisəyə daxil olduqdan sonra təhvil alan şəxs (laboratoriyanın müdiri) tərəfindən yararlılıq müddətinə və sayına baxılaraq qəbul edilir, laboratoriyanın anbarlarda stellajlara və soyuduculara yığılır.
5) Saxlanma müddəti və sayı dəqiqləşdirildikdən sonra qaiməyə təhvil alması barədə qəbul edən şəxs tərəfindən imza atılıb, qaimənin əslinin biri həmin idarə və təşkilata geri verilir, o biri isə İMM-nin laboratoriyasının qaimələr olan qovluğuna tikilir.
6) Ay ərzində işlənmiş materialların qeydiyyatı laboratoriya müdiri tərəfindən aparılır. Ayın sonunda mədaxil, məxaric və qalığlar hesablanaraq yazılı şəkildə aktlaşdırılır.
7) Laboratoriyanın reagent, reaktiv və işlənmə materiallarının hesabatları rüblük (3 ay) əsasında LİQ-ə təqdim olunur.
Dostları ilə paylaş: |