MaKu
22.07.2008, 21:00
Tam Adı Həsən bəy Məlikov
Doğum Tarixi 1837
Doğum Yeri Göyçay Zərdab
Ölüm Tarixi 1907
Ölüm Yeri Bakı
Ölüm Səbəbi iflic olub
Həyatı
Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.
Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.
O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətirtdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır. "Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi təbii ki, Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər. Nəhayət, 1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.
Beləliklə, 1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. Belə ki, 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. Nəhayət, Həsən Bəy Zərdabinin 50 illik yubleyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunub.
Daxiliyyə
Əkinçi qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qeyri səbəblər də çoxdur. Amma onları bura da ismən aldatmaq məqdur (mümkün) deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu УƏkinçiФ qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmunundan goftügu edək. УƏkinçiФ qəzentində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri-vilayətlərdə olan əkinlərdən, onları əkib-becərməkdən, onları əkib-becərən vaxtda işlənən əsbablardan (alətlərdən), əkin yerin şüxmа etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır.а Həmçinin bu ikinci fəsldə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri-vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və ya imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri-vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər veriləcəkdir. Saniyən,а bizim Rusiya dövlətinin və qeyri-dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər veriləcəkdir. Salisən, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir. Rabeən, bizim kənd sudlarında ya miravoy sudda və ya okrucnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamisən,а yuxarıda zikr olan xəbərlərdən savayı, hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri-qism xəbərlərdən danışıq olacaqdır.аа
аааа Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib, başlayırıq və müsəlmanların anlıyan və pişrov (qabaqcıl) kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə, səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub, onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və guşeş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərcişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər zəmanə dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirlər. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki, onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.
Rusiyada əvvəlinci türk qəzeti
Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik.
ааааа Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, аhabelə söz də, ələlxüsus doğru söz, mirur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədəа mən onları necə görüm və görmək mümkündürmü? Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir.а Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əcdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir.
ааааааBelədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın.а Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar.а Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar.
ааааа Bəs qəzeti necə çıxardım?а Pul yox, çapçı yoldaşı yox, kitabxana yox, hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır.
ааааа Bizim qubernator mütəvəffi general Staroselski, doğrudur xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını УƏkinçiФ qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım.
ааааа Çünki o vaxtda yazı-pozu şikəstə xətti ilə olurdu və basma xəttini oxuyan yox idi vəа tamam Rusiyada işlənən hürufat çox yaman idi, ona görə mənə məsləhət elədilər ki, qəzeti daş basması ilə (litoqrafiya) basdırım.а Mən buna razı olmadım. Çünki litoqrafiya ilə çıxan qəzet həftədə bir və ya iki dəfə çıxa bilir. Amma mənim ümidim var idi ki, sonra qəzeti hər gündə çıxarım və bir də Osmanlı və İran məmləkətlərində o vaxtda qəzetlər çıxırdı və onlar da hürufat ilə basılırdı və daş üstə çıxanlar da sonralar hürufat ilə basılacaqdı.
ааааа Belədə yaxşı olardı ki, işin binasından oxuyanları basma xəttinə öyrədim ki, sonra dübarə zəhmət çəkib onları təzədən basma xəttinə öyrətmək lazım olmasın. O vaxtda Bakıda iki basmaxana var idi. Onların birisində ki, Qubernski Pravleniyanın idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı erməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən lazım olsa, öyrədib mənim qəzetimdə işlədər. Sonra fikrə getdim ki, yaxşı hürufatı haradan alım? Rusiyada, doğrudur, yaxşı hürufat yox idi, amma qəliblər qayırıb, təzə hürufat tökdürmək mümkün idi. İş burasındadır ki, təzə qəliblər qayırdan kargahçı 5-10 puddan ötrü onları qayırmağa razı olmazdı. O vaxtda İstambulda olan bizim şirvanlılar ilə mənim irsal-mərsulum var idi. Onların yazmağından bilirdim ki, orada bizim türk dilində bir neçə qəzet çıxır. Hətta onlardan gündə çıxanı da var. Ona görə lazım bildim ki, gedib İstambulu da ziyarət edim və orada işlənən yaxşı hürufatdan 5-10 pul alım gətirim.
ааааа 1875-ci sənənin iyul ayında gedib İstambulda 10 pud hürufat alıb, avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çatdı. Əlahiddə basmaxana açmağa pulum olmadı. Ona görə Staroselski mənim hürufatımı Qubernski Pravleniyanın basmaxanası üçün satın aldı. Kağız və qeyri mayəhtacı hazırlayıb УƏkinçiФ qəzetini çıxarmağı 1875-ci sənənin iyul ayının 22-də başladım. İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, zikr olan Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib, yanında şagird saxladı. Belə labüd qalıb mən özüm də ona gərək kömək edərdim. Basmaxana hər nömrəni bir kiçik vərəq üstə hər səfər 1000 vərəq basmaqdan ötrü məndən 15 manat istədi. Hesab çəkib gördüm ki, qəzeti hər iki həftədə bir dəfədənt artıq çıxara bilmərəm. Qəzet çıxarmaq elamnaməsini novruzda paylamışdım və Qafqazın tamam şəhərlərinə və böyük kəndlərinə də göndərmişdim. İyul ayınacan 100 müştərim var idi ki, hərəsindən 3 manat, cümlətanı 300 manat vüsul olmuşdu. Qubernator naçalniklərə hökm yazdı ki, hər kəndin yüzbaşısı qəzet alsın. Bu tövr ilə 300 də müştərim artdı ki, cümlətanı 1200 manata qədər qəzet satılmaqdan vüsul oldu. Qəzeti əldə satdırmaq və elamnamə basdırmaq da ki, o vaxtda yox idi, qəzeti 8-9 yüzə qədər basdırdım. Onun 400-nü müştəri olanlara və artığını Bakının küçə və bazarlarında paylatmaqdan savayı, qeyri şəhərlərə də müftə göndərirdim ki, qəzeti oxumağa adət eləsinlər.
ааааа Əvvəlində nömrələri çıxarmağınа zəhməti çox artıq oldu. Yayda şagirdlərim Bakıdan evlərinə getmişdilər. Mən tək qalmışdım və bir də Minasov ömründə qəzet işi görməmişdi və çox ağır işləyirdi. Ona görə özüm yazırdım, hürufatı düzməyinə kömək edirdim, qələtlərini düzəldirdim. Əvvəlinci yarım ili, yəni yanvarın birinəcən 500 manata qədər zərər elədim. Amma müştərilərimin qədəri yüzdən üç yüzə qədər artdı. O ki, yüzbaşılardı, naçalniklər onlara qəzeti vaxtında göndərmədiyinə onların qədəri azaldı.
аааа Yanvarın 1-dən 400-ə qədər müştərim var idi, üç manatdan. Novruzdan sonra qəzetin vərəqlərini böyükləndirdim və o ilin payızında qəzeti həftədə bir dəfə çıxartdım. Çünki yazıçı yoldaşlarım günü-gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq öyrənmişdi. İl qurtaranda hesabını çəkib gördüm ki, 1000 manata qədər zərərim var. Üçüncü, 1877 sənədə yüzbaşılardan savayı 400-ə qədər müştərim var idi. Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdan savay qəzeti müftə paylamağa, poçta verməyə də kömək edirdilər. Onların hamısı qəzet oxumaq ilə yazıb-oxumağı öyrənmiş idilər və öz vətən dilində qəzeti görəndə çox şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu.
аааа УƏkinçiФnin əvvəlinci bədbəxtliyi qubernator Staroselski Bakıdan getməyi oldu. Ondan sonra vitse qubernator bir yoğun senzor oldu. İkinci və böyük bədbəxtliyi osmanlı davası başlanmağı oldu.
ааааа Nə qədər osmanlı davası başlanmamış idi, bir tövr bu yoğun ilə yola gedirdim. Elə ki, dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə ixlas göstərmək istəyənlər əz cümlə bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzet çıxarmağı düşvar elədilər. УƏkinçiФyə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən də müştərilərimiz dava xəbəri istəyirlərdi. Senzordan təvəqqe elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də göstərsin ki, hansıları çap etmək mümkündür. Ona da razı olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn telləri çap edim. Əlbəttə, həftədə bir dəfə çıxan qəzetdə bir həftənin müddətində gələn tellərin hamısını çap etmək mümkün deyil idi. Çünki hər gündə 2-3 yüz sətrə qədər tel gəlirdi və onlardan seçib lazım olan qədərini də basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çox narazı oldular.
аааа Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən УƏkinçiФnin üstə tökülüb onun bağlanmağına səy etdilər. Candarma polkovnikinə hər gündə məndən və УƏkinçiФdəçn adsız danoslar göndərdilər. Candarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb-gətirirdi. O vaxt mən hər gecə 1-2 saat kluba gedib bilyard oynayırdım və candarma polkovniki də bəzi vaxtda mənim ilə oynayırdı. Onunla belə həftədə bir neçə dəfə o polkovnik məni apardıb məndən cavab istəyirdi ki, doğrudurmu filan günü axşam filankəslərin yanına gedib, filan sözü demisən. Mən cavabа verirdim ki, filan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm, amma neyləyim, zakon belədir, gərək xəbər alım. Belə danosları bircə candarmaya versəydilər yenə dərd yarı idi, amma onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cavablarını yazmaqdan biçarə candarma yorulmuş idi. Amma bununla belə mən qəzeti vaxtında çıxardırdım.
аааа Elə ki, Dağıstanda şuluqluq başlandı, УƏkinçi!Фnin günü dəxi artıq qara oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum ordadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan çıxmışdı, mən təvəqqe elədim ki, dəxi mənim adımdan qəzet çıxarmasınlar.
аааааBu tövr mən istəyirdim qəzeti vaxtilə bağlayıb dava qurtarandan sonra çıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmirdilər. Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə Yekaterinodar şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və qaralayanlar da Bakı müsəlmanları oldu ki, orada xaricilərdən intixab etdilər. Belədə mən də ki, УƏkinçiФni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçübа getdim.
MaKu
23.07.2008, 12:34
Tam Adı Zəlimxan Yusif oğlu Yaqubov
Doğum Tarixi 1950
Doğum Yeri Gürcüstan Bolnisi Kəpənəkçi
Həyatı
Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycan xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. ADU-nun Kitabxanaçılıq fakültəsində təhsil almışdır (1967-1972). «Yazıçı» nəşriyyatında redaktor və poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olmuşdur.
Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), «Şöhrət» ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 1983-cü ildən AYİ-nın üzvüdür.
Kitabları
Şair harayı
Vətən yaralar
Sizi qınamıram
Ziyarətin qəbul olsun
Od aldığım ocaqlar 1986
Mən sənin qəlbinə necə yol tapım 2003
Böyük ömrün dastanı 2004
Qayıdaq əvvəlki xatirələrə 2004
3_Rengli_HeyaT
15.08.2008, 4:21
Bu mövuda Əbülfəz Elçibəy dühasının, çəxsiyyətinin böyüklüyü haaqında söhbət açmaq istəmirəm.Zatən onu azdan çoxdan tanıyan insalar bu böyük ürəyə sahib olan insanın öz xalqı üçün əlindən gəldiyi qədər necə xidmət etdiyini bilirlər.
Mən bu mövzuda "Böyük bəy " ləqəbi ilə yaddaşlarımıza iz salan Əbülfəz bəy Elçibəyin elmi əsərlərini siz gənclərimizə təqdim etmək istəyirəm .Bəyin yazdığı əsərlər Azərbaycan xalqı üçün zəngin elmə və ədəbi irsdir .
XAHİŞ edirəm biganə qalmayaq !
Xalqı üçün çalışan insanlara biganə qalsaq " BİZ DƏYƏR BİLƏN XALQIQ " deməyə haqqımız yoxdur !
Beləliklə buyurun :
İlk kitabın adı :AZƏRBAYCANDAN BAŞLAYAN TARİX
İnanın bu kitabı oxuduqca bilmədiyiniz çox tarixi məqamları , Azərbaycanın tarixdə rolunu öyrənəcəksiz
Buyurun !!!
http://www.tebrizinsesi.com/new/ts-docs/El...slayanTarix.pdf
P.S
BU hələ son deyil!
Bu kitabı oxuyun !
İnşaAllah bəyin başqa kitablarını da yerləşdirəcəyəm !
Jurnalist_89
19.10.2008, 13:09
Tam adı - Cabir Mirzəbəy oğlu Novruzov
Doğuldiğu yer- Xızı rayonu Upa kəndi
Doğulduğu tarix- 1933 cü il mart ayının 12
[/b]
Cabir Novruz 1933-cü il mart ayının 12 də Xızı rayonunun Upa kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikomda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universtetinin jurnalistika fakültəsinə daxil olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir.Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə ülvi şəkildə birləşir.Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri -mənəvi dəyərləri tərənnüm edənşerləri ilə oxucu məhəbbəti qazanmışdır.Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir.Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasa mühim xidmətlər göstərmişdir.Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları Azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur.Şairain poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanə daha həyati etmişdir.
Şairin ədəbi və ictimai həyatı da yüksək qiymətləndirilmişdir.O " Əməkdar incəsənət xadimi", " Xalq şairi" fəxri adlarına, orden və mükafatlara layiq görülmüşdür.Şair 1995-ci ildə Azərbaycam Milli Məclisinin deputatı seçilmişdir.
Ədəbiyyatımızın görkəmli nümayəndəsi Cabir Novruz 2002-ci ildə dekabr ayının 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.[/b]
kabus_ve_zulmet
06.12.2008, 13:48
maraqlidr saymaqnan qutarmz olmez sexsiyetlerimizi sagolun ki bu haqda melumat yazirsiz
PROSATANOS
13.02.2009, 23:28
Bu gün xalq şairi Bəxtiyar Vahabzadə vəfat etdi.ALLAH RƏHMƏT ELƏSİN
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.
1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.
B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).
O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
Azərbaycan dilində kitablar
1- "Mənim dostlarım", Azərnəşr, 1949
2- "Bahar", "Gənclik", 1950
3- "Dostluq nəğməsi", "Gənclik", 1952
4- "Ədəbi heykəl", Azərnəşr, 1951
5- "Çinar", "Gənclik", 1956
6- "Sadə adamlar", Azərnəşr, 1956
7- "Ceyran", "Gənclik", 1957
8- "Aylı gecələr", Azərnəşr, 1958
9- "Şəbi hicran" (Füzuli haqqında poema), "Gənclik", 1959
10- "Şerlər və poemalar", Azərnəşr, 1961
11- "İki poema", "Gənclik", 1962
12- "İnsan və zaman", Azərnəşr, 1964
13- "Bir ürəkdə dört fəsil", Azərnəşr, 1966
14- "Seçilmiş əsərlər", 1967
15- "Köklər-budaqlar", "Gənclik", 1968
16- "Dəniz-Sahil", "Gənclik", 1969
17- "416", "Gənclik", 1970
18- "Bir baharın qaranquşu", "Gənclik", 1971
19- "Dan yeri", "Gənclik", 1973
20- "Seçilmiş əsərlər" (I cild, şerlər), Azərnəşr, 1974
21- "Seçilmiş əsərlər" (II cild, poemalar), Azərnəşr, 1974
22- "Açıq söhbət", "Gənclik", 1977
23- "Açılan səhərlərə salam", 1970
24- "Pyeslər", "Gənclik", 1980
25- "Payız düşüncələri", "Yazıçı", 1981
26- "Hər çiçəkdən bir ləçək" (Dünya poeziyasından nümunələrindən tərcümələr), "Yazıçı", 1982
27- "Seçilmiş əsərlər" (2 cildlik), 1983-1984
28- "Özümlə söhbət", Azərnəşr, 1985
29- "Axı, dünya fırlanır", "Yazıçı", 1987
30- "Səhər", "Gənclik", 1986
31- "Lirika", Azərnəşr, 1990
32- "Şəhidlər", Azərnəşr, 1990
33- "Nağıl-həyat", "Yazıçı", 1991
34- "Ümidə heykəl qoyun", "Yazıçı", 1991
35- "Vətəndaş", "Gənclik", 1994
36- "Fəryad", "Azərbaycan", 1995
37- "Körppü çaydan uzaq düşüq", "Azərbaycan", 1996
38- "Bir ömür yuxu", "Azərbaycan", 1998
39- "İstiqlal", "Gənclik", 1999
40- "Ağıl başqa, ürək başqa", "Azərbaycan", 2000
41- "Sandıqdan səslər", "Təfəkkür", 2002
Elmi-publisistik kitabları
1- "S.Vurğunun lirikası", Universitet nəşriyyatı
2- "Səməd Vurğun" (monografiya), "Azərnəşr", 1968
3- "Sənətkar və zaman", "Gənclik", 1976
4- "Sadəlikdə böyüklük", "Yazıçı", 1978
5- "Vətən ocağının istisi", "Gənclik", 1982
6- "Dərin qatlara işıq", "Yazıçı", 1986
7- "Gəlin açıq danışaq", Azərnəşr, 1989
8- "Sənbə gecəsinə gedən yol", Azərnəşr, 1991
9- "Yanan da mən, yaman da mən", "Göytürk", 1995
10- "Leyaqət", "Azərbaycan", 1998
11- "Zaman və mən", "Gənclik", 1999
12- "Səməd Vurğun" (rus dilində, E.Talıblı ilə birlikdə), "Azərbaycan", 2000
Türkiyədə çap olunmuş kitabları
1- "Ömrümdən səhifələr", "Ötügən", 2000
2- "Vətən, millət, ana dili", Atatürk kültür başqanlığı yayınları, 2000
3- "Soru işareti", Kaynak yayınları, 2002
Pyesləri
1- "Vicdan" - 1960
2- "İkinci səs" - 1968
3- "Yağışdan sonra" - 1971
4- "Yollara iz düşür" - 1974
5- "Cəzasız günah" - 1975
6- "Dar ağacı" - 1978
7- "Fəryad" (Nəsimi) - 1984
8- "Hara gedir bu dünya" - 1990
9- "Özümüzü kəsən qılınc" - 1998
Başqa dillərdə nəşr olunmuş kitabları
1. Rus dilində - 14 kitab
2. Türk dilində - 15 kitab
3. Erməni dilində - 3 kitab
4. Özbək dilində - 2 kitab
5. Türkmən dilində - 1 kitab
6. Alman dilində - 2 kitab
7. İngilis dilində - 2 kitab
8. İranda Azərbaycan dilində - 5 kitab
Dostları ilə paylaş: |