Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə98/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   94   95   96   97   98   99   100   101   102

yazma 1. əl işi. qələmkarlıq. oyma. 2. əl ilə yazılmış. basma qarşıtı. - yazma kitab. 3. bir üz şişmə xəstəliyin toxdatmaq üçün baxıcıya üz yazdırma.
- yazma yolu: yazış. yazılış.

yazmalı 1. nəxşəli. 2. sevimli. iltizami

yeddi - yeddi verən: bir ildə neçə kərə güllənən, bar verən nərsə.

yedi sayı, hesab bilməz. müsrif.

yedirən comərd. gərəyini doyurman, doyuran. - xəsis olmayıb gərəkliləri (möhtacları) yedirən.

yedirmək 1. bəsləmək. tavlamaq. infaq edmək. 2. yetirmək. aşılamaq. aşlatmaq. 3. sindirmək. - yağı taxdaya yedirt. 4. tərbiyələmək. dərləmək. asıramaQ. bəsləmək. 5. qəbul etdirmək. - bu sözləri özünə yedirəmmədin.

yedirmə yılım. mə'cun. yağ, kirəc, kəndirlə yapılmış bir mə'cun ki lükün kimi su borularını yapışdırmağa yarar.

yedirtmək qatlatmaq. keçirtmək. əğib, burub yerləştirmək.

yeditmək aşındırmaq. apartmaq. həzf edmək.

yehmüka yemüka. ''tamammı ?'' anlamına bir söz. -

yekə yeqə. yeyi. yeğ.

yekətmək şişirtmək. böyütmək. mubaliğə edmək. - işi böyütdülər.

yeq yek. yeyi. yekə.- kəm yek < kəmik.tək. az. az tapılan.

yeqə yekə. 1. iri. yenğə. 2. yenğə. tək. yək. yak. yalınız.
- yekə qapan: bağra. 3. böyük. qop. iri. qart. qoca. əzim. irimiş. ərmiş. iri. yetgin. qocaman. böyük. - qoca dağ. - qoca ölkə. - qoca dəniz. - qoca yapı.

yeqəxanalanmaq yekəxanalanmaq.taslamaq. şişinmək. bulutlarda gəzmək. həvalanmaq. - igitlik taslıyan.

yeqəlik yekəlik. irilik. böyüklük. qocamanlıq.

yeqən yeğən qardaş oğlu. - o mənim yegənimdir.

yeqən yeğən. artıq. üstün. - yeğən qazanmaq üçün oyun oynamaq: qumar oynamaq.

yeqətmək yekətmək. dəvələmək. qubbalamaq.

yeqqə yekkə. çəpər. olqun. pişmiş. görmüş. keçitmiş. bacarmış. salqun. varqun. çaqqun. mücərrəb.

yeqlətmək yeğlətmək. iyilətmək. onartmaq. onqarmaq. sağaltmaq. düzəlmək.

yeqman yekman. qarunğ. şişman.

yeqni yəqni. yüngül.

yeqrək yeğrək. yəğrək. daha iyiraq.

yel (yel sözündə neçə çıxar vardır, əsnəklik. boşluq. yumşalıq itilik. güclük, ha belə başqaları). 1. sınır, rumatizm xəstəliklərində olan yel kimi gəzən ağrı. 2. yəl. bahadur. batur. pəhləvan.
- bir yöndən əsən yel: apazlama. qapazlama.
- yelə baxan: yaltaq. yeltək. dönək. sübatsız.
- yel yayar: qazlı. - bu yel yayar yeməkdir.
- qara yel: güney batı yeli.

yel 1. al. yeləncik. cin. 2. bəla. - ölət yeli: qırqın kəsəli.
- gurultulu yel: bora. boran. fırtına.
- sıcaq əsən bir yel: sıruqu.
- yel Əsintisi. yelƏs. yelli. havadar.
- yelin əsməyi: uçulamaq: cüvlamaq.
- doğu güney yeli: gün doğrusu

yelbasa > yelpazə. yelpik. - yelpaza, yelpik sallamaq: yelpikləmək.

yelçi elçi. yapaq. peyk. payak. savaç. qasid.

yeldirmə yəldirmə. qadınların gen, bol eşik geyimi. abalıq. manto.

yeldirmək yəldirmək. uçurmaq. talaşlatmaq. salıvermək. saldırmaq.

yeləcək yelləncək. ucuna ip bağlayıb uçurtulan nə. uçurtma. bərdüvan2.

yelək yələk. yələ. (yel alan). 1. quşun qanatında, quruğunda olub, onu uçurub saxlayan, böyük, iki yanlı tük. 2. qolsuz, önü açıq, yellənə bilən geyim. - yeləyi. 3. bir yaşılı dəvə balası. 3. bir yaşılı dəvə balası. 4. şırıx, şərit kimi əsik, kəsilmiş nərsə. - bir yələk kağız. 5. (> yal). arası açıq, iri, sərt, yelpiklənib quşun uçmasın sağlayan tük. 6. bir para heyvanların ənsəsində (boyun arxasında) olan uzun qıllar, ki yellənib sağa sola çarpar. - başa, təpiyə vurulan quş yələyi: otağa. kalağı. 7. - toy yələyi: toyda şənlikdə (doğum günü, ad günü) göydən duvardan sarılıb aslanan, yələk yələk kəsilmiş bəzəkli kağaz.- allı ballı yələklər. - sarı güllü yələk. 8. yılıq. yelik. əsinkə. əsinti. nəsim. rüzqâr < üzgər.

yeləkləmək nərsiyə yələk taxmaq. ox quyruğuna yələk taxmaq.

yeləmək yələmək. qaçınmaq. talaşlanmaq. tələsinmək.

yelən yələn. fırtına. qatı yel. qasıntı. qasa. savurqac.

yeləncik al. cin.

yelƏsƏr Əsintili. havadar. yel ƏsƏn.

yelgim havadar. havası gÖzƏl yer.

yelik yılıq. yelək. əsinkə. əsinti. nəsim. rüzqâr< üzgər.

yelim 1. yellənmə. qoşma. qoşuş. qaçış. sürəkli qımıldanma. - yelim yaparaq: tələsiklə. böyük çaba ilə. 2. çəsb. 3. yilimka. tutqal. yılım. çəsb.

yeliz yel - iz. havadar. havalı.

yelqən - yelkən endirmək: yavaşlamaq.
- yelkənləri suya endirmək: yenilmək. sınmaq. vaz geçmək. təslim olmaq.
- yelkən kürək: tələsik tələsik.
- ağla yelkən edmək: ağlına gələni edmək.

yelqən - yelkəni qaldırmaq: açıb gedmək.

yelləmək ətəkləmək. ətəklə yelləmək. körükləmək. təhrik edmək.

yelləncək yeləcək. ucuna ip bağlayıb uçurtulan nə. uçurtma. bərdüvan2.

yelli sızılı. sızısı, ağrısı olan. yelƏs. yel Əsintisi. havadar.

yelmək yalmaq. gənə bol geyim.

yelpənək bolağan. yalluz. açıq. cıf. əclaf.

yelpik 1. süpürgə. - otu yelləməyə tükdən yelpik, süpürgə: toyuq qanatı. 2. soluğan (asm) kəsəlinin bərki.

yeltə yeltən. özən. qiptə.

yeltənmək özənmək. qiptələnəmək. nərsəni yapmağa çalışmaq, meyillənmək.

yem - duzaq yemi: aldatma üçün səpilən yemək.

yem ot. otunğa.
- heyvan ağzına yem vermək: tuşurmaq.

yemək - bir yemək sırasında gözlənən ardıcıllıq: - açıq yemək: giriş (antirə) yeməyi. - yoğur yemək: quyuq (əsl) yemək. - toxluq: toxbasar: son yemək (deser).

yemək 1. aşdırmaq. gəmirmək. oymaq. - dolçanın ipi, quyunun biləzik daşın (quyu ağzının daşı) yemiş. 2. alıb götürmək. yıxmaq. əksiltmək. - sel topraqı yemiş. - dəniz qıyını yeyər. 3. işlətmək. kullamaq. xərcləmək. sərf edmək. - var yoxun qumarda yedi. - yeməyi var yeməz. 4. tutulmaq. uğramaq. - iki sillə yedi. - soyuq yemək. - ısma yemək. 5. ısırmaq. sancmaq. salmaq. toxunmaq. - canımı cücülər yeyib. - bu böcək yermi. 6. almaq. qəbul edmək. - həram yemək.
- başın ətin yemək: çox dirənib başın aparmaq. - bu dilənçiyə bir nə ver, lap başımın ətin yedi.
- toyuq ayağı yemək: çənə çalmaq.
- kəndi kəndin yemək: qussədən ərimək.

yemək aşırtmaq. aşırmaq. oğurlamaq. içəri atmaq.
- hirslə yemək: utmaq. köçürmək. aşırmaq. - bir bulut pilovu köçürdü.
- quşluq yeməyi: öğlədən öncə yeyilən yemək.
- dönmüş yemək: iylənmiş yemək.
- ağız dadilə yemək: dadını almaq. ləzzətlə yemək.
- qıtır qıtır çörək yemək.
- qapış qapış yemək: ac gözleklə, qapa qapa didə didə yemək.
- yemək yemək: azuqlanmaq.
- yemək istəmək: yeysəmək.
- qış yemək: soyuq çəkmək.

yemək tuşə. tuqş. tuş.

yeməkxana aşçı tükanı.

yeməkləmək yeməkli qonaqlıq vermək.

yeməksiz ac.

yeməli sucuq. ləziz. - içməli yeməl: aşrım. aşam (< aşırmaq. aşamaq). aşlıq.

yemiş bər. sonaç. nəticə.
- xiyar, qoğun kimi soyulub yeyilən nərsələr: soymandı.
- sıxılmış yemiş suyu: sıxı. sıqı. sıqıntı. sıxıntı.
- bərsiz ağac, baş əğməz.
- bərsiz barsız karsız.
- buda bizim bərimiz.
- bayağı, çürük yemiş qurusu: qığ.
- yemiş səbətlərinin dibinə başına qoyulan dal yapraqlar: ağızlıq.

yemişlik yemiş, meyvə qabı.

yemka - ot yem: baharat.

yemləmək göyləmək.

yemrüka ağac sökməkdə yardım edmək ·.

yemşənka qıpçaq ölkəsində bltən bir qır yemişi.

yemüka yehmüka. ''tamammı ?'' anlamına bir söz. -

yemürmək kəsmək. tomurmaq.

yen yenlək. yengi. yeniləmək. təkrarlama. iqzirsayz. təmrin. - güc işlər, yen ilə (yenlək ilə. yengi ilə, təkrar ilə) qolaylaşır. -

yencə yenğicə. yanğıca. olduqca yeni. cədid. mücəddəd.

yencilmək çeynənib əzilmək, basılmaq.

yencitmək lincitmək. əzib dağıtmaq.

yencmək çeynəyib əzmək, basmaq. - ərə əlimi yencdi.

yendirmək endirmək. yenmək. üstün gəlmək. qələbə çalmaq. yenğmək. utmaq. qazanmaq. oyunda. qələbə çalmaq.

yendün 1. tƏrcih. sƏçim. 2. referans.

yenə genə. 1. daha. təkrar. yenidən. - yenə gəldin. 2. belə. hətta. - bir belə yeməkdən yenə yorulmadın. - çox yoruldumsa, yenə yazacağım.

yenə yəməka. yinə. həp. bütün. tamamiylə. dahi.

Yenəkən unikornlatin: at başlı, at gövdəli, başında tək buynuzu olan böyük heyvan.

yenər qalib.

yenəşə yanaşı. yaxın. yan yana.

yenəz yenğəz. yanğaz. yanaz. yenirak.

yengə - gəlinin sağıcı: yengə. yangə.

yengəc yangəc. (< yan. yan yeriyən). farscada xərçəng (< qara + çəngəl) söylənir.
- yangəc kimi: yanpıri. əğri büğri.

yengə yangə. (< yan. yanda gedən). 1. qardaş, əmi, dayı arvadı. 2. toy gecəsi gəlinə qılavuzluq edən.

yengi yen. yenlək. yeniləmək. təkrarlama. iqzirsayz. təmrin. - güc işlər, yen ilə (yenlək ilə. yengi ilə, təkrar ilə) qolaylaşır. -

yengil taqa. təkə. iti.

yengil yüngül. mingil. rahat. huzur. rifah.

yengin - yengin, çürük nərsə: geçgin. - geçgin odun: yanqın ağac.

yenğ yanğ. qol. bol yanğ.

yenğəz yenğəz. yanğaz. yanaz. yenirak.

yenğicə yencə. yanğıca. olduqca yeni. cədid. mücəddəd.

yenğilinc yanğılınc. dikə olmayan. gücsüz. quvvətsiz. zəif. miskin.

yenğli yanğli. qollu. - uzun yenğli, qıssa yenğli kot.

yenğmək yenmək. yenğmək. yendirmək. utmaq. qazanmaq. oyunda. qələbə çalmaq.

yeni - olduqca yeni: yencə. yenğicə. yanğıca.

yeni
- yenidən yeni: getdikcə daha yeni. - yenidən yeni daha nələr çıxacaq.
- yenidən: başdan. təkrar.

yeni ancaq. hənuz. həmən. tutunmamış. işlənməmiş. kullanmamış. toxunulmamış.- tutunmaş yaşmaq. - tutunmaş yapı. - tutunmaş topraq.
- hənuz bitmiş yapı. - mən hənuz yetişmişdim ora, o gəldi.

yeniçəri - yeniçəri başçısının baş geyimi: qaplat.
- yeniçəri ocağında özəl qol, sinif: qorcı. cübbəçi. cübbəli.
- yeniçəri ocağında, doğançı kimi, əsgər cərgələrindən: turnaçı.

yeniçəri yeni kələk, zorbalıqla bir nə yapmaq istəyən.

yenidən genə. yenə. daha. təkrar.- yenə gəldin.

yenik ləkə. çürük. - gügə yeniyi: güvədən oluşan dəlik, iz.

yeniləmə tazalama. təcdid.

yeniləmək 1. yeni, taza duruma salmaq. təcdid etmək. - bu paltarlarıvı yenilə bir. 2. tə'mir edmək. tərmim edmək. - . - bu yapını yeniləyib satmalı. 3. təkrarlamaq. kərələmək. kərətləmək. - bu pozqunluqlarızı bir daha yeniləməyin. - bir kərə söylədiyini, yeniləməyə gərək yox.

yenilənmək 1. yenidən yapınmaq, edinmək. təcdid edinmək. 2. kökdən tə'mir, tərmim edinmək. - bu yapı yenilənənməsə satılmaz. 3. təkrarlanmaq. kərətlətmək. - bu çaşıq işləri bir daha yenilətməyin.

yenilətmək 1. yenidən yaptırmaq, etdirmək. təcdid etdirmək.- pozuq, yıxıq bölümlərin yenilətin. - genə keçmiş işlərin əlinə alıb, taza fırıldağlarla yenilətir. 2. tə'mir etdirmək. tərmim etdirmək. - bu yapını yenilətib satmalıyız. 3. təkrarlatmaq. kərələtmək. kərətlətmək. - bu çaşıq yazıları bir daha yenilətin. - bir kərə yapdırdın, yenilətməyə gərək yox. - bu pozsan, sənə yenilətəcəyəm. - əsgi oyunlarızı yenilətin.

yenilik 1. tazalıq. cədidlik. 2. sınaqsızlıq. təcrübəsizlik.

yenilik tarvat. taravat. təravət. dərilik. tazalıq.

yenilmə tazalanma. təcəddüd

yenilmək alt olmaq. altanmaq. üstələnmək. yıxılmaq. sançıqmaq. vurulmaq. sancılmaq.

yenilmək . yənilmək. yeyilmək.

yenir 1. yeyinir. yeyilə bilir. 2. - yenir kəsəli: qora (xurə. aşıla, akıla, cüzam) kəsəli.

yenir görnək. alış. vərziş. adət.

yenir yeyici. yiyən.

yenirak yenğəz. yenğəz. yanğaz. yanaz.

yenirçə akıla. tuttuqu yeri yeyib çürüdən kəsə.

yenirmək yenişmək. öğrəşmək. alışmaq. adət edmək. - görə görə göz yenir, gedə gedə ürək yenir. - gözdən yenirməyən, ürəkdə qalmaz.

yenişmək yenirmək. öğrəşmək. alışmaq. adət edmək. - görə görə göz yenir, gedə gedə ürək yenir. - gözdən yenirməyən, ürəkdə qalmaz.

yenişyoxuş ənqəbə. enqəbə. atar tutar.

yenkəc - yenkəc kimi: yanbüri. yanpuri. əğribüğri. çampuri. çarpuri.

yenqə buxca. heybə. yetqək.

yenqə yenğə. 1. yekə. tək. yək. yak. yalınız. 2. üstün. qalib. 3. iri. yekə.

yenqək yetkək. heybə. buxca.

yenqiliş yenğiliş. yanğılış. sınış. düşüş. məğlubiyyət.

yenqilmək yenğilmək. yanğılmaq. düşmək. yıxılmaq. sınmaq.

yenqimək yenğitmək. yanğıtmaq. qələbə çalmaq. məğlub edmək. qazanmaq.

yenqiş8 yenğiş. şənlik. şadlıq.

yenqitmək yenğitmək. yanğıtmaq. yenqimək. qələbə çalmaq. məğlub edmək.

yenq (< yenmək). hər nəyin yenilən bölümü, qolu, ayrıntısı.

yenlək yen. yengi. yeniləmək. təkrarlama. iqzirsayz. təmrin. - güc işlər, yen ilə (yenlək ilə. yengi ilə, təkrar ilə) qolaylaşır. -

yenmək altamaq. alt edmək. üstələmək. yıxmaq. yendirmək. üstün gəlmək. qələbə çalmaq. yenğmək. yendirmək. utmaq. qazanmaq. oyunda. qələbə çalmaq. qəmə basmaq. üstələmək. qələbə çalmaq.

yenmək yeyinmək. 1. aşınmaq. oyulmaq. - ip quyunun biləzik daşın yenmiş. 2. alınıb götürülmək. yıxılmaq. - dalqalar qıyını gündən günə yenir. 3. sərf, istehlak, israf olunmaq. pozulmaq. - o qədər mal yenirmi. 4. xərclənmək. - para yenməzsə yiyəsi yenir.

yenti yeyinti. azıq. rizq. tö'mə.

yer 1. ərsə. 2. otraq. səndəl. 2. iz. damağ. nişan. - bu yerləri silin. - yara bitər yeri qalar, otda sönər közü qalar. - ayaq yeri. 3. sığacaq yer. - otaqda yer qalmadı. - hoteldə yer yoxdu. 4. bir işə özəl ara. - əğləncə yeri. - bazar yeri. 5. barq. məskən. lağ. məkan. - lağ çağ: zəman o məkan. 6. oran. orna. dəfdər.
- yer altı: zerzəmi. - yer altı yol: tünel. yer altı sokaq.
- yer alması.
- oynaq yer: boğun. məfsəl.
- yerinə gətirmək: əda' edmək ödəmək.
- yerə oturmaq: aşağı köçmək.
- kəndini yerə vurmaq: təpinib, çırpınıb döğünüb durmaq.
- yer edmək: iz salmaq. - yağmır köynəyimə yer etdi. - günəş vurub qumaşa yer edib. 1. etgiləmək. tə'si salmaq. keçmək. müəssir olmaq.
- yerə vurmaq: 1. düşürmək. 2. aldatıb dolandırmaq.
- arxa yerə gəlmək: 1. yenilmək. 2. arxası üstə düşmək.
- açıq yer: boş yer: boş məqam.
- yerə atmaq: yabana atmaq. önəm verməmək.
- yerə salmaq: rədd edmək.
- yer edinmək: yer salmaq. alıb, ələ keçirib oturmaq.
- yerə batmaq: 1. gömülmək. quylanmaq. 2. yox olmaq. ölmək. 3. izi sorağı kəsilmək.
- yer bağırsağı: bitgi adı.
- yerə baxar: sinsi. utancaq.
- bir yerə gəlmək: toplanmaq.
- yer bəğənmək: yer seçinmək.
- yer bulmaq: yer tapmaq: 1. oturacaq yer tapmaq. - otaqda yer bulamadım. 2. bir iş, qulluq, məqam tapmaq. - bir yer tapdım, oda boş deyildir.
- yerini bulmaq: işə bağlanmaq. icra olunmaq. - buyruğuz yerini bulsun diyə, bunu yapdım.
- yer çamı: bir çalı çeşiti.
- yer palıtı: bitgi çeşiti.
- yer sarmaşığı: yerdə sürülən sarmaşıq.
- yer sıçanı: köstəbək.
- qara yer: qəbir. gor. sin.
- yerində: uyğun. çağında. münasib. layiq.

yer alçaq. topraq. ərz. zəmin. - azərbayxan toprağı. - rum toprağı. - topraq yiyəsi.
- yer dəğişmək: oynatmaq. hərəkətə gətirmək. - batılan yer. bataq. suya batan yer. çamur. - qara bataq: bataqlı topraq. - yeri qaplamaq. yeri səritmək: döşəmək. salmaq. təfriş edmək. - yeri qaplatmaq. yeri səritmək. döşəttirmək. saldırmaq. təfriş etdirmək.
- bor yer: bur yer: şoraq yer. çoraq yer. bar. bur. bor. bora. düz, təkiz olmayan.
- yer göçgəni: köstəbək.
- çox qalabalıq yer: arı qoğanı.
- yer tutmaq: 1. işə yaramaq. - bilgivi işə salsan, yaşamda yer tutarsan. 2. yer saxlamaq.
- yerinə gemək: olunmaq. tutmaq.- baş tutmaq.
- yer şəqayiqi:ayı qulaqı.
- daşlıq, çanqıllı yer: burtlaq.
- düz yer: yazı (< yazmaq. yaymaq). ova.
- köklük yer: kökən. vətən. mənşə'.
- kökündə böyümək: başqa yeri görməmək. dünyadan xəbərsiz olmaq.
- oturulacaq yer: kürsi. ayaqlıq. altlıq. qaidə. - dirək kürsisi. - duvar kürsisi.
- qara yer: qara qızıl: qarmaq. topraq.
- qışı çox olan yer: yapar. qış yapar: qışlaq.
- qonaq yeri: ordu. qonaq.- quytu yer: qoltuq. qırax. kənar. bucaq. yan.- orası bir qoltuqdur: yan yerdir.
- qoltuq devlətlər: qıraxda qalan devlətlər.
- rəsmi yer: turluq. torluq . durluq. devlət yeri.
- üyüq yer: qumluq (yer sulu, buna bənzər yerlərdə ayaq basıldığı zaman batıb, çıxarması qüç olan qumluq yer.
- yerin qulağı var: ağızdan çıxan söz nə qədər də gizli olsa, duyulur.
- yer topu: yer kürəsi.
- dar yer: geniş olmayan. - dara gəldik.
- qıraq yer: yabanı yer. dağ.
- tutacaq yer: qulp. tutam. qəbzə.
- yüksək yer: dağ. təpə.
- isti yer: sıcaq. - sıcaqdan soyuğa çıxmaq.
- yer sıçanı: köstəbək deyilən heyvan.
- yerli yerində. sıralı. münasib yerində.
- yerdə. {1. qarada. quruda. bir nə döşəməksizin. 2. yerinə. isə. - qorxulu yuxu görməkdən isə, oyaq dur}.

yeraltı zerzəmi. məxzən.

yeridilmək sürülmək. qaçdırılmaq. - bu yerlərdə mal sürülməz.

yerik 1. danlaq. qalay. əzmə. tə'ziz. tobix. təpik. sərzəniş. məzzəmət. - qalay atmaq, basmaq: paylamaq. 2. qaidə. taban. daban. hər bir nəyin yerə dayanan bölümü.- kiriş dabanı. - daban ağacı.

yerimək - iti yeriyən, gedən: yorqa.

yerimək - yan yerimək: yanğsımaq. çarpuq yerimək.
- tıpır tıpır edərək yerimək: tıpırdamaq.
- yaya yerimək: daban atmaq.
- yeriməkdə tıpır tıpır çıxan ayaqqın basma səsi: tıpırti.

yerinə yerdə. isə. - qorxulu yuxu görməkdən isə, oyaq dur.

yerinik yernik. təəsüf.

yerinmək 1. boşuqmaq. peşman olmaq. təəsüflənmək. 2. yernəmək. iqrənmək. tiksinmək. - tizik yerinmək: tələsmək. qoşılmaq. qaçınmaq. ivilmək. çaqqanmaq. çaqlanmaq. - böylə qoşılmaz. - qoşılmağında çəki, həddi var.

yeritmək sürmək. iləri götürmək. - araba sürmək. sapan sürmək. - cüt sürmək.
- tizik yeritmək: ivdirmək.tələsik çatdırmaq. qoşdırmaq.

yeriyən atımlı. attım atan. ilərləyən.

yerlək qərarqah. dincqə. tincək. turqaq. turqa.

yerləmək 1. bəlləmək. bilgəmək. bəlgəmək. nişanlamaq. 2. tohin edmək. təhqir edmək. 2. kökləmək. kökləşdirmək. tə'sis edmək.

yerləşdirilmək qonmaq. qonulmaq. qoyulmaq. ölçmək. miyzanlamaq. - bu sırçalar nərəyə qonacaqdır. - yemək boşqabları oraya qonmaz. - dilaba qonsa iyi olur.

yerləşdirmək qapılandırmaq. hançı bir işə qoymaq. bir iş tapıb uğratmaq. kullatmaq. qayırmaq. qayrıtmaq. qulluğlatmaq. xidmət vermək.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin