III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1490
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1491
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
17-18, April 2015, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION V
HISTORY AND LAW
Law
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1492
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
DÜNYA TƏCRÜBƏSİNDƏ AZƏRBAYCAN KONSTİTUSİYA
NƏZARƏTİ İNSTİTUTU MODELİ
Vüsal MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
azerbaycan_namin@mail.ru
AZƏRBAYCAN
Dünya təcrübəsində model rolunu oynaya biləcək Azərbaycan Respublikasının qanun-
vericilik sistemində özünə yer tutan konstitusiya nəzarətinin həyata keçirilməsi institutu
nəzəri-təcrübi aspektlərindəki aktual məsələlər ilə daim hüquqşünasların diqqət mərkəzində
olmuşdur. Bu məsələlərin real həllini tapması həm qanunu tətbiq edənlərin, həm də qanunun
tətbiq olunduğu ictimai münasibətlərdə öz problemlərinin həllini gözləyən vətəndaşların
qanuna hörmət ruhunda yaşamasına və aktual məsələlərin həllini tapmasına öz töhfəsini
verəcəkdir.
SSRİ-nin dağılmasından sonra müstəqil siyasət yeridən Azərbaycan, məhkəmə-hüquq
sistemində apardığı islahatlarla dünya dövlətləri arasında nümunə olan hüquq sistemini yarada
bildi. Belə ki, yeni yaradılan sahələrdən biri də konstitusiya nəzarətinin həyata keçirilməsi
üçün Konstitusiya Məhkəməsinin təsisi idi. Düzdür, SSRi dövründə qanunların şərh olunması
məsələsi var idi. Belə ki, qanunverici orqan və Ali Məhkəmə tərəfindən qəbul edilən qərarlar-
la qanunlar şərh edilirdi. Lakin müstəqilliyini qazanan Azərbaycan bununla kifayətlənmə-
yərək dünya təcrübəsindən götürdüyü konstitusiya nəzarəti institunu mükəmməlləşdirərək
özü-özlüyündə dünya ölkələri üçün nümunə olmağa başladı. Konstitusiya nəzarəti institutu-
nun Azərbaycan modelinin ən yaxşı ifadəsi Respublikamızda Konstitusiya Nəzarəti institutu-
nun tam şəkildə formalaşması və özlüyündə bu institutun Azərbaycanın qoşulduğu beynəlxalq
insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində yaradılmış kovensiya və digər
aktlarda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarını təmin etməsidir. Konstitusiya nəza-
rətini həyata keçirən Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr
etdiyi əsas fəaliyyətini müxtəlif sahələr üzrə həyata keçirir. Belə ki, bu məhkəmə normativ-
hüquqi aktların Konstitusiyaya uyğunluğu məsələsinə baxır, Azərbaycan Respublikasının
Konstitusiyasını və qanunlarını şərh edir, referendum və seçki nəticələrini yoxlayır və insan
hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə vətəndaşlar, eləcə də ombudsman tərəfin-
dən Konstitusiya Məhkəməsinəedilən müraciətlərə baxır. Sadalanan fəaliyyətləri həyata keçi-
rərkən Konstitusiya Məhkəməsi ona verilmiş səlahiyyətləri geniş şəkildə işlədərək yaradıldığı
dövrdən bugünədək keçən müddətdə respublika ərazisində insan hüquq və azadlıqlarını təmin
etmiş və dövlətçiliyin möhkəmlənməsinə öz töhvəsini vermişdir.
Əvvəldə də qeyd etdiyim kimi Konstitusiya Məhkəməsinin əsas və əhəmiyyətli səlahiy-
yətlərindən biri Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş subyektlərin
sorğusu ilə Azərbaycan Respublikası Konstitusiya və qanunlarını şərh etməkdir. Belə ki, ali
qanunvericilik aktının 130.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi-
nin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəmə-
sinin, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını şərh
edir. Bununla yanaşı Konstitusiyada mütərəqqi addım kimi ədalət mühakiməsini həyata
keçirən məhkəmələrə də bu səlahiyyət verilmişdir. Belə ki, 130-cu maddəyə əsasən, məh-
kəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan
Respublikası Konstitusiyası və qanunlarının şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəmə-
sinə müraciət edə bilərlər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1493
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İnsan hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının ali qanunve-
ricilik aktında insan hüquq və azadlıqlarının qorunmasını tam şəkildə həyata keçirmək və
qanunun aliliyini təmin etmək üçün nəzərdə tutduğu Konstitusiya Məhkəməsinə müraciət
edərək Konstitusiyanın və digər qanunların şərh edilməsi məsələsi əslində ölkəmizdə hüquq
quruculuğu siyasətinin banisi olan ümummilli liderimiz Heydər Əliyevin ideyalarının məh-
kəmə sistemi sahəsində reallaşdırılmasıdır. Çünki bu sistemin mövcudluğu ilə bir çox prob-
lemli məsələlər öz real həllini tapa bilir. Bununla da qanunların yalnış təfsir edilərək düzgün
olmayan şəkildə ictimai münasibətlərə tətbiq edilməsinin qarşısı alınmış olur. Məsələyə digər
tərəfdən yanaşdıqda, demək olar ki, müxtəlif orqanlarının sorğusu və ya müraciəti əsasında
çıxarılmış Konstitusiya Məhkəməsinin qərarlarının dərc edilməsi və onların bütün ölkə ərazi-
sində məcburi əməl edilməli akt kimi qəbul olunması ölkədə qanuntətbiq edən subyektlər tə-
rəfindən hər hansı illeqal hərəkətlərin törədilməsinin qarşısı almaq üçün nəzərdə tutulmuşdur.
Bununla da sözün əsl mənasında deyə bilərik ki, heç təsadüfi deyildir ki, dünya təcrübəsində
model rolunu oynaya biləcək Azərbaycan Respublikası konstitusiya nəzarəti institutu yara-
dıldığı dövrdən bugünədək ölkə ərazisində qanunların düzgün başa düşülərək tətbiq edilməsi
istiqamətində öz töhvəsini vermişdir.
Konstitusiya nəzarəti institutunda bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda
da bir nizamlanmayan məsələ mövcuddur. Bu məsələ müxtəlif subyektlərin sorğu və
müraciəti əsasında Konstitusiyanı və qanunları şərh edən Konstitusiya Məhkəməsinin məsu-
liyyət məsələsidir. Əvvəldə də qeyd etdiyim ki, sorğu və müraciət əsasında şərh edilmiş nor-
ma ilə bağlı çıxarılmış qərar ölkə ərazisində icrası məcburi aktdır və onu dəyişdirməyə, şərh
etməyə yol verilmir. Buna görə də, dünya təcrübəsində konstitusiya və eləcə də qanunları yal-
nış şərh etməyə görə bu məhkəmələrə konkret məsuliyyət tədbirlərinin nəzərdə tutulması bu
məhkəmələrin fəaliyyətini daha da mükəmməlləşdirəcək bir addımdır.
AZƏRBAYCANDA İNFORMASİYA CƏMİYYƏTİ:
ELMİ-NƏZƏRİ VƏ HÜQUQİ PROBLEMLƏRİ
Natiq MÜRSƏLOV
AMEA Mərkəzi Elmi Kitabxanası
magistrant_bsu@mail.ru
AZƏRBAYCAN
İnformasiya cəmiyyəti sivilizasiyanın inkişafının növbəti mərhələsi kimi xarakterizə
olunur. Belə ki, informasiya cəmiyyəti - sivilizasiyanin inkişafının hazırkı mərhələsi olub, in-
formasiya biliklərin əsas maddi sərvətə çevrildiyi cəmiyyətdir. O, eyni zamanda - informa-
siya-kommunikasiya texnologiyalarının təsiri nəticəsində bilik və informasiyanın insan fəaliy-
yətinin bütün sferalarında əsas rol oynadığı cəmiyyətdir.
İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Cəmiyyətdə informasiyanın, biliklərin, informasiya texnologiyalarının rolu artır;
Telefon, radio, televiziya, İnternet, ənənəvi və elektron mətbuatdan istifadə etməklə cə-
miyyət sürətlə informasiyalaşır;
İnsanların effekli informasiya əlaqəsini, onların ümumdünya informasiya resurslarına
çıxışını, informasiya məhsullarına və xidmətlərinə tələbatını təmin edən qlobal informa-
siya məkanı formalaşır.
“İnformasiya cəmiyyəti” terminiilk dəfə leksikona 1969-cu ildə Tokio Texnologiya
İnstitutunun professoru Y.Xayaşı tərəfindən daxil edilmişdir. Qərb ölkələrində 1992-ci ildən
etibarən bu termin müntəzəm olaraq istifadə edilməyə başlanır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1494
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qərarı ilə hər il 17 may – Ümum-
dünya Telekommunikasya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.
Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində Azərbaycan
Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli
Strategiya (2003-2012) mühüm rol oynamışdır. Milli Strategiyanın əsas məqsədi informasiya
və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına
kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdən ibarət idi.
Milli Strategiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə iki mərhələli dövlət
proqramı həyata keçirilmişdir:
1. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
2. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnolo-
giyaları üzrə Milli Strategiyanın müddəti bitməsi ilə ölkəmizdə informasiya cəmiyyəti quru-
culuğunun birinci mərhələsi başa çatmışdır. 2013-cü ildən etibarən ölkəmizdə informasiya cə-
miyyəti quruculuğunun ikinci mərhələsi başlanmışdır. Bu mərhələ “Azərbaycan 2020: Gələ-
cəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmıpşdır. 2013-2020-ci illəri əhatə edən bu
Konsepsiyada Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinin növbəti 8 il üçün
məqsədləri, istiqamətləri, vəzifələri müəyyən edilir. Bunlar aşağıdakılardır:
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi
İnnovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması
Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin
genişləndirilməsi
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi
Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi
Rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi
Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması
Bu Konsepsiyada informasiya cəmiyyəti quruculuğu ilə bağlı nəzərdə tutulan müddə-
aların həyata keçirilməsi üçün Azərbaycan Respublikasında informasiya cəmiyyətinin in-
kişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir. Milli Strategiyanın
əsas məqsədi aşağıdakılardan ibarətdir:
ölkədə informasiya cəmiyyətinin bərqərar olması
onun yaratdığı imkanlardan vətəndaş-ların, cəmiyyətin, dövlətin inkişafı üçün səmə-rəli
istifadə edilməsi
ölkənin davamlı və dayanıqlı inkişafı
İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi
İKT-nin sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi
inkişaf etdirilməsi
Milli Strategiyanın əsas fəaliyyət istiqamətləri isə bunlardır:
İKT infrastrukturu və xidmətləri (yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və
təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması;
kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli
İnternet xidmətlərinin göstərilməsi;əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması)
yüksək texnologiyalar sektorunun inkişafı (rəqabətqabiliyyətli İKT məhsul və xidmətlə-
rinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırıl-
ması; kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və
nüvə texnologiyalarının inkişaf etdirilməsi; xüsusi vergi və gömrük rejimlərinin tətbiq olun-
ması; İnternet iqtisadiyyatının, o cümlədən elektron ticarətin inkişaf etdirilməsi; informasiya
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1495
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılmasının
genişləndirilməsi)
yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi (kos-
mik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək texnologiyaların digər
istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi; özəl sektorda yüksək texnologiyalar
üzrə elmi tədqiqatların aparılmasına şəraitin yaradılması və stimullaşdırılması)
elektron dövlətin inkişafı (dövlət orqanları arasında səmərəli və təhlükəsiz informasiya
mübadiləsinin təmin olunması; “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə
elektron xidmətlərin göstərilməsi; dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişlən-
dirilməsi; “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, “mo-
bil hökumət” texnologiyalarının tətbiqi; elektron xidmətlərin əlçatarlığının artırılması üçün
ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi; elektron və mobil imzanın, həmçinin
elektron ödənişin tətbiqinin genişləndirilməsi)
elektron təhsilin inkişafı (bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz geniş-
zolaqlı şəbəkəyə qoşulması; elektron tədris vasitələrinin inkişaf etdirilməsi; bütün təhsil pillə-
ləri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması; İKT-nin tətbiqi ilə yeni təhsil
modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi; İKT sahəsində fasiləsiz profes-
sional hazırlıq sisteminin təkmilləşdirilməsi)
elektron səhiyyənin inkişafı (bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təh-
lükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması
və inkişaf etdirilməsi; bütün yaş qruplarının elektron sağlamlıq kartları ilə təmin olunması;
telesəhiyyənin inkişaf etdirilməsi; ümumi istifadə üçün tibbi resursların yaradılması; tibb
işçilərinin İKT biliklərinin artırılması)
elektron vətəndaşın inkişafı (cəmiyyətin bütün üzvləri, xüsusilə də ucqar kənd yaşayış
məntəqələrində yaşayan və ya xüsusi tələbləri olan insanların kompyuterdən, internet xidmət-
lərindən, “E-hökumət” portalından istifadə bacarıqlarının formalaşdırılması və inkişaf etdiril-
məsi; bütün vətəndaşlar, biznes qurumları və dövlət tərəfindən İKT biliklərinə yiyələnmənin
stimullaşdırılması; kiçik və orta sahibkarların biznes proseslərində İKT-ni tətbiq etmələrinə
kömək göstərilməsi; teleişin tətbiqinin genişləndirilməsi)
kadr hazırlığı
informasiya təhlükəsizliyinin təmin edilməsi
milli kontentin inkişaf etdirilməsi (Azərbaycan tarixi, vətənpərvərlik mövzuları, ədəbi
və mədəni irs üzrə internet resurslarının yaradılması və inkişaf etdirilməsi; ümumi inkişaf,
təhsil, səhiyyə və digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış sistemlərinin inki-
şaf etdirilməsi; milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resursların yaradılması
və inkişafı; ödənişsiz istifadə edilə bilən Azərbaycan dilli proqram təminatlarının hazırlan-
ması və geniş istifadəsinin təmin olunması; onlayn medianın inkişaf etdirilməsi)
Ölkəmizdə informasiya cəmiyyətinin inkişafına xidmət edən digər mühüm proqramlar
da qəbul edilmiş və həyata keçirilmişdir:
Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007). Bu proqramın
məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə
təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil
almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil siste-
minə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini infor-
masiya cəmiyyətinə hazırlamaq idi.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1496
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012). Bu
Proqramın məqsədi bunlar idi:
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması
Kadr potensialının gücləndirilməsi
Normativ hüquqi bazanın təkmilləşdirilməsi.
İNTERNAT MƏKTƏBLƏRİNDƏ YAŞAYAN VƏ OXUYAN
UŞAQLARIN TİPİK ORTA MƏKTƏBLƏRƏ İNTERQRASİYASI
GÜNÜN TƏLƏBİDİR MÖVZUSU ÜZRƏ APARILMIŞ TƏDQİQAT
İŞİNİN TƏQDİMATI
Süsən NƏBİYEVA
Ulu öndərimiz Heydər Əliyev hələ 1994-cü il sentyabrın 27-də BMT-ninUşaq Hüquq-
ları Konvensiyasını imzalamaqla müharibə vəziyyətində olan bir ölkədə belə, uşaqların prob-
lemlərinin həllinin vacibliyini ön plana çəkdi.
Konvensiya Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifi-
kasiya edildi və bu sahədə mühüm addımlar atılmağa başlandı. Uşaq hüquqlarının müdafiə-
sinin vəziyyətini aydınlaşdırmaq məqsədi ilə qiymətləndirmə aparıldı, məlum oldu ki, uşaq
hüquqlarının tam qorunması mümkün olmayan sahə internat məktəbləri və uşaq evləridir.
Qiymətləndirmənin nəicələrinə əsaslanan, 2006-2015-ci illəri əhatə edən De-İnstitutlaşma və
Alternativ Qayğı Proqramı çərçivəsində bir çox işlər həyata keçirildi.Proqramın məqsədi
uşaqların ailələrə verilməsi və ya ailə tipli müəssisələrə yerləşdirilməsini nəzərdə tuturdu.
İşlədiklərini əsas gətirərək uşaqlarına baxa bilməyən və onları internat məktəblərinə
verən valideynlərin vəziyyətini nəzərə alaraq Günərzi qayğı mərkəzlərinin yaradılması, əlilliyi
olan uşaqların inkişafını təmin edəcək Reabilitasiya mərkəzlərinin açılması və b.k. məqsədlər
proqramın tələblərinə daxil idi.
Bu tədqiqat işi həmin Proqram çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi
və Hilfswerk Avstriya təşkilatının birgə layihəsi əsasında 2012-ci ildən fəaliyyət göstərən 1
nömrəli Ailə Tipli Kiçik Qrup evində və orada yaşayan uşaqların təhsil aldıqları 237 saylı
məktəbdə aparılmışdır.
Ailə Tipli Kiçik Qrup Evinin əsas məqsədi uşaqların inkişaf, müdafiə, iştirak, yaşamaq
hüquqlarını təmin etməkdir. Bu müəssisə ailə və məktəb funksiyasını özündə birləşdirən inter-
nat məktəblərinə alternativ olaraq yaradılanilk uşaq qayğı mərkəzidir. İnternatlardan fərqli
olaraq belə müəssisələrdə 8-12 nəfər uşaq yaşaya bilər. Onlar ailədəki uşaqlar kimi yaxınlıqda
yerləşən məktəbdə təhsil alırlar. Uşaqların Təhsil Hüquqlarını təmin etmək məqsədi ilə onla-
rın icmada yerləşən tipik orta məktəbə getmələriəsas məsələlərdən biridir. Çünki internat
məktəblərində uşaqlar tam qapalı şəraitdə yaşayırlar. Onların bütün maddi və mənəvi tələbat-
ları maksimum dərəcədə müəssisə hasarları içərisində təşkil olunur. Ailə tipli müəssisələrdə
isə uşaq sayının az olması (8-12 nəfər) həm orta məktəblərə yerləşdirilməkdə, həm dərslərin
hazırlanmasında, fərdi yanaşmanın həyata keçirilməsində, həyat bacarıqlarının öyrədilməsin-
də, cəmiyyətə layiqli vətəndaş yetişdirilməsində müsbət nəticələrə gətirib çıxarır.
Tədqiqat işinin aparılmasında müəssisədə yaşayan və heç vaxt icmada yerləşən mək-
təblərdə təhsil almayan uşaqlarla 3 il işləyən 237 saylı məktəbin 50 nəfər müəllimi və Kiçik
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1497
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qrup Evində yaşayan həmin 10 nəfər uşaq iştirak etdi. Onlar əvvəlcədən hazırlanmış anket
suallarını cavablandırdılar. Bu cavablar təhlil edilərək müəyyən nəticəyə gəlməkdə xüsusi rol
oynadı. Məlum oldu ki, internatda yaşayan, təhsil alan uşaqların icmada yerləşən məktəbdə
oxuması nəinki onların təhsil səviyyəsinin yüksəlməsinə, həmçinin mənəvi-mədəni inkişafla-
rına, sosiallaşmalarına da öz təsirini göstərməkdədir. Müəssisə uşaqlarına qarşı olan stereotip-
lərin aradan qalxması da diqqəti xüsusilə cəlb etməkdədir.
Tədqiqat işinin nəticələri göstərdi ki, cəmiyyətimizin bu cür kiçik formalı müəssisələrə
ehtiyacı var. Azərbaycanda Kiçik Qrup Evlərinin açılmasında Beynəlxalq təcrübələrin öyrə-
nilməsi və adaptasiya edilərək tətbiq olunması qarşıya çıxacaq arzuolunmaz halların baş ver-
məməsinə zəmin yaradır. Belə ki, internat evlərinin bağlanması üçün uşaq, müəllim, ailə qiy-
mətləndirmələri aparılır. Ailə uşağı təmin edəcək durumda olarsa, hər hansı maneələrin qanun
çərçivəsində həll olunması mümkündürsə, bu zaman ailəyə müəyyən köməkliklər (hüquqi,
psixoloji, tibbi, sosial və s. yönəltməklə) göstərilir. Problem aradan qalxdıqdan sonra uşaq
ailəyə qaytarılır. Ailəyə qaytarılması mümkün olmayan uşaqların gələcəkdə yalnız Kiçik Qrup
Evlərinə yerləşdirilmələri nəzərdə tutulub. Müəllim kollektivinin hüquqları da qanuni yolla öz
həllini tapır. Həmin müəllimlər ixtisaslarına uyğun işlə təmin edilirlər.
Tədqiqat işinin mövzusu dövrümüzün aktual problemlərindən biridir.
Dostları ilə paylaş: |