Publisher


Dillərin lüğət tərkibinin zənginləşməsində beynəlmiləl terminlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/86
tarix25.12.2023
ölçüsü0,93 Mb.
#194884
1   2   3   4   5   6   7   8   9   ...   86
Filologiya 2021 2

Dillərin lüğət tərkibinin zənginləşməsində beynəlmiləl terminlər
 
73 
terminlərin inkişafı sayəsində yaranmış beynəlmiləl fond müxtəlif dillərdə çoxluq təşkil edir. 
Belə qarşılıqlı təsirlər bu terminləri milli çərçivədən çıxarır, bir sıra dillərdə inkişaf edərək geniş 
işləklik qazanır. Beynəlxalq səciyyəvi alınmalar isə qohum olan və olmayan bir neçə dildə 
işlənərək siyasətə, elmə, texnikaya aid spesefık anlayışları ifadə edərək beynəlmiləl fond yaradır. 
Məsələn, “klirinq”, “klirens”, “kollagen”, “planşet”, “pilot”, “pilates”, “rodster”, “rotasiya” və s. 
Beynəlxalq əlaqələrin formalaşmasını və inkişafını sürətləndirir, xalqlar arasında, sırf 
əməkdaşlığı reallaşdırmaqla dil əlaqələrini də artırır. Məmməd Qasımov yazırdı: “Sırf dilçilik 
nöqteyi nəzərdən internasional terminlərin işləndikləri bütün dillərdə eyni mənanı ifadə etməsi, 
eyni səs tərkibinə, hətta eyni yazılış formasına malik olması zəruridir. Bu, elmi-texniki 
terminologiyanın ayrı-ayrı sahələrinin beynəlxalq miqyasda unifikasiya edilməsi üçün böyük 
əhəmiyyətə malikdir” [43, 5-9]. 
Terminlərin formalaşmasında ayrı-ayrı ölkələrdə baş vermiş, dünya xalqlarının bir çoxunun 
taleyində müəyyən rol oynamış beynəlxalq hadisələr əks sədanın yaranmasına gətirib çıxaran və 
dünyanın ayrı-ayrı regionlarında müəyyən dillər üçün ortaq keyfiyyət, yaxud məna daşıyan 
beynəlmiləl sözlərin müəyyən tarixi zəmində təşəkkül tapdığı nəticəsinə gəlmək mümkündür 
(5,s.404). Dünyada baş verən proseslər, elmin sürətli inkişafı ilə bağlı olaraq yaranan yeni 
anlayışların adlandırılması beynəlxalq səciyyəli terminlərin yaranmasına səbəb olur. Belə 
terminlər təbii olaraq müxtəlif dilləri zənginləşdirir. “...heç bir dil hər hansı başqa dilə zor gücü 
ilə öz vahidlərini qəbul etdirə bilməz. Bir dildən başqa dilə söz və terminlərin yayılması tarixi 
şəraitlə, xalqlar arasında elmi, texniki və mədəniəlaqələrin möhkəmlənməsi ilə mümkün ola 
bilər” (2, s.63). Ona görə də beynəlmiləl terminlərin dünyanın ayrı-ayrı dillərin lüğət tərkibinə 
daxil olması və onu zənginləşdirməsi elm sahələrində işləklik qazanması, ünsiyyət prosesində 
fəal şəkildə istifadə olunması dillərin özünəməxsus inkişafına mənfi təsir göstərmir. Dillərə daxil 
olan bu proses hər bir dilin daxili inkişaf qanunları əsasında fəaliyyət göstərir. Bu da ayrı-ayrı 
elmi, texniki kəşfləri ifadə etməklə yanaşı dillərin ifadə imkanlarını artırmaqla yanaşı, 
terminoloji leksik qatın fəallaşmasına və zənginləşməsinə də səbəb olur. 
Beynəlxalq terminlər daxil olduqları dilin leksik sistemində digər sözlərə aid xüsusiyyətlərə 
malik ola bilir. Məsələn, dezavuirasiya (fransız desavurasiya- et-mək, danmaq) - beynəlxalq 
(diplomatik) münasibətlərdə dövlətin səlahiyyətli orqanı tərəfindən öz (dövlət) ərazisində başqa 
bir dövlətin diplomatının və ya digər səlahiyyətli rəsmisinin atdığı müəyyən addımla öz səlahiy-
yətlərini aşdığı və ya öz mandatına uyğun olmadığını bildirən rəsmi irad. D. və onu doğuran 
səbəb dövlətlərarası münasibətlərə xələl yetirə bilər. Bir qayda olaraq D.-ya məruz qalmış 
diplomat və digər səlahiyyətli rəsmi şəxs geri (öz dövlətinə) çağırılır. Dezinformasiya müəyyən 
məqsədləri güdərək geniş ictimaiyyəti və ya rəqib tərəfi çaşdırmaq, onlarda müəyyən təəssürat 
oyatmaq, fikirlərini səhv istiqamətə yönəltmək naminə yalan məlumat, həqiqət pərdəsi altında 
yayılır. D. bir qayda olaraq ya düşmən dövlətlər, xalqlar arasında yayılır və yaxud anti-demok-
ratik rejimli dövlətlərdə hakim dairələr tərəfindən hakimiyyət resurslarının əldə saxlanılması 
naminə vətəndaşların arasında yayılır. D. əsasən kütləvi informasiya vasitələri (KİV) ilə eyni 
zamanda kütləvi ictimai tədbirlərdə, fərdi görüşlərdə yayıla bilər. Bəzi hallarda məqsədyönlü D. 
müəyyən hüquqi məsuliyyətə səbəb olur D. qurbanına çevrilməməsi üçün, eyni hadisəni fərqli 
mənbələrdən araşdırmaq labüddür; Dezinteqrasiya (fransız des - inkar və latın integer - bütöv) - 
inteqrasiya prinsipinin antonimi; ümumi varlığın məqsədyönlü və ya kor-təbii hadisələri 
nəticəsində özünün tərkib hissələrinə bölünüb parçalanması prosesi. Ən yeni tarixdə keçmiş 
(eks) SSRİ və Yuqoslaviya adlı dövlətlər - D.-ya məruz qalaraq süqut etmişlər; Dezorqanizasiya 
(rus analoqu дезорганизация, ingilis analoqu disorqanization) - ümumi varlığın məqsədyönlü 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin