Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


tutunmaz alınmaz. dəğməz. gəlməz. - sözə



Yüklə 12,74 Mb.
səhifə88/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   84   85   86   87   88   89   90   91   ...   102

tutunmaz alınmaz. dəğməz. gəlməz. - sözə alınmaz işlər: danışmağa dəğməz işlər.

tutuşan mütəşəbbiskar.

tutuşdurmaq - bibirinə tutuşdurmaq: nifaq salmaq. adamı adamı taxmaq:

tutuşduruq tutaraq. oto tutuşdurmağa özəl nərsə. qav. kav. çıra. kibrit.

tutuşqan tuşqan. tulambar. odluq. tün. hamam ocağı.

tutuşma tutaş. gürəş. güləş. birbirin yenməyə çabamaq. - gürəş tütma.

tutuşmaq 1. başlamaq. girişmək. təşəbbüs edmək. - bu işin ilkin tutuşanlarındanıdır. 2. bir yerə gətirmək. birlikdə tutmaq. təmas etdirmək. - əl tutuşmaq.
- ətəklər tutuşmaq: çox talaşlanmaq. şaşıb nə yapacağın bilməmək.

tuvaq duvaq. - govduş yuvarlanıb, duvağın tapıb: qazan yuvarlanıb, qapağın bulmuş: iki arxadaş, iki qarı birbirinə uyğun.

tuvar - dam duvar: tufağ. tıfaq.

tuvar duvar. hörük. əkrim. iqrikcığa əqrim. əkrim. iqrikcığa baru. uru. sədd. - duvar kürsisi: kürsi daşı: binörə daşı.
- dondurma duvar: beton armə.
- duvarı sağlamlaşdırmaq üçün, yaparkən, hər bir iki arşından çəkilən kərpiç, dirək sırası: qurşaq. quşaq. - quşaqsız duvar uca dirsəlməz.

tuyacaq - duyacaq ayqıt: tuynaq. lamisə.

tuyar duyar. tuyqulu. duyğulu. tuyumlu. duyumlu. bilgili. mə'lumatlı. - duyğulı kişi.

tuyarlıq duyarlıq. ehsas. hiss.

tuydə tüydə. tudə (< tuq). qıvırcıq. buruşuq.

tuyfars < tuq. nərsənin içi, tikili, qapalı bölümü.

tuyfars toy (< tuq: qapalı). hər nəyin bağlı, qapalı iç bölümü.

tuyğar - tuyğara bənzər gözəl ötüşlü bir quş: boğmaqlı.
- tuyğay çeşitlərindən: turğar. çayır quşunun böyük çeşiti.

tuyğu duyğu. duyum. 1. eşitmə. estema'. - duyğusu gəvşək: zəif, az. 2. aqahi. bilgi. mə'lumat. - duyğusı çox kişi. 3. hiss. - bu kişidə duyğu yoxdur. axsaq duyğulu.

tuyqar - böyük tuyğar çeşiti. gəlin quşu:

tuyqu duyğu. əs. his. - duyqusu gedmək: incikmək. bayılmaq. büzülmək. titrəmək. - duyqusu gedmək: incikmək. bayılmaq. büzülmək. titrəmək.

tuyqulu duyğulu. tuyumlu. duyumlu. 1. tuyar. duyar. bilgili. mə'lumatlı. - duyğulı kişi. 2. hissli. mütəəssir. - bu kişinin duyğulu olmasına söz yoxdur. yoxdur. - axsaq duyğulu.

tuyqusuz duyğusuz. tuyumsuz. duyumsuz. 1. tuymaz. duymaz. eşitməz. - duyğusuz, çolaq qalmaq. 2. dərksiz. bilgisiz. mə'lumatsız. xəbərsiz. - duyğusuz baş, ayaqla, əl ilə güdaza gedər. - duyğusuz baş ucalsada, göydə qalmaz. 3. tuymaz. duymaz. hissisiz. hiss edməz. - bu kişidə duyğusuzluq yoxdur. - əllərim duyumsuz qaldı. - axsaq duyğulu. 4. götürük. fələc.

tuymaq duymaq. tatmaq. dadmaq. hiss etmək.

tuyma duyma. 1. eşitmə. estema'. 2. sav alma. xəbər alma. estexbar. 3. etgilənmə. mütəəssir olma.

tuymayış duymayış. tuğusuzluq. duğusuzluq. fikirsizlik.

tuymaz duymaz. 1. tuymaz. tuyqusuz. duyğusuz. tuyumsuz. duyumsuz. hissisiz. hiss edməz. - bu kişidə duyğusuzluq yoxdur. - əllərim duyumsuz qaldı. - axsaq duyğulu. 2. eşitməz. qanmaz. anlamaz. düşüməyən.- vurdum duymaz: çabıq anlamayan. sözə aldırmayan. - duyğusuz, çolaq qalmaq.

tuynaq 1. duyacaq ayqıt. lamisə. 2. dırnaq. heyvan dırnağı.

tuyu duyu. hiss (< ıs). sezim.

tuyulmaq - nərsənin öndən olunması duyulmaq: qoxumaq. - savaş qoxur. - işlərin səngiməsi qoxumur: pisəlməsi duyulur, gözlənilir.

tuyum duyum. tuyğu. duyğu. 1. eşitmə. estema'. - duyğusu gəvşək: zəif, az. 2. aqahi. bilgi. mə'lumat. - duyğusı çox kişi. 3. hiss. - bu kişidə duyğu yoxdur. - axsaq duyğulu.

tuyumlu duyumlu. tuyğulu. duyğulu. 1. tuyar. duyar. bilgili. mə'lumatlı. - duyğulı kişi. 2. hissli. mütəəssir. - bu kişinin duyğulu olmasına söz yoxdur. yoxdur. - axsaq duyğulu.

tuyumsuz duyumsuz. tuyğusuz. duyğusuz. 1. tuymaz. duymaz. eşitməz. - duyğusuz, çolaq qalmaq. 2. dərksiz. bilgisiz. mə'lumatsız. xəbərsiz. - duyğusuz baş, ayaqla, əl ilə güdaza gedər. - duyğusuz baş ucalsada, göydə qalmaz. 3. tuymaz. duymaz. hissisiz. hiss edməz. - bu kişidə duyğusuzluq yoxdur. - əllərim duyumsuz qaldı. - axsaq duyğulu. 4. götürük. fələc.

tuyurılmaq duyurılmaq. eşitdiirilmək. - bu sav kimsəyə duyurılmalıdır.

tuyurmaq duyurmaq. tattırmaq. daddırmaq. hiss ettirmək. - tanrı kimsəyə oğul acışın daddırmıya.

tuyurmaq duyurmaq. 1. eşitdiirmək. çatdırmaq. - söylədiyizi duyurmalısız. - bunu kimsəyə duyurmayın. 2. açmaq. ifşa edmək. nəşr edmək. - bunları duyurmamalı.

tuzacıq duzacıq. qapanca. qapancık. tələcik. damcıq.

tuzağ aval. avar. (avlamaq: tutmaq). tələ.

tuzaq - duzaq yemi: aldatma üçün səpilən yemək.

tuzaq duzaq. aldaq. kəvlək. kələk (< kav. kov).

tuzaq duzağ ( tutsaq < tutmaq). 1. tolamıq. dolamıq. ağ. qapan. tələ. dam. qapan. açıq olmayıb, gizli, qapalı olan iş. qaplama. kələk. desisə. kündə. qapanca. qazamat. qazıq. qurlaq. tutaq. bağırdaq. tələ. düzmə. tovtiə. - bir düzmə qurdular. - düzməyə düsdük. - qaplama işlər. - qaplama kağız. - qaplama oyun.
- kündəyə düşmək. - kündədən qaçmaq.
- dərin qazıq. - dar, qara qazıq.
- quş qapanı, duzağı çeşiti: quşmar.
- qapana tutulmaq. - qapana düşmək. - qapana qapılmaq. - qapana düşmək. - qapana tutulmaq. - duzağa düşdük. 2. pusı. kəmin. - ona (kəndisinə) duzaq qurmuşlar. 3. kələk. nəxşə. - o bir duzaqdır. - bu duzaq kişidən uzaq ol.

tuz duz. 1. toz. 2. dad. - duzsuz sözlər. - duzlu qız.
- duz çörək: duz əkmək: ne'mət. ehsan. - duz çörək həqqi.
- duzu qurı: varlı. müstəğni.
- qurşun duzu: bir şimik suyu.
- duzu quru: düzi quylu: düzəməlli. işi sağlam. quşuqusuz durum.
- duz ruhi: dər dəmiri aşındırıb, arındırıb parıldadan maddə.

tuzlanmaq yanğşamaq. dadsızlanmaq. sırtılmaq.

tuzlatmaq duzlatmaq. duza əkdirmək. duz vurdurmaq. - əti duzlatın qurudun.

tuzluca 1. duzu çox olan. 2. bahalıca. olduqca bahalı.

tuzluq duzluq. duz qabı.

tuzlu 1. duzu olan. dadlı. ləzzətli. məzəli. - dadlı yeməklər, duzlu yeməklər. 2. duzu çox olan. tuzluca. - bu pənir duzludur. 3. bahalı. - bu mal mənə çox duzlu oturdu: çox bahalı gəldi. - yaban noxudu: duzlı ot. 4. dəniz suyu kimi, duz, duza tay acımtıl maddəsi olub, içməyə yaramaz nərsə. - duzlu su. - bu quyunun suyu duzludur.

tuzsuz duzsuz. tatsız. dadsız. namətbu'. saman kimi. tamsız. soyuq. suyuq. ləzzətsiz. yavan. dadsız. məzəsiz. dadsız. ləzzətsiz. məzəsiz.

tuzsuzlanmaq duzsuzlanmaq. duzsuzlanmaq. şuluqluq edmək. isizlənmək. ısızlanmaq. səvimsizləşmək. yaramazlaşmaq. sırtılmaq. tatsızlanmaq. dadsızlanmaq. ləzzətsizlənmək. suyuqlanmaq. soyuqlanmaq. tamsızlanmaq.

tuzsuzluq duzsuzluq. suyuqlıq. soyuqluq. tatsızlıq. dadsızlıq. namətbu'luq. tamsızlıq.

tübbə dübbə. dübə. dəbbə.

tübə dübə. dübbə. dəbbə.

tübək tünək. tüngə. gənc. gəncinə. xəznə.

tübəz tübzə. dibcək. köklü otlar. çuğundur, sarı kök kimi göy gövərəntilər ki kökləri. yeyilir.

tübzə tübəz. dibcək. köklü otlar. çuğundur, sarı kök kimi göy gövərəntilər ki kökləri. yeyilir.

tüçar düçar. düşar. düşmək durumu. düşmüş. düşgün. əsir. ulaşmış. çatmış. varmış. düşgün. üftadə. düşgün. tutqun. alışıqın. mübtəla. urğun. uruq. vuruq. vurqun. vurulmuş. girifdar. - sevgi urğunu.
- tüçar
olma: düçar olma. düş. ibtila. - imalə. burun tükü. əngəl. - buda bizə düş oldu.
- bu alçağın nəyinə tutqun oldun. - tutqunluqdan boşun qıl. - tutqun vermək: tutulmaq.

tüçarlıq düçarlıq. düçarlıq. düşarlık. tüşgünlük. düşüklük.mübtəlalıq.

tüdə kümə. kuma. yığıntı. birkinti.- ot kuma kuma yığmaq. - bir kuma buğda.

tüdəş tülüş: tükləri boyaşlı.

tükə tükə. tükkə. yapba. islatılmış mal heyvan kübrəsindən yapılan kündə.

tüq - quş tükü altında olan incə tüklər: yüntə. yündə.

tüq tük. dük. 1. xal. 2. tokuq. amac. nişan. - oxu dükə çaldı.

tüq tük. tüğ. düğ. duq. dəlicə. taxıl dəlicəsi.
- dəvə, at kimi heyvanların dərisinin üstündə olan qıssa, incə örrtüyünə "tük" deyərlər.
- tük dəğişdirmək: qıl tökmək.
- tükəri boyaşlı: tüdəş. tülüş.
- at tükünün rəngi: ton.- bu atın donu gözəl. - torı don: açıq don.
- qartal tüki: bitgi adı.
- tüklü geyim: yanbulı gəbə.

tüqa tüka. tülük. rəng. boza ( y <> z ) boya. boyuq. boduq. çüvüt. süyüt. suyut. önğ. çalı.- nə tülük atdı o.

tüqan tükan - qapalı qapılı çarşıda olan tükan: hücrə. hicrə. dilab. dolab. - qızıl bazarında (bəcistanda) bir dolabı var.

tüqə tügə. dügə. tüngə. gənc inək. hələ doğmamış inək.

tüqəli dükəli. bütün. həp. qamu. hamı. bütün.- qamu aləm.

tüqən düğən. döğən. xərmən döğməyə yarar çaqmaqlı ayqıt.

tüqənməz tükənməz.sonsuz. bitməz. əbədi. arılmaycığa. arılmaz. azalmaz. bitməz. sonsuz. - arılmaz kəsəl. arılmaz ağrıya düşdük.

tüqəsimək tügəsimək. dügəsimək. tüngəsimək. boğanın gənc inək istəmək.

tüqi tügi. dügi. dibəkdə döğülmüş çəltik (qabıqlı dənə).

tüqqə dügə. sığırın balasına deyilir.

tüqqə tükkə. tükə. yapba. islatılmış mal heyvan kübrəsindən yapılan kündə.

tüqli tükli. - tükli qamış: qoğalıq. həsir otlarından olan bir çeşit qamış.

tüqmə - pullu, düğməli cübbə: qalmaqı. bir çeşit çuqal, bəkitvan, qalxan, zireh.

tüqsüz tüksüz. yülük. tülük. yoluq.

tüqşürülmək turşulmaq. turşalmaq (< tuq: bükük). bürkülmək. burtılmaq. burtuq olmaq. buruşmaq.

tüqü - düğü unundan bir çeşit çörək: qatmarlı çörək: qataq. kətək. kətə.

tüqüm tüğüm. düğüm. bükünti. uqdə. - kor dügüm: çözülməsi çətin düyün. - qamış. sulu yerlərdə bitib, içi boş, yumşaq, düğümlü bitgi: qamış.
- düğümlü bir kök: qartal pəncəsi.

tüqün düğün. qop.

tüqün düyün. gözək. çözək.

tüqün düğün. { "tük güni" keçmişdə türklər bayram günlərinə ev eşiklərini bayraq yerinə, tüklər ilə bəzərdirlər. indi cığataycada "tük güni" tüy güni" denir}. 1. toy. şənlik. 2. bur. bor. işgil. çətinlik. müşgül. məsələ. pıroblem. dügün.girehfars. girək. bir birinə girmiş. dolaşıq.
- düğün ev: toy evi.
- dil düğünü: dil döğməsi: kəkəmə.
- əğrəti düğün: ilmək. ilgək.

tüqür tügür. dügür. qaynata. - dügürü gilə qonaq gedib. - o mənim dügürümdür.

tüqüz tügüz. düküz. güclü. zorlu. bütün. tamam.

tülək - quşların tülək, tük dəğişmə çağı, dövrü: qırınsa (özəlliklə doğan üçün).

tülgər dülgər. doğramaçı. toğraçı. toğrac. nəccar.

tülgərlik - incə dülgərlik: tavşanlıq.

tülük tüka. rəng. boza ( y <> z ) boya. boyuq. boduq. çüvüt. süyüt. suyut. önğ. çalı.- nə tülük atdı o.
- tülkü üzümü: şuqluka.
- tülkü quyruğu: üzüm çeşiti.

tülük yülük. yoluq. tüksüz.

tülüş tüdəş. tükləri boyaşlı.

tüm tam. köb11. həp. bərk. qurs. bütün. cümlətən. yambar12. yampar. tamma. bütün. olduqca. - yambar sayqandı: çox gözəldi.

tümbə tumba. yatağa atılıb dincin almaq. cocuq dilində "yatmaq" anlamındadır. - saat üçə gəlincə haydı tumba. yuxusu gəlincə tumba yatdı.

tümbələk dümbələk. dombalağ. tumbalaq.

tümən - dür dümən: al alvan. rəhbərəh.

tümən dümən.

tümən əyalət.

tümlə - tümlə qapısı: gənəl, təməl, baş qapı.

tümlətən cümlətən. topdan. birlikdə. birdən. məcmuə'n.

tümrüq - tümrüq ağası: türmə başçısı, müdürü.

tümsək qanbur. kanbur. kambur. (beli) bükük, büklü. (arxası) çıxıq. əğri. yumru. kəmrik. mühəddəb. təpələmə. yığın. daşqın. öbək. - çox işləməkdən kambur olmuş. - orasında kamburu vardır. - duvar kambur vermiş.

tümsəlmək tomalmaq. domalmaq. dombalmaq. çömbəlmək.- duvar domalmış: qarın vermiş.

tümsəltmək tomaltmaq. domaltmaq. dombaltmaq. çömbəltmək.- yükü almaq üçün arxasını domaltmaq.

tümsətmək qanburlatmaq. kamburlatmaq. kanburlatmaq. büklətmək. bükmək. əğritmək. yumrutmaq. kəmritmək. mühəddəb edmək.

tün tuşqan. tutuşqan. odluq. tulambar. hamam ocağı.

tünc tuc.

tünd boyalı boyası açıq olmayan. quyu. rənhli. - qoyu çay.

tünd acı. cik. çığrı. kibrit. quru. iti. bədəxlaq. qoyu. yanıq.- yanıq boya. - yanıq qara. - acı səs.

tünd əkmir. əsmir. boğuq.

tünək tüngə. təpnə. dəfinə. gənc. gəncinə. xəznə. tübək.

tüngə tügə. dügə. gənc inək. hələ doğmamış inək.

tüngə tünək. təpnə. dəfinə. gənc. gəncinə. xəznə. tübək.

tüngi külxan bəyi. tulambarçı.

tüngü tanqu. kərəniz. buynuzdan olub, kürəyi çırtıb qan alma aracı. həcəmət ayqıtı.

tünq tüng. tökük. parç.

tünüşqə " sülüklü pancar" deyilən səbzə.

tüpəmək tüpmək. tüf tüf edib yel qoğzamaq. tufan yapmaq.

tüpən > tufan.

tüpmək tüpəmək. tüf tüf edib yel qoğzamaq. tufan yapmaq.

tüppüldəmək düppüldəmək. güplümək. guplamaq. gütləmək. güp güp səslənmək. - yel əsib qapı gütlür.

tür - dür dümən: al alvan. rəhbərəh.

türd dürd. otur. torta. çökə. tortı. tort. bir para suyuq nərsələrin dibinə duran quyu nərsə. köçək. köçələk. çökündi. - suçu oturu. - yağ əridilirkən oturu oturur.

türə 1. kələk. çaqqalın tabu adı. 1. törə. yol. yolaç. qayda.

türək türgə. bürək. bürgə. geyim.

türgə türək. türük. bürək. bürgə. geyim.

türilmək dürilmək. burulmaq. qatlanmaq. sarılmaq.

türk - türk yolunda: türkcə.
- türk dilində: türkcə.
- türkcəyi itirmək: şaşırmaq. çaşmaq.
- türk cinsi: türklük.
- türk yurdu. - azərbaycan türklükdür.

türkcə 1. türk yolunda. 2. türk dilində. türk söyləyində.
- türkcəyi itirmək: şaşırmaq. çaşmaq.

türkcələşdirmək 1. türkcəyə çevirmək. türkcəyə tərcümə edmək. - ən önəmli əsgi yazılar türkcələşdirilməlidir. 2. əsgi, çətin türkcəni yalın, aydın, sadə türkcəyə çevirmək. - əsgi türk yazılarını türkcələşdirməliyik.

türkləşmək türrk qılığın, dilin tapmaq. türk olmaq.

türklük 1. türk cinsi. 2. türk yurdu. - azərbaycan türklükdür.

türkvarı türkəvarı: türk yolunda.
xaçvarı xaça bənzər.

tür (< turmaq. durmaq). cür. 1. olmaq təhəri, yolu. oluq. qılıq. hal. əda. tərz. tutam. tutum. durum. tərz.hal. dür. cür. çeşit. dənğ. nov'. - türün heç bəğənmirəm. - xəstəlik tutamı: naxoşluq halı. - tutamı yaman. - tutamı əldə tutmaq gərək. - tutamı pozuq. - iyi tutamlı kişi: halı yaxcı. - tutamı qolay: dinc hallı. rahat. 2. gediş. yol. surət. - işi bu tür açmaq olmaz: bu surətdə həll edmək olmaz.

türqmən türkmən - uzun türkmən çizməsi: soqman.

türləmək bulğamaq. təyərləmək. yaraklamaq.

türlü dürlü. 1. qəbil <> qabıl. soy. nov'. dürlü. sinif. sınıb. məqulə. 2. soy. cis. nov'. - cis maldi: soy maldı. - cisdəndir: nə soydandır.

türmə dar yer. kütəs. tutsaq. dam. duzaq. kündə. qapanca. tumruq. sindan. zindan. - kündəyə düşmək. - kündədən qaçmaq.
- tumruğa atmaq: tumruğa vurmaq. - tumruq ağası: türmə başçısı.
- müvəqqəti türmə: salma tumruq: qara qolun gecə çüçədə tutduğu kişiləri saldığı türmə.
- tümrüq ağası: türmə başçısı, müdürü.
- türmədə barmaqlı dəmir pəncərə: quzğuncıq.

türməçi kündəçi. qarqavul.

türmək dürmək. burmaq. qatlamaq. sarmaq.

türməkləmək dürməkləmək. lülələmək. yüyələmək. talqışmaq. bükmək.

türrac dürrac. turanğ. turanc. çöl xoruzu.

türti dürti. dürtüş. 1. təşviq. tərğib. 2. iğva. təhyic.

türtləngic dürtləngic. dürtmə ayqıtı.

türtmək dürtmək. 1. birbirin təşviq edmək. birbirin tərğib edmək. 2. birbirin iğva edmək. birbirin təhyic edmək. 3. barmaqlamaq. qurtdalamaq. təhrik edmək.
- dürtüb itərək xırpalaşmaq: çəkiş bəkişmək: qaqışmaq.

türtüş dürtüş. dürti. 1. təşviq. tərğib. 2. iğva. təhyic.

türtüşmək dürtüşmək. 1. birbirin təşviq edmək. birbirin tərğib edmək. 2. birbirin iğva edmək. birbirin təhyic edmək.

türük türgə. türək. bürək. bürgə. geyim.

türünc - türünci qızıl boya: axşam qünəşi.

tüsqürmək tüskürmək. tısqırmaq. tıqsırmaq. geri püskürmək. dəf' edmək.

tüssüli ışıltılı, bərraq olmayan. tonuğ. donuğ. dumanlı. bulutlu. boz. soluq. - donuğ sırça.

tüstülənmək tumanlanmaq: dumanlanmaq. dumana tutulmaq.

tüş düş. 1. təsadüf. raslama. 2. qəza. xəta. uğrama. - bir düş ora. - ayda neçə kərə bizə düşür. 3. düçar olma. ibtila. - imalə. burun tükü. əngəl. - buda bizə düş oldu. 4. şans. bəxt. - düşünə çıxan nə olursa. - düşsüz: bəxtsiz. - düşlü: şanslı. bəxtli. 5. boya. 6. üzsuyu. abrı.
- düş olmaq: raslamaq. toxuşmaq.
- düş azmaq: cinub olmaq.

tüşar düşar. düçar. düşgün.mübtəla. üftadə.

tüşarlıq düşarlıq. düşarlık. düçarlıq. tüşgünlük. düşüklük.mübtəlalıq.

tüşazma düşazma. cunub olma.

tüşə düşə. tüşərgə. düşərgə. düşək. hotel. aruqa. arquqaq. aruqqa. dincəliş yeri. müsafirxana.

tüşək düşək. 1. tüşərgə. düşərgə. tüşə. düşə. hotel. aruqa. arquqaq. aruqqa. dincəliş yeri. müsafirxana. 2. salıq. zə'f.

tüşəlmək düşəlmək. qonulmaq. enilmək. - qonaqlar qonuldular.

tüşən düşən. düşmən. bulaq. vaqiə. macəra. - tanrı ilə düşən belədidə.

tüşənmək düşənmək. düşmək. qoyulmaq. girmək. - yola düşənmək: yola qoyulmaq.

tüşərgə düşərgə. düşək. tüşə. düşə. hotel. aruqa. arquqaq. aruqqa. dincəliş yeri. müsafirxana. orduqah.

tüşəri düşəri. söz gəli. söz gəlişi. söz uyu. ras gələ. elə. ittfaqən.

tüşəş düşəş. < düşiş. salış. sağış.

tüşgün düşük. 1. düşmüş. aşağıya sarqmış. düşgün. tutqun. düçar. alışıqın. mübtəla. - bu alçağın nəyinə tutqun oldun. - tutqunluqdan boşun qıl. - tutqun vermək: tutulmaq. 2. bədbəxt. 3. avsuq. avusq (> avizfars). avuz. asılı. aslaq. tutqun. vurqun. salqun. 4. düşar. düçar. düşmək durumu. düşmüş. ulaşmış. çatmış. varmış. mübtəla. giriftar. əsir. düçar. mübtəla. üftadə. 5. düçar. mübtəla. giriftar. sərgin. yorqun. xəsdə. - sərgin vermək: xəsdə düşmək. əsir olmaq. döşənmək.

tüşgünlük düşüklük. 1. düşmüş. aşağıya sarqmış. 2. bədbəxtlik. 3. məhrumiyyət. 4. düşarlıq. düçarlıq. əsirlik. mübtəlalıq.

tüşirmək devşirmək.

tüşirtmək düşirtmək. devşirtmək. tevşirtmək: devşirtmək.

tüşiş düşiş > duşeş. düşmə. siqut. rastlaşma. təsadüf. salış. sağış. düşmə. siqut.

tüşqünka düşgün. arqın. yorqun. zayıf. dərmansız. tüşürqün. tikənli kitrə ağaccığı.

tüşqünlənmək dağı kitrə ağacı çoğalmaq.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin