bilmək - sukimbilmək: içdən, yanlışsız bilmək.
- birbirinbilmək, öğrənmək: bilişmək. tanışmaq. - kim olduğumuzu birbirimizə soraraq bilişdik.
- elə bil ki: sanki. tut ki. fərz ed ki. fərzən. - sanki yedim.
biniş miniş. rəsmi paltar. vəkillərin, alimlərin çıxışda gedikləri paltar.
binməkminmək. bir üz, hal, qılığ, surət almaq. bir yol tapmaq. - iş inada mindi.
- dalınaminmək: zorlamaq. alt edmək. müsəllət olmaq.
- küplərəminmək: çox qızmaq.
bırakmaq bırakmaq. daşlamaq. dışlamaq. taşlamaq.
bıraq barat. bir yazılı kağız bir paranın almaq yaxud vermək həqqini başqa birinə verir.
bıraqıntıbırağındı. 1. limanı qorumaq üçün dənizin qıyılarına buraxılan, atılan daşlar, qayalar. 2. bir yana buraxılan, yanlanan nərsələr. tərk olunmuş nərsə. 3. yaramaz nərsə. artıqlama.
bıraqmaq1. atmaq. - postaya nə bıraqmalıyıq. 2. boşamaq. - qadınıvı bıraq. 3. tərk edmək. - bu odanı bıraq. - siqarı yarından bıraqmalısın. 4. qomaq. ötürmək. vermək. vəz' edmək. - bunu hara bırakım. - qanun bırakdılar. - onu mənə bırak. - paranı banga bırak. 5. tutmaq. qomaq. qoymaq. bulundurmaq.- məni ac qoydular.
bıranqar ordunun sağ qolu. (ordunun sol qoluna cuvanqar).
birkinti kümə. kuma. yığıntı. tüdə. - ot kumakuma yığmaq. - bir kuma buğda.
bir1. dəğoşsiz. fərqsiz. - həp bir. - ikisi birdir. - birsiz: dəğişik. 2. nəfyi fe'linən işlənəndə "heç, əsla, əslən" anlamı daşır. - bir türlüdə olmadı. - bir yol yoxdu. - bir yolda olsun gəlmədi. 3. vurqulama simgəsi.
- birazöncə: dəmin. elə indi.
- bir vurmaq vurdu ki gəl görəsən.
- bir yemək yedik ki.
- birtakım: bir para. bir bölük. bir qism. bir zümrə. bir sinif. sınıb. bə'zi. bir miqdar.
- bax bir!: yaxci. bax bir!. bax bəri. görəlim!.
- bir çox: xeyləm. artıqınca.
- bir gediş geddi ki.
- ikidəbir: ikidə birdə: bərk sıx. hər vax.
- hamımız birik: həp bir qoyun aşığıyız.
- bir çağlar. biri varıdı biri yoxudu.
- bir az: azacıq. bir kərə: yalnız bir kərə.
- bir az gözlə.
- bir uğurdan: həp birdən. birdən. dəfətən.
- bir kaç: bir neçə.
- biriki: az olurkən, bəlirsiz sayını göstərir.
- biriki quş vurdular.
- biriki kərə gəldim. ikidə birdə: pək sıx. çoxluğu göstərir.
- ikidəbirdə nə gəlib gedirsən.
- bir kərə borc aldıq, ikidə birdə istəyir.
- birbir: dənər dənər. dənə dənə. dana dana: olmasın işləri birbir üzümə çırpdı.
- birbirini. birbirlərini. birbirinə: ortaqlığı, qarşı qaşılı, mübadiləti, müşarikəti göstərir.
- birdaha: arta. bir kərə daha. təkərləmə. təkrarən. birbirini söydülər. birinbirin gördülər.
- birbirinin işin görürlər.
- biribiriüstünə: bir sayaraq, hesab edərək. bahalı ucuzlu, xırdalı böyüklü. ələssəviyyə.
- birbiriüstünə neçə salırsız.
- birəbir: çox doğru, uyqun. ən uyqun. elə özü. tuş. töş. - bu dərman sizin xəstəliyizə birəbir gəlir.
- birəbir: bərabər. birlikdə. elə bir yerdə. elə birdən.
- bir bardaq suyu birəbir içdi.
- birdə: həm ki. buda varki. daxi.
- birdəki sizə nə dəxli var.
- birdə mənə nə.
- birdə siz ona deməməliydiz.
- birdə sənə nə.
- birzaman: çağilə. vaxtilə.
- gününbirində: bir gün. vaxti ilə.
- birkərə: bir dəfə. hələ.
- birkərver: hələ ver.
- birlə: kimi. anidə. məni görən birdə qalxıb qaçdı.
- verən birlə aldı: verən kimi aldı.
- birlə: arxalı. vasitəsi ilə: nə birlə bunu yapacaqsın. nə birlə gəldin.
- neçəbir:1. nə qədər. havağacan. 2. bir çağlar.
- neçəbir orda qaldım. - biri: birisi: bir kimsə.
- biri sizi istəyir.
bitişdirmək toxunacaq qədər yaxınlaşdırmaq. qavuşturmaq. yanaşdırmaq. müttəsil edmək. - iki masanı bitişdirib bir üzün masa qurduq.
bitişik yanaşıq. müttəsil.: tutaş. yaxın. yan yana. müttəsil. toxunacaq qədər yaxın. qavşaq. qovşaq. yanşaq. müttəsil. peyvəsdə. - bir birinə yaxın, bitişik: sıq. sıx. sığ. - yanyana oturmaq. - evlərimiz yanyanadır.
bitişiklik arasızlıq. sıqlıq. fasiləsizlik. darlıq. qavuş. ulaş. bitişmə. ittisal. - ağacların sıqlığı, görməyə qoymur. - sıqlığ orman. - bizim məhəllə çox sıqlıqdır: evlər bir biri üstünə çıxır.
bıtraqpıtraq. butraq. bərk sıx bitmiş. - bıtraqotu: dəmir tikən. - dəmirbıtraq:dəmirbatraq: üç bucaqlı dəmir tikən ki keçmişdə düşman ayaqlarına batmaq üzrə yol üstündə buraxılırdı. - quzibıtraq: bir göy adı. - bıtraqkimi qaynamaq: çox qalabalığ olmaq. - bıtraq kimi: dallarında bərk çox yemiş olması.
bıtraqlıpıtraqlı. butraqlı. dallı budaqlı.
bitşik yapşıq. qovşaq.
bıyıq bax > buğ.
biz göndər. ögəndirə. - bizçuvalasığmaz: saxlanılır, gizlənilir nərsə deyil.
bizəcə küzə. - bizəcəni doldur gətir.
biziq beziq. bıqıq. bıxıq. təzyiq. sıxlıq. fişar.
bizimkisi durumumuz. iş gücümüz. - bizimkisi çöndü.