Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 3. PEDAQOJİ PSİXOLOGİYADA ŞƏXSİYYƏT PROBLEMİ



Yüklə 135,86 Kb.
səhifə10/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   6   7   8   9   10   11   12   13   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 3. PEDAQOJİ PSİXOLOGİYADA ŞƏXSİYYƏT PROBLEMİ

PLAN:

1. Pedaqoji psixologiyada şəxsiyyət problemi

1. Müasir gəncliyin bəşəriyyətin əldə etdiyi nailiyyətlərə və mənəvi sərvətlərə yiyələnməsində bir vətəndaş kimi yetişməsində təhsilin rolu danılmazdır. Təhsil ümumbəşəri hadisədir. Onun forma və məzmunu, funksiyaları vardır. Təhsil siste- mində özünəməxsus müsbət və mənfi cəhətlər özünü göstərməkdədir. Təhsil ilkin hadisədir, şəxsiyyət məhz təhsildə formalaşır. Təhsilin forma və məzmunu, onun ümumi sferası şəxsiyyətə təsir göstərməklə onun istiqamətlərini müəyyənləşdirir.

Təhsil sistemində çalışan hər kəsin gəldiyi qənaət belədir ki, təhsil şəxsiyyəti formalaşdırır. Zaman keçdikcə şəxsiyyətin formalaşmasına təsir göstərən amillərin məzmununun dəyişməsi problemə yeni konteksdən yanaşılmasını zəruri edir. Bu zərurət aşağıdakı səbəblərdən yaranır:

Birincisi, şəxsiyyət və təhsil mühiti inteqrativ əlaqədə götürülməli, konkret təhsil şəraitinin şəxsiyyətin formalaşmasına göstərdiyi təsir mexanizmi ayırd edilməlidir.

İkincisi, şəxsiyyət kimi formalaşma, əqli cəhətdən formalaşmadan fərləndiyi təhsil işçiləri tərəfindən nəzərə alınmır.

Üçüncüsü, şagird və tələbənin şəxsiyyət kimi formalaşması üçün zəruri olan özünütəsdiqə və özünügerçəkləşdirməyə təlim prosesində şərait yaradılmır. Dördüncüsü, təlim materiallarının, onların tədrisi metodikasının şəxsiyyətlə bağlılığına hərtərəfli diqqət yetirilmir.

Beşincisi, sosial-iqtisadi şəratin dəyişilməsi fonunda təhsildə uzun illərdən bəri yığılıb qalmış psixoloji məsələlər həll edilməmiş qalır.

Bu cəhətlər birbaşa şəxsiyyətin formalaşması ilə vəhdətdə, qırılmaz əlaqə-dədir. Şəxsiyyət yalnız intellektual keyfiyyətlərin təcəssümü deyil, o həm də özündə şəxsi keyfiyyətlər ehtiva edir. Bu şəxsi və ya şəxsiyyət keyfiyyətləri onun ümumi inkişafının istiqamətini, dünyagörüşünü müəyyənləşdirir. Ayrı-ayrı mənbələrdə təhsil sistemi dedikdə, ilk növbədə ibtidai, orta məktəb, texniki peşə məktəbləri, kolleclər, ali məktəblər və s. müəssisələrinin sosial inkişafı nəzərdə tutulur. Təhsil sistemi qarşılıqlı əlaqədə olan elementlərdən təşkil olunmuş strukturlara malikdir. Təhsil sisteminin ayrı-ayrı elementləri və yarım strukturları sistem kimi zəruri olan ümumi məqsədə, ümumi pozitiv nəticəyə xidmət edir. Təhsil sistemi, onun məzmunu və forması dinamik xarakter kəsb etməlidir.

Pedaqoji psixologiya belə bir fikri əsas götürür ki, şəxsiyyətin formalaş- masında ümdə rol tərbiyəyə məxsusdur. Tərbiyə uşağın təkcə həyat və fəaliyyətini təşkil etməklə, qaydaya salmaqla məhdudlaşmır, eyni zamanda mövcud pedaqoji prinsiplərə müvafiq olaraq hər bir konkret şəxsiyyətin imkanlarını aşkara çıxar- mağa imkan verən fərdi mühit və ya inkişaf şəraiti yaradır, onun fəallığını təmin edir. Nəticədə hər bir konkret şəxsiyyətin formalaşması və inkişafı baş verir.

Şəxsiyyət fəaliyyət və ünsiyyətdə təşəkkül tapır. Təbii ki, fəaliyyət prosesinin dəyişməsi subyektin motivlərinin məzmununun dəyişməsindən irəli gəlir. Təhsildə ünsiyyətin psixoloji modeli əsasında "subyekt-subyekt" sxemu durur. Əgər pedaqoji fəaliyyətdə "subyekt-subyekt" münasibətləri ön plana çəkilirsə və belə olması tələb olunursa, artıq hər bir pedaqoqun başqalarını adekvat dərk etməsi, özünü onun yerinə qiyması, onun problemlərini yaşaması vacibdir. Çünki əks əlaqə və təsirlər mümkündür.

Təhsil sistemində pedaqoji fəaliyyətin müxtəlif cəhətləri və özünəməxsus spesifikliyi vardır. Bu fəaliyyətin mərkəzi elementi müəllimdir. Odir ki, təhsil cəmiyyətlə müqayisədə daha dinamik olmalı, onunla ayaqlaşmalıdır. Ancaq təhsil sisteminin subyektləri də bu dinamikliyi qorumalı olur. Müasir dövrdə müəllim fəaliyyətində ən başlıca cəhət özünü refleksiya etməsidir. Təlim və təhsil elə sistem və əsaslar üzərində qurulmalıdır ki, burada psixoloji məsələlər əsas kimi götürülsün. Ən başlıcası isə şəxsiyyət amilinin formalaşması və təşəkkülünə diqqət yetirilsin. Təhsildə şəxsiyyətlə bağlı mühüm məsələlərdən biri də ümumi inkişafla, intellektual inkişafın qarışdırılması və ya onların diferensiasiya edilməməsidir.

Şəxsiyyətlə psixi proseslərin inkişafının identifikasiya edilməsi baş verir. Ailələrdə eyni problemlər yaşanır. Valideynlər uşaqların daha çox savadlı olmasına fikir verərək onların şəxsiyyət kimi formalaşmasına diqqət yetirmirlər. Bu tendensiya məktəbdə də davam etdirilir. Öz intellektual keyfiyyətləri ilə fəxr edən "eqoist" şəxsiyyət təşəkklü tapır. Ən sadə halda isə öz uşaqlığını itirmiş, vaxtından əvvəl "böyüyə" çevrilmiş utancaq, sözünü deyə bilməyən yalanlığa meylli şəxslər formalaşır. Bu neqativ cəhətin aradan qaldırılması təhsil sistemində şagirdin özünütəsdiqinə, özünügerçəkləşdirməsinə imkan yaradır. Şəxsiyyət kimi formalaşmanın yolu özünügerçəkləşdirmədən, özünütəsdiqdən keçir. Xüsusilə stressə qarşı dözümlülük, iradəli olmaq, hər bir çətinlikdə məna axtarmaq, təhsildə fəlsəfi, pedaqoji və psixoloji psrsmetrlərin niteqrativ əlaqəsini yaradılması çox zəruridir.

Təhsildə şəxsiyyətin özünügerçəkləşdirməsi üçün baza elementləri kimi ətrafdakılara diqqət yetirmək lazımdır:




Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin