Proqramlaşdırma dilləri üçün tip vacib bir anlayışdır. Bu, xüsusilə də C# üçün belədir. Çünki, C# verilənlər tipinə tam bağlı bir dildir. Verilənlər tipi, bir dəyişənin nə kimi məumatları özündə saxlaya biləcəyini, həmin dəyişənin yaddaşdakı nüfuzunu və həmin dəyişən üzərində hansı əməliyyatları yerinə yetirə biləcəyimizi təyin edən bir məntiqi anlayışdır. Bu tərifi bir az açıqlayaq: Tutaq ki, tam (int) tipində bir dəyişən təyin etdik. Deməli bu dəyişən özündə tam ədədləri saxlaya biləcək, çünki onun tipi tamdır. Digər tərəfdən, tam ədədlər üzərində nə kimi əməlləri yerinə yetirə bilərik? Gəlin birlikdə sayaq: tam ədədləri toplaya bilərik, vura, bölə, çıxa bilərik, onlardan kök ala bilərik, qüvvətə yüksəldə bilərik və s. Digər tərəfdən, tam tipə aid bir dəyişən yaddaşda 4bayt =
32 bit yer ayırır. Bax bu sadalanan mühakimələr, yəni dəyişəni necə manipulyasiya edəcəyimiz və yaddaşın strukturunu həmin dəyişənin tipi müəyyən etdi. ―Aaa…‖ dediyinizi eşidirəm sanki, bəli, tip dediyimiz şey məhz dəyişənlərin kimliyidir. Tam tipdə dəyişəndən kök ala bilərik, çünki onun tipi tamdır. Amma eyni əməliyyatı ―Tamerlan‖ sətri üçün edə bilmərik, çünki onun tipi String-dir.
Dəyişən anlayışı
Dəyişən anlayışını yuxarıda qeyd etmişdik. Bir daha təkrar edək. Dəyişən özündə hansısa bir məlumatı saxlayır. Həmin məlumat aydındır ki, yaddaşda (RAM - da) saxlanılır. Beləliklə, bir dəyişən yaddaşın bir hissəsidir. Məsələn, int a = 5; sətri yaddaşda 4 bayt həcmində adı ―a‖ olan bir sahə ayırır və həmin yaddaş sahəsinə 5 informasiyasını yükləyir.
C# - da dəyişənlər iki qrupa bölünür:
-Lokal dəyişənlər
- Qlobal dəyişənlər
Qlobal dəyişənlər bir sinfə aid örnək (instance) dəyişənlərdir. Qlobal dəyişənləri yerləşdiyi sinfin hər bir nöqtəsindən müraciət etmək olur. Qlobal dəyişənlərə sahələr (fields) də deyilir. Qobal dəyişənləri ―Siniflər‖ mövzusunda daha yaxşı başa düşəcəksiniz.
Lokal dəyişənlər, bir sinif daxilindəki hər hansısa kontekst içərisində təyin olunan və ancaq həmin kontekst (buna əhatə dairəsi də deyilir) içərisində müraciət edilə bilər dəyişənlərdir. Məsələn metodların parametrləri, metodların gövdələrində təyin olunan dəyişənlər lokal dəyişənlərdir. Bir lokal dəyişənə, bütün sinif daxilində müraciət etmək olmaz.
Bildiyimiz kimi bir dəyişənin tipi olur və tipin də nə olduğunu yuxarıda qeyd etdik. Bir
dəyişəni aşağıdakı kimi bir deklorasiya (təyin) edirlər:
<