Plan: Təchizat Zəncirinin Idarə Edilməsinin Iqtisadi Mahiyyəti


Mərhələ II. TZİE nin logistika anlayışından fərqləndirilməsi 1990 –cı illərin birinci yarısı



Yüklə 288,03 Kb.
səhifə4/10
tarix12.10.2023
ölçüsü288,03 Kb.
#154160
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 1

Mərhələ II. TZİE nin logistika anlayışından fərqləndirilməsi
1990 –cı illərin birinci yarısı

TZİE logistikadan təcrid edilməsi, bir elm kimi müstəqilformalaşması isti­qamə­tində tədqiqatlar aparılıq. Lo­gis­ti­ka və təchizat zənciri idarəetməsi an­la­yış­ları və terminlərinin sistemləş­di­ril­mə­sinə ehtiyac yaranır

Mərhələ III. Təchizat zən­ci­rinin idarə edil­mə­sinin klas­sik kon­sep­siyasının formalaş­ma­sı
1990 –cı illərin ikinçi yarı­sı -2000 illərin əvvəli

Bu mərhələdə inteqrasiya edilmiş logistika və təchizat zəncirinin idarə edilməsi arasındakı fərq dəqiqləş­dirilir, məsələn, nəzarət, koordina­si­ya funksiyaları “təchi­zat zəncirinin idarə edilməsi”ndə əlavə olunur. Artıq TZİE bir elm kimi yanaşma formalaşır

Mərhələ IV. Müasir yanaşma
2000 illərin ikinçi yarısı

Müasir təcrübə şirkət və təchizat zəncirin digər üzvləri arasında əlaqələr qurarkən şirkətdaxili plan­laş­dırmaya və resursların optimallaşdırıl­ma­sına diqqət yetirir. Təchizat zəncirinin idarə edilməsinin nəzəriyyəsi və praktikasının dərindən öyrənilməsi və onların müxtəlif bazarlara uyğunlaşdırılması apa­rılır.

Mərhələ V. Təchizat Zən­ciri­nin İdarə Edilməsi nəzəriyyəsi və təcrübəsinin inkişaf mərhə­lə­si
2008-ildən hal-hazıra kimi

Bu mərhələdə təchizat zəncirlərinin nəinki ənənəvi material axınının idarə edilməsini təmin edən, həm də istehsalın özünün təşkili və planlaşdırılmasına təsir edən müasir informasiya platformalarına tam keçidi var. Bu, bazarın tələblərinə tam uyğun olaraq müvafiq həcmdə, keyfiyyətdə və nomenklaturada məhsulların vaxtında buraxılması üçün istehsalı tez bir zamanda qurmağa imkan verir.

Keçən əsrin sonu və bu əsrin əvvəllərində gərgin qlobal rəqabət SCM-nin gələcək təkamülünü stimullaşdırdı. Görkəmli idarəetmə nəzəriyyəçilərindən biri Peter Drucker və onun ardınca tanınmış konsaltinq şirkətləri biznesin idarə edilməsi paradiqmasında SRM-ə doğru dəyişikliyi elan etdilər. P.Drukerin fikrincə, “müasir biznesin idarə edilməsi paradiqmasında ən mühüm dəyişikliklərdən biri odur ki, ayrı-ayrı müəssisələr artıq bir-biri ilə muxtar qurumlar kimi rəqabət apara bilmir, təchizat zəncirləri kimi rəqabət aparırlar. Biznesin idarə edilməsi şəbəkələrarası rəqabət dövrünə qədəm qoyub və müəssisənin son uğuru şirkət rəhbərliyinin mürəkkəb işgüzar əlaqələr şəbəkəsini inteqrasiya etmək bacarığından asılı olacaq.” (Drucker Р. F. Practice of Management. Oxford: Butterworth Heinemann, 1998)





Yüklə 288,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin