Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


yerləşmək kökləşmək. tə'sis olmaq. yer salmaq. uyumlamaq. tutmaq. kökləşmək. - ağac uyumladı



Yüklə 12,74 Mb.
səhifə99/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   94   95   96   97   98   99   100   101   102

yerləşmək kökləşmək. tə'sis olmaq. yer salmaq. uyumlamaq. tutmaq. kökləşmək. - ağac uyumladı.

yerləşmək qapılanmaq. hançı bir işlə uğraşmaq. kullanmaq. qayınmaq. qulluğlanmaq.

yerləştirmək 1. orunqdələmək. orundalamaq. öqürtləmək. ögürtləmək. aldırmaq. sığdırmaq. urundalamaq. qoymaq. təxsisləmək. - bunu ora aldır. 2. qurmaq. tərtibləmək. hazırlamaq. - ordu qurmaq. - qazan qurmaq. - yığva qurmaq. - duzaq qurmaq.

yerləştirmək qoymaq. qərar vermək.

yerli 1. yollu. uyuq uyqun. uğur. sıra. münasibət. - sırasız söz söyləməkdənsə, sırasın gözləmək yeğdir. 2. qəralı. sabit.
- yerli yerində: sıralı. münasib yerində.
- yerli olmayan: geçici. geçən. köçəri. müvəqqti. - geçici bir durum.

yerli 1. oynamaz. daşınmaz. sabit. qeyri mənqul. yerə yapışıq olan. - o dilab yerlidir. - indi sərgilərin, yığvaların çoxu yerli yapılarda yox, çadırlarda tutulmur. 2. (# yabanı). bir yerin doğması olan. - bu ölkənin yerlilərin köçürdüblər, yabançıları yerləştiriblər.

yerliş qərar. oltraş. olturaş. otraş.

yermək qalaylamaq. danlamaq. paylamaq. əzmək. tə'ziz edmək. tobixləmək. təpikləmək. sərzəniş edmək. məzzəmət edmək.
- kəndi kəndini yermək: irilmək. qayqıdan titrəmək. arılmaq.

yermək yərmək. 1. bəğənməmək. xoşlanmamaq. tiksinmək. iğrənmək. çəkinmək. - yermək: boylu qadının yeməyi bəğəməyib, qıvır zıvıra yerikləməsi. 2. alçatmaq. zəmm edmək.

yermən çuğul. ırman. carçı. qovucu.

yernəmək yerinmək. iqrənmək. tiksinmək.

yernik yerinik. təəsüf.

yersi həmkəf. - həmkəf oda: yer odası.

yersiz sırasız. yolsuz. münasibətsiz.
- yersiz söz söyləmək: asma budamaq.

yesir qolay. rahat. səhl. - qolay gələ: rahat olsun. iş başında olanlara deyilən deyim.

yesircə qolayımsı. rahatlıqla. zəhmətsizcə.

yet yat. yad. çat. həqq. - sizin mənə gücənməyə yetiz yoxdur. - yada daşı: haq daşı.

yetə yeti. 1. yardım. imdad. - yeti aracları. 2. güc. zor. qudrət. 3. çıxar. qabiliyyət. 4. əl. vasitə. - onun yeti ilə verdim. 5. yədə. yada. damarlı yəşil daş ki əsgi türklər arzulanıb (niyyət edib) quya atardılar.

yetək yədək. 1. heyvanı çəkəcək ip. yular sapı. 2. qayığı, gəmini axıntıya qarşı qıyıdan çəkməyə yarar ip. - qayığı yədəyə vermək. 3. gərəyə (gərəkli olduğunda işlənmək üçün) boşuna buraxılmış nərsə. - yədək açar. - yədək azıq. 4. yanıcə götürülən nərsə. yularından çəkilərək götürülən boş at. 5. bir işi, olayı yapmaq üçün, bir nərsiyə qarşı durmaq üçün yararlanan yardaq, köməkçi ayqıt. yardaq. 6. aşı. peyvənd.

yetəkçi işan. mürşid. malla.

yetəkləmək aşılamaq. aşlatmaq. peyvənd vurmaq.

yetəklik yədəklik. köməklik. köməkçilik.

yetəmək yetmək. yidmək. yətirmək. buxca, heybəyi toparlamaq, uclarını birləştirmək.

yetənəkli yetmən. olgun. gelişkin. uzman. yetərli.

yetər yetərli. 1. əlverir. əlveriş. çatar. kafi. - əlverir deyil. - yetərincə. 2. daha artığı gərək deyil. - yetər söylədin. - artıq yetər.

yetərli yetər. 1. bəsili. kafi. əlverir. - əlverir deyil. - yetərincə. 2. daha artığı gərək deyil. - yetər söylədin. - artıq yetər. 3. yetgin. yetişkin. əhil. uzman. 4. yetmən. olgun. gelişkin. uzman. yetənəkli.
- yetərli olmayan: az. tar. ğeyri kafi. - dar çağ: dar zaman.

yetgin 1. yetişkin. əhil. uzman. yetərli. 2. etgiləyici. çekici. mükəmməl. 3. olmuş. olqun. 4. kamil.
- çox yetgin, olmuş, oluşmuş: artığına olqun.geçgin. geçmiş. - geçgin yemiş.

yetginmək ərişmək. irişmək. oluşmaq. - üzümlərim irişti. - irişmiş qızları əriştirməliyik.

yeti yetə. 1. yardım. imdad. - yeti aracları. 2. güc. zor. qudrət. 3. çıxar. qabiliyyət. 4. əl. vasitə. - onun yeti ilə verdim. 5. yədə. yada. damarlı yəşil daş ki əsgi türklər arzulanıb (niyyət edib) quya atardılar.

yetigər yeddi ulduzlar. dübbi əkbər. bənatül nə'ş.

yetik yedik (yeyilmiş). 1. yalaq. yalama. aşınma. aşınmış. köhnə.- yalaq mal. 2. igit. ər. ərən. 3. bilgir. müttəl'.

yetim yetmiş. ilqəmişcığa. ilərmiş. çatmış. tanrıya varmış. ərən. varan. irim. ərim. çatım. irmə. visal.

yetimli irəmli. irimli. ərimli. çatımlı. ləyaqətli. layiqli. iste'dadlı.

yetin oxumuş. bilgin. bilən. yetginliyin yetiyi. çatqınlığın çatışı. çatın. ərik. olqun. olun. olduğun olqunluğu. alim. kamil. kəmallı.

yetinməmiş tor. toy. çiğ. pişçəmiş. əcəmi. gənc olan.

yetiri iblağ.

yetiş bitiş. böyüş. nəmov.

yetişdirmək vardırmaq. çatdırmaq. böyütmək. böyüməsinə qulluq edmək. bəsləmək. becərtmək. tərbiyət edmək. yapmaq. tutmaq. bəsləmək. qurmaq. hazırlamaq. - turşı tutmaq. ipək böcəyi tutmaq. - xəmir tutmaq. maya tutmaq. - yoğurt tutdu. - bu cocuğu mən böyütdüm.

yetişən - erkən, tez yetişən: ərik. irik. ərmiş.

yetişi ulaşı. görüş. qavuş. qovuş. çatışı. mulaqat.

yetişib çoxalmaq örəmək. ürəmək. törəmək.

yetişkin yetgin. əhil. uzman. yetərli.

yetişmə yətişmə. 1. tərbiyə olunmuş. - məktəb yetişmələri. 2. lisans. - bilikənd yetişmələri: üniversitə yetişmələri. 3. varış. varma. getmə. visul. - bu qədər çabuk varış. 4. gəlmə. olunma. hasil olma. - yazdan gəlmə. - sizdən gəlmə sovğat.

yetişmək gəlişmək. böyümək. boy atmaq. gəlmək. bərkimək. sarmaq. vasil olmaq. ulaşmaq. görüşmək. qavuşmaq. qovuşmaq. çatışmaq. mulaqat edmək. - sarılmamış otdan nasıl yanmaq olar. - ot saçağa sardı. - gəlişmiş ağac.
- sobada yetişmək: tələsik, çabuq yetişmək.

yetiştirmək əriştirmək: iriştirmək. çatdırmaq. oldurmaq. olqunlaştırmaq. - yağış yağsa, yel əssə fırtına olar: qopar. - tanrı istəklərivə iriştirsin.

yetkək heybə. yenqək. buxca. yenqə. heybə.

yetqi sorumluluq.

yetqin yetgin. irimiş. ərmiş. iri. qocaman. böyük. yekə.

yetqiş ulaşdırı. ulaşıq. dalbadal. bitqiş. müttəsilən. peyvəsdə.

yetmək <> edmək <> gedmək < met > dəqmək. 1. yidmək. yetəmək. yətirmək. buxca, heybəyi toparlamaq. uclarını birləştirmək. ərişmək. varmaq. 2. qorımaq. görmək. çatmaq. kifayət edmək. idarə edmək. kafi olmaq. vəfa edmək. - bu para xərcimizi qorımaz.

yetmən olgun. gelişkin. uzman. yetərli. yetənəkli.

yetməz qısıq. çatmaz.- bu işdə çox qısıqlar (çatmaz. yetməz) görünür. - işin qısığın (çatmazın. yetməzin) çıxarmalıyıq. - hər nəyin qısığın (çatmazın. yetməzin) çıxarıb, aradan qaldırmalıyıq. - sizin yaşamda çatmaz (qısıq. yetməz) nə var ki. 2. işlərində qıssa gələn. işini bitirməyən.

yetmiş ərgin. olmuş. yanığ. əmrən. əmə. imə. himə. kökə iyə olan kimsə. ərmin. ərgin. çatmış. vurqun. yetim. ilqəmişcığa. ilərmiş. çatmış. tanrıya varmış. ərən. varan.

yetriş irtiş. ərtiş. bulduruş. isal.

yetsiz yatsız. yadsız. çatsız. haqsız. - öz yurdumda çatsız qaldım.

yetşiri çattırı. irtiş. ulaşı. bulduri. göndəri. götüri. nəql. isal.

yetüt -yetüt saçka: yetrüm saç:sonradan buraxılan saç. -

yeyi yeğ. yekə.

yeyici yenir. yiyən.

yeyilmək yənilmək. yenilmək.

yeyilməz ağza alınmaz. içilməz. tatula. dadula. dadı kötü. dadıq. dadıqmış.

yeyin 1. qalib. üstən. 2. qəvi. 3. Cəldfars < çalt. iti. tez. basım. çalasın. çala çala. çappaq. sürəkli. sürək. yorqa. varışlı. itik. ütük.- varışlı kişidi. - sürək davranış. - bir sürək at aldım.

yeyin burraq. burqaq. bırraq. bırqaq. iti.

yeyin tələsik. sıqı sıkı. sıxı. iti. sürətli. əcələli. - sıqı . - sıqı sıqı: tələsik. əcələ ilə.

yeyinmə istihlak.

yeyinmək yenmək. 1. aşınmaq. oyulmaq. - ip quyunun biləzik daşın yenmiş. 2. alınıb götürülmək. yıxılmaq. - dalqalar qıyını gündən günə yenir. 3. sərf, istehlak, israf olunmaq. pozulmaq. - o qədər mal yenirmi. 4. xərclənmək. - para yenməzsə yiyəsi yenir.

yeyinti yenti. azıq. rizq. tö'mə.

yeylaq yaylaq. 1. yaylıq evi, yeri. 2. ayıqlanma, yayılma, əğlənmə, dolanma yeri. təfərrüxqah.

yeyrek məqbul.

yədə yada. yetə. yeti. damarlı yəşil daş ki əsgi türklər arzulanıb (niyyət edib) quya atardılar.
- yədə daşı: yaşıl daş: yəşm. yəşəm.

yədək yetək. 1. heyvanı çəkəcək ip. yular sapı. 2. qayığı, gəmini axıntıya qarşı qıyıdan çəkməyə yarar ip. - qayığı yədəyə vermək. 3. gərəyə (gərəkli olduğunda işlənmək üçün) boşuna buraxılmış nərsə. - yədək açar. - yədək azıq. 4. yanıcə götürülən nərsə. yularından çəkilərək götürülən boş at. 5. bir işi, olayı yapmaq üçün, bir nərsiyə qarşı durmaq üçün yararlanan yardaq, köməkçi ayqıt. yardaq.

yədəklik yetəklik. köməklik. köməkçilik.

yədəmək 1. yetmək. yidmək. yetəmək. yətirmək. buxca, heybəyi toparlamaq, uclarını birləştirmək. 2. ipindən, yularından, cilovundan, yalavundan. tutub çəkmək, götürmək. 3. axıntıya qarşı çəkmək. - qayığı yədəmədən yuxarı çıxmaq olmaz.

yəhər əkər <> əqər <> əkər <> əqir. qaltaq. zin. - tatar qaltağı.
- ənli yəhər qolanı: təpəngü. təpəngi. qalın qaltaq belləməsi.
- heyvanın belinə bağlayan qayış: qolanğ.
- yəhərin altına qoyulan tərlik: belləmə.
- yəhər bağı, bəndi: aşırtma. aşırma. qulan.
- at quyruğu altından keçirilən, yəhərə bağlı qayış: qusqun. quşqun.
- əğrək önü: art qaşı: yəhər qaşı: yəhərin ön arxasında olan belli yüksək yerləri.
- yəhərin taxtası, qurşanmamışı, qaplanmamışı, lütü: qaltaq.
- qaltaq qaşı: yəhərin öndə arxasında olan yüksək yeri.

yəhərcik əşəkcik. əkəkcik.

yəq 1. yək. yak. yenğə. yekə. tək. yalınız. 2. yəğ. yeğ. yek. daha iyi.

yəqə yəkə. yaka. dumanı (gəmi sükanı, buyurduruğu, fərmanı) tərpətmək üçün başına taxılan qol.

yəqma yəğma. yağma. (dağıdıb, qənimət almaq amacı ilə olan cumuş, hicum). çapul. axın. ilğar. qarət. toyumluq. doyumluq. çapavıl. yığma. çərik. qənimət. - savaşda yenilən çər çərlik verməlidir.

yəqni yeqni. yüngül.

yəqrək yəğrək. yeğrək. daha iyiraq.

yələ yələk. (> yal). 1. arası açıq, iri, sərt, yelpiklənib quşun uçmasın sağlayan tük. 2. bir para heyvanların ənsəsində (boyun arxasında) olan uzun qıllar, ki yellənib sağa sola çarpar. 3. Cilov (atın ovsarı) calın.

yələk bax > yelək

yələk yelək. (yel alan). 1. quşun qanatında, quruğunda olub, onu uçurub saxlayan, böyük, iki yanlı tük. 2. qolsuz, önü açıq, yellənə bilən geyim. - yeləyi. 3. bir yaşılı dəvə balası. 4. şırıx, şərit kimi əsik, kəsilmiş nərsə. - bir yələk kağız. 5. - toy yələyi: toyda şənlikdə (doğum günü, ad günü) göydən duvardan sarılıb aslanan, yələk yələk kəsilmiş bəzəkli kağaz.- allı ballı yələklər. - sarı güllü yələk.

yəlimlənmək yilimlənməkka. tutqallanmaq. yılımlanmaq. çəsblənmək.

yəlkən başmaq. kəviş8 > kəfş. çəpək.

yəlmə yalma. yırtmaclı, bir parça olmayan cuqal, zireh.

yəltək yaltaq. yelə baxan. dönək. sübatsız.

yəməka yinə. yenə. həp. bütün. tamamiylə. dahi.

yəmşək kələkə. kalağayi. başa örtülüb oyluqa dək enən yəmşək. yaşmaq. peçə.
- içinə qonulub bağlanan yəmşək: qadınların yalın, sadə baş örtüsü: qondaq. qundaq. - baş qundağı.

yənilmək yenilmək. yeyilmək.

yəp yap: ip: sap.

yəpitmək əpitməkcığa. ıslatmaq. sulatmaq.

yəprəs bərsə. bərəs. 1. xallı. 2. zədəli.

yərmək yermək. 1. bəğənməmək. xoşlanmamaq. tiksinmək. iğrənmək. çəkinmək. - yermək: boylu qadının yeməyi bəğəməyib, qıvır zıvıra yerikləməsi. 2. alçatmaq. zəmm edmək.

yəstəkləmək pisləmək. eşiyə gedmək. dışqarmaq. sıçmaq.

yətirmək yedirmək. yidmək. yetəmək. aşılamaq. aşlatmaq. yetmək. yidmək. yetəmək. aqtarmaq. axtarmaq. axıtmaq. çatdırmaq. buxca, heybəyi toparlamaq,
- əl suya yetirmək: gəzinmək. həyətə çıxmaq. su tökməyə gedmək.

yıdlaşmaq yıtlaşmaqka. yıylaşmaq. iyləşmək. qoqlaşmaq.

yidmək yetmək. yetəmək. yətirmək. buxca, heybəyi toparlamaq, uclarını birləştirmək.

yıqac yığac. Cihaz. topuntu.

yıqamaq yıkamaq. yayqamaq. yalxamaq. yalxalamaq. yumaq. yuymaq. yumaq. təkər təkər yumaq.

yıqan yığan. xərmənçi. qarmançı. toplayan.

yıqanış yıxanış. yıxanış. yuvunuş. qusl.

yiqənka həsir yapılan qovalaq otu.

yıqıq yıxıq. - yıxıq yer: gədik. xaraba.

yıqılan yığılan. tərilgənka. dərilən. dirilən. dərgilgən. dirgilgən. toplanan.

yıqılasımaq yıxılasımaq. sürcmək. yerirkən ayağın bir nərsiyə toxunub düşəcək olmaq.

yıqılı yığılı. toplanmış. birikmiş. koma.

yıqılqın yıxılqın. yıqqın. yıxqın. düşmüş.

yıqılma yığılma. toplanış. toplanma. birikiş. birikmə. ictima.

yıqılmaq 1. yığılmaq. üşmək. qoşmaq. toplanmaq. 2. yıxılmaq. alt olmaq. altanmaq. üstələnmək. yenilmək. 3. yoqlanmaq. yoğlanmaq. öğlənmək. dinlənmək. çəkilmək. istirahət edmək. dərilmək. toplanmaq. devşirilmək. cəmləşmək. 4. keçməmək. turmaq. durmaq. ilişmək. ilərləməmək. - boğazıma durdu. - canıma durdu daha!. 5. alınıb götürülmək. yenmək. yeyinmək.- dalqalar qıyını gündən günə yenir. 6. yıxılmaq. yanğılmaq. yenğilmək. düşmək. sınmaq. 7. düşmək. devrilmək. 8. pozulmaq. xərablanmaq. viran olmaq. 9. dağılmaq. pərişan olmaq.
- el bir yerə dərildi. - üzümlər hələ dərməyib.
- arıq ər öğləndi: yorqun kişi istirahat eddi.
- yıxılmaq: - içəri yıxılmaq: köçmək.
- sərt quru gurultu ilə yıxılmaq: qağşamaq. (< qaq: sərt səs).
- yığılmaq:

yıqılmış yığılmış. 1. birkəfars < birikə. birikmiş. 2. toplanmış. top. məcmu'. - top yekun. - həpsini top edəlim.
- bir yerə yığılmış nərsə: təcmi. cəmləmə.

yıqım yıxım. pozulma. düşmə. xərablıq. viranlıq.

yıqın yığın. 1. conqfars. (< çönək9. çöngək). toplam. kom. koma. 2. alay. qalabalıq. yığın (< yığıqın). tığın. avcuman (< av. ev). top. toplu. eldar (< eldər). idarəli. ilmək. toplantı. yığva. öbək. öpək. obaq. oba. top. bölük. - el yığın yığın ( öbək öbək. obaq obaq. oba oba) oturmuşlar. - evləri var yığın yığın ( öbək öbək. obaq obaq. oba oba). 3. koma. tob. - yığınilə: topdan. külliyyətən. 2. çələng. 3. izdiham. qalabalıq. 1. quruh. or. fovc.

yıqın yığın. əyliş. əyiliş. otruş. cəlsə

yıqıncaq yığıncaq. yığva. bəzm.

yıqındı yığındı. 1. toplanmış. qalabalıq. izdiham. - bu yığıntı nədir. 1. mütərakim koma

yıqınlıq yığınlıq. yığın. qalabalıq. izdiham. - bir yığınlıq gördüm.

yıqınmaq yığınmaq. geyinib quşanmaq. hazırlanmaq.

yıqıntı yıxıntı. 1. qazuvat. pox. töküntü. pislik. 2. xaraba. örənlik. 3. kümə. kuma. birkinti. tüdə. - ot kuma kuma yığmaq. - bir kuma buğda. - yıxıntı. - yar yıxıntısı: yoldaş bəlası, ziyanı. 4. kömək. kümək. kuma. tob. 5. xəraba. virana.

yıqışma yığışma. sıxışma. yış. yuş. yişka. - yış bolmaq: yığışmaq. yuğşılmaq. sıxışmaq.

yıqışmaq yığışmaq. qoşuşmaq. qoşdaşmaq. qoşlaşmaq. qoşuqlanmaq. birləşmək.
- birbirin sıxaraq yığışmaq: basışmaq. bir birinə girmək. soxuşmaq. sıqışmaq. sığışmaq. sıxışmaq. sıkışmaq.- qalabalıq sıxışırdı. - el məçidə sıqışdı.

yıqışmış yığışmış. oğuşmuş. yatmış. yorulmuş. kehəlmiş.

yıqqın yıxqın. yıxılqın. düşmüş.

yiqləmək yikləmək. ikləmək. xəstə olmaq.

yiqlənmək yiklənmək. iğlənmək. iklənmək. xəstələnmək. çərlənmək. qəmlənmək. ağrınmaq. korlanmaq. çorlanmaq. pozulmaq.

yıqlınmaq yığlınmaq. irinqləmək. irinğləmək. irginmək. birkinmək.

yıqlışmaq yığlışmaq. üşüşmək. qoşuşmaq. toplaşmaq.

yıqma yığma > yəğma. yağma. 1. çərik. qənimət. - savaşda yenilən çər çərlik verməlidir. 1. yığma. tondurma. dondurma. toplama. qondarma. yasama. 1. bir yerə yığıb bütünləmə. 2. muntaj. 3. məsnoyi. təbiyi olmuyan. - dondurma daş: məsnoyi daş. təbiyi olmuyan. 4. yıxma. təxrib
- dondurma duvar: beton armə.

yıqmaq yığmaq. toplamaq. biriktirmək. komamaq.

yıqmaq yıxmaq. yığmaq. 1. üşirmək. qoşmaq. toplamaq. yığmaq. iləmək. iliştirmək. çatdırmaq. toplamaq. - bu parçaları ilib, torba tikin. - ilməklənin əyləşin. 2. {(yıxmaq. yuğmaq. yoğmaq. yumaq): bu sözlərin hamısında ayrılmaq, yox olmaq, qaldırılmaq anlamları vardır}. altamaq. alt edmək. üstələmək. yenmək. 3. təvşirmək. dəvşirmək. xarmanlamaq. qarmanlamaq. devşirmək. toplamaq. cəmləmək. dəvşirmək. devşirmək. dəğmək. dərmək. toplamaq. devşirmək. cəmləmək. - üzüm devşirmək. - kitab devşirmək: kitab bağlamaq. 4. buraxmamaq. tutmaq. ötürməmək. çəkmək. - kəndini tutmaq. - dilini tutmaq. - soluğun tutmaq. 5. devşirmək. toplamaq. 6. albaqlamaq. altaqlamaq. alqaqlamaq. alqatlamaq. toplamaq. 7. pozmaq. xərablamaq. 8. düşürmək. yerə çalmaq, vurmaq, salmaq.
- yığıb yuvarlamaq: toparlamaq. top edmək.- xəmiri topalamaq.
- yuxarı yığmaq: çox qiymət vermək.
- para devşirmək. - şəritdən paltarları deşir.
- döndərib, çevirib toplamaq, yığmaq: qanğırmaq. qanırmaq.

yıqmaq yıxmaq. 1. pozmaq. xərablamaq. viran edmək. dağıtmaq. batırmaq. məhv edmək. 2. dayamaq. isnad edmək. təhmil edmək. - öz suçların mənim üzümə yıxdı.

yıqrılmaq yığrılmaq. yıxsılmaq. kötüləşmək. büzülmək.

yıqsılmaq yıxsılmaq. yığrılmaq . kötüləşmək. büzülmək.

yiqtürmək incitmək.

yıqva yığva. 1. dərnək. toplanma. cəmiyyət. toy. 2. ilmək. toplantı. yığın. yığıncaq. bəzm. 3. məclis. toy.

yıl - yund yılıka: at ili. türklərin on ikili yıllarından biri.

yılan - ilan qıs qıvraq olmuşdu.
- ilanın ıslıq çalması, fısıldaması: qızğırmaq.

yılancıq ilancıq. üz dərisində şiş parlaq qızarma ilə olan xəstəlik. - yılancıq olmaq. - ilancıqçı: bu xəstəliyi qaldıran ovsunçu.

yılançıl ilançıl. başlıca (ümdətən) ilan tutub yeməklə yaşayan quş.

yıldıraq yıldırğan. 1. şəbçirağ qiymətli daş adı. 2. par par parlayan. 3. şimşək. barqa.

yıldıramaq yıldırmaq. 1. par par parıldamaq. aralıq aralıq parıldamaq. 2. şimşək çaxmaq. yıldıramaq. barqalamaq.

yıldıran yıldırayıcı. parlayan. dirəxşan.

yıldırayıcı yıldıran. parlayan. dirəxşan.

yıldırğan yıldıraq. 1. şəbçirağ qiymətli daş adı. 2. par par parlayan. 3. şimşək. barqa.

yıldırım {- "ılıdırm" bir yerə dəğdi isə, elə "ıldırım. yıldırım" deyilir. - ıldırımın uzaqda çaxan ışığına "simşək" deyilir. - ıldırımın səsinə "göy gurlaması" deyilir.}

yıldırmaq yıldıramaq. 1. par par parıldamaq. aralıq aralıq parıldamaq. 2. şimşək çaxmaq. yıldıramaq. barqalamaq.

yıldırmaq ürkütmək. qorxutmaq. - düşmanı yıldırdıq. - yıldıran kəsəl. - bu ısıtma məni yıldırdı.

yıldız yaldız. yalqım. yağtı. açıq. yaşın > roşən.

yılğa > Cəlafars < cıyla.

yılxıka - edinçu yılxıka: yük vurulmayaraq buraxılan heyvan.

yilik ilik.

yilikliq ilikli. iliği olan.

yılıq yelik. yelək. əsinkə. əsinti. nəsim. rüzqâr< üzgər.

yılım 1. yilimka. tutqal. yəlim. çəsb. 2. yedirmə. mə'cun.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin