Proqramın axışını idarə edən növbəti kontrol ifadələrindən biri də dövr ifadələridir. Bəzən vəziyyət elə olur ki, poqramda bir əməliyyatı müəyyən sayda yerinə yetirmək – təkrar icra etmək lazım gəlir. Bunu etmək üçün qətiyyən ağlınıza, həmin təkrarlanacaq kodları yenidən alt-alta yazmaq üsulu gəlməsin. Bu çox mənasızdır. Bir fikirləşin, ―salam‖ sözünü ekrana 50 dəfə yazmaq üçün, Console.WriteLine(―salam‖); sətrini 50 dəfə yazası deyilsiniz ki? Özü də bəzən təkrarlamaların sayı, əvvəlcədən məlum olmur. Bax bu kimi bir işi dövrə salaraq təkrarən yerinə yetirmək üçün dövr kontrol ifadələrindən istifadə olunur. Bu ifadələrdən biri də for – dur. for ifadəsinin ən çox istifadə olunan sintaktik şəkli aşağıdakı kimidir: for(dövr dəyişəni; şərt; dövr dəyişənin artımı)
{
Əməliyyatlar...
}
Burada dövr dəyişəni dövrü idarə edən dəyişəndir. Şərt hissəsi, dövrün şərtidir, yəni nə qədər ki bu şərt düzgündür, əməliyyatlar durmadan təkrar-təkrar icra olunur. Və dövr hər dəfə icra olunduqca dövrü idarə edən dəyişənin qiyməti, dövr dəyişənin artımı hissəsində qeyd olunduğu formada dəyişir. Məsələn, ―salam‖ sözünü ekrana 20 dəfə çıxaraq:
using System; class Program
{
static void Main()
{
int i;
for (i = 0; i < 20; i = i + 1) Console.WriteLine("salam"); Console.ReadKey();
}
}
for (i = 0; i < 20; i++) hissəsinə fikir verin, deməli yuxarıda əvvəlcə bir dəyişən təyin etdik. Birinci hissəyə baxın, i dəyişəni dövrü idarə edən dəyişən olur, birinci hissədə bu dəyişənə 0 qiymətini verdik, i = 0. İkinci şərt hissəsinə baxın, nə qədər ki i < 20 şərti ödənir, dövrü yerinə yetir. Üçüncü hissədə isə i dəyişənin qiymətini bir-bir artırırıq. Bu artım və beləliklə dövr o zamana qədər təkrarlanır ki, i dəyişənin qiyməti 20 – ni aşsın. Çünki bu zaman dövrün şərti pozulur. Beləliklə, nəticə aşağıdakı kimi olur:
Növbəti misala baxaq:
using System; class Program
{
static void Main()
{
int i;
for (i = 0; i < 10; i++)
Console.WriteLine((i+1) + " -ci addim, i = " + i); Console.ReadKey();
}
}
Aydındır ki, nəticə aşağıdakı kimi olacaq:
Dövr kontrol ifadələrini, o cümlədən, for, ―proqram kontrol ifadələri‖ bölməsində, həmçinin operatorlar ―Operatorlar‖ bölməsində geniş qeyd olunacaq. Hələki bəzi şeyləri başa düşmək üçün, qısa şəkildə qeyd olundu.
Dostları ilə paylaş: |