Biz proqramımızı işə salanda, proqramımız yuxarıdan aşağı doğru (Main metodundan başlayaraq) sətir-sətir icra olunmağa başlayır. Bəzən vəziyyət elə olur ki, proqramın müəyyən hissəsinin icra olunub – olmaması, hansısa şərtə bağlı olsun. Şəni müəyyən bir şərt daxlində poqramın bir hissəsi icra olunsun, ya da icra olunmasın. Bu kimi proqramın icra olunma axışını idarə edən ifadələr mövcuddur ki, bu ifadələrə proqram kontrol ifadələri (program control statements) deyilir. Bunlardan biri if – dir. If bir idarə etmə ifadəsidir və vəzifəsi ondan ibarətdir ki, hansısa bir şərtin doğru olduğu təqdirdə, hansısa kodlar icra olunsun, əks halda –
şərt düzgün olmadığı halda həmin kodlar icra olunmasın (if ifdəsini ―proqram
kontrol ifadələri‖ bölməsində geniş öyrənəcyik). Bu ifadənin sintaktik şəkli belədir:
if(şərt)
{
//Əməliyyatlar
}
Burada şərt doğru olsa (true) müvafiq əməliyyatlar icra olunur. Əks halda əməliyyatlar icra olunmur. Burada şərt bool tipində bir qiymətdir. Bool tipinə aid dəyişənlər özündə iki qiymət saxlaya bilər: true, false. True doğru, false isə yalnış nəticəyə uyğundur. Yəni if ifadəsinin şərti true olarsa, bu ifadəyə aid kodlar icra olunacaq. Yalnış olsa, yəni false, gövdə icra olunmayacaq. Qeyd edək ki, əgər if ifadəsinin şərti düzgün olduğu halda yerinə yetiriləcək sadəcə bir kod sətri varsa, onda fiqurlu mötərizələr yazılmaya da bilər. Yəni,
if (şərt) əməliyyat;
düzgün bir kod parçasıdır.Məsələn aşağıdakı proqrama baxaq:
using System; class Program
{
static void Main()
{
if (10 > 9)
Console.WriteLine("10 > 9 sherti duzgundur"); if (10 > 20)
Console.WriteLine("Bu setir ekranda gorunmeyecek"); Console.ReadKey();
}
}
Burada if( 10 > 9) koduna fikir verək. 10 ədədi 9 ədədindən böyük olduğu üçün, 10 > 9 bərabərsizliyi düzgün bir şeydir, yəni 10 > 9 ifadəsinin nəticəsi doğrudur (true). Deməli, birinci if - ə aid kod icra olunacaq, ikinci if – in şərti düzgün olmadığı üçün isə, ikinci if - ə aid kod icra olunmayacaq. Beləliklə nəticə aşağıdakı kimi olur:
Burada qarşımıza yeni bir şey çıxdı: 10 > 9 ifadəsindəki ―>‖ hissəsi. Bu bir müqaiyə operatorudur və vəzifəsi sağdakı ilə soldakını müqayisə etməkdir. Əgər, soldakı sağdakından kiçikdirsə, operator düzgün bir qiymət verir. Əks halda yalnış...
―>‖ ilə yanaşı digər digər müqayisə operatorları da var:
> böyükdür
< kiçikdir
>= böyükdür və ya bərabərdir
<= kiçikdir və ya bərabərdir
== bərabərdir
!= bərabər deyil
Aşağıdakı misala baxaq:
using System; class Program
{
static void Main()
{
if (5 < 7)
Console.WriteLine("5 < 7 sherti duzgundur"); if (8 == 8)
Console.WriteLine("8 == 8 duzgundur"); if (5 != 5)
Console.WriteLine("Bu setir ekranda gorunmeyecek"); if (3 >= 3)
{
Console.WriteLine("3 ededi 3-den boyuk deyil, amma beraberdir"); Console.WriteLine("Yeni, 3 >= 3 duzgundur");
}
Console.ReadKey();
}
}
Nəticə aşağıdakı kimidir:
Dostları ilə paylaş: |