III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1479
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
suveren ölkələr dənizə olan hüquqlarını bərpa etməyə çalışırlar. Bir neçə mərhələdə aparılan
danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13neft şirkəti ilə ARDNŞ
arasında bağlanmış beynəlxalq əhəmiyyətli “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərin
statusu məsələsində yeni mərhələ başlamış oldu.
Həmin tarixdən etibarən on il ərzində status məsələsinin müzakirəsi zamanı ölkələrin
mövqeyində müəyyən dəyişikliklər nəzərə çarpsa da bütün Xəzəryanı ölkələr hövzədən daha
çox pay almaq və öz təhlükəsizliyini daha yaxşı təmin etməkçün mübarizə aparırlar. Bu
proses isə regionun ən önəmli amilinə enerji təhlükəsizliyinə mənfi təsir göstərir. İlk vaxtlarda
Rusiya Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizində əvvəlki nüfuzunu itirdiyi üçün
su hövzəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə bölüşdürülməsini həzm edə
bilmirdi və çalışırdı ki Xəzər hövzəsində hegemonluğunu qoruyub saxlasın. Rusiyanın möv-
qeyini müdafiə edən ilk sahilyanı ölkə Türkmənistan idi. Hətta 1994-cü il oktyabrın 19-da
İstanbulda türk dövlət başçılarının zirvə toplantısı zamanı Səfərmurad Niyazov öz çıxışında
Xəzərin statusunun müzakirə edilməsini xüsusi vurğulayaraq, Rusiyanın məsələ ilə bağlı
mövqeyini bu və ya digər formada dəstəkləməyə çalışırdı.
1
Ölkəmizin mövqeyini isə H.Əliyev
konkret faktlarla əsaslandıraraq məsələnin hüquq normaları əsasında həll olunmasının vacib-
liyini vurğulamışdır.
Gərgin danışıqlar prosesi 1995-ci ildə problemə yanaşmada iki konsepsiyanın formalaş-
masına səbəb olur. Azərbaycanın obyektivlik, reallıq və beynəlxalq hüquq normalarına əsa-
slanan konsepsiyası aşağıdakı kimi müəyyənləşdirilmişdir.
Xəzər sərhəd gölüdür;
Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir;
Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-
ci ildə qəbul edilmiş bölgüyə əsasən) bölgüyə əsaslanmalıdır;
Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər status müəyyənləşdirilməz-
dən əvvəl öz milli sektorlarında işə başlaya bilərlər.
Bu mövqeyə qarşı Rusiya-İran-Türkmənistan üçlüyü isə aşağıdakı sistemi irəli sürür-
dülər.
Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.
Milli sektorlar əvvəlki təkliflərlə 12, hazırkı təkliflərə görə isə 45 mildən çox olmama-
lıdır.
Xəzərin milli sektorlara düşməyən orta hissəsində bütün geoloji kəşfiyyat və neft-qaz
hasilatı beş Xəzəryanı dövlətin ümumi iştirakı ilə həyata keçirilməlidir.
Baxmayaraq ki, Rusiya-İran-Türkmənistan üçlüyü Xəzərə əsassız iddialar irəli sürüb
sərt mövqe nümayiş etdirirlər, sonradan öz iddialarının hüquqi bazaya əsaslanmadığını dərk
edərək ikitərəfli danışıqların davam etdirilməsini təklif etdilər. Bu ölkəmizin xarici siyasətinin
uğuru idi. Belə ki, Xəzərin status məsələsində Azərbaycanın nümayiş etdirdiyi mövqe böl-
gədəki reallıqları səciyyələndirən ən uğurlu diplomatik addım olmaqla bərabər dövlətimiz
üçün ən əhəmiyyətli variantdır.
Hüquqi status məsələsinin həll edilməməsi regionda enerji təhlükəsizliyinə təsirsiz ötüş-
mür. İlk növbədə onu qeyd edim ki, bu məsələnin həllinin gecikməsi sahilyanı ölkələr arasın-
da əməkdaşlığı ləngidir, bu isə öz növbəsində regionda təhlükəsizlik amilini qabardır. Çünki
region ölkələri arasında hərtərəfli inama əsaslanan əməkdaşlıq olmadıqda ölkələr öz təhlükə-
sizliklərini regiondan kənar müttəfiqlər tapmaqla, silahlanmaqla təmin etməyə çalışırlar ki, bu
durum da yarışı xatırladır.
Xəzərin hüquqi statusunun tam, hərtərəfli və dəqiq müəyyən edilməsi üçün ilk növbə-
də Xəzər hövzəsində beynəlxalq təhlükəsizlik problemləri həll edilməlidir. Bu baxımdan
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1480
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Xəzər sahili ölkələrin geosiyasi meyl və maraqları, beynəlxalq və regional oyunların xarakteri
müəyyən edilməlidir. Xəzərsahili ölkələr təhlükəsizlik məsələlərini həll etmədən Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini imzalamayacaqlar. 1992-ci ildən
bugünədək Xəzərsahili ölkələr arasında aparılan danışıqlarda Xəzərsahili ölkələr Xəzərə aid
baza sənədinin hazırlanmasını və imzalanmasını təxirə salıblar. Öz təhlükəsizliklərini təmin
etmədən bu ölkələrin çoxu Xəzəri son olaraq bölüşdürməyə risk etmirlər. Başqa sözlə, Xəzər
sahili ölkələrin razı olduğu Paktın şərtlərinin hazırlanması və Xəzərin beynəlxalq hüquqi
statusunun qəbul edilməsi vacibdir. Belə bir pakt olmadan biz hələ uzun müddət bu gölün
hövzəsində hüquqi ərazidən kənarda olacağıq.
QƏDİM TÜRK SƏNƏTİ ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ GƏNCƏNİN
DULUSÇULUQ NÜMUNƏLƏRİNİN MULTİDİSSİPLİNAR
ƏSASLARLA ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ
Elnur HƏSƏNOV
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi
l-hasan@hotmail.com
AZƏRBAYCAN
2013-2014-cü illər ərzində qədim Gəncə ərazisində tərəfimizdən ABŞ-ın Smitson İnsti-
tutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey Universitetinin tədqiqatçı-
larının texniki dəstəyi ilə qədim sənətkarlıq mədəniyyətimizin təşəkkülü tarixinin öyrənilməsi
məqsədilə elmi araşdırmalar, arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır.Həyata
keçirilmiş bu beynəlxalq tədqiqatlarımızın əsas məqsədi Türk dünyasının zəngin sənətkarlıq
tarixinin araşdırılmasında Gəncənin saxsı məmulatlarının mənbəşünaslıq əhəmiyyətinin mü-
əyyən edilməsidir. Gəncəbasar Azərbaycanın arxeoloji baxımdan ən zəngin ərazilərindən biri-
dir. Odur ki, bu məqsədlə Gəncənin ənənəvi dulusçuluq nümunələri ilə oxşar cəhətlərə malik
olan və Anadolunun Əhlatlıbel, Mərkəzi (Orta) Asiyanın Şirin Say, Təli-Bərza, Qaratəkin,
Kafır-qala, Ön Asiyanın (İranın) Giyan-təpə, Sialk-təpə abidələrindən aşkar olunmuş oxşar
nümunələrin mənbə və ədəbiyyatlar əsaında qarşılıqlı öyrənilməsi həyata keçirilmişdir.
Tədqiqatlarımızın əsas vəzifəsi isə bu sahədə aparılmış elmi araşdırmaların innovativ
texnologiya və üsulların tətbiqi sayəsində əldə olunmuş mühüm nəticələrinin elmi ictimaiy-
yətin diqqətinə çatdırılması, nüfuzlu elmi nəşrlərdə çap edilməsidir.
Həyata keçirilmiş tədqiqat işlərinin icrası zamanı bir sıra mühüm multidissiplinar əsaslı
innovativ elmi üsullardan istifadə edilmişdir:
1. Biokimyəvi innovativ texnoloji vasitələrin tətbiqi (radiokarbon, dendroxronoloji
üsullar və s.);
2. Mövcud yerli sənətkarlıq məmulatlarının hazırlanma materiallarının tədqiqata cəlb
edilməsi;
3. Məhz ənənəvi sənət nümunələrinin hazırlanma üsul və vasitələrinin innovativ metod-
lardan istifadə sayəsində müəyyən edilməsi;
4. İlk dəfə olaraq yerli sənətkarlıq məmulatlarının qədim və antik mərhələlərə aid olan-
larının istehsal texnika və texnologiyalarının tədqiqi nəticəsində sənətkarlıq ənənələrinin
mənşəyi (genezisi) probleminin üzə çıxarılması;
5. Türk dünyası coğrafiyasında şəhər mədəniyyətinin təşəkkülü və eyni zamanda inki-
şafı tarixinin öyrənilməsində ilk dəfə olaraq ənənəvi sənətkarlıq sahələrinin səciyyəvi xüsu-
siyyətlərinin sabit və dayanıqlı mənbələr olaraq elmi tədqiqata cəlb edilməsi və bunun nəticə-
sində etnoqrafiya və etnologiya sahəsində mahiyyətcə yeni elmi istiqamətin əsasının qoyulması;
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1481
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
6. Qədim və antik dövr, eləcə də orta əsrlər mərhələləri üçün ilkin və inkişaf etmiş ur-
banizasiya (və yaxud şəhər mədəniyyəti formalaşması) xüsusiyyətlərinin elmi əsaslarla
araşdırılmasında sənətkarlıq məmulatlarının mənbəşünaslıq əhəmiyyətinin əyani nümunələrlə
qarşılıqlı müqayisə əsasında tədqiqi.
Aparılmış tədqiqatlar nəticəsində ilk dəfə olaraq türk dünyasının qədim və ənənəvi sə-
nətkarlıq mədəniyyətinin təşəkkülü, həmçinin inkişafı tarixinin tədqiqində ənənəvi sənətkarlıq
məmulatlarının etnoqrafik və arxeoloji cəhətdən mənbəşünaslıq əhəmiyyəti dəlillərə istinad
edilərək tədqiq olunmuşdur.
Amerika Birləşmiş Ştatları və Yaponiyadan olan alimlərlə birgə bu sahədə yerli tədqi-
qatçıların iştirakı ilə aparılmış elmi araşdırmaların innovativ texnologiya və üsulların tətbiqi
sayəsində əldə olunmuş mühüm nəticələri qeyd edilmişdir.
Aparılmış elmi araşdırma və tədqiqat işləri böyük tətbiqi əhəmiyyətə malikdir. Yerli ən-
ənəvi sənətkarlıq nümunələrinin qədim, antik və eləcə də orta əsrlər mərhələlərinə aid nümu-
nələrinin hazırlanma üslubları və xammal ehtiyatları əsasında oxşar məmulatların müasirlər-
inin istehsalı mümkündür.
İlk dəfə olaraq Gəncənin qədim, antik və orta əsrlər mərhələlərinə aid yerli, ənənəvi
saxsı məmulatları kompleks tədqiqata cəlb edilmişdir. Qədim Gəncə ərazisində yerli alimlərlə
birgə ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey
Universitetinin tədqiqatçıları tərəfindən türk dünyasının qədim və ənənəvi sənətkarlıq mədə-
niyyətinin təşəkkülü, həmçinin inkişafı tarixinin öyrənilməsi məqsədilə elmi araşdırmalar,
arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır.
Antropologiya və etnoqrafiya sahəsində elmi-tədqiqat istiqaməti kimi ilk dəfə olaraq
mühüm şəhərsalma vahidləri olan sənətkarlıq məhəllələrinin formalaşması və inkişafının tari-
xi əsaslarının öyrənilməsi sahəsində yerli səciyyəvi sənətkarlıq nümunələrinin mənbəşünaslıq
əhəmiyyəti əsaslandırılmışdır. Gələcək tədqiqatlarımızda Gəncənin yerli dulusçuluq sənəti
məmulatları ilə geniş coğrafiyada təmsil olunmuş digər türksoylu xalqların tarixi abidələrin-
dən aşkar olunmuş oxşar nümunələrin qarşılıqlı şəkildə və ən əsası multidissiplinar əsaslarla,
innovativ üsulların tətbiqi ilə öyrənilməsi məqsədilə araşdırmalarımızın miqyasını genişlən-
dirməyi nəzərdə tuturuq.
XXI ƏSRIN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH
DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI
NigarƏSGƏROVA
Azərbaycan Dillər Universiteti
asgarova.n@gmail.com
AZƏRBAYCAN
XX əsrdə Yaxın Şərqdə Fələstin torpaqlarında İsrail dövlətinin meydana gəlməsi ilə re-
gionda həllinə nail olunmayan İsrail-Fələstin münaqişəsinin əsası qoyuldu. ABŞ münaqişənin
yarandığı ilk illərdən onun həlli istiqamətində aparılan danışıqlar prosesində iştirak etmişdir.
Lakin, münaqişənin hələ də həll olunmaması bu cəhdlərin uğursuzluğa düçar olmasının gös-
təricisidir.
2000-ci illərin sonunda Bill Klinton adminstrasiyası tərəfindən aparılan sülh prosesinin
uğursuzluğu İsrail-Fələstin arasında zorakılığın böyük miqyasda yenidən alovlamasına səbəb
oldu. Həmin ilin sonunda Ariel Şaronun Əl-Əqsa məscidinə səfəri və burada məscidinin ətra-
fında olan ərazilərdən İsrailin heç bir zaman imtina etməyəcəyi barədə etdiyi çıxışı fələstin-
lilər arasında qəzəb və narazılığa səbəb oldu. Həmin gecə minlərlə fələstinli Qərb sahili boyu
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1482
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ərazilərdə qiyama başladı. Beləliklə,2000-ci ilin sonunda fələstinlilər miqyasına, gərginliyinə
və ölü sayına görə 1987-ci il İntifadasından (xalq hərəkatı) kəskin fərqlənən yeni İntifadaya
başladılar.
XXI əsrin ilk dekadasında da bu münaqişənin həlli istiqamətində ABŞ tərəfindən bir
sıra təkliflər irəli sürülmüşdür. Senator Corc Mintçel tərəfindən sədirlik edilən kommisiya
2001-ci ilin may ayında münaqişənin həllinə dair üçpilləli sülh planı təklif etdi. Plana əsasən
hər iki tərəf öncə razılığa gəlmək üçün irəli sürülən öhdəlikləri qəbul etməli, zorakılığın qarş-
ısı alınmalı və təhülksəzlik səhəsində əməkdaşlıq qurmalı; ikinci mərhələdə yaşayış məskənl-
ərinin inşasını dayandırmaq və terror aktlarından imtina etmək kimi jest göstərilməli; üçüncü-
sü isə, sülh danışıqlarını yenidən başlamalı idilər. Planı hər iki tərəfinin liderləri təsdiq etsələr
də, zorakılıq davam edirdi və bu da planın uğursuzluğa düçar olması demək idi.
2001-ci ildə tərəflərə ABŞ, Rusiya, Avropa İttifaqı və BMT-dən tərəfindən tərtib edilən
və sülhə aparan üç mərhələləli “Yol xəritəsi” plan təqdim edildi. İlkin mərhələdə (2003-cü il
May ayı ərzində) “Yol xəritəsi” planı terrora və zorakılığa son qoyulmasını, Fələstin dövlət
təsisatlarının yaradılmasını və İsrail tərəfindən həyata keçirilən məskunlaşma prosesinin da-
yandırmasını nəzərdə tuturdu. İkinci mərhələdə (May-Dekabr 2003) 2003-cü ilin sonuna kimi
müvəqqəti sərhədləri olan Fələstin dövlətinin yaradılmasını, demokratik hökumətin əsasını
qoyan Fələstin konstitusiyasının qəbulunu, ən nəhayətdə isə qaçqınlar, su və inkişaf məsələ-
lərinin müzakirəsini nəzərdə tutan konfrans təşkil olunmalı idi. Üçüncü mərhələdə isə (2004-
cü ilin May ayına kimi) İsrail-Fələstin arasında sərhədlər, Qüds, qaçqınlar və məskunlaşma
kimi məsələlərə dair sülh danışıqlarının son statusu müzakirə ediləcək növbəti konfransın təş-
kil olunmalı idi.
Lakin, “Yol xəritəsi” planının reallaşması bir sıra çətinliklərlə üzləşdi. İlk başda, həm
İsrail, həm də Fələstin Yerusəlim üzərində nəzarət və Fələstin qaçqınlarının hüquqlarına dair
əsas məsələlərdə güzəştə getmək niyyətində deyildilər. İsrail hökuməti Fələstin hökumətini
Həmasın və digər ektrimist qrupların həmlələrinin qarşısını ala bilməməkdə günahlandırırdı.
Fələstinlilər isə İsraili yaşayış məskənələrini ləğv etməməkdə və üstəlik Qərb sahili məskənlə-
rində güclü müdafiə qüvvələrini toplamasına görə ittiham edirdi.
2000-ci ildən başlayaraq, İsrail dövləti hücum və istənilən təhlükələrdən qorunmaq
üçün Qərb sahillərində sədd hörməyə başladı. Vatikan, Avropa İttifaqı və hətta ABŞ-ın da
narazılığına baxmayaraq, İsrail bu səddi hörməkdə davam edirdi.
İsrail əhalisinin təhlükəsizliyini artırmaq, İsrail Müdafiə Qoşunlarının üzərində təzyiqi
aradan qaldırmaq, israil və fələstinlilər arasında çəkişməni azaltmaq məqsədilə, 2005-ci ildə
İsrail Qəzza zolağından birtərəfli geri çəkildiklərini elan etdi. Həmin il Qəzza fələstinlilərə
qaytarıldı. Fələstin liderləri İsrailin İordan çayının Qərb sahillərində daha böyük iddialara
malik olmasını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Beləliklə də, Qərb sahillərində
israillərin sayı artmağa başladı.
Qəzzadan geri çəkilmə Ariel Şaronun ölkəsində siyasi nüfuzunun zəifləməsinə və növ-
bəti seçkilərdə məğlub olmasına səbəb oldu. 2006-cı ildə hakimiyyətə Ehud Olmert gəlir. Hə-
mas və Hizbullahın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İsrail Müdafiyə Qoşun-
larının əsgərlərini əsir götürülməsi ilə, İsraili Livanda yeni bir münaqişəyə daxil oldu.
2006-cı ildəFələstin muxtariyyətində keçirilən seçkilərdə Həmas 123 parlament yerinin
74-nü qazandı. 2006-cı il Fələstində azad və şəffaf seçkilər ABŞ hökuməti tərəfindən dəstək-
lənirdi. Lakin Vaşinqtonun qarşısından iki seçim var idi: ya Həması Ərəb cəmiyyətində de-
mokratik islahatları dəstəkləyən bir qüvvə kimi tanımaq, ya da ABŞ-ın terrorist təşkilatı
siyahısına daxil etdiyi partiyanın seçki nəticələrinə qarşı etiraz etmək. Vaşinqton ikinci yolu
seçdi. ABŞ İsrail tərəfindən işğal olunmuş ərazilərə etdiyi maliyyə yardımını dayandırdı, Ərəb
ölkələrini yeni hökuməti dəstəkləməmələrinə dair xəbərdar etdi. İsrail isə gömrük xərcini artırdı.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1483
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Fələstin fraksiyaları arasında gərgin mübarizə zəifləməmiş və 2007-ci ilin iyulunda
hökumət parçalanmağa başlamışdır. Həmasla Fətah arasında olan davamlı parçalanma Qəzza
zolağında açıq qarşıdurmaya səbəb oldu. Həması dəstəkləyənlər Fətah liderlərinə qarşı hü-
cumlar həyata keçirdi. Bu, Qəzza və Qərb sahili olmaqla siyasi hakimiyyəti iki yerə böldü.
Fətah Qərb sahillərində möhkəmlədi və beynəlxalq ictimaiyyət Qəzzaya deyil, Qərb sahililə
yardımı davam etdirdi.
İsrail-Fələstin münaqişəsi XXI əsrin ilk dekadasında da həll edilmədi. Sülhə doğru atı-
lan addımlar hər iki icmanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən dəfələrlə
uğursuzluğa duçar oldu. Bu münaqişənin həlli Yaxın Şərqdə sabitlik baxımından həyati əhə-
miyyət daşıyır. Vaşinqtonun İsraili davamalı olaraq dəstəkləməsi sülhə nail olmağı çətinləş-
dirir və nəticədə ABŞ Yaxın Şərqdə öz nüfuzunu xətər yetirir.
TARİX DƏRSLƏRİNİN TƏŞKİLİNDƏ İKT
İMKANLARINDAN İSTİFADƏ TƏCRÜBƏSİNDƏN
Gültəkin RÜSTƏMOVA
Xarici Dillər Təmayüllü Gimnaziya
gulyarustamov74@gmail.com
AZƏRBAYCAN
Texnologiyanın bugünkü inkişaf sürətinə gənc nəsil bizdən daha tez yetişir. Onlar daha
sərbəst şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində informasiya müba-
diləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların imkanlarını bizdən
daha tez aşkara çıxarır. Bu səbəbdən də onların maraq dairəsinin mərkəzində olan müasir tex-
nologiyalardan istifadə etməklə təlim prosesinə yaradıcı və rəqəmsal yanaşılmalıdır.
Tarix fənninin tədrisi metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilə-
nən və hərəkətdə olan tarixi komponentlərin qarşılıqlı əlaqəsindən ortaya müxtəlif nəticələr
çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi günümüzdəki
öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır. Təlim prosesinin səmərə-
liliyi ilk olaraq təlim metodunun məqsədyönlü seçilməsi ilə səciyyələnir. Bununla əlaqədar
olaraq fəal dərsin quruluşunda əlverişli metod və texnoloji yanaşmadan geniş istifadə edilmə-
lidir. Tarix fənninin tədrisi prosesində İKT-nin istifadəsi yeni faktların yerindəcə öyrənilməsi,
müzakirəsi və keçilən mövzuya aid əlavə biliklərin əldə edilməsi baxımından praktik əhəmiy-
yətə malikdir.
Öyrənmə prosesini cəlbedici formada həyata keçirməklə şagirdlərin diqqətini bu sahədə
məşğul saxlamaq lazımdır. Bu proseslərin həyata keçirilməsində iki istiqamət var:
• Microsoft ofis proqramlarından istifadə
• İnternet resusrslarından istifadə
Microsoft Office proqramlarından olan Publisher və Power Point proqramları həm
müəllimə həm də şagirdə imkan verir ki, tarix fənninə aid öz resusrsunu yaratsın. Şagirdin ta-
rix dərslərində bilik və bacarıqlarını bu proqramlar vasitəsilə sərgiləyə bilməsi onda biliyini
möhkəmləndriməklə yanaşı, həm də özünə inam hissini aşılayır.
İnternet resursları ilə hazırlanan tarix dərsləri daha rənarəng olmaqla yanaşı, şagirdin
internet istifadəsini də düz istiqamətdə formalaşdırır. Hazırda müxtəlif multimedia vəsaitləri
var ki, tarix dərslərinin qurulmasında geniş istifadə edilir.Öz biliyinə və təcrübəsinə arxalanan
hər bir müəllim belə resusrlar yaratmaqla təhsilimizin inkişafına müsbət təsir edir.
Şagirdlərdə müəyyən olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin
rolunu diqqətdən kənarda qoymaq olmaz."Sosial şəbəkə" yalnız əyləncə xarakteri daşımır.
Qafqaz U
Dünya t
sesində
məktəbl
məktəb
müəllim
müzakir
M
məktəbl
rə ev tap
təqdim
• r
• o
• y
"Ş
nız?" su
• 2
• 3
• 4
N
təşəbbü
III INTERN
University
təcrübəsinə
çox geniş
lərdə tədris
müəllimlər
m tərəfindən
rələr təşkil e
Müəllimlərin
lərində 150
apşırığını ko
edilən "Şag
respondentl
onlardan 46
yalnız 38%
Şagirdləriniz
ualına respo
25% "tapşır
35% "bəzən
40% "həmiş
Nəticələrdən
üskarlıq edər
NATIONAL
nəzər salsa
istifadə olu
sdə, müzaki
ri online tap
n qrup yarad
edilir.
n bu imkanl
müəllim ar
mpyüterdə h
girdlərinizə
lərin 23 %-i
6% "bəzən t
respendent
zə ev tapşır
ondentlər
rmıram",
n",
şə" deyə cav
belə qənat
rək təhsilə İ
Ş
ko
SCIENTIFIC
aq görərik k
unur. Məsə
irələrin apa
pşırıqların ö
dılır, şagird
lardan istifa
rasında bir s
hazırlamağı
ev tapşırıgın
i suala "tapş
tapşırıram"
t "həmişə ta
rıqlarını int
vablandırıb
ətə gəlmək
İKT imkanl
46%
Şagirdlə
ompyute
C CONFERE
1484
ki, sosial ser
ələn, facebo
arılmasında
ötürülməsin
dlər o qrupd
adəsinin səv
sorğu keçiri
ı tapşırmasın
nı komyüte
şırmıram" c
deyə cavab
apşırıram" d
ernetdən ist
.
olar ki haz
arını sintez
23%
38%
rin ev ta
erdə ha
ENCE OF YO
1
rvislərin mö
ook, tvitter
istifadə ol
ndə bu imk
da toplanılır,
viyyəsini m
ilib. Rəyi so
nın səviyyəs
rdə işləməy
cavabı verib
landırıb,
deyə cavab v
tifadə etmək
zırda bu isti
edirlər.
Dostları ilə paylaş: |