Seyid Əli İmadəddin Nəsimi (1370 - 1417) - Orta əsrlər Azərbaycan şairi, hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri.
Həyatı
Nəsimi 1370-ci ildə Şamaxı*da dünyaya gəlib. Bəzi tədqiqatçılar onun Bakıda doğulduğunu iddia edir.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslam*dan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqani*ni xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”
Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.
Fəlsəfəsi
Nəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.” Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır.
Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş “kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: “Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi “Ol!Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə “Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib.
Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir.
Nəsiminin əsərlərində “Haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “İnsan” anlayışından istifadə olunur. Belə ki, “İnsan” ən geniş həcmdə “Allah” haqqında, ən zəngin məzmunda isə “cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan “Haqq“ ilə eyniləşdirilən “Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir.
Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafat.
Yaradıcılığı
Nəsiminin Bakı şəhərində heykəliNəsimi dilin zənginliklərindən qəzallərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur:
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım...
Diləfruzum, vəfadarım, cikərsuzum, cəfakarım,
Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım.
Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri -adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı tə'limin eynilə təkrarı deyil."
Nəsimi yaradıcılığının ana xətti insanın allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə eləyən məşhur şe'r də fikrimizi sübut edir:
Məndə sığar iki* cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.
* Bəzi mənbələrə görə orijinal versiyada iki sözü ikən olmalıdır. Bu 20-ci illərin səhvi kimi göstərilir. Lakin əksər müasir nəşrlərdə iki kimi yazıldığından bu söz iki kimi verilmişdir.
Azərbaycan mədəniyytində Nəsimi
Azərbaycan Respublikası yənidən qurulanda ismine Azərbaycan Nəsimi Dilçilik İnstitutu inkişaf olub. Nəsimi (1971), Nəsimi (1973), Nəsimi (1973) (II) filmləri olub.
3_Rengli_HeyaT
07.07.2008, 2:36
Həyatı
Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir. Uşaq yaşlarından çobanlıq edən Həbibi hazırcavablığı ilə Ağqoyunlu hökmdarı Sultan Yaqubun məmurlarndan birinin diqqətini çəkmiş və beləliklə sultan sarayına düşmüşdür. Ağqoyunluların süqutundan sonra Şah İsmayılın dəvəti ilə Səfəvilər sarayına gəlmiş və burada "Məlik üş-şüəra" rütbəsi almışdır.
Yaradıcılığı
***
Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.
Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il,
Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən.
Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən.
Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.
Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub,
Mən deməzmidim ki, danla ağlıyasıdır gülən?
Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül,
Kim batar cisminə təndə hər tük olmuş bir tikən.
3_Rengli_HeyaT
07.07.2008, 2:37
Nemətullah Kişvəri - XV əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Əsasən Əlişir Nəvainin təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.
Yaradıcılığı
"Divan"ından seçmələr
***
Ey xərməni-gül, gülşəni-rüxsarına qurban,
Sərvi-çəməni, qamətü rəftarına qurban.
Həm cani-girami ləbü-canbəxşinə sədqə,
Həm xaki-tənim nərgisi-bimarına qurban.
Didarını görsəm, keçərəm iki cahandan,
Ey iki cahan, dövləti-didarına qurban.
Bir söz degil, ey çeşmeyi-həyvan ki, bulurlar
Xizr ilə Məsih, ləbü güftarına qurban.
Ey zahidi-xudbin, nə bitər zühdü vərə'dən,
Gər bulmayasan Kişvəri tək yarına qurban.
***
Munca qan tökməkdin, ey xunxarə, usanmazmısan?
Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?
Ğəmzeyi-xupriz ilən, ey namüsəlman, hər tərəf
Xəstə canların qılıb əfkar, usanmazmısan?
Bülbüli-qəmdidənün bağrınə sancıb dəmbədəm,
Xari-həsrət, ey güli-bixar, usanmazmısan?
Ya dögərsən, ya sögərsən, ya sorarsan, ey pəri,
Munca məni-divanə, azar, usanmazmısan?
Xəstəxatir Kişvərilən acı-acı sözləşüb,
Ey ləbi-şirin, şəkkərgüftar, usanmazmısan?
***
Könlüm nəsibi çünki bəla qıldı yarədən,
Tabi-bəla götürmədi can, çıxdı arədən.
Çeşmimdin, ey qəzalə, fəraqində ağlasam,
Pürkalələr düşər cigərparə parədən.
Könlüm qəra qılur yüzini sənsiz ah ilən,
Qurtar, xuday içün məni bu yüzi-qarədən.
Baş ağrıdur səhər bu müəzzin dedükləri,
Ya Rəb, ki, anı Tanrı uçursun minarədən.
Könlündə heç rəhmi yox ol dilbərün, bəli
Mehri-giyah bitməz olur səngi-xarədən.
Bimarlıq nəhayətə yetti, gör, ey rəqib,
Goru kəfən yarağı ki, iş ötti çarədən.
Kirpikləri xiyal edə, ey Kişvəri, yenə
Bağrım bulub kəbabü asıldı qənarədən.
***
Vay kim, mən öldümü yar özgələr yari hənuz,
Məndən ol fariq, vəlikən mən giriftari hənuz.
Həsrətindən canə yettim də, nə bədbəxt adəməm
Kim, nəsib olmaz mana bir ləhzə didari hənuz.
Payimal ettin cəfa yolində xaki-cismümi,
Qopğusu bir zərrə tofrağım sənin sari hənuz.
Gərçi var özgə həvasi yarun, əmma vardurur,
Can anun müştaqüvü könlüm həvadari hənuz.
Ta pozulmur rişteyi-can, yüzməzəm səndən ümid,
Bir kəlafə iplikü Yusifi-xiridari hənuz.
Gecə kim uyxumə girsən, istərəm ol uyxunı,
Kim qiyamətdə dəxi olmayə bidari hənuz.
Kişvəri, könlünə azər etmə, degil ğəmzənə,
Düşmədin aramıza azari-bizari hənuz.
3_Rengli_HeyaT
07.07.2008, 2:42
Həyatı
XVII əsr Şərqinin ən görkəmli şairlərindən biri Azərbaycan və fars dillərində gözəl şeirlər müəllifi Saib Təbrizidir. Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi.
On altıncı əsrin axırlarında, şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və iste'dadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ən'ənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Türkiyəyə gedir. Burada o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şe'r aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moqol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.)
Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan dilində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələ-bəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət tə'sir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış.
Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. 0, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına də'vət edir. Saib sarayda məlik-üş-şüəra?şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır.
Saib Təbrizi İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradır. Qeyd olunmalıdır ki, Hindistanda onu farsdilli poeziyanın "Hindistan məktəbi"nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. ?Qəndəharnamə? poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.
Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.
Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şe'rlərini mövzular üzrə ayıraraq, "Mir"atül-camal", "Arayişe-nigar" və "Vacibül-hifz" adlı toplular təşkil edir.
Saib böyük bir poetik irs qoyub getmişdir. Bə'zi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün "Azərbaycanın görkəmli adamları" kitabında yazır ki, o özü Saibin 120 min beytlik "Divan"ını (poemaları daxil olmadan) gözü ilə görüb.
Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.
Getdi
Dünən ol yar mənim halımı sordu,getdi,
Yüz şirin söz dedim,o dinlədi durdu getdi.
Kim ki,gəldi,bu cahan mülkünü abad elədi,
Qəm-kədər içrə öz ömrün başa vurdu,getdi.
Ancaq o kəslərə xoş keçdi həyat şimşək tək,
Doğulub sonra da şiışək kimi soldu getdi.
Kimi də zəvvar idi Kəbə evin görmək üçün,
Sanki bu yer kürəsi sadəcə yoldu,getdi.
Saibin də dolu idi ürəyi ümmid ilə,
Naümidlik kədərilə yenə doldu getdi.
[/color]
Qeribe xeyalimin ucbatindan yer uzunun qeribi oldum
Hec kes menim kimi veteninde qerib olasin
Saib Tebrizi
Her gulun eteyinden yapishma,her shamin etrafinda firlanma
Qeribe gozellik ve yeni mena teleb et
Saib Tebrizi
Tutulmush konlumu cam ile shadan elemek olmaz,
El ile pustenin agzini xendan elemek olmaz
Bulud qilan kimi covlan urar da ildirim tigi
Konul perdelerinde eshqi punhan eylemek olmaz
Meni-Mecnuni aqil eylemek mumkun deyil,naseh
Soz ilen mushki-nabi,qan ki,bir qan eylemek olmaz
Saib Tebrizi
3_Rengli_HeyaT
07.07.2008, 2:43
Azərbaycan şairi Qövsi Təbrizi (1568-1640) anadan olub. Klassik Şərq ədəbiyyatına dərindən bələd olan şairin ədəbi irsindən divanının iki nüsxəsi mə’lumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. Füzuli ədəbi məktəbinin görkəmli davamçılarındandır. Lirik qəzəllərində mə’nəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şe’rinin inkişafında mühüm rol oynamışdır.
3_Rengli_HeyaT
07.07.2008, 2:44
Həyatı
Nişat Şirvani Ağamәsihin müasiri imiş. Şirvan şairlәrinin mötәbәrlәrindәn birisi hesab olunur, Nişat hәqiqәt әhli olduğu üçün zahiri zöhdü tәqvanı vә riyai ibadәti sevmәz imiş vә şeirlәrinin çoxunda xudbin vaizlәrә vә müdәmmәq abidlәrә dolaşarmış. Heyfa ki, Nişatın tәrcümeyi-halına dair mәlumat cәm edә bilmәdik.
Ağamәsihlә onun hәmәsr olduğu әşarından görünür. Mәlum olduğuna görә, hәr iki şair ömürlәrinin çoxunu başqa diyar vә ölkәlәrdә sәyyahlıqla keçiriblәr vә sәyahәt etdiklәri vilayәtlәrin әksәri İran mәmlәkәtindә olan vilayәtlәr olubdur vә İran şüәra vә ürәfasından tәhsili-kәmalat etmişlәr. Vә lakin Nişat qürbәt vilayәtlәrdә kamal vә tәcrübә kәsb edibsә dә, xeyli mәşәqqәt vә zәhmәtlәrә dәxi düçar olubdur. Necә ki, bu xüsusda bir qәzәlindә yazır:
Qürbәtdә rәhi-sәbdә әsbabi-sәfәr tәk
Asudәliyim olmadı hәr mәnzilә düşdüm.
Gәr misli-hübab özgә hәva başıma düşdü,
Bir dәmdә evim tikdimü yıxdım, yola düşdüm.
Üz görmәdim әzbәs ki, Nişat, әhli-vәtәndәn,
Bu vәch ilәdir kim, baş alıb hәr elә düşdüm.
Aşağıda yazılan qәzәl Ağamәsihin diqqәtini cәlb edib, ona cavab yazmağa şairi vadar etmişdir.
Qәzәli-Nişat:
Şuri-cünun aşiqin başına rifәt verir,
Hәr kәsә dünyadә, hәq әqlicә dövlәt verir.
Qanım içirkәn bulur çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr bәzminә zinәt verir.
Handa ki, görsәn, könül, yarı, dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi fürsәt verir.
Surәti-halın demәk aşiqә lazım deyil,
Üz verә iqbal әgәr, eşq özü surәt verir.
Gövhәri-nәzmin, Nişat, eylәmә hәr yerdә sәrf,
Bir belә bazardә kim ona qiymәt verir?
Bunun cavabında Ağamәsih yazmışdır:
Aşiqә tәlimi-yar feyzi-bәşarәt verir,
Necә ki, gül bülbülә dәrsi-fәsahәt verir.
Ol sәhiqәd, püstәlәb gülşәnә olsa rәvan,
Qönçәni dilgir edәr, sәrvә xәcalәt verir.
Әmmәyә mümkün ola gәr lәbi-dildardәn,
Çeşmeyi-heyvan kimi gör necә lәzzәt verir.
Vaiz özü hurilәr vәsfi ilә zövq edәr,
Tәrki-meyü eşq edin--xәlqә nәsihәt verir.
Duzәx özü söylәnir şiddәti mәşhurdur,
Canda fәraq atәşi özgә hәrarәt verir.
Çәrxә vәfa bağlama, eyş edә gör vәqt ikәn,
Vәdә irişsә, әcәl sanma ki, fürsәt verir.
Gövhәri-nәzmin, Nişat, düşsә Mәsih әlinә,
Rayici-bazar edәr, alәmә şöhrәt verir.
Ağamәsihin axırkı beyti Nişatın xoştәb vә şirinkәlam bir şair olduğunu göstәrir. Nişatın öz әsәrlәri dәxi onun fünuni-şerdә mahir vә qabil olduğunu bildirir. O әsәrlәrdәn bir neçәsi burada yazılır.
Qәzәli-Nişat:
Sәnin fәrşin ki, zahid, buriyadır,
Hәqiqәt mәnzilindә bu riyadır.
Riyadır zahidin gәrçi namazı-
Vә lakin xәlq içindә xoş әdadır.
Nigahından ol ahuçeşmin, ey dil,
Özün saxla kim, ol eyni-xәtadır.
Düşәr güzgüyә daim әksi-canan,
Könül saf olsa, hәr mәtlәb rәvadır.
Әcәb yox, türrәsindәn olmuşam şad,
Mәnim bәxtim ki, var başdan qaradır.
Nişatın könlünü incitmә, ey şux,
Sәnә nifrin edәr, әhli-duadır.
Yenә qәzәli-Nişat:
Qönçә tәk eldәn kişi sirrin nihan etmәk gәrәk,
Aşiqi-yekrәng olan bağrını qan etmәk gәrәk.
Müşkül işdir dәrdi hәr bidәrdә izhar eylәmәk,
Dәrdi bir dәrd әhlinә şәrhü bәyan etmәk gәrәk.
Xәlqdәn qәti-әdaqә eylәyib әnqa kimi,
Bir qәnaәt guşәsindә aşiyan etmәk gәrәk.
Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
Ey Nişat, ox tәk sözümdәn hәr kimә sәhm eylәnir,
Böylәdir, doğru sözü xatirnişan etmәk gәrәk.
Nişatın bu qәzәli hikmәt vә tәcrübә üzü ilә deyilmiş şerlәrdir. Şair hәr nakәsә sirri-zәmiri açıb söylәmәkdәn insana ariz olan zәrәri tәcrübә ilә müşahidә edib nәsihәt üzü ilә tövsiyә edir ki, kişi olan gәrәkdir qönçә tәk sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğәmbәrimiz Mәhәmmәd әl-Mustafa dәxi buyurmuşdur ki, "hәr kәsә sirri әyan etmәk olmaz". Necә ki, Molla Rumi "Mәsnәvi"sindә bu babda yazmışdır:
Bacardığın qәdәr heç kәsin yanında sirr açma,
Amandır, bu qapını heç kәsә açma!
Әgәr sirrlәrin ürәyindә gizlәnәrsә,
O muradın tezliklә hasil olar.
Peyğәmbәr demişdir: hәr kim ki, sirri gizlәtsә,
Tezliklә öz muradına çatar.
Toxum torpaqda gizlәnәrsә,
Bostan bitkilәrinin başı olar.
Qızıl vә gümüş әgәr üstüörtülü olmasaydılar,
Onlar mәdәndә nә vaxt pәrvәriş tapardılar?!
Vә bu babda yenә әbәs deyilmәyibdir ki: "Sәr vermәk olar, sirri әyan elәmәk olmaz!" Doğrudan da insanın qәlbi karvansara deyil ki, yol ilә hәr ötüb keçәn onda özü üçün mәqam bulsun vә onun içindә olan yaxşı-yamanı görüb alәmә faş qılsın.
İnsan gәrәkdir sirrlәrini vә fikirlәrini sevsin vә cani-dil ilә onları ürәyindә bәslәyib hәddi-kәmala yetirsin vә sonra faş etmәyi lazım isә, faş elәsin vә bundan maәda hәr naәhlә vә hәr bidәrdә dәrdi-dili izhar etmәyin nә faydası? Bir kәs ki, sәnin dәrd vә qәminә şәrik olmayacaqdır vә sәnin xiffәt vә küdurәtini azaltmayacaqdır, ona daha dәrdi söylәmәkdәn nә hasil? Kişi dәrdini söylәsә dә, gәrәkdir dәrd әhlinә söylәsin vә bilmәk istәsin ki, dәrd әhli vә dusti-hәqiqi kimdir. Lazımdır dost adlandırdığı şәxsi yaman günündә, yәni sәnә bir yas vә müsibәt üz verәn halda imtahan edәsәn.
Hәr gah dostun yaman günündә dәyanәt göstәrib öz dostluq vә sәdaqәtindә möhkәm vә sabitqәdәm olsa, o, hәqiqi dostdur. Vә illa yaxşı gündә, әldә var vә dövlәt olan zamanı hamı sәnә dost vә xeyirxah olacaqdır. Odur ki, şair deyir:
Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.
Amma Nişatın bir arzu vә xahişini haqq vә savab görә bilmәdik. O isә xalqdan qәti-әlaqә edib әnqa kimi qәnaәt kuşәsindә aşiyan etmәkdir. Nişatın bir tәrәf-dәn kuşәnişin abidlәri vә riyakar zahidlәri tәn vә mәlamәt edib, digәr tәrәfdәn özü guşәnişinlik arzu etmәsi bir növ qәribә gәlir vә bir dә islamda röhba-niyyәt olmadığı üçün müslüm gәrәkdir xalq içindә, hәmçinsi arasında dolanıb, onlar ilә müaşirәt elәsin, xalqa kömәk vә nәf yetirsin, xalqa, din vә vәtәnә hüsni-xidmәtlәr göstәrib hәr ikisinin tәrәqqi vә tәalisi yolunda sәrfi-himmәt etsin. Guşәnişinlik böyük bir hünәr deyil ki, onu arzu edib, әmәli qeyrilәrә dәxi töv-siyә olunsun.
Nişat Şirvaninin yuxarıda zikr olunan qәzәllәrindәn başqa daha da bir çox gözәl müxәmmәslәri vә mürәbbeatları vardır ki, cümlәsinә mәcmuәmizdә yer yoxdur.
Dostları ilə paylaş: |