TÜRKİYƏ- RUSİYA GEOSİYASİ QARŞIDURMASININ
ƏSAS İSTİQAMƏTLƏRİ
Elgün QƏHRƏMANOV
Bakı Dövlət Universiteti
Elgun014@mail.ru
AZƏRBAYCAN
Avrasiya materikinin dövlətləri olan Türkiyə və Rusiya hazırda dünyada və regionda
baş verən hadisələrə ciddi şəkildə təsir göstərən dövlətlərdir. Yaxın qonşuları olan bu döv-
lətlərinin qarşılıqlı münasibətləri Azərbaycan üçün də əhəmiyyətlidir. Bu baxımdan mövzu
Azərbaycanın beynəxalq münasibətləri üçün hər zaman aktualdır.
Hər iki tərəf öz miqyaslarına görə regionda güclü maraqları olan dövlətlərdir. Türkiyə
Qara dəniz regionunu sabitləşdirir, ondan Aralıq dənizinə çıxışa nəzarət edir, Rusiyanı Qaf-
qazda tarazlaşdırır və NATO-nun cənub qanadına xidmət edir.
Rusiyanın dost və müttəfiq Qafqaz və o cümlədən Orta Asiya Türk Dövlətlərinə qarşı
yönəlmiş imperialist düşüncələri Türkiyə dövlətinin regionda apardığı siyasətinə zidd idi.
Qafqazda Rusiyanın ənənəvi və etibarlı müttəfiqi olan Ermənistan xüsusi geosiyasi rol
oynayır. Şimala və Şərqə-Orta Asiyanın Türk dünyası regionuna Türkiyənin ekspansiyasının
qarşısını almaq üçün Ermənistan strateji baza kimi xidmət göstərir. Bütün bunların içində
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1461
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Tükiyə üçün bölgədə sıxıntı yaradacaq ən böyük amil Rusiya Federasiyasıdır. Türkiyəyə
münasibətdə Çar Rusiyasından gələn təməl hədəflər dəyişməmişdir, eyni şəkildə də qorunub
saxlanılır. Türkiyə bu gün Rusiyanı bu hədəflərindən uzaqlaşdırmaq üçün bu dövlətlə müx-
təlif əməkdaşlıq layihələrinə qoşulmuşdur. Bunlardan ən əhəmiyyətlisi Qara Dəniz İqtisadi
Əməkdaşlıq layihəsidir. 90-ci illərin geosiyasi mühitini təhlil edərkən onu da qeyd etmək
lazımdır ki, Qafqaza yerləşdirilməsi planlaşdırılan beynəlxalq sülhməramlı qüvvələri Mos-
kvanı narahat edirdi. Bu plan həyata keçiriləcəyi təqdirdiə beynəlxalq qüvvələr içərisində
Türkiyə ordu hissələri də yer ala bilərdi.Moskva buna qətiyyətlə etiraz edirdi. Silahlı
Qüvvələr Baş Qərargahı Türkiyənin bölgədəki ölkələrlə yaratdığı hərbi əməkdaşlıqların
NATO proqramı çərçivəsində olduğunu, bunların hər hansı dövlətə qarşı çevrilmədiyini
bəyan edir. Sadalanan fikirlərə əsasən belə bir qənaətə gəlmək olar ki, Türkiyənin başlıca
məqsədlərindən biri də Rusiyanın Qafqazda hegemonluğuna yol verməməkdir. Məlumdur ki,
Rusiya Türkiyənin imkanlarından ehtiyatlanaraq Qafqaza bir “bufer zona” kimi baxır. Bu
məqsədlə regionda hərbi-siyasi cəhətdən möhkəmlənmək istəyir, hərbi bazalrını da Türkiyə
və NATO-ya qarşı yönəldir. Məsələn, 1999-cu il fevralın 17-də Rusiya hərbi hava qüvvələ-
rinin baş komandanı general A.Kornukov Rusiya hərbi nümayəndə heyətinin başçısı kimi
Yerevanda olarkən demişdi ki, Rusiyanın Ermənistandakı hərbi bazasına “S-300” zenit-raket
komplekslərini göndərməsində başlıca məqsəd “həmsərhəd” dövlət təərəfindən olan təhlü-
kənin nəzər alınmasıdır. Bu faktın təsdiqi olaraq Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyev də 2001-ci ilin mart ayında Türkiyədə rəsmi səfərdə olarkən CNN Türk
televiziya kanalının baş direktoru Taha Akyolla müsahibəsində bildirmişdi ki, Rusiyanın
fikrinə görə Ermənistandakı silahlar Azərbaycana qarşı deyildir. Bu silahlar Türkiyə və
NATO-nun Türkiyədəki hərbi bazalarına qarşı yönəlmişdir.
Rusiyanın Türkiyə ilə Cənubi Qafqazda strateji maraqlarının toqquşduğu əsas dövlətlər
Azərbaycan və Gürcüstandır. Xüsusilə bu dövlətlərin Türkiyə ilə sıx hərbi-siyasi münasibət-
ləri vardır. Regional iqtisadi layihələrdə bu dövlətlər vahid siyasət yeridirlər. Rusiya-
Ermənistan hərbi müttəfiqliyi ilə Ermənistanın güclənməsi Türkiyəni narahat edir. Eyni za-
manda Rusiyanın Çeçenistanda hərbi əməliyyatları şübhəsiz ki, Moskva və Ankara arasındakı
münasibətlərdə gərginlik yaratmışdır. Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyənin silahlı qüv-
vələri. Xüsusi olaraq, narahatlıq hissi keçirirlər ki, Rusiyanın Vladimir Putinin hakimiyyəti
dövründə təkrar güclənməsi Türkiyənin Cənubi Qafqazda iqqtisadi və siyasi maraqlarına
təhlükə ola bilər. Onu qeyd etmək olar ki, Şimali Qafqazda Türkiyə rəsmi olaraq Çeçenistanı
müstəqillik məsələsində dəstəkləmir. Çeçenləri dəstəkləməklə Türkiyə Xarici İşlər Nazirliyi
beynəlxalq hüquq normalarının əsas prinsiplərindən biri olan digər dövlətlərin daxili işlərinə
qarışmama prinsipi, kobud şəkildə pozulmuş olar. Rusiya bunun əvəzində Türkiyə daxilində
PKK-nı dəstəkləyə bilər. Hətta 1993-cü ilin oktyabr ayında çeçen lideri Cövhər Dudayevin
Ankarada Süleyman Dəmirəl tərəfindən qəbul edilməsi Rusiyanın narazılığına səbəb oldu.
Aydındır ki, Türkiyənin Xarici İşlər Nazirliyi və Ordu Komandanlığı Qafqazda Rusiya ilə
ciddi münaqişə yaratmaq istəmir. Bu, NATO-nun siyasi xətti ilə eynidir. Siyasi vəziyyəti nə-
zərə alaraq Türkiyə Cənubi Qafqazda hərbi bazalar yerləşdirmək imkanlarından məhrumdur.
Əgər türk hərbi bazası yerləşdirilsə belə, Azərbaycan-Ermənistan münaqişəsinin intensivləşə-
cəyi və Rusiyanın hərbi əməliyyatların gedişinə qarışacağı təqdirdə Türkiyə yaranmış vəziy-
yətdə fəaliyyət müstəqilliyinə malik olmayacaqdır.
Belə bir yanaşma mövcuddur ki, Rusiya səlahiyyətliləri üç mövzuda Türkiyəni özlərinə
düşmən olaraq görürlər:
- Türkiyə model ölkə rolu oynadığına görə əslində Rusiyanın keçmiş arxa bağçasında
meydana gələn boşluğu doldurmağı hədəfə almışdır. Türkiyə yaradacağı strateji təsir sahəsi
ilə Rusiyanın bölgə üzərindəki maraqlarını zədələyəcəkdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1462
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
- Tarixi, mədəni, dini, dil baxımında əlaqələrə malik olan Trükiyə Pantürkizm əməllərini
gercəkləşdirə bilər, Rusiyanın əhatəsində , hətta Rusiyanın daxilində yaşayan türkləri daxil
edərək Birləşmiş Türk Dövlətləri qura bilər. Bu vəziyyət həm Rusiya üçün Türk-İslam sintezi
üzərində qurulmuş bir təhlükənin meydana gəlməsinə, həm də Rusiyanın daha çox torpaq
itirərək şimala çəkilməsinə səbəb ola bilər.
- Türkiyə kanalı ilə NATO və dolayısı ilə Amerikan əsgərlərinin bölgəyə gəlməsi ola
bilər. Xüsusilə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı adı altında bölgə dövlətləri ilə
hərbi və müdafiə sahələrində əməkdaşlıq etməsi Rusiaynın bölgədəki hərbi varlığının qalmaq
səbəbinin ortadan qaldıracaq, daha sonra da bölgədə hərbi təsirini itirəcəkdir.
Z.M.BÜNYADOVUN YARADICILIĞINDA ORTA ƏSRLƏR
AZƏRBAYCAN TARİXİNƏ DAİR
Elməddin QULIYEV
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu
el_med_din@mail.ru
AZƏRBAYCAN
Qafqazşünaslığın bir qolu kimi azərbaycanşünaslıq hələ XIX əsrin ortalarında yaran-
mağa başlamışdır. Bu baxımdan A.Yankovski, B.Dorn, İ.Şopen, Gerland E., Q.Hübşman, M.
Justi, Bartold V.V. Baratov, M.Brosset, K.Patkanovun, N.O.Eminin, A.Aniyskiy, N.M.
Baynes, A.A.Dirr., J.Marquart, V.F. Minorsky məşğul olmuşdular. Həmin dövrdə tədqiqat-
çıların istifadəsində olan qaynaqlar tam öyrənilməmişdi və burada qaynaq qıtlığı hiss edilirdi.
Digər tərəfdən adı çəkilən müəlliflər yalnız antik və erməni qaynaqlarına üstünlük verirdilər.
Azərbaycan tarixşünaslığının yaranması bilavasitə Abbasqulu Ağa Bakıxanovun yazdığı
“Gülüstan-i-İrəm” əsərindən başlayır. XX əsrin 20-50-cı illərində Azərbaycan tarixinin qədim
və orta əsrlər dövrünün öyrənilməsinin yeni mərhələsi başlayır. Amma əvvəllər olduğu kimi,
bu vaxt da bizim tarixlə məşğul olanların əksəriyyəti qeyri azərbaycanlılar idi. Bu vaxt erməni
və ermənidilli qaynaqlarının bir çoxunun rus dilinə tərcümə edilməsinə baxmayaraq, tədqiqat-
çıların istifadəsində daha çox N.A.Karaulovun tərcüməsində olan, çox vaxt dəqiq tərcümə
edilməyən qaynaqlar idi.
Lakin keçən əsrin 50-ci illərin ikinci yarısından 60-cı illərin əvvəlində Azərbaycan
tarixşünaslığında yeni mərhələ başlayır. Bu dövrdə qədim və orta əsrlər dillərini bilən mütə-
xəssislər yetişir. Artıq Azərbaycan tarixi erməni tərcümələrindən deyil, bilavasitə orijinaldan
öyrənilir və tariximiz iranşünas və erməni tarixçilərinin inhisarından alınır. Əlbəttə ki, bütün
bu tədqiqatların ən yüksək zirvəsi Z.M.Bünyadovun adı ilə bağlıdır. Azərbaycan tarixşünas-
lığı A.A.Bakıxanovdan başlandığı kimi Azərbaycan tarixşünaslığının medeyevistikası da
məhz Z.M.Bünyadovdan başlayır.
Z.M.Bünyadov qısa müddət ərzində Vətənimizdə və onun hüdudlarından çox-çox
uzaqlarda şöhrət qazana bildi. O öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq
məktəbinin şöhrətini ölkənin hüdudlarından uzaqlarda yayaraq Orta əsrlər Şərqi və Ərəb
xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada
tanınmış, geniş oxucu kütləlrinin rəğbətini qazana bilmişdir. Hətta ölümündən bu qədər vaxtın
keçməsinə baxmayaraq hazırda Azərbaycan şərqşünaslığında və tarixşünaslığında tədqiqatla-
rının əhatə dairəsinə görə onun bərabəri yoxdur. Akademik Nailə Vəlixanlı qeyd etdiyi kimi
bu alimin elmi tədqiqatları üçün tematik və zaman məhdudiyyətləri yox idi.
O, yaradıcılığının 45 illik müddəti ərzində 450-dən çox elmi əsər yazmışdır ki, onların
arasında bir neçə monoqrafiya, coxlu sayda tərcümələr və onlarla şərhlər, elmi əsərlərə resen-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1463
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ziyalar, Azərbaycan Ensiklopediyası üçün hazırlanan onlarla məqalələr vardır. Z.M. Bünyado-
vun tərcümə və tətqiq etmiş qaynaqlar vasitəsi ilə din və etnik, sosial və dövlət quruluşu,
sərhədlər məsələrində özündən əvvəlki bütün tədqiqatçıların mülahizələrini təhlil edib orada
olan qüsurları göstərə bilmişdi.
Beləliklə, Azərbaycan tarixşünaslığında “inqilabi mərhələ” Z.M.Bünyadovun 1965-ci
ildə nəşr etdiyi “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasından başlayır. Bu əsər alban,
erməni, gürcü, bizans, ərəb, suriya salnamələri əsasında yazılmışdır. Dövrün orijinal qaynaq-
larına əsaslanaraq Z.M.Bünyadov tarixdə ilk dəfə olaraq alban ideologiyasının tarixini:
xristianlıq, Alban kilsəsi, onun quruluşu, alban ədəbiyyatı tam dəqiqliyi ilə öyrənib, hadi-
sələrin şərhini vermişdir.
Alimin apardığı araşdırmalar arasında Azərbaycanın VI-VIII əsrlərdə qonşuları ilə
münasibətləri və diqqəti cəlb etməkdədir. Vəziyyəti tam açıqlayan müəllif bütün təfsilatı ilə
xəzərlərin bu torpaqlara yürüşlərini, onların buradaki hakimiyyət illərini, iran-bizans müha-
ribələrinin açıqlaya bilmişdi. Ərəblərin Azərbaycana yürüşlərini hərtərəfli tədqiq edən
Z.M.Bünyadov dəqiqliyi ilə bu dövrdə yaranan ictimai münasibətlər, yeni vergi sistemi, ideo-
logiya haqqında maraqlı məlumatlar əldə edə bilmişdir. Azərbaycanın şimal və cənub
bölgələrinin Xilafət tərkibində mövqeyini tədqiq edib araşdıran, mərhum alimimiz adı çəkilən
dövlətin dağılması ərəfəsində burada yaranan feodal dövlət qurumları və mülklərin yaran-
ması, xürrəmilər hərəkatının tarixinin səbəbləri və mahiyyətini, adının mənşəyini və bu
problemlə bağlı bir çox digər məsələləri üzə çıxara bilmişdi.
Azərbaycan feodal dövlətlərinin tarixinin öyrənilməsində böyük uğurlu addım etdikdən
sonra Z.M.Bünyadov “Azərbaycan Atabəylər dövləti” tarixini yazmaqla da onun həm Azər-
baycan xalqının təkamül tarixində, həm də ki regionun siyasi, iqtisadi mədəni həyatında
rolunu və əhəmiyyətini işıqlandıra bildi. İlk monoqrafiyada olduğu kimi, burada da Ziya
müəllim çoxlu müxtəlif dilli qaynaqlar öyrənməklə Eldənizlır dövlətinin az işıqlandırılmış
səhifələrini öyrənmişdir. Bu dövlət haqqındaqısa və pərakəndə olan tədqiqatları qaynaqlardan
mühüm məlumatlarla zənginləşdirərərək, o tarixşünaslıqda ilk dəfə olaraq bu dövlətin tarixini
ardıcıl olaraq işqlandıra bildi. Onun bu məsələ ilə bağlı tədqiqata cəlb etdiyi əvəzssiz
qaynaqlar istər Azərbaycan, istərsə də Cənubi Qafqaz, Ön Asiya və Orta Asiya xalqalarını
tarixinin öyrənilməsi üçün böyük tövhə idi. Bu cəhətdən XII əsr müəllifi olan Sədrəddin əl-
Hüseynin “Əxbər əd-dövlət əs-səlcuqiyyə” və XIII əsr ərəb müəllifi Şihab əd-din ən-Nəsə-
vinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı” adlı əsərlərini qeyd etmək olar. Adı çəkilən
monoqrafiyanın və qaynaqların işiq üzü görməsi müəllifə sonralar 1986-cı ildə “Xarəzmşah-
lar-Ənuştəginilər dövləti” tarixini yazmağa imkan yaratdı. 1980-ci ildə “Azərbaycan Ataby-
ləri dövləti” Dövlət mükafatına layiq görüldü. Z.M.Bünyadovun Xarəzm tarixi və mədəniy-
yətinin öyrənməsi və Aral dənizinin ekoloji məsələlərinin həllində fəaliyyəti Özbəkistan
rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və o, Urgənc şəhərinin fəxri vətəndaşı seçildi.
Beləliklə də, Z.M.Bünyadovun çoxşahəli yaradıcılığını qiymətləndirdikdə demək olar
ki, onun Azərbaycan tarixşünaslığında yaratdığı məktəb, onun oxucuların diqqətinə bağış-
ladığı tərcümələr hələ uzun müddət bir çox tətdqiqatçıların əsas stolüstü qaynaqlarından biri
olacaqdır. Mərhum akademikin fəaliyyətini onun dediyi sözlərlə dəyərləndirmək olar: “Hər
bir tarixçinin ali borcu xalqına xidmətindədir, və onun bu xidməti yazdığı əsərlərindədir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1464
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
1941-1945-CI İLLƏR MÜHARİBƏSİ AZƏRBAYCAN SOVET
TARIXŞÜNASLIĞINDA
Şəfa MÖVSÜMOV
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu
AZƏRBAYCAN
Heydər Əliyev: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında,
həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra tarixşünaslığımızın qarşında bir çox yeni
vəzifələr durdu.Bunlardan biri də Azərbaycanın SSRİ hakimiyyətində olduğu dövrün obyek-
tiv araşdırılması problemidir.Uzun illər kommunizm rejiminin altında yazılmış tariximizin bir
hissəsi də Azərbaycanın İkinci Dünya Müharibəsində iştirakı məsələsidir.Aydındır ki,SSRİ-
nin tərkibində olan Azərbaycan bu müharibədə Almaniyanın SSRİ-yə 22 iyun 1941-ci ildə
hücumu ilə qoşulmuşdur.9 may 1945-ci ildə Sovet qoşunları faşist Almaniyasını təslim aktına
imza etdirməklə qələbə qazanmışdır.O vaxtdan SSRİ-də həmin gün “Faşizm üzərində qələbə
günü” kimi qeyd olunmağa başlanılmışdır.Bu qələbə həm sovet,həm də Azərbaycan sovet ta-
rixşünaslığında sosializmin kapitalizm,irtica və imperializm üzərində,həmçini xalqların azad-
lığı uğrunda mübarizədə qələbə kimi təbliğ olunmuş,Sovetlər Birliyinin dünyada sülhün və
qardaşlığın qoruyucusu kimi göstərilmişdir.Bu cür yanaşma müharibənin başlanması,hərbi
əməliyyatların gedişi və azərbaycanlıların müharibədə iştirakı.o cümlədən , qələbənin əldə
olunmasında Azərbaycan SSR-nin iqtisadiyatının rolunun tam əks olunmamasında özünü
göstərmişdir.
Hər şeydən əvvəl 1941-1945-ci illər müharibəsinin daxil olduğu İkinci Dünya mühari-
bəsinin başlanması səbəbləri sovet tarixşünaslığında qərəzli olaraq kapitalizmin böhranı,yeni
bazarlar və müstəmləkələr,xalqları əsarət altına almaq kimi təbliğ olunurdu.SSRİ isə dünyada
ədalət hamisi,sülhün dayağı kimi göstərilir.Hansı ki,1939-cu ilin avqustun 23-də Almaniya və
SSRİ arasında imzalanmış Ribbentrop-Molotov paktı bir-birinə hücum etməmək haqqında
deklarasiya idi.Bu pakt Almaniyanın Avropadakı işğallarının SSRi-nin “tanıması” idi. Həm-
çinin həmin məxfi sənədə əsasən, Litva və Qərbi Polşa Almaniyanın, Latviya, Estoniya, Fin-
landiya, Bessarabiya və Polşanın şərq vilayətləri SSRİ-nin maraq dairəsinə aid edlmişdir.Bu
pakt sübut edir ki, Avropada müharibə ocağının yaranması və Faşist Almaniyasının şirnik-
ləndirilməsində SSRİ-nin də rolu olmuşdur.Azərbaycan sovet tarixşünaslığında bu pakt SSRİ
ilə Almaniya arasında bir-birinə hücum etməmək kimi daxil olmuş, Hitlerin SSRİ-yə müda-
xiləsini həmin paktın pozulması kimi qələmə verilmişdir.
Bu paktdan sonra 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya təcavüzünə cavab
olaraq Fransa və İngiltərə Almaniyaya müharibə elan etmiş, bununla da İkinci Dünya mühari-
bəsinin başlanmışdır. Hansı ki,həmin ilin sonunda sovet qoşunlarının Finlandiya ərazisinə
basqın edərək oranı işğal etməsi guya SSRİ-nin şimal və şərq torpaqlarının təhlükəsizliyi kimi
qeyd olunmuşdur. Bundan əvvəl 1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasındakı
daha bir protokol imzalanmışdır.Bu protokola əsasən, Baltikyanı ölkələr, Bessarabiya, Finlan-
diyanın bir hissəsi və Şimali Bukovina SSRİ-yə birləşdirilmişdir. Beləliklə, ikinci dünya mü-
haribəsini başlanmasının əsas səbəbi yalnız faşist Almaniyasının üzərinə qoyulmuşdur,1941-
ci ildə iyunun 22-də SSRİ-yə Almaniyanın basqını sovet tarixşünaslığında Böyük vətən
müharibəsi kimi daxil edilmişdir.
SSRİ-də kolxoz quruculuğu və repressiyalar,kütləvi həbslər sovet vətəndaşlarında bö-
yük inamsızlıq yaradırdı.Odur ki,sovet-alman müharibəsinin Böyük vətən Müharibəsi kimi
təqdim olunması sovet rəhbərliyinə ideoloji mübarizə baxımından çox lazımlı idi.Bütün
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1465
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bunlar Azərbaycan sovet tarixşünaslığında sovet xalqının özünün Böyük vətəninin müdafiə-
sində ədalətli müharibə kimi təqdim olunmuşdur
Müharibənin ilk illərində cəbhəyə 40 minə yaxın azərbaycanlı könüllü olaraq getmişdir.
Sonrakı illərdə Azərbaycanlılardan ibarət təşkil olunmuş atıcı briqadalar, düşmən arxasındakı
partizan hərəkatı, Qafqazın və Moskvanın müdafiəsində azərbaycanlıların rəşadəti Azərbay-
can sovet tarixşünaslığında əks olunsa da azərbaycanlı döyüşçülər, onların döyüş yolları barə-
də ətraflı məlumat verilməmişdir.Müharibə dövründə Almaniya tərəfdən Azərbaycanın
azadlığı naminə döyüşən milli legionlar vətən satqını kimi qələmə verilmiş, Berlində
yaradılmış Azərbaycan Mühacir Höküməti Faşist Almaniyasının əlaltısı kimi göstərilmişdir.
Həmçinin, Azərbaycan sovet tarixşünaslığında Faşist Almaniyası tərəfdən əsir alınmış azər-
baycanlıların Məmməd Əmin Rəsulzadə tərəfindən xilas edilməsi faktlarına toxunulmamışdır.
Azərbaycanlı döyüşçülərin ön cəbhədə qəhrəmanlıqları bu dövrü araşdıran müəlliflər tərəfin-
dən qeyd olunsa da, onların fədakarlığına səthi qiymət verilmişdir. Dövrün ideoloji təsirinə
baxmayaraq bu dövrü tədqiq edən tarixçilərimiz azərbaycanlıların müharibədə iştirakını yük-
sək qiymətləndirmiş, faşizm üzərində əldə olunan qələbədə onların əməyinə böyük dəyər
vermişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan sovet tarixşünaslığında bu müharibə Böyük
Vətən müharibəsi kimi təqdim olunmuş,cəbhəyə 600 mindən çox azərbaycanlının iştirak
etdiyi, 128 nəfərin Sovet İttifaqı qəhrəmanı adını alması göstərilmişdir. 1941-1945-ci illər
müharibəsini araşdıran Q.Mədətov,M.Abbasov və digər tarixçilərimizin əsərlərindən məlum
olur ki, Azərbaycan SSR ərazisində 87 batalyon,1123 özünümüdafiə dəstəsi yaradılmış,
həmçinin, 77,223,396 və 402 saylı milli atıcı diviziyalar təşkil edilmişdir. Hərbi hissələr üçün
15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitəçi,3min sürücü hazırlanmışdır.
“Motorlar müharibəsi” adlanan bu müharibədə SSRİ-yə qələbənin qazanmasında Bakı
neftinin əvəzsiz əhəmiyyəti olmuşdur.Müharibə üçün SSRİ-də hasil edilən neftin 80 faizə
qədəri - 17 mln ton neftin 13mln tonu, aviasiya benzininin 85 faizi Azərbaycanın payına dü-
şürdü. Cəbhə üçün 200-ə yaxın yerli məhsulun istehsal edilməsinin xüsusi əhəmiyyəti olmuş-
dur. Bütün bu faktlar tarixşünaslığımızda təsvir olunsa da SSRİ rəhbərliyi Bakının qəhrəman
şəhər adlanmasına biganə yanaşmış,arxa cəbhədəki əmək qəhrəmanlarının əməyini lazımınca
qiymətləndirməmişlər.
Bir sözlə,1941-1945-ci illər müharibəsində Azərbaycanın iştirakı dövrün ideoloji təsiri
altında yazılmış,azərbaycanlı döyüşçülərin təkcə SSRİ ərazisində deyil, Avropadakı antifaşist
müqavimət hərəkatında iştirakı səthi verilmiş, Azərbaycan iqtisadiyyatının qələbə üçün əvəz-
siz xidmətləri çox qabardılmamışdır. Müstəqillik əldə etdikdən sonra tarixşünaslığımız üçün
əhəmiyyətli olan bu dövrün obyektiv araşdırılması hərbi vətənpərvərliyin təbliğ olunması
baxımından əhəmiyyətlidir.Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması bu
dövrün öyrənilməsinin aktuallığını göstərir.
TÜRKIYƏDƏ IŞIQ ÜZÜ GÖRƏN İLK MÜHACİR NƏŞRLƏRİ
Mətanət HÜSEYNOVA
Bakı Slavyan Universiteti
metanet-h@hotmail.com
AZƏRBAYCAN
Azərbaycan mühacirət mətbuatı tarixinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Bu dövr
haqqında daha geniş təsəvvürə malik olmaq üçün isə mühacirət mətbuatına nəzər salmaq va-
cibdir. Ona görə də mühacir nəşrlərinin, xüsusilə ilk dövrlərdə işıq üzü görən mətbuat orqan-
larının nəzərdən keçirilməsi həmin dövr, onun çətinlikləri, mühacirlərin üzləşdiyi problemlər
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1466
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
haqqında dolğun təsəvvür əldə etmək baxımından önəmlidir. Mühacirlərin nəşr etdirdikləri ilk
mətbuat orqanları isə Türkiyədə işıq üzü görən “Yeni Qafqasya”, “Azəri Türk” və “Odlu
Yurd” olmuşdur.
“Yeni Qafqasya” jurnalının Azərbaycan mühacirət mətbuatı tarixində xüsusi yeri vardır.
O, ilk nömrəsindən özünün əsas vəzifəsi olaraq Azərbaycan, Qafqaz və əsir türklərin milli
istiqlal davasına xidmət etdiyini bəyan etmiş və doğrudan da, bu nəşr mühacirlər arasında
böyük canlanmaya səbəb olmuşdur. Bununla bağlı Ankarada nəşr olunan “Azərbaycan”
jurnalındakı “Yeni Qafqasya” adlı məqalədə qeyd olunur: “... “Yeni Qafqasya” özündən sonra
gələn bütün milli nəşriyyat orqanlarının piridir; dost və düşmən tərəfindən böyük bir ilgi ilə
qarşılanmışdır”.
“Yeni Qafqasya” jurnalı çox çətin bir tarixi şəraitdə işıq üzü görmüşdür. Belə ki,
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xarici ölkələrdə məskunlaşan
mühacirlər beynəlxalq aləmdə 1920-ci il aprelin 27-də Bakıda baş verən hadisələr və XI Qızıl
Ordunun təcavüzü barədə rəy formalaşdırmağa cəhd etsələr də, bu təşəbbüslər istənilən nəti-
cəni vermirdi. Səbəb isə mühacirlərin vahid proqramla çıxış etməmələri və təşkilatlanma-
maları idi. M.B.Məmmədzadə mövcud məsələ ilə bağlı “Milli Azərbaycan hərəkatı” adlı
kitabında qeyd edirdi: “Mühacirət başsız və intizamsız, pərişan bir mənzərə ərz edirdi”.
Məcmuənin ilk sayının imtiyaz sahibi və məsul müdiri Seyid (Məhəmməd) Tahir
olmuşdur. Rəhbəri və redaktoru M.Ə.Rəsulzadə olsa da, jurnalın məsul müdiri və imtiyaz
sahibi kimi Seyid Tahirin adının qeyd olunması barədə M.Ə.Rəsulzadə irsinin dəyərli araş-
dırıcılarından olan dr. Yavuz Akpınar “Bayraqlaşan şəxsiyyət; Məmməd Əmin Rəsulzadə”
adlı məqaləsində yazır: “1922-ci ilin yazından İstanbulda olan Rəsulzadə “Yeni Qafqasya”
dərgisini çıxarmağa başladı. Noyabr 1927-yə qədər on beş gündən bir çıxarılan bu dərginin
cəmi 100 nömrəsi nəşr edilir. Fəqət anlaşıla biləcək bəzi səbəblər üzündən dərginin sahibi-
imtiyaz və məsul müdiri Seyid Tahirlidir”.
Jurnalın ilk nömrələrində M.Ə.Rəsulzadənin açıq imzalı yazılarına rast gəlinmir. Onun
açıq imzalı ilk yazısı “Zəruri bir izah” adlı məqalə ilə olmuşdur. Ümumiyyətlə isə, “Yeni Qaf-
qasya”da M.Ə.Rəsulzadəyə aid olduğu düşünülən və ya imzasız 215-ə yaxın məqalə olduğu
bildirilir. Jurnalın redaksiya heyəti də Azərbaycanın istiqlal mücadiləsinə sadiq mücahidlər -
Ə.Bəttəl, Ə.Cavad, Ə.Həmdi, A.Şeyxülislamzadə Dr. Abdullah Cövdət, Ayn Ayn, Ayn Kaf,
Cəfər Sadiq və başqaları idilər.
“Yeni Qafqasya” yalnız azərbaycanlı mücahidlərin deyil, digər türkdilli və Qafqaz
xalqlarının da tribunası idi. Ona görə də bura Türkiyənin müxtəlif bölgələrindən, Almaniya və
Fransadan məktublar, məqalələr göndərilir, əməkdaşlıqlar edilirdi.
“Yeni Qafqasya”dan sonra azərbaycanlı mühacirlərin nəşr etdikləri ikinci mətbuat
orqanı “Azəri Türk” jurnalıdır. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi məcmuə olan “Azəri
Türk”ün ilk sayı 1928-ci il fevralın 1-də işıq üzü görmüşdür. On beş gündən bir nəşr olunan
jurnalın 20 sayı ərəb (1928-ci ilin sonunadək), sonrakı sayları isə (1929-cu ildən) latın əlifbası
ilə nəşr olunmuşdur. Jurnalın məsul müdiri Məmməd Sadıq idi.
Bu jurnal da çətin tarixi şəraitdə işıq üzü görmüşdür. Belə ki, həmin dövrdə Azərbaycan
mühacirlərinin Türkiyədəki fəaliyyəti ciddi narahatlığa səbəb olurdu. Mühacirlər və onların
nəşrlərinə qarşı SSRİ daxilində, eyni zamanda, kənarda təsirli tədbirlər həyata keçirilirdi.
Sovet hökuməti Türkiyə dövlətindən Azərbaycan mühacirlərinin fəaliyyətinə son qoyulmasını
tələb etməklə bərabər, həm də daxildə mühacir mətbuatına qarşı əks-təbliğat aparır, onlara
maraq, məhəbbət bəsləyənlərə təzyiq və terroru gücləndiriridi. Elə bunların nəticəsi idi ki,
1927-ci ildə Sovet diplomatiyasının səyi ilə nəşrini dayandıran “Yeni Qafqasya”nın ideya və
məramı “Azəri Türk” dərgisi ilə davam etdirilməyə başladı.
Mövcud vəziyyətlə əlaqədar olaraq, əvvəlki dərgidəki kəskin və sərt mübarizə üsulu
“Azəri Türk”də özünü bir qədər yumşaq şəkildə büruzə vermişdir. Ümumiyyətlə isə, “Azəri
|