Oxşara münasibət. Əsərdən görünür ki, Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə
rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual edir. L. Feyxtvangerin „Yalançı
Neron“ əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir.
Oxşarın yeni roluna və vəziyyətinə münasibəti. Oxşarların öz talelərinə münasibətləri
heç də həmişə eyni cür olmur. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayılın
oxşarı Xızırın öz taleyinə münasibəti haqqında geniş məlumat verilmir.
Terrensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə
onun üçün xoşbəxtlik olur.
Oxşar sirr pərdəsi altında. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti
barədə heç bir məlumat verilməsə də xüsusi qayğı və maddi yardım göstərilir. Terrensinin
kiçik emalatxanası isə sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olur. Hər iki əsərdə bu
oxşarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L. Feyxtvangerin „Yalançı Neron“ əsərində
Terrensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir.
Oxşarın taleyi. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayıl Çaldıran
döyüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə
girmədən öncə son tapşırıqlarını verərək öxşarı Xızırı öz yerinə qoyur.L. Feyxtvangerin
„Yalançı Neron“ əsərində Terrensi Neron kimi qətlə yetirilir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
797
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİN
ZƏNGİNLƏŞMƏSİNDƏ ZAMAN MƏZMUNLU SÖZLƏRİN ROLU
İlkin QULİYEV
Kafkas Universiteti, Türkiyə, Qars
quliyevilkin@yandex.ru
TÜRKİYƏ
Türk dillərində, o cümlədən Azərbaycan dilində zaman məzmunlu sözlər, onların dildə-
ki mövqeyi, struktur-semantik xüsusiyyətləri, söz yaradıcılığında və dilin lüğət tərkibinin
zənginləşməsində rolu kimi məsələlər türkoloqlar tərəfindən yetərincə araşdırılmamışdır və bu
səbəbdən gündəlik ünsiyyət tələbatının əsas hissəsini təşkil edən zaman məzmunlu sözlərin
leksik-semantik və qrammatik xüsusiyyətlərinin öyrənilməsi hələ də aktual məsələ olaraq
qalmaqdadır.
Dilin lüğət tərkibi dilin dəyişməyə daha çox meyl edən bir hissəsidir. Digər dillərdə
olduğu kimi, Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsi dilin daxili imkanları və başqa
dillərdən alınma sözlər hesabına baş verir. Tarixi inkişaf prosesində bütün dillər bir-birilə
qarşılıqlı əlaqə və münasibətdə inkişaf edir, zənginləşir. Dilin lüğət tərkibinin inkişafı,
əslində, bütünlüklə dilin inkişafı deməkdir, hətta əksər dillər lüğət tərkibindəki sözlərin
çoxluğuna görə zəngin dil olaraq tarixə düşür.
Azərbaycan dilində işlənən zaman məzmunlu sözlərin böyük bir qismini ərəb, fars
dillərindən, az qismini isə türk mənşəli və rus dili vasitəsilə latın dilindən sözlər təşkil edir.
Orta əsrlərdə ərəblərin, XX əsrdə isə rusların Azərbaycanı öz hakimiyyəti altına salmasından
sonra alınma sözlər Azərbaycan dilində çoxalmağa başlamışdır. Bir dildən başqa bir dilə
sözlərin keçməsi prosesi yer üzündəki bütün dillərə xas olan bir prosesdir. Başqa dillərdən
sözalma prosesi dilin lüğət tərkibini zənginləşdirən başlıca amil olaraq bu günün özündə belə
fəal surətdə davam etməkdədir. Alınma sözlərin əksəriyyəti Azərbaycan dilinin qanunlarına
tabe edilmiş və onlardan istifadə yolu ilə xeyli miqdarda yeni söz yaradılmışdır.
Alınma sözlərin əksəriyyətinə Azərbaycan dilinin leksik şəkilçilərini artırmaqla yeni
sözlər yaranır. Söz köklərinin alınma olmasına rəğmən, sözyaratma prosesi dilin öz qanunları
əsasında getdiyi üçün bu yolla əmələ gələn sözlərin yaranması dilin daxili imkanları hesabına
gerçəkləşmiş sayılır.
Azərbaycan dilinin dörd cilddən ibarət izahlı lüğətində təsbit etdiyimiz zaman məz-
munlu sözləri quruluşuna görə sadə, düzəltmə və mürəkkəb quruluşlu olmaqla üç yerə ayır-
maq mümkündür. Biz məqaləmizdə əsasən düzəltmə və mürəkkəb quruluşlu zaman
məzmunlu sözlərdən bəhs edəcəyik.
Söz yaradıcılığında ən fəal üsul morfoloji yolla, yəni söz köklərinə şəkilçilərin əlavəsi
ilə müəyyən məfhum ifadə edən yeni leksik vahidlər yaratmaqdır. Nitq hissələrinə aid
olmaları baxımından zaman məzmunlu düzəltmə sözlər, əsasən, isim, sifət və zərflərdən, çox
az sayda fellərdən ibarətdirlər. Zaman məzmunlu düzəltmə sözlər struktur-semantik
xüsusiyyətlərinə görə iki yerə ayrılır:
1. Leksik şəkilçi artırıldıqdan sonra zaman məzmunu qazanan sözlər (bunların sayı
nisbətən azdır); məs.: doğuluş, ezamiyyət, keçmiş, gələcək və s. Belə sözlər bu və ya digər
mənada birbaşa zaman vahidi sayılmasa da, məzmunundan hər hansı bir zaman dilimini
göstərdiyi bəlli olur.
2. Zaman məzmunlu sadə sözlərə leksik şəkilçi artırmaqla yaranan sözlər; məs.: tarix-
şünas, tarixçi, qışlaq, mövsümi, baharıstan, stajor, tətilçi, qədimi, çoxdankı, sonralar və s.
Azərbaycan dilində söz yaradıcılığı prosesinin başqa bir qolunu da sintaktik-semantik
üsulla söz yaradıcılığı təşkil edir. Mürəkkəb quruluşlu, yəni sintaktik üsulla əmələ gələn
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
798
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
zaman məzmunlu sözləri tərkib hissələrinin birləşməsi üsuluna, tərəfləri təşkil edən sözlərin
nitq hissələrinə mənsubluğuna, tərəflər arasında semantik quruluş cəhətdən təsnif edə bilərik.
Bunlardan ən məqsədəuyğunu zaman məzmunlu mürəkkəb sözlərin nitq hissələrinə
mənsubluğuna görə bölünməsidir. Belə sözlərin tərkib hissələrindən biri və ya hər ikisi zaman
məzmunlu sözdən ibarət olur, tərkib hissələr mənşəyinə görə fərqli ola bilir; məs.: gecəçiçəyi,
bayramqurdu, saatqabı, çoxəsrlik, anbaan, aybaay və s.
AZƏRBAYCAN DİLİNDƏKİ SİNONİMLƏRİN FONOSEMANTİKASI
Sahilə İBRAHİMOVA
ADPU
sahila.ibrahimova@yahoo.com
AZƏRBAYCAN
Məlum olduğu kimi sinonimik paradiqma - yaxın və ya eynimənalı sözlərin bir qrupda
cəmlənməsidir. Buna görə də sinonimlərlə fonosemantika arasında əlaqəni qurarkən identiklik
və yaxınmənalılıq əlamətlərini nəzərə almaq lazımdır. Amma yalnız leksik deyil, eyni
zamanda fonetika baxımından bu əlamətlərə baxılmalıdır. Belə ki, əgər sinonimlik cərgəsini
təşkil edən sözlərin müsbət, mənfi, neytral əlamətlərin fərqi 9% təşkil edirsə onda bu
sinonimlər fonosemantik səviyyədə identiklik ifadə edir.
Hər sinonim sözün məna çalarının təsviri üçün müsbət, mənfi və neytral səs əlamətləri
faizlə hesablanmış, sonra isə sinonim cütlüyünün konnotativ əlamətlərinin fərqi qruplara görə
təyin edilmişdir. Fərq dominant sinonim cütlüyü ilə müqayisə edilərək tapılmışdır. Belə ki,
məhz dominantlıq sinonimlər üçün "hesablama nöqtəsi" təşkil edir.
Riyazi statistikanın köməyi ilə sinonimlər arasında ən əhəmiyyətli fərq təyin olunur.
Apardığımız təcrübədə sinonim sözlərin məna çalarlarını hesablamaq üçün ilk öncə
sinonim cütlüklərdən ibarət cədvəllər hazırlanmışdır. Həmin cədvəldə sinonim sözlərin müs-
bət, mənfi, neytral xüsusiyyətlərinə aid ayrıca qrafalar ayrılmışdır. ADPU-nun müxtəlif
fakültələrin tələbələrinə hazırlanan sorğu vərəqələri paylanılaraq hər bir xanaya uyğun qeyd-
lər aparmaları istənilmişdir. Tələbələrin sinonim sözlərin müsbət, mənfi, neytral əlamətlərinə
qoyduğu + işarəsi əsasında cəm alınmış və faizlə hesablanmışdır.
Hazırladığımız sorğu vərəqələri sinonim cütlüyünə daxil olan sözlərin hər birinin ayrı-
ayrılıqda məna çalarlarının hansı kateqoriyaya aid olduğunu təyin etməklə yanaşı, həm də onla-
rın bu cütlüklər arasındakı fərqi də öyrənməyimizə yardım edir. Təcrübə üçün hazırladığımız bu
metod sinonim cütlüklər üzərində statistik hesablamalar aparmağa da xidmət göstərir:
№
SİNONİMLƏR
MÜSBƏT %
Fərq
(dominantla
müqayisə də)
MƏNFİ %
Fərq
(dominantla
müqayisədə)
NEYTRAL
%
Fərq
(dominantla
müqayisədə)
1.
Şən
89
8
3
Şad
87
2%
6
2%
7
4%
Xürrəm
81
8%
7
1%
12
9%
2.
Hündür
50
38
12
Yüksək
66
16%
26
12%
8
4%
Uca
70
20%
21
17%
9
3%
Ali
78
28%
15
23%
7
5%
3.
Saxta
85
9
6
Qəlp
67
18%
18
9%
15
9%
Qondarma
67
18%
23
14%
10
4%
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
799
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məlum olduğu kimi sinonimik paradiqma - yaxın və ya eynimənalı sözlərin bir qrupda
cəmlənməsidir. Buna görə də sinonimlərlə fonosemantika arasında əlaqəni qurarkən identiklik
və yaxınmənalılıq əlamətlərini nəzərə almaq lazımdır. Amma yalnız leksik deyil, eyni
zamanda fonetika baxımından bu əlamətlərə baxılmalıdır. Belə ki, əgər sinonimlik cərgəsini
təşkil edən sözlərin müsbət, mənfi, neytral əlamətlərin fərqi 9% təşkil edirsə onda bu
sinonimlər fonosemantik səviyyədə identiklik ifadə edir (Журавлев А.П. Вопросы
семантики. Калининград, 1978).
Sinonimlərin məna fərqliliyi əlamətini əsas tutaraq onları bir neçə qrupa ayırmaq olar.
Qruplara bölərkən sinonim cütlüyü - dominant + sinonimik paradiqmasından biri. Belə ki,
sinonim cütlüyünün bir üzvü 9% dən az, digəri isə 9 %-dən çox fəqrli səs əlaməti daşıya bilər.
Bunları əsas götürərək biz sinonimləri aşağıdakı qruplara ayırdıq:
1. Fonosemantik müstəvidə "uyğunluq" ifadə edənlər
2. Fonosemantik müstəvidə az "uyğunluq" ifadə edənlər
3. Fonosemantik müstəvidə "uyğunluq" ifadə etməyənlər
Birinci qrup -"Fonosemantik müstəvidə "uyğunluq" ifadə edənlər" özü də iki
yarımqrupa bölünmüşdür: A yarımqrupu və B yarımqrupu. A yarımqrupuna emosional məna
çalarları 9%-dən az olan, B yarımqrupuna isə 9%-dən çox olan sinonim cütlüklər daxildir.
İkinci yarımqrupa fonosemantik müstəvidə cüzi "uyğunluq" təşkil edən sinonimlər
aiddir.Üçüncü qrupa isə fonosemantik səviyyədə "uyğunluq" təşkil etməyən sinonimlər daxil
edilmişdir.
Beləliklə, apardığımız təcrübəyə əsasən biz aşağıdakı nəticələri əldə etdik: sinonim
cütlüklərin 97%-ində həm leksik, həm də fonosemantik oxşarlıq, yaxınlıq müşahidə edilir.
Bundan əlavə tədqiqatın gedişində sinonimlərin tipləri də təyin olunur. Burada məqsəd
sinonimlərin fonosemantikası ilə onların semantikası arasındakı əlaqəni təyin etməkdir.
XIX ƏSRDƏ VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ NAXÇIVAN ƏDƏBİ
MÜHİTİNDƏ ŞƏRQ VƏ QƏRB ƏNƏNƏLƏRİNƏ MÜNASİBƏT
Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsinergiz.ismayilova@hotmail.com
AZƏRBAYCAN
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu
dövrdə həm dünya ədəbiyyatında, həm də Azərbaycan ədəbiyyatında maraqlı konsepsiyalar
ortaya atılmış, bu istiqamətdə fərqli ədəbi yanaşmalar ortaya çıxmışdır. Həmin dövrün
ədəbiyyatı uğurlu inkişaf dövrü keçməklə yanaşı, bir o qədər də qarışıq olmuşdur. Dünyaya
inteqrasiya, dünya ədəbiyyatı ilə sintez, dünya ədəbiyyatı fövqündə milli ədəbiyyat yaratmaq
cəhdləri bu dövr ədəbiyyatının əsas prinsiplərindən idi. XIX əsrin sonu XX əsrin əvvəllərində
də Naxçıvan Azərbaycan elminə və maarifinə böyük töhfələr vermişdir. Azərbaycanda
təzahür edən milli maarifçilik hərəkatı Naxçıvanda da özünü göstərməyə başlamışdır. İctimai-
iqtisadi, sosial-mədəni yeniliklər mütərəqqi, demokratik ziyalılar təbəqəsinin formalaşması
üçün münbit zəmin yaratmışdır. Yeni tipli mədəni-maarif ocaqlarının təşkil edilməsi
nəticəsində dünyəvi elmlər tədris olunmağa başlamış, müəllim və şagirdlərin sayı getdikcə
artmağa başlamışdır. Qərb ədəbiyyatına meylin artdığı bir zamanda, Şərq ədəbiyyatına
hörmətin izləri hələ də qalırdı. Naxçıvan ədəbi mühitində yetişən sənətkarların hər birinin
yaradıcılığında Şərq motivi özünəməxsus bir şəkildə təzahür edib.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
800
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bu cür sujetlərə biz R. Babayevin “Azərbaycan folklorunun Regional xüsusiyyətlər”i,
Naxçıvan folkoru adlı dissertasiyasında da rast gəlirik: “Qırğızlar “təkgözlü divi” Malgün,
yəni Məlun, qaqauzlar isə Denegoz adlandırırlar. Yunan, Hind və digər mənbələrdə onunla
bağlı maraqlı məlumatlar var. Azərbaycan folklorunda Təpəgözə münasibət daha maraqlıdır”.
“Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi
sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır. Məhəmmədağa
Şahtaxtılının mədəniyyət konsepsiyası və bundan doğan vətəndaşlıq keyfiyyətləri “Şərqi-rus”
qəzetində çap edilən “Hər gün bir az” silsilə məqaləsində də öz ifadəsini tapmışdır. O, Şərqin
taleyindən danışarkən ilk növbədə tərəqqini mühüm amil hesab edir. Avropalıların bütün
nailiyyətlərə və yeni mədəniyyətlərə tərəqqi ilə nail olduqlarını söyləyir və bunu müsəlman-
lara nümunə göstərir. Eyni zamanda, tərəqqidən danışarkən qadınların cəmiyyətdəki roluna da
xüsusi diqqət yetirir. Avropa və Amerika qadınları ilə müsəlman qadınları arasındakı fərqin
Şərqin zərərinə işlədiyini əsaslandırır”.
Qadın azadlığı şüarı ilə diqqət çəkən sənətkarlardan olan Eynəli bəy Sultanov, Cəlil
Məmmədquluzadə isə qadınların azadlığını, inkişafını elmdə təhsildə görürdü.
Eynəli bəy Sultanov da publisist məqalələrində Qafqaz və Şərq xalqlarının mənafeyini
müdafiə etmişdir. O “Təzə pir” hekayəsinin əvvəlində Hafizdən bir sitat gətirmişdir: “Riyazi-
dəruniyi –pərdə zi rindani-məst purs” (Pərdənin dalındakı sirri sərxoşlardan soruş). Bu
hekayədə o, müsəlmanların avamlığından, dini-fanatizmdən və onun bilinməyən, gülünc
tərəflərindən bəhs edir. Hekayədə eşşəklərin dəfn olunduğu məzarları xalqa “əməlisaleh, mö-
min şəxsin məzarı” kimi qələmə verib, məzarın üzərində türbə ucaldan fırıldaqçılar tənqid
atəşinə tutulur.
Azərbaycan klassikləri ilə bərabər, Şərq və Qərbin böyük sənətkarlarını, böyük filosof-
larını, tələbəlikdən oxuyub öyrənməyə başlayan Mirzə Cəlil isə bu işə 80-90-cı illərdə daha
ciddi fikir verir. Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən
bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə, hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəl-
liyi vardır.
C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”nda qədim yunan filosofu Sokrat-
dan sitat gətirmişdir. Həmin əsərdə həm də “Camei-Abbasdan” bəhs edən müəllif Qəzetçi
Xəlilin dili ilə o vaxt oxunan əsərlərə bu yolla diqqət çəkir. Görüldüyü kimi, sonrakı dövrdə
Azərbaycanın məktəb və mədrəsələrində Sədinin “Gülüstan” ,“Bustan” əsərləri, Füzulinin
“Divanı”, “Tarixi-Nadir”, “Camei-Abbas” kimi kitablar dərslik və dərs vəsaitləri kimi geniş
şəkildə istifadə olunmuşdur. Həmin kitablar şagirdlərin bilik və yaş səviyyəsinə uyğun olmasa
da, milli dərslik yaradıcılığımızda ilk nümunələr kimi qiymətlidir. C.Məmmədquluzadənin
başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrinin yaradıcılıqlarında da
Şərqin təsviri, Şərq mövzusu aktual idi.
Şərq və Qərbin sintezi şəklində əsaslandırılan hadisələr və bu hadisələrə fərqli baxış
romanı daha da qiymətli edir. Əsərdə müəllifin Şərqə və Qərbə münasibəti müxtəlif surətlərin
dili ilə verilir. “Dumanlı Təbriz” romanında həmçinin Qərbin Şərqə, Şərqin də Qərbə
münasibəti, bu münasibətdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi Şərqə”
mədəniyyət gətirib, Şərqi mədəniləşdirmək istəyən rus, alman, türk, ingilis xalqlarının daxili
siması məharətlə təsvir olunub. Əsərin müxtəlif hissələrində Ordubadi Şərq və Qərbin
müqayisəsini də vermişdir. Şərqi maddi zənginliklərini tərif edən ədib bəzən də Şərqin
təfəkküründəki geriliyi tənqid edir. “Şərqin mülkədarını da Qərbin mülkədarı ilə müqayisə
etmək olmaz” və s. kimi ifadələr bu fikri sübut edir. Şərqdə hökm sürən fanatik və cahil
mühitin bədii və siyasi mənzərəsini yaradır və göstərir ki, dinini kamil bilməyən şərqliləri
molla qiyafəsinə bürünən rus və Qərb casusları aldada bilir. Şərqlilərin yaşadığı evləri təsvir
edən sənətkarın bu qeydləri də diqqət çəkir: “Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və
zövqünə uyğun bir vəziyyətdə düzədilmişdir. Təbriz evlərinin səqfində çılpaq məlakə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
801
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
şəkillərinə təsadüf etmək olurdu”–deyən ədib bu yolla Şərqdəki Qərb meyillərinə diqqət
çəkmək istəmişdir. Şərqdə Qərb əhval ruhiyyəsini təsvir edən bu xırda cəhətlər xaric, Şərqdə
Qərbləşmək ab-havası hiss edilmir.
Ordubadi əsərində təzadlı fikirlərlə çıxış edib, Şərq qadınının gözəlliyini ucaltsa da
“xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbiz qadınlarına məxsus
gözəllikdir” desə də , əsərdə əsas obraz olaraq qərbli qadın seçilmişdir. Ədib romanda Saib,
Əndəlib, Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur
sənətkarlarınını da xatırlayır.
Şərqdəki inkişafın hər sahəsinə diqqət çəkilən və əsaslandırılan “Qılınc və Qələm” əsəri
də bu baxımdan qiymətlidir. Əsərdə müəllif Firdovsidən bəhs etmiş, hətta bəzən onun
müəyyən fikirləriylə razılaşmadığını bildirmişdir. Lakin buna baxmayaraq Ordubadi Şərqin
dahi sənətkarına böyük ehtiramla yanaşmışdır. Naxçıvan ədəbi mühitində yaranan
ədəbiyyatda Şərq mövzusu, Şərqi öyrənmək, təbliğ etmək geniş vüsət tapmışdır. Şərqə maraq,
Şərqi tərənnüm etmək XIX-XX əsrlərdə əvvəlki dövrlərə nisbətən zəif olsa da, müəyyən qrup
sənətkarların yaradıcılığında bu motiv güclü idi.
Mənbələrdə göstərilir ki, Ə.Qəmküsar da Şərq və Azərbaycan ədəbiyyatını dərindən
mənimsəmişdir. Məsələn, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov özünün “Ə.Qəmküsar
yaradıcılığında Şərq-türk ədəbiyyatına münasibətin tənqidi-realist prinsipləri” adlı
məqaləsində qeyd edir: “Əliqulu Qəmküsarın Şərq–türk ədəbiyyatı ilə bağlılığında aşağıdakı
məqamlar daha çox diqqəti cəlb etməkdədir:
1.Klassik Şərq şeiri şəkillərindən istifadə;
2.Şərq ədəbiyyatı tarixində mühüm yer tutan məşhur yazarların və ya surətlərin nəzər
nöqtəsinə çəkilməsi;
3.Klassik Şərq-türk ədəbiyyatına ehtiram;
4.Çağdaş türk müəlliflərinin yaradıcılığına tənqidi münasibət” .
Hüseyn Cavid isə Şərqi öz əsərlərində özünəməxsus bir şəkildə əks etdirirdi. Məlumdur
ki, “Şeyx Sənan” Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciədir. Və bu mövzunun
tarixi, yaxud əfsanəvi olub olmaması xüsusi bir söhbətin mövzusudur.
Fakt budur ki, H.Cavid bu möhtəşəm əsərində-romantik faciədə ilahi eşq problemini
qoyur. Əsərin sonunda Şeyx Sənan Xumarın əlindən tutub “Ya allah!” deyərək uçuruma atılır.
“Uçalım, haqqa doğru, gəl uçalım!” -deyir Şeyx Sənan. Oxucu bu uçurumdakı yüksəkliyi dərk
edir.
Tək Tanrılı türkün müqəddəs “Quran” vasitəsilə öyrəndiyi cənnətin qədim türk
dilindəki sinonimi uçmaq idi. Dərvişin xəbər verdiyi və ümumun şəhadət gətirdiyi kimi Şeyx
Sənanla Xumarın fəzada sanki bir mələk olaraq uçduqlarını bütünlüklə romantizm ədəbi
metodunun imkanları çərçivəsində incələmək yetərli deyil, burada göyə qayıdan türk oğlu
Sənan var, Tanrı sevgisinin müqabilində cənnətlə -uçmaqla müjdələnmiş Sənan var”.
Amma daha konkret müqayisə göstərir ki, o, məhz bir Nitsşedir. Burada Nitsşenin ideya
obrazı onun “Zərdüşt belə demişdir” əsərindəki nurani Qoca obrazı ilə bir araya gətirilir.
Caviddə ixtiyar, nurani Dərviş ağaclıqdan Şeyx Sənanın qarşısına çıxır. Nitsşenin nurani
Qocası meşədə Zərdüştün qarşısına çıxır və ona insanlardan uzaq olmağı məsləhət görür:
“Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, mən
insanları qədərindən artıq sevirdim? İndi yalnız Allahı sevirəm. İnsanları sevmirəm daha.
İnsan mənim nəzərimdə natamam, yarımçıq məxluqdur”.
Cavid “Səyavuş” əsəri ilə Şərqin böyük sənətkarı Firdovsiyə olan etiramını nümayiş
etdirdi. “Firdovsi və onun “Şahnamə”silə bizim ədəbiyyatımız arasında böyük bir əlaqə var-
dır. Bu əlaqə dörd şəkildə meydana çıxmaqdadır: 1) Firdovsi qəhrəmanlarının xalq yaradıcı-
lığına təsiri; 2) Ədiblərimizin Firdovsiyə münasibəti; 3) “Şahnamə”dən müxtəlif parçaların
tərcümə edilməsi; 4) Bədii yaradıcılıqda Firdovsi üslubunun təqlid olunması”.
|