1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»
Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.
1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.
O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:
Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.
Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…
1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.
Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.
1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.
Cavanlara xitab (1924)
Maydan (1925)
Şikəstəyə məktub (1926)
Göygöl (Əhməd Cavada) (1926)
Sızıltılarım (Möhtərəm və əziz Hüseyn Cavidə) (1926)
Bir gün məni lap boğurdu hicran (1926)
Şuşa(1926)
Zeynal (1926)
Səyahət (1927)
Əyilmə (1927)
Müəllimlik (1927)
Şəki (1927)
Orda… (1927)
Ondan da gözəldir (1927)
Şəki maralı (1927)
Bəlkə (1927)
Hazır olunuz (1927)
Adsız şer (1927)
Məni (1927)
El ayrılığı (1927)
Qadın (1927)
Bir qəlb ki, çalxanar, hər zaman coşar (1927)
Dilcan dərəsi (1927)
Çəkil! (1927)
Onu görürkən… (1927)
Sorma aqıl kimsələrdən, sorma heç dünya nədir (1927)
İllər, qərinələr keçirsə aləm (1927)
Unut… (1927)
Dağlar (1927)
Ana (1927)
Bizim dağların (1927)
Dan yıldızı (1927)
Bir qətrə yaş (1927)
Ellər gözəli (1927)
Dağlar! Sizdəki bu böyüklük, vüqar (1927)
Nə vaxt güləcəyəm? (1927)
Şikayət (1927)
Sənət (1927)
Ona… (1927)
Salyan gözəli (1927)
Həyata doğru (1928)
İşçi (1928)
İki körpə (1928)
Andım (1928)
Şeirim (1928)
Acı gülüşlər (1928)
Bir yaz sabahının ilk azanıydı (1928)
Çəkdiyim ağrılar bir yana dursun (1928)
Ey uzaq göylərin yaxın elçisi (1928)
Matəm nəğməsi (1928)
İrəli… (1928)
Ömrün pərişan günləri (1928)
İngilis (1928)
Bahar şərqisi (körpələrə) (1928)
Sahildə (1928)
Həyat dedikləri şübhəli bir şey (1928)
Şeir (1928)
Uzaqlara doğru (1928)
Bayram qabaği (1928)
Kür çayı (1929)
Leylasız (1929)
Səhərə yaxın (1929)
ŞƏRQİN QAPISI (1929)
1.Səhər oyanarkən
2.Axsam
3.Mədəniyat sarayi
4.Son söz
Vətən həsrəti (1929)
Şairin andı (1929)
Səfil qadın (1929)
Yeni dünya (1929)
Əmək və təbiət (1929)
İnqilab yurdu (Anam üçün)(1929)
Konsert axşamı (1929)
Hərəkət (Nazim Hikmətə) (1929)
Ölümün məhkəməsi (1929)
Ellər dünyası (1929)
Çörək dostu (1929)
Ayıq ol (1929)
Dostlar xəbəri (1929)
Aprel (1930)
Səriyyənin ölümü (1930)
Olduğum yer (1930)
Məktub (1930)
Fanar (1930)
Zərbəçilər (1930)
Dinlə məni gözəl bahar! (1930)
Şairin səsi (Mikayıl Müşviqə) (1930)
Dönüş (1930)
Bir az gülmək üçün (Qardaşım Osman Sarıvəlliyə) (1930)
Məktub (1930)
Tabut keçərkən (1930)
Mən bir əsgər kimi (1930)
Raport (Bakı mədən işçilərinə) (1931)
Kolxozçu qadına məktub (1931)
Ölən şeirlərim (1931)
Qızıl Şərq (1931)
Pambıqçılar (1931)
Cavabımız (1931)
Tikanlı sözlər (1931)
Şeir və xaltura (1931)
Yoldaş, Hinger, amxanaqo (1931)
Oktyabr günləri (1931)
Hücum (1931)
Sən o deyilsən, ah! Dəyişdin, döndün (1931)
Çalma!… (1931)
Keçdi günlər ki, sənin Hüsnünə pərvanə kimi (1931)
Rot-front (1932)
Xavər (1932)
Sevgilim Xavərə (1932)
Salam (1932)
Aşığın dərdi (1932)
Yoldaş komandan (1932)
Bahar (1932)
Komsomol marşı (1932)
Cinayət (1933)
Bizim bayram (1933)
Sevgi (1933)
Sevirəm (1933)
Bəzək və zinət (1933)
Anamın dərdi (1933)
Sevgilimin qılığı (1933)
Dəniz gəzintisi (1933)
Çənə söhbəti (1933)
Cəbhədə (1933)
Sabahın türküsü (1934)
Şairin sevgilisinə (1934)
Böyük revolyutsiya (1934)
Vətən ordusu (1934)
Qafqaz (1934)
Böyük ədib (1934)
Əhli-qələm (1934)
Həsrət (1934)
Sənət eşqi (1935)
Ordenli qəhrəman (1935)
Azərbaycan (torpağın tələbi) (1935)
Şairin albomundan (1935)
Alqış (1935)
Təranə (1935)
Natəvan (1935)
Leyla (ilk təyyarəçi qız Leylaya) (1935)
Təbriz gözəlinə (1935)
Şairin ölümü (1935)
A köhlən atım! (1935)
Azərbaycan (1935)
Sərgüzəşt (1935)
Zərdüştün xülyaları (1935)
Füzulinin dərdi (1935)
Kislovodskidə (1935)
Klim Voroşilova (Yoldaşlıq məktubu) (1936)
Söz buketi (May şənliyinə) (1936)
Azad ilham (1936)
Səmimiyyət yolçusu (1936)
Yadıma düşdü (1936)
Sənət ustasına (1936)
Böyük şairin şərəfinə (1936)
Günəşin keşiyində (1936)
Çinarın şikayəti (1936)
Sabirin şərəfinə (1936)
Sünbül (1936)
Anam qəlini (1936)
Lənkəran şeirləri (1936)
Ölüm xəbərçilərinə (1937)
Pravdanın yubileyinə (1937)
Səadət nəğməsi (1937)
Qanlı bazar (1937)
Bahar və mən (1937)
Şeirimizin ağsaqqalı (1937)
Bayrağım (1937)
Bir arzu (1937)
Danışaq (1937)
Bülbül (1937)
Bənövşə (1937)
Səhər-səhər (1937)
On iki dekabr (1937)
Bayram qabağı (Oktyabrın XX ildönümünə) (1937)
Dargöz (1937)
Bülbül və bağban (1937)
Omrümün gündəliyindən (1937)
Böhtan (1937)
Azərbaycan (1938)
Aşıq qardaşıma (1938)
Karyerist (1938)
Çil toyuğun tək yumurtası (1938)
İncə xanım (1938)
Xeyrə-şərə yaramaz (1938)
Mavzoley (1938)
Qızıl əsgər (1938)
Şadlıq (1938)
Sədaqət (1938)
Böyük bir kitab var bizim həyatda (1938)
Bizim gəncliyə (1939)
Xəyal (1939)
Qızcığaz (1939)
Fitnə (1939)
Nizami (1939)
Ürəyi xain adam (1939)
Kommunist (1939)
David (1939)
Ləzgi qızı (1939)
Qəhrəmanın heykəli (1939)
Samur çayı (1939)
Pioner marşı (1939)
20 bahar (1940)
Ala gözlər (1940)
Təzə il (1940)
Şam (1941)
Mıs-mıs (1941)
Həyat eşqi (1941)
Vətənin keşiyində (1941)
Ananın öyüdü (1941)
Şəfqət bacısı (1941)
Qızıl şahinlər (1941)
Qoca qəhrəmanın çıxışı (1941)
Tarla nəğməsi (1941)
Daşların bağrından gövhər çəkərik… (1941)
Rus ordusu (1941)
Komsomol marşı (1941)
Qəhrəmanın hünəri (1941)
Pioner marşı (1941)
Sənəm qarının pıçıltıları (1941)
Uşaq bağçası (1941)
İgid şahin (1941)
Məhəbbət (1941)
Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır (1941)
Sovqat (1941)
Moskva (1941)
Oktyabr (1941)
Ukrayna partizanları (1942)
Azərbaycan balası (1942)
Salam, Moskva! (1942)
Həyat fəlsəfəsi (1942)
Şairin salamı (1942)
Yanğın (1942)
Partizan Babaş (1942)
Daşsalahlı yoldaşlara (1942)
Dağlar (1943)
Gülə-Gülə (1943)
Qızxanımın hünəri (1943)
Qoca qartal (1943)
Göz aydınlığı (1943)
Bayramınız mübarək (1943)
Salam, dostum! (Mustafa bəy Topçubaşova) (1943)
İlham pərisi (Mirzağa Əliyeva) (1943)
Mənə belə söyləyirlər (1943)
Bayraqdar (1943)
Adsız qəhrəman (1943)
Göyərçin (1943)
Ürək (1943)
Qəzəl (1943)
Gələcəyin toy-bayramı (1943)
Dörd söz (1943)
İlk bahar və mən (1944)
Dərman verin! (1944)
Nəsibimiz səadətlə ilk bahardır! (1944)
Gəlməsəniz də! (1944)
Sözun şöhrəti (1944)
İstiqbal təranəsi (1944)
Şair, nə tez qocaldın sən? ! (1944)
Təzə il sovqatı (1944)
Qəhrəmanın ölümü (1944)
Qızıl ordu (1945)
Zəfər bayrağı (1945)
İyirmi beş bahar (1945)
Qərinədən-qərinəyə (1945)
Zəfər bayramı (1945)
Böyük bəstəkar (1945)
Mənim arzum (1945)
Mənim səsim (1945)
Ah, paxıllar (1945)
Dəlilər evi (1945)
Mənim rübabım (1946)
Unudulmuş tək məzar (1946)
Təbrizin şairlər məclisinə (1946)
Yandırılan kitablar (1947)
Yer həsrəti (1947)
Təyyarə meydanı (1947)
Berlin (1947)
Reyxstaq (1947)
Ana heykəli (1947)
Alman bənnası və sovet zabiti (1947)
Məhəbbət ilhama çağırır məni! (1948)
Bəstəkar (1948)
İslam (1948)
Eşq olsun sənətkara! (1948)
Körpünün həsrəti (1948)
Düşüncələr (1949)
Deyin, gülün, övladlarım! (1949)
Mənim andım (1949)
Dinlə, Xavər (1949)
Ana və körpə (1949)
Eduard Maze (1950)
Qoca şərqə günəş doğur… (1950)
Rəssamın son əsəri (1950)
Ziyafət (1950)
Marksın qəbri üstündə (1950)
London qarısı (1950)
Kiçik şəhər (1950)
Lenin (1951)
Bütün Bakı ürəyimdə bir şer olur… (1951)
Xavərə (1951)
Bahar düşüncələri (1953)
Belələri də var (1953)
Müxəmmət (1953)
Şair, nə tez qocaldın sən! (1953)
Lalə (1954)
Mən tələsmirəm… (1954)
Musa Cəlilə (1954)
Gödəkcə (1955)
Yada sal məni (1955)
Qürbət eldə (1955)
Dostluq hədiyyəsi (1955)
Yazılma tarixi məlum olmayan şeirlər
Dağlar
Şikayət
Qəzəl
Qəzəl
Qəzəl
Qəzəl
Vurğunun
Gözlərin!
Xanım
Qızıl xatirə
Yaxın gəl, gözəl qız. Yaxın gəl bir az
Sən gələndə bizim eldə yaz olur
Marş
Lenin
Sərhədçilər marşı
Bir dağ ətəyinə, lap aşikarə
Bəlkə bu dünyadan əl üzdüm artıq
Yenə xəstəliyim, əski halım var
Fikrətin rəsmi qarşısında
Gördüklərim
Mən o deyiləm
Fəqət siz!
Gedərkən sükuta gecənin qəlbi
Soyuq-Soyuq yenə bir qış axşamı
Ah, bu qürbət məni dağıtdı, sökdü
Poemalar
Komsomol poeması 1933
Muradxan 1933
Xumar 1933
Lökbatan 1933
Kənd səhəri 1933
Ölüm kürsüsü 1934
Macəra 1935
Acı xatirələr 1935
26-lar 1935
Qız qayası 1935
Aslan qayası 1935
Bulaq əfsanəsi 1935
Dar ağacı 1935
Ölən məhəbbət 1935
Talıstan 1935
Üsyan 1936
Bəsti 1937
Yazla qışın dəyişməsi 1937
Ayın Əfsanəsi (Aybəniz) 1941
Hürmüz və Əhriman 1943
Bakının dastanı 1944
Zəncinin arzuları 1948
Muğan 1948-1949
Leninin kitabı 1950
Aygün 1950-1951
Zamanın bayraqdarı 1952
Dramlar
Vaqif 1937
Xanlar 1939
Fərhad və şirin 1939-1941
İnsan 1945
Şairin həyatı
İki sevgi 1940-1941
Dostları ilə paylaş: |