Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27
sənətkarının, sarıköynəklər rəssamının – anası Bendisyon Alvaradonun yataq 
 
165

otağına baş çəkdi; anasının, dəfn zirzəmisində saxlanılan bədəni çoxdan 
çürümüşdü. «Ölümün xeyrə qalsın, ana…» - o pıçıldadı. – «Ölümün xeyrə qalsın, 
oğlul…» - anası qəbirdən ona cavab verdi. 
Bədənini bürüyən dəhşətli ağrılardan qovrula-qovrula, çırağı yataq otağının 
qapısındakı qarmaqdan asanda saat, düz on iki idi; ağrı hər yeri, bütün dünyanı, 
fəzanı tutmuşdu; dünyada ağrıdan başqa heç nə yox idi… qapının üç açarını, üç 
qıfılını, üç zəncirini çəkib bağladı; axırıncı dəfə gücənib, öz kiçik ayaqyoluna son 
qurbanını verdi, sonra əynindəiləri soyunmadan, bütün qəbul və audiyensiyalar 
ləğv olunandan sonra daim geydiyi, cod parçalı şalvarında, yaxasız, zolaqlı 
köynəyində, miskin yolçu başmaqlarında üzüqoylu vəziyyətdə yalın döşməyə 
sərildi, üzünü ovcunun içinə, yastığa basan kimi gizlədib dərhal yuxuya gntdi… 
üçə on dəqiqə işləmiş isə yuxudan, ağırlaşmış dumanlı başıyla, həmişə tufanqabağı 
olduğu kimi, tər-su içində ayıldı; «Kimdi?» - titrək səslə soruşdu və yadına düşdü 
ki, kim idisə, onu yuxuda çağırırdı, amma öz adıyla yox, beləcə: «Nikanor!..» 
Sonra bir də: - Nikanor!» Bu kim idisə, qıfıllara toxunmadan, divarların içindən 
keçməyi bacaran məxluq idi; diqqətlə baxıb gördü ki, bu - Ölümdü. – «O əynində, 
tövbəli günahkarın cır-cındırı, əlində, ucu qarmaqlı əsa olan - sizin ölümünüz idi, 
mənim generalım… kəlləsinə, məzarlıq otları sarılmış, sümüklərinin daraqlar 
arasından yeraltı çiçəklər cücərmiş, göz dəliklərində qədim falçının sınayıcı gözləri 
yanıb-sönürdü…» Onu başdan-ayağa görəndə isə o, onu niyə «Nikanor! 
Nikanor!»** çağrıldığını anladı. Axı, ürəyinə yatan hər bir adamı, Ölüm elə bu 
adla çağırır. O isə bərkdən: «Dayan bir, ölüm! Vaxtım hələ çatmayıb axı! Mən - 
yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə, suların aynasına baxan 
kor falçı qadın deyib…» - dedi. Ölüm isə: «Yox, general! Bu indi, özü də burda 
baş verəcək. Siz, əyninizdəki bu dilənçi paltarında - meyitinizi tapanlar, sizi bu 
kabinetdə, paqonsuz hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda 
tapdıqlarını desələr də, elə beləcə, ayaqyalın öləcəksiz. Onlar, görüm əfsanəsinin 
ziddinə getməmək üçün, buna inam itməməsi üçün belə deyəcəklər.» - deyə ona 
cavab verdi. O, ölümün dediyi qaydada – ölümü, həmişəkindən az istədiyi bir vaxt 
- uzun illərin bəhrəsiz illüziyalarından, özü-özünü aldatmasından sonra nəhayət, 
insanların yaşamadıqlarını, yalnız mövcud olduğunu dərk elədiyi ən uzun və 
yaradıcı həyatının yalnız sonunda - insan həyatını yaşamağı öyrənməyə çatdığını 
anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vatxlar, falçıların kartı və 
xəttsiz ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna 
inandığından, insan sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu 
qəlbində hakimiyyət iblisini yetişdirərək, hər bir şeyi ona qurban verdiyini, özünü 
könüllü qurbana çevirdiyini anlayan bir vaxt öldü. O, öz şüşə kürəciyini dünyanın 
lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün, bütün ömrünü yalan və 
cinayətlərlə qidalana-qidala, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, simiclik 
titrətməsini, anadangəlmə qorxusunu boğub gizlətmişdi və anlamışdı ki, 
hakimiyyət tamahı - hakimiyyətin də şiddətli hakimiyyət yanğısı doğurur, lakin, 
başa düşməmişdi ki, hakimiyyətdən, təkcə bizim dünyanın yox, heç o biri 
dünyaların da axırınacan doymaq mümkün deyil, mənim generalım! 
Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan - ilk növbədə, ətrafındakı 
yaltaqlardı; o, onların, hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu 
 
166

sevinə-sevinə tərifləyən və əbədi həyat arzulayan kütlələrin silah gücünə 
saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu yalanla, miskin, alçaq 
şöhrət həzlzəriylə yaşamağa öyrədirdi; axı, uzun-uzadı illərin təcrübəsindən 
dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən 
uzunömürlüdü; hökmranlığının biabırçı mərhələsinə gəlib çatanda isə, artıq o, heç 
nəyə təəccüblənmir, heç kim ona tabe olmayanda, yenə hökm eləməyinə davam 
edir, heç bir nüfuzu qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe 
olmasından təsəlli tapırdı. O, yalınz öz payızının sarı xəzan illərində əmin oldu ki, 
heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç bir vaxt həyatı bütünlüklə 
qavraya bilməyəcək, çünki onun yalınz astar tərəfini dərk edə bilər, bünövrəsinin 
bənd yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin - bu qaçılmaz 
reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; o, lap son günlərinəcən 
anlamadı, ağlına belə gəlmədi ki, onun əsl, həqiqi həyatı, hamının gözü qabağında 
keçib; biz, onun bu həyatını tamam ayrı gözlə görürdük, mənim generalım, 
məzlumların gözüylə; biz onu, ağrı-acılarımızın bitib-tükənməyən illəri arasından - 
uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə, elə elə də 
yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə, ani də olsa, 
xoşbəxtlik idi; bilirdik ki, sizə olan sevgimiz, ölüm viruslu sevgidi, amma əsl 
sevgidi, əbədi sevgidi, mənim generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi 
araxasından görünən dumanlı xəyalınız, həyat məşəliydi; ötəri görünən məsum, 
titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale xətlərindən məhrum 
qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz, bu qocanın əslində kim 
olduğunu heç vaxt öyrənə bilmədik; onun, təsəvvürünə gətirməyə belə hünəri 
çatmadığı, bizimsə, tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini 
ayırd eləyə bilməyən bu cəllad, bizim mifimiz idi bəlkə?.. O, bizim anladığımız 
həqiqəti – həyatın çətin və ani olduğunu və bundan savayı ayrı bir həyatın 
olmadığını dərk eləməyə qorxurdu; bizsə, bu yeganə gerçək həyatımızdan 
xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun isə – şişkin qarnını zorla 
sürüyə-sürüyə gəzən bu qocanın kimliyi, son günəcən nə bizə, nə də özünə aydın 
olmadı və axır ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-
tükənməz zamanının nəhayət ki, sona yetdiyi xəbərini insanlara, bütün dünyaya car 
çəkən təbillərin gurultusunu, kilsə zənglərinin səsini, bayram atəşfəşanlığını, 
küçələrə tökülüşüb qəlbləri, fərəh və qalibiyyət dolu sevinclə mahnılar oxuyan xalq 
kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla qaranlıq 
əbədiyyətə yollandı… 
 
 
 
 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Respublika Tərcümə və Ədəbi 
Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur. 
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr 
edilib. 
 
167

«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), «İzdiham» 
(1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) 
kitabları nəşr edilib. 
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir. 
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» 
romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında 
həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn 
Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib. 
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» 
filmləri çəkilib. 
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub. 
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq 
işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»). 
“Humay” Milli Akademiyası mükafatı laureatıdır. 
 
 
E-mənbə / link: http://afagmasud.blogspot.com/2009/06/bir-df-is-gec-yars-
qulagndak-vjlt-ssi.html 
 
168

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin