Proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə4/34
tarix11.06.2022
ölçüsü1,02 Mb.
#61216
1   2   3   4   5   6   7   8   9   ...   34
c-sharp proqramlasdirma diline girish aze

class Program
{
deyə bir sətir gəlir. Bu sətir Program adlı bir sinif təyin edir. Qeyd olunduğu kimi C# tamamilə obyekt yönümlü bir dildir olduğu üçün, hər şey bir sinfin içərisində olmalıdır. Ona görə də bəsit də olsa bir sinif yaratdıq. Sonra isə açılan fiqurlu mötərizə ―{‖ sinfin gövdəsinin açılması anlamına gəlir. Buna uyğun ―}‖ mötərizəsi arasındakı hissələr sinfin bir üzvüdür. Məsələn növbəti gələn
static void Main()
{
sətri Main adlı bir metod təyin etməyə uyğundur. Bu metod proqramın başlanğıc nöqtəsidir və hər C# proqramında hökmən bir dənə və yalnız və yalnız bir dənə static keyfiyyətə malik Main adlı metod olmalıdır. Buradakı static sözü, Main metodunun əməliyyat sistemi tərəfindən çağrıldığına görə qeyd olunmalıdır. Static sözünü silib proqramı icra etməyə çalışsanız, xəta ilə qarşılaşacaqsınız. void isə metodun heç bir
qiymət qaytarmadığı anlamına gəlir. Yəni bu metod, müəyyən əməliyyat yerinə yetirir, amma nəticədə bizə qiymət olaraq bir şey vermir.


DİQQƏT! C#, böyük-kiçik hərfə həssas bir dildir, yəni C# -da ―a‖ ilə ―A‖ ayrı-ayrı şeylərdir. Buna görə də Main metodunun adını balaca hərflə yazıb (main) proqramı icra etməyə çalışdığınızda xəta mesajı alacaqsınız. Bu terminologiyanın ingiliscə adı ―Case Sensitive‖ – dir.

Sonra gəlir


Console.WriteLine("Salam, dunya!");
sətri. Bu sətir Console sinfindəki WriteLine() metodunun ―Salam, dunya!‖ arqumenti ilə çağrılmasına uyğundur. Hələki belə başa düşək: Console.WriteLine() metodu, mötərizələrin içinə, dırnaq işarələri ilə yazılan sözləri ekrana çıxarmaq üçün istifadə olunur. (Əslində, arxa planda gedən əməliyyat kifayət qədər mürəkkəbdir). Beləliklə, ekrana ―Salam, dunya!‖ ifadəsi çıxır.
Konsol proqramlarda əməliyyatlar icra olunduqdan sonra, proqram avtomatik bağlanır. Ona görə də konsol pəncərələrini, ekranda saxlamaq üçün müəyyən üsullardan istifadə edirlər. Növbəti gələn
Console.ReadKey();
ifadəsi, bunu təmin etmək üçündür. Yəni, proqram ekrana gələn kimi itməsin, hər
hansısa bir düymə basılana qədər gözləsin.
Beləliklə, bu bizim ilk proqramımız oldu. Deməli, Microsoft Visual Studio – nin bir IDE olduğunu qeyd etmişdik. Mahiyyət etibarı ilə, Visual Studio (qısaca VS) əslində çox güclü bir mətn redaktorudur, biz proram yazanda kodlarımıza nəzarət edir, sintaktik xıtaları aşkarlayır və bunu bizə bildirir. Məsələn, Console.ReadKey() – dən sonrakı ―;‖ işarəsini silsək, VS həmin nöqtənin altında qırmızı xətt çəkəcək və Error List bölməsində müvafiq sintaktik xəta ilə bağlı mesaj görünəcək:

―; expected‖, yəni ―; gözlənilmədi‖. Əgər, Error list sizdə görünmürsə, yuxarıda VIEW panelindən Error List naviqasiyasını seçin və ya Ctrl + W + E kombinasiyasını sıxın. Başa düşmək lazımdır ki, Visual Studio bir insan deyil və o, sintaktik xətaları kompilyatorun verdiyi mesajlara əsasən müəyyənləşdirir. Yəni, bəzən VS – in əks etdirdiyi xətalar düzgün olmaya bilər. Məsələn, Console.ReadKey); ifadəsindəki birinci mötərizəni silsək, VS bizə 4 ədəd xəta verəcək:

Göründüyü kimi, bircə dənə sintaktik səhv etməyimizə baxmayaraq, 4 ədəd xəta mesajı aldıq. Üstəlik, bu xətaların heç biri, müvafik siktaktik səhvi düzgün xarakterizə etmir. Yəni, VS xəta verdiyi zaman, xətanın baş verdiyi sətirlə yanaşı, ətrafındakı bir neçə sətirə də nəzər yetirin.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin