MIGRATION POLICIES AND GOVERNANCE IN COUNTRY OF
ORIGIN AND DESTINATION
Aytakin NURIYEVA
aytakinnuriyeva1990@gmail.com
AZƏRBAYCAN
Nowadays, the need toprotectnational security interestsof each state depends on the
number of importantfactors as well as proper regulation of the migration processes. The
sharpdifference inthe level ofdevelopment insome countries, high-level of wages, liberal
business environment, the availability offree economiczonesand also other factors stimulates
migration. Furthermore, national, racial, regional conflicts, problems caused by natural
disastersand emergency situations are other reasons of mass migration of people from one
country to another. But, massive labour migration can also have negative consequences to the
country of origin. The reason is that, a large number of its population is deprived of the
participation in political life of this country.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1503
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Countries of origin, especially developing countries with large number of migrant
workers endeavoring to stimulate the employment opportunities for its people while also
protection of their nationals who migrate abroad.In countries of origin main objectives of the
migration policy are promoting employment, protecting welfare of their nationals in
destination countries, protecting rights of their nationals abroad and regulate the
developmental influence of migration.Some countries are much interestedin migration mainly
in attracting qualified specialists in thecountry. At the same time migration is the top priorities
for the international migration bodies in the avoidingthe negative impact ofmigration, human
trafficking, including preventionof illegal migrationin theworld.
Countries of origin and countries of destination should cooperate interactively to
prevent violations such as human trafficking and xenophobia. This will be effective common
protection mechanisms if states migration governance should discussed not only at a local
level, but also regional and international levels.Protection of migrant workers is an important
issue of migration policy for both country of origin and destination. Firstly it is important for
country of origin to protect migrant worker’s labour and human rights in its country. As a
result, same preparation for working conditions abroad will be better experience in the
destination country.
There are also numerous variables such as economic, social, political and cultural which
affect the demand for migrants in destination countries. International migration flows are
influencing by two factors: supply and demand factors. First factor is migrants’ own decision
to move, but demand factor is characterized by destination country’s demand for migrants.
Regulation of labour migration and protection of the rights of migrants in destination country
are provided by the legislations-(such as labour code, law on the protection of foreigners,
migration code etc.) of that country. Butin order to achieve good migration governance in
country these national legislation norms should be consistence to the international and
regional standards.
Interstate cooperation is important for every country for good migration policy. There
are different branches of interstate cooperation, as regional, bilateral, international. Bilateral
migration agreements regulates two countries’ (both origin and destination) agreed principles
in migration process from leaving the country of origin to entry country of destination.
Countries agreed to provide effective measures to protect rights of migrants.
As a conclusion, it is important to note that both countries of origin and countries of
destination have to try to find out new and much more efficient migration policies in order to
improve the overall wellbeing in our constantly changing world. Countries have to unify their
power in international level in order to cope with irregular migration and try to strengthen
migration policy.
ACTIVITY OF OBBUDSMAN OF AZERBAIJAN FOR
PREVETION OF USE OF FORCE IN PRISONS
Gunay SULEYMANOVA
Lawyer_girl@box.az
AZƏRBAYCAN
The main direction of the activities of the Commissioner for Human Rights of the
Republic of Azerbaijan under the National Preventive Mechanism is the visit of the detention
places according to the plan or in special cases. Regarding this issue, detention places under
the jurisdiction of the NPM were visited and checked in the period between 2019 and 2013.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1504
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Although positive changes and improvements were observed during the visits, some negative
sides were also observed. During the control of the conditions of the detainees kept in the
disciplinary military brigades, it was identified that the dormitories and other buildings
considered for prisoners had a heating system operating with the help of diesel, which was not
safe and could lead to dangerous consequences. When talking about the detention places of
the MNS, it can be said that the criminal proceedings initiated by some detainees’ complaints
were not conducted impartially and there were pressures over the prisoners during the
investigations. After the visits to the relevant institutions under the jurisdiction of the
Penitentiary Service of Azerbaijan Justice Ministry it was found out that some dormitories
were not satisfactory and even there were not enough beds for minors there, there was not
chlorine in washing places of the prisons’ canteens, some employees did not rule sanitary
norms. Besides this, the existence of the cockroaches in the detention places, the deprivation
of enough beds, blankets and pillows in prisons’ hospitals can join the negative cases
mentioned above. Some prisoners could only walk 20-30 minutes which should be one hour
during the whole day according to the Code of the Azerbaijan Republic about execution of
punishments. After the visits some offers and recommendations were given to necessary
agencies and their heads in order to eliminate flaws, inadequacies and other negative elements
aforementioned, to improve the detention conditions. The officials of the ministries also
informed about the activities done on those issues. It should also mentioned that numerous
positive results were obtained in these years, which shows the effectiveness of the measures
taken in this area. Necessary information can be obtained through the annual reports on the
activity of National Preventive Mechanism of the Commissioner for Human Rights of the
Republic of Azerbaijan against Torture.
And the Ombudsman of Azerbaijan Elmira Suleymanova says: “The establishment of
an institution to function as the National Preventive Mechanism for the prevention of torture
and other cruel, inhuman or degrading treatment or punishment (NPM) was the continuation
of the statehood process, and ensured support for the protection of human rights at the higher
level. The incorporation of the requirements of the ratified document into the national
legislation has resulted in the designation of the Institute of the Commissioner for Human
Rights (Ombudsman) of the Republic of Azerbaijan as the NPM, by taking into consideration
its primary experience and capacity in this field. During the term of its operation, the
Azerbaijani NPM has established a distinctive reputation among the relevant specialized
organizations and the general public due to its contributions to the improvement of the
prevention of torture in the country from both the legislative and institutional perspectives.”
İNSAN HÜQUQLARININ TƏMİNATI ALİMENT ÖHDƏLİKLƏRİ
Vüsal Məmmədov
Naxçıvan Dövlət Universiteti
azerbaycan_namin@mail.ru
AZƏRBAYCAN
Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda,
uşaqları saxlamaq üçün tələb olunan vəsait məhkəmə qaydasında tutulur. Adıçəkilən institut
aliment adlanır. Aliment öz öhdəliklərini icra etməyən tərəfin məcburi qaydada şəxsin saxla-
nılması üçün etdiyi ödənişdir. Mütərəqqi haldır ki, Azərbaycan Respublikasının qanunvericili-
yində ailə münasibətlərinin nizama salınması fonunda alimentin fərqli şəxslərə fərqli qayda-
larla müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, qanunvericiliyə əsasən övladlar vali-
deynlərindən, valideynlər övladlarından, baba və nənə nəvələrindən, nəvələr baba və nənələ-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1505
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
rindən, qardaş və bacı qarşılıqlı olaraq, ər və arvad qarşılıqlı olaraq bir-birindən saxlanılması
üçün aliment tələb edə bilər. İnsanlar üçün təmin edilən bu hüquq ailə münasibətləri zəmi-
nində gələcəkdə yarana biləcək konfliktlərdən sonra öz tələbatını ödəyə bilməyən tərəfin
tələbatının ödənilməsi üçün nəzərdə tutulur.
Qanunvericiliyə əsasən maaşa münasibətdə övladların saxlanılması üçün 1 uşağa görə
əmək haqqının ¼-i, 2 uşağa görə 1/3-i və nəhayət 3 və ya daha artıq uşağa görə isə əmək
haqqının 1/2 – i nəzərdə tutulur. Bununla yanaşı sabit pul məbləğində ödənişlərin həyata keçi-
rilməsi də prioritet olaraq qəbul edilir ki, bu da sabit əmək haqqı olmayan valideynlərə mü-
nasibətdə tətbiq edilən hüquqi qaydadır.
Ailə qanunvericiliyinin 79-cu maddəsinə əsasən hər iki valideynin himayəsindən məh-
rum olmuş uşaqlar üçün tutulan aliment himayəçi və ya qəyyuma, eləcə də onun saxlanıldığı
müəssisəyə ödənilir. Dəqiq olaraq demək olar ki, Ailə qanunvericiliyinin 79-cu maddəsində
nizama salınan münasibətlər bu cürdür: “79.2. Valideyn himayəsindən məhrum olmuş və tər-
biyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləş-
dirilən uşaqların valideynlərindən tutulan aliment həmin müəssisələrin hesabına keçirilir və
hər bir uşağın özünə xərclənir.
79.3. Göstərilən müəssisələr həmin məbləğləri bankda saxlaya bilər. Məbləğlərin döv-
riyyəsindən alınan gəlirin 50 faizi uşaqların saxlanmasına sərf olunur. Uşaq bu müəssisələri
tərk etdikdə aliment məbləğlərinin cəmi və alimentin dövriyyəsindən əldə olunan gəlirin 50
faizi uşağın adına bankda açılan hesaba köçürülür.”
Qanunvericilik aliment münasibətlərini bu qaydada tənzimləsə də, burada bir sıra boş-
luqlar vardır. Bilirik ki, son dövrlər artıq valideyn himayəsindən məhrum olmuş uşaqların
müəssisədən xaric olunduğu dövrdən etibarən evə olan tələbatının ödənilməsi istiqamətində
bir sıra işlər görülüb. Lakin təbii ki, heç də hər 18 yaşına çatan valideyn himayəsindən məh-
rum olunmuş uşaq evlə təmin edilə bilmir. Buna görədir ki, fikrimcə, valideyn himayəsindən
məhrum olmuş uşaqlara münasibətdə tutulan aliment mütləq bankda saxlanılmalı və uşağa
sərf olunmamalıdır. Belə ki,məhkəmə təcrübəsinə əsaslanaraq, demək olar ki, ölkəmizdə ali-
mentin miqdarı bir qayda olaraq, 100 manat məbləğində təyin edilir. Bu zaman uşağa sərf
olunan miqdar 50 manatdır. Buna görə də, nəzərdə tutulan 50 manatı uşağa sərf etmək üçün
dövlət özü də verə bilər. Təbii ki, bu alimentin ümumiyyətlə bankda saxlanılması əslində
valideyn himayəsindən məhrum olmuş körpəyə göstərilən qayğının dolayısı yolla vətəndaşın
gələcəkdə layiqli həyat səviyyəsinin təminatının həyata keçirilməsidir. Bu mənada demək olar
ki, qanunvericilikdə “ödənilən aliment bankda uşağın adına olan hesabda xərclənilmədən sax-
lanılmalıdır” deyə dəyişiklik edilərsə, daha məqsədə uyğun olar. Belə ki, bu yolla 18 yaşına
çatmış və valideyn himayəsindən məhrum olmuş şəxs müəyyən bir işlə məşğul olanadək he-
sabda yığılan bu pulla kira tuta və ya minimum xərclərini gələcəkdə ödəyə bilər ki, bununla
da valideyn himayəsindən məhrum olmuş uşaqlar müəssisədən xaric olunan kimi pis şəraitdə
yaşamağa məhkum olmazlar.
Alimentlə əlaqədar olaraq, digər bir məsələ isə Ailə Məcəlləsinin 104-cü maddəsində
tənzimlənir. Burada deyilir ki, “104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış ye-
rinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də
əlavə qazancı (əvəzçiliklə işlərinə görə və s.) haqqında həmin müddətdə icra məmuruna məlu-
mat verməlidir.” Fikrimcə, bu müddəada şəxsin üzərinə öhdəlik qoymaqla yanaşı məhkəmə
qərarlarının icrasını həyata keçirməkdə vəzifəli şəxs hesab edilən icra məmurlarının da üzəri-
nə öhdəlik qoymalıdır. Belə ki, o vaxt aliment məhkəmə qərarı ilə ödənilir ki, tərəf alimenti
verməkdən imtina edir. Bu mənada həmin şəxsin gələcəkdə əlavə qazanc əldə etdiyi təqdirdə
onu gizlətməyə cəhd etməməsi absurd görünür. Bu mənada qanunvericiliyə edilən əlavə ilə
icra məmurunun üzərinə öhdəlik qoyula bilər ki, 1 il tamam olduqca icra məmuru şəxsin il
boyu əlavə qazancının olub olmadığını aydınlaşdırsın. Bununla da xeyrinə aliment tutulan
şəxsin hüquqları dövlət tərəfindən tam təminatlı şəkildə qorunmuş olardı.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1506
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
DAHİLƏR ÖLMƏZDİL, TARİXDƏ QOYDUQLARI
İZLƏR ONLARI ƏBƏDİ EDİR
Kəmalə ABBASOVA
Taras Şevçenko adına Ümummilli Kiyev Universiteti
Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış, görkəmli Dövlət xadimi, dünya
miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik
edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqi-
qətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tə-
rəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını
qoyan dahi lider idi.
1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının
tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi
hakimiyyətə gəldiyi gündür.
Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i
isə müstəqil Azərbaycanın Qurtuluş günüdür.
Azərbaycan xalqı milli dövlətçiliyinin dağıl-
maq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda -
1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin
vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını
görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə
qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə
Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
Böyük qürur hissi ilə deyə bilərəm ki, xaricdə təhsil aldığım Taras Şevçenko adına
Kiyev Milli Universitetinin fotostentində Ulu Öndərin şəklini görəndə ölkəmizin dünya mə-
kanında öz layiqli yerini tutmasının bir daha şahidi oldum.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi
əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş
fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı
əfsanəyə çevrilmişdir.
Məhz bunları nəzərə alaraq deyə bilərəmki, bu gün Azərbaycanda sosial-iqtisadi,
ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli liderin adı
ilə bağlı olmasın.
Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı
hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət
kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgö-
rənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu Öndərin Azərbaycana rəhbərlik
etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ
Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndiril-
məsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin
özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması
zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi
idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi
strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1507
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müd-
rikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.
Bu şəxsiyyət müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər
Əlirza oğlu Əliyevdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev
amallarını uca tutaraq düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində
qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla
başa vurmuşdur. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf
modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və
yeni-yeni uğurlara imza atır.
Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa
malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal
enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan
Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdiril-
məsinin məntiqi nəticəsidir.
Biz gənclər Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı
bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən
nadir şəxsiyyətlərdən biri kimi gördük. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin
bilicisi idi. Buna görə də O, xalqın sevgisini qazana bilmişdi. Onun uzaqgörənliyi başqalarına,
həmkarlarına nisbətən daha güclü idi. O, yürütdüyü daxili və xarici siyasətin ölkəmizi bugün-
kü inkişaf pilləsinə gətirib çıxaracağını bilirdi. Hal-hazırda onun layiqli davamçısı ölkə Pre-
zidenti İlham Əliyev də mərhum Ümummilli Liderimizin qoyduğu iqtisadi-siyasi kursu
davam etdirir.
Dahilər ölməzdilər, tarixdə qoyduqları izlər onları əbədi edir. Bu gün də Heydər Əliyevi
Azərbaycan xalqı qəlbində yaşadır.
MADRİD PROTOKOLUNA GÖRƏ ƏMTƏƏ NİŞANLARININ
BEYNƏLXALQ QEYDİYYATI
Səma ARİFLİ
Bakı Dövlət Universiteti
sama.arf@gmail.com
AZƏRBAYCAN
Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının inkişafında əqli mülkiyyətin rolu əhəmiy-
yətli dərəcədə artmışdır və əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsinə xüsusi
diqqət yetirilir. Bu da səbəbsiz deyil: müəlliflik hüququ, əlaqəli hüquqlar, patentlər, əmtəə
nişanları hazırda texnologiyaların və cəmiyyətin inkişafında mühüm yer tutur. Bununla ya-
naşı, əqli mülkiyyət hüquqlarının təminatında problemlər də mövcuddur. Bu problemlərlə
mümkün qədər daha az rastlaşmaq üçün əqli mülkiyyət hüquqlarının müdafiə sisteminə bələd
olmaq lazımdır. Əmtəə nişanının mühafizəsi əmtəə nişanının sahibinə əmtəə və ya xidmətləri
identifikasiya etmək üçün xüsusi nişandan istifadə etmək və başqalarının ixtiyarına vermək
(misal üçün lisenziya vermək yolu) kimi müstəsna hüquq verir. Əmtəə nişanının sahibi öz
məhsulunun qarışıq düşmə ehtimalı olduğundan digər şəxslərə eyni və oxşar əmtəə və ya xid-
mətlərə eyni və ya oxşar nişanların verilməsini qadağan edə bilər.
İlk öncə qeyd etmək vacibdir ki, bütün dünya ölkələrini əhatə edən vahid əmtəə nişan-
larının qeydiyyat proseduru mövcud deyildir. Və bir çox hallarda məlum olur ki, nişanların
hüquqi mühafizəsinə maraq sadəcə bəzi inkişaf etmiş ölkələrdə mövcuddur. Bu o mənanı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1508
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ifadə edir ki, yalnız hər hansı bir ölkədə aparılan nişanın qeydiyyat proseduru avtomatik ola-
raq digər ölkələrə də şamil ediləcək. Nişanların qeydiyyatının birbaşa marağı olan ölkələrdə
qeydiyyata alınması vacibdir. Belə ki, əgər siz əmtəə nişanın bir neçə ölkədə mühafizəsində
maraqlısınızsa, ən yaxşı seçim beynəlxalq qeydiyyat sistemi vasitəsi ilə qeydiyyatdan keçir-
məkdir ki, bu da Madrid sistemi adlanır, hansı ki öz adını bu münasibətləri tənzimləyən
Nişanların Beynəlxalq tənzimləməsi haqqında 14 aprel 1891-ci il tarixli Madrid saziş və
“Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 1989-cu il iyunun 28-də
Madrid şəhərində qəbul edilmiş Protokol kimi hüquqi aktlardan almışdır. Madrid Protokolu
Dünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyya-
tını təmin etmək üçün qurulan Madrid Sistemini yaradan iki beynəlxalq razılaşmadan birisi-
dir. Madrid Sistemindəki digər razılaşma isə Madrid Sazişidir. Madrid Sazişi 1891-ci ildən
bu yana qüvvədədir və Madrid Protokolu, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı sisteminə
üzvlüyü artırmaq, sistemi üzv olan dövlətlər baxımından daha yararlı hala salmaq üçün 1996-
cı ildə qüvvəyə minmişdir. Protokola edilən yeniliklər sistemə daxil olmaq istəyən ölkələr
üçün əlverişli imkan yaratmışdır və 2015-ci ilədək üzv olan dövlətlərin sayı 95-ə çıxmışdır.
Dünya iqtisadi sahəsində öndə gedən ölkələrin böyük hissəsi və Avropa İttifaqına üzv ölkə-
lərin əksəriyyəti Madrid sisteminə üzvdür. Azərbaycan bu sistemini birinci qolu olan Madrid
Sazişinə 1995-ci il 25 dekabrda, Madrid protokoluna isə 2007-ci il 15 apreldə qoşulmuşdur.
Azərbaycan hüququnda əmtəə nişanının qorunması ilə bağlı hüquqi tənzimləməni “Azərbay-
canın qoşulduğu beynəlxalq razılaşmalar” və “əmtəə nişanı ilə bağlı milli qanunvericilik” ola-
raq ayırmaq mümkündür. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 2-ci mad-
dəsinə müvafiq olaraq, əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respub-
likasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında AR qanunundan, Azərbaycan Respublikasının digər qanunveri-
ci-lik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Əmtəə nişanlarının beynəlxalq qeydiyyatını təmin edən Madrid Sisteminin əsas
məqsədləri aşağıda sadalanmışdır:
Əmtəə nişanlarının tək bir beynəlxalq müraciət vasitəsilə və tək bir dildən istifadə
olunaraq iki və ya daha çox ölkədə qeydiyyatını təmin edəcək müraciətlər etmək.
Tək iddia sənədi, tək dil, tək ödəmə sistemi yolu ilə iddiaçıları ağır maddi yükdən,
bürokratiyadan, fərqli müraciət prosedurlarından qurtulmasını təmin etmək.
Əmtəə nişanının beynəlxalq qeydiyyatı həyata keçirildikdən sonra və ya müraciət
əsnasında meydana gələn dəyişikliklərin də tək bir müraciət vasitəsilə Seçilmiş bütün
ölkələrdə edilməsi mümkün edərək, müraciət edən şəxslərə avantaj gətirmək.
Üzv ölkələrə gətirilən rədd müddəti məhdudiyyəti sayəsində (Protokol'da 18 ay) müra-
ciət edən şəxslər baxımından işlərinin daha sürətli yerinə yetirilməsini təmin etmək.
Madrid Sisteminin əsas məqsədləri, avantajları sayılarkən sözü gedən məsələlərdən
birisi də, əmtəə nişanılarla əlaqədar hər cür dəyişiklik, məhdudlaşdırma, ləğv, azadolma şək-
lində əməliyyatların da tək bir tələblə edilməsi imkanının təmin edilməsidir.
Qeyd etmek lazımdır ki, Madrid sistemi üzrə əmtəə nişanlarının qeydiyyatı birbaşa
olaraq müraciət edən şəxslərin Əmtəə nişanlarının bütün üzv olan dövlətlərin ərazilərində
qanuni müdafiəsini təmin edir. Qeyd olunanlara əsasən, tələb olunan iddia sənədi özündə
əmtəə nişanın hüquqi mühafizəsinin təmin olunmasının tələb olunduğu ölkələrin konkret
siyahısını əks etdirməlidir. Belə hallarda iddiaçı ümumiləşdirilmiş şəkildə Avropa olaraq qeyd
edə bilməz. Əmtəə nişanısının mühafizəsini maraqlı olduğu ölkələri ayrı-ayrılıqda qeyd etmə-
lidir. Bu həm də ona görə vacibdir ki, hər bir ölkə üçün haqq baxımından differensasiya
mövcuddur.
Beynəlxalq Reye Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə bağlı Madrid Protokolu
15.04.2007 tarixindən itibarən Azərbaycanda qüvvəyə minmişdir; Protokol çərçivəsindəki
|