Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27
qəbzlərə imza atır, ayağının altını hiss eləmədən, sonsuzluğa çökən tək, etibarsız 
hakimiyyət qumluğunun içiylə harasa aşağı enir, dibə çökürdü; səhərlər isə hər 
addımda, hər birindən yalnız dəniz görünən pəncərələrin qarşısında ayaq saxlayıb 
özü-özünə: «Bu dünyada nələr baş verir? – deyirdi. – Saat artıq on birdir, bu evdə 
isə bircə adam belə gözə dəymir! Burda kimsə var?..» - deyə ucadan çağırırdısa da, 
səsinə səs verən olmurdu. – Sarayda tamam tək idi deyə, çox vaxt ona elə gəlirdi 
ki, öz sarayında yox, hardasa yad bir yerdədi. - «Eşşəklərin belindən ağır yükləri 
boşaldıb yalın ayaqlarıyla dəhlizlər boyu, içi tərəvəz və toyuqla dolu zənbilləri 
daşıyan bir düjün əsgərim hara yoxa çıxşdı?, gecələrlə solan güllərin əvəzinə, 
təzələrini qoymaq üçün güldanların iyli sularını çölə töküb, üfunətli gölməçələr 
yaradan çərənçi arvadlarım hanı?; «Susanna, yanım gəl, Susanna sevginin 
həsrətindəyəm…» mahnısını oxuya-oxuya, quş qəfəslərinin havasını dəyişib içini 
təmizləyən, eyvanlarda süpürgələriylə xəlçələr çırpan qadınlarım hanı?; hər 
qapının arxasında ayaq üstündə işəyən və sidiyiylə müşavirələr zalının divarlarında 
 
134

dəvə şəkilləri çəkən sısqa, bic uşaqlarım hanı?; yazı stollarının siyirtmələrində 
yumurtlayan toyuqları qova-qova otaqlardan çıxaran həyəcanlı məmurlarım hanı?; 
ümumi tualetlərdə əsgərlərlə eyş-işrətlə məşğul olan fahişələrim hanı?; 
diplomatlara hürən saysız-hesabsız itlərim hanı?; mənim iflic xəstələrimi 
pilləkənlərdən qovub, qızılgül kollarının altında yatan cüzamlıları rədd eləyib, 
yaltaq əyanlarımı məndən kim uzaqlaşdırıb..?» O, generalitetdən olan-qalan yaxın 
dostlarını, o birilərdən güclə ayırır, onlara, cangüdənlərin, yeni yaxınlarının kürəyi 
arxasından baxırdı; ona, tərkibi tamamilə ayrı bir adam tərəfindən təsdiq olunan 
Nazirlər Kabinetinin iclasında çıxış eləməyə böyük minnətlə icazə verirdilər; - bu, 
onun fikirlərini qabaqlayaraq, bütün dövlət işlərini, onunla məsləhətləşmədən, həll 
edən qara, hüznlü pencəkli, nişastalı yaxalıqlı altı elmlər doktoru idi. «Lənət 
şeytana! Hökumət mən özüməm!» - deyə o, arada bir özündən çıxırdısa da, Xose 
İqnasio Saens de la Barra ona sakitcə: «Qətiyyən, general! Siz, hökumət yox, 
hakimiyyətsiniz!» - deyə izah edirdi. Axşamlar o, darıxmaqdan üzülə-üzülə, 
domino oynayır, tərəf müqabillərinin ən usta oyunçu olmasına baxmayaraq, üzücü 
darıxmadan xilas ola bilmir, ha bic fəndlərlə üzləşirdisə də, bircə partiya belə 
uduzmaq ona müyəssər olmurdu. Naharı hər dəfə, ən azı bir saat ona görə 
gözləməli olurdu ki, nəzarətçilər, hər tikənin dadına bircə-bircə baxmadan, onu 
stola yaxın buraxmırdılar; gizli divar mücrülərindən, içi bal dolu bankalar yoxa 
çıxmağa başlamışdı, odu ki, o, Saens de la Barraya şikayətlənərəki: «Bu nə 
hakimiyyətdi? Məgər mən belə hakimiyyət deyirdim?» - deyirdi. Saens de la Barra 
da cavab verirdi ki, ayrı cür hakimiyyət olmur. - «Olanı budur, general!» Bir 
zamanların büsatlı cənnət həyatı - istirahət günlərinin bazarını xatırladan saray 
həyatı onun letargik yuxusuna çevrildi və o, yeni həyatını, gündə-gündə dördcə 
saat, yerli radisostansiyanın verdiyi bədbəxt sevgi barədə romana qulaq asmağın 
intizarında yaşamağa başladı; o, romanın hər fəslini, top yelləncəyində uzana-
uzana, əlində, içilməmiş meyvə şirəsiylə dolu stəkan tuta-tuta dinləyir, gözləri 
dolur, növbəti fəsil başa çatanadan sonra, radioromanın baş qəhrəmanı olan cavan 
qızın ölüb-ölməyəcəyi sualıyla özünü üzüb əldən salırdı. Xose İqnasio Saens de la 
Barra, bu barədə də onun üçün informasiya toplayıb xəbər veridi ki: «Bəli, general, 
qız öləcək!» - «Qoy ölməsin, lənət şeytana! - o, əmr etdi - qoy bütün adamlar kimi 
ərə gedib uşaq doğsun, sonra qocalıb ölsün!» Və Saens de la Barra, generalın, 
hakimiyyət illuziyalarında rahatlığı üçün ssenarini dəyişdirməyi əmr etdi. O 
gündən sonra radioromanların qəhrəmanları, onun icazəsi olmadan, ölmür, əsərin 
keçmiş fəsillərində ölmüş personajlar onun arzusuyla dirilir, mənfi qəhrəmanlar 
vaxtından əvvəl cəzalandırılır, müsbət qəhrəmanlar xoşbəxt olurdular; bu 
xoşbəxtliklər, onun əmriylə baş tuturdu; bütün bunlar, fəaliyyət illuziyası 
yaradaraq, onun həyatına nə isə bir dolğunluq gətirirdi; axı, lap çoxdannan, nə iləsə 
məşğul olmağa özünə iş tapmırdı; axşamlar, saat səkkizdə, əlində lampa, öz 
malikanəsində gəzib dolaşdıqca, belə məlum olurdu ki, artıq kimsə itləri yemləyib 
və prezident qvardiyasının otlaqlarının işığını söndürüb, kimsə qulluqçuya yatmaq 
əmri verib və o yatıb; mətbəx - tərtəmiz yığışdırılmış, döşəmələr yuyulmuş, 
üstündə ət doğranan taxtalar, qaşınıb karbolla dərmanlanmışdı; kimsə onun 
görəcəyi işləri artıq yerinə yetirmişdi; sonra məlum olurdu ki, kimsə pəncərələrin 
şpinqaletlərini də endirib, kabinet qapılarının açarlarının yalnız və yalnız onda 
 
135

olmasına baxmayaraq, bütün qapıları da açarlamışdı; vestibuldən, onun yataq 
otağınacan asılan divar işıqları, o əlini düyməyə uzatmağa macal tapmamış, bir-bir 
sönürdü və o, qaranlıqda əsir düşmüş monarx kimi, ayaqlarını ağır-ağır çəkə-çəkə, 
izinə heç kim düşə bilməsin deyə, qara məxmərin içindəki mahmızını ardınca 
sürüyə-sürüyə, əksi güzgülərə düşmədən, yeriyirdi; pəncərələrin önündən keçib 
getdikcə, həmin dənizi – yanvar ayının Qəraib dənizini görürdü; o, dənizə düz 
iyirmi üç dəfə baxdı və iyirmi üç dəfənin iyirmi üçündə də onu öz yanvar 
mənzərəsində – üzünə qırmızı örtük çəkilmiş cənnət bataqlığına oxşar vəziyyətdə 
gördü. O, hər axşamını beləcə, bu minvalla keçirdi; həmin o avqust axşamı da yenə 
hər şey olduğu kimi idi; qaranlıqda ayaqlarını xışıldada-xışıldada öz otağına 
getdiyi yerdə o, yolüstü, hələ də melisa kolu bitən dibçək, çoxdan ölmüş quşların 
qəfəsləri, anasının, diri-diri çürüyüb canını tapşırdığı əzablar kəcavəsi həmişəki 
yerində dayanan otağa – Bendisyon Alvaradonun yataq otağına baş çəkdi. «Gecən 
xeyrə qalsın, ana!» - səssizcə deyib uzun müddətdən bəri eşitmədiyi: «Gecən xeyrə 
qalsın, Allah amanatında, oğul!» - cavabını yenə də eşitmədi. Anasının otağından 
çıxıb, işdi, əgər qalmaqal düşərsə, qaçıb aradan çıxmaq üçün karına gələcək 
lampayla yoluna işıq saça-saça, öz yataq otağına gedirdi ki, birdən-birə bədəni 
qorxudan qıc olub gərildi – lampanın işığı, hardasa qaralığın dibində, Lord 
Köxelin, kösöv kimi işaran bəbəklərində közərirdi… kişi odekalonu ətri gəldi və 
general bu odekalon ətri gələn adamın ona olan nifrətini, hakim gücünü hiss etdi. 
O, zülmət qaranlıqda duranın kim olduğunu, əyninə parad kostyumu geyib bura, bu 
gecənin tarixi bir gecə olduğunu ona xatırlatmaq üçün gələn adamın, Xose İqnasio 
Saens de la Barra olduğunu gözəl bilsə də: «Kim var burda?» - deyə soruşdu. – 
«Bu gün on iki avqustdur, general! Böyük, tarixi bir gündür! Sizin hakimiyyətə 
gəlişinizin düz yüzüncü ildönümüdür! Odur ki, general, dünyanın dörd bir 
tərəfindən qonaqlar təşrif buyurub! Bəs necə?! Axı belə bayramda, ən uzun ömür 
ərzində belə, cəmi bircə dəfə iştirak etmək müyəssər olur. Bu günü bütün ölkə 
qeyd edir, bəs siz?!» O, Xose İqnasiyonun inadkar tələblərinə - bu yaddaqalan 
gecəni, xalqın gurultulu alqışları və odlu məhəbbətinin şüarları altında keçirmək 
barədə bütün xahişlərinə cavab olaraq, öz yuxu kamerasına həmişəkindən bir az da 
tez çəkilib, üç kilidi və üç qıfılı bağladı, üç zənciri çəkib soyunmadan, orden-
medalsız, kobud kətan formasında, sol tayı qızıl mazmızlı uzunboğazlarında 
döşəməyə uzanaraq, üzünü balışa basan kimi, ovuclarına basdı və elə bu 
vəziyyətdəcə – öz əbədi vəziyyətində, bizim, onu bir vaxt tapacağımız vəziyyətdə - 
quzğunların didib-dağıtdığı, dərisi min bir həşərat və dəniz yosunları basdığı 
vəziyyətdə donub qaldı və yuxusuz gözələrinin içiylə, dumanlı şehin arasıyla 
uzaqdan eşidilən bayram atəşfəşanlığının, şən musiqinin, təntənəli kilsə zənglərinin 
cingiltisini, şüarlar çığıra-çığıra, lil axını kimi irəliləyən kütlələrin səsini eşitdi; o, 
bütün bunları eşidir, qəmlənməkdən çox, təəccüblənir və öz-özünə: «Anam mənim, 
taleyim mənim, Bendisyon Alvarado! O vaxtdan artıq düz yüz il keçir! Lənət 
şeytana, vaxt necə də tez gedir!» - dedi.  
 
…Deməli o, elə ordaydı, özü də bu, onun oxşarı yox, məhz özüydü, qəbul 
salonunda, ziyafət masasının üstündə, dünyasını dəyişmiş Papa kimi təmtəraqlı 
geyimdə, təpədən-dırnağacan gül-çiçəyin içində, bir dəfə nə vaxtsa ölüb uzandığı 
 
136

kimi, həmin bu stolun üstündəcə çürüdüyü kimi, sağlığındakı kin-küdurətindən bir 
az da qatı, kinli ölümüylə, içinə pambıq tıxanmış şişkin, ipək əlcəklərdə, sinəsi, 
abırsız əlaltılarının düzüb-qoşduğu əldəqayırma müharibələrdəki uydurma 
qalibiyyətlərinə görə qazandığı saysız-hesabsız orden-medallarla dolu, 
tovuzquşuna bənzər, al-əlvan parad mundirində, uzunboğazının sol tayındakı qızıl 
mahmızıyla, çinlərindəki on ədəd Kainat Generalının qəmli günəşiylə (bu rütbəni 
ona lap ölümqabağı vermişdilər) hamının görə biləcəyi elə yaxın bir yerdə 
uzanmışdı ki, ilk dəfə onun real varlığına bizdə bircə damla belə şübhə yeri 
qalmadı; hərçənd ki, əslinə qalsa, ictimaiyyətin nümayişinə çıxarılan, bizim 
müşavirə zalında hələ də axıracan inana bilmədiyimiz rəsmi xəbərin hər sözünü 
götür-qoy elədiyimiz vaxt, qonşu zalda şamların aram odunda elə bil get-gedə 
pörtüb qızaran bu meyit qədər bu dünyada ona az oxşayan, hər ədasıyla ondan 
seçilən ikinci bir adam yəqin ki, tapılmazdı. – «Məni hərbi yük maşınlarının boğuq 
uğultusu oyatdı: silah-sursatın, boyunlarından asılı avtomatların ağırlığından beli 
bükülən yaşıl dəbilqəli əsgərlər dəstə-dəstə, hələ də adamsız səkilərlə addımlayır, 
girişlərdə gizlənir, yol ayrıclarında dayanır, dövlət binalarının darvazaları önündə 
ayaq saxlayırdılar; onlardan bəziləri günün altında bərq vuran lülələrini böyürlərinə 
qoyub, alış-veriş küçəsindəki piştaxtaların altına uzanmışdılar, o birilər, ağır 
pulemyotlarını vitse-kralın məhəlləsindəki evlərin damına çıxartmışdılar; butun 
bunları mən öz gözlərimlə gördüm; patioadan yığdığım tər qərənfil dəstəsini 
qoymağa yer axtara-axtara, eyvanın qapısını açanda isə əsgərlərin çəkmələrinin küt 
tappıltısını və kobud danışıqlarını eşitdim; leytenantın başçılığı altında bir dəstə 
patrul onun-bunun qapısını döyəcləyib, alverə başlamaq istəyən dükanları 
bağlamağı tələb edirdi. – «Əmri yuxarılar verib! Bu gün milli bayramdı!» 
Qərənfilin birini leytananta tullayıb soruşdum ki, bu nə hay-həşirdi, niyə küçələrdə 
bu qədər əsgər var?!.. Leytenant gülü havadaca tutub əvvəl çiyinlərini çəkdi: «Biz 
də heç nə bilmirik, əzizim.» – dedi, sonra mənə göz vurub uzun-uzadı qəhqəhə 
çəkdi, – «Bəlkə rəhmətlik dirilib, hə?» Bu sözlərdə qəribə heç bir şey yox idi, 
əksinə, bizlərə, onun bu dünyadakı varlığının sona yetməsi, dərkolunmaz və 
təəccüblü gəlirdi və biz onun, dövlət işləriylə maraqlanmadığı uzun illərdən sonra 
ölüm yatağından qalxıb hakimiyyət cilovlarını yenidən əlinə yığdığına, tanış 
çıraqların, əvvəlki vaxtlardakı kimi yandırıldığı ecazkar Hökumət İqamətgahının, 
ucu-bucağı görünməyən, döşəməsi xalılı dəhlizləriylə enli, yastı dabanlarını 
həmişəki qaydasıyla, hələ əvvəlkindən bir qədər də şövqlə sürüdüyünə daha 
asanlıqla inanırdıq; biz asanca inanırdıq ki, inəkləri qovan, ayrı bir kəs yox, məhz o 
özüdür; – de Armas meydanının çatlaq plitələri arasından çırtlayan otu qırpıb yeyə-
yeyə aramla yeriyən, həmin o plitələrin üstündə, palma kölgəsinin altında otura-
otura, inəklərin yerişini əsgər çəkməsinin səsiylə qarışıq salan korun yanındaca 
otlayan inəkləri də o qovmuşdu, küçələrdən hələ də inəklərin ayaq səsləri eşidilirdi 
və o, ölümə sinə gərərək, evinə qələbəylə dönən xoşbəxt cəngavər haqqında şer 
söyləməyə başladı; şeri, əllərini, yarımçıq tikililərin böyür-başında qıvrılan şitilləri 
laqeyd üzləriylə gövşəyən inəklərə açaraq, birnəfəsə dedi – onlar üçün - yem üçün 
saray pillələrini qalxıb-enməyə öyrəşmiş inəklər üçün oxudu; buralar inəklərin 
ürəyin yatırdı, odu ki, heyvanlar burda – çöl kameliyalarından çələng taxmış 
musiqi ilahələrinin və Milli teatrın uçuq-sökük binasını bəzədiyi, liralarından 
 
137

meymunlar sallandığı yerlərdə yem axtarmağa öyrəşmişdilər; susuzluqdan üzülən 
inəklər, vitse-kral məhəlləsinin, yarıqaranlıq, sərin girişlərinə elə səs-küylə 
cumurdular, elə bil girişlərdə bir yığın gül dibçəyi yerə dəyib çilik-çilik olurdu, 
sonra da, susuzluqdan yana-yana başlarını patiodakı nohura soxurdular; heyvanlar 
nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki inəklərin hər birinin 
boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara, müqəddəs 
canlılar kimi baxırdı, hətta əsgərlər belə, ən dar, qızğın alver gedən küçələrdə 
onlara yol verirdilər. 
Küçə, həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdannan 
itirmiş, buşpritlər dövründən bu yana zaman-zaman gəmirilərək, sınıq qabırğaya 
bənzəməyə başlayan şpanqout və dorların, bir vaxtlar, dənizimiz olanda, gəmilərin, 
az qala alver piştaxtaları arasında lövbər saldığı, təzə balıq və tərəvəz satılan 
ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan lazımsız avadanlıqların 
zibilliyinə çevrilmişdi; onun prezidentliyinin ilk illəri, hind bazarının, çevik alış-
veriş aparıldığı boş pavilyonlardan axan qatı üfunəti havadan asılı qalmışdı; sonra 
hindlilər də buralardan çıxıb getdilər, ona heç «sağ ol» da demədilər; – «Bunlara 
bir bax!» - deyə o, onların ardınca, qocasayağı, səbrsiz hikkəylə çığırdı: - «İtilin, 
ingilislərin yanına, onların zir-zibilini təmizləməyə!» Hindlilər onun sözlərini 
eşitmədilər, onlardan sonra bazarda, birdən-birə hardansa - tilsimli boyunbağılar, 
ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu, çürüntüdən, zir-zibildən 
münbitləşmiş yaxın torpaqlarda isə, bir-birinin ardınca – isi, nazik arakəsmələrlə 
bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısı altında eşq 
macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə 
başladı; bu çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən, 
əsgər qundaqları altında darmadağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl 
matəm idi… və kədər də saxta deyildi, çünki onun, uzun müddətdən bəri həsrətlə 
gözlədiyimiz ölümü, bizim özümüzdə də çox şeyi aşkar eləmişdi və hər şeydən 
əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini, dəfələrlə ağızdan-
ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət olacağını 
ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə, özümüz az qala öldük, quruyub 
qaxaca döndük və indi biz, onun son gedişinə, bunun, yenə həqiqət olmadığına 
görə yox, ona görə inanmırdıq ki, daha buna, özümüz inanmaq istəmirdik, çünki 
artıq qəlbimizin dərinliyində onun ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə 
belə gətirmirdik ki, ondan sonra necə yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer 
tutduğu həyatımız, onsuz necə davam edəcək. - «O, mənim üçün hər şey idi… bu 
adam mənə, heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik bəxş etmişdi! 
Onu lap çoxdannan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat 
beşdə məktəbdən qayıdan mavi paltarlı qızlara baxıb: «Ah, anam mənim, 
Bendisyon Alvarado, bu sütül bədənlər necə də gözəldi!?» - dediyi vaxtlardan 
yadımda saxlamışam. Biz onun ac gözlərini, səfir Fourbisin göndərdiyi nabatların 
cingiltisini qızlara eşitdirmək üçün, içi nabatla dolu yaraşıqlı bankanı cındır əlcəkli 
əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb qaça-qaça, ordan 
uzaqlaşırdıq; tək bircə dəfə - heç kəsin görmədiyini dəqiqləşdirib, oğrun-oğrun 
pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların səsi çox cəlbedici 
idi; o, mənim əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni, yumşaq 
 
138

pələng hərəkətləriylə havaya qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə 
saldı ki, formamın bircə qırçını belə əzilmədi; sonra məni, qatı sidik iyi verən 
samanlığa uzadıb, mənə nə isə demək üçün ağzını açdısa da danışa bilmədi; onun 
dili, elə bil damağına yapışmışdı, mənə elə gəldi ki, o, məndən çox qorxuya düşüb; 
ürəyi elə vururdu ki, hər döyüntüsü, sinəsinə yapışmış köynəyindən hiss olunurdu; 
rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını, sonralar mənimlə 
yatan heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim 
titrək bədənimi dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi 
ki, bu həzzi mən bir daha heç kimdən duymadım; barmaqları qarnım boyu 
üzüyuxarı sürüşür, arada bir, qıcolmuş kimi gərilirdi və mən, bu əllərin altında 
döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir, samanlığın içində 
ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım; daha 
ona səfir Beyldriçin nabatları lazım olmadı – indi daha mən özüm, samanlıqda 
məni əlində, içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin, sağlam ürəkli bu 
adamın qucağına yetişmək dəqiqələrini bir daha yaşamaq xoşbəxtliyi ilə tövlənin 
pəncərəsindən içəri soxulurdum; o, mənim bədənimin iylərini çox sevirdi, mənə də 
bu iyləri sevməyi öyrətmişdi; o, bizim yediyimiz yeməklərə də, iyimin hopmasını 
istəyirdi: «Ləzzətlisən, - o pıçıldayırdı – əcəb dizin var… sənin öz şirəndə bişmiş 
böyrəklərini, tərinin duzuna batırıb elə yeyərdim ki...» O, sabahı olmayan hər eşq 
axşamı, bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqlarıyla 
ədvalayır, yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib 
doyuzdurur, özü də yeyirdi; sonralar daha mən, nə bu şəhvəti, nə bu səxəvəti heç 
bir kişidə görmədim; yeyib doyandan sonra, sulu tikanlı dilləriylə bizi yalamaq 
istəyən inəkləri qovub, özü haqqında, arada bir ürəyinin sıxıldığından, hər şeyə 
tüpürüb, baş götürüb, buralardan getmək istədiyindən danışardı; özü də bu barədə 
sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmədən, yalnız ümidsiz 
bir çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, 
dırnaqlı barmaqları yenə bədənimə toxunurdu; bir sözlə, o, mərd və yenilməz idi – 
mənim həyatımın yeganə mənası idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, 
evimizə, paqonlarında çoxlu ulduz parlayan iki hərbçi gəldi; onlar, içi qızıl 
dublonlardan* şişib ağırlaşmış çamadanlarla gəldilər; məni valideynlərimlə birgə, 
gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və mən beləcə, qürbətdə 
yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən - onun ağuşunu öz darıxdırıcı, 
miskin həyatım boyu xatırladıqca, gündə yüz dəfə ölüb-dirilməyimdən, hər 
qarşıma çıxanla yata-yata, bu dünyada ondan yaxşı kişinin olub-olmadığını 
yoxlayaraq, bir adam kimi hamıdan üz çevirdiyimdən xəbərsiz öldüyünü eşidən 
günəcən, uzun-uzadı illər elə orda da qaldım; vətənə - qocalıb qartımış vəziyyətdə, 
müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla, onun, ölüm ayağında, dumanlı 
xatirələrlə də olsa, məni xatırlayacağı ümdlə qayıtdım...» Lakin general onu, 
fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub, ayrı birisini, sonra daha 
bir ayrısını ələ keçirdi... beləliklə, hər axşam, bir-birindən seçilməyən, eyni formalı 
məktəbli qızlarla məşğul oldu; bu qızların hamısı, elə bil bir-birinə bənzəyirdi, 
böyründən mavi sürüylə ötdükcə, ona iti dillərini göstərir, «Qoca kaftar!» - deyə 
çqışqırışıb, şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyə verdiyi nabat şüşəsinə 
əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə çağırır, əlinə 
 
139

keçənin, dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını, 
dənizçi yaxalıqlı, mavi paltarlı, vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür - 
gün-gündən artıb çoxalan borcunun əvəzinə, ərazi sularının verilməsi tələbini 
eşitməmək üçün, ona elektron gücləndiricili qrammofon ruporu bağışlayan səfir 
Ştreymberqin zəhlətökən, yeqnəsəq mülahizələrini, mürgüləyə-mürgüləyə 
qulaqardına vurduğu dəqiqələr ruhunu şirin-şirin oxşayırdı. O, bu tələbi və bu 
tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir yeqnəsəqliklə: 
«Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən, götür.» - deyir və 
metal səsli gücləndiricini söndürürdü ki, onun, iqtisadiyyatdan az-çox başı çıxan 
iqtisadçılarının, çoxdannan bəri: «Biz lütük, mənim generalım, qəpiyimiz belə 
yoxdu.» - deyə-deyə ona başa salmağa çalışdıqlarını bir də, dönə-dönə təkrar 
eləməsin. Amma o, onsuz da, bilirdi ki, xəzinə bomboşdu, bilirdi ki, ehtiyatlar 
çoxdannan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı yadındaydı ki, müstəqillik 
uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən ötrü ilk əvvəl 
istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı 
istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul 
çatışmazlığından qəzəblənmiş kreditorları sakitləşdirmək üçün, pulun əvəzinə, 
nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə ağacı və tütünü ingilislərə, kauçuk 
və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və su yollarını 
almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən əlbəttə ki, gizlicə – bu 
yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar 
barədə o, özü sonradan - Xose İqnasio de la Barranın biabırçı ifşasından və ictimai 
şəkildə qətlindən sonra xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda 
yandırsın! Buna baxmayaraq, həmin o çətin ildən başlayaraq, Hamburq 
bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək haqqın təxirə salınması 
barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq o, yenə hər maliyyə nazirindən: 
«Bizim ayrı yolumuz yoxdu, mənim generalım!» - sözünü eşidirdi; bu, alaman 
eksadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis 
zirehli gəmisi xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; 
lakin bu top atəşləri də onu qorxutmadı. O: «İngilis kralının lap belə... Rədd olsun 
kayzer! Ölərəm, təslim olmaram!» - deyə bağırdı və onun kimi ehtiraslı domino 
həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə, lap axır məqam - hər şeyin 
bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət özünü, 
generalın Avropa üzrə məsuliyyətlərinin təminatçısı elan edərək, əvəzində, bizim 
təbii sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə 
müflis vəziyyətə düşdü, bizsə ömürlük dilənçiyə çevrildik. «Biz, mənim generalım, 
əynimizdəki alt paltarına görə də borcluyuq.» 
Onu heç nə çaşdırmadı, əvvəlki vaxtlarda olduğu kimi, səfiri əzəmətlə, pilləkənlərə 
qədər ötürür, onunla, bütün səfirlərlə xudahafizləşdiyi qaydada, bir xeyli 
çərənləyəndən sonra çiynini şappıldadaraq: «Xeyr a-a-a, əzizim Beykster! Ölərəm, 
amma dənizi vermərəm!» 
Ödənilməyən bütün borclardan çox onu, etimadını heç cür doğrultmayan, 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin