Mərhələ II. TZİE nin logistika anlayışından fərqləndirilməsi
1990 –cı illərin birinci yarısı
|
TZİE logistikadan təcrid edilməsi, bir elm kimi müstəqilformalaşması istiqamətində tədqiqatlar aparılıq. Logistika və təchizat zənciri idarəetməsi anlayışları və terminlərinin sistemləşdirilməsinə ehtiyac yaranır
|
Mərhələ III. Təchizat zəncirinin idarə edilməsinin klassik konsepsiyasının formalaşması
1990 –cı illərin ikinçi yarısı -2000 illərin əvvəli
|
Bu mərhələdə inteqrasiya edilmiş logistika və təchizat zəncirinin idarə edilməsi arasındakı fərq dəqiqləşdirilir, məsələn, nəzarət, koordinasiya funksiyaları “təchizat zəncirinin idarə edilməsi”ndə əlavə olunur. Artıq TZİE bir elm kimi yanaşma formalaşır
|
Mərhələ IV. Müasir yanaşma
2000 illərin ikinçi yarısı
|
Müasir təcrübə şirkət və təchizat zəncirin digər üzvləri arasında əlaqələr qurarkən şirkətdaxili planlaşdırmaya və resursların optimallaşdırılmasına diqqət yetirir. Təchizat zəncirinin idarə edilməsinin nəzəriyyəsi və praktikasının dərindən öyrənilməsi və onların müxtəlif bazarlara uyğunlaşdırılması aparılır.
|
Mərhələ V. Təchizat Zəncirinin İdarə Edilməsi nəzəriyyəsi və təcrübəsinin inkişaf mərhələsi
2008-ildən hal-hazıra kimi
|
Bu mərhələdə təchizat zəncirlərinin nəinki ənənəvi material axınının idarə edilməsini təmin edən, həm də istehsalın özünün təşkili və planlaşdırılmasına təsir edən müasir informasiya platformalarına tam keçidi var. Bu, bazarın tələblərinə tam uyğun olaraq müvafiq həcmdə, keyfiyyətdə və nomenklaturada məhsulların vaxtında buraxılması üçün istehsalı tez bir zamanda qurmağa imkan verir.
|
Keçən əsrin sonu və bu əsrin əvvəllərində gərgin qlobal rəqabət SCM-nin gələcək təkamülünü stimullaşdırdı. Görkəmli idarəetmə nəzəriyyəçilərindən biri Peter Drucker və onun ardınca tanınmış konsaltinq şirkətləri biznesin idarə edilməsi paradiqmasında SRM-ə doğru dəyişikliyi elan etdilər. P.Drukerin fikrincə, “müasir biznesin idarə edilməsi paradiqmasında ən mühüm dəyişikliklərdən biri odur ki, ayrı-ayrı müəssisələr artıq bir-biri ilə muxtar qurumlar kimi rəqabət apara bilmir, təchizat zəncirləri kimi rəqabət aparırlar. Biznesin idarə edilməsi şəbəkələrarası rəqabət dövrünə qədəm qoyub və müəssisənin son uğuru şirkət rəhbərliyinin mürəkkəb işgüzar əlaqələr şəbəkəsini inteqrasiya etmək bacarığından asılı olacaq.” (Drucker Р. F. Practice of Management. Oxford: Butterworth Heinemann, 1998)
Dostları ilə paylaş: |