Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə52/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

ququ ququq. - ğuğuq quşunun çeşiti: qusquğuq.

ququq ququ. - ğuğuq quşunun çeşiti: qusquğuq.

ququldamaq quğuldamaq. uğlamaq. uğuldamaq. uğ edmək. kufuldamaq. - qulağım uğuldayır.

ququvara "ququ" səsindən alınmış ad. bayquş.

qul 1. bolun. bəndə. məxluq.
- tanrı bolunu.
- göz qulu: gördüyünə inanan. arpaçı göyərçini. gördüyünə inanan.
- qul oğlu: ocaqçı. qonazad. xanəzad.

qulac qolac. iki qolun açıqlığı boyunda. - ipi ki ölçər qıldı qulaç (qolac) \\ qılıb on iki min qarı, bir yığəc: bir qulaclıq ipi ölçər (məhəndis) qıldı on iki min dəfə (əl). oldu bir ağac > > qoltuq:

qulağuz 1. bir işi başlamağ yol açan arac, araçı. 2. buğda məkə başağının ucı. 3. dəllal.

qulağuzlamaq yol açmaq.

qulağuzluq 1. dəlalət. yol görsətmə. 2. ortanğlıq. miyançılıq.

qulahək kulahəkfars. kalağay. kovlaki. börklük. örtlük.

qulaq 1. eşitmə. - qulağı ağır: eşitmə gücü güc, zor. qolay eşitməz. sağırca. - qulaq vermə: eşitmə. 2. dinlə. diqqət. 3. uc. qırağ. yan. - kağızın qulağın qollayın: imzalayın. - parçanın qiyməti qulağında yazılıbdır. 4. içi qiymə, göylə dolunmuş xəmir parçası. - qulağ şorbası. 5. pıçaq, qısqac kimi iş ayqıtlarının sapının ucunda olan çatal çıxıntı. - sivri, yassı qulaqlı pıçaq. 6. quluq. qolı qırıq (dəvə).
- sağır qulağ: kar.
- qolı qulağı yox: qolı qulpı yox: tutacaq yeri olmamaq.
- qulağ yelpəyi: qıqırdaq.
- qulağa girən: qulağ biti: qulağa qaçan, quyruğu çatallı bir böcək. qulağa girən.
- şeytan qulağına qurşun: pis qulaq eşitməsin.
- qulaq burmaq: ixtar edmək.
- qulaq kirişdə olmaq: özənlə dinləyib işləmək.
- qulaq vermək: səsləmək. dinləmək.
- qamış qulaq: qulaqları dik at.
- quzu qulağı: yeməli göy çeşiti.
- qara qulağın böyügü: vaşaq. pişik çeşitində olub dərisindən kürk yapılır.
- qara qulaq: 1. çaqqala oxşar heyvan. 2. baş bakanın qulluğunda olan bir görəvçi.
- qulaq dolmaq: eşitməklə öğrənmək.
- sıçan qulağı: çiçək çeşiti.
- qulaq qulağa: uc uca. - arabanı qulaq qulağa sokağa soxdum.
- qulaq tutmaq: qulaq vermək.
- qurt qulağı: bitgi adı.
- qulağ ötmək: qulağın cingildəməsi, çınlaması, zəh çalması. - keçi qulağı: uşqun. aşqın.
(göz. burun). - qulaq gəmirciyi: qıqırdağı.
- eşək qulağı: bir göy adı.
- ayı qulaqı: yer şəqayiqi.
- əli qulağında: hazir.
- qulaq uğuldusu: qulaqda olmaqsızın səs duymaq.
- qulaq olmaq: göz qulaq olmaq: maraqla, diqqətlə sezmək.
- balıq qulağı: balığı qulağa bənzər bölümü, ki soluq yerinə suyu ordan alıb ötürür.
- qulaq bükmək: ixtar vermək.
- qulaq tüzi: qulaq düzi: qulağın aşağı doğru sallaq, yumşaq yeri. küpəlik.
- can qulağı ilə dinləmək: çox maraqla dinləmək.
- çıqrıqçı qulağı: bir çeşit dəmir qələm.
- dəniz qulağı: dovşan qulağı: bir çeşit bitgi.
- qulağı dəlik: bilgə. aqah. zirəng.
- dəvədə qulaq: çox kiçik bir nə.
- şeytan qulağına qurşun: göz dəğməsin. şeytan eşitməsin.
- qulaq tutmaq: dinləmək. maraqlanmaq. diqqət edmək.
- qulaq doldurmaq: qurşalatmaq. bir işə yarqıtmaq, hazırlatmaq.
- qulaq dolqunluğu: çox eşitməklə qulağı dolub bilgi əldə edmək.
- qulağa qaçan: qulağa girən. çabık yerir, quyruğu çatal bir kiçik böcək.
- qulaq qabartmaq: rəng verməksizin gizli, içdən qulaq asmaq. qulaq qonağı olmaq.
- qaba qulaq: xəstəlik adı.
- qara qulaq: vuşaq. kafdar çeşitindən bir heyvan.
- qələm qulaq: kəsilmiş, daranmış qələm kimi incə, kiçik, gözəl, sivri qulaqlı heyvan.
- quzu qulağı: keçi qulağı: bir çeşit meyxuş yarpağ.
- qulaq qığırdağı: qulağın başdan dışarı çıxan yəlpəzə bölümü.
- qulağa qomaq: ixtar edmək.
- baş qulaq: kəllə qulaq: baş qılıq. qılıq. çəlim. çalım. heyət.
- baş qulağı yerində: kəllə qulağı yerində: baş qılığlı. çalımı gözəl, biçimli.
- qulaqda küpə: qulağ sırğavı: qulaqda saxlanılan söz. - bu söz qulağınızda küpə olsun.
- qulağa girmək: maraqla dinlənmək. - onun qulağına söz girməz.
- bir qulaqdan bir qulaqdan çıxmaq: eşidib dinləməmək.
- qulaq kirişdə olmaq: qulağın tirləmək.
- yerin qulağı var: ağızdan çıxan söz nə qədər də gizli olsa, duyulur.
- qulaq yumşağı: qulaq məməsi.

qula qızıl ilə boz arasında olan boya. - qola saçlı kişi. - qola at. səmənd.

qulaqçin qulalığı olan börk.

qulaqlı 1. yatağan pıçağının bir çeşiti. 2. eşşək.

qulaqlıq sırğav. tövsiyə.

qulaqlı 1. qulaqı olan. - uzun, kəsik, gözəl qulaqlı. 2. uzun qulaq. eşşək. 3. yatağan pıçağının bir çeşiti.

qulaqsız qulağı kəsik.

qulaqsız qulağı kəsilmiş, qırtılmış.

qulan yəhər bağı, bəndi. aşırtma. aşırma.

qulavuz qılavuz. 1. konduktor. yol göstərən. sürücü. 2. müdür. 3. gənəl yerlərdə, sinamada bilitçi, bilit cıran.

qulbə kulbə. qolba. çalı çıpıdan ev.

qulğan qalğıyan otu. bir çeşit çatallı bitgi.

qullab 1. qança. çəngəl. 2. əğirmə çarxı.

qulladə boğmuq. boyunbağ. tuq. təsmə. boyunluq. gərdənlik.

qullamaq kullamaq. kollamaq. 1. araşdırmaq. yoxlamaq. axtarışmaq. - geçirin (xatirin) kullamaq. 2. gözətləmək. intizarda qoymaq. - çağı kullamq: vaxıt keçirtmək. 3. işlətmək. qayırmaq. yiyələnmək. - onu o kullayır. 4. (toprağı) işləmək. sürmək. yapanlamaq. abanlamaq. işlətmək.

qullanıqlı kullanışlı.

qullanış kullanış. kullanıq. 1. uyğunluq. qolaylıq. rahatlıq. - bu işin ön görüşü gözəlisədə kullanışı iyi degil. 2. iste'mal. məsrəf. - bunların kullanışı yoxdur. - kullanışsı sözlər, işlər, paralar. 3. fayda. nəf'. - bir kullanışı var ya yox.

qullanışlıq kullanışlıq. kullanış. uyğunluq. qolaylıq. rahatlıq. - bu işin ön görüşü gözəlisədə kullanışı iyi degil.

qullanışlı kullanışlı. bax > qullanış.

qullanmaq kullanmaq. tutunmaq. işlətmək. yerləşmək. qapılanmaq. hançı bir işlə uğraşmaq. qayınmaq. qulluğlanmaq. bel bağlamaq. əl bağlamaq. hazır olmaq.
- qılınc tutunmaq. qələm tutunmaq.
- alıb kullanmaq: tutub işlətmək. qablanmaq. qaplanmaq. - türklərin kəndi əlifbası olarkən, ərəb əlifbasın qaplandı: qəbul etmiş. - islam dinin qaplanmaq.

qullanmamış kullanmamış. tutunmamış. işlənməmiş. toxunulmamış. yeni. - tutunmaş yaşmaq. - tutunmaş yapı. - tutunmaş topraq.

qullatmaq kullatmaq. qapılandırmaq. hançı bir işə qoymaq. bir iş tapıb uğratmaq. yerləşdirmək. qayırmaq. qayrıtmaq. qulluğlatmaq. xidmət vermək.

qullə təpə. kümə. kuma. günbət.

qulluğlanmaq yerləşmək. qapılanmaq. hançı bir işlə uğraşmaq. kullanmaq. qayınmaq.

qulluğlatmaq qapılandırmaq. hançı bir işə qoymaq. bir iş tapıb uğratmaq. yerləşdirmək. kullatmaq. qayırmaq. qayrıtmaq. xidmət vermək.

qulluq 1. qapı. mə'muriyyət. mənsəb. xidmət. - qapı almaq: qapı tutmaq: qapı bulmaq. - qapıdan olmaq. - qulluğa aldıdmaq: tapdırmaq. ibadəd etdirmək. pərəstiş etdirmək. namaz qıldırmaq. - kəndini elə tapdırmış: özünü elə istətmiş. 2. qat. yan. xidmət. hizur. - onun qurrasından (qururundan) qatına varılmaz. 3. ibadət. 4. köləlik. ibudiyyət. 5. bəndəlik. ibudiyyət. 6. məxluqiyyət. 7. mə'muriyyət. - hər yerdə qulluq qurdular. - qaraqol qulluq. - sizin burda olmağızdan qulluğuz nədir. 8. mərkəz. qaraqol qulluğu. 9. yançı. çirağ. şayırd. 10. tutaqlıq. tustaqlıq. əsarət. 11. qolluq. qırnalıq. aralıq. ara. xaqanların sarayında, iç ağası, nökər qulluqçuların bulunduğu yer, özgü dayrə.
- boğazlığına (yeyib işləməyinə) geyimnə qarşı (müzdünə) tutulan qulluqçu: bəsləmə- dişi qulluqçu: qomaq. kilfət. kəniz.
- qulluq
edmək: yincgələnmək. incgələnmək. alçaq könüllülük edmək. tanrıya qarşı kiçiklik göstərmək. tapmaq. ibadət edmək.
- qulluqçu qız: yanaşma qız: bəsləmə.
- qulluğu olmayan: xidməti olmayan. qapısız. qayrılmamış. işsiz. mə'muriyətsiz.

qulluqçu avuş. qolluqçu. aralıqçı. araçı. qırna. - baş qırna. - ikinci qırna. - əl altı qulluqçu. çirağ. pədo. şayıt:

qulp 1. sap. tutacaq yer. tutam. qəbzə. qapaz (> qəbzə (< qab). sapın əğri, buruq, girdək olanına qulp deyili. 2. bahana. səbəb. halqa.
- qılınc qapazı.
- qulp taxmaq: bahana gətirmək. bahana tapmaq.
- yumurtaya qulp taxmaq: hər nəyə bahana aramaq.
- ucunu qulpun itirmək: şaşırıb qalmax. hardan tutacağın bilməmək.
- qolı qulağı yox: qolı qulpı yox: tutacaq yeri olmamaq.
- yumurtaya qulp taxmaq: olmasın bahanaları gətirmək.
- qulp taxmaq: vəsilə tapmaq. üxr axtarmaq.

qulplı halqalı. əlli. qollu. - əlli qazan. - əlli şamdan.

qulsıqa nökər sifət.

quluçqa burdağan. qurq qurq ediib, tüklərin qabartıb gəzən toyuq. kük.
- quluçqa oturtmaq: basdırmaq. basmaq. kük yatırmaq.- iki toyuq basdım.

quluq qulaq. qolı qırıq (dəvə).

qulunc bağısaq ağrısı. rumatism.
- qulunc qırmaq: çox oğmaq.
- qulunc otı: bir çeşit göy.

qulun 1. çox kiçik eşşək yavrusu. daha irisinə sıpa deyilir. 2. yaban eşşəyi. 3. dayça. hələ məmə əmən day, at yavrusu.

qulunlamaq (dişi eşşək üçün) balalamaq.

qulyabani ünğüjin. çöldə insanı öldürən umacı.

qum sıq. sığ. - qara sıq: qara qum. - sıq:ağ qum.
- qum kimi: çoxluğu göstərən bir deyim. - qum kimi qaynamaq: çoxluğu göstərən bir deyim.
- qumda oynamaq: əli boşa çıxmaq. məhrum qalmaq.

quma kuma. kömək. kümək. yığıntı. tob.

qumalaq rəməl, fal daşı.

qumar - urğun. çapıb yığma. yağma. (urğun avında olduğu kimi) qumarda döğrənin tam parasın toplamaq. - urğuna raslanmaq.
- qumar ağacı: qırmızı boyalı bir çeşit ağac.

qumaş - qumaşın, parçanın qırağında olan tikinti, çevrinti: qıvırma. qıvrıntı. əğrətin. bükünti. qatlama. qıyıntı. basdırma.- bu yəmşəyin qıvrıntısı qaba düşmüş. - qoşa qıvrıntı: bu tikişin oya (yazı. bəzək) kimi tikilməsi.

qumbara dəxil. cocuqların para salıb yığmaq üçün yarıqlı qabı.

qumbə kumbə. kumbə.cumbə. komba. Cə'bə < cım + . qabırqa: qutu. bəsdə. qabırcak8. qısqın.

qumbulti gumbulti. gömüldi. qorquluq. tarlada, bostanda yapılan gözətçi, avçı qorquluğu.

qumiz qəmiz.

qumquma cumcuma. girdə, qupsuz qab. aşağı yuxarı baş kasası yekəlikdə olur. nərsənin bulunduğu yeri göstərir. gahdan nərsənin kanlığın, çoxluğun vurqulur. - uğur qumquması. - kötülük, pislik, fitnə qumquması. - sevgi qumquması.

qumlı 1. qum kimi dənələri olan. - qumlı armıd. 2. çox ufaq, sıx bənəkli olan. - qumlı üz. - qumlı dəri.

qumluq sıqlıq. sığlığ. - gəmi sığlığa oturdu.

qummral qonqur al. əsmər.

qumpas 1. qurma. təsmim. 2. dərik. tərtib. kələk. hilə. fəsad.

qumpaslı 1. təzvirli. müfsid. - qumpaslı iş. 2. düzənli. mürəttəb. tərtibli. 3. müsəmməm.

qumral (< qonğur al). quyu sarı. açıq sarı. - qumral saçlı. - qumral saqqalı.

qumsal qumluq. qumu çov olan yer.

qunçə - qunçəni qoyuyan yəşil kiçik örtük: qabcaq.

qunçuy xatından birdərəcə aşağı qadın. bikə. pirənsis.

qunda bir çeşit ağılı hörümcək.

qundaq qondaq. qındaq. 1. sıx bağlanmış top nərsə. 2. təkərləksiz top yatağı. 3. od tutuşdurmaq üçün yığılıb bağlanmış, buxcalanmış kövrək çör çöp. kov. 4. içinə qonulub bağlanan yəmşək. qadınların yalın, sadə baş örtüsü. - baş qundağı.

qundaqlamaq örtüb basırıb bağlamaq.

qundımaq parlätqıcla bir şeyi parlatmaq.

quni qüni. güni. qılı. qıni. kimi.

qunmaq soymaq. çalmaq.

qunt künt. küt. 1. qıssa. biçimsiz. qılıfsız. 2. kəsməz. kor. 3. gücli. - qunt yapıli: qəviyyül bünyə. 4. qopal. kopal. kupal. küp kimi. tobaç. biçimsiz. qıssa.

qunuşmaq soyuşmaq. çalğışmaq.

qupal kupal. qopal. kopal. küp kimi. tobaç. qunt. biçimsiz. qıssa.

qupə kupə. küpə. (1. < qab. 2. qopa. qoparmaq: ayırmaq). aralıqla ayrılmış kiçik otaq. - qatarın onuncu küpəsin tutduq.

quplamaq guplamaq. gütləmək. güp güp səslənmək. - yel əsib qapı gütlür.

qupon kupon. qopun. (< qoparmaq). kəsilmiş kiçik parçalar.

qur gur. gür. 1. kür. zor. bol. barvan. baravan. fəravan. məbzul. - gür su. 2. açıq. seçiq. yüksək. təninli. - gur səs. 3. butlı. mutlı. gücli. quvvəli. - yazın gur olsun. - gur yazılı: şansı açıq. 4. qoşu. yaraq. əsləhə. - gur edmək: guratmaq. gurlamaq. gur səs çıxarmaq. - dərənin suyi guratıb çölü basdı. 5. qur > uçqur: iç bağı. tuman bağı ki beldə bağlanır. 6. bağ. quşaq. - uçqur: içqur: tuman bağı. - dizqur: dizbağı. - tabqur: tabur: bağlanmış quruhlar.

qura qəryə. kənd.
- qura çəkmək: surplamaq. sürləmək.

qurada qorada (< quru). qurumuş. alızlamış. zayıflamış. əsgimiş. yıpranmış. işə dəğməz yaramaz. bitmiş. - qorada oyu (fikir). - qorada qılınc. - qorada araba.

quraq 1. qurqa. susuz, bitgisisiz yer. 2. qurı. yabıs. qıt. tutuq. kibritçi. asıq üz. qaşqabaqlı. - quraqdan quraqlamaq: bərk qurumaq.

quraqlamaq - quraqdan quraqlamaq: bərk qurumaq.

quran düzən. tərhəndaz. - bu işin quranı, düzəni.

quraşmaq uzlaşmaq. uylaşmaq. yollaşmaq. saziş edmək. qoz paylaşmaq. - savaşların buraxıb, qozların paylaşırlar.

qurat qurqat. quruluşun dibi, kökü. əsas. künh.

quratmaq guratmaq. 1. azışdırmaq. uzaşdırmaq. acışdırmaq. ititmək. hiddətləndirmək. 2. gurlamaq. gur edmək. gur səs çıxarmaq. - dərənin suyi guratıb çölü basdı.

qurazə < qırsıq. hər nəyin köhnəlmişi, qrılmışı.

qurbağa qurbağa çeşitlərindən: - ağac qurbağası. - qara qurbağa.
- qurbağa otu: bitgi adı.
- qara qurbağa: qurbağanın qaramsı çeşiti.
- qurbağa balığı: taraxunya çeşiti.
- qurbağa daşı: daş çeşiti.
- qurbağa tulumbası: quyudan su çəkməyə bir tulumba çeşiti.
- quyruqlu qurbağa: qurbağacıq. qurbağa yavrısı ki quyruqlu olub, böyüdükdə onu itirir.

qurbağacıq 1. dil altında çıxan şiş. qırpma. sığırın dil altı. 2. tutacaq. - pəncərə qurbağacığı: pəncərəni arxadan çərçiviyə kipləyən iki şişi, qaldırıb yendirmək üçün, dəmirdən komma yuvarlaq sap.

qurbus gurbus. gürbüz. hər nəyin qaşı, şişik yeri.

qurbuz gurbuz. gürbüz. iri gövdəli, sərpilmiş gənc, iyid. yaşından artıq göstərişli. - gürbüz dəliqanlı.

qurca qurda. 1. azdırma. qarışdırma. əlləmə. təhrik. 2. qaşıma. təxriş.
- qurca çibanı: qaşıyıb qarışdırmaqdan azan çiban.

qurcalamaq qurdalamaq. 1. qaşımaq. təxriş edmək. 2. qarışdırmaq. əlləmək. 3. təhrik edmək. azdırmaq.

qurcı yaraqlı. quşaqlı. kəmərli. beli qurşaqlı bəktüvanlı (zirehli) əsgər.

qurça düşmək sarılıvermək.

qurd - qurd ağzı: qutuların ağzında, birbirinə keçən doğramaları.
- qurd boğan: bir göy adı.

qurda qurca. 1. azdırma. qarışdırma. əlləmə. təhrik. 2. qaşıma. təxriş.

qurdala ruban

qurdalamaq - qurdalayıb tapınmaq: gəzinib aramaq. dönüşdürmək.

qurdalamaq qurcalamaq. 1. qaşımaq. təxriş edmək. 2. qarışdırmaq. əlləmək. 3. təhrik edmək. azdırmaq.

qurdalayan saylaqan. incədən incəyə arıyan. seçən. - saylaqan qız. daza gedər.

qurdaşan qurd eşən: çoxun atlarda olan sərpmə qan çibanı.

qurdu 1. mürəkkəb. qurqu. 2. tə'sis. qurqu. 3. tavlı. tovlu. qızqın.

qurduş xurduş. qaşağ. qaşınan. qaşınması olan.

qurğaz çox zayıf, arıq, quru

qurğu quşqu. qruntu. vəhm. ovham. şübhə. şəgg.

qurı qurıka tay qısrağın arqasında geri qaldığı zaman bu kəlimələrlə çağırılır· - qarı qurı. qurıh qurıh. qurrıh qurrıh.

quri arığ. cılız. alız. quraq. qıt. yabıs.
- quri sıqı: qurşunsuz olaraq barutun üstünə basılan sıqı ki yalnız səs üçün atılır.

qurıhka tay qısrağın arqasında geri qaldığı zaman bu kəlimələrlə çağırılır· - qarı qurı. qurı qurı. qurrıh qurrıh.

qurıl gurıl. gurul. gurultu. şamata. - gurul gurul su axmaq. - xarıl gurul: bolluqla, gurult ilə axan nərsənin səsin andıran səs.

qurqa 1. qıraq. arın. hər bir qarşıqdan uzaq, qıraq. 2. quraq. susuz, bitgisisiz yer.

qurqaq alçaq. namərd.

qurqaqlıq alçaqlıq. namərdlik.

qurqan qala. or.

qurqaşmaq ayaqlanmaq. savunmaq. qalxışmaq. iddaada bulunmaq. müddəi olmaq.

qurqat qurat. quruluşun dibi, kökü. əsas. künh.

qurqu 1. kələk. aldaq. dilab. dolab. hilə. dəsisə. - öz dolbın çevirməkdən başqa iş bilmir. - buna bir dolab düşünməli. - dolabın açmaq: kələyin dağıtmaq. - fələyin dolbı. - dolab qurmaq: kələk gəlmək. 2. takım. qoşu. alat ədəvat. məlzəmə. - bağban qurqusu. - çay takımı. - yataq takımı. - at takımı. - yolçı takımı. - çubuq takımı: çubuğun başlığı. - kərəkə takımı: təsbeh

qurqut qorqut. 1. qutluluq, səadət himi, rəmzi, haçarı. 2. (quyma, bulamac kimi ) quyuq nərsə. çökənti. 3. halva ki yağ ilə undan yapılır, sucuqsuz (şəkərsiz) olub, dişsiz yaşlılara, cocuqlara yedirilir. - qorqutdan yanan, yoğurdu püflər. 4. qorxu quran. qorxucu. qorxuz. qorxu verən. yavuz.

qurlağan barmağı tutan şişli, irinli xəstəlik. tolama. dolama. ət yaranın yüngülü. domuz burnu.

qurlağan dolama çeşiti. ət yaran. domuz burnu.

qurlaq 1. duzaq. 2. qurulr ayqıt.

qurlamaq gurlamaq. gedmək. atılmaq. fırlamaq. ölmək. - oda gurladı. - top yoluna gurlamaq: havayı yerə gedmək.
- yağmasanda, gurla.

qurlamaq gurlamaq. gurlamaq. guratmaq. gur edmək. gur səs çıxarmaq. - dərənin suyi guratıb çölü basdı.

qurlanmaq 1. gurlanmaq. qursmaq. gursmaq.gürsəmək. kürsəmək. ətlənmək. qanlanmaq. şişmək. 2. qurralanmaq. mütəkəbbir olmaq. buğ (bıyıq) burmaq.

qurlu qurulu (< qurulmaq). ögənc. övənc. özsevər. xudpəsənd.

qurma əqd. tərtib. qumpas. təsmim. - yığva qurma.

qurmaq 1. yerləştirmək. tərtibləmək. hazırlamaq. - ordu qurmaq. - qazan qurmaq. - yığva qurmaq. - duzaq qurmaq. 2. düşünmək. sanğırmaq. fikrə qoymaq. təxəyyül edmək. - qurduqca qurmaq: çox düşünmək. düşünməyə dalmaq.
- tək tək oturub bir nələr quracaq. - kəndisi baş olmağı qurmuş. 3. bağlayıb qurmaq. yaraqlamaq. qoşmaq. hazırlamaq.- qoşu qoşmaq: cüt qoşmaq. 4. oyandırmaq. bərpa edmək. 5. tavlamaq. tovllamaq. qızqınlatmaq. 6. yapmaq. tutmaq. bəsləmək. yetişdirmək. hazırlamaq. - turşı tutmaq. ipək böcəyi tutmaq. - xəmir tutmaq. maya tutmaq. - yoğurt tutdu.
- qurduqca qurmaq: çox düşünmək. düşünməyə dalmaq.
- bağdaş qurmaq: dizləri qırıb (qətləyib), baldırları xaçvarı altdayıb (altına qoyub) oturmaq.
- nərsəni işə qurmaq: tavlamaq. hazırlamaq.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin