Qafqaz Universiteti Materiallar


AĞDAŞ ANTROPOTOPONİMLƏRİNİN



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə11/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   7   8   9   10   11   12   13   14   ...   124

AĞDAŞ ANTROPOTOPONİMLƏRİNİN                                

QRAMMATİK XÜSUSİYYƏTLƏRİ 

 

Zibeydə HƏŞIMOVA

 

Qafqaz Universiteti 



zabioj@mail.ru 

AZƏRBAYCAN 



 

Məlum olduğu kimi antropotoponimlər insan adları ilə bağlı olaraq yaradılmış yer ad-

larıdır. Ölkəmizin hər bir ərazisində olduğu kimi Ağdaş  ərazisində  də antropotoponimlərin 

maraqlı nümunələrinə rast gəlmək mümkündür. Bu antropotoponimlər qrammatik quruluşu 

baxımından da diqqəti cəlb edən xüsusiyyətlərə malikdir.  

Beləliklə, Ağdaş  ərazisində mövcud olan bir neçə antropotoponimin qrammatik quru-

luşuna nəzər yetirək: 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

831



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Tofiqi.  Bu kəndin adı yerli əhalinin həyatında mühüm rol oynamış Tofiq adlı  şəxslə 

bağlıdır. Toponim insan adı bildirən Tofiq sözünə –i şəkilçisinin artırılması yolu ilə yaranmış-

dır. Bu şəkilçi adətən toponimlərə artırılaraq sahiblik, mənsubluq mənalarını bildirməyə xid-

mət edir. Burada isə şəxs adı bildirən sözə artırılaraq antropotoponim yaratmışdır. Böyük ehti-

mal ki, –i şəkilçisi burada da mənsubluq, sahiblik bildirmişdir. Beləliklə, kəndin adının məna-

sı “Tofiqə məxsus olan kənd” deməkdir. 



Davudlu. Digər ərazilərdə olduğu kimi Ağdaşın Davudlu kəndi də antropotoponimlərin 

yaranmasında geniş  şəkildə istifadə olunan –lu

4

  şəkilçisi vasitəsilə yaranmışdır.  Ölkəmizin 



digər ərazilərində mövcud olan antropotoponimlərin əksəriyyəti –lı

şəkilçisi vasitəsilə yaran-



mışdır. Davudlu antropotoponimi də bu sıraya daxildir.  Şəkilçi burada səxs adına artırılaraq 

sahiblik, mənsubluq mənasını ifadə etmişdir. Toponimin mənası “Davuda məxsus olan kənd” 

deməkdir.  

Zeynəddin. Bu kəndin adı şəxs adını bildirsə də, həmin şəxsin kimliyi və kənd əhalisi-

nin həyatında nə kimi rol oynaması  məlum deyil. Güman etmək olar ki Zeynəddin  ərəblər 

dövründə Ağdaşda olmuş və bu kəndin salınmasında iştirak etmişdir. Zeynəddin antropotopo-

niminin  əsas xüsusiyyətlərindən biri budur ki, Bu kənd adının yaranmasında heç bir qram-

matik ünsür iştirak etməmişdir. Yəni, şəxs adı təklikdə antropotoponimlik xüsusiyyəti daşıyır. 

Bu cür antropotoponimlərə elliptik antropotoponimlər deyilir. Yəni burada heç bir topofor-

mant işlənməmişdir və ya ixtisar edilmiş və dildə bu cür qalmışdır.  

Ağdaş ərazisində bu cür toponimlərə geniş rast gəlinir. Onlardan Mürsəl, Xosrov, Mə-

şəd adlı  kəndlər də elliptik topoim hesab olunur. Yəni bu antropotoponimlər də heç bir 

qrammatik göstərici olmadan və topoformantsız işlədilmişdir. Onomastik vahidlərdə bu cür 

hallara az rast gəlindiyi üçün belə güman edilir ki, vaxtilə bu toponimlər şəkilçili olmuş və ya 

topoformantla işlənmiş, lakin sonradan dəyişikliyə uğramış və elliptik formaya düşmüşdür. 



Nemətabad,  Şəmsabad.  Bu kənd adları antropotoponim olmaqla yanaşı, digər 

ərazilərdə geniş yayılmış “abad” topoformantı vasitəsilə yaranmışdır. Bildiyimiz kimi abad 

topoformantı ən çox şəxs adlarına qoşularaq müxtəlif məzmunlu toponimlərin yaranmasında 

iştirak edir. Ağdaş  ərazisindəki Nemətabad və  Şəmsabad antropotoponimləri də bu sıraya 

daxildir. Burada Nemət və  Şəms  şəxs adlarını ifadə edir. Abad topoformantı isə bu adların 

sonluğuna qoşularaq antropotoponim yaratmışdır. Abad topoformantı  əsasən memorial 

xarakterli toponimlərin yaranmasında iştirak edir. Buna görə  də Nemətabad və  Şəmsabad 

memorial xarakterli antropotoponim hesab olunur. 



Əmirmahmud. Ağdaş ərazisində yerləşən bu kənd adı maraqlı qrammatik quruluşu ilə 

diqqəti cəlb edir. Belə ki, kəndin adı iki hissədən ibarətdir:  əmir və mahmud sözlərindən. 

Burada maraqlı  məqam odur ki, antropotoponimlər adətən  şəxs adı bildirən sözün sonuna 

topoformant və ya şəkilçi artırmaqla düzəlir. Lakin bu toponimik vahid titul bildirən sözlə 

şəxs adının birləşməsi nəticəsində yaranmışdır. Antropotoponimin digər bir fərqli xüsusiyyəti 

də odur ki, burada da heç bir qrammatik göstərici, şəkilçi və topoformant iştirak etməmişdir. 

Göründüyü kimi Ağdaş  ərazisinin antropotoponimləri qrammatik quruluşuna görə 

maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu antropotoponimlərin arasında elliptik formada 

olanlarla yanaşı, müxtəlif şəkilçi və topoformantlar vasitəsilə yarananlar da vardır. Bu antro-

potoponimlərin istər mənşə baxımından, istərsə də qrammatik quruluş baxımından araşdırıl-

ması xüsusi əhəmiyyətə malikdir. Çünki, toponimik tədqiqat həm tarixi baxımdan, həm də dil-

çilik baxımından önəm kəsb edir. Buna görə də onomastik vahidlərin zənginliyi ilə seçilən öl-

kəmizin hər bir ərazisinin toponimlərinin araşdırılması və tədqiqatı mühüm əhəmiyyətə malikdir. 

 

 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

832



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

SƏRBƏST ŞEİR HƏRƏKATININ MEYDANA ÇIXMASI 

KONTEKSTİNDƏ QƏRB ƏDƏBİYYATININ MÜASİR                               

ƏRƏB POEZİYASINA TƏSİRİ 

 

Kamil ŞƏRİFOV  

AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq institutu 



kamil_sharif@mail.ru 

AZƏRBAYCAN 

 

Tənqidçilər XX əsrin ilk yarısında ərəb şeiri tarixinin davamlı təcrübə və sınaq tarixi ol-



duğunu deyirlər. Onlar modern ərəb ədəbiyyatının inkişafının ilk mərhələsi hesab edilən 1948-

ci il və 1967-ci il müharibələri arasındakı dövrü bu təcrübə və sınaq tarixinin təbii davamı ola-

raq qəbul edirlər. II Dünya müharibəsindən sonra ərəb ölkələri və Qərb arasında mədəni-ədəbi 

əlaqələrin möhkəmlənməsi, ədəbi birlik və assosiasiyaların yaradılması, marksizm, ekzistensi-

alizm kimi ideologiyaların, fəlsəfi görüşlərin yayılması, qəzet və jurnal səhifələrində tərcümə 

hərəkatının daha da intensivləşməsi və ən nəhayət, Qərb ədəbiyyatının görkəmli nümayəndə-

lərinin  ərəb yazıçı  və  şairlərinə  təsiri  ərəb  ədəbiyyatının inkişafını  şərtləndirən  ən mühüm 

amillər idi.  

Qərb ədəbiyyatının ərəb poeziyasına təsiri əsas etibarilə özünü ideya-məzmunda, ictimai-

fəlsəfi, etik-əxlaqi məsələləri önə  çəkməsində  və  şeir dilinin, ifadə  tərzinin yeniliyində  və 

klassik qəliblərin sındırılmasında göstərmişdir. Ötən  əsrin ortalarından başlayaraq Qərbin 

modernist  şairlərinin yaradıcılıq nümunələrinin, xüsusilə  də Tomas Eliotun (1888-1965) 

poeziyasının böyük bir hissəsinin və tənqidi esselərinin ərəb dilinə tərcümə edilərək Beyrutda 

"əl-Ədəb" və "əş-Şiir", Qahirədə isə "Ədəb" və "əl-Məcəllə" kimi jurnallarda yayımlanması 

gənc ərəb şairlərinin yeni tanış olduqları ingilis şairinin yaradıcılığına olan marağını artırdı. 

Zaman keçdikcə, bu təsir Bədr Şakir əs-Səyyab, Nazik əl-Məlaikə, Əbdülvəhhab əl-Bəyyati, 

Salah  Əbdussabur, Abdulmuti əl-Hicazi, Fədva Tuqan, Adonis, Nizar Qəbbani, Orxan əl-

Müyəssər, Xəlil Havi kimi gənc ərəb şairlərinin yazı manerasında, üslubunda, bədii forma və 

zövq  əlvanlığında qabarıq  şəkildə özünü göstərməyə başladı. Bütün bunları biz onların 

seyrçilikdən uzaq şəkildə hadisələr ətrafında təfərrüata varmalarında, mifoloji obrazlılığa və 

sufi motivlərinə meyil etmələrində  və poeziyalarını yeni yaranmış "sərbəst  şeir" (bəzən də 

mənsur qəsidə) forması üzərində kökləmələrində görə bilərik. Bəzi tənqidçilər hətta T.Eliotun 

"Biyaban" ("The waste land") poemasını ərəb poeziyasında meydana çıxmış yenilikçi hərəkatı 

başa düşmək üçün müəyyən mənada açar hesab etmişlər. 

Nazik əl-Mələikə, Bədr Şakir əs-Səyyəb, Əbdülvəhhab əl-Bəyyati, Şazil Taqa, Bülənd 

Heydəri, Müzəffər ən-Nəvvab kimi iraqlı şairlər sərbəst şeirin iraqlı baniləri və öncülləri kimi 

tanınsalar da, Suriyada Adonis, Nizar Qəbbani,  Əli  ən-Nasir, Orxan əl-Müyəssər, Livanda 

Yusuf  əl-Xal, Xəlil Havi, Misirdə  Əbdulmuti  əl-Hicazi, Salah Əbdussabur, Fələstində 

Mahmud Dərviş, Muin Bsisu kimi onların davamçıları olan novator şairlər də heç də sərbəst 

şeirin inkişaf etdirilməsində onlardan geri qalmamış  və  ərəb poeziyasında bu formanın 

möhkəmlənməsində və yayılmasında uğurlu addımlar atmışlar.  

Sərbəst şeirə və bu formada yazılan poetik nümunələrə nəzər saldığımız zaman, ərəb şa-

irlərinin Qərb ədəbiyyatından təsirləndiyini görürük. Əlbəttə, Qərb ədəbiyyatından ilham alan 

bu gənc şairlər əvvəlcə klassik qafiyə quruluşundan, əsrin ruhuna yad olan yersiz və arxaik 

sözlərdən uzaqlaşdılar. Sonra onlar həyatın nəbzini tutan mövzulara, xalqın ruhuna və aşağı 

təbəqələrin problemlərinə biganə olmayan canlı, real təcrübələrə  tərəf yönəldilər. Bütün bu 

amillərlə yanaşı şeirlərində olan yeni məzmun, sadə, axıcı dili və başqa müasir keyfiyyətlər 

modernist şairləri həm ədəbi çevrələrdə, həm də cəmiyyətdə məşhurlaşdırdı.  

Qeyd etməliyik ki, "sərbəst şeir" hərəkatı da özündən əvvəlki başqa hərəkatlar kimi nöq-

sandan və eyiblərdən də xali deyildi. Modernist şeirin istər dəstəkçilərinin, istərsə də əleyhdar-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

833



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

larının qəbul etdiyi bəzi nöqsanlar var idi ki, burada onları xatırlamaq lazımdır. Bunlar bəzi 

şeirlərdə musiqi duyğusunun kasadlığı, poetik dilin vulqarizm və bayağılıqla korlanması, müb-

həmlik və qapalılıq ucbatından bədii təsir gücünü itirməsi,  ərəb cəmiyyətinə  və onun ədəbi 

irsinə bağlılıqdan məhrum olması, real fərdi-psixoloji sarsıntılar, iztirablar keçirmədən Qərb 

poeziyasının kor-koranə təqlidi və s. nöqsanlar idi. 

 

 

FOLKLOR TƏRBİYƏ MƏKTƏBİ VƏ KÖKƏ                                           

QAYIDIŞ VASİTƏSİ KİMİ 

 

Xankişi MƏMMƏDOV 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı) 

xankishi.memmedov@mail.ru 

AZƏRBAYCAN 



 

Bilgə Kağanin “Ey türk, özünə qayıt! Sən özünə qayıdanda böyük olursan!” fikri hər bir 

türkün həyat amalı olmalı  və bu prinsipə  hər kəs öz fəaliyyətində maksimum çalışıb  əməl 

etməlidir. Həmin fikri xatırladıram: "Qədimliyimiz zənginliyimizdir. Babalarımız bizdən də 

ruhlu, bədii zövq sarıdan hədsiz zəngin idilər. Bu səbəbdən də folklorumuzun orta məktəb-

lərimizdə (qlobal şəkildə götürsək - təhsildə -X.M.) daha geniş və ardıcıl səviyyədə öyrənil-

məsinə ehtiyac var. Elə etməliyik ki, yenə də əvvəlki kimi analar yeni doğulan körpələrini şirin 

layla üstə böyütsünlər. Bunsuz millətimizin gələcəyinin sözün əsl mənasında yaranması müm-

kün olmayacaq". Odur ki, folklorun öyrənilməsi prioritet məsələ olmalı, nəsillər arasında mə-

nəvi bağlılığın uğurla inkişaf etdirilməsi üçün xalqın mənəvi kamilləşməsində  əvəzsiz rolu 

olan folklor motivlərindən dəyərincə istifadəyə çalışılmalıdır. Əslində bu həm də təhsilverənin 

borcudur. Folklorun öyrənilməsi prosesində etnopedaqoji nümunələrdən geniş istifadə etmək-

lə  təhsilalanların mənəviyyat bütövlüyünün təmin olunmasına xüsusi diqqət ayrılmalıdır. 

Çünki mədəniyyətlə və mənəvi normalarla səsləşmədən, şəxsiyyətin formalaşdırılması prose-

sindən danışmaq yersiz olar. Axı folklor xalqın mənəvi sərvətinin, onun mədəniyyətinin 

tərkib hissəsi olmaqla, həm də xalq pedaqogikasının tarixi salnaməsidir. Nəhayət, bu həm də 

türkün sabahıdır. Odur ki, həm tariximizi həm də dilimizi öyrənmək baxımından  “dağlardan 

axan və yer altından süzülüb gələn bulaq sularını” xatırladan folklorumuzun sistemli şəkildə 

araşdırılması, öyrənilməsi və  gələcək nəsillərə çatdırılmasına böyük ehtiyac var.  Niyə axı 

gələcək nəsillərimiz bu bulaqdan içib ondan güc və dərs almasın?Bir də ki, folklor tükənməz 

enereji mənbəyidir. Belə olmasaydı, folklordan bəhrələnərək M.Rzaquluzadənin “El gücü”, 

Səhəndin “Sazımın sözü”, Anarın “Dədə Qorqud”u, N.Xəzrinin “Burla xatun”u və s. kimi 

dəyərli əsərlər yazılmazdı. 

Biz  ədəbiyyatı  həm də ona görə öyrədirik ki, uşaqlarımızın intellekt qabiliyyətlərini 

inkişaf etdirək (intellekt qabiliyyətini təkcə  dəqiq elmlər öyrətmir). Odur ki,  folkloru  əvəz 

olunmayan ədəb və tərbiyə məktəbinə bənzədirlər. O da məlumdur ki, hər kəsə onun elminə, 

ədəbinə, mərifətinə, tərbiyəsinə, ümumilikdə götürsək, ağlına və səviyyəsinə görə qiymət ve-

rirlər. Nə yaxşı ki, türk milləti bu göstəricilərə görə dünya millətləri içərisində yüksək nüfuza 

malik olanlar sırasındadır.  

Müasir təhsil sistemi tərəflərinin nisbəti müxtəlif olan çoxbucağı üzərində qurulmuş 

mürəkkəb bir sistemə  bənzəyir. Bu çoxbucaqlının tərəflərinin hər biri insanlarda böyüklərə 

hörmət, düzlük, əməksevərlik, Vətənə məhəbbət, vətənpərvərlik, dostluq, ədalət, təvazökarlıq, 

xeyir,  şər, həmrəylik, humanizm və bu kimi müəyyən təsəvvür və anlayışları ifadə edir ki, 

onlar haqqında ilkin məlumatlar məhz folklor janrlarının anası hesab olunan bayatılardan, 

laylalardan, tapmacalardan, atalar sözü və məsəllərdən və digər folklor nümunələrindən başlayır. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

834



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Mətləbə keçmək üçün yola körpünü“Kitаbi-Dədə Qоrqud”dan başlayaq. “Kitab”da türk 

təfəkkürünün Allaha inamı, tanrının birliyinə şükr qıldığı, ən çətin işlərin belə Allahın köməyi 

ilə  həll olunduğu, döyüşdən qabaq oğuz igidlərinin namaz qılması, abdəst almaları, üzlərini 

yerə qoymaları Allahsız heç bir işin keçinmədiyinin bariz nümunəsidir. Allaha inamla bağlı 

“Kitab”da çoxlu atalar sözü verilmişdir: “Allah, allah diməyincə  işlər oŋmaz”, “Qadir təŋri 

verməyincə ər bayımaz”, “Təkəbbürlük eyləyəni təŋri sevməz”, “Əcəl vədə irməyincə kimsə 

ölməz” və s. Bütün bu paremiləri yerində işlətmək son dərəcə zəruridir. Əgər biz zəngin folklor 

nümunələrini yeni nəsillərə çatdıra bilsək, onların qəlbində millətə, dilə məhəbbət oyada bilsək, 

vətənpərvərlik ruhu aşılaya bilsək, onda intellektimiz, deməli, həm də  uğurlarımız qaçılmaz 

olacaqdır. 

Vətənpərvərliklə bağlı “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənin sev-

məyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz”, kollektivçiliklə bağlı

 

 “El bir olsa-dağ 



oynadar yerindən”,köməyə ehtiyacı olanlara əl tutmaq, kimsəsizlərin qayğısına qalmaqla bağlı 

"Əl tutanın  əlindən tutarlar”,düşmənə qarşı amansız olub qəhrəmanlıq, mübarizlik ruhu ilə 

bağlı “Ağ ciyər olma, ər ol, ər!”, böyüklərə, ataya-anaya, doğmalara hörmətlə bağlı “Böyük-

süz evdə xeyir-bərəkət olmaz”, əmək tərbiyəsi ilə bağlı  ”Allah tənbəli sevməz”,ağıla, elmə, 

biliyə  qiymətlə bağlı "Avara adam kordur”, yalançılıq  və doğruçuluqla bağlı “Doğruya zaval 

yoxdur”, zamanla bağlı "Vaxtını itirən bəxtini itirər”,  səbrlə bağlı "Səbr ilə halva bişər ey qora 

səndən, bəsləsən atlas olar tut yarpağından”, “Səbirli insan heç vaxt peşman olmaz”, kimi ata-

lar sözünə şərh vermək bizcə artıqdır. Səbirlə bağlı ədəbiyyatda rast gəlmədiyimiz bir el deyimi 

də var: “Düşməndən qırx ildən sonra qisas aldım, baxıb gördüm ki, deyəsən bir azca tə-

ləsmişəm”. 

Göründüyü kimi, insanların ağıllı, düşüncəli olması, onların intellekt qabiliyyətinin in-

kişaf etdirilməsi, bir sözlə, mənəvi cəhətdən zəngin olmasının yeganə yolu folklordan keçir. 

Bu yol riyaziyyatla poeziyanın, folklorun qoşa öyrənilməsi baxımından da maraq kəsb edir. 

Bütün bunlar isə xalqın ruh yaddaşına və tarixinə olan hörmət və etiramla bərabər, folklorun 

nə qədər praktiki əhəmiyyətə malik olmasından xəbər verir. 



 

 

İ

SA HÜSEYNOVUN “İDEAL” ROMANINDA                                            

İNSANA FƏLSƏFİ YANAŞMA 

 

Sevil SƏFƏROVA 

Bakı Slavyan Universiteti 



sevil.seferova1@mail.ru 

AZƏRBAYCAN 



 

Bəşəriyyətin zirvəsi olan insana hələ  qədim zamanlardan bugünümüzə kimi müxtəlif 

aspektdən yanaşılmışdır. İnsanın daxili, mənəvi aləmi hər zaman diqqət mərkəzində olmuşdur 

və insana belə baxış tarixə Sokratın adı ilə düşmüşdür. Sokrat insanın daxili aləmini, keçirdiyi 

hisslərini, duyğularını sevgisini əsas götürür və bununla da insanın mahiyyətini açır. Tarixə 

onun adı ilə düşmüş “özünü öyrən”, “mahiyyətini dərk et” anlamı insan haqqındakı sonrakı 

təsəvvürlərə  cığır açmışdır. Sokratdan sonra Platon və Aristotelin də insanla bağlı  fəlsəfi 

fikirləri maraq doğurur. Demakritlə  Platon da insanın mənəvi aləmini əsas götürür. Fəlsəfə ilə 

yanaşı  ədəbiyyatın da əsas problemi insandır. Hələ  qədim zamanlarda, xüsusilə Azərbaycan 

ədəbiyyatında fəlsəfə və ədəbiyyat birgə fəaliyyət göstərirdi. Xəqaninin, Nizaminin, Nəsimi-

nin, M.Füzulinin və s. yaradıcılığında insana ədəbi-fəlsəfi baxış vəhdət təşkil edirdi. Ədəbiy-

yatımızın sonrakı inkişafında bir çox yazıçılarımızın yaradıcılığında da bu cəhət özünü göstə-

rir. Xüsusilə, İsa Hüseyinovun yaradıcılığında bunu aydın şəkildə müşahidə etmək mümkün-

dür. Onun fəlsəfi ideyaları “İdeal” əsərində daha qabarıq şəkildə özünü göstərir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

835



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İsa Hüseyinov İdeal əsərində bir sıra fəlsəfi ideyalar irəli sürmüşdür. Onun fəlsəfəsini 

kamil insan, ideal insan, əbədi insan fəlsəfəsi kimi ayırd etmək olar. Yazıçının insana dair 

fəlsəfi ideyaları əsərdəki Sultan Əmirli və Səməd obrazında özünü geniş şəkildə əks etdirir. 

Sultan Əmirli yazıçı tərəfindən böyük rəğbətlə əks etdirilmişdir. Əsərdə o, həqiqətin carçısı-

dır. Bütün həyatını xalqının, vətəninin, ümumiyyətlə  bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda 

qurban vermişdir. O, özünü Dünyaya Kainat elmi yayan AdıPünhan hesab edirdi. O, rahat, 

gözəl həyat da sürə bilərdi, amma bu yolu seçmir. Cahil xalqın gözünü açmaqdan ötrü özünü 

səfərbər edir. Təbii ki, bu yolda onun qarşısında böyük maneələr, keçilməsi çətin səddlər var 

idi. Yazıçı Sultan Əmirlinin qarşısındakı maneələr kimi dövrün hakim ideologiyasını göstərir. 

Yazıçı dövrün xarakteristikasını verməklə yanaşı, “Bezobraziya”nı da kəskin tənqid hədəfinə 

çevirmişdi. Bezobraziya zülmündən qurtarmaqda çarəni “ideal”ında tapırdı. Onun idealı  cə-

miyyətdəki hakim qanunlarla uyğunlaşmaq istəmirdi. İ.Hüseynov insanı Bezobraziya cəmiy-

yətində əzilir, təhqirlərə, böhtanlara məruz qalır, lakin bunlara baxmayaraq mübariz bir insan 

kimi özünü göstərir. Onu düşündürən təkcə raykom katibi olduğu rayonun insanının taleyi 

deyil, onu düşündürən bəşər insanının taleyi idi. O insanın taleyi ki, tarix boyu daim əzilmiş, 

məhkum vəziyyətində olmuş, dili, dini əlindən alınmış, hətta, qədim kökləri belə  təhriflərə 

uğradılaraq, bəşər tarixinin səhifələrindən silinməyə çalışılmışdır.  İsa Hüseynovun idealı isə 

qarşısındakı problemi səthi deyil, dərin köklərinə  qədər nüfuz edərək həll etməyə çalışırdı. 

Onun fəlsəfəsinə görə bəşər insanı ilk öncə özünü, mahiyyətini dərk etməlidir. Bunun üçün isə 

insan kökünü, tarixini, dilini, mədəniyyətini dərindən bilməli, elminə yiyələnməli və kamil 

insan olmalıdır. Yalnız bu yol ilə insanımız düşdüyü məngənədən xilas ola bilər.  Əsərdəki 

hadisələrin mərkəzində dayanmış digər bir obraz isə Səməddir. O, daim psixoloji gərginliklər 

keçirir, ətrafında cərəyan edən hadisələri dərk etməkdə çətinlik çəkir. Əsərdə Səməd bir növ 

kökündən ayrılmış, yadlaşmış cahil xalqı  təmsil edir. Çax-Çux Xalıq kimilərin yalanları  və 

təhrifləri Səmədin gözündən pərdə asır, zaman-zaman onu idealından uzaqlaşdırır. Yazıçı 

bununla sanki dövrün xarakteristikasını verir. Tarixi, mədəniyyəti, dili, mənəviyyatı  təhrif 

edilən bir xalq getdikcə unutqanlaşır və dostunu, düşmənini ayırmaqda çətinlik çəkir. Bu kumi 

tərəddüdləri  əsərin  əvvəlində  Səmədin timsalında görmək mümkündür. Yazıçı  Səmədin 

daxilində baş verən təlatümlərin səbəbini onun öz mahiyyətini dərk etməməsində, həqiqətə 

çata bilməməsində  və bunun nəticəsində idealından uzaqlaşmasında görürdü. Əsərin 

əvvəlində Səməd hələ cahil idi və ətrafında baş verən hadisələrə, eşitdiyi söz-söhbətlərə səthi 

yanaşırdı, dərinliklərinə varıb qiymətləndirmək bacarığına malik deyildi. Hər şeyi gördüyü və 

eşitdiyi kimi qəbul edir və inanırdı.  Əsərin sonrakı inkişafında Səmədin gün-gündən 

hadisələrə daha aydın nəzərlərlə baxdığını görürük. O getdikcə onu düşündürən hər şeyi təhlil 

edib, həqiqətə çatmaq bacarığına nail olur. Bu isə ona İdealını tapmaqda kömək edir. Bununla 

yanaşı Səməd də kamil insan səviyyəsinə qalxır və əbədiyyətə doğru addım atır.  

 

ANARIN “ƏLAQƏ” POVESTİNDƏ MÜHİT VƏ QƏHRƏMAN PROBLEMİ 



 

Könül ŞƏRİFOVA 

Bakı Slavyan Universiteti 



sherifova.konul@mail.ru 

AZƏRBAYCAN 

 

Mühit və qəhrəman problemi bir-birilə qarşılıqlı əlaqədə özünü göstərir. Mühit qəhrə-



mana təsir edir və bunun nəticəsində də, qəhrəmanın xarakteristikası açılır, bu və ya digər şəxsi 

keyfiyyətləri üzə çıxır. Bədii əsərlərdə müəllif, mühit və qəhrəman problemi bir-birilə qarşılıqlı 

əlaqədə əks olunur. Bəzən mühitə hadisələrin baş verdiyi məkan kimi yanaşılır. Ancaq bu şə-

kildə yanaşma düzgün hal deyil. Mühit qəhrəmanın düşdüyü vəziyyətdir.  Qəhrəman düşdüyü 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

836



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

vəziyyətə uyğunlaşa və ya əksinə uyğunlaşmaya da bilər. Əsərdə qəhrəmanın kim hesab edil-

məsi onun bacarığı ilə deyil, əsərin ideyası ilə müəyyən olunur. Bədii əsərdə iştirak edən şəxsin 

qəhrəman sayılması onun hadisələrin inkişafında, xarakterlərin açılmasındakı rolu ilə müəyyən 

edilir. Həm müsbət keyfiyyətlərə malik,  həm də mənfi cəhətləri ilə diqqəti çəkən surət bədii 

əsərin qəhrəmanı ola bilir. Əsərdə müsbət hesab edilən qəhrəmanın da bəzii nöqsanları ola 

bilər. Onlar ictimai həyatda, hərəkət və davranışlarında müəyyən səhvlərə yol verə bilirlər.  

Mühitə, dövrə münasibət qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəticə ilə üzə çıxır.  

Mühit və qəhrəman problemi Anarın “ Əlaqə” povestində də özünü göstərir. Povest həm 

janr, həm də mövzu baxımından digər əsərlərdən fərqlənir. “Əlaqə” povesti fantastik bir əsər-

di. Əsərdə bir tələbənin ali məktəbə daxil olması, tələbə adını qazandıqdan  sonra bir sıra ha-

disələrlə qarşılaşması öz əksini tapır. Povestdə tələbə əsərin əvvəlindən sonuna kimi bir sıra 

fantastik vəziyyətə düşür. Yaşadığı evdə asılmış    şəkillərdəki insanların tez-tez dəyişməsi, 

yaşadığı binaya yaxın məsafədə yanıb xarabalığa çevrilmiş binanı görməsi, pəncərələrdən 

görünən işığın yanıb-sönməsi , liftin işləmə qaydası  və s. tələbənin psixoloji cəhətdən gərgin-

ləşməsinə səbəb olur. Bütün bunlardan qorxan gənc düşdüyü mühitdən qaçıb hamının olduğu 

yerə getmək haqqında belə düşünür.  Əsərdə əsasən təklik, tənhalıq ön planda verilib. Povest 

də fenomenal üçlük diqqəti daha çox cəlb edir. Bu üçlüyə daxildir:  Tənha Yer Kürəsi, Tənha 

Bina, Tənha, Fərdiyyətçi Tələbə. Tələbə fərdiyyətçi olduğu üçün kütləvi-insani həyat tərzinə 

qovuşa bilmir. Əsərdə tələbə ali məktəbə hazırlaşdığı dövrdə üç oğlanla yataqxanada yaşayır. 

Ancaq ünsiyyət qura bilmədiyi üçün daim kənarda qalır, onlara uyğunlaşa bilmir. Ali məktəbə 

daxil olduqdan sonra o,  tək yaşamaq qərarına gəlir. Tələbə qapalı vəziyyətdən kənara çıxmaq 

haqqında qətiyyən fikirləşmirdi. O, artıq təkliyə vərdiş etmişdi, insanlarla əlaqələnmə yolları 

axtarmırdı. Əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır,insanlarla ayrılma, 

təcrid edilmə, "qırıq xətli  telefona" çevrilmə yolları arayırdı. Şəhərdən kənarda, insanların az 

olduğu məkanda, pəncərədən boylanarkən dənizdən başqa heç bir şeyin olmadığı yerdə yaşa-

ması onu daha da sevindirirdi.  Əslində bu hal təkliyi, tənhalığı sevmək  ən böyük faciələrdən 

biri idi.  Əsərdə  əlaqə problemi yazıçı  tərəfindən çox geniş  şəkildə  əks olunmuşdu. Burada 

yalnız bir insanın digəri ilə əlaqəsi yox, o cümlədən cəmiyyətin, Yer kürəsinin digər varlıqlarla 

əlaqə yarada bilməməsi ön planda verilib . Əsərdə bu açıq-aşkar özünü göstərir. Belə ki, tələ-

bə insanlardan ayrı düşür, tələbənin yaşadığı bina digər binalardan , Yer Kürəsi də digər pla-

netlərdən ayrı düşür. Yazıçı tələbə ilə yanaşı binanın, Yer Kürəsinin  təkliyini əks etdirməklə  

böyük yalqızlığı qabarıq göstərməyə çalışıb və bura da simvolik obyektləri əsas götürüb. Əsərdə 

yazıçı müxtəlif səpkidə şəxsiyyət problemini izah edir . Yazıçı bu povestlə oxucularını,  elm 

adamlarını “başqa növ əlaqə prinsiplərinə” yiyələnməyə çağırır. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin