Publisher


Dillərin lüğət tərkibinin zənginləşməsində beynəlmiləl terminlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   ...   4   5   6   7   8   9   10   11   ...   86
Filologiya 2021 2

Dillərin lüğət tərkibinin zənginləşməsində beynəlmiləl terminlər
 
75 
Demokratiya termini yunan dilindən götürülmüşdür demos- xalq və kratos - hakimiyyət - 
xalq hakimiyyəti mənasını ifadə edir. Xalqı hakimiyyətin yeganə mənbəyi kimi qəbul edən
azadlıq və bərabər hüquqluluq prinsiplərini qəbul edən, insan hüquqlarını yüksək tutan dövlət 
hüquqi rejimidir, dövlət əhəmiyyətli qərarların çoxluğun iradəsinə əsasən qəbul edilən və eyni 
zamanda, azlıqların hüquq və maraqlarını nəzərə alan, haqq-ədalət ideyalarının təntənəsidir. 
Dövlətin Ali hakimiyyət orqanlarının xalq tərəfindən seçilməsi, xalqa tabe olması, xalq 
qarşısında hesabatlı olması və bunların qanunlarla bərkidilməsi və təminatı demokratiyanın 
mütləq şərtidir. Demokratiyanın əsas funksiyası, cəmiyyətdə müxtəlif baxışlar, fikirlər arasında 
konsensusun təməlinin araşdırılıb üzə çıxarmaq və onu həyata keçirməkdir. Demokratiya 
vətəndaşın hüquq, azadlıq və maraqlarının müdafiəsinin qarantıdır. (1,s.31)Təbii ki, bu 
terminlərin alınma prosesində milli dillərdə də onun mənası və terminə verilən tələblər nəzərə 
alınmalıdır. Ən başlıca tələb kimi bunlar nəzərdə tutulur: 
-
termin dəqiq olmalı, nəzərdə tutulan anlayışın əsas mahiyyətini ifadə etməlidir; 
-
termin qısa və aydın olmalıdır; 
-
termin müəyyən sistemləşdirici rol oynamalıdır. 
Beynəlxalq terminlərə verilən tələblər bütün hallarda elmin texnikanın inkişafını özündə əks 
etdirən bütün elm sahələrində nəzərə alınmalıdır. Belə ki, çoxmənalılıqdan, sinonimlikdən və 
omonimlikdən məhrum olmağı zəruri sayılsa da, terminlər bu xüsusiyyətlərdən kənarda qala 
bilmir.
Sahə terminlərinin transformasiyası zamanı müxtəlif elm, sənət, peşə, fəaliyyət sahələrinə 
aid beynəlxalq leksik vahid öz semantikasında dəyişiklik edərək başqa elm sahələrində də işlənə 
bilir. Məsələn, latın dilindən Azərbaycan dilinə daxıl olan “notifikasiya” termini iqtisadiyyatda 
vekselin sahibi tərəfindən borc məbləğinin ödənilməməsi, veksel öhdəliyinin icra edilməməsi 
barəsində indossanta – vekseli təqdim edən şəxsə göndərilən rəsmi xəbərdarlıq və ya təqdim 
edilən xəbərdarliq məktubudur. Siyasətdə isə nota vermə; beynəlxalq hüquqda bir dövlətin hər 
hansı beynəlxalq problemlə bağlı öz mövqeyini başqa bir dövlətə nota vasitəsilə bildirməsi(8, 
s.183) , faktura müəyyən materiala xas olan, yaxud onun emalı nəticəsində alınan səthin 
xarakteri, özəlliyi, fizikada hesab faktura tərtib edilən zaman sərf olunan elektrik enerjisi 
sərfiyyatının abonentin müvafiq istehlakçı qrupuna məxsus olmasından asılı olaraq müəyyən 
edilmiş tariflə hesablanması, bu zaman abonentə aid sayğacın əmsalı mənalarını bildirir (8, s. 93) 
Göründüyü kimi beynəlxalq terminlər terminoloji konversiya kimi özünü göstərən terminləşmə 
prosesi zamanı bəzən hazır termin dilin lüğət tərkibindən tamamilə yeni məzmun kəsb 
edir.Terminlərin omonimliyi arzuolunmaz hal sayılsa da, beynəlxalq terminlərdə də bu hal 
müşahidə olunur. Bu proses müxtəlif elm sahələrinin leksikasının qarşılıqlı əlaqəsi ilə bağlıdır. 
Yəni dilin lüğət tərkibi, o cümlədən digər sahə terminoloji sistemi arasında əlaqənin və qarşılıqlı 
münasibətin nəticəsi kimi ortaya çıxır. Burada sahələrarası münasibətlərin üstünlüyü özünü 
daha çox büruzə verir. Məsələn, morfologiya həm dilçilikdə, həm də biologiyada müxtəlif 
mənalarda işlənir. Beynəlxalq terminlərin omonimliyi özünü iki şəkildə göstərir: leksik və leksik-
qrammatik omonimlik.
Milli dillərdə işlənən beynəlmiləl terminlərin əksəriyyəti qədim klassik dillərin yunan və 
latın dillərinin leksik vahidləri əsasında yaranmışdır. Hazırda isə beynəlmiləl terminlərin 
yaranmasında yalnız yunan və latın dillərinin deyil, ingilis, ispan, alman, fransız sözləri də 
üstünlük təşkil edir. Beləliklə, dünyanın inkişaf etmiş bütün dillərində beynəlmiləl terminoloji 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin