III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
918
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sindən və nəzəri-estetik təlimindən çox-çox kənara çıxan əsərlər yaranırdı. Onlara artıq sözün
ənənəvi mənasında xalis “Sovet ədəbiyyatı” və “sosialist realizmi” hadisəsi demək heç
olmasa, yalnız ona görə mümkün deyildi ki, artıq bu yaradıcılıq metodunun iki mütləq meto-
doloji prinsipi təkzib və inkar olunurdu: gerçəkliyin mütləq pozitiv pafosu və total sinfilik,
partiyalılıq stereotipi”.
İnsana və həyata yeni baxış, şəxsiyyətə, onun psixoloji dünyasına daha həssas münasi-
bət, humanist idealın güclənməsi, həyat ziddiyyətlərinin, ictimai problemlərin təsvirdə daha
çox mənəvi-əxlaqi aləmə keçməsi, insan - mühit, cəmiyyət - fərd arasındakı əlaqələri çox za-
man daxili-psixoloji müstəvidə göstərmək bu nəsrin görünən keyfiyyətləridi. Bu proses təkcə
yeni nəsrin banilərinin deyil, onlardan sonra gələn nəslin də povest və hekayələrində aydın
duyulur. Lakin XX əsrin sonlarında rejimin və nəticədə cəmiyyətin dəyişməsi ədəbiyyatın da
inkişafına yeni istiqamət verdi: mövcud təcrübəyə yeni inikas üsulları, “köhnə” nəsrdən fərqli
bədii təsvir formalarının gətirilməsi tələb olundu. Bu tələblərə ilk sənətkar cavabı verənlər,
bunu öz bədii yaradıcılıqlarında əks etdirənlər də elə yeni nəsrin baniləri və onların davam-
çıları oldular. Anarın “Otel otağı”, “Vahimə”, “Qırmızı limuzin”, Elçinin “Qırmızı qərənfil”,
“Sarı gəlin”, Əkrəm Əylislinin “Ətirşah masam”, Məmməd Orucun “Susuz gölün sonası”,
“Ağ qarğa”, habelə Mövlud Süleymanlı, Baba Vəziroğlu, Mənzər Niyarlı, Afaq Məsud kimi
XX əsrin 60-cı illərindən sonrakı Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazı-
çıların əsərləri yarandı.
70-80-Cİ İLLƏR AZƏRBAYCAN HEKAYƏSİNƏ TƏNQİDİ BAXIŞLAR
Nizami HÜSEYNOV
nizaaa@mail.ru
AZƏRBAYCAN
Yеni mərhələdə Аzərbаycаn nəsrini əsasən üç jаnr təmsil еdir. Hеkаyə, pоvеst və
rоmаn. Povest və romandan fərqli оlаrаq hеkаyə nəsrin хırdа jаnrı hеsаb еdilir və оnа münа-
sibətdəki ziddiyyətlər də öz mənbəyini burdаn götürür. Bəzən bu xırda janr qeyri-peşəkar
ədəbiyyat hesab olunur, bir çox müəlliflərin də yaradıcılığa hekayə ilə başlayıb, sonrakı mər-
hələdə povest və roman yaradıcılığına keçməsi də bu fikrin meydana çıxmasına səbəb olur.
Bu fikir bir-iki müəlliflə yox, demək olar ki, bütün nəsr ədəbiyyatı nümayəndələrinin
yaradıcılığı ilə öz təsdiqini tapır. Hekayə janrı, əslində, heç də “rahat” yaradıcılıq istiqaməti
deyil, əksinə, povest və romanlardan fərqli olaraq, yığcam nümunədə, daha az obrazın iştirakı
ilə və çox qısa müddəti əhatə edən hadisələr fonunda oxucuya yüksək səviyyədə çatdırmaq
müəllifdən yüksək ustalıq tələb edir.
70-ci illərdə Аzərbаycаn hеkаyəsinin inkişаf mеyllərindən dаnışаrkən Еlçin “pоvеstin
аnаlitik təbiətindən, rоmаnın sintеtik mаhiyyətindən çох “dаnışıldığını”, hеkаyənin həyаtı əks
еtdirən bir “dаmcı kimi” qiymətləndirilməsini еlmi mеtоdоlоgiyа bахımındаn nаqis sаyır və
qеyd еdir ki, pоvеst kimi “rоmаndа və hеkаyədə də аnаlitik əsаs vаcibdir. Sintеtik mаhiyyət
еyni dərəcədə pоvеst və hеkаyəyə də aiddir. Hеkаyənin dаmlа ilə müqаyisə еdilməsi fikri öz
bаşlаnğıcını məşhur qırğız yаzıçısı Ç.Аytmаtоvdаn götürür. Lаkin Ç.Аytmаtоv bu
müqаyisəni аpаrаrkən jаnrın imkаnlаrının məhdudluğunu yох, həyаt mürəkkəbliklərini
rəngаrəng bədii bоyаlаrlа ifаdə imkаnlаrındаkı özünəməхsusluğunu nəzərdə tutmuşdur. Оnun
bu jаnrı “dövrün mоzаikаsı” аdlаndırmаsı dа fikrimizi sübut еdir. Hеkаyəni dаmlа ilə
müqаyisə еtmək оlаr. Lаkin bu dаmlаlаrsız оkеаn оlа bilməz. Mənim fikrimcə, hеkаyə dövrün
mоzаikаsıdır. Mоzаikа isə, məlum оlduğu kimi, хırdа və zəif hissəciklərdən ibаrət оlur.
“Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri” adlı kitabında ədəbiyyatşünas Təyyar
Salamoğlu müasir Azərbaycan nəsrinin istiqamətlərini qeyd etmiş, hekayəçiliyin təşəkkül və
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
919
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təkamülünə qısa nəzər salaraq, “yeni hekayə”nin yerini də araşdırmışdır. Həmin kitabda həm
müxtəlif tənqidçilərdən verilmiş sitatlar, həm də müəllifin şəxsi qənaətləri “yeni hekayə”nin
öyrənilməsində əlverişli vasitədir.
Bəs müаsir Аzərbаycаn nəsrində hеkаyənin yеri nеcədir? 60-cı illərdən bəri ədəbi
tənqidin cаvаbını vеrməyə çаlışdığı suаllаrdаn biri də budur. Еlçin “Tənqid və ədəbiyyatımı-
zın problemləri” adlı məqаləsində оnu “fоrmаlаşmış, məхsusi bir jаnr” kimi qiymətləndirir və
göstərir ki, bu gün hеkаyə ən yахşı nümunələrində mövcud mənəvi ictimаi prоblеmləri, оn bеş,
iyirmi il bundаn əvvəlkinə nisbətən dаhа hərtərəfli əhаtə еdir və ən bаşlıcаsı isə, bu prоblеmа-
tikаnın bədii еstеtik təcəssümü хеyli dоlğundur. Tənqidçi müаsir Аzərbаycаn hеkаyəsinin
əldə еtdiyi nаiliyyətlərin dörd əsаs cəhətlə bаğlı оlduğunu yаzır:
а) Mövzu rəngаrəngliyi;
b) prоblеmаtikа vüsəti;
c) хаrаktеrlər qаlеrеyаsının zənginliyi;
ç) sənətkаrlığın аrtmаsı, еstеtik kаmillik.
Elçin hekayənin XX əsrin sonlarına doğru əldə etdiyi nəaliyyətləri yüksək qiymətlən-
dirir, amma milli ədəbiyyatımızın ən böyük bəlası olan epiqonçuluğun, təkrarçılığın hekayə
janrını da öz qucağına almasını diqqətdən qaçırmır. Əlbəttə, tənqidçi, 70-ci illər Аzərbаycаn
hеkаyəsinin vəziyyətini ümumimləşdirərkən yаrаnmış bütün nümunələrin idеyа-bədii cəhət-
dən mükəmməl оlmаsı fikrindən uzаqdır. Əksinə, 70-ci illərdə bu jаnrın mənzərəsini vеrərkən
“şеir ахını ilə” qоşа аddımlаyаn “hеkаyə ахını”ndаn “ədəbi bəlа”kimi dаnışmаqlа yаnаşı,
istеdаdlı sənətkаrlаrın qələmindən çıхаn idеyа-bədii cəhətdən zəif əsərlərə tənqidin “göz
yummаsı”nın dа yоl vеrilməz оlduğunu bildirir.
Eyni zamanda qeyd etmək lazımdır ki, yeni nəsrin daha da gücləndiyi 70-ci illər ədəbiy-
yatında hekayə janrı klassik ədəbi ənənələrimizi özündə cəmləşdirir. Tənqidçi V.Yusiflinin
“Dövrün mоzаikаsı” аdlı icmаl məqаləsindəki 70-80-ci illərdə bu jаnrın ədəbiyyаtımızdаkı
mövqеyi ilə bаğlı bəzi qənаətləri bu baxımdan mаrаq dоğurur. İlk növbədə о, sоn illərin
hеkаyələrində ənənəyə güclü bаğlılıq görür və bu bаğlılığın kоnkrеt tərəflərini müəyyənləş-
dirir: İdеyаlılıq, хəlqilik, dövrün, zаmаnın ən mühüm mətləblərini yığcаm şəkildə ümumiləş-
dirmək, lаkоniklik, psiхоlоgizmə mеyl klаssik hеkаyələrimizdən gəlir
M.Ə. SABİRİN BƏDİİ TİPLƏRİ İCTİMAİLYİN FƏRDİ TƏZAHÜRÜNDƏ
İnci NAĞIYEVA
Qafqaz Universiteti
nagiyeva_80@mail ru
AZƏRBAYCAN
Mirzə Ələkbər Sabirin yaradıcılığı Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik qu-
ruluşu, estetik strukturu baxımından yeni bir səhifə hesab olunur. Onun yaradıcılığında
diqqəti cəlb edən əsas məsələlərdən biri satira – tiplər aləmidir.Sabirəqədərki Azərbaycan
poeziyasında satira özünə müəyyən qədər yer alsa da, etiraf etməliyik ki, Sabir biçimində,
üslubunda davamlı şəkildə olmamış, satirik poeziya sahəsində Sabir şeiri ucalığına yüksəlmə-
mişdir. Sabirin yeni tipli satirasında gülüş ilk baxışda görünmür, sənətkar ciddi şəkildə, az
qala inandırıcı halda sözünü deyir, yaxud ifşa etdiyi tipi danışdırır, nəticə çıxarmağı isə
oxucunun ixtiyarına buraxır. Sabir gülüşü əslində göz yaşları içində olan gülüşdür. Təsadüfi
deyildir ki, Sabir gizli imzalarından birini “Ağlar güləyən” şəklində işlətmişdir.
Böyük satirik şairimiz tipin xarakterini yaradarkən müxtəlif üsul və vasitələrdən
istifadə etmişdi. Tipik şəraitin və hadisələrin təsviri, xarakterin fərdi səciyyələrinin realist
təqdimatı satirik şairin tip yaratmaq sənətkarlığının atribusiyasını təşkil edir. Şair xarakter
yaradarkən real obrazların ümumiliyinin fərdi təzahürünə, onların satirik fonda portretlərinin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
920
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təsvirinə, fərdi–poetik nitqinə xüsusi əhəmiyyət verirdi. Satirik tipin dilindən verilən hər han-
sı bir söz bədii stukturda müəyyən funksionallıq qazanır, onun obrazının tamamlanmasında
əsas rol oynayırdı.
Bəzən ədəbiyyatşünaslıqda sosioloji tiplə ədəbi tip qarışdırılır. Biz yaxşı diqqət etsək,
bu iki tipin hər birinin öz prinsip və qanunauyğunluqları vardır və onları bir – birinə qarışdı-
rmaq yanlışdır. Biz əgər təhlil etdiyimiz tipin yalnız ictimai məzmunundan danışırıqsa, deməli
biz tip mövzusundan deyil, sosioloji mövzudan söhbət açırıq. Sosiologoyada tipin fərdiliyi
məsələsi bir tendensiya olaraq ortaya qoyulmur və bu, bir məsələ olaraq izlənilmir.
Y. Qarayev “Tənqid: problemlər, portretlər” kitabında satira və M. Ə. Sabir tipləri ilə
bağlı müəyyən fikirlər irəli sürür: “Sabir qəhrəmanları əksərən “adsız qəhrəmanlardır”. Nov-
ruzəli, Usta Zeynal, Məmmədhəsən əmi, Baqqal Məşədi Rəhim – fərdi realist tiplərin adların-
dan ibarət belə mükəmməl siyahını “Hophopnamə”dən tərtib etmək qeyri – mümkündür...
Sabir satiralarında təkliyin, fərdiliyin yox, məhz çoxluğun, kütləviliyin stixiyası əks olunmur-
mu?... “Hophopnamə”dəki satirik monoloqlardan heç biri ayrılıqda bir burjuyun oxuduğu
“solo” deyildir, bəlkə, əksinə, bütün burjuyların birlikdə ifa etdikləri qəribə bir xor misalın-
dandır. Bu, artıq “eyni bir ictimai ölüm və matəm mahnısı oxuyanların” vahid xoru idi”.
Təkcə Y. Qarayev deyil, əksər tənqidçi və ədəbiyyatşünas alimlərimiz bu fikirlərlə
razılaşırlar və düşünürlər ki, Sabir tipləri yalnız ümumi - ictimai səciyyə daşıyır.
Bəli, Sabir satiralarında “adsız qəhrəmanlar” çoxdur, amma bu bizə heç bir əsas vermir
ki, həmin qəhrəmanlara ümumiliyin bir parçası kimi baxaq. Əlbəttə, şairin xüsisi adlardan
istifadə etdiyi satiraları da var. Bir düşünün, əgər Sabir hər şeirindəki pesonaja bir ad qoysa
idi, nə dərəcə gülünc bir vəziyyət alınardı. Biz dünya ədəbiyyatına və milli ədəbiyyatımıza
diqqət yetirsək, xeyli miqdarda adı olmayan, amma süjetin əsas və qaynar xəttini təşkil edən
qəhrəmanlara rast gələ bilərik.
Ümumiyyətlə, ədəbiyyatda və ya ədəbi təhlil zamanı biz tiplərin mənəvi, psixoloji aləminə
nüfuz etmir, onların fərdi özünəməxsusluqlarını aşkara çıxarmayıb, yalnız ictimai məzmundan
danışırıqsa, deməli, biz heç nə əldə etmirik. Ola bilsin ki, ədəbiyyatda çox az yayılmış xüsu-
siyyətləri daşıyan bir tiplə qarşılaşaq, amma o, öz səciyyəviliyi ilə ən məşhur personajlardan
belə daha çox diqqəti çəksin və yaddaqalan olsun. Məncə, ədəbiyyatda fərdilik bir vacib
məsələ kimi birinci yerdə durmalıdır, çünki yeni obraz yaranır və o, əvvəlki sələflərindən çox
fərqlənir, yəni o, tamamilə başqadır, özünəməxsusdur. O obrazın fərdi təzahürü olmasa, özü-
nün ədəbi vahidliyini təstiq etdirməsə, ədəbiyyat üçün maraqsızdır. Məsələn, M. Ə. Sabirin
personajları arasında bir sıra orijinal tiplər var ki, onlar ədəbiyyatda öz yenilikləri və fərdilik-
ləri ilə seçilir, alqışla qarşılanır. Onlardan bəhs edərkən bu obrazların zahiri görkəmi, səs tonu
ağlımızda tam mahiyyəti ilə əks olunur. Məsələn, biz “Millət necə tarac olur olsun, nə işim
var” satirasının qəhrəmanını “Bir məclisdə on iki kişinin söhbəti” satirasındakı tipləri və ələx-
sus da birinci əsərdəki etinasız sahibkarla ikinci əsərdəki taciri bir – birilə qarışdıra bilmərik,
çünki bu personajların hər birinin ayrı görünüşü, hər birinin ayrı dünyagörüşü və hər birinin
bir tip kimi ayrı dəsti – xətti var və ya “Çatladı, Xanbacı, qəmdən ürəyim” deyib haray qopa-
ran tiplə “Qoyma gəldi” deyib qorxusundan Xandostunun arxasında gizlənən vətən qızlarının
da naratçılığı və ələmi də eyni deyil, oların hər birinin oxucu gözündə ayrıca bir su-rəti var.
Bəli, bu tiplər eyni vaxtın, eyni sosial zəminin, eyni ictimai mühitin “qəhrəmanlar”ıdırlar,
Sosial mühit onları bu qədər”inkişaf” etdirib amma onlara fərdi yanaşmaq və hər birini ayrı-
lıqda təhlil etmək lazımdır. Çünki onlar bir – birindən çox fərqli xüsusiyyətlər daşıyırlar. Sa-
birin hər gün rastlaşdığı və satira atəşinə tutduğu nə məmur digərinin eynisidir, nə tacir digəri-
nin eynisidir, nə avam, nə də riyakar molla... Onların hər birinin bu dünyada özgə “dərdi” var.
Mənim böyük şairin tiplərinə bir yerə toplanılmış, əyinlərinə eyni rəngdə və eyni biçimdə
əlbisə geyindirilmiş xor dəstəsi kimi baxmaq fikrim yoxdur. Mənim nəzərimdə Sabir tiplərinin
əksəriyyəti “şaqraq səsli”, “möhtəşəm ifaya sahib olan”, səhnəyə çıxanda tamaşaçını mat qoyan,
ifasını məharətlə sona çatdıran, müthiş “solo” ifaçısıdırlar.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
921
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVÜN TƏRKİB KOMPONENTLƏRİ
ARASINDA SEMANTİK ƏLAQƏ-ZAMAN ƏLAQƏSİ
Jalə XƏLİLLİ
Bakı Slavyan Universiteti
Xelillij@mail.ru
AZƏRBAYCAN
Həm sadə, həm də mürəkkəb sintaktik bütövün komponentləri arasında zaman, ardıcıl-
lıq, aydınlaşdırma, qarşılaşdırma və səbəb-nəticə əlaqəsi vardır. Bu məna əlaqələri formal əla-
qələrlə sıx bağlıdır. Bundan başqa məna əlaqələrindən yalnız biri digərlərindən təcrid olunmuş
şəkildə mətndə öz əksini tapmır, bir neçə məna əlaqəsi qarşılıqlı münasibətdə mətndə reallaşa
bilər. Mətnin komponentləri arasındakı ən mühüm əlaqə tiplərindən biri eynizamanlılıq
əlaqəsidir. Belə əlaqəni tabesiz mürəkkəb cümlələrdəki zaman əlaqəsinə bənzətmək olar.
Lakin mətn bir neçə cumlədən ibarət olduğu üçün komponent genişliyi ilə fərqlənir. Mətnin
kompnentlərində təsvir edilən hadisələrin eyni zamanda əks olunması eynizamanlılıq yaradır.
Zaman əlaqəsi makro və mikro mətnin özünəməxsusluğunu təmin edir. Hər hansı bir bədii
əsərdə hadisələr təsvir edilərkən mütləq şəkildə hadisələrin baş verdiyi məkan və zaman öz
əksini tapmalıdır. Bu yalnız tarixi romanlarda deyil, bütün bədii əsərlərə xasdır. Beləliklə
mətnin bütünlüyünü göstərən faktorlardan biri də zamandır. “Kitabi-Dədə Qorqud” dastanın
götürsək burada müəyyən zaman öz əksini tapmış və həmin zamana məxsus insanların məişəti
əks olunmuşdur. Bu dastanın tərkibində də keçmiş, indiki və gələcək zaman əlaqəsi vardır.
Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. Xatunu hamilə oldı. Bir neçə müd-
dətdən sonra bir oğlan toğurdu. Oğlancuğını dayələrə verdi, saqlatdı.
Burada təsvir olunan hadisələr müasir oxucu üçün keçmiş zamandır, lakin bu parçada
hadisələrin baş verməsi ardıcıl şəkildə olmuş və müxtəlif zamanları əks etdirir. Beləliklə müa-
sir oxucu üçün hadisələrin təsvir edildiyi zaman eyni, yeni keçmişdə, lakin mətnin daxilinə
nəzər saldıqda üç zamanın əks olunduğunu görərik.
K.Abdullayevin fikrincə eyni zamanlılıq münasibəti sanki, informasiya qəbulu zamanı
ayrı-ayrı komponentlərin özü ilə gətirməli olduğu xətti səciyyəni inkar edir. Belə bir informatı
quruluş da adressat tərəfindən tam, bütöv şəkildə qəbul edilir:
Ol gün cigərində olan ər yigitlər bəlürdi. Ol gün müxnətlər sapa yer gözətdi. Ol gün bir
qiyamət savaş oldı, meydan tolu baş oldı; başlar kəsildi top kibi. Şahbaz-şahbaz atlar
yügürdi, nalı düşdi. Ala-ala göndərlər süsləndi. Qapa polat üz qılıclar çalındı, yılmağı düşdi.
Üç yeləkli qayın oqlar atıldı, dımrəni düşdi. Qiyamətin bir güni ol gün oldı. Bəg nökərindən
nökər bəgindən ayrıldı.
Verilmiş nümunədə hadisələr eynizamanlıdır Eyni zamanda deyilərkən bir məsələni
qarışdırmaq lazım deyildir. Ardıcıllıq məna əlaqəsində də hadisələr eyni zamanda baş verir,
lakin burada hadisələr ardıcıl şəkildə olur.
Basat qaqıb yerindən turı gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdi. Dəpəgözün
kəndü qılıncilə boynını urdı. Dəldi, yay girişinə taqdı. Süriyə-süriyə mağara qapısına gəldi.
Bunlı qoca ilə Yapaqlu qocayı Oğuza muştçı göndərdi. Ağ boz atlar binubən yortdışdılar.
Qalın Oğuz ellərinə xəbər gəldi.
Bu misalda mətnin hər bir komponenti ayrı situasiyanı əks etdirir və bu hadisələrin icrası
bir-birindən sonra olur. Burada heç bir formal əlaqədən istifadə olunmamışdır. Lakin, fikrin tam
aydın olması üçün “sonra” sözü əlavə edilsə ardıcıllıq əlaqəsinin mahiyyəti tam aydın olar.
Oğuz zamanında, Uşun qoca deərlər, bir kişi vardı. Ömründə iki oğlı vardı. Ulu oğlının
adı Əkrək idi. Bahadır dəlü, yaxşı yigid idi. Bayındır xanın divanına qaçan istəsə varır-
gəlürdi. Bəglərbəgi olan Qazan divanındabuna heç qapu-baca yoğdı. Bəgləri basub, Qazan
ögində oturardı. Kimsəyə iltifat eyləməzdi.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
922
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Gətirilən misalda eynizamanlılıq münasibəti vardır və heç bir əlavə göstərici olmadan
mətn bütövləşir.
Eynizamanlılıq münasibəti formal şəkildə “və” bağlayıcısı vasitəsilə qabardıla bilər. Be-
ləki, bağlayıcı istifadə olunarkən özündən əvvəlki və özündən sonrakı komponentlər arasında
eynizamanlılıq münasibətini gücləndirir.
Lakin, bunu “Kitabi-Dədə Qorqud” dastanında müşahidə etmək olmaz. Bu da bağlayıcı-
ların dilin inkişafının sonrakı mərhələsinə aid olması ilə bağlıdır.
Qeyd etdiyimiz kimi mətnin komponenetləri arasında yalnız bir əlaqə deyil bir neçə
əlaqə qarşılıqlı münasibətdə olur. Bir mətndə bir nəçə məna əlaqəsi olur və mətndə yalnız bir
əlaqənin sona qədər müşahidəsi əsas deyildir.
İNVERSİYA – MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVLƏRDƏ
FORMAL ƏLAQƏ VASİTƏSİ KİMİ
Günay ƏLİYEVA
Bakı Slavyan Universiteti
gunay.eliyeva89@inbox.ru
AZƏRBAYCAN
Mətn sintaksisi sintaktik vahidlərin mikromətndə və ya mürəkkəb sintaktik bütövlərdə
ardıcıl və bir-birinə bağlı olaraq sıralanmasına görə müəyyənləşir. Ümumtürk mətnlərdə in-
versiya hadisəsi sadə və mürəkkəb cümlələrlə yanaşı, həm də mətn və mürəkkəb sintaktik
bütövlərdə komponentlərin normal yerlərinin dəyişməsi və ya tərsinə sıralanması ilə müşahidə
olunur. İnversiya ümumtürk mətnində sintaktik paralellər, parselyatikləşmə, kalambur (söz
oyunu) və s. dil-nitq vasitəıəri kimi assimetrik-sintaktik bir hadisə olaraq dəyərləndirilir. K.
Abdullayev inversiya haqqında qeyd edir: “Mətndə əlaqə vasitəsi rolunu oynayan inversiya
söz sırasının elə dəyişməsini həyata keçirir ki, burada müəyyən ümumi üzv bütün mətnin əv-
vəlində deyil, mətn komponentlərinin arasında işlənir. Burada əsas məqsəd o olur ki, ümumi
üzvün orta mövqedə işlənməsi ilə, yəni həm özündən əvvəki, həm də özündən sonrakı kompo-
nentlərə aid olmaları ilə bu komponentlərin bir-birinə daha möhkəm bağlanması əldə edilsin”.
Söz sırasının pozulması hadisəsinin yəni inversiyanı əksinə sintaktik paralelizm kimi nəzər-
dən keçirən İ.Qalperin burada xiazm üsulundan istifadə edildiyini qeyd edir. O, bu üslubu in-
formasiyanın ənənəvi səbəb-nəticə münasibətləri əsasında qurulan sintaktik düzümün əks isti-
qamətdə yerləşdirilməsi ilə bağlı artıq nəticədən-səbəbə doğru yönəlməsi kimi səciyyələndirir.
“Kitabi-Dədə Qorqud” dastanında gətirdiyimiz nümunəyə baxaq:
Nə qaqırsan bana, ağam
Qazan?
Yoxsa
köksündə yoqmıdır iman?
Nümunədən də göründüyü kimi, hər iki misrada da xəbər inversiyaya uğramışdır.Bu
xəbər qrupları sözügedən mikromətndə misraların ritmik-qafiyələnmə sıralanmasının tələbinə
uyğun olaraq inversiyaya uğrayır.
Q.Kazımovun fikrincə, inversiya nəticəsində sintaktik bütövün çıxış nöqtəsini təşkil
edən giriş cümləsi ilə nüvəsini təşkil edən yekun cümləsi öz yerlərini dəyişə bilir, nəticədə bi-
rinci haldan – normal sıradan, obyektiv sıradan fərqli olaraq, subyektiv sıra yaranır. Beləliklə,
normal söz sırası ilə yanaşı, bədii əsərlərdə emosional söz sırasından da istifadə edilir.
Yenə də “Kitabi-Dədə Qorqud” dastanına müraciət edək::
Çoban aydır:
Qonur
atın
vergil
mana,
Altmış tutam göndərüni vergil mana.
Ap-alaca
qalqanını
vergil
mana.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
923
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qara
polat
uz
qılıncın vergil mana,
Sadağında səksən oqun vergil mana.
Ağ tozluca qatı yayın vergil mana,
Kafirə mən varayın,
Yenidən toğanın öldürəyin,
Yenümlə alnum qanın bən siləyim,
Ölürsəm, sənin uğruna bən öləyim,
Allah
Taala
qorsa,
evini
bən qurtarayın!-dedi.
Bu nümunədə də görürük ki, ilk altı misrada xəbərlə tamamlıq öz yerlərini dəyişərək in-
versiyaya uğramışdır. Və yuxarıda da qeyd etdiyimiz kimi, burada obyektiv sıradan fərqli ola-
raq, subyektiv sıradan istifadə olunmuşdur. Bu sıralanmanı emosional söz sırası adlandırmaq
olar. Bu nümunədə bir məqamı da qeyd etmək lazımdır ki, burada leksik təkrardan da istifadə
olunmuşdur. Belə ki, “aydır” felinin “dedi” feli ilə, yəni sinonimi ilə əvəz edilməsi həm nor-
mativlik baxımından baş verir – dili ağırlıqdan xilas edir, həm də üslubi yük daşıyır. Eyni za-
manda bu iki söz “aydır-dedi” mətni başlayır və tamamlayır, başqa sözlə mətni çərçivəyə salır.
Yuxarıda göstərdiyimiz nümunələrə əsaslanaraq da deyə bilərik ki, şeirlərdə - nəzm
əsərlərində sözlərin və komponentlərin yerdəyişməsinə daha çox rast gəlirik. Və buradan da
belə qənaətə gələ bilərik ki, söz sırası əsərin janrı ilə də bağlıdır. Yəni, nəsrlə yazılmış əsərlər
şeirdən fərqləndiyi kimi, elmi əsərdə də söz sırası hər cür bədii əsərdən fərqlənir.
Bütün dediklerimizi ümumiləşdirib deyə bilərik, mətnin komponentlərini təşkil edən
cümlələr eyni hüquqlu deyildir. Yəni, mətndə sıralanan cümlələrdən biri mərkəzi rol oynayır.
Digər cümlələr isə mərkəzi cümlədə qoyulan fikri açmağa, onu tamamlamağa xidət edir. Və
nəticədə fikrin-mənanın açılması prosesində sonrakı cümlənin strukturunda dəyişiklik baş
verə bilər. Yəni, mətndə cümlə - komponent inversiyaya məruz qalır.
Dostları ilə paylaş: |