I. Sözün leksik mənasının aydınlaşdırılması.
Aydındır ki, burada mənası şagirdə tam aydın olmayan və bu səbəbdən onun nitqində
işlək mövqe tutmayan sözlər nəzərdə tutulur. Şagirdə tanış olmayan hər bir söz heç də bütün
hallarda cəzbedici təsiri bağışlamır. Əgər söz şagirdi tutubsa, ona yiyələnmək istəyi, marağı
artır. Müəllim şagirdin bu məlumatlanma, yeni bilik əldə etmə marağından yararlanmaqla
təlim prosesini idraki fəallıq üzərində qurmağa səy göstərməlidir. Bunun üçün aşağıdakı iş
üsullarından istifadə daha məqsədəuyğun sayılır:
- birincisi, sözün mətn və ya cümlə daxilində hansı mənada işlənməsi ilə bağlı kiçik mü-
zakirələr təşkil edilməli, yürüdülən mülahizələr siniflə birgə iş prosesində təhlil edilməlidir;
- ikincisi, izahlı lüğətlərin köməyi ilə sözün daşıdığı məna dəqiqləşdirilməlidir.
Müşahidələrimiz göstərir ki, bəzi müəllimlərin iş təcrübəsində bu iş üsullarından hansı
məqamda istifadə edilməsi düzgün bölüşdürülmür. Məsələn, mənası şagirdə tam aydın olma-
yan, bəzən birinci dəfə rastlaşdığı sözlərin mətn daxilində kontekstə uyğun izah olunması bir
tapşırıq kimi qoyulur.
II. Sözün semantik xüsusiyyətlərinin müəyyənləşdirilməsi.
Söz elə bir çevik dil vahididir ki, tarixi inkişaf prosesində daim məna dəyişikliyinə
uğramaqla yanaşı, birləşmə və ya cümlə daxilində digər sözlərlə əlaqəyə girərkən yeni məna
çalarları qazanmaqla dilin üslubi imkanlarının genişliyinə rəvac verir. Sözün leksik-semantik
xüsusiyyətləri ilə bağlı aparılan işlər şagird nitqinin zənginləşməsi və ifadəlilik kəsb etməsinə
geniş imkanlar açmış olur. Odur ki sinif səviyyəsindən və qarşıya qoyulan məqsəddən asılı
olmayaraq, hər bir dərsdə lüğət üzrə işlərə, ötəri də olsa, vaxt ayrılmalıdır. Metodik tələb kimi
qoyulan həmin işlərin məzmunu aşağıdakı səpkidə müəyyənləşdirilməlidir:
1) Omonim və omonimik vahidlər üzərində iş;
Orta məktəb kursunda omonimlər haqqında ibtidai siniflərdən başlayaraq müəyyən
ardıcıllıqla məlumatlar verilməklə müvafiq bacarıqlar förmalaşdırılsa da, leksik və leksik-
qrammatik omonimlər fərqləndirilmədən nəzərə çarpdırılır. Məlumdur ki, leksik omonimlər
yalnız əsasən nitq hissələrinə aid sözləri əhatə edir. Bu tipli omonimlər həm eyni, həm də
müxtəlif nitq hissələri daxilində özünü göstərir. Leksik-qrammatik omonimlər isə həm əsas,
həm də köməkçi nitq hissəsinə aid sözlərə aiddir. Məktəb təcrübəsində leksik omonimlərin
leksik-qrammatik omonimlərdən fərqləndirilməməsi, daha konkret desək, leksik-qrammatik
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
808
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
omonimlərin leksik omonimlər kimi təqdim edilməsi tədrisdə çətinlik yaradan məqamlardan
biri kimi qarşıya çıxır. Odur ki, fənn müəlliminin belə hallarda izahedici şərhlərə müraciət
etməsi vacib bilinir.
Orta məktəb dil dərslərində şagirdlərin tez-tez qarşılaşdıqları dil hadisələrindən biri
omonimik vahidlərlə bağlıdır. Omoform və omoqraflar haqqında qısa linqvistik məlumatın
verilməsi şagirdləri yalnız dil hadisələri ilə bağlı elmi təfəkkürünün deyil, ədəbi tələffüz
vərdişlərinin şüurlu qazanılmasında da həlledici amil olaraq özünü göstərir. Müxtəlif mor-
femlərdən ibarət eyni yazılışa malik omoformların (məsələn, “açar” sözü kimi: aç- feilindən -
ar leksik şəkilçisi ilə düzəlmiş isim və aç- feilinin -ar qeyri-qəti gələcək zaman şəkilçisi qəbul
etmiş forması) və vurğusu dəyişməklə mənası dəyişən omoqrafların (məsələn, süzmə – süd
məhsulundan hazırlanmış yemək növünün adı və süz- feilinin -mə şəkilçisi qəbul etmiş inkar
forması; birinci halda vurğu sonuncu, ikinci halda isə birinci heca üzərinə düşür) şagirdlərə
izahı sözün leksik-semantik xüsusiyyətləri ilə əlaqədar aparılan işin mühüm tərkib elementi
kimi yerinə yetirilməlidir.
2) Sinonimlər üzərində iş.
Sinonimlər, birmənalı şəkildə, şagird nitqinin zənginləşməsində ən önəmli yer tutan
leksik vahidlər sayılır. Şagirdlərin danışıq və yazı bacarıqlarının inkişafında əvəzsiz rol
oynayan sinonimlər rəngarəng iş üsulları ilə müşahidə olunur. Nitqdə təkrarçılıqdan qaçmağa
imkan verməklə müxtəlif səs tərkibli yaxınmənalı sözlər üzərində təşkil edilən iş üsullarının
tətbiqi həmişə aktual olmuşdur. Təlim prosesində şagirdləri idraki fəallığı cəlb edən iş
üsullarının bir çoxu məhz sinonimlər cərgəsi üzərində qurulmaqla tətbiq edilir. Sinonimlərin
müxtəlif qruplar üzrə təsnifi, ümumilikdə, şagirdlərin dil və ətraf aləm haqqında biliklərini
əlaqələndirməyə optimal zəmin yaradır. Təcrübədə bu sinonimik qrupların aşağıdakı kimi
verilməsinin daha səmərəli olduğu müşahidə olunur:
yalnız Azərbaycan mənşəli sözlərdən ibarət sinonimlərin müəyyənləşdirilməsi;
yalnız alınma mənşəli sözlərdən ibarət sinonimlərin müəyyənləşdirilməsi;
Azərbaycan və alınma mənşəli sözlərdən ibarət sözlərin müəyyənləşdirilməsi.
Qabaqcıl məktəb təcrübəsi göstərir ki, sinonimlər üzərində yaradıcı işi sözlərin
quruluşca növlərinin müəyyənləşdirilməsi ilə də davam etdirmək mümkündür.
Məktəb təcrübəsində antonimlər və paronimlər üzərində aparılan işlər də sözün leksik-
semantik xüsusiyyətlərinin mənimsədilməsində ayrıca yer tutur və bütövlükdə, şagird nitqinin
hərtərəfli inkişafına xidmət edən linqvistik imkan kimi dəyərləndirilir. Bu zənginlik isə
şəxsiyyətyönlü təlimin məzmunca dolğunlaşmasına xidmət edir.
TÜRKİYƏ RESPUBLİKASININ ƏRZURUM, QARS, IĞDIR VƏ
ARDAHAN DİALEKTLƏRİNİN “DƏDƏ QORQUD” DASTANI
İLƏ ORTAQ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
Əlvan CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
elvancafarov78@mail.ru
AZƏRBAYCAN
Dədə Qorqudun 570-632-ci illər arasında, Hz. Məhəmməd (Ə.S) zamanında yaşadığı
rəvayət edilmişdir. "Ozanların Piri" və ya "Ozanların Başı" olaraq da bilinən Dədə Qorqudun,
(mənən) Hz. Məhəmmədin xeyir-duasını aldığı və Oğuzlara İslam dinini öyrətdiyi də bu
rəvayətlərlə günümüzə qədər çatmışdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
809
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məşhur türk dialektoloq alimi professor, doktor Ahmet Bican Ercilasun Şərqi anadolu
dialektləri haqqında yazır: "Şərqi Anadolu və Azərbaycan əvvəllərdən uzun illər boyu eyni
siyasi taleyi paylaşmışdır. Türk axını və yerləşmələrindən əvvəl buralarda yaşayan yerli
əhalinin bir qismi hələdə varlıqlarını qoruyub saxlamışlar"
Yigitliginə usanmadın canıma yazıx! – dedi,
yumru-yumru ağladı, yanıq cigərcigini dağladı
Aslanıñ alnın gözədüb bir yumruq eylə urdı
kim, yumruq çənəsinə toqundı, ovatdı.
Dədə Qorqud dastanından gətirdiyimiz bu nümunədə yumru-yumru kəlməsi morfoloji
cəhətdən mürəkkəb zərfdir. Qars ili dialektindəYumri-Yuvarlak Ardahan İli dialektlərində isə
bu söz Gobbuz şəklində işlənərək yumruq mənasını verir. Ərzurum İli dialektində yurmuh
şəklində. Qars və Iğdır azərilərinin dialektində isəyumul, yum feli+ul şəklində işlənərəkəyil-
mək mənasını verir.
Öylədən soñra evinə gəldi, gördi kim, oğrı köpək, yekə dana evini bir-birinə qatmış,
tavuq komasına, sığır damına dönmiş; Gətürdilər, doñuz damına həbsə saldılar. Dədə Qorqud
dastanından olan bu nümunədə koma və dam isimləri hin və pəyə mənalarını verir. Qars ili
dialektində Dam ismi ev mənasında və koma ismi isə qoyun ağılı mənasında. Ərzurum İli
dialektində isə kom-xüsusi bağ evi, üstü örtülü qoyun pəyəsi, qışlaq. Qars və Iğdır azərilərinin
dialektindədam< dām: ev mənasındadır. Ardahan ili dialektlərində Kom- Hayvan ağılı
(Heyvan ağıla-heyvanların salındığı yer) mənasını verir.
Qadir səniñ alnıña qada yazsın, çoban! – dedi.
Bu nümunədə qada ismi bildiyimiz qada-bəla mənasındadır. Qars ili dialektində qada-
qəza, dərd-bəla mənasında, Qadan alem şəklində işlənədə bilir. Qars və Iğdır azərilərinin
dialektində ġadañ< a ā: dərt, qəza şəklində və ġadan< -ka+-dan, adan: kadar şəkillərində
də işlənir Ərzurum İli dialektindəisə qada-bəla mənasında və təmir etmək məqsədi ilə iki
parçanı birləşdirib tikmək mənasında da işlənir. Ardahan ili dialektlərində Gada-bela, dert,
Gadan alem: Dertlerini ben üstüme alayım. (Qada-bəlan mənə gəlsin mənasında) şəkillərində
işlənməkdədir.
Qabaq qaldırdı. Qazanıñ yüzinə doğrı baqdı. KDQ-dən gətirdiyimiz bu nümunədə
qabaq isim kimi işlənərək insanın sifəti, üzü mənasındadır, yəni üzünü qaldırıb baxdı. Qars ili
dialektində Qabaq//gabah və Qars və Iğdır azərilərinin dialektində dəişlənərək ön tərəf
mənasını verir.
Yaylar olsam, mənim gorum olsun!
KDQ dastanından olan bu nümunədə gor ismi işlənmişdir. Bu dialektik söz Qars ili
dialektindəGor-Məzar, Ərzurum İli dialektində də gor ismi məzar, gorbagor, gor-ba-gor zərfi
toplu məzar,gorluk, gor-luk//luq ismi cənazə üçün yığılan pul,gorhana, gor-hana//xana ismi
isə məzarlıq mənalarını verir. Ardahan ili dialektlərində Gor-Mezar (məzar)
Gözçigözlədi. Gördi kim, at Bəkiliñ, Bəkil üzərində degil, KDQ-dən olan bu nümunədə
göz ismindən gözçi,Göz+çi ismi və gözlə,göz+lə feli yaranmışdır. Bu sözlər Şərqi
Anadolunun məsələn, Qars ili dialektində gözde-beklemek. Qars və Iğdır azərilərinin
dialektində isə gözde-gözetmek, korumak şəkillərində işlənir.
Bir oğul uçurduñsa, degil maña,
Külünglə yıqdırayım!
KDQ dastanından olan bu nümunədə Külüng ismi işlənmişdir. Ərzurum İli dialektində
külüng//külink-varyoz qazma aləti. Qars ili dialektində isə külüng-çabuk, tez (at üçün) zərf
kimi işlənir.
Kəsilsün oğlan əmən süd damarım yaman sızlar. dastanından olan bu nümunədə yaman
sifəti pis, çox ağrılı mənalarını verir. Qars ili dialektində yaman-kötü mənasındadır. Bu söz Qars
və Iğdır azərilərinin dialektində də işlənir.yaman-qorxunç, pis, xoş olmayan mənalarını verir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
810
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Dünya şirin, can datlu!” dedilər: dastanından gətirdiyimiz bu nümunədə şirin və tatlu
sifətləri işlənmişdir. Bu sifətlər Şərqi Anadolunun bir sıra dialektlərində də işlənməkdədir.
Məsələn, Qars ili dialektində şirin,-tatlı Ərzurum İli dialektində şire//şirin//şiren -şira, şirin,
güzel şirin. pekmez.
Bütün bu yazdıqlarımdan belə bir nəticəyə gəlmək olar ki, Kitabi-Dədə Qorqud
dastanının dili ilə Türkiyə Respublikası Şərqi Anadolu dialektlərinin dili, morfologiyası
demək olar ki, çox yaxınlıq təşgil edir. Bu da dastanın bütün türklərin dastanı olmasını və
əsasən də bu bölgələrə aid olmasını əyani olaraq sübut edir.
"AZƏRBAYCAN DİLİ" FƏNNİNİN KURİKULUMLA TƏDRİSİNİN
ƏHƏMİYYƏTİ
Fəridə NAĞIZADƏ
Qafqaz Universiteti
feride.nagizade93@gmail.com
AZƏRBAYCAN
Ana dilinə yiyələnmənin təməli ailədə qoyulur. Ana dilinin köməyi ilə ətraf aləm haqqında
müəyyən təsəvvürlərə sahib olan uşaqlar bu dövrdə söz ehtiyatlarını zənginləşdirir, əşya və
hadisələr haqqında fikirlər söyləməyə cəhd göstərir, başqalarının fikirlərini anlamağa çalışırlar.
Daha sonra məktəbdə bu iş daha mütəşəkkil şəkildə davam etdirilir. Ana dilnin öyrənilməsi
şa-girdlərin ünsiyyət qabiliyyətinin-nitq mədəniyyətinin inkişafına xidmət etməklə yanaşı,
şagird-lərin dilimizin səs sisteminə, leksik-qrammatik xüsusiyyətlərinə yaxından bələd olmasına
şərait yaradır.
Bu fənnin necə tədris olunması fənnin oyrənilməsində, qavranılmasında mühüm amil-
dir. Əvvəllər müəllimlər biliyi şagirdlərə hazır şəkildə ötürürdülərsə, Milli kurikulum konsep-
siyasının tətbiqindən sonra öyrətmə yeni bir istiqamət almışdır. Müəllimin bələdçi mövqeyi
yalnız istiqamət verməyə imkan verir, şagird tədqiqatçı rolunu alıb özü oyrənməyə can atır.
Bu proses şagirdlərin dərsə marağını daha da artırır.
Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası - Milli kurikulum ictimai-
siyasi, mədəni həyatın qloballaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun
artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna
əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil
səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi
olan insanın formalaşdırılmasına yönəlmişdir.
Tədrisdə yeni fənn kurikulumlarının tətbiqi uşaqları fikirlərini sərbəst şəkildə ifadə
etməsinə şərait yaradır. Tədrisdə yeni milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun
məzmunda dərsliklərin tətbiqi uşaqları düşünməyə, düzgün nəticə cıxarmağa vadar edir.
Kurikulumda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas
diqqət nəticəyə nail olunduğunu göstərmək üçün şagirdin nümayiş etdirməli olduğu
fəaliyyətlərə yönəlib. Bu, bacarıqlar şəklində müəyyən olunan standartlar və bunların yerinə
yetirilməsini təmin edən alt standartlar sistemi vasitəsilə ifadə olunur. Məzmunun belə
müəyyənləşdirilməsi şagird fəaliyyətinin ardıcıl olaraq izlənilməsinə, onların nailiyyətlərinin
müntəzəm olaraq qiymətləndirilməsinə imkan yaradır.
İbtidai təhsil pilləsində əlifbanın öyrənilməsi, oxu və yazı texnikasının, hüsnxət qayda-
larının, düzgün, sürətli və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lügət ehtiyatının
tədricən zənginləşdirilməsi, ən zəruri qrammatik qaydaların və ədəbi tələffüz normalarının
öyrənilib tətbiq olunması, ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqı-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
811
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
nın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anla-
yışların yaradılması təmin olunur.
Təlim digər dillərdə aparılan məktəblərdə Azərbaycan əlifbasının, çoxişlək sözlərin, söz
birləşməsi və cümlə modellərinin, ən zəruri nitq etiketlərinin, tələffüz və yazı qaydalarının
mənimsənilməsi təmin olunur, şagirdlərdə dinləyib anlama, düzgün və sürətli oxu, ilkin şifahi
nitq və təcrübə bacarıqları formalaşdırır.
Ümumi əsas təhsil pilləsində şagirdlərdə ifadəli və şüurlu oxu, aydın, səlis, düzgün şifa-
hi və yazılı nitq vərdişlərinin inkişaf etdirilməsi, nitqin leksik, qrammatik və üslubi cəhətdən
zənginliyi, təcrübi baxımdan əhəmiyyətli olan dilçilik anlayışları və qaydalarının mənimsənil-
məsi, dil hadisələri zəminində şagirdlərin idrak fəaliyyətinin və ünsiyyət bacarıqlarının inki-
şafı, şagirdlərdə ana dilinə məhəbbət və hörmət hissinin formalaşdırılması təmin edilir.
Azərbaycan dilinin praktik öyrənilməsi üçün zəruri fonetik, leksik, qrammatik
xüsusiyyətlərin, dil və nitq vahidlərinin məna və intonasiyasının mənimsənilməsi, şüurlu və
ifadəl oxuya, nitqin müxtəlif forma və tiplərinə dair bacarıqların, dövlət dili kimi Azərbaycan
dilinə hörmət və məhəbbət hissinin formalaşdırılması təmin olunur.
Ümumi orta təhsil pilləsində isə əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri inkişaf
etdirilməklə ədəbi dilin üslublarından istifadə imkanlarının genişləndirilməsi, şifahi və yazılı
nitq prosesində nitq mədəniyyətinin tələblərinə riayət edilməsi, natiqlik vərdişləri element-
lərlərinin yaradılması təmin olunur.
Əsas təhsil pilləsində müəyyən olunmuş fəaliyyətlər inkişaf etdirilməklə nitq müxtəlif
üslublarda dəqiq və düzgün qurmaq, Azərbaycan dilində düşünmək, ünsiyyət məqamına görə
fikri sərrast ifadə etmək, zəruri yazı qaydalarını tətbiq etmək bacarıqları formalaşdırılır.
Bir-biri ilə bağlı olub bir bütöv-sistem təşkil edən bu pillələrdə görülən işlər "Azərbay-
can dili"fənninin tədrisini reallaşdırır.
"Müəllim bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələrin öz-
özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan, bələdçi olmalıdır". A.
Karrelin vaxtilə dediyi bu sözlər Milli kurikulumun mahiyyətini, əhəmiyyətini tam dolğunlu-
ğu ilə özündə əks etdirir.
AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ
ETİKASI: REALLIQLAR VƏ GÖZLƏNTİLƏR
Vüsalə QULİYEVA
Bakı Slavyan Universiteti
vusale-famil@mail.ru
AZƏRBAYCAN
Azərbaycanda da jurnalist fəaliyyəti əksər ölkələrdə olduğu kimi müxtəlif normativ hü-
quqi aktlar və qanunlarla tənzimlənir. Bu qanun və qaydalar konkret situasiyalarda jurnalis-
tlər üçün sərhədləri müəyyənləşdirir, onların məsuliyyətini artırır. Milli qanunvericiliyimizi
bu baxımdan təkmil hesab etmək olar. Belə ki, ölkəmizdə söz və mətbuat azadlığına təminat
verən, kütləvi informasiya vasitələrinin (KİV) sərbəst və maneəsiz fəaliyyətinə imkan yaradan
kifayət qədər qanunlar mövcuddur. Ali qanunverici sənədimiz olan Azərbaycan Respublika-
sının Konstitusiyasından başlayaraq, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya
əldə etmək haqqında” və s. qanunlar jurnalistlərə öz peşə fəaliyyətini həyata keçirmək üçün
kifayət qədər hüquqlar verir.
Lakin bəzən jurnalistlər onlara verilən bu hüquqlardan sui-istifadə hallarına yol verirlər.
Bu baxımdan, milli qanunvericiliyimiz bir sıra məqamları qadağan edir və bunun qarşısını al-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
812
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
maq üçün məsuliyyət tədbirləri nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyası-nın
47-ci maddəsi irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol
vermir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu infor-
masiya azadlığından sui-istifadəni yolverilməz hesab edir.
Jurnalist fəaliyyətində elə məqamlar da var ki, onlar heç bir qanunla tənzimlənmir və sırf
əxlaq və vicdanla bağlıdır. Bu mənada etik prinsiplər jurnalist fəaliyyətinin ayrılmaz tərkib
hissəsidir. Yüksək peşəkarlıq, bilik, bacarıq və cəsarətlə yanaşı, cəmiyyət qarşısında daşıdığı
məsuliyyəti dərk etmək və etik normalara əməl olunması jurnalistin mənəvi borcudur.
Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da jurnalistlərin etik davranış
qaydaları birdən-birə yaranmayıb, müəyyən dövrlərdə formalaşaraq hazırkı şəklini alıb.
Azərbaycan jurnalistlərinin peşə etikası ənənələrindən danışarkən XIX əsrdə yaşayıb-
yaratmış görkəmli publisist və jurnalistlərimizin adını çəkməmək olmaz. M.F.Axundov, H.
Zərdabi, Ü.Hacıbəyli, C.Məmmədquluzadə və başqaları yaradıcılıqlarında etik normalara daim
diqqət yetirmişlər.
1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən jurnalistlərin peşə etikası kodeksi
qəbul edilib. Lakin cəmiyyət dəyişdikcə jurnalistlərin qarşısında duran etik prinsiplər də dəyi-
şib və müstəqilliyimizin ilk illərində qəbul edilmiş bu kodeks öz əhəmiyyətini itirib. 2003-cü
ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydaları” qəbul edilib. Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, informasiya qaynağına say-
ğılı yanaşmaq, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, jurnalistin özünün
və çalışdığı orqanın reputasiyasını qoruması kimi prinsiplər bu sənədin başlıca müddəalarıdır.
Bu gün Azərbaycan jurnalistlərinin böyük əksəriyyəti tərəfindən “Azərbaycan Jurnalistlərinin
Peşə Davranışı Qaydaları”na əməl olunur. Üstəlik son illər bu sahədə müsbət irəliləyişlər də
müşahidə olunmaqdadır. Belə ki, KİV nümayəndələri tərəfindən etik davranış qaydalarına
əvvəlki illərə nisbətən daha çox əməl olunur, Azərbaycan jurnalistləri müxtəlif yaş tərkibinə
və dünyagörüşünə malik oxucuları (tamaşaçıları və ya dinləyiciləri), ümumiyyətlə cəmiyyət
qarşısında məsuliyyətlərini daha çox dərk edirlər.
Bununla belə, hələ də Azərbaycan KİV-də etik davranış qaydalarının pozulması halları-
na rast gəlinir. Bu gün Azərbaycan jurnalistikasının etika ilə bağlı başlıca problemi informasi-
ya mənbəyinin göstərilməməsi ilə bağlıdır. İnformasiya mənbəyinin göstərilməsi mühüm
beynəlxalq doktrinaya çevrilsə də, hələ də dünya KİV-lərində, eləcə də Azərbaycan jurnalis-
tikasında bu prinsipin pozulması halları qalmaqdadır. Televiziya və radio kanalları ilə müqa-
yisədə ölkəmizdə fəaliyyət göstərən qəzet və informasiya portallarında yerləşdirilən bəzi mə-
lumatların mənbəyi göstərilmir, “etibarlı mənbənin verdiyi məlumata əsasən”, “məlumatlı
mənbənin bildirdiyinə görə” kimi ifadələrdən istifadə olunur. Mənbəyi bilinməyən məlumat-
lar inandırıcı olmadığı kimi jurnalisti də nüfuzdan salır, oxucuların inamını azaldır. Bəzən
anonim mənbə ənənəsi jurnalistlər tərəfindən qeyri-əxlaqi məqsədlər üçün də istifadə olunur.
Azərbaycan jurnalistikasında etik davranış qaydalarının pozulması ilə bağlı diqqəti cəlb
edən başqa bir məqam KİV nümayəndələrinin şəxsi həyatın toxunulmazlığı prinsipini pozma-
sıdır. Bu özünü daha çox tanınan şəxslərə - siyasətçi, dövlət məmuru və incəsənət xadimilə-
rinə münasibətdə göstərir. Bəzi KİV-lər şəxsi həyatın toxunulmazlığı prinsipinə əməl etməyə-
rək başqalarının şəxsi həyatına dair faktları ictimai maraq kəsb etmədiyi hallarda belə açıqla-
yırlar. Bundan başqa, kriminal xarakterli məlumat və məqalələrdə zərərçəkən şəxslərin, cina-
yət törətmiş azyaşlıların adlarının və fotoşəkillərinin göstərilməsi halları hələ də qalmaqdadır.
Bununla belə, bu sahədə əvvəlki illərlə müqayisədə ciddi irəliləyişlər var.
Plagiat həm hüquqi, həm də etik baxımdan yolverilməz olduğu halda, ölkə mətbuatında
bəzən bu prinsipə də əməl olunmur. Azərbaycan jurnalistikasında plagiata daha çox informa-
siya agentlikləri məruz qalır. Belə ki, bəzi qəzet və informasiya portalları agentliklərin məlu-
matından onlara istinad etmədən istifadə edirlər və s.
|