Təchizat zəncirinin idarə edilməsi ilə logistika arasında fərq “Tədarük zənciri” və “Logistika”anlayışları çox zaman bir-birilə qarışdırıla bilir. Logistika anlayışı bir malın istehsalçıdan istehlakçıya qədər çatdırılmasında həyata keçirilən fəaliyyətlərin cəmidir. Tədarük zənciri isə malın və ya xidmətlərin xam maddədən müştəriyə çatdırılmasına qədər olan dövrdə olan mərhələləri, məlumat axınını əhatə edir. Əslində tədarük zənciri ilə logistika arasındakı ən böyük fərq tədarük zəncirinə xam maddə istehsalının da daxil olmasıdır. Ortaq məqsədin isə müştərinin, yəni istehlakçının ehtiyaclarının qarşılanması olduğunu görə bilərik. Logistikanın həyata keçirilməsi üçün nəql, anbarlama, gömrük, qablaşdırma və paylama mərhələlərinin yerinə yetirilməsi lazımdır.
Tədarük zənciri-Xammalın məhsullara çevrilməsi və müştərilərə çadırılmasıdır
Logistika - Tədarük zəncirində malların hərəkətidir. Logistika konkret məqsədlərə nail olmaq üçün yaradılmış iqtisadi sistem daxilində insanların və/və ya malların hərəkəti və yerləşdirilməsinin, habelə bu cür hərəkət və yerləşdirmə ilə bağlı dəstəkləyici fəaliyyətlərin planlaşdırılması, icrası və nəzarətidir.
Tədarük, satın alma, istehsal və logistika ilə əlaqəli olan bütün fəaliyyətlər tədarük zəncirinin idarə edilməsi prosesində cəmlənir. Ən vacibi isə tədarükçülər, distributorlar və müştərilər kimi tərəflərlə əlaqələndirməni və əməkdaşlığı əhatə edir. Göründüyü kimi logistika tədarük zəncirinin kiçik bir hissəsidir.
Logistika və tədarük zənciri idarəçiliyi arasında ən böyük fərqlərdən biri şirkət içərisində nəzərdə tutulan məqsəd və vəzifələrdir. Təşkilat departamentində logistikanın məqsədləri və hədəfləri müştərilərin təşkilatla qarşılıqlı əlaqələri zamanı maksimum məmnuniyyət əldə etmələrini təmin etməkdir. Logistik mütəxəssisi müştərilərin istədikləri malları asanlıqla doğru keyfiyyət və miqdarda əldə etməsini təmin edir. Digər tərəfdən tədarük zəncirinin idarə edilməsi şirkətin effektivlik və səmərəlilik yolu ilə rəqabət və müqayisə edilən üstünlük əldə etməsini təmin etmək məqsədi daşıyır. Daha da vacibi tədarük zəncirinin idarə edilməsi şirkətin malı mümkün olan ən yüksək qiymətlə satarkan bu məhsulu hazırlamaq üçün xam maddəni ən aşağı qiymətlə əldə etməsini təmin edir