konkistadorların əvəzinə, kralların və müqəddəslərin adlarını verməkdən savayı,
həm də yerli qəbilələrin elmiylə maraqlanaraq, dazlaşma əleyhinə dərman
axtardığını eşidəndə, əmr eləmişdi də ki, zorla da olsa, onu tapıb gətirsinlər.
Fransiskan monaxının qəhvəyi əbasına bürünən, əlindəki şıx-şıxla istirahət
gününün günorta çağı bazar camaatının arasında gəzən bu tövbəli müqəssiri heç
prezidentin özü də tanımamışdı.
Biz onu yenidən görmək ümidini itirmişdik və heç cür inana bilmirdik ki, bir vaxt
sahil boyu qaliblər kimi hərbi addımlarla addımlayan, qəbul salonunda qırmızı
kamzolda, qızıl mahmızda gördüyümüz o adam odu; amma onu limuzinə
otuzdurmaq əmri veriləndə, mənim generalım, göz qırpımında onun izi-tozu da
qalmadı – elə bil bu adam yerin içinə girdi – gah deyirdilər, guya o,
müsəlmançılığı qəbul eləyib, guya Seneqalda peleqra xəstəliyndən vəfat edib və
dünyanın üç müxtəlif şəhərində, eyni vaxtda, üç qəbirdə dəfn olunub; əslində isə,
deyirdilər, o, heç basdırılmamışdı da, çünki torpaq, onu heç bir qəbrə
buraxmamışdı, demək, o, Qiyamət gününə qədər bir qəbirdən o birinə səyahət
159
eləməliydi; Allah ona min cür əyri işlərinə görə bu cür cəza verirdi, çünki bu adam
fırıldaqçı idi, mənim generalım, pulun özündən də murdar idi; lakin general, bu
deyilənlərə heç vaxt inanmır, elə hey, pərəstiş elədiyi bu adamın gəlişini
gözləyirdi; qocalığın lap axır günlərində belə - səhiyyə nazirinin, onun bədənindən
gənələri maqqaşla qopardığı vaxtlarda da bu həsrətlə yaşayır və naziri inandırmağa
çalışırdı ki, bədəninə yapışan bu həşərat, gənə deyil, dənizin geriyə qayıtması
əlamətidi; özü də o qədər məntiqlə, inamla danışırdı ki, nazir öz-özünə fikirləşirdi
ki: «O, heç də özünü camaata göstərdiyi kimi sadəlövh deyil.» Amma yaman
qocalmışdı, hərtərəfli tədqiqatlar göstərirdi ki, damarları tamam ölgünləşib,
böyrəklərində də o qədər qum var, elə bil çimərliyin bütün qumunu udub, ürəyi isə
sevgisizlikdən çatlayıb, odu ki, qocaman həkimi, dost münasibətlərindən istifadə
edib onun üzünə elə belə də demişdi: «Daha vaxtınız çatıb, general! Hakimiyyəti
kimə verəcəyinizin düşünmək vaxtıdı. Bizi, taleyin ixtiyarına başlı-başına
buraxmaq olmaz axı?!..»
O isə təəccüb içində: «Axı, niyə sizə elə gəlir ki, mən ölməyə hazırlaşıram, əzizim
doktor? Bu nə cəfəngiyyatdı? Qoy başqaları ölsün, mən hələ tələsmirəm.» -
demişdi, sonra zarafatla: srağagün axşam özümü televizorda gördüm. Görkəmim
həmişəkindən yaxşıdı. Lap korrida öküzü kimi!» - Bunu deyib, qəh-qəhə çəkdi,
yadına, bir axşam başında yaş dəsmal, burnunu çəkə-çəkə, səssiz televizorun
qabağında oturub, qətiyyətli ədalarına - Fransadan, Türkiyədən, yaxud İsveçdən
gələn qəşəng xanımlarla cavansayağı davranmağına baxa-baxa, özü-özünə
təəccüblənməyi düşdü; bu xanımlardan, heç şeytanın özü də baş açmazdı; onların
hamısı, indi onun üçün eyni sifətdə idi, bir də ki, o vaxtlardan, bu kadrların
çəkildiyi günlərdən o qədər vaxt keçmişdi ki, bu qəşəng xanımların arasında
həqiqətən olub-olmamasını yadına sala bilmirdi, xatırlaya bilmirdi ki, axşam
qəbulunda göründüyü bu gözəl mundirdə, əlində içilməmiş şampan qədəhi tutan,
hakimiyyətə gəlməyinin növbəti ildönümünü - on iki avqust, ya on dörd yanvar
qələbə günü, ya da on üç mart doğum günü şərəfinə – bu tarixlərdən şeytan da baş
açmaz! – keçirilən ziyafətlərdə görünən bu adam özüdü, ya yox. Onun hakimiyyəti
illərində belə tarixi günlər o qədər idi ki, indi – çaş-baş qalıb, hansının nə üçün
olduğunu heç cür yadına sala bilmirdi; bu tarixi günləri xatırlamaq üçün, bir vaxt
səliqəylə büküb cürbəcür dəlmədeşiyə dürtdüyü, zaman keçdikcə, ona hər şeyi
xatırlamatğa kömək edəcək kağızlar da kara gəlmədi; o, bu kağızlara arxayın olub
hər şeyi unutmuşdu deyə, təsadüfən əlinə keçəni oxuyurdusa da, heç nə anlamırdı;
məsələn, bal gizlətdiyi divar mücrülərinin birindən tapdığı vərəqi höccələyə-
höccələyə belə oxuyurdu: «Ap-re-lin yed-di-si dok-tor Mar-kos de Le-on-un do-
ğum gü-nü o-na hə-diy-yə ki-mi bir ne-çə ya-qu-ar gön-dər-mək la-zım-dır». Xətt,
sözsüz ki, onunku idi, amma söhbətin kimdən getdiyini, bu doktor Markosun kim
olduğunu qətiyyən başa düşmürdü və fikirləşirdi ki, insana, öz varlığının
vəfasızlığından, bədəninin və yaddaşının zəifləməsindən alçaq və eyni zamanda
ədalətli cəza yoxdu; əslində bunu, Xose İqnasio Saens de la Barranın unudulmaz
dövründən xeyli əvvəl - hüdudsuz məmləkətinin müxtəlif rayonlarından, kənd və
qəsəbələrindən gələn kənd sakinlərinin adlarını, familiyalarını, nə vaxtsa bircə-
bircə yadında saxladığı, hamısını üzdən tanıdığı halda, qəfildən, heç kəsi
tanımadığı, kimin kim olduğunu xatırlamadığını hiss etdiyi dövrlər anlamşıdı; iş o
160
yerə gəlib çıxmışdı ki, karetinin pəncərəsindən gördüyü tanış üzlü oğlanı hardan
tanıdığını heç cür xatırlaya bilmədi, huşsuzluğundan xoflanıb, mühafizəçilərə,
oğlanı tutmağı əmr etdi: «Onu hardan tanıdığımı yadıma salanacan, qoy otursun».
Bu bədbəxt kəndli balası, məhkəmə məmurlarının əvvəlcədən müəyyənləşdirib tam
uyğunlaşdırdığı sözləri gündən-günə təkrar edə-edə: düz iyirmi iki il həbsxanada
oturdu; oğlan səhər-axşam eyni sözləri təkrar edirdi; adı - Braulio Linares
Moskotedir, çay donanmasının dənizçisi Markos Linaresin və Delfina Moskotenin
– yaquar ovlayan itlər yetişdirənlərin, kəbindənkənar oğludur, onların hər ikisi
Rosale del Virreydə yaşayır, o özü də orda yaşayır və paytaxta, ömründə birinci
dəfədi gəlir; bura da ona görə gəlib ki, camaatın mart gəzintiləri vaxtı, anasının
böyütdüyü küçüklərdən ikisini ortaya qoyub satsın; o, paytaxta, kirayəyə
götürdüyü eşşəkdə gəldiyini, həmin cümə axşamı tutularkən, əynindəki paltardan
savayı ayrı paltarlarının olmadığıını, həmin gün bazar qəlyanaltıxanasında kətan
günlüyün altında oturub ucuzlu qəhvə içdiyini, alverçilərdən, yaquar ovçularını –
iki cins küçük almaq istəyən bir adam tanıyıb-tanımadıqlarını soruşduğunu, onların
belə bir adamı tanımadıqlarını söylədiyini, elə bu əsnada vurnuxma və qaçhaqaç
düşdüyünü, təbillərin vurulduğunu, şeypurların səsləndiyini, göyə rəngbərəng
raketlər buraxıldığını, bazarın yanındakı adamların: «Gəlir! Gəlir! Əsl kişi gəlir!
Budur o!» - deyib çığırdığını təkrarlamaqdan yorulmurdu; alverçilərdən isə o
soruşmuşdu ki, bu «əsl kişi» kimdi? Ona demişdilər: «Necə yəni kimdi?
Hakimiyyət başında olan adamdı!» Onda oğlan, küçükləri qutuya basıb,
alverçilərdən xahiş eləmişdi ki, o qayıdana kimi onlara baxsınlar, özü isə küçəyə
qaçıb, kiminsə pəncərəsinə, taxçaya dırmaşıb, camaatın başı üstündən, qapısında
əjdaha şəkli olan kareti müşayiət eləyən atlı dəstəsini, qızılı pullu, parlaq kəkilli
atları, karetin pəncərəsindən yellənən ipək əlcəkli əli görmüşdü; hökmdarın solğun
çöhrəsini, sallaq, təbəssümsüz dodaqlarını, onun hüznlü gözlərini görmüşdü və bu
gözlər qəfildən minlərlə adamın içindən oğlana zillənmişdi, onu, iynəni dənizin
içindən tapan kimi, tapmışdı, karetin pəncərəsindən çölə uzanan barmaq, duz ona
tuşlanmışdı: «Bax bunu, pəncərədəkini – həbs edin onu! Onu harda gördüyümü
yadıma salanacan qoy içəridə otursun.» Beləliklə də, oğlanı tutdular, hökmdarın,
onu harda görə biləcəyini boynuna alması üçün qılıncla dərisini soymağa, əzalarını
kömürün üstə yandırmağa başladılarsa da, liman qalasının divarları arxasındakı
dəhşətlər kamerasında verilən işgəncələr, dustağı müqəddəs həqiqətdən başqa özgə
bir şey deməyə məcbur eləyə bilmədi; o, həqiqəti yorulmadan elə inam və əyilməz
cəsarətlə təkrarlayırdı ki, axırda general öz səhvini boynuna almağa məcbur oldu
və etiraf elədi ki, Braulio Linares Moskoteni əvvəllər heç vaxt görməyib. –
«Amma indi başqa çıxış yolu yoxdu – qoy otursun! Axı, onunla elə pis rəftar
ediblər ki, düşmən olmasa da, düşmənə çevrilə bilər». Odu ki, bu bədbəxt öz
kamerasında çürüyür, general isə yenə öz yaddaşsız xatirələriylə elə hey tutqun
iqamətgahda gicəllənir, öz-özünə: «Anam mənim, yaxşı günlərimin Bendisyon
Alvaradosu, mənə kömək elə, mantilyanı kənara çəkib mənə bax ki, üzünü görə
bilim! Kömək elə mənə, ana. Əgər qocalıq bataqlığına çöküb, nədənsə təsəlli
taparaq, qüvvə toplamaq üçün heç nəyi xatırlaya bilmirsənsə, bu qəddar, şanlı
hadisələrdən, bu qədər zəfərlərdən ötrü əzab çəkməyə dəyərdimi?» Həyatının ən
acı müsibətləri də, ən şirin anları da, əzəmətinin ən şanlı dəqiqələri də – hamısı bir-
161
birinə qarışıb qapqara yaddaşsızlıq dəliyinə yuvarlandı. Gizli divar mücrülərinin
birindən təsadüfən, onun xətti ilə yazılmış kağız parçası tapılmasaydı, o, krallara
layiq təntənəylə dəfn edilməsini tapşırdığı doxsan altı yaşlı Fransisko Lineronun
kim olduğunu heç vaxt yadına sala bilməyəcəkdi; hələ bu bir yana, görmə
qabilliyətini də itirmişdi deyə, hakimiyyəti kor-koranə idarə eləmək
məcburiyyətində qalmışdı; üst-üstə taxdığı on bir cüt eynək də ona kömək edə
bilmirdisə də, yenə onları taxırdı; o, yazı masasının siyirtməsindən, istədiyi eynəyi
çıxarıb burnunun üstünə ilişdirirdi və belədə, söhbət elədiyi adamı guya yaxşı
görən adam təsir bağışlayırdı, əslində isə, müsahiblərinin səsini belə eşitmir,
qarşısında oturanın kimliyini yalnız hissiyatıyla müəyyən edir, onları bədənsiz ruh
kimi hiss edirdi; bir sözlə, elə vəziyyətdəydi, adama elə gəlirdi ki, elə indicə canını
tapşıracaq; onun bu halı, audiyensiyaların birində müdafiə nazirini də yaman
qorxutmuşdu; general qəfildən asqıranda, müdafiə naziri: «Sağlam olun, general!»
- demişdisə də, general yenə asqırmışdı, onda nazir ikinci dəfə: «Sağlam olun!» -
demişdi, generalınsa asqırağının arası kəsilməmişdi. – «…Doqquzuncu dəfə
asqıranda, daha heç nə demədim – onun pörtüb köpürmüş sifətindən, yaşla dolu,
bərəlmiş gözlərindən, o dünyanın dibindən mənə zillənmiş kinli baxışlarından
qorxdum, canı çıxan kaftar heyvanın dili kimi çölə pırtlayan dilini gördüm və
gözümün qabağında baş verən bu ölüm səhnəsində, günahsızlığımı sübut edəcək
heç bir şahidin olmadığından xoflanıb cəld otaqdan sürüşmək qərarına gəldim –
axı, yanımızda bircə nəfər belə yox idi. Tez qaçıb canımı qurtarmaq istəyirdim ki,
o, asqırtıların arasından: «Ağciyər olmayın, general Rosendo Sakristan! Dinc
durun, lənət şeytana, mən bir o qədər gic deyiləm ki, sizin yanınızda öləm!» - deyə
çığırdı. Müdafiə naziri yerində donub qaldı, o isə həqiqətən ölümlə burun-buruna
vurub, az qala huşunu itirə-itirə asqırmağına davam edirdi; qarşısında milyardlarla
işıldaböcəyəbənzər qığılcımlar qaynaşırdısa da, o, bütün varlığıyla inanırdı ki,
anası Bendisyon Alvarado belə bir biabırçılığa yol verməz, qoymaz ki, o,
asqırmaqdan, hələ üstəlik tabeliyində olan bir adamın qabağında ölsün: «Eybi yox,
biz hələ yaşayacağıq! Heç bir şey mənim qəddimi əyə bilməz!»
Bu hadisədən sonra o, belə bir nəticəyə gəlmişdi ki, insanın ləyaqətsiz ölümünə
şərait yaradan adamların arasında yaşamaqdansa, inəklərlə birgə ömür sürmək
daha yaxşıdı. - «Niyə onlar hamılıqla təslim oldular?» O, Papa nunsisini (Roma
Papasının nümayəndəsi) qəbul etməyi, onunla Allah haqqında höcətləşməyi ona
görə tərgitdi ki, şokoladı körpə uşaq kimi qaşıqla içməyə məcbur idi və istəmirdi
ki, nunsi bunu görsün; domino oynamağını da ona görə tərgitmişdi ki, qorxurdu,
kiminsə ona yazığı gələr və oyunu ona qəsdən uduzar; heç kimi görmək istəmirdi,
çünki özünü əməlli-başlı idarə edə bilmir, yastı dabanlarını sürüyə-sürüyə gəzirdi;
ömrü boyu ayaqlarını beləcə sürüyə-sürüyə gəzməsinə baxmayaraq, indi bunu
gizlətmək baş tutan iş deyildi; istəmirdi ki, qocalığını gizlədə bilmədiyini kimsə
görsün; özünü, qayanın başındakı malikanədə sığınacaq hüququ qazanmış
adamlardan yox, dustaq kimi saxladığı sonuncu bədbəxt diktatorların yerində –
çarəsizlik uçurumunun kənarında hiss edərək, yaşından da utanmağa başlamışdı.
Bu diktatorlar, dünyanı heyvərəlik taunuyla yoluxdurmamaq üçün orda - qayadakı
sığınacaqda üzülürdülər; həmin o üzüntü hissini o, içəri həyətdəki hovuzda –
müalicəvi suyun içində tək-tənha uzanıb mürgülədiyi həmin uğursuz gün duydu və
162
öz gücsüzlüyündən iyrəndi: «Səni yuxuda gördüm, ana… gördüm ki, çiçəkləri
başımın üstündə pardaqlanan badam ağacının yarpağı üstə oturub cırıldayan
cırcıramaları sən yaratmısan, nəğməkar sarıköynəklərin alabəzək səslərini, öz
fırçanla sən rəngləmisən… amma mən, bağırsaqlarımın qəfil ifrazatından ayıldım,
ana, bu biabırçı, murdar suların, gücsüz qəzəbin içində ayıldım: bu murdar sularda
oreqano və malvaların ətirli ləçəkləri, portağal ağacından tökülən ləçəklər üzürdü;
ikotea tısbağaları, sevinə-sevinə, içalatımdan püskürən qızılı məhlula sarı
üzürdülər, bax belə ana!» - o qartımış bədəninin bu hərəkətinə, yaşının başqa
iyrəncliklərinə də dözdü, xidmətçilərin sayını da bu məqsədlə lap azaltdı ki, bu
sayaq murdar vəziyyətlərinin – gündə bir hoqqanın şahidi olmasınlar, bir sözlə,
başını nəm dəsmalla sarıyıb, heysiz ümidsizliyi içində üzülə-üzülə, divarlara
söykəndiyini, mal çibinlərindən bezib dözülməz baş ağrılarından ağlını itirib,
kimsəsiz iqamətgahda veyilləndiyini heç kəs görməsinlər; başının ağrıdığı haqda o
öz şəxsi həkiminə belə, heç nə demədi, çünki bilirdi ki, bu ağrı da qocalıqdandı;
ağrı hissi, ilk əvvəl ona ağrı duyumuyla gəlirdi, ona, səmada tufanqabağı buludlar
görünməmişdən əvvəl guruldayan şimşək çaxıntılarıyla yaxınlaşırdı; onda o, əmr
eləyirdi ki, onu heç kəs narahat eləməsin; bir qədər sonra isə - ağrı gicgahlarını
oymağa başlayanda, o, qışqırırdı ki, nə olur-olsun, evə heç kəsi buraxmasınlar;
beyni, içindəki polad turniketin dönüşündən dağılmağa başlayanda isə o, bağırırdı
ki, Allahın özü göydən yerə düşsə belə, heç kəsi evə buraxmasınlar. - «Lap ölsəm
belə, buralara bir kəs buraxılmasın!»
Ağrı onu qəddar bir inadla, bir anlıq da olsa, nəfəsini dərməyə qoymadan,
yandırıb-yaxır, Qiyamət gününün ümidsizliyinə qapılmağa belə, imkan vermirdi;
amma elə ki, leysan yağışı tökürdü, ağrı ram olurdu, onda o, bizi yanına çağırırdı;
belə məqamlar o, elə görünürdü, elə bil dünyaya təzədən gəlmişdi; televizorun
qabağında, yemək stolunun arxasında otururdu; biz ona şam yeməyi verirdik;
lobyalı bekon bozartması, sürtgəcdən keçirilmiş kokos və qızardılmış banan – bu
yaşda adam üçün ağlagəlməz yeməklər! Amma şam yeməyinə çox vaxt əl
dəyilmirdi, o, Nuh əyyamından qalma televizya filminə baxırdı; bu filmin,
televiziyanın xüsusi kanalıyla təkrar-təkrar verilməsi, özü də tələsiklikdən lentin
baş-ayaq getməsi, dövlət işlərində nə isə xoşagəlməz vəziyyət yarandığından xəbər
verirdi; o, hökumətin, yenə nəyisə açıq-aşkar ört-basdır etməklə məşğul olduğunu
anlayır: «Bu nə hoqqadı, bunlar çıxarar?» - deyə deyinir və elə o dəqiqə də özünü
inandırdı ki, ondan heç nə gizlədə bilməzlər, əgər ciddi bir şey olsaydı, çoxdan
bilərdi; bu fikirlərlə tək-tənha otura-otura o, şam yeməyini də soyudurdu, kilsə
saatının zəngləri saat səkkizi vuranda isə, uzun müddətdən bəri axşam saatlarında
elədiyi kimi, ayağa qalxıb nimçədəki yeməkləri unitaza boşaldırdı ki, düşdüyü bu
miskin vəziyyətindən heç kəs xəbər tutmasın; mədəsi daha heç nə götürmürdüsə
də, çalışırdı camaat elə bilsin ki, o, elə əvvəlki adamdı, şanlı çağların əfsanələrinin
təsvir elədiiyi həmin adam bu əfsanələrlə də təsəlli tapır, özünə qarşı duyduğu
nifrətdən, bədəninin hər növbəti pozğun nömrəsindən sonra içini bürüyən ikrah
hissini bununla dağıdırdı; artıq zorla yaşadığını unutmağa çalışır, özünü,
ayaqyolunun divarlarında: «Yaşasın general! Yaşasın əsl kişi!» - sözlərinin,
özünün yazdığın unutdurmağa, bir gecədə üç qadınla üç dəfə olmaq üçün gizli
türkəçarə dərmanını içdiyini, sonra bu səfehliyinə görə acı gücsüzlüyün göz
163
yaşlarını tökdüyünü yaddan çıxarmağa çalışır, bütün bu biabırçılıqlara görə
ayaqyolunda oturub suaxıdanın qulpundan yapışaraq: «Anam, ürəyim, Bendisyon
Alvarado, nifrət elə mənə, öz yanar suyunda pak elə məni!» - deyib ağlayırdı. Bir
də bu biabırçılığın kökü ona bəlliydi; dəfələrlə uğursuzluğa düçar olmasının səbəbi
də ona məlum idi; o, yaxşı başa düşürdü ki, hər şeyin günahı, həmişəki kimi kişilik
gücsüzlüyü yox, sevgisizliyi idi – dostunun – baş nazirin ona dürtüşdürdüyü
qadınlardan, azca da olsa, soyuq olmayan qadınların çatışmamazlığı idi. – «O, bu
qadınları mənim üçün, qonşuluqdakı qızlar məktəbi bağlanandan sonra göndərirdi:
«Bu cananların, sanki sümüyü yox idi». – «Məxsusi sizinçün, mənim generalım!»
Bu qadınlar, təyyarəylə Amsterdam vitrinlərindən, Budapeşt kino festivallarından,
Aralıq dənizinin İtaliyadakı mavi sahillərindən gətirilirdi. – «Bir baxın, general, bu
möcüzəyə tamaşa edin! Bunlar, dünyanın ən gözəl qadınlarıdı!» Bu qadınlar onu,
yarıqaranlıq, kimsəsiz kabinetində, utancaq nəğmə müəllimi pozasında gözləyir,
ustalıqla soyuna-soyuna, gözəl bədənlərini onun tamaşasına təqdim edirdilər,
çimərlik paltarlarının cizgiləri, bal rənginə çalan isti dərilərində, fotoyla çap
olunmuş kimi görünürdü; onlar, nanəli diş tozu və çiçək losyonu ətri saçan
bədənləriylə məxmər üzlü divanda, beton parçasına oxşayan nəhəng öküzün
yanında uzanırdılar. – «O isə heç cür formasını əynindən çıxartmaq istəmir,
soyunmağı ağlına belə gətirmirdi. Mən o qədər çalışdım, daha nə hoqqalar
çıxarmadım?! Xeyri olmadı ki, olmadı!»
- «Bu gözəl, soyuq, ölü balığın zarafatları məni boğaza yığdı, ona dedim ki, daha
bəsdi, qızım, sən rahibəliyə getsən, pis olmaz!» Hə, haqları ən yüksək qiymətlərlə
ödənilən bu yadelli gözəllərlə belə alındı; amma günlərin bir günü, axşam saat
səkkiz radələrində o, saray camaşırxanasında əsgər ağları yuyan qadına rast gəldi
və bircə həmləyə onu boş təknəyə yıxdı; qadın, vurnuxub aradan çıxmaq istədi və
qorxa-qorxa özünə haqq qazandıra-qazandıra: «Bu gün bacarmaram, general.
Üzürlü səbəbim var.» - dedisə də, o, heç nə eşitmirmiş kimi, qadının belini əyib,
üzünü paltar yuyulan taxtaya elə dirədi ki, yazıq qadının kürəyi xırçıldadı, arvad
inildəyib: «Siz lap vəhşisiniz ki, general?!.. Yəqin bunu eşşəklərdən öyrənmisiz!» -
dedi; bu inilti ona, ətrafında dolaşan peşəkar yaltaqlarının ən təmtəraqlı
mədhiyyələrindən daha çox ləzzət elədi, odu ki, bu qadına, gələcək uşaqları tərbiyə
etməsi üçün ömürlük müavinət təyin elədi; bir müddətdən sonra isə inəklərə gecə
yeməyi hazırlaya-hazırlaya, yenə də: «Ah, yanvar Ayı!» mahnısını oxumağa
başladı; o oxuyur, ölümü haqqında qətiyyən fikirləşmirdi, dəqiq bilirdi ki,
həyatının son gecəsində belə, zəiflik göstərməyəcək; inəkləri bir-bir sayıb özü-
özünə: «Sən – zülmət yollarımın nurusan, sən – dan ulduzusan…» - mahnısını
oxudu. İki dəfə sayandan sonra bildi ki, inəklərin dördü çatmır və saraya yollandı,
burda vitse-kral dövründən asılqanların üstündə yatan bütün toyuqları saydı, quş
qəfəslərinin örtüklərini çıxarıb, onları da saydı – «qırx səkkiz.» Sonra inəklərin gün
ərzində sarayda veyillənə-veyillənə yerə tökdükləri quru peyinləri yandırdı; yanıq
mal peyininin iyi və tüstüsü, yenə həmişəki kimi, uşaqlıq xatirələrini oyatdı; bu
dəfəki görüntülər ani və dumanlı deyildi, əksinə, çox aydın idi; o, yaylaqdan əsib
gələn bumbuz küləyinin soyuğundan titrəyən bədəniylə anası Bendisyon
Alvaradonun əlindən tutub dayanmışdı… anası, iliyinəcən tir-tir əsən oğlunu
164
yedizdirmək üçün, zibillikdə eşələnən quzğunların dimdiyindən asılmış qoyun
içalatını çəkib çıxartdı...
Saat on biri vurdu və o, dəhlizin, boş otaqların işıqlarını söndürməyə başladı; çırağı
əlinə alıb, sarayı bir də başdan-başa dolaşdı, on dörd güzgüdə on dörd dəfə öz
əksini – əlində yanar çıraq olan on dörd eyni generalı gördü; güzgülərdən birinin
dərinliyində - konsert salonunda, gözləri arxaya diyirlənmiş, ayaqları yuxarıya
uzanmış inəyə sataşdı və o: «İnək, inək! - deyə çağırdı, sonra öz-özünə - Bu necə
şeydi?.. Deyəsən bu, ölüb axı?!..» - dedi. Sonra mühafizəçilərin yataq otağına getdi
ki, indicə güzgüdə ölü inək gördüyünü onlara desin: – «Sabah sübh tezdən mütləq
onu burdan rədd eləmək lazımdı, yoxsa burda, qanadlı əjdahaların əlindən
tərpənmək olmyacaq!» Bu əmri verən kimi, çırağı əlinə alıb, çatışmayan o biri üç
inəyi də birinci mərtəbədə axtarmağa başladı; onları ayaqyollarında, stolların
altında, hər güzgünün içində axtardı, sonra bir mərtəbə də yuxarı qalxdı, orda da
bütün otaqlara baş çəkib inəkləri aradısa da, adını çoxdannan unutduğu hansısa
rahibənin çarpayısında, çəhrayı naxışlı örtüyün altında kürt yatan qırt toyuqdan
savayı heç yerdə heç nəyə rast gəlmədi, sonra adəti üzrə, yuxudan əvvəl udduğu bir
qaşıq balını yeyib, bankasını öz yerinə - gizli divar mücrüsünə qoyanda, orda
saysız-hesabsız yazılı kağızlarından birini tapdı; kağızda, görkəmli şair Ruben
Darioyla bağlı hansısa əlamətdar tarix yazılmışdı; Allah onun o dünyadakı yerini
uca eləsin! Kağızı oxudusa da, heç nə anlamadı, onu bürmələyib əvvəlki yerinə
qoydu və dua elədi: «Atamız, göylərin sehrkar hakimi, aeroplanları havada,
gəmiləri dənizdə saxlayan...» və beləcə, yuxusuzluq zilləti içində dua eləyə-eləyə
yeridi, mayakın son, ani yaşıl şəfəqləri, son yaşıl işıq seli onun nəhəng fil
ayaqlarını işıqlandırdı; satdığı dəniz üçün ağı deyən küləklərin vıyıltısını, zamanın
xəyali uzaqlıqlarında, Allahın ehtiyatsızlığı ucbatından, az qala kürəyinə bıçaq
sancılacaq hansısa toy gəzintisinin musiqisini eşitdi... və birdən, azmış inəyə rast
gəlib yolunu kəsərək: «İnək, ay inək, çıx get burdan!» - deyə, heyvanı yolundan
qaytarıb, yataq otağına sarı yeridi; iyirmi üç pəncərənin hər birindən, dənizindən
məhrum edilmiş şəhərin işıqlarını gördü; bütün pəncərələrdən onu, şəhər içinin
xəlvət yerlərinin bürkülü iyləri vurdu… minlərlə adamın sirli nəfəsi – şəhərin
nəfəsi gəlirdi; bütün pəncərələrdən iyirmi üç dəfə, adı xalq olan bu nəhəng,
ölçüyəgəlməz okeanın böyük və qorxunc dəyişikliyini, həmişəkikimi, yeni
qüvvəylə hiss elədi; xalqı – əli ürəyinin üstə, xəyallar qoynuna qərq olmuş
vəziyyətdə təsəvvür eləyirdi; sən demə, onun – öz generalını guya hamıdan çox
sevənlərin nifrəti necə dərin ola bilirmiş! Axı onun üçün, müqəddəs adamlar üçün
edilən kimi, şam yandırırdılar, adını, doğan qadınların, ağır yüklərindən rahat
qurtarması naminə çəkirdilər ki, ölüm yatağında olan qadınlardan ölüm uzaqlaşsın,
amma həm də, onu doğana lənət yağdırırdılar… onun qədim somnambulik*
limuzininin, güllə keçirməyən şüşəsindən iquana kimi qəmli gözlərini, hüznlü
dodaqlarını, qız əli kimi incə əlini görəndə, anasını lənətləyirdilər… uzunboğaz
çəkməsinin palçıqda yeri qalan izini öpürdülər, sonra da arxasınca lənət
yağdırırdılar; şəhərin hər patiosundan, kimsəsiz iqamətgahın laqeyd
pəncərələrindən çölə süzülən solğun işıqlar görünəndə, bir ağızdan ona ölüm
diləyirdilər; «Bizi heç kəs sevmir…» - deyə o, köksünü ötürüb, rəhmətlik quş
Dostları ilə paylaş: |