Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Əlavələr Əlavə 1: Tibb heyətinin vərəmə görə öhdəlikləri və standart əməliyyatlar proseduru



Yüklə 1,96 Mb.
səhifə19/32
tarix25.11.2016
ölçüsü1,96 Mb.
#40
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

Əlavələr

Əlavə 1: Tibb heyətinin vərəmə görə öhdəlikləri və standart əməliyyatlar proseduru

CM-lərin və İT-lərin TSH-lərinin heyətinin öhdəlikləri


  • Məhbus müəssisəyə daxil olduqdan sonra ilk üç gün ərzində vərəmə görə skrininq keçirmək.

  • Bütün müəyyən edilmiş simptomları və əlamətləri məhbusun tibb kitabçasında və xüsusi sorğu anket vərəqəsində qeyd etmək.

  • Xüsusi kitabda vərəm ehtimal edilən şəxslərin qeydiyyatını aparmaq.

  • Vərəm ehtimal edilən məhbusu digər məhbuslardan ayırmaq.

  • Vərəm ehtimal edilən şəxsdən bəlğəm toplamaq və nümunəni laboratoriyaya göndərmək.

  • Əldə edilmiş skrininq nəticələrinə əsasən və klinik vəziyyətinə görə zəruri hallarda məhbusu İMM-yə göndərmək.

  • İMM-dən müalicədən sonra qayıtmış bütün məhbusları vərəmə görə hər 6 aydan bir dəfə müayinə etmək, onların bəlğəmini toplamaq və laboratoriyaya müayinəyə göndərmək.

  • Bütün İİV-ə yoluxmuş şəxsləri hər 6 aydan bir vərəmə görə yoxlamaq.

  • İzoniazidlə profilaktika təyin edilmiş İİV-ə yoluxmuş şəxslərin izoniazid qəbuluna gündəlik nəzarət etmək.

  • Vərəmə görə kütləvi müayinələrin müntəzəm və keyfiyyətli keçirilməsini təmin etmək.

  • Vərəm üzrə səhiyyə marifçiliyi materiallarının məhbuslar və işçi heyət arasında paylaşdırmaq, müvafiq maarifçilik işi aparmaq.

  • Aşkar edilmiş vərəm hallarının epidemioloji kontaktları üzərində müşahidəni təmin etmək.

  • Vərəmə görə risk qrupuna aid şəxslər üzərində müşahidəni təmin etmək.

  • Fərdi infeksiyaya nəzarət tədbirlərini təmin etmək.

Müalicə müəssisəsinin tibb heyətinin öhdəlikləri


  • Məhbus müəssisəyə daxil olduqdan sonra ilk üç gün ərzində vərəmə görə skrininq keçirmək.

  • Bütün müəyyən edilmiş simptomları və əlamətləri məhbusun adına açılmış xəstəlik tarixində qeyd etmək.

  • Vərəm ehtimal edilən şəxslərin qeydiyyatı aparılır.

  • Vərəm ehtimal edilən məhbusu digər məhbuslardan ayırmaq.

  • Vərəm ehtimal edilən şəxsdən bəlğəm toplamaq və laborator müayinəsini aparmaq.

  • Xüsusi nəqliyyat vasitəsi çağırmaq və vərəm müəyyən edilmiş məhbusu İMM-yə göndərmək.

  • İMM-dən müalicədən sonra köçürülmüş bütün məhbusları vərəmə görə hər 3 aydan bir yoxlamaq, onların bəlğəmini toplamaq və laborator müayinəsini aparmaq.

  • Vərəm üzrə səhiyyə marifçiliyi materiallarının məhbuslar və işçi heyət arasında paylaşdırmaq, müvafiq maarifçilik işi aparmaq.

  • Bütün İİV-ə yoluxmuş şəxsləri MM-də saxlandıqları müddətdə hər 6 aydan bir vərəmə görə yoxlamaq.

  • İzoniazidlə profilaktika təyin edilmiş İİV-ə yoluxmuş şəxslərin izoniazid qəbuluna gündəlik nəzarət etmək.

  • Aşkar edilmiş vərəm hallarının epidemioloji kontaktları üzərində müşahidəni təmin etmək, onların tibb kitabçalarında bu barədə müvafiq qeydiyyat aparmaq və GEM-i məlumatlandırmaq.

  • Vərəmə görə risk qrupuna aid şəxslər üzərində müşahidəni təmin etmək.

  • Fərdi infeksiyaya nəzarət tədbirlərini təmin etmək.

İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibbi heyətin öhdəlikləri


İMM-nin tibbi heyətin öhdəlikləri əməkdaşların çalışdıqları şöbələrin standart əməliyyat prosedurları ilə bağlıdır. tibb heyəti arasında konkret vəzifələrin bölüşdürülməsi səlahiyyəti tibb xidmətinin baş həkiminə məxsusdur.

Qəbul şöbəsi


  • Qeydiyyat kitabında və elektron məlumat bazasında bütün daxil olan məhbusların qeydiyyatını aparmaq.

  • Bütün daxil olan məhbuslara xəstəlik tarixi açmaq və bütün aparılan müayinə və analiz nəticələrinin qeydiyyatını aparmaq.

  • Bütün daxil olan məhbusları onların ilkin bakterioloji statusuna görə bölüşdürmək və ayrılıqda saxlamaq.

  • Yaxın 3 gün ərzində üç bəlğəm nümunəsinin toplanmasını təmin etmək.

  • Daxil olduqdan sonra ilk 3 gün ərzində şüa müayinəsinin keçirilməsini təmin etmək.

  • Daxil olduqdan sonra ilk 3 gün ərzində hepatitlərə və İİV-ə (könüllülük əsasda) görə analizlər daxil olmaqla qanın kliniki-laborator müayinəsini aparmaq.

  • Ehtiyac olan digər əlavə üsullarla müayinələri təmin etmək.

  • Aparılmış bütün müayinələrin nəticələrini xəstəlik tarixində əks etdirmək və müayinələr başa çatdıqdan sonra ən yaxın müddətdə keçirilən konsiliuma təqdim etmək.

  • Zəruri hallarda və ağır kliniki əlamətlər olduqda xəstənin dərhal intensiv terapiya və ya reanimasiya şöbəsinə köçürmək.

  • Konsiliumun qərarına əsasən xəstəni 1 gün ərzində müvafiq müalicə şöbəsinə köçürmək.

  • Vərəm təsdiq edilməmiş məhbusların bütün müayinə nəticələrinin fərdi tibb kitabçalarına daxil etmək və onları cəza çəkdikləri müəssisəyə geri göndərmək.

  • Simptomatik və təxirəsalınmaz müalicə aparmaq üçün zəruri dərman ehtiyatına və digər vasitələrə malik olmaq.

  • Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq.

  • Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük hesabat təqdim etmək.

  • Infeksiyaya nəzarət vasitələrin (sorucu-çıxarıcı ventilyasiya, ultrabənövşəyi şüalandırıcılar) lazımi qaydada fəaliyyət göstərməsinə və onlara standartlara uyğun xidmət edilməsinə nəzarət etmək. Xüsusi kitabda avadanlığın yararlılığı barədə məlumatın qeydiyyatını aparmaq.

  • Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək.

  • Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.

  • Bütün tibbi məlumatın tələb olunan qaydada doldurulmasını, saxlanmasını və qeydiyyatını təmin etmək.

Müalicə şöbələri


  • Şöbəyə daxil olmuş və köçürülmüş bütün xəstələrin qeydiyyatını aparmaq.

  • Dinamikanı, təyinatları, müayinələri, yan təsirləri, digər mütəxəssislərin bütün zəruri konsultasiyalarını əks etdirən hər xəstə üçün xəstəlik tarixlərini aparmaq.

  • Bakterioloji statusuna və dərman həssaslığı göstəricilərinə görə xəstələrin vaxtında bölgüşdürülməsini aparmaq.

  • Vərəmə görə konsiliumun təyin etdiyi müalicənin bilavasitə müşahidə altında qəbul olunmasını təmin etmək.

  • VƏD-lərin YT-lərin monitorinqini və idarəolunmasını təmin etmək.

  • Simptomatik və təxirəsalınmaz müalicə aparmaq üçün zəruri dərman ehtiyatına və digər vasitələrə malik olmaq.

  • Aptekə hər gün VƏD-lə bağlı sifariş vermək və istifadə olunmamış VƏD-i qaytarmaq. Zəruri hallarda YT aradan qaldırmaq və yanaşı xəstəliyi müalicə etmək üçün preparatlar sifariş etmək.

  • Xəstələrin müalicəyə sadiqliyini gücləndirmək üçün sövqedici bağlamaların qəbulunu təmin etmək.

  • Zəruri hallarda təyinatlara korreksiyaların edilməsi üçün xəstələri konsiliuma təqdim etmək.

  • Müalicənin başa çatdırılması üçün xəstələri əldə edilmiş müalicə nəticələri ilə konsiliumun müzakirəsinə təqdim etmək və onları dispanser şöbəsinə köçürmək.

  • Infeksiyaya nəzarət vasitələrin (sorucu-çıxarıcı ventilyasiya, ultrabənövşəyi şüalandırıcılar) lazımi qaydada fəaliyyət göstərməsinə və onlara standartlara uyğun xidmət edilməsinə nəzarət etmək. Xüsusi kitabda avadanlığın yararlılığı barədə məlumatın qeydiyyatını aparmaq.

  • Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək.

  • Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.

  • Xəstənin vəziyyətinin monitorinqi və tamdəyərli müalicə aparmaq üçün zəruri hallarda sahə mütəxəssislərinin konsultasiyalarını təmin etmək.

  • Bütün tibbi məlumatın tələb olunan qaydada doldurulmasını, saxlanmasını və qeydiyyatını təmin etmək.

  • Azad olunduqdan sonra müalicənin aparılmasına və təşkil edilməsinə məsul şəxslərlə əməkdaşlıq etmək.

  • Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük hesabat təqdim etmək.

Dispanser şöbəsi


  • Şöbəyə daxil olmuş və köçürülmüş bütün şəxslərin qeydiyyatını aparmaq.

  • Müalicəni bitirmiş şəxslər üzərində zəruri müşahidəni təmin etmək.

  • Müalicəni bitirmiş məhbusların konsiliumun qərarına əsasən 3 – 6 ay ərzində saxlanmasını təmin etmək.

  • Müalicəni bitirmiş məhbusları hər 3 aydan bir vərəmə görə yoxlamaq.

  • Simptomatik və təxirəsalınmaz müalicə aparmaq üçün zəruri dərman ehtiyatına və digər vasitələrə malik olmaq.

  • Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq.

  • Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.

  • Xəstənin vəziyyətinin monitorinqi üçün zəruri hallarda sahə mütəxəssislərinin konsultasiyalarını təmin etmək.

  • Bütün tibbi məlumatın tələb olunan qaydada doldurulmasını, saxlanmasını və qeydiyyatını təmin etmək.

  • Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük və illik hesabat təqdim etmək.

  • Şöbədə saxlanmasının başa çatdırılması üçün qəbul edilmiş müalicə, həyata keçirilmiş müşahidə və müayinə nəticələrini konsiliumun müzakirəsinə təqdim etmək. Konsiliumun qərarına əsasən məhbusu ya yenidən müalicəyə cəlb etmək üçün müalicə şöbəsinə və ya cəza çəkdiyi müəssisəyə göndərilir.

  • Azad olunduqdan sonra müalicənin aparılmasına və təşkil edilməsinə məsul şəxslərlə əməkdaşlıq etmək.

  • İnfeksiyaya nəzarət tədbirlərinin tətbiqini təmin etmək.

Palliativ qayğı şöbəsi


  • Şöbəyə daxil olmuş və köçürülmüş bütün şəxslərin qeydiyyatını aparmaq.

  • Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.

  • Konsiliumun qərarına müvafiq olaraq palliativ qayğı tədbirlərini təmin etmək.

  • Xəstənin vəziyyətinin monitorinqi və tamdəyərli müalicə aparmaq üçün zəruri hallarda sahə mütəxəssislərinin konsultasiyalarını təmin etmək.

  • Simptomatik və təxirəsalınmaz müalicə aparmaq üçün zəruri dərman ehtiyatına və digər vasitələrə malik olmaq.

  • Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq.

  • Bütün tibbi məlumatın tələb olunan qaydada doldurulmasını, saxlanmasını və qeydiyyatını təmin etmək.

  • Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük və illik hesabat təqdim etmək.

  • Infeksiyaya nəzarət vasitələrin (sorucu-çıxarıcı ventilyasiya, ultrabənövşəyi şüalandırıcılar) lazımi qaydada fəaliyyət göstərməsinə və onlara standartlara uyğun xidmət edilməsinə nəzarət etmək. Xüsusi kitabda avadanlığın yararlılığı barədə məlumatın qeydiyyatını aparmaq.

  • Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək.

  • Azad olunduqdan sonra müalicənin aparılmasına və təşkil edilməsinə məsul şəxslərlə əməkdaşlıq etmək.

  • Həyatın uzadılmasına deyil, onun keyfiyyətinin təmin edilməsinə çalışmaq lazımdır. Bu zaman xəstənin qidadan və / və ya ziyarətçilərdən imtinası və ya əksinə olan istəkləri ilə barışmaq lazımdır. Başlıca olaraq gigiyenik tələbatların ödənilməsinə yönəlmiş şəfqət qayğısını davam etdirmək zəruridir.

  • Palliativ qayğının təmin edilməsinin prinsipləri həyati funksiyaların maksimal dərəcədə əsirgəyici üsullarla dəstəklənməsinə, əsas xəstəliyi müşayiət edən ağrı sindromuna nəzarət olunmasına əsaslanır.

Aptek şöbəsi


  • 1-ci və 2-ci sıra VƏD-lərə İMM-nin tələbatını müəyyən etmək və sifarişini hazırlamaq.

  • YT idarəedilməsi üçün İMM-nin tələbatını müəyyən etmək və sifarişini hazırlamaq.

  • Mədaxil edilmiş preparatların ciddi qeydiyyatını və saxlancını təmin etmək.

  • Dərman preparatlarını tələb olunan temperatur rejimi və rütubət səviyyəsinə müvafiq qaydada saxlamaq.

  • Bütün şöbələri zəruri preparatlarla fasiləsiz təmin etmək.

  • Istifadə edilməmiş preparatların qalığını geri götürmək və müvafiq qaydada mədaxil etmək.

  • Keyfiyyətə xarici nəzarət üçün təsadüfi seçmə üsulu ilə VƏD-ləri SN Dərman vasitələrin Analitik Ekspertiza Mərkəzinə göndərmək.

  • Anbarda və şöbələrdə olan bütün dərman vasitələrinin hər ay hesablanmasını və inventarizasiyasını aparmaq.

  • Yararlılıq müddətinə və istifadəsinə müvafiq olaraq mövcud dərman vasitələrinin idarəolunmasını təmin etmək.

  • Dərman vasitələrinin və sövqedici bağlamaların saxlanmasına və buraxılmasına ciddi nəzarəti təmin etmək.

  • Bütün məlumatların kağız və elektron daşıyıcılarda tələb olunan doldurulmasını, saxlanmasını və qeydiyyatını təmin etmək.

  • Azad olunduqdan sonra müalicənin aparılmasına və təşkil edilməsinə məsul şəxslərlə əməkdaşlıq etmək.

  • Müalicə prosesi ilə əlaqədar bütün digər vasitələrin sifarişini, qeydiyyatını və bölüşdürülməsini Əlavə 20-ə müvafiq olaraq aparmaq.

Statistika şöbəsi


  • Kağız və elektron daşıyıcılarda olan və toplanmış bütün mövcud məlumatların qeydiyyatını, uçotunu və saxlancını təmin etmək.

  • ƏN TBİ-yə təqdim etmək üçün tələb olunan hesabatları vaxtında hazırlamaq

  • İMM-yə daxil olmuş məhbusların hərəkətini və xəstələrin şöbələrarası köçürülmələrini izləmək.




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin