Publisher



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   2   3   4   5   6   7   8   9   10   ...   86
Filologiya 2021 2

Esmira Ağamirzəyeva
 
74 
və ya təbii hadisələr nəticəsində, özünün tərkib hissələrinə bölünməsi və ya ümumiyyətlə ləğv 
edilməsi; birliyin, təşkilatçılığın pozulması; qayda-qanunun pozulması; süqut. Hakimiyyətin D.-
si - son nəticədə cəmiyyət və dövlət üçün olduqca təhlükəli fəsadlar törədə bilər. “D.” anlayışını 
“dezinteqrasiya” anlayışından fərqləndirmək labüddür: əgər dezinteqrasiya (siyasi) subyektlərin 
aralanmasıdırsa; “D.” anlayışına, subyektlərin aralanmasından savayı, idarəçilik qaydasının 
pozulması, sabitliyin pozulması, özbaşınalığın geniş vüsət alması və s. anlayışları da daxildirlər, 
yəni “D.” anlayışı daha geniş məfhumdur. (1, s.34) 
Onu da qeyd edək ki, bəzi hallarda beynəlmiləl terminləri dildə mövcud olan milli 
sinonimlər də əvəz edir. Məsələn, Azərbaycan dilinə “kvorum” termini geniş dilində işlədilsə 
də, milli “yetərsay" terminin işlənilməsinə daha çox üstünlük verilir. Həmçinin alman dilində 
“reklame” internasional termini müvafiq anlayış ifadə edən “werbung” milli sinonimi tərəfindən 
sıxışdırılır və bu termin daha çox işləklik qazanmışdır.
Bu baxımdan ayrı- ayrı dünya dillərinin lüğət tərkibində beynəlxalq terminlər işlənir. 
Məsələn, “eksterritoriallıq” (latın or-...dan, ...dən şəkilçisi və terrilorialis-ərazidə, əraziyə aid 
olan) - beynəlxalq hüquqda dövlətin xarici dövlət və hökumət başçılarına, xarici dövlət və 
beynəlxalq təşkilatların diplomatik nümayəndəliyinə (onların üzvlərinə) və digər vəzifəli 
şəxslərə təqdim (həvalə) etdiyi xüsusi hüquq və imtiyazlar. Onlara (xarici dövlət 
nümayəndələrinə), verilən eksterritoriallıq şəxsi və yaşayış obyektinin toxunulmamazlığı, 
əmlakın rüsumsuz (vergisiz) sərhəddən daşınmasını, öz dövlətinin hökuməti ilə-rabitə 
vasitələrindən birbaşa istifadə etməsini, yerli (gəldiyi dövlətin) qanunlarına tabe olmamasını - 
ancaq öz dövlətinin qanunlarına tabe olmasını və s. nəzərdə tutur. E. eyni zamanda dövlətin 
icazəsi olduqda xarici dövlətin nəqliyyat (hava, dəniz, dəmir və şosse yolu) vasitələrinə də yayıla 
bilər. E.-a aid olan məsələlər həm beynəlxalq qanunlarla, həm də dövlətlərarası müqavilələrlə 
nizamlana bilər. Əgər immunitet yalnız toxunulmazlılıq hüquqlarını nəzərdə tutursa; E. həm də, 
əlavə hüquq və imtiyazları nəzərdə tutur. Yaxud da “ekstremizm” (rus экстремизм; fransız 
extreemisme, latın ekstremızm, ektremus-isənar, son hədd, sərhəd sözündən) - siyasətdə, 
ideologiyada, mübarizədə ifrat baxışlara, tədbirlərə olan meyl. Mübahisəli məsələlərin, 
problemlərin demokratiyaya, humanizmə kompromissə zidd olaraq həll etməsinə cəhd. 
Plüralizmi inkar edərək — boykot, tətil, blokada, eləcə də zorakılıq, terror və s. tədbirləri 
vasitəsilə öz mövqeyinin başqalarına qəbul etdirilməsi cəhdi. İqtisadi, sosial, milli siyasətin 
yürüdülməsində buraxılan qüsur və nöqsanlar, problemlərin vaxtında və dürüst həll 
edilməməsi, islahatların gecikdirilməsi (qeyrieffektiv idarəçilik), siyasi sistemin və institutların 
müxtəlif növ deformasiyaya uğraması, sosial-iqtisadi, hüquq ədalətsizliyi, ağır yaşayış şəraiti, 
insanların yanlış mövqeyi (baxışları) təsiri altına düşməsi və s (1,s.45) Milli dillərin lüğət 
tərkibinə beynəlxalq terminlər hazır vahidlər kimi götürülür. Məsələn, Azərbaycan dilində 
demobilizasiya latın dilində de-ayrılma, uzaqlaşdırma və mütəhərrik mənasını ifadə edir. Bu 
termin milli dillərin hər birində aşağıdakı mənalarda işlənir: 1. səlahiyyətli dövlət hakimiyyəti 
orqanları (dövlət başçıları) tərəfindən artıq silahlı qüvvələrin saxlanılmasına ehtiyacın olmadığı 
müəyyənləşdirildikdə, müvafiq qərar ilə, sərəncam ilə ordunun şəxsi heyətinin sayının 
azaldılması; həqiqi hərbi xidmət keçmiş əsgərlərin ordudan tərxis edilməsi (ehtiyata 
buraxılınası); dövlətin, cəmiyyətin (xalqın), iqtisadiyyatın və hətta ordunun müvafiq şəraitdə 
hərbi vəziyyətdən - adi (sülh) vəziyyətə keçiriliməsi; 2. (məcazi mənada) aktivliyin, sayıqlığın 
azaldılması (itirilməsi). 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin