III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
819
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
EPİK DASTAN YARADICILIĞINDA FORMUL
NƏZƏRİYYƏSİNİN TƏTBİQİNƏ DAİR
Nizami ADIŞİRINOV
AMEA, Folklor İnstitutu
deyset27@mail.ru
AZƏRBAYCAN
Formula nəzəriyyəsinin əsas müddəalarının işlənib hazırlanması XX əsrin əvvəllərində
Milman Parri və onun tələbəsi Albert Lordun adı ilə bağlı olsa da, son illərdə folklor sahəsin-
də bu nəzəriyyə ilə əlaqəli aparılan araşdırmalar öz ətrafında xeyli biblioqrafiya toplamışdır.
Bu nəzəriyyə epik dastan ənənəsinin əsasında duran oxşarlığın, bu oxşarlığın səbəbini, tarixi
inkişafını tədqiq etmə baxımından xüsusi əhəmiyyətə malikdir.
Epik dastan ənənəsində dünyanın müxtəlif xalqlarına mənsub olan epik dastanların quru-
luşunda, strukturunda olan bənzərlik, oxşar süjetlər və motivlər bir çox tədqiqatçıların diqqəti-
ni cəlb etməkdədir. Bu oxşarlıqların, bənzərliklərin aşkarlanması və tədqiq edilməsi epik das-
tan kodunun tədqiqinə dair yeni elmi mülahizələrin ortaya çıxmasına gətirib çıxara bilər.
Dastan dünyanın epik koddan dərkidir. Dastan elə bir ifadə formasıdır ki, burada onu
yaradan xalqın təfəkkür tərzi, yaşayışı, məişəti, ilkin mifoloji düşüncəsi qəlib sözlər, formula-
lar şəklində ifadə olunur. Bu qəlib sözlərin, formulaların tədqiqi eyni zamanda xalqların təfək-
kür tərzi və mifoloji düşüncəsindəki oxşarlığın aşkarlanması deməkdir. Həmçinin bu, epik
dastan yaradıcılığında ozan-dinləyici əlaqələrinin, bu əlaqələrdə özünü göstərən fərdi və ümu-
mi qanunauyğunluqların aşkarlanmasına yardim etmiş olacaqdır.
Məlumdur ki, ozan hər hansı bir dastanı ifa edərkən müəyyən dinləyici kütlənin qarşısın-
da ifa edir. Burada təbii ki, dastanın ifası zamanı ozanın istifadə etdiyi sabit sintaktik kons-
truksiyalarla, formula ifadələrlə yanaşı, özünün improvizasiya qabiliyyəti də mühüm rol
oynamaqdadır. Eyni dastanın müxtəlif variantlarının olması da məhz dastan söyləyicilərinin
fərdi improvizasiya qabiliyyətlərinin müxtəlifliyi ilə əlaqədardır. Ozan-aşıq sənətinin sinkretik
sənət olması etibarı ilə dastanı ifa edən ozan-aşıq dastanın nəzm hissələrini musiqinin
müşayiəti ilə müəyyən ritm, ahəng, ölçü vahidi altında təqdim edir. Bu mənada dastanın nəzm
hissələrində müəyyən ritm, ahəng altında təkrar edilən sabit sintaktik cümlə tipləri, oxşar
sintaktik quruluşlar meydana gəlmiş olur ki, bunlar ozanın yaddaşında tədricən daşlaşmış
ifadələrə çevrilir və hazır qəlib, formul formasına düşmüş olur. Ozan sonralar da ifa zamanı
rahatlıqla bu qəliblərə müraciət edir. Bu, ifa zamanı ardıcıllığı, dastanın axıcılığını təmin edir
və ozanı çox düşünməkdən xilas edir.
Dastanların tətqiqi zamanı dastanın nəsr hissəsində olan oxşar süjet, motivlərlə yanaşı,
dastanın nəzm hissələrindəki təkrarlanan, sabit sintaktik konstruksiyalar da nəzərdən qaçırıl-
mamalı və formula nəzəriyyəsi işığında mütləq tədqiq olunmalıdır. Bu zaman təkrarlanan qa-
fiyələrlə, hecalarla yanaşı, ritmin, ahəngin daha qədim ifadə vasitəsi olan alliterasiya, assonans
kimi fonetik hadisələr xüsusilə nəzər diqqətə alınmalıdır. “Dədə Qorqud” kimi möhtəşəm sənət
abidəsinin nəzm hissələri bilavasitə ritmin, ahəngin daha qədim ifadə forması olan alliterasi-
ya, assonans kimi fonetik hadisələr əsasında formalaşmışdır.
Formul nəzəriyyəsi ilə bağlı mövcud nəzəri ədəbiyyata söykənərək epik formulları üç
prinsip üzrə təhlil edirər.
I.
Sintaqmatik prinsip.
II. Semantik prinsip.
III. Linqvistik prinsip.
Bəzən bir-birinə qarışdırılan bu prinsiplər ayrı-ayrı aspektlər əsasında formulun təsnifini nə-
zərdə tutur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
820
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
I.
Sintaqmatik prinsip epik mətn boyunca mövqedən asılı olaraq epik formulların
təsnifi ninəzərdə tutur.Bubaxımdanepikmətn- formul üç qrupabölünür.
1. Başlanğıcformullar.
2. Keçid(medial) formullar.
3. Sonluq formullar.
II. Semantik prinsip əsasında formalaşan formullar aşağıdakı qruplara və yarımqrup-
lara bölünür.
1. Ritual formullar.
a) Toy
b) Yas
c) Hədiyyəvermə
ç) Mövsüm
2. Döyüş, müharibə formulları.
a) Yoladüşmə
b) Vuruş
c) Qələbə
ç) Geyim, silah
3. Kütləvi (batal) səhnə formulları.
4. Tərif formulları.
5. Dua-alqış formulları.
6. Qarğış formulları.
7. Məişət formulları.
8. Təbiətə (heyvanlara, bitkilərə) münasibət formulları.
9. Sentensiya (hikmətamiz kəlamlar) formulları.
10. Yol formulu.
III. Linqvistik prinsip üzrə epik mətnin formullarını dil vahidləri əsasında belə təsnif et-
mək olar:
1. Söz-formul(metafora)
2. Müqayisə-formul
3. Söz birləşməsi-formul (bədii təyinlər)
4. Cümlə formul
a) Sadə cümlə
b) Tabesiz mürəkkəb cümlə (parataksis)
c) Tabeli mürəkkəb cümlə (hipotaksis)
5.Mətn-formul
a) Dialoq
b) Tirada
Bu nəzəriyyə dünyanın demək olar ki, hər yerində aparılan 1500-dən çox araşdırmanı öz
təsiri altına alsa da, nəzəriyyənin tənqidi istiqamətində aparılan böyük bir biblioqrafiya da əmələ
gəlmişdir.
Formul nəzəriyyəsi təkcə dastan yaradıcılığı sahəsinə yox, eyni zamanda Azərbaycan
xalq nağıllarının tədqiqinə da şamil oluna bilər. Nağıllarda özünü göstərən inisial, medial, final
formullarının geniş tədqiqi, nağılçı-dinləyici və aşıq-dinləyici münasibətlərinin təhlili, oxşar
və fərqli cəhətlərin aşkarlanması həm nağılların, həm də dastanların öyrənilməsi sahəsində
yeni elmi mülahizələrin meydana çıxmasına yardım etmiş olacaqdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
821
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNİN FRAZEOLOGİYASINDA
“ÜRƏK” LEKSEMİNİN YARATDIĞI TEMATİK QRUPLAR
Elnarə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mamedova.elnara@lenta.ru
AZƏRBAYCAN
Ürək qan dövranı sisteminin mühüm orqanıdır. O, həyati əhəmiyyətə malik olan orqan-
lardan biridir, bəlkə də insanın fəaliyyətini bir ömür boyu hiss etdiyi yeganə daxili orqandır.
Ürək insanın emosional və mənəvi həyatında, onun xarakterik və şəxsi keyfiyyətlərində
məsuliyyət daşıyır. Ürək duyğular və hisslər məkanıdır (ürəkdə sevgi yarandı-в сердце
вспыхнула любовь), hafizə və yaddaş ürəklə bağlıdır (ürəyindən çıxarmaq-изгнать из
сердца, ürəyindən atmaq-выбросить из сердца, ürəyindən qoparmaq-вырвать из сердца),
intuisiya mərkəzidir (ürəyimə damır-сердце чует, ürəyin səsinə qulaq asmaq-сердце
подскажет, ürəyin səsi-голос сердца, ürəyindəkini oxumaq-читать в сердцах), həm də bir
xəzinədir (ürəyinin açarı-ключи от сердца, ürəyində saxlamaq-хранить в сердце). Ürək
həm tanrı ilə əlaqə yaradan orqan (ürəyində Allah sevgisi olmaq-жить с Богом в сердце),
həm də qara qüvvələr, günah mənbəyidir (ürəyi daşa dönmək-сердце стало как камень).
“Ürək” leksemi istər Azərbaycan, istərsə də rus dilinin frazeoloji birləşmələrində fəal
işlənmə dairəsinə malik olub aşağıdakı tematik qruplar yaradır:
1. İnsan hisslərinin və halının müxtəlif çalarlarını ifadə edən frazeoloji birləşmələr.
Bunları iki yarım qrupda birləşdirmişik: müsbət və mənfi çalarlı frazeoloji birləşmələr.
Müsbət məna çalarına malik frazeologizmlər əmin-amanlıq (ürəyindən yük götürülmək-
камень с сердца свалился, ürəyi yerinə gəlmək-отошло от сердца), sevinc (ürəyi açılır-
сердце радуется), zövq (ürəyinə yağ kimi yayılmaq-как маслом по сердцу), qürur (ürəyi
köksünə sığmamaq-сердце не вмещается в груди) ifadə edir. Mənfi məna çalarına malik
frazeologizmlər say etibarilə üstünlük təşkil edib, təşviş-həyəcan (ürəyi yerində durmamaq-
сердце не на месте, ürəyi səksəkədə olmaq-сердце колотит, az qala ürəyi dayansın-сердце
замирает), iztirab (ürəyi sızlamaq-кошки на сердце скребут, ürəyi od tutub yanmaq-сердце
горит, ürəyi qan ağlamaq-сердце кровью обливается, ürəyi ağrayır-сердце болит, ürəyi
partlayır-сердце перевертывается, ürəyi çatlayır-сердце разрывается), qorxu (ürəyi ağzına
gəldi-сердце упало, ürəyi ayağının altına düşdü-сердце в пятки ушло, ürəyi yerindən
qopdu-сердце оборвалось, ürəyi titrəyir-сердце дрожит, ürəyi tık elədi-сердце екнуло)
kimi hisslər ifadə edirlər.
2. Cəmiyyət içində insanın davranışını xarakterizəedən frazeologizmlər. Bunlardan bir
qrupu müsbət məna çalarları əmələ gətirib səmimiyyət (ürəyini açmaq раскрыватьсердце,
ürəyinin qanı ilə yazmaq-писать кровью сердцa), məharət (ürəyini almaq-завоевывать
сердце, ürəyinə yol tapmaq-находить доступ к сердцу, ürəyini fəth etmək-покорять
сердце), şəfqət (ürəyinə basmaq-прижимать к сердцу) ifadə edir. Digər qrup
frazeologizmlər arzuolunmaz davranış və hərəkətləri ifadə edir: kobudluq (ürəyini qırmaq-
разбить сердце, ürəyinin başından vurmaq-уколоть в самое сердце, birisinin ürəyinə
dəymək-затрачивать сердце, ürəyinə bıçaq sancmaq-вонзать острый нож в сердце, как
ножом по сердцу, ürəyini sındırmaq-разбивать сердце, ürəyindən yaralamaq-ранить в
самое сердце, ürəyinə ox sancmaq-пронзать сердце), hirs-qəzəb (ürəyində yığdığının
hamısını demək-говорить все, что на сердце накипело), üzüntü (ürəyini üzmək-сокрушать
сердце), hiyləgərlik (ürəyinə nəzər salmaq-заглядывать в сердце, ürəyinin içinə girmək-
залезать в сердце), həyəcan-təşviş (ürəyinə xal salmaq-западать в сердце).
3. İnsanın ətraf-aləmə münasibətini göstərən frazeologizmlər. Bunlar da müsbət və mən-
fi məna çalarları daşıyırlar. Müsbət mənalar ifadə edən frazeologizmlər hər hansı obyekt və ya
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
822
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
subyektə heyranlıq (ürəyində yer eləmək-обосноваться в сердце, ürəyində iz qoymaq-
запасть в сердце, ürəyində qalmaq-запечатлевать в сердце, ürəyindən xəbər verir-за сердце
берет, ürəyinə işləmək-хватать за сердце, ürəyinə toxunmaq-брать за сердце, ürəyinə düş-
mək-пасть на сердце), sevgi (ürəyində yaşamaq-жить в сердце, ürəyi məxsus olmaq-сердце
принадлежит, ürəyindən çıxmamaq-заседать в сердце, ürəyi məşğul olmaq-сердце занято)
ifadə edirlər. Digər frazeologizmlər isə əksinə, obyekt və ya subyektə qarşı narazılıq-şübhə
(ürəyimə yatmır, ürəyimdən xəbər vermir-не по сердцу), təəssüf (ürəyinə salmaq-брать к
сердцу, ağır bir yük kimi ürəyində qalmaq-лечь тяжелым бременем на сердце), laqeydlik
(ürəyini gen saxlamaq-не принимать близко к сердцу) bildirirlər.
4. İnsanın xarakterik xüsusiyyətlərini vurğulayan frazeologizmlər. Bu frazeologizmlər
insanın müsbət (qızıl ürək-золотое сердце, ürəyi yumşaq-мягкое сердце, əyilməz ürək-
неукротимое сердце, qızğın ürəkli-горячее сердце, böyük ürəyi var-большое сердце у
кого, в ком, ürəyi yumşaq-доброе сердце, ürəyi açıqdır-сердце на ладони) və mənfi (ürəyi
buza dönmək-сердце обросло мoхом, daş ürəkli-каменное сердце у кого, axmaq ürəkli-
глупое сердце, qırılmış ürək-разбитое сердце) tərəflərini əks etdirirlər.
5. Hərəkətin tərzini bildirən frazeologizmlər. Bunlar da müsbət (əlini ürəyinə qoyub-
положа руку на сердце, ürəyinə yatan-по сердцу, ürək çırpıntısı ilə-с замиранием сердца,
təmiz ürəklə-с чистым сердцем, təmiz ürəkdən-от чистого сердца, ürək dolusu-от всего
сердца, açıq ürəklə-с открытым сердцем, ürəyinin başınadək-до самого сердца) və mənfi
(ürək ağrısı ilə-с болью в сердце, ürəyi yerindən düşmüş-с упавшим сердцем, ürək yanğısı
ilə-с тяжелым сердцем) məna çalarları ifadə edirlər.
Beləliklə, Azərbaycan və rus dillərinin frazeoloji birləşmələrində “ürək” leksemi emo-
sional hallar, hisslər, təfəkkür və insanlararası münasibətlərlə bağlı frazeoloji birləşmələ-rin
yaranmasında iştirak edir. Onun semantik xüsusiyyəti insan xarakterinin müsbət və mənfi
tərəflərini əks etdirməsindədir. Müqayisəyə cəlb olunan bu iki dildə “ürək” komponentli fra-
zeoloji birləşmələrin semantik və struktur cəhətdən bir-birinə bənzəməsini onların ortaq coğ-
rafiyaya, tarixə malik olması ilə izah etmək olar. Digər tərəfdən, insanlar dünyanın hansı nöq-
təsində olursa-olsun, onların hər birinin yaşadığı hisslər bir-biri ilə eyniyyət təşkil edir və dil-
də öz ifadəsini, xüsusilə, frazeoloji birləşmələrdə tapır.
ORXAN PAMUKUN “KAFAMDA BİR TUHAFLIK”
ROMANINDA ƏYLƏNCƏ METODU
Ülvi BABAYEV
Qafqaz Universiteti
ubabayev@qu.edu.az
AZƏRBAYCAN
Orxan Pamukun yeni romanı “Kafamda bir tuhaflık” İstanbulun son yarım əsrdəki tari-
xini səyyar satıcı Mövludun həyatı ilə paralel şəkildə əks etdirir. Sosial həyatın ən ziddiyətli
məqamları romanın mövzu dairəsini genişləndirir, küçə satıcısı Mövludun həyatı İstanbula,
İstanbul isə bütün ölkəyə - Türkiyəyə güzgü olur. Romandakı hadisələrin miqyas vüsəti və
dinamizmi gerçəkliyin bədii inikasına xidmət edir. Gündəlik həyatın çətinlikləri, sosial ziddi-
yətlər, məhrumiyyətlər Mövludun xarakterinin və mətnin məzmunundakı alt qatın açılması
üçün əyani vasitə olur. Sənətkar romanın əsas mündəricəsini obrazların həyatı ilə paralel şə-
kildə mənalandırır.
Yazıçının üslubu, nəql etmə üsulu, xarakter yaratma bacarığı, süjet rəngarəngliyi və ro-
manın ümumi poetikası əyləncə metodları ilə zəngindir. Tezisimizdə əyləncə metoduna aid
bir neçə nümunə göstərəcəyik.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
823
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Kafamda bir tuhaflık” Orxan Pamukun ən realist romanıdır. Reallığın bədii təcəssümü
ənənəvi təhkiyə və təsvir sərhədlərinə sığmır. Pamuk qələminə məxsus rəngarəng,
əvəzedilməz ab-hava başqa romanlarla müqayisə edilməyəcək qədər oxucunu özünə bağlayır.
Orxan Pamuk romanlarına xas qəribəlik, fərqli ifadə tərzi, oyunbazlıq halları ədəbiyyatdakı
əyləncə metoduna xidmət edir. Bəs, əyləncə anlayışı nədir? Əvvəla, onu qeyd edək ki, əyləncə
sözünün lüğəvi mənası “Ürəyi əyləndirəcək, könlü açacaq şey, əylənmək üçün vasitə”dir.
Ədəbiyyatda əyləncə anlayışı isə oxucunu mətnə bağlamaq üçün müəyyən, metod və
vasitələrdir. Bildiyimiz kimi XX yüzilin 60-cı illərindən etibarən cəmiyyətin bütün sahələ-
rində sürətli dəyişmə, qeyri-sabitlik təzahür etməyə başladı. Qısacası, fransız filosof Lyotarın
“postmodern vəziyyət” adlandırdığı sənaye sonrası çağın yenilikləri ədəbiyyata da öz təsirini
göstərdi.
“Kafamda bir tuhaflık” romanının ən böyük uğuru təsvir və təhkiyədəki dolğun,
çoxsəsli, dinamik və qəribə (tuhaf) ifadə tərzidir. Romanda yazıçının müşahidəsi, həyata
baxışı və mövqeyi təhkiyənin predmeti olan İstanbulun, Mövludun həyatının təsvirində öz
əksini tapır. Pamuk ilk romanı “Cevdet bəy və oğulları”ndan “Kafamda bir tuhaflık”a qədər
klassik təhkiyyədən fərqlənən modern və məxsusi nəql etmə üsulundan istifadə edir. Bu cür
təhkiyyənin klassik təhkiyyədən fərqi ondadır ki, oxucu əsərdəki hadisələrin qurama olduğunu
bilir. Ancaq təhkiyəçi o qədər orqanik şəkildə nəql edir ki, roman böyük marağa səbəb olur.
“Kafamda bir tuhaflık” ın ilk baxışda quramaçılıqla ifadə edildiyi düşünülə bilər. Lakin
yazıçının ədəbi oyunbazlığı oxucunu hadisələrin gerçəklik sehri ilə ovsunlayır. Nümunə üçün
roman belə başlayır: “Bu, boza (buğdadan hazırlanan, tərkibində az miqdarda spirt olan və
qışda içilən içki növü) və qatıq satıcısı Mövlud Qarataşın həyatının və xəyallarının hekayəsi”
(Yapı Kredi Yayınları, Orhan Pamuk, “Kafamda bir Tuhaflık”, 480 səh, səh 15) Elə ilk cümlə
oxucuda maraq oyadır. Daha sonra yazıçı Mövludun fiziki görkəmi, xarakteri və bütün həyatı
haqqında bir neçə cümləlik yığcam məlumat verir. Bu qısa məlumat o qədər maraq oyadır ki,
451 səhifəlik romanı oxumaq oxucuya ağır gəlmir. Pamuk romanın proloqu sayılan “Mövlud
ilə Rayiha Qız qaçırmaq çətin iş” adlı hissədə əsərə hadisələrin ortasından başlayacağını,
Mövludun Rayihanı qaçırdığı (1982) ildən 4 il əvvəl əmisi oğlu Qorqudun (Rayiha Qorqudun
baldızıdır) toyunda gördüyünü, 3 il fasiləsiz Rayihaya (gözlərinə) məktub yazdığını və gözəl
Rayihanın onu qəbul etməsinə çox sevindiyini nəql edir. Mövlud əmisi oğlu Süleymanın
köməyi ilə Rayihanı qaçırır və roman bu səhnədə kulminasiya nöqtəsinə yüksəlir: “... şimşək
çaxdı, bütün göy üzü, dağlar, qayalıqlar, ağaclar, hər yer bir an uzaq xatirələr kimi
aydınlandı... Həyatıboyu bu anı, bu qəribəlik duyğusunu çox tez – tez xatırlayacaqdı” (səh 18)
Bu səhnədə aydın olur ki, Mövludun qaçırdığı qız Rayiha deyil, əslində Rayihadır, ancaq
Mövludun 3 il məktub yazdığı Rayiha deyil. Proloq belə tamamlanır: “... Rayihaya qarşıdakı
adaları göstərdi. Bir gün mütləq adalara gəzməyə gedəcəklərdi. Amma bunu Rayihanın qısa
həyatıboyunca bir kərə olsun edə bilmədilər” (səh 24) Romanın proloqunu Pamukun “saf və
düşüncəli romançı” fikrinin bədii – estetik inikası adlandırmaq olar.
Romanın təhkiyəsindəki əyləncəvilik metodlarından biri də çoxsəslilikdir. Əsər müəllif
tərəfindən nəql edilməklə yanaşı fərqli – fərqli obrazların dilindən danışılır və rəngarəng
xarakterlərin ifadə tərzi ilə qarşılaşırıq. Obrazların istifadə etdiyi kəlimələrdən davranış və
hərəkətlərindəki detallara qədər fərqlilik nəzərə çarpır. Hər bir insan öz baxış bucağından
hadisələrə münasibət bildirir. Yalnız, Mövludun başına gələn hadisələr müəllif tərəfindən
ifadə edilir. Çünki Mövludun həyatı təsvir və təhkiyənin əsas obyekti kimi inikas olunur.
Qəhrəmanın həyatı digər obrazların həyatı ilə müəyyən məqamlarda kəsişir. Bu cür kəsişmə
digər obrazların mənəvi və əqli yöndən simasını əks etdirir.
Tezisimizdə bu nəticəyə gəlmək olar ki, Orxan Pamuk əyləncə metodları vasitəsi ilə
Mövludun həyatı əsasında insanın öz mənəvi saflığını qoruya bilməsinə ədəbi şərh verə
bilmişdir. Dini, siyasi, ideoloji qruplaşmaların dünyadakı mənəvi ekologiyanı zədələməsi,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
824
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
insanları bir – birinə düşman və rəqib etməsini bədii sözlə mənalandırmağı bacarmışdır.
Mövludun həyatı həm də xoşbəxtlik nədə və kimdədir?! – sualına cavab verir. Xoşbəxtlik
insanın bilmədiyi mətləblərdə gizlənmiş ola bilər. Necə ki, Mövludun xoşbəxtliyi ilk baxışda
aşiq olduğu gözəl Samihada deyil, çirkin amma qayğı və sevgi dolu Rayihadadır, İstanbul
küçələrində öz halal alın təri ilə satıcılıq etməyindədir. Müəllifin roman vasitəsi ilə demək
istədiyi bir çox mətləbləri və əsərdəki əyləncə metodlarını daha geniş şəkildə “Kafamda bir
tuhaflık” romanı haqqında növbəti yazımızda – məqaləmizdə əsaslandırmağa çalışacağıq.
“KİTABI-DƏDƏ QORQUD” DASTANINDA ŞAMANİZM İZLƏRİ
(İNGİLİS ŞƏRQŞÜNASLARININ TƏDQİQATLARI ƏSASINDA)
Rəbiyyə ŞAMIYEVA
ADU
rabiyyash@mail.ru
AZƏRBAYCAN
“Kitabi-Dədə Qorqud” dastanlarında islamiyyətdən çox-çox əvvəlki illərin izlərini
özündə ehtiva edən bir çox məqamlar vardır ki, bunlar evlənmə, ad vermə, ölüm və digər mə-
rasim və adətlərin təsvirində aydın şəkildə əks olunmuşdur. Dastanda əsas şamanizm motiv-
lərinə əsaslanan su, agac, dağ kultu, qurd totemi, müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmış
hələ də araşdırma mənbəyi kimi diqqəti cəlb etməkdədir.
“Kitabi-Dədə Qorqud” eposunu ingiliscəyə çevirən ingilis alimi Ceffri Lyuis bu dastan-
dakı islam koloritinə rəğmən əsərdə islama qədərki türk inanclarının hökm sürdüyü şaman
izlərinin olduğunu vurgulayır: ‘The dying Beyrek (Chapter 12) asks for his horse’s tail to be
cut off.’ (“ Ölərkən Beyrək (Fəsil 12) atının quyruğunun kəsilməsini xahiş edir”.) Hər fəsildən
gətirdiyi sitatlarla fikrini əsaslandırmağa çalışan müəllifin qənaətincə, türk dəfn mərasimlə-
rində üz cırma, sac yolma, qəhrəmanın atının quyruğunun kəsilməsi, döyüşdə fərqlənməyənə
qədər oğlan uşaqlarına ad verilməməsi və s. bu kimi misalların islam dəyərlərindən uzaq, şa-
manizm izlərinin təzahürü kimi qəbul edilməsi tamamilə məntiqə uyğundur.
“Dədə Qorqud Kitabı”nı ingiliscəyə tərcümə edən digər tədqiqatçı Paul Mirabil kitabın
əvvəlində yazdığı ön sözdə bu dastanı “arxeoloqların limanı” adlandırır. O, dastanda bir-birini
inkar etməyən iki dini baxışı, müxtəlif materialdan ibarət bir cüt laya bənzədərək bu möh-
təşəm sənət abidəsini, türk dünyasının ədəbiyyat günəşini, dini-tarixi baxımdan xarakterizə
etməyə çalışmışdır. O, qatlardan birini şamançılığa, digərini isə islama bənzədir.
P. Mirabil şaman qatının oxucunu geriyə, şaman adətlərinin Altay xalqları arasında daha
güclü olduğu Altay dağlarına apardığını qeyd edir. Müəllif dastandakı konkret misallara isti-
nad edərək buradakı islam motivləri ilə şamançılıq motivlərini qarşılaşdırır və dastandakı isla-
mi “forma”nın ruhunun şamançılığı yaşatdığını israrla qeyd edir: “Doğrudur, kitabda yazılır ki,
bu igid cəngavərlər (qazi, ərən) Məhəmməd peyğəmbər üçün vuruşurlar. Bununla belə, əgər
dastandakı “forma” islami təsir bağışlayırsa, onun “ruhu”şamançılığı yaşadır”.
P. Mirabile görə dastandakı cəngavərlər də karvan kimi gəlib gedir və ilahi bir istək onları
əcələ doğru aparır ki, bu zaman “bu Allahın və ya Allahların işi deyildir” deməyə ehtiyac du-
yulmur.
Şaman üçbucağının “Dədə Qorqud kitabı”nın ruhunu təşkil etdiyini qeyd edən P.Mirabil
dastanda dağlara, sulara, ağaclara edilən yalvarışların, onların yaradanlara olan ehtiramlarının
rəmzləri hesab edir.
“Dədə Qorqud kitabı” nda mədh edilən ölümün üzdə xanlar naminə olsa da əslində
allahlar üçün həyata keçirildiyini qeyd eən P. Mirabil elə bu səbəbdən də şaman türklərinin
|