Tip> <dəyişənin adı>;
Burada tip, dəyişənin tipidir. Məsələn, int, string, byte və s. String tipdə ―str‖ adlı bir
dəyişəni aşağıdakı kimi təyin edirlər:
String str;
Hələki dəyişənlərə bu nöqtədə son qoyaq və tiplərə davam edək. C# - da verilənlər tipləri 2 yerə ayrılır:
Dəyər tipləri (valuable types)
Referans tipləri (reference types)
Bu tiplər bir-birlərindən çox fərqlənir əslində. Dəyər tipləri, C# - ın standart tipləridir. Dəyər tiplərinə aid bir dəyişən, özünə mənimsədilən qiyməti birbaşa özündə saxlayır. Referans tipinə aid olan bir dəyişən isə, məlumatları birbaşa özündə saxlamır, bunun
yerinə həmin məmulatın saxanıldığı yaddaşın ünvanını özündə saxlayır, yəni həmin yaddaşa istinad edir. Buna görə onlara ―refrans‖ tipli dəyişənlər deyilir. Referans tiplərini geniş şəkildə ―Siniflər‖ bölməsində qeyd olunacaq. Hələki dəyər tipləri bizi maraqlandırır. C# - da dəyər tiplərinin özü 4 yerə bölünür:
Tam tiplər
Kərs tiplər
Simvol tiplər
Məntiqi tiplər
Tam tiplər aşağıdakılardır: byte – 8 bit (1 bayt) həcmə maikdir [0-255] parçasında tam qiymət alır.
ushort – işarəsiz (unsigned) tipdir, 16 bit həcmə malikdir və [0 - 65535] parçasında qiymət alır.
short – işrəlidir, 16 bit həcmi var, [-32,768 - 32,767] parçasında tam qiymət alır.
uint – işarəsiz (unsigned) tap tipdir, 32 bit həcmə malik [0 - 4,294,967,295]
parçasında qiymət alır.
5. int – 32 tam həcmi var, [-2,147,483,648 -- 2,147,483,647] parçasında qiymət alır.
6. ulong – 64 bit işarəsiz və [0 - 18,446,744,073,709,551,615] parçasında qiymət alır.
7. long – 64 bit işarəli tipdir və [-923,372,036,854,775,808 - 9,223,372,036,854,775,807] parçasında qiymət alır.