boyaçı - göz boyaçı: üstün görü işləyən. üstün gör işləyən. başı soyuq. yaldızçı. yalandan işçi. solayçı. qolayçı.
boyağçı səpici.
boyalamaq boya sürmək. ləkələmək.
boyama - göz boyama: bəzək. yalandan iş. yaldız. üstün görü iş. üstün gör işləmə. solaylama. qolaylama. - onun diplomu bir yaldızdır. - içi təzək, üzü yaldız.
boyunca boyca. boyna. boyca. uzuna. uzana. uzuca. boydan. - tarlayı boyunca ölçmək. - bulvar boyunca ağac tikmək.
boyunduruq cüt heyvanlarının, mal arabasını, daşqasını çəkən heyvanların boynuna keçirilən girdə çərçivəli ağac halqa. arabanın oxları bu çərçivəyə bağlanılır.
- boyunduruq altında yaşamaq: güc, zor, təhəkküm keçirmək, yaşamaq.
- sığırların boyunları altından keçirilib, boyunduruğagömülən, soxulan yarım girdə həlqə ağac: gömüldürük.
- bir ucu sabana bağlanmış öküz boyunduruğu: yuğ.
boyun {boynun arxasına "ənsə", önünə "boğaz" deyilir}. boynun kökü. hər nəyin qalın yeri: yal. 1. qabların dar, uzun bölümü. - sürəhi boyunu. 2. təəhhüd. məsuliyyət. - bu iş mənim boynuma. 3. ka təsdə. dəsdə. tutamaq. sap. orum. hörüm. örum. hörüm. urum. kəsim. - birörümot: bi örum ot. bir oraqta biçilən ot.
- boyunatqısı: çal. şal. çəlmə.
- suçluların boyunlarına vurulan qalın tumruq: qanğ.
- quşun boyun həlqəsi: qamut. hamut.
- boynaalmaq: zamin olmaq. mütəəhhid olmaq.
- boyunəğmək:boyunbükmək: yalvarmak.
- boynıəğri: möhtac.
- boyunolmaq: boynalmaq. ötəvlənmək. ödəvlənmək. öhdələnmək. zəmməsinə götürmək.
- boyun: - boyununaqoymaq: boynatdırmaq. ötəvləndirmək. ödəvləndirmək. öhdələndirmək. zəmməsinə qoymaq.
- boyuna taxılan həlqə: gömüldürük.
- boyunuzatmaq: təslim olmaq.
- boyun buran: sarı asmıya (üzümə) bənzər bir quş. şıqraq. köçgən.
- boyun borcu: fərizə. vacib olan nərsə.
- boyunçənbəri: köprücək deyilən gəmiklərinin üstündəki çuxur.
- boyunqaşımaq: düşünmək. utanmaq. utanıb başın aşağ salmaq.
- boyun kəsmək: boyun vermək: boyun əğmək. tab' olmaq.
- boyunaölçmək: boylamaq.
boz topraq, dəvə tüki boyalı nərsə. ışıltılı, bərraq olmayan. tonuğ. donuğ. dumanlı. tüssüli. bulutlu. soluq. - donuğ sırça.
- boz parça.
- bozqır: bozamtıl qır. boza çalar qır.
- bozaçalar: bozca. bozumsi.
- qızıl ilə boz arasında olan boya: qula.- qola saçlı kişi. - qola at. səmənd.
boza1. ( z <> y ) boya. çüvüt. süyüt. suyut. rəng. boyuq. boduq. önğ. çalı. tüka. tülük. - nə tülük atdı o. 2. əkşidilmiş, təxmir olunmuş nərsədən düzəlmiş süci, şərab. suçu. axsım (< axıdan. ağdıran. əsridən. kefləndirən).
bozağılamaq bızlamaq. bizovlamaq.
bozağılıq1. üç il işlənməyib heyvan yayılan tarla. - bozağılıq pozmaq: böyləliklə sürülməmiş talanı açmaq. 2. otlağın, çayırın dördüncü, son biçilməsi.
bölmə1. kəsmə. fəsl. - ilin dörd bölümü var. 2. təqsim. 3. təfriq. 4. bölünti. təqsimat. həsəq12. 5. qəfəs.
- iki qəfəsli otaq.
- qəfəsdə hələ çox qadın var(qadınları kişilərdən ayıran bölmə).
bölşən ölşən. payçı. səhamdar. hissədar.
bölük1. öbək. öpək. obaq. oba. yığın. top. uruq. vuruq. ırıq. ılıq. ilik. boy. şö'bə. qoltuq. şö'bə. bucaqda yerləşn nərsə. 2. san. kəsik. parça. qətə. - sansan: parça parça. yırıq yırıq. cırıq cırıq. - sansan olmuş ürəyimdən xəbərin yoxdu sənin. 3. qanat. qısım. parça. cüz'.
- bölükgöz: börək göz. bərək, bələk göz. ala göz. böyük iri badam göz.
- nərsəninbirbölüyü: danğ.
- qoltuq tükan, bang, meyxana, baqqal: çüçənin bir bucağında, döngəsində olan tükan. - el bölükbölük (öbək öbək. obaq obaq. oba oba) oturmuşlar. - evləri var obaoba (öbəköbək.öpəköpək). - ayrılmışbölük: qutra. qotra. bandıra. mandıra. bağuq. bağus. bağuş. çitəş. çiqtəş.
- bölükağası: jandarma yüz başısı.
bölüm oda. dayrə. ulam. takım. əl. qol. dəsd. - bölükbölük: ulam ulam: takım takım. əl əl. qol qol. dəs dəs.
börəkböyrək (< burmaq). 1. xəmiri burub içinə ət, göy gövərənti qoyulan yemək. - sığara börək. - püf börək. - su börək. - qiyməli börək. - pənirli börək. - tatar börəyi. 2. böyrək. kek.
- börəkgöz: bölük göz: bərək, bələk göz. ala göz. böyük iri badam göz.
börk kələk. kisə.
- qulalığıolanbörk: qulaqçin. - qutarmabörq: öndə arqada iki qanadı olan börq.
- torbörk: hörük kimi yapılmış börk.
- başa qoyulan dəmir börk: toğulğa. tavulğa. miğfər.
- subörki: ilk öncə sıcaq suya daldırılmış qalınca yufqalardan yapılmış börk çeşiti.
- börkqapmaq. başqasının haqqına iyələnmək.
- dəridən sarıqsız, düz börk, baş geyimi: qalpaq.
böylə1. ortalığı götərən söz. bu türlü. bunun kimi. bu yolda. bu tərzdə. "böylə" yaxın ortağı göstərir. {"öylə" uzaq ortağı göstərir. "şöylə" orta ortağı göstərir}. - böylə yap. - böylə söylə. 2. salt. ancaq. yalnız. bu qədər ki.
- bu çeşit. - böylə kişi. - böylə hava.
- şöyləböylə:1. ikisi ortası. olduqca. 2. hərnə cür, hərnə tür olursa.
- bundanböylə: bundan sonra.
- böyləcə: bu üzdə. bu yolda. elə bu türdə. - böyləcə söyləyəcəyim.
- böyləlik: bu yolda. bu üzdə. bu gediş. bu tərzdə. - böyləliklə iş görülməz.
böyrəkbörək (< burmaq). 1. xəmiri burub içinə ət, göy gövərənti qoyulan yemək. 2. börək. kek.
- qaqırdaqböyrəyi: qıqırdaq.
böyücək1. az böyük. çox böyük olmayan. 2. (# olduqca böyük. olanlar içində ən böyük).
böyümək gəlişmək. övkələnmək. yoğlanmaq. öğlənmək. huşlanmaq. ağıllanmaq. öncədən anlamayıb sonradan anlamaq. gəlişmək. yetişmək. boy atmaq. - gəlişmiş ağac. - uşağın öqlənməsi çox çəkər. - öqlənməmiş evlənən ev yıxar, öqlənibsə evlənir, ev yığar.
böyürbögür. yan.
- dağbögri.
- əliböyründəqalmaq: əli qoltuğunda qalmaq. acizləmək.
böyüri bögri. bögüri.
böyürlübögürlü. (heyvan üçün) yanlı yanaqlı. uzun. boylu.
böyüş bitiş. yetiş. nəmov.
böyütmə ağırlama.
böyütmək1. böyüməsinə qulluq edmək. yetişdirmək. bəsləmək. becərtmək. tərbiyət edmək. - bu cocuğu mən böyütdüm. 2. şişirtmək. yekətmək. mubaliğə edmək. - işi böyütdülər. 3. ulatmaq. öğmək. tə'zim edmək. təqdis edmək. ululamaq. ağırlatmaq. tə'zim edmək. ikram edmək.
böyütü ulatı. təkbir. öğüş. təqdis
böyütülmək1. böyüməsinə qulluq olunmaq. yetişdirilmək. bəslənmək. becərtilmək. tərbiyət olunmaq. - bu cocuğ kim ilə böyütüldü. 2. şişirilmək. yekətilmək. mubaliğə olunmaq.
bu "bu" yaxını göstərir. "o" uzağı göstərir. "şu" ortalığı göstərir. - buki: ehtimal ki.