Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


bıqdıran bıqdırı. usandırıcı. usandıran. usdıran. bezdiri. bezdirən. bıqdırı



Yüklə 12,74 Mb.
səhifə13/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

bıqdıran bıqdırı. usandırıcı. usandıran. usdıran. bezdiri. bezdirən.

bıqdırı bıqdıran. usandırıcı. usandıran. usdıran. bezdiri. bezdirən.

bıqıq bıxıq. beziq. biziq. təzyiq. sıxlıq. fişar.

bıqılmaq bezgilmək. usanılmaq.

bıqındı bıkındı. turğunluq. durğunluq. yorqunluq. utanış. usanış. - onun bir durğunluğu vardır.

bıqınmaq bıkınmaq. usanmaq. bezginmək. bezikmək. didinmək. tirtinmək.

biqinmək bikinmək.ağınmaq. dolunmaq. tıxınmaq.

bıqış 1. bıkıntı. bezmə. beziş. usanc. 2. tənəffür. nifrət.

bıqışmaq bezişmək. usanmaq.

bıqıt pıkıt. quyuq. kifir. kəsif. qatıl. qalın. aşıq.

bıqıtlıq bıkıtlıq. pıkıtlıq. pıxtılıq. quyuqluq. quyuluq. kifirlik. kəsafət. qatılıq. qalınlıq. aşıqlıq.

biqitmək bikitmək.ağıtmaq. doldurmaq. tıxmaq.

bıqqınmaq boğumsanmaq. bunğalmaq. bunalmaq. - dumandan bunaldı.

bıqma sümük.

bıqmaq 1. yağlı yeməkdən bıqmaq. yalqmaq. yağqılmaq. qanmaq. 2. yalqmaq. yanğılmaq. qanmaq. yağlı yeməkdən bıqmaq.

bıqmış bıkmış. 1. turğun. durğun. yorqun. utanclı. usanclı. usanmış. - onun durğunun görməmisən. 2. bezgin. üzgün. usanmış. mə'yus.

bıqtırmaq keçəl edmək. keçələmək: bezdirmək. bezikdirmək. boğumsatmaq. bunatmaq. bunğatmaq.- duman bizi bunaltdı.

bilan belən. bilən. 1. dağ belindən keçən yol. 2. atın boğazına vurulan gülpəsər.

bildə 1. xəbər. - bildəsiz: xəbəsiz. - bildəli: xəbərdar. - bildəliklik: xəbərdarlıq. 2. ixtar.

bildək - daşı: imən daşı: nişan daşı.

bildələmək ixtar edmək.

bildəşmək bilgişmək. tanışmaq. danışmaq. - bir görüşdə tanışdıq.

bildik tanıdıq. sınar. bir soydan olan. - heyvan sınarına çəkər.

bildik 1. aşna. aşina. aşnaq. aşqan. aşıqan. (< aşılanmış: bəllənmiş). aşınaq. aşınqan. tanıdıq. bilinən. mə'ruf. məarifəli. 2. aqah. mütəlle'.

bildinğ bəlli. tanış. xodi.

bildirçin son yaza yaxın axlanan bir quş.
- bildirçin qılavuzi: ərkəyi.
- bildirçin oti: hinddən gələn bir ağılı ot.

bildiri anğlatı. e'lan.

bildirilmək anladılmaq. təfhim edilmək. e'lan edilmək.

bildiriş anlatma. anlatı. e'lam. xəbərdarlıq.

bildir buldur. keçən il.

bildirmə ittila'.

bildirmək bəllətmək. öğrətmək. tanıtdırmaq. tanıtmaq. anlatmaq. - kəndisin tanımırdım, kimsədə tanıtmadı.
- sanıları cocuğa bəllətdik. - alfabeti uşaqlara bəllət.

biləgi biləqu. kəsici aracları ititmə ayqıtı. - biləgi çarxı.
- biləgi daşı.
- biləgi qayışı: bərbərlərin ülgücü sürtüb ititən qayışı.
- biləgi dəmiri: sallaxın, qəssabın pıçaq ititmək üçün çəlikdən olan ayqıtı.

biləkcə biləyə taxılan bağ, bənd. güləpçə.

bilək 1. dirsəkdən aşağı, qol ilə əl arasında olan oynaq bölük. 2. bilgi. bilgəc. 3. bilənmiş. kəsgin. sarım. salım. iti.
- biləkləri (at): bukavlı. bokavlı. buxovlı.
- at biləyi: buxaqlıq.
- bilək kimi axmaq: bulaq kimi axmaq. bol axmaq.
- ayaq biləyi.

bilə belə. 1. birlikdə. bərabər. - onun bilə gəldim. 2. hətta. vəlov. - bir cocuq belə bunu bilir. - ind gəlsə belə karı yoxdu.

bilən belən. bilan. 1. dağ belindən keçən yol. 2. atın boğazına vurulan gülpəsər. 3. oxumuş. yetin. bilgin. alim. kamil. kəmallı.

bilənmiş bilək. kəsgin. sarım. salım. iti.

bilərək tayaqan. dayaqan. tayın. qəsdən. istərək.

biləyi - biləyi daş: bilöv daşı. su daşı. sulama daşı.
- kiçik, biləyi, əl ursi: sava.

biləzik (< bilək üzüyü). 1. biləyə taxılan halqa, çəmbər. 2. heyvanların ağzına vurulan halqa. 3. topun qalın çəmbəri. - ayaq biləziyi: ərəb qadılarının ayaq biləyinə taxıdıqları çəmbər. xalxal.
- biləzik daşı: quyunun ağzına qoyulan, ortası dəlik daş. daşdan quyu halqası.

bilgə 1. bilgin. bilgili. alim. 2. qulağı dəlik. aqah. zirəng.

bilgəc 1. bilək. bilgi. 2. bilgin. alim.

bilgəmək bəlləmək. bəlgəmək. yerləmək. nişanlamaq.

bilgi bilmə. bilgu. bilək. bilgəc. bilmə. ilim. elm. mə'rifət. viquf. Ulum. biliş. bilim. elm. tuyum. duyum. tuyğu. duyğu. aqahi. mə'lumat. - duyğusı çox kişi.

bilgic bilgi taslayan. alimlik satan. alimklik savında olan.

bilgiclik bilgin, alim qılığı daşıyan kimsə.

bilgili bilgə. bilgin. alim. tuyar. duyar. tuyqulu. duyğulu. tuyumlu. duyumlu. mə'lumatlı. - duyğulı kişi.

bilgilik nişan. əlamət.

bilgin bilgə. bilgili. alim. bilgəc. alim.

bilgir yetik. müttəle'.

bilgisiz dərksiz. tuyqusuz. duyğusuz. tuyumsuz. duyumsuz. mə'lumatsız. xəbərsiz. - duyğusuz baş, ayaqla, əl ilə güdaza gedər. - duyğusuz baş ucalsada, göydə qalmaz.

bilgişmək bildəşmək. tanışmaq. danışmaq. - bir görüşdə tanışdıq.

bilik əğl. - sağ bilik bilin. - bilik (hikmət. mə’rifət. ağıl) öğrənin. - sivir ağıl: ağlı dar.

biliksiz - biliksiz: görgüsüz. dənəmsiz. təcrübsiz. alışmamış. toy. əcəmi.

biliq - yarım bilikli: yonğa. savadsız. - dəmir yonğası: dəmir talaşının irisi.

bilim ağartı. mə'rifət. ağartu. tanu. maarif. elm. bilmə. biliş. bilgi. Ulum.

bilinmədik bilinmiyən. tanılmayan. namə'lum. məchul.

bilinmək tanılmaq.

bilinməz bilmədik. na mə'lum.

bilinmiyən bilmədik. - bilmədikmi öğrənmək istirəm.

bilir bulur. bəlir. məşhur. - bilir: kar aşna.

bilirsiz bulursuz. bəlirsiz. məcvhul. bəlirsiz.

biliş 1. bilmə. bilgi. bilim. elm. anlayış. ürfan. mə'rifət. mə'lumat. hünər. 2. ittilaat. tanıq.

bilişmək tanışmaq. birbirin bilmək, öğrənmək. - kim olduğumuzu birbirimizə soraraq bilişdik.

bilkəs bilqeys. ağıllı. əkəç.

bilqeys bilkəs. ağıllı. əkəç.

bilqi bilgi. bacarıq. ada. adaq. (< edmək).
- bilgivi işə salsan, yaşamda yer tutarsan: işə yaramaq. yer tutmaq.

bilqin bilgin. bilən. oxumuş. yetin. alim. kamil. kəmallı.

bilqisər12 ittilaat. kaqebe.

bilqişmək bilgişmək.qoxuşmaq. iyləşmək. dilləşmək. tanışmaq.

bilqsək qadının göğüsü ilə boynu arasında boyunbağ taqılan yeri.

bilqu bilgi. bilmə. ilim. elm. mə'rifət. viquf.

bilmə bilgu. bilgi. biliş. bilim. elm. anlayış. ürfan. mə'rifət. mə'lumat. hünər. ilim. elm. mə'rifət. viquf.

bilməcə yanıltmaca. müəmma.

bilmədik 1. bilməyən. - bunu bilmədik kimsə qalmadı. 2. bilinmiyən. bilinmədik. tanılmayan. namə'lum. məchul. bilinməz. na mə'lum. - bilmədikmi öğrənmək istirəm. 3. bilməzlik. bilməyiş. cəhl.

bilmək - su kim bilmək: içdən, yanlışsız bilmək.
- birbirin bilmək, öğrənmək: bilişmək. tanışmaq. - kim olduğumuzu birbirimizə soraraq bilişdik.
- elə bil ki: sanki. tut ki. fərz ed ki. fərzən. - sanki yedim.

bilməksizin korlama. bilmiyərək.

bilməməz - bilməməzlikdən gəlmək: omuz qaldırmaq: omuz atmaq. çiyin atmaq. çiyin çəkmək. təcahül edmək.

bilməyən bilmədik. - bunu bilmədik kimsə qalmadı.

bilməyiş bilməzlik. bilmədik. cəhl.

bilməz cahil. qanmaz.
- bilməz: bacarıqsız. qafil.
- iş bilməz: qalac. avara. gic. kal.

bilməzlik bilmədik. bilməyiş. cəhl.

bilməzsilik təcahül.

bilmiyərək bilməksizin. korlama.

bilmünasibət ardaradan. dolaysiylə. dalsıcan.

bilöv - bilöv daşı: biləyi daş. su daşı. sulama daşı.

bilur kəsmə sırça: tökmə sırça.

bına bınğa. bunğa. buna.

bınar bınğar. bunğar.

binar binğar. pinar. bunğar. bunar. yerdən çıxan su. suyun çıxdığı yer. mənbə'. - pinar başı: sərçeşmə.

binbaşı alçı.

binək minək.səvari. - binək daşı: minək daşı: pilləkan, qapı yanlarında, heyvana minmədə basamaq yerini tutmaq üzrə qoyulmuş daş.

bingişmaq mingişmaq. birbirinə minmək. irticam edmək.

bınğa bına. bunğa. buna.

bınğar bınar. bunğar.

binğar binar. pinar. bunğar. bunar. bunğar. bunar. yerdən çıxan su. suyun çıxdığı yer. mənbə'. - pinar başı: sərçeşmə.

bınğıldaq əngək. yafuq. cocuq təpisinin yumşaq yeri.

bınğıldamaq yavaşca titrəmək.

binici minici. sürücü. sürən. səvar.

binicilik minicilik. sürücülük çıxarı, farasatı.

biniş miniş. rəsmi paltar. vəkillərin, alimlərin çıxışda gedikləri paltar.

binmək minmək. bir üz, hal, qılığ, surət almaq. bir yol tapmaq. - iş inada mindi.
- dalına minmək: zorlamaq. alt edmək. müsəllət olmaq.
- küplərə minmək: çox qızmaq.

bırakmaq bırakmaq. daşlamaq. dışlamaq. taşlamaq.

bıraq barat. bir yazılı kağız bir paranın almaq yaxud vermək həqqini başqa birinə verir.

bıraqıntı bırağındı. 1. limanı qorumaq üçün dənizin qıyılarına buraxılan, atılan daşlar, qayalar. 2. bir yana buraxılan, yanlanan nərsələr. tərk olunmuş nərsə. 3. yaramaz nərsə. artıqlama.

bıraqmaq 1. atmaq. - postaya nə bıraqmalıyıq. 2. boşamaq. - qadınıvı bıraq. 3. tərk edmək. - bu odanı bıraq. - siqarı yarından bıraqmalısın. 4. qomaq. ötürmək. vermək. vəz' edmək. - bunu hara bırakım. - qanun bırakdılar. - onu mənə bırak. - paranı banga bırak. 5. tutmaq. qomaq. qoymaq. bulundurmaq.- məni ac qoydular.

bıranqar ordunun sağ qolu. (ordunun sol qoluna cuvanqar).

birbirə bərabər. musavi

birbirələmək bərabərləmək. musavilətmək. təsviyə edmək.

birbirəlik bərəbərlik. 1. təsavi. musavat. 2. müvazinə. maadilə.

birbirəşmək bərabərləşmək. dəngləşmək.

bircik yalnız bir. dənəcik.

birdə - ikidə birdə: ikidə bir: bərk sıx. hər vax.

birdən 1. anqsız. ansızın. qəflətən. apansız. yadda olmayırkən. bəğtətən. apansız. avansız. ansız. ansızın. patadaq. patadan. ansızın. xafa xafdan. soxur. soxru. soxulub. imtili. düşünmədən.- patadan, patadaq bir qonaq gəldi. - patadan işgillər çıxdı. - bir kərədə, birdən tutulacaq tutar, ölçü, miqdar: tutam. - bir tutam ot. - bir tutam duz. 2. topdan. birlikdə. cümlətən. məcmuə'n.

birə pirvə. abco. arpa suyu.

birikdirmək toplamaq. zəxirə edmək. - bunlar nədir belə toplusun. - çox toplayan, bükünə (poxuna) düşər.

birikiş birikmə. toplanış. toplanma. yığılma. ictima.

birikmə birikiş. toplanış. toplanma. yığılma. ictima.

birikmiş birkəfars < birikə. yığılmış. yığılı. toplanmış.

bırıq qoxmuş. barıq.

birilmə birləşmə. ittihad. - bu iki nə birilməz.

birinc qurunc6. qırınıc. düyü.

birinci - ən birinci: başlıca. xas. əhəmm.

birkəfars < birikə: birikmiş. yığılmış.

birkinti kümə. kuma. yığıntı. tüdə. - ot kuma kuma yığmaq. - bir kuma buğda.

bir 1. dəğoşsiz. fərqsiz. - həp bir. - ikisi birdir. - birsiz: dəğişik. 2. nəfyi fe'linən işlənəndə "heç, əsla, əslən" anlamı daşır. - bir türlüdə olmadı. - bir yol yoxdu. - bir yolda olsun gəlmədi. 3. vurqulama simgəsi.
- bir az öncə: dəmin. elə indi.
- bir vurmaq vurdu ki gəl görəsən.
- bir yemək yedik ki.
- bir takım: bir para. bir bölük. bir qism. bir zümrə. bir sinif. sınıb. bə'zi. bir miqdar.
- bax bir!: yaxci. bax bir!. bax bəri. görəlim!.
- bir çox: xeyləm. artıqınca.
- bir gediş geddi ki.
- ikidə bir: ikidə birdə: bərk sıx. hər vax.
- hamımız birik: həp bir qoyun aşığıyız.
- bir çağlar. biri varıdı biri yoxudu.
- bir az: azacıq. bir kərə: yalnız bir kərə.
- bir az gözlə.
- bir uğurdan: həp birdən. birdən. dəfətən.
- bir kaç: bir neçə.
- bir iki: az olurkən, bəlirsiz sayını göstərir.
- bir iki quş vurdular.
- bir iki kərə gəldim. ikidə birdə: pək sıx. çoxluğu göstərir.
- ikidə birdə nə gəlib gedirsən.
- bir kərə borc aldıq, ikidə birdə istəyir.
- bir bir: dənər dənər. dənə dənə. dana dana: olmasın işləri bir bir üzümə çırpdı.
- birbirini. birbirlərini. birbirinə: ortaqlığı, qarşı qaşılı, mübadiləti, müşarikəti göstərir.
- bir daha: arta. bir kərə daha. təkərləmə. təkrarən. birbirini söydülər. birinbirin gördülər.
- birbirinin işin görürlər.
- biribiri üstünə: bir sayaraq, hesab edərək. bahalı ucuzlu, xırdalı böyüklü. ələssəviyyə.
- birbiri üstünə neçə salırsız.
- birəbir: çox doğru, uyqun. ən uyqun. elə özü. tuş. töş. - bu dərman sizin xəstəliyizə birəbir gəlir.
- birəbir: bərabər. birlikdə. elə bir yerdə. elə birdən.
- bir bardaq suyu birəbir içdi.
- birdə: həm ki. buda varki. daxi.
- birdəki sizə nə dəxli var.
- birdə mənə nə.
- birdə siz ona deməməliydiz.
- birdə sənə nə.
- bir zaman: çağilə. vaxtilə.
- günün birində: bir gün. vaxti ilə.
- bir kərə: bir dəfə. hələ.
- bir kər ver: hələ ver.
- birlə: kimi. anidə. məni görən birdə qalxıb qaçdı.
- verən birlə aldı: verən kimi aldı.
- birlə: arxalı. vasitəsi ilə: nə birlə bunu yapacaqsın. nə birlə gəldin.
- neçə bir: 1. nə qədər. havağacan. 2. bir çağlar.
- neçə bir orda qaldım. - biri: birisi: bir kimsə.
- biri sizi istəyir.

bırqaq burraq. burqaq. bırraq. qıvraq. iti. yeyin.

birqinmək birkinmək. irinqləmək. irinğləmək. irginmək. yığlınmaq.

birqişmək birkişmək. kitməkləşmək. kitəşmək. kitləşmək. kilitləşmək. bağlaşmaq.

birqitmək birkitmək. birlikdə göndərmək. yoldaştmaq. qoşmaq. tərfiq, həmrah edmək. - yollar qorxuludu, karvana neçə yaraqlı qoşun.

birləmək topuqlamaq. ayaqlamaq. yarıqlamaq. bərabərləmək. müsaviləmək. tarazlamaq.

birləşmə birilmə. ittihad. - bu iki nə birilməz.

birləşmək qoşuşmaq. yığışmaq. qoşdaşmaq. qoşlaşmaq. qoşuqlanmaq.

birlik əmlik. himlik.

birlikdə bilə. belə. bərabər. topdan. birdən. cümlətən. məcmuə'n.
- həp birlikdə. takımca. takımınca. heyəti ilə. kamilən. həpisi. təmamən. olduğu kimi. məcmuən.
- onun bilə gəldim.

birliqdə birlikdə. bir arada: cəmiən.

bırraq burraq. burqaq. bırqaq. qıvraq. iti. yeyin.

birsiz dəğişik.

bısrıq 1. basrıq. 2. cansız. utancaq.

bit - qasıq biti: ətə yapışan bir kənə çeşiti. qırq ayaq.
- təxdə biti: təxdə qurus.
- kiçik bit: yavşaq. sirkədən yeni çıxmış bit.
- sözün biti: sözün kökü. söztözü. etimoloji. sözdaban. daban söz.
- bit oti: bit dərmanı.
- taxda biti: taxdalar arasında yaşıyan pis qoxulu böcək.
- qulağ biti: qulağa girən. qulağa qaçan, quyruğu çatallı bir böcək.
- kağız biti: kağızları yeyib dələn gögə, cüvə.
- çiçək biti.
- bit bazarı: əsgi üsgü satılan çarşı.
- bit yenigi: gizli pas, eyb.

bitə şaşa. heyran. mat. - söylədiyi sözə bitə qaldım.

bitək bitik. səbt.

bitgi - bitgi adlarından: dəvə dabanı.

bitgin - ölqün bitgin: qırqın tökkün. halsız malsız.

bitgin bitmiş. 1. xərab. 2. taqəti qalmamış.

biti yazı. kitabət. təhrir.

bitikçi yazıçı. münşi. katib.

bitikçisi - xan sarayının, ağalığın baş bitikçisi: bəylikçi: bəqlikçi.

bitik 1. bitmiş. xərab. fəna. bəbad. 2. yazıq. namə. məktub. 3. bitək. səbt.

bitirən qısa kəsən. qıtan. qıran. qurtaran.- sıtma qıran.

bitirik bitirmə. tamamlama.

bitirilmək sona ərdirilmək. məv, həlak edilmək.

bitirim 1. bitirmə. əkməl. tamam. 2. son. axər. əncam. 3. bitirmə. əkməl. tamam.

bitirmək < butdırmaq. 1. cücərtmək. 2. isbatlamaq. 3. aşırtmaq. aşırmaq. arxalamaq. artlamaq.

bitirmə 1. bitirim. əkməl. tamam. 2. götüri. kəsmə. məqtu'. 3. bitirik. tamamlama.

bitiş 1. əkin. məzru. toxun. ulaş. vəsl. ittisal. 1. yetiş. böyüş. nəmov.

bitişdirmə qovuşdurma. ilsaq.

bitişdirmək toxunacaq qədər yaxınlaşdırmaq. qavuşturmaq. yanaşdırmaq. müttəsil edmək. - iki masanı bitişdirib bir üzün masa qurduq.

bitişik yanaşıq. müttəsil.: tutaş. yaxın. yan yana. müttəsil. toxunacaq qədər yaxın. qavşaq. qovşaq. yanşaq. müttəsil. peyvəsdə. - bir birinə yaxın, bitişik: sıq. sıx. sığ. - yan yana oturmaq. - evlərimiz yan yanadır.

bitişiklik arasızlıq. sıqlıq. fasiləsizlik. darlıq. qavuş. ulaş. bitişmə. ittisal. - ağacların sıqlığı, görməyə qoymur. - sıqlığ orman. - bizim məhəllə çox sıqlıqdır: evlər bir biri üstünə çıxır.

bitişmə 1. qavuş. ulaş. bitişiklik. ittisal. 2. vəslət.

bitişmək toxunacaq qədər yaxınlaşmaq. qavuşmaq. yanaşmaq. müttəsil olmaq. - iki masanı bitişdirib bir üzün masa qurduq.

bitqiş ulaşdırı. dalbadal. müttəsilən. peyvəsdə.

bitlənmək kəndi bitlərini arıtlanıb qırmaq. - günəşdə oturub bitlənmək.

bitləşmək - qaqaları, dimdikləri ilə, bitləşmək: tumuşmq. birbirinin bitlərin ayıqlamaq. - toyuqlar tumuşub dururlardı.

bitmək 1. şaşıb qalmaq. - söylədiyi sözə bitə qaldım. - eşiddim bittim. 2. vurulmaq. - bu ata bitdim. 3. yazmaq. 4. savmaq. qutarmaq. - yaş yemiş çağı çoxdan savıbdi. - satub savmaq: büsbütün satmaq, nərsə buraqmamaq. 5. qırılmaq. geçilmək. qurtulmaq. qət' olunmaq. - yolun ağırı geçildi. 6. tamam olmaq. tolmaq. dolmaq. - hesab dolmaq. - onu işi doldu: mə'muriyyəti qurtuldu. - onun çağı doldu. - saqqalı bitmək: əsgimək. sürüncəmədə qalmaq.

bitməz sonsuz. tükənməz. əbədi. arılmaycığa. arılmaz. azalmaz. tükənməz. sonsuz. - arılmaz kəsəl. arılmaz ağrıya düşdük.

bitmiş bitgin. 1. xərab. 2. taqəti qalmamış. 3. bitik. xərab. fəna. bərbad.

bıtraq pıtraq. butraq. bərk sıx bitmiş.
- bıtraq otu: dəmir tikən.
- dəmir bıtraq: dəmir batraq: üç bucaqlı dəmir tikən ki keçmişdə düşman ayaqlarına batmaq üzrə yol üstündə buraxılırdı.
- quzi bıtraq: bir göy adı.
- bıtraq kimi qaynamaq: çox qalabalığ olmaq.
- bıtraq kimi: dallarında bərk çox yemiş olması.

bıtraqlı pıtraqlı. butraqlı. dallı budaqlı.

bitşik yapşıq. qovşaq.

bıyıq bax > buğ.

biz göndər. ögəndirə. - biz çuvala sığmaz: saxlanılır, gizlənilir nərsə deyil.

bizəcə küzə. - bizəcəni doldur gətir.

biziq beziq. bıqıq. bıxıq. təzyiq. sıxlıq. fişar.

bizimkisi durumumuz. iş gücümüz. - bizimkisi çöndü.

bizqar bizraq. mızraq. qarğı. qazğı. neyzə.

bızlamaq bozağılamaq. bizovlamaq.

bizovlamaq bızlamaq. bozağılamaq.

bizraq bizqar. mızraq. qarğı. qazğı. neyzə.

boduq dəvə balası.

bodur bükdür. qalın, yoğun, alçaq, qıssa, güdə olan. şişman. qanbut.

boğz boğz < büqz. ürək qaralıq. öykə.

boqa boq'əərəb. bağa. (< boq. baq). 1. qətə. tikə. 2. ölkə. məmləkət. - hançı boğadansız.

boqaca boğaca. puça. bir çeşit böyrək.

boqağı boğağı. boqağı. buqağı. köstək. bənd. bəd. zəncir. qeyd. - bukağı vurmaq: zəncirləmək.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin