Publisher


ИНТЕРНАЦИОНАЛЬНЫЕ ТЕРМИНЫ В ОБОГАЩЕНИИ СЛОВАРНОГО ЗАПАСА ЯЗЫКОВ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   2   3   4   5   6   7   8   9   ...   86
Filologiya 2021 2

ИНТЕРНАЦИОНАЛЬНЫЕ ТЕРМИНЫ В ОБОГАЩЕНИИ СЛОВАРНОГО ЗАПАСА ЯЗЫКОВ 
РЕЗЮМЕ 
В статье рассматривается роль интернациональных терминов в обогащении словарного запаса языков. 
Сегодня взаимодействие между языками становится одним из языковых процессов, позволяющих выражать 
понятия и концепциина любом языке, тем самым обогащая его словарный запас. В основе этого процесса 
лежит то, что переложениена определенный язык различных слов из других языков является одним из 
важнейших факторов обогащения словарного запаса этого языка. Включение интернациональных терминов в 
лексику отдельных национальных языкови ее обогащение, их эффективное применение в научных сферах
активное использование в процессе общения не оказывают негативного влияния на развитие самого языка. 
Этот языковый процесс протекает на основе внутренних закономерностей развития каждого отдельного языка. 
Наряду с изложением отдельных научно-технических открытий, это расширяет выразительныевозможности 
языка, а также активизирует и обогащает терминологическийпласт лексики. 
Ключевые слова
: словарная структура, производное слово, интернациональные слова,национальные 
языки, лексическая единица 


Esmira Ağamirzəyeva
 
72 
Dillər arasında qarşılıqlı əlaqələr dillərin lüğət tərkibinin zənginləşməsinə təsir ilə hər bir 
dildə anlayış və məfhumların ifadə olunmasına şərait yaradan dil proseslərindən birinə 
çevrilmişdir. Buna görə də başqa dillərdən müxtəlif sözlərin müəyyən bir dilə keçməsi həmin 
dilin lüğət tərkibinin zənginləşməsinin ən vacib amillərindən biridir. Dilin müxtəlif mənbələr 
hesabına zənginləşməsi hər bir dildə müxtəlif layların yaranmasına səbəb olur. Bu laylar dillərin 
qohumluğuna və dillərdə alınma sözlərin mənbəyinə görə fərqləndirilir. Belə ki, bu sözlər eyni 
dil ailəsinə malik olan sözlər, qohum dillərdəki eyni qrupa və yarımqruplara aid olan sözlər, 
konkret bir dilə məxsus olan sözlər kimi müxtəlif qruplarda birləşdirmək olar. Qloballaşma 
şəraitində ingilis dilində işlənən sözləri aşağıdakı qruplara ayırmaq olar.Hind-Avropa sözləri 
(eyni dil ailəsinə malik olan sözlər),german sözləri, qərbi-german sözləri, milli ingilis sözləri, və 
s.; Qohum dillərdən isə qədim skandinaviya dilləri və holland dilləri, başqa dil sistemindən rus, 
yapon, yunan dilindən alınan sözlər. Bütün dillərdə bu proses fərqli şəkildə özünü əks etdirir. 
Dillərin qarşılıqlı zənginləşməsi prosesi özünün ən bariz inikasını ilk növbədə beynəlxalq 
terminologiyada tapır. Cəmiyyətdə, ictimai həyatda, elmi texniki tərəqqidə baş verən sosial 
hadisələr yeni anlayışlar yaranmasına səbəb olur. Dil isə həmin anlayışların nominasiyasını baş 
verən hadisənin müxtəlif xarakterinə görə adlandırılır. Bu zaman dil lazımı sözləri başqa 
xalqdan hazır şəkildə qəbul edir və onların qrammatik qayda və qanunlarına uyğunlaşdırır, 
bəzən də dildən sözləri hazır şəkildə dəyişmədən qəbul edir. Digər dildən alınan sözlərin 
mühüm hissəsini dəyişməydən alınan terminlər təşkil edir. İngilis dilində ictimai siyasi 
terminlərin mühüm hissəsini alınmalar təşkil edir. Müxtəlif dillər alınma və beynəlmiləl sözlər 
hesabına terminlərlə zənginləşir. Məsələn, ingilis dilinin lüğət fondunun 70%-ə qədərini başqa 
dillərdən alınmalar və internasionalizmlər (beynəlmiləl sözlər - terminlər) təşkil edir. 
Hazırda dillərin, o cümlədən ingilis dilində terminologiyanın daha çox internasional və 
alınma vahidlərlə daha çox zəngin olduğunu aşkara çıxarır. Bunlar dilin leksik səviyyədə 
zənginləşməsi yollarından biridir. 
Dilə təsir edən ictimai hadisələr, o cümlədən amillər ilk növbədə leksik qatda özünü göstərir 
və burada daha bariz və aydın şəkildə üzə çıxır. “Terminologiyanin formalaşma və zənginləşmə 
mənbələrini təhlil edərkən bir tərəfdən hazır dil vahidlərinin (alınmaların) dilə daxil olmasını, 
digər tərəfdə “yarımfabrikatlardan” düzəldilməsini (söz köklərinə klassik önşəkilçilərin 
artırılması), üçüncüsü isə milli terminlərin yaradılmasını (dilin daxili sözyaratma imkanları ilə 
termin yaradılmasını) nəzərə almaq lazımdır (36, s. 12). Ayrı-ayrı dillərin lüğət tərkibinə daxil 
olan beynəlxalq terminlər bir qayda olaraq xalqların beynəlxalq sivilizasiyaya qoşulmasına 
imkan yaradır. Bu xalqların dünya mədəni və iqtisadi inkişaf yoluna qovuşmasına xidmət 
göstərir. Əslində bu prosesin həmin xalqları milli qapalılıqdan bir növ xilas etməsi 
inkaredilməzdir. Terminlər isə özünün spesifikliyi ilə fərqlənir. S. Sadıqova yazır: “Termin elm 
və texnikanın, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində məntiqi cəhətdən dəqiq 
formalaşmış spesifik anlayışları ifadə edən, adlandıran, xüsusi funksiya daşıyan, definisiyaya 
malik söz və ya söz birləşməsidir” (7, s.18)
.
Dillərin qarşılıqlı şəkildə bir-birinə təsiri cəmiyyətin inkişafının bütün mərhələlərində 
yenilikliləri ilə seçilən xalqların dillərinin nisbətən zəif inkişaf etmiş dillərə təsiri, təsirə məruz 
qalan dillərin leksik tərkibində alınmaların meydana çıxmasına və beləliklə müxtəlif dillərdə 
ortaq leksik vahidlərin formalaşmasına səbəb olur (4,s. 36). İctimai-siyasi, elm və texnikanın 
müxtəlif şəkildə inkişafı ilə bağlıdır. Belə ki, dillərin qarşılıqlı və ya birtərəfli təsiri ayrı-ayrı tarixi 
dövrlərdə fərqli xarakter daşımışdır. Milli sərhəd tanımayan elmi kəşflərlə bağlı yaranan 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin