Proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə5/34
tarix11.06.2022
ölçüsü1,02 Mb.
#61216
1   2   3   4   5   6   7   8   9   ...   34
c-sharp proqramlasdirma diline girish aze

İkinci Bəsit Proqram


İndi proqramda bir az dəyişiklik edək. Bir dəyişən təyin edək və buna qiymət mənimsədək. Bir dəyişənə qiymət mənimsətmə, proqramlaşdırma dillərindəki bəlkə də ən vacib əmliyyatlardan biridir. Dəyişənlər geniş bir şəkildə qeyd olunacaq. Hələki bəsit öyrənəcəyik. Dəyişən yaddaşın bir hissəsidir və sahib olduğu qiyməti bu yaddaş hissəsində saxlayır. Dəyişənin bir də tipi olur, tip dəyişənin nə kimi məlumatları özündə saxlayacağını təyin edir. Aşağıdakı proqrama baxaq:


using System; class Program
{
static void Main()
{
int a; (1)
a = 50; (2)
Console.WriteLine("a deyiseninin qiymeti: " + a); (3)
Console.ReadKey();
}
}
Proqramı icra etdikdə nəticə belə olur:

(1) sətrindəki int a; ifadəsi bir dəyişən təyin edir və bu dəyişənə ―a‖ adını verir. Bu dəyişənin tipi isə int- dir, yəni tam tip. Beləliklə yaddaşda (RAM) int tipinin xarakteristikalarına malik 4 bayt yer ayrılır və bu yaddaş sahəsinə ―a‖ adı verilir. (2) sətrindəki a = 50; ifadəsi a dəyişəninə 50 qiymətini verir. Beləliklə, yaddaşın həmin hissəsinə 50 informasiyası yüklənir. (3) sətrində isə ―a deyiseninin qiymeti‖ ifadəsini, ardından a dəyişənin qiymətini (yəni, 50 - ni) ekrana yazdırdıq. Diqqət etməyimiz gərəkən, nüans: Console.WriteLine("a deyiseninin qiymeti: " + a); kdunda, ―a deyiseninin qiymeti: ‖ ifadəsini ekrana yazdırdıqdan sonra + a ilə, proqramdakı a adlı identifikatora müraciət etmiş oluruq. Yəni, + operatorundan sağdakı a, bir sətir kimi ekrana çıxmır, proqramdakı a dəyişəninin qiymətini ekrana çıxarır. İndi iki dəyişən də təyin edək və bu dəyişənlərin qiymətlərindən birini, digərinə bölək:


using System; class Program
{
static void Main()
{
int a; int b; int c; a = 50;
b = 10;
c = a / b;
Console.WriteLine("50 bolunsun 10 = " + c); Console.ReadKey();
}
}
Nəticə aşağıdakı kimi olur:

Deməli, bu proqramda 3 dənə a, b və c adlı dəyişən təyin etdik. a dəyişəninə 50 qiymətini, b dəyişəninə 10 qiymətini mənimsətdik. C dəyişəninə isə a – nın b dəyişəninə bölünməsindən alınan qiyməti mənimsətdik, yəni c 5 dəyərinə sahib olur. Fikir versənir
c = a / b; sətrində ―/‖ deyə bir simvol var. Bu bir operatordur və vəzifəsi soldakı operandın qiymətini, sağdakına bölməkdir. Yəni a / b = 50 / 10 = 5 olur. Bu operator bir arifmetik operatordur, / ilə yanaşə digər arifmetik operatorlardan bəzilərini qeyd edək:
+ toplama
- çıxma

  • vurma

/ bölmə
İndi bu operatorların istifadəsini göstərən bir proqrama baxaq:
using System; class Program
{
static void Main()
{
int a; int b; int c; a = 50;
b = 10;
c = a / b; //c = 5
Console.WriteLine("a bolunsun b = " + c);
c = a * b; //c = 500
Console.WriteLine("a vurulsun b = " + c);
c = a + b; //c = 60
Console.WriteLine("a ustegel b = " + c);
c = a - b; //c = 40
Console.WriteLine("a cixilsin b = " + c); Console.ReadKey();
}
}

Nəticə, aydındır ki, aşağıdakı kimi olacaq:





Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin