İBRAHİM XANIN KÜRƏK ÇAYINDAN
QALAYA GƏLMƏYİ
Əhdnamə tərtib tapandan sonra İbrahim xan Pənahabada müraciət
edir. Orada fəraqəti-xatir ilə Rusiya ilə münəqi olan əlaqənin nəticəsini
fikir etdikcə məlum olar ki, bu hadisədə xeyir üzü yoxdur. Özünü bir
əmri-xatirin toruna salıbdır ki, bədbəxtanə nəticələri göz qabağında
cilvə etməkdədir. Amma nə fayda. Bu tezliklə izhari-nədamət
29
etmək və müxalifət sözü danışmağa yol yoxdur. Əgər bir tərəfdən
istimdad etmək, kimə müraciət etmək, İran dövlətinin yanında əbədi
etibarsızlıq vaqe oldu. Nə etmək, nə çarə? Xülasə bu kimi xəyalə pişdə
olduqca təşviş və iztirab xatiri artar. Haləti-fəraqət və istirahəti pozar.
Müntəzir olar ki, bu hadisə nə tövlid edəcəkdir.
AZƏRBAYCAN QOŞUNUNUN
1
QARABAĞA - TƏRƏF
HƏRƏKƏT ETMƏYİ
1220-ci ilin səfər ayında (1805-ci il may) İbrahim xan Sisianov ilə
əhdnamə tərqin etmək tarixi ilə mütabiqdir, İran dövlətinin vəliəhdi
Abbas Mirzə Fətəli şah əmri ilə Təbrizdən Qarabağa hərəkət etdi.
Qabaqca İsmayıl xan Damğanana qüvvətli ləşkər ilə yola salar ki,
gedib Araz çayının üstündəki Xudafərin körpüsündə ləşkərgah etsin. Ta
İbrahim xan tərəfindən körpüyə sədəmə yetirilməsin. Müntəzir olsun
vəliəhdin gəlməyini.
İbrahim xan bu mətləbdən xəbərsiz qalmayıb öz nəvəsi Cəfərqulu
ağanı, Feyzi bəy Cavanşirin oğlu ilə Gəncəyə Sisianovun yanına
göndərib istimdad edər. O da dərhal bir qədər soldat Cəfərqulu ağa
əsabəti ilə Pənahabada göndərər. Ruslar varid olan kimi İbrahim xan
Qarabağ qoşunu ilə öz oğlu Məhəmmədhəsən ağanı Araz çayındakı
körpünü mühafizət etməyə göndərər. Təqribən hər iki tərəfin qoşunu bir
vaxtda körpüyə yetişib bir-biri ilə dava başlarlar. Bu vuruşma axırında
İran tərəfə bir qədər süstlük üz verməyə yaxın Abbas Mirzə zahir olar.
İran qoşunu ürəklənib dəliranə çalışarlar. Ta ruslar və Qarabağ qoşunu
sınıb Qarabağ tərəfə əzimət edərlər. Elə bir vəhşət və vahimə ilə ki, o
günü şam olduqca ruslar heç bir yerdə dayana bilməyib İran qoşununun
qabağında qoyun sürüsü kimi mütəfərriq surətdə qalarlar.
Gecə Abbas Mirzə Nəcəfqulu xan Gorusi Ağoğlanda ləşkər
tədarükünü mühafizə qəsdi ilə ehtiyat qoşunla orada qoyub, tamam
qoşunu ilə Çanaqçı yolu ilə gedər Pənahabada tərəf. Sübh açılanda İran
qoşununun ləşkərgahı Pənahabada müqabil durar...
1 "Azərbaycan" dedikdə burada Cənubi Azərbaycan nəzərdə tutulmuşdur.
30
BAHARLI
ƏHVALATİ-QARABAĞ
31
BAHARLI
Baharlının həyatı və fəaliyyəti yaxşı öyrənilməmişdir. "Əhvalati-
Qarabağ" əsərinin müəllifi Baharlı "Qarabağnamə"lərdə məlum olan və
İbrahim xanın yaxın xidmətçilərindən olan Mirzə Vəli Baharlının
nəvəsidir. Məlumdur ki, Ağa Məhəmməd şah Qacar Şuşaya hücum
etməzdən əvvəl İbrahim xanla "dostluq" əlaqəsi yaratmaq məqsədilə
ondan girov istəmişdi. İbrahim xan əmisi oğlu Əbdüssəməd bəyi və
Mirzə Vəli Baharlını İrana şah sarayına göndərmişdi. Qacar zülmünə
dözməyən Əbdüssəməd bəy saraydan qaçarkən yolda güllə ilə
vurulmuş, Mirzə Vəli isə top ağzına bağlanıb facianə surətdə
öldürülmüşdür. "Əhvalati-Qarabağ"da oxuyuruq: "...Bir də bu cürə
zülmlərə bizim familiyamız - binəva Mirzə Vəli giriftar olub. Sinninin
çox vaxtında bigünah və bitəqsir... Elə ki sabah olub, biçarə Mirzə Vəli
babamı top ağzına qoyublar..." "Əhvalati-Qarabağ" əsərinin əvvəlində
onun yazılma səbəbi və mündəricəsi qeyd olunur. Burada göstərilir ki,
əsər 12 fəsildən ibarət olacaqdır. Lakin yeganə əlyazması
Matenadaranda olan "Əhvalati-Qarabağ"ın üç fəsli yazılmışdır. Əsərdə
Qarabağ tarixindən daha çox onun memarlıq abidələri, tarixi
şəxsiyyətləri, adət-ənənələri, etnoqrafik xüsusiyyətlərindən nümunələr
araşdırılır. "Əhvalati-Qarabağ" 1888-ci ildə yazılmışdır.
Xatırladaq ki, Baharhının əmisi Məhəmmədhəsən Vəliyev (Baharlı)
Azərbaycan tarixi və coğrafiyası ilə məşğul olmuşdur. 1921-ci ildə rus
dilində çıxmış "Azərbaycan" (tarixi-coğrafi oçerk) adlı samballı əsər
Azərbaycanı öyrənmək sahəsində 20-ci illərdə atılmış ilk addımlardan
biridir. "Əhvalati-Qarabağ" əsərində onun haqqında da məlumat verilir.
32
ƏHVALATİ-QARABAĞ
Şükr böyük və bimisl olan Allah-təala üçündür. Belə Allaha ki, cəmi
aləmləri xəlq edib və nemət verəndi. Allah-təalanın hədsiz olan salamı
və yenə salamı cəmi peyğəmbərlər üzərinə və pak olan övladları üzərinə
olsun. Kömək istərəm uca və bimisl olan Allah-təalanın dərgahi-
cəlalından ki, cəmi məxluqata tərbiyyət verəndir və özümə şəfi
götürürəm o kimsələri ki, Allah-təalanın dərgahi əzəmətinin bəyənilmiş
olan bəndəsidirlər və məxluqatın seçilmişləridirlər. Belə ki, ibarət olsun
on dörd nəfər vücudi-mübarəklərdən, Allah-təalanın salamı və yenə
salamı bu pak olan kimsələr üzərinə olsun.
Bu aciz və günahkar olan bəndəyə bir fikir və bir huş əta buyursun,
bəlkə bir neçə kəlmə bu vilayətin keçən əhvalatından yazıb bundan
sonra yada gətirmək üçün saxlayaq. Amin ya müin.
Belə ki, bu kitabça yazılır bu tarixdə və bu padşahi-adilin əsrində.
Tarixi-islamiyyə 1306 və tarixi məsihiyyə 1888. Və biz rəiyyət
camaatının padşahi-aləm-pənahı, Şahənşahı adil imperatoru - əzəm və
əkrəm Aleksandr Aleksandroviç Allah-təala bizlərin, bu rəiyyət
bəsləyən padşahını özü hifzi-himayətində saxlasın və bizlərin ixlas və
iradətinin o, büzürgüvarə kamil edib və padşahi-əzəm və əkrəmin
bizlərə günbəgün mehriban eyləsin. Amin.
Belə ki, bu əsr haman əsrdir ki, keçən zəmanələrdə var imiş,
Nüşirəvani-Adil əsrində və Şah Abbasi-cənnətməkan vaxtında, ondakı
xalq rahatlıq ilə ömürlərin keçirib acizlər zalımların zülm və cəfasından
ictinab etməyib xatircəmlik ilə güzəran edərmişlər. Belə ki, məşhurdur
ki, o vaxtlarda qarı övrətlər qənbəri başlarına alıb gəzərmişlər və belə
deyərmişlər ki, "Nuşirəvani-Adil əsridir". Belə işlərə səbəb padşahın
ədalət edib, yenə şükr olsun. Şükr olsun Allah-təalanın dərgahi-cəlalına
ki, bizləri xoşbəxt yaradıb ikinci Nuşirəvani-Adil əsrində olub
məzalimlərin zülmündən xatircəm olub bu büzür-gvarın əmn və
amanında güzəran edib dua edən varıq.
Xudavəndi-aləm bizim padşahımızın kölgəsin, biz rəiyyət
camaatların üstündən əskik etməsin və düşmənlərin yox etsin və həmişə
düşmənlərinə qalib etsin. Yenə Allah-təala bizim padşahımız
imperatori-əzəmin canişini - əkrəmin və zövceyi-mükərrəməsin və
33
cəmiyi mənsubatın və sayir ümərayi-dövlətin tamamən və küllən öz
hirsi-himayəsində saxlasın. Amin.
Bəli, vacib olan şükr və duaları zikr edəndən sonra məlum olsun ki,
bu vaxta bəndənin din ayrı qardaşı baron Mahan Dadiyans basmaçı
bəndədən təvəqqe etdi ki, bir para Qarabağın keçən əhvalatlarından və
bu vaxtkı əhvalatlardan və sair işlərdən ki, fəsillərdə məlum olacaqdır,
yazıb bir cild kitabça cəm edim. Əyər ki, bəndədə o qədər qabiliyyət
yoxdur ki bu əmrdə bir elə əhval cəm edə biləm, bəlkə baxıb oxuyanlar
5-3 kəlməsin xoşlayalar. Amma o tövr sözlər ki, yazmağa məlum
edibdir və uşaqlar üçündür. Olsun ki, Allah-təalanın köməkliyi ilə bir
neçə fəsil eşitdiyimiz və gördüyümüz əhvallardan yaza bilək və təvəqqe
edənin sözün yerə salmayıb razı edə biləm. Qərəz, bu əmri qəbul edib
yazmaqda özüm üçün məşğuliyyət edib və xahiş edəni razı etmək üçün
bir neçə fəsil Qarabağ vilayətinin keçən əhvallarından və bu vaxtkı
əhvallardan ki, görüb və mötəbər adamlardan eşitmişəm, yazıb məlum
edirəm ki, bundan sonra gələnlər bilsin ki, Qarabağın keçən işləri nə
tövr keçib və adamları nə tövr imiş və indiki adamlar nə qədər tərəqqi
ediblər. Bu az müddətdə bu surətdə lazım gəlir mətləbi əvvəl bu şəhərin
(Şuşanın) bina olmağından başlayaq. Əgər ki, keçənlər "Tarixi-
Qarabağ"da yazıblar, eybi yoxdur. Bən də yenə beş kəlmə yazaram. Ta
söz əsil mətləbdən başlansın, ta oxuyan dürüst başa düşsün və bundan
əlavə belə xahiş ediblər ki, hər bir mətləbi yerbəyer yazaq və sözü elə
kəlmə ilə yazaq ki, tərziminə asan vəchlə gəlsin. Həmin öz danışığımız
ilə ta bir para ibarət lazım deyil. Və bir də o ləfz ciğatayi ki, bizim türki
yazımızda yazırlar, o da lazım deyil. Gərək o kəlmə ilə yazılsın ki,
ortalıqda danışılır. Belə ki, məlumdur ki, Şuşa qalası qədim deyil.
Həmən 150 və ya 160 ildir ki, bina olub. Və əsil adı Pənahabaddır. Qala
o cəhətə görə deyiblər ki, bir şəhərin ətrafı ya bürc və ya xəndək ola. O
şəhərə qala deyərlər. Və yenə Qarabağ qədimdir. Belə ki, Kürün bu
tərəfləri Qarabağdır, nəinki bu şəhərə Qarabağ ad qoyublar. Belə ki,
bəndə 80 təliqə üzü ki, böyük Xəlifənin dəftərxanasında var və keçən
padşahlardan verilib və təliqələrin tarixi 600 il, 500 il, 400 il, 300 il olur.
Kopiyaların yazmışam. Çünki çox köhnə olmuşdur. O təliqələrdə
Qarabağ və Şirvan və Gəncə və Bərdə yazılıbdır. Məlum olur ki,
Qarabağ qədimdir və bu şəhərin adı deyil və təliqələrin məzmunundan
belə məlum olur ki, Qarabağ var imiş. Amma
34
məlum deyil ki, şəhər imiş və yainki, mahalın adıdır. Və bir də ki,
mahala Aran deyirlər. Aran Mil düzündə olan peyğəmbərin adıdır ki,
asan var. Həmən o peyğəmbər dəfn olan yerdə şəhər imiş. Bərdə kimi,
ta Aran o cəhətə görə deyilir. Yoxsa isti olan yerə qışlaq deyirlər və
soyuq olan yerə yaylaq deyirlər. Və neçə şəhər adı o təliqələrdə var ki,
bu yerlərdə var imiş və o təliqələri verənlər həmən padşahlardır ki, zikr
olunur: Şah Səfi, Şah Hüseyn, Şah Təhmasib, Şah Abbas Cənnətməkan,
Şah Abbas Sani, Nadir şah ta Pənah xan. Ondan ötrü veriblər keçən
mehrasələr üçün. Qərəz, bu kitabça gərək bir neçə fəsil ilə yazılsın. Ona
görə 12 fəsil yazılsın.
Əvvəlinci fəsil yazılır, Şuşa qalasının bina olunmağından. Köhnə
kişilərin deməklərinə görə ki, bunlar da öz ata və babalarından eşidiblər.
İkinci fəsil yazılır o xanlardan ki, bu vilayətdə hökmranlıq ediblər və
o adamlardan ki, bu xanların qulluğunda olublar.
Üçüncü fəsil yazılır neçə nəfər pəhləvanlardan ki, bu qalada əmələ
gəliblər və o qoçaqlardan ki, Qarabağ mahallarından və bir para hünərli
övrətlərdən ki, bu qalada və mahalda olublar.
Dördüncü fəsil yazılacaq o para lotulardan və o adamlardan ki, çox
məzəli və avam imişlər.
Beşinci fəsil yazılır o adamlardan ki, yırtıcı olan heyvanlar ilə
düşüblər və bir para cürətli işlər onlardan əmələ gəlibdir.
Altıncı fəsil yazılır bir para surətli və əcaib olan adamlardan ki,
qalada və mahalda olublar.
Yeddinci fəsil yazılır o aclıqdan ki, yeddi il bundan əvvəl olub və
yenə 62 il bundan əqdəm qalada naibüssəltənə gələn vaxtda qəhətlik
olub.
Səkkizinci fəsil yazılır o xeyir-bərəkətdən ki, bundan əqdəm var
imiş.
Doqquzuncu fəsil yazılır bir para adətlərdən ki, keçən vaxtda və bu
zaman olub.
Onuncu fəsil yazılır o övrətlərdən ki, həkimlik edərmişlər və bir para
elmlər özlərindən çıxarıblar.
On birinci fəsil yazılır o ocaqlardan ki, qalada və mahallarda zahir
olubdur.
On ikinci fəsil yazılacaq o məsələlərdən və yəminlərdən, ağılardan,
laylalardan, bayatılardan və bir para eşqbazlıq ki, oğlan ilə qız
35
arasında olar, o sözlərdən. Belə ki, əsil mətləbi budur. Təvəqqe edən bu
sözləri xahiş edibdir. Ona görə hər birindən gərək bir neçə kəlmə
yazılsın, bəlkə razı ola.
Bəli, başlayaq əvvəlinci fəsli yazmağa.
Belə ki, məlumdur ki, bu qalanı Pənah xan bina edib. Pənah xan
Nadir şahın vaxtında imiş və həmişə Nadir şahın qulluğunda hər bir
məmləkətə gedərmiş. Pənah xanın qulluğu bu imiş ki, hər bir əmr Nadir
şahdan qəsb olmuş o əmri və əqsədi Pənah xan camaata və qoşuna
məlum edərmiş. Uca səslə ki, camaat hazır olun. Və xəbərdar olun ki,
padşahın qəsdi budur ki, filan şəhərin üstünə gedəcək. Və belə hökm
edir ki, filan yerə köçəsiniz. Ona görə belə şöhrət olur ki, Pənah xanın
əvvəli carçı imiş
1
. Qərəz, Nadir şah nə tövr olub və axın necə olub,
bunlar ilə danışığımız yoxdur. Həmin Nadir şahdan sonra bir para
şəhərlər başına qalıb, hər bir şəhərdə bir xan olub və hökmranlıq ediblər.
Pənah xan da gəlib Xaçın tərəfdə və Şahbulağında özü üçün bir mənzil
2
bina edib və bir qədər camaat başına cəm edib və xanlıq fikrinə düşüb,
bir müddət bu yerlərdə əyləşib və günbəgün mahallardan və kəndlərdən
camaat köçürüb öz yanına cəm edib və Gəncə tərəfdən və Şirvandan və
o taydan çox camaat yığıbdır və bir para kəndlər Şuşa kəndi kimi və sair
yerlər kimi var imiş və Qarabağın camaatı artıq imiş, təmamən təsərrüf
olub, bir obadan neçə ev köçürüb cəm edib. Qərəz, Pənah xan bir
müddət bu yerlərdə əyləşib, sonra bir tərəf İran dövləti və bir tərəf
Rusiya dövləti və sair xanlar ki, xüruc etmişdilər ehtiyat edib bu fikrə
düşüb ki, bir qala bina etsin. Bir para yerlərə gedib ki, görsün möhkəm
yer ha tərəfdə var, tapa bilməyibdir. O camaatlardan birisi ərz edib ki,
xan sağ olsun, mən Şuşa kəndində bir nəfər qoca harsın görmüşəm ki,
çox köhnə adamdır və onun ləqəbi Atqiblədir. Olsun ki, o harsın bu
yerlərdə bir möhkəm olan yer bilər. Pənah xan bir neçə nəfər atlı
göndərib, həmən harsını at qucağında götürdüb və ondan soruşubdur ki,
bu yerlərdə bir möhkəm olan yer bilirsən? Harsın ərz edib ki, Şuşa
kəndinin qabağında bir möhkəm yer var. Amma çox bərk meşədir və
yırtıcı heyvanları artıqdır. Bizlər gedib o yerin aşağı tərəflərində bina
edərik. Və çox zərər o heyvanlardan bizə olur. Oradan savay bir yer
bilmi-
1 Müəllif səhv edir. Pənahəli bəy Nadir şah sarayında eşikağası vəzifəsində işləmişdir.
2 Pənah xan əvvəlcə Şahbulaq qalasını deyil, Bayat qalasını bina etmişdir.
36
rəm. Pənah xan bir qədri camaat ilə atlanıb, gəlib çox çətinlik ilə
dolanıb, görüb ki, çox möhkəm olan yerdir. Və Allah-təalanın
qüdrətidir, ta bu fikrə düşüb ki, gəlsin burada məskən edib əyləşsin. Bu
əhvaldan Şuşa kəndinin camaatları xəbərdar olub bu fikrə düşüblər ki,
bir iş eləsinlər. Bəlkə xan gəlib bu yerdə əyləşməyə. Qorxublar ki,
Pənah xandan onlara artıq zərər dəyə. Heç birilə barışmayıblar, bir iş
tutalar məgər bu iş ilə.
Belə ki, qədim adamlar öz ata-babalarından nəql edirlər ki, bu
qalanın içində üç çay var imiş. Hansı ki, bu üç dərə ola: Cəfər dərəsi və
Şahbaz dərəsi və Kəngərli dərəsi və bu adları bu dərələrə qala bina
olandan sonra qoyublar. Qərəz, Şuşa kəndinin adamları ki, erməni
tayfasıdırlar, özlərinin canının və malının qorxusundan gəlib bu axar
suların başlarında olan bulaqların təmamən gözlərin gecə ikən tutub və
möhkəm basdırıblar ki, susuz olmaq cəhətinə bəlkə Pənah xan bu yerdə
oturmaya, bir qeyri yerə gedə. Bu fikri-bifayda ilə həmən suları
basdırıb, qurudublar. Qərəz, Pənah xan gəlib burada məskən salıb və
hökm edib ki, dam-daş təmir edələr. Gündoğan tərəf və qiblə tərəf
daşlıq olmağa görə o qədəri bərk meşə və gəlmiş camaat Çuxur məhlə
adlanan yerdə - erməni və müsəlman, hər kəs özü üçün bir dam təmir
ediblər, kənd evləritək. Bir-birinə yavuq damlar tikiblər və hər kəs ki
dam tikirmiş, o damın cəmi tirin və ağacın o damın yerindən söküb
tikərmişlər ta camaat çox olan vaxtda Pənah xan bir məscid qarqudan
təmir elədib həmən yuxarı məscidi-camenin yerində və yenə bir kilsə
təmir elədib aşağa Bazarda ki, asarı məlumdur. Elə ki bir müddət keçib
və camaat bir qədri artıb, erməni tayfası yavaş-yavaş qalanın yuxarı
tərəfinə köçüblər. O vaxt həmən kilsə zaye olubdur. İndi qalaçası
məlumdur. Əvvəl erməni və müsəlman cəmən Çuxur məhlə adlanan
yerdə cəm imişlər. Və bir də qədim adamlar yenə öz ata və babalarından
belə nəql edirlər ki, Pənah xan o vaxtda buraya cəm etdiyi müsəlman
tayfası belə avam imişlər ki, Pənah xan əmr edərmiş ki, camaat gedib
məsciddə namaz qılsınlar. O camaat getməz imişlər. Axırda hökm
edərmiş yasavul ilə xalqı məscidə aparıb Allah əmrin və namaz təlim
etsinlər. Xalq bu işi sair hökmlər kimi hesab edib qaçarmışlar. Belə nəql
edirlər ki, həmən məscid ki, qarqudan təmir etmişdilər. O məscidin iki
qapısı var imiş. Bu qapıdan yasavul xalqı məscidə doldururmuş, o biri
qapıdan çıxıb qaçarmışlar və gəlib evlərində bikef oturarmışlar və
onların övrətləri
37
xəbər alarmışlar ki, niyə bikefsən? O adamlar əhvalatı nəql edərmişlər
ki, Pənah xan hökm edib gərək gündə üç dəfə gedib məscidə namaz
qılasınız və oruc tutasız. Bu əmri-ilahini özlərinə biar hesab edib, bikef
olarmışlar. Bu sözdən təəccüb gəlməsin eşidənlərə bəlkə məşhurdur ki,
qədim vaxtı bir neçə kürd gəlib başmaqçıxanaya və o küp ki,
başmaqçılar su töküb içinə gön salarlar və rəngi qırmızı olar. O kürdlər
elə biliblər ki, o küpdəki bəhməzdi. Çıxardıb, pul veriblər ki, a kişi, bir
az o bəhməzdən mənə ver, çörəyim ilə yeyim. Başmaqçı bir çanağa
töküb, verib kürdə. Kürd bir neçə çörəyi doğrayıb o suyun içinə və
tamam yeyibdir və qurtarandan sonra deyib:
- Demə ki, kürd idi, anlamadı, bəhməzin dadı yoxdu.
Və yenə o adamlar həmən adamlardan idi ki, çanağı götürüb
qalayçıya verərdilər ki, bunu qalayla. Hərgah insan tərbiyət tapmaya,
heyvandan bədtər olar.
Belə ki, Pənah xan bu növ tədbirlər ilə çox camaat cəm edib, kənd
evlərində oxşar dam-daş təmir ediblər və bir-birinin damının üstündən
bir-birinin yolu imiş və hər birisi bir dam təmir etmişdi ki, hər bir işi o
damda keçərmiş. Belə ki, bir tərəfində atlarını bağlarmışlar və bir
tərəfində yerdə çəkib gəlinləri yatızdırarmış. Qərəz, Pənah xan bu fikrə
düşübdür bir qala bina etsin. Qalanın öz içindən ağac və daş qırdırıb,
əhəng yandırdıb və mahallardan fəhlə gətirdib, bürcün binasın qoyub və
Pənah xan çəkən bürcün əsli bu asarlardır ki, əlan məlumdur. Belə ki,
bir tərəf şəhneşin adlanan Xan xanım ağanın evi idi. Mehrəli bəy
bulağının üstə. Və bir tərəf rus kilsəsinin qabağında Əhməd xanın evinə
yapışıqdır. Və bir tərəfi yel dəyirmanının yanıdır. Bu məlum bürc ki,
dörd tərəfi var, İbrahim xan təmir edib. O1 Pənah xan çəkən bürc çox
balaca imiş.
Qərəz, Pənah xan qalanı tamam edib və Pənahabad ad qoyub, sonra
yenə bu fikrə düşüb ki, qaladan bir neçə ağac aşağı bir qalaça qoşundan
ötrü təmir etsin. Belə ki, həmən Əsgəran adlanan qalaçaları
ki, biri
Qarqar çayının o tərəfində və birisi bu tərəfdə təmir olub, həmən
qalaçaları təmir elədib və bir cəm qoşun həmişə o qalalarda durarmışlar.
Bir müddət Pənah xan hökmranlıqda əyləşib, elə ki işlərini möhkəm
edib, böyük oğlu İbrahim xanı özünə canişin edib.
Elə ki Pənah xan mərhum olub, İbrahim xan xanlıq məsnədində
əyləşib. Belə nəql edirlər ki, İbrahim xan çox səffak imiş və çox qəzəbli
imiş. Belə ki, hər yerdə ilat köçürüb, öz başına cəm edib və
38
birə-beş artıq Pənah xandan hökmranlıq edib və təzədən qalanı
böyüdüb, bu bürcü çəkdirib və üç yerdən qapı qoydurubdu. Qalanın baş
tərəfində Xəlfə Əlili (Xəlifəli - N.A.) qapısı və biri ortalıqda adı Mərdan
qapısı və biri aşağa tərəfdə Topxana qapısı ki, indi o qapının yerində
dustaqxana tikiblər. Öz tədarükündə olub, topxana təmir edib və şəhərin
bir tərəfində oğlu üçün və bir tərəfində sair övladı üçün imarətlər təmir
edib və yenə xəzinə qayası adlanan yerdə iki qayanın arasında ki, çox
möhkəm və heybətli yerdir, orada özü üçün yeddi və səkkiz otaqlar
sığınaq üçün təmir edib ki, hərgah üstünə qoşun gələ, gedib o evlərdə
əyləşə. Çünki o qayanın təhəri bu tövr düşüb: hərgah qalanın içindən top
bağlıyalar, o imarətlərdən otuz arşın yuxarı gedər və hərgah üsrü
tərəfdən top bağlıyalar, yenə mümkün deyil. Ona görə o imarətləri təmir
edibdir və çox vaxt orada əyləşərmiş və belə deyirlər ki, İbrahim xanın
xəzinəsi orada dəfn olubdur.
Elə ki İbrahim xan özünün bir para lazım olan işlərindən xatircəm
olub, çox el hər tərəfdən köçürüb qalada cəm edibdir. Və hər il öz
tayfası ilə şəhərin bir tərəfində ev tikib qahblar. O vaxtdan bu məhəllələr
hər kəs öz adları ilə adlanırlar. Belə ki, qalanın müsəlman tayfası on
yeddi məhəllədir. Doqquzu aşağa məhəllə adlanır və səkkizi yuxarı
məhəllədir.
Qərəz, məscid və hamam və karvansara və bazar-dükan təmir edib və
öz hökmranlığında əyləşib. Belə ki, qəzəbi tutana tənbeh və iltifatı olana
mülk-əmlak və ənam verib, öz eyş-işrətində olub və sair əhvalatları
ikinci fəsildə məlum olar.
Neçə kəlmə həmin bu qalanın bina olmağının və abad olmağının cüzi
məlum etdik. Kifayət edər. Köhnə adamların deməklərinə görə əhvalat
bu tövr olub. Və bir də belə xahiş ediblər ki, məhəllələrin adların yazaq
və neçə hamam və karvansara ki, qalada var və kim təmir edib oları
yazaq. Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır.
Bu məhəllənin əsil adına Mir deyilirdi. O cəhətə görə xanlıq ara deyilir
ki, İbrahim xanın imarətinin yanıdır.
İkinci məhəllə Saatlı məhəlləsidir.
Üçüncü məhəllə Köçərli məhəlləsidir.
Dördüncü məhəllə Mamayı məhəlləsidir.
Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.
Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
Yeddinci məhəllə Hamam qabağıdır.
Səkkizinci məhəllə Təzə məhəllədir.
39
Və aşağa məhəllələrin adları bunlardır:
Birinci məhəllə Qurdlar
İkinci məhəllə Seyidli
Üçüncü məhəllə Culfalar
Dördüncü məhəllə Toyluq (Quyuluq)
Beşinci məhəllə Çuxur
Altıncı məhəllə Dördlər qurdu
Yeddinci məhəllə Hacı Yusifii
Səkkizinci məhəllə Dörd çinar
Doqquzuncu məhəllə Çöl-qala
Və bu məhəllənin bir adı da Cuhudlardır. O cəhətə görə bu adı sair
məhəllələrin adamları bulara qoyublar ki, bu məhəllədə bir kişi var imiş.
Öz qızın qurumsağlığın edərmiş. O kişinin adını Cuhud Rəhim qoyublar
və məhəllə o gorbagorun adı ilə adlanıbdır.
Bir də xahiş edib ki, qalada neçə hamam və neçə karvansara tikilib
oları yazaq və onları təmir edənlərin adlarını yenə yazaq. Ona görə
gərək yazaq ya abad, ya xarab. Qərəz. Əvvəl bu qalada hamam təmir
edən Əbdüssəmədbəy olub və haman hamam indi abaddır.
Və bundan sonra bir bab hamam Uğurlu bəy təmir edib, aşağı
bazarda. Xarab olub, yeri məlum olub. Və bir bab aşağı meydanda Qazi
Mirzəli təmir edib. Abaddır. Və bir hamam Əli bəy Fuladov təmir edib,
xarab olub, yenə təzə təmir edib, abaddır. Bir bab hamam Rüstəm bəy
təmir edibdir, xarab olub. Bir bab hamam Rəhim bəy təmir edib, 30 il
abad oldu. İndi 10 ildir xarab olub. Bir bab hamam öz əhli-əyalı üçün
şahzadə Bəhmən Mirzə təmir etmişdir. Özündən bir ay sonra xarab oldu.
İki bab hamam biri övrət üçün və birisi kişi üçün. Məşədi Qulu xanın
qızı iki nəfər adam ilə şərakətli təmir edib, hər ikisi abaddırlar. İki bab
Hacı Rza yenə Xanqızı ilə şərakətli təmir edib: biri mərdanə, biri
zənənə, hər iki abaddır. Yenə iki bab hamam Ağakişi adlı bir kişi təmir
edib: biri mərdanə, biri zənənə, hər ikisi abaddır. Yenə iki bab hamam
Ağakişi adlı bir kişi təmir edib: biri mərdanə, biri zənənə, hər ikisi
abaddır. Bir bab hamam Hacı Əbdürrəhim təmir edib. Abaddır. Bir bab
hamam Xeyrənsə adlı bir övrət təmir edib və əl suyu ilə işləyib. Qədim
hamamdır. Hələ abaddır. Bir bab hamam Hacı Saleh - bizim ata-
babamız təmir etmişdir, xarab olub. Bir bab hamam Şahbaz adlı bir kişi
təmir edib, xarab olub. Və haman dərə o kişi ilə
40
adlanır. Bir bab hamam qaladan xaricdə bir nəfər erməni təmir edib,
erməni tayfası üçün. Abaddır. Qərəz, bu vaxtacan abad və xarab yoxdur,
təmir olub.
Bir də xahiş edənin xahişinə görə gərək karvansaraları sayaq. Belə
ki, qədim vaxtkı şəhərin aşağı tərəfi abad imiş. Əvvəl bir qitə karvansara
aşağı bazarda Uğurlu bəy təmir edib. Elə ki yavaş-yavaş yuxarılar abad
olub aşağı tərəf zaye olub o yerlərdə olan dükan və karvansara xarab
olublar. Sonra bir karvansara Hacı Əmiraslan bəy təmir edib. Və bunun
oğlu yox idi, iki nəfər qızları qalmışdır. Qızlarının biri mərhum Hacı
Seyid Əhmədağada imiş. Və birisi Mirzə Qasımda idi. Yetişdi bunlara
və bunlar bir müddətdən sonra satdılar Məşhədi Hüseyn Mirsəyaf
oğluna. Buranı söküb təzə təmir edib. Yenə bir karvansara Hacı Hüseyn
təmir edib. Bu karvansara əvvəl-dənabad olmadı. Həmişə boş qalar.
Buna səbəb bu olub ki, o karvansara Xoca Mircanlı məhəlləsinin
miyanından qarışıbdır, vəqf yerindən qəsb olub. Ona görə abad olmur.
Bir qitə karvansara - Timçəli Hacı Məhərrəm təmir edib. Əvvəlinci
karvansara budur və günbəgün abaddır. Bunun timcəsinin xərci vəqfdir
ki, hər il on gün məhərrəm həmən timcədə təziyeyi imam Hüseyn
saxlarlar. Onun mədaxilini imam ehsanı edərlər. Bir karvansara Hacı
Böyük və Hacı İskəndərbəy təmir ediblər. İki qardaş, abaddır. Və bir
karvansara Ağa Qəhrəman Mirsəyaf oğlu təmir edib, hələ tamam deyil.
Bir karvansara Abbas bəy təmir edib, o da tamam deyil. Bir karvansara
Cavad ağa təmir elədir, hələ tamam deyil. Yenə bir karvansara Gövhər
ağa təmir elət-mişdi, məscidi camelərə vəqf etmişdir. İndi Həsən ağanın
təsərrüfündədir. Belə ki, karvansaranı təmir edən vaxt o işə baş çəkib
fəhlə, bənnasının muzdun verən Süleyman xan imiş. O cəhətə görə
Süleyman xan oğlu Həsənağa iddia edib alıbdır. Əvvəl bir dəfə od düşüb
yandı. Həsənağa peşman olub, yenə məscidlərin ixtiyarına verdi. Və
sonra dübarə yenə geri alıb, indi xarabadır və zibil tökərlər. Belə ki,
məsəldir: "Mərd mərddən kəsər, Murtuzaəli hər ikisindən".
İkinci fəsil yazılır o xanlardan ki, bu qalada hökmranlıq ediblər.
Onların övladlarından bir neçəsinin əhvalatı.
Məlum olacaq belə ki, Pənah xan mərhum olandan sonra böyük oğlu
İbrahim Xəlil xan canişin olub, əyləşib və qalanın möhkəm və abad
olmağına əncam verib. Əvvəlinci fəsildə cüzi məlum oldu. Qərəz, bu
zəhmətlər ilə bir bərk meşənin içində bu qalanı bina edəndən sonra bir
müddət öz eyş-işrətində olub. Elə ki bir az müddətdə
41
bu günə şöhrət edib cəmi Qarabağ mülkünü təsərrüf edib İran padşahı
Ağa Məhəmməd şah qoşun çəkib gəlib ki, İbrahim xanı öldürüb və
qalaya təsərrüf edə. Belə ki top və topxana qoşun ilə gəlib Topxana
adlanan yerdə ordu salıb, oturub və həman Topxana adlanan yerdə ordu
salıb, oturub və həmin Topxanadan, Davtələb adlanan yerlərdən qalaya
top atdırıb dağıtmağa məşğul olub, bir neçə gün bu növ ilə qalıb. Sonra
İbrahim xan yəqin edib ki, Ağa Məhəmməd şah ilə bacarmayacaq. Bir
gecə qaçıb Balakən adlanan yerə. Xalq xəbərdar olub, tamamən qala
qapısından çölə çıxıblar. Elə ki Ağa Məhəmməd şah əhvalatdan
xəbərdar olub öz qoşunu ilə Qalaya varid olur. Topxana və qoşun,
qalada sakit olurlar.
Qərəz, o günün nə tövr iş Ağa Məhəmməd şahın nökəri Səfərəli
namdan əmələ gəlibsə, Ağa Məhəmməd şah Səfərəli nama deyib ki,
köpək oğlu sabah qarabağlıların başından bir minarə vurduracağanı və
sənin başını o minarənin qübbəsi edəcəyəm. Səfərəli nam müvərrix
nökər imiş. Və bilirmiş ki, şahın dediyi dedikdir. Səfərəli öz canının
qorxusundan gecədən bir vaxt keçmiş durub Ağa Məhəmməd şahın
başın kəsib və hər nə cavahir var imiş tamamən götürüb qaçıbdır
1
.
O vaxt Ağa Məhəmməd şah Məhəmmədhəsən ağanın evində mənzil
etmişdi. Elə ki bu əhval səhər olanda İran qoşununa məlum olur,
qarabağlıların qorxusundan kimi atlı və kimi piyada dəstəbədəstə üz
qoyurlar Qaladan çölə çıxıb qaçmağa. Bu əhvalatdan Qarabağ camaatı
xəbərdar olub şadyanəlik edib cəm olurlar. Məhəmmədhəsən ağanın
qapısına və muştuluqçu İbrahim xanın dalınca gedir...
Bu cəhətə görə Ağa Məhəmməd şahı bihörmət ediblər ki, Qala
camaatına çox zərər vurubdur. Hər top atılanda neçə evlər dağılıb. Belə
nəql edirlər ki, bir nəfər övrət uşağın qucağında tutub işləyirmiş. Topun
gülləsi gəlib o övrəti uşağı ilə bir-birinə qatıbdır. Yenə bir dəfə İbrahim
xanın vaxtında şah qoşun çəkib Qalanın üstünə gəlib. Yenə haman
Topxana adlanan yerdə ordu salıb, bir neçə vaxt qalıb Qalanı qərəbətlik
edib
2
tamamən kəndliləri çapavül elədib və çox zəhmət o vaxt xəlqullah
olub. Qərəz, neçə ay ki, əlləşib gecə-gündüz
1 Müəllif xalq arasında yayılan folklorsayağı əfsanələri qələmə alır. Burada heç bir tarixi dəqiqlik yoxdur.
2 Mühasirəyə alıb mənasında işlədir. Söhbət Şuşa şəhərinin 1795-ci ilin yayında 33 günlük mühasirəsindən gedir.
42
şəhəri top ilə dağıtmaq istərmiş, mümkün olmurmuş. Bir gün bir kağız
yazıb bu misra ilə göndərib İbrahim xana ki, bu misra budur:
Ze məncənəqi-fələk səngi-fitnə mibarəd,
To əbləhanə girifti miyani-şişə qərar.
Bu münasib olan fərdi yazıb göndəribdir. Bunun cavabında İbrahim
xan Molla Pənaha buyurub ki, bir fərd bu sözə münasib yaz, cavab
edim. Molla Pənah bu fərdi düzəldib göndəriblər şahın qulluğuna:
Gər nigəhdari-mən anəst ki, mən midanəm,
Şişəra dər bəğəli-səng nigəh midarəd.
Qərəz, bir şey bacarmayıb, gedib Gəncənin üstünə. Orada çox qoşun
tələf olub, basılıb qayıdıb İrana.
Belə ki, yenə bir dəfə İbrahim xanın vaxtında Rusiya dövləti bu
Qalanın üstə gəlib İbrahim xan Qaladan qaçan vaxtda "Xan ölən səngər"
adlanan yerdə İbrahim xanı öldürüblər
1
. O səngər Qaladan iki verst
aşağıda Qara qaya bulağının yanındadır. Elə ki İbrahim xan mərhum
olub, Mehdiqulu xanı xanlıqda əyləşdiriblər. İbrahim xanın qaydası ilə
hökmranlıqda və cəmi ixtiyar əlində əyləşibdir. Bir müddət bu növ ilə
qalıb ki, hər kəsə mülk verib tənbeh edərmiş, sonra Rusiya dövləti öz
ixtiyarına alıb. Allah rəhmət etsin Mehdiqulu xana. Qarabağ bəylərinin
çörək sahibi olmaqlarına o səbəb olub. Çox səxavətli və nökərə
mehriban və xalqa güzəran sahibi olmaq, istəyən xan imiş. Rəhmdil və
füqərayə rəhm edərmiş və bir para cəbrlər rəiyyətin haqqında rəva
görməz imiş.
Belə nəql edirlər ki, bir gün yaz vaxtı ilat yaylağa köçəndə öz
mənzilində pəncərənin içində əyləşmiş imiş və köç gəlib, gedərmiş. Hər
il bir tövr ilə. Kimi qoyunlu və kimi sair dövlət ilə. Və o obaların
çoxunun özü atlı və övrəti atlı, artıq dövlət ilə köçür. Qərəz, bir neçə
dəstə keçəndən sonra görür ki, bir kişi dalında şələ və bir nəfər övrət
yenə şələli və iki-üç uşaqlar ayaqyalın və köhnə libas gəlirlər. Mərhum
Mehdiqulu xanın bulara rəhmi gəlib nökərlərdən birisin göndərib ki, get
o kişini, övrət və uşaqları ilə gətir bu çöl həyətə. Nökər
1 Müəllif səhv edir. İbrahim xan 1806-cı ildə Şuşanın yaxınlığında Şuşa komendantı mayor Lisaneviç tərəfindən
öldürülmüşdür.
43
gedib o kişini həmən tövr ilə gətirib. Xan çağırıb bir para müqərrib
nökərlərindən ki, çöl əhlinə nə lazımdır. Hər biri bir tövr tədbir ediblər.
Xan heç birinin sözün bəyənməyib, buyurub bir siyahı yazıblar. Neçə
yüz qoyun sağmal və erkək və neçə sağmal inək və neçə cüt öküz və
neçə camış və iki rəs erkək at və iki-üç rəs madyan at və iki alaçıq biri
özləri üçün və birisi qonaqları üçün və məfrəş və qab-qacaq, cəmi-çöl
mayəhtacının hazır edib, əmr edib qayda ilə yükləyiblər, aparıb təzədən
kəhər atdan bunu götürüblər və xan tamaşa edib, xoşuna gəlib. Yanında
olan adamlara deyib ki, indicə köçə oxşuyur.
Və bir də İbrahim xanın övladlarından bir neçəsin yazmağa xahiş
ediblər. Belə nəql edirlər ki, İbrahim xanın on dörd nəfər oğlu var imiş
və səkkiz nəfər qızı var imiş və dörd nəfər kəbinli övrəti var imiş və
neçə nəfər siğə övrəti var imiş. Kəbinli övrətinin biri Bikə ağadı. Ləzgi
Nusəl xanın qızı və Əhməd xanın atası. Və birisi Xurşidbanu bəyimdir.
Gəncə xanı Şahverdi xanın qızı Mehdiqulu xanın anası və birisi Cavahir
xanımdır. Gürcü qızı Gövhər ağanın anası və birisi Xanım Nənədir
demişlər. Cəbrayıllı Vəli bəyin qızı, Məhəmmədhəsən ağanın anası və
sairləri erməni qızı imiş və gürcü imişlər. Nəcəfqulu bəy belə nəql edir,
sair kəbinli övrətin bilmirəm.
Belə nəql edirlər ki, İbrahim xanın böyük oğlu Cavad ağa imiş və
İbrahim xandan çox tez ölübdür və yel naxoşluğundan ölüb. Yenə
həmən Nəcəfqulu bəy nəql edər ki, o vaxtda bəylərin birisinin bir nəfər
göyçək qızı var imiş və bu qızın sədasın İbrahim xan eşidərmiş və belə
fikri var imiş ki, o qızı özü üçün alsın. Amma məlum deyilmiş, qəzadan
nökərlərdən biri gəlib Cavad ağaya həmən qızı tərif edibdir. Cavad ağa
da bu fikrə düşüb ki, o qızı ala. Amma istərmiş ki, rubəru görüb, ondan
sonra sözü xana yetirə və görmək mümkün olmurmuş. Bir gün yenə
həmən nökər gəlib Cavad ağaya deyib ki, o qız evləri ilə çaya gəzməyə
gediblər. Yaxşı fürsət vaxtıdır. Bir tövr ilə bəlkə gedib dürüst görə
biləsən. Cavad ağa durub nökəri ilə o qız tərəfə gediblər. Görüb hərgah
bunu görsələr mümkün olmayacaqdır və uzaq yerdən yenə dürüst
görməyəcək. Gəlib dəyirmana, dəyirmançı Quqonun paltarların alıb, öz
paltarlarının üstündən geyib və papağın gözünün üstə basıb, olar olan
yerə gedibdir. Qıza dürüst tamaşa edib, qayıdıb qalaya.
Bu əhval məzəlik üçün İbrahim xana yetiriblər və xanın bu işdən
qəzəbi tutub, bir nökər göndərib, həmən dəyirmançı Quqonu gətirib-
44
lər və adam göndərib Cavad ağanı da gətiriblər. Dəyirmançı Quqonun
paltarın Cavad ağaya və Cavad ağanın paltarların dəyirmançıya
geydirib, hər birindən bir ayaq saldırıb falaqqaya və çox döydürəndən
sonra buraxıb. Cavad ağa öz xəcalətindən qaçıb gedib şahsevən Nəzərəli
bəyin yanına və iki il orada qalıbdır. Sonra Nəzərəli bəy yenə gətirib
İbrahim xanın yanına. Xan görüb ki, Cavad ağa çox zəif olubdur və bərk
naxoşdur. Belə nəql eylərlər ki, İbrahim xan altı ay Cavad ağaya toy
edib ki, bəlkə o naxoşluq ondan rəf ola və altı ay tamam olandan sonra
xan Xanım ağanı ona gəlin gətiriblər. Hər ikisi yeddi ay ömür ediblər.
Xan Xanım ağa uşaq üstə tələf olubdur. Cavad ağa həmən yel
naxoşluğundan mərhum olub. Bir də belə nəql edirlər ki, əvvəl İbrahim
xanın canişini Məhəmmədhəsən ağa imiş. Səkkiz ay İbrahim xandan
qabaq mərhum olub. Amma həmişə İbrahim xan Məhəmmədhəsən ağa
ilə yaxşı deyilmiş və həmə vaxt aralarında ədavət olarmış. Çünki şərarət
edərmişlər ki, Məhəmmədhəsən ağa bu fikirdədir və bu işi edəcəkdir.
Hər dəm bir dəfə qoşun çəkib gələrmiş ki, gərək mənim vilayətimdən
çıxıb gedəsən. Belə ki bizim öz ata və babamız belə nəql edirdilər ki,
yenə bir gün Məhəmmədhəsən ağaya əhval çatdı ki, İbrahim xan qoşun
çəkib gəlir. Belə ki, o vaxt İbrahim bəy mərhum İbrahim xanın
qulluğunda olurmuş və Mirzə Haşım mərhum Məhəmmədhəsən ağanın
qulluğunda imiş. Həmin bu iki qardaş bizim atamızın əmiləridi və
olardan nəql olubdur.
Qərəz, mərhum İbrahim xan neçə yüz atlı ilə Məhəmmədhəsən
ağanın evinin üstə və Mirzə Haşım ümum qapıda əli bağlı durur.
İbrahim xan yetirən kimi buyurub ki:
- Ay gədə, Mirzə Haşım, get o filan-filan olmuşa deginən mənim
vilayətimdən çıxıb getsin.
Mirzə Haşım ərz edib ki, xan, qurbanın olum, bura sənin hərəm-
xanandır. Kimin nə cürəti var buraya girə?
Belə bu sözdə Məhəmmədhəsən ağa özü evdən çıxır çölə və İbrahim
xana ərz eləyib ki, xan, niyə insaf eləmirsən? Mən sənə nə bihörmətlik
eləmişəm? Məndən savay sənin ki, övladın yoxdur. Bu qədər biinsaflıq
mənim haqqımda yaxşı deyil. Bu sözdə İbrahim xan atın
irəli sürüb
dörd-beş dəfə Məhəmmədhəsən ağanı vurur. Yenə Mirzə Haşım qolun
qabağa verib ərz eləyir ki, xan, qurbanın olum. Məhəmmədhəsən ağa
müəllim, çubuq da görməyibdir heç. Qərəz,
45
İbrahim xan dəstəsi ilə qayıdan vaxt Cəfərqulu xan cavan oğlan imiş.
Daldan bir xəncər tullamazladısa, atıb xəncər gedib Naib oğlu
Məhəmmədin topuğundan dəyib, yaralayıbdır. İbrahim xan gəlib aşağı
bazarın yerində atdan düşüb və hava isti imiş. Adam göndərib, gedin
Mirzə Haşıma deyin qəlyan və şərbət gətirsin. Mirzə Haşım bir əlində
şərbət tez gətirir və xan bir saat orada kürsü üstə əyləşib və Naib oğlu
Məhəmmədin yarasın bağladıb, gəlib öz evinə.
Və bir də mərhum İbrahim xanın yanında hörmətli olan oğlanlarının
birisi də Əhməd xan imiş. Belə nəql edirlər artıq ümur və ixtiyar
Məhəmmədhəsən ağada və Mehdiqulu xanda və Əhməd xanda imiş.
Sair oğlanlarında bunlar kimi hökumət və ixtiyar yoxumuş. Qərəz,
Əhməd xan çox səffak imiş. Əlavə hökmranlıqda və zirəklikdə pürkar
adam imiş və bir də bir para quduz it təkin adama və bağlı olan adama
və dili gec açılan uşağa dua yazarmış və uşağın ağzına tüpürərmiş, bu
günə naxoşluqlar rəf olurmuş. Belə ki, bir cild dua kitabı Əhməd xanda
var imiş. O duaların təsirindən bu günə dərdlərə əlac olurmuş.
Və bir də mərhum İbrahim xanın övladı həddən artıqdır. Təmamən
yazmaq mümkün deyil. Həmin say məlum oldu. Amma bir neçə nəfər
qızlarından yenə yazmaq lazımdır. Belə ki, İbrahim xanın bir qızı Ağa
Bəyim ağa idi və onu İran padşahı Fətəli şaha köçürmüşdülər. Çox
göyçək imiş. İranda mərhum olubdur. Belə nəql edirlər ki, bir gün Ağa
Bəyim ağa bu bayatını oxuduğu vaxtda, Fətəli şah gəlib eşidib, görüb
oxuyur:
Mən aşiqəm Qarabağ,
Qara salxım, Qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Bunun bu sözü padşaha xoş gəlib, sual edib ki, o bayatını nə tövr
oxudun? Bir dəfə də oxu! Ağa Bəyim ağa bu dəfə mətləbi dolandırıb ki,
padşaha xoş gəlsin. Qərəz, həmən bayatının axır fərdin belə deyib ki:
Tehran cənnətə döndü,
Yaddan çıxdı Qarabağ.
46
Bu şaha çox xoş gəlib.
Və bir də mərhum İbrahim xanın bir qızı da mərhum Gövhər ağa idi.
O da əvvəl qız vaxtı Şəki xanına gedibdir. Elə ki o ölüb, gəlib yenə öz
əmisi oğlu Xankişi bəyə getmişdi.
O da öləndən sonra ta ərə getmədi və övladı yox idi. Amma öz
axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə öz səyilə hamı üçün yaxşı
fikir çəkdi. Belə ki, həmən bu iki qitə məscidi-camelərinin hər birini iki
dəfə təmir edib və neçə kəndlər və dükanlar və karvansaralar bu
məscidlərin barəsində vəqf edib ki, kəndlilərin mədaxili bu iki məscidi-
camelər üçün məsrəf olsun. Məscidin həyətində azarlıxana təmir elədib
ki, qərib adamlar naxoş olan vaxtda orada yatsın və müalicə olunsun.
Hərgah ölsə, o adamın tədarükün görüb dəfn eləsinlər. Yenə hərgah qala
əhlindən fağır və kasıb olsa, onları da xərc çəkib, dəfn edələr. Bir də o
tüllablar ki, elm oxuyurlar, onlar üçün çırağ və həftədə iki dəfə çörək
versinlər. Mücavirlərə və müəzzibinlərə məvacib qərar edibdir. Yenə
özü və ata və ana və sair övladları üçün hər il ramazan və şaban ayında
Quran oxunsun. Və əlli-altmış xətmi-Quran oxutsunlar və hər ildə
həmən ehsan aylarında üç gün ehsan versinlər. Bu günə vəsiyyətlər iki
böyük daşlara həkk olub və məscid divarına nəsb elədib. Sair mətrukatın
və müxəllifatın Həsən ağa Süleyman xan oğluna hiybə edibdir. Allah
rəhmət eləsin o kimsələrə ki, Allah yolunda və füqəranın barəsində
vəsileyi-irhamın haqqında bu günə binagüzarlıq ediblər. Xüsusən bu
mərhumə.
Yenə Gövhər ağa bu qədəri mətrukat vəqf edəndən sonra və iki qitə
məscidi-camelərinin hər birisini iki dəfə təmir edəndən sonra ki, hər
birinin xərci dünya pul aparıb. Bunlardan əlavə yüz min manat pul cəm
etmişdi ki, özü ilə aparıb Kərbəlayi-müəllada məsrəf edəydi. Əcəl aman
vermədi. Burada mərhum oldu.
Bir neçə ay məsciddə dəfh etdilər qaldı. Sonra neçə nəfər mötəbər
adam ki, özü vəsiyyət etmişdi apardılar Kərbəlayi-müəllayə və orada
dəfn olub və üstə bir bab məqbərə bina ediblər. Neçə nəfər tullab təyin
ediblər ki, nə qədər dünya var, onun üstə gecə və gündüz Quran
oxusunlar. Onlar üçün məvacib qərar ediblər. O pul ki, buradan
aparmışdılar, o pak olan məqamda karvansara və hamam təmir ediblər
ki, onların mədaxili imam əleyhissəlamə və bu mərhumənin özünə
məsrəf olsun. Bu günə binagüzarlıq öz axirətin barəsində edib. Allah
qəbul eləsin.
47
Bir də bu mərhumənin neçə qaydası var imiş. Belə ki, ona əvvəla
həmişə füqəranı müraat edirmiş və həmişə yük-yük baratı üləmalara və
sair kasıb olan adamlara ki, abırlı kişilər imiş gələrmiş. Əlavə hər gecə
neçə nəfər nökər götürüb yanınca bir para füqəraların evlərini gəzərmiş
və onlara pul paylarmış. Onların əhvalatlarından xəbərdar olub, həmişə
barat göndərərmiş və hər evə ki, güzarı düşərmiş, o ev sahibinə bərk
tapşırarmış ki, məbada mənim buraya gəlməyimi bir adama deyəsən.
Gərək pünhan qalsın. Heç kimsənə bilməsin. Qərəz, həmişə fağır və
füqəranın fikrində olan adam imiş. Allah rəhmət eləsin.
Bir də İbrahim xanın neçə nəfər qardaşları var imiş. Elə əhvalatları
yoxdur ki, yazıla. Amma Tahbxan bəydən bir neçə nəql yazmaq
lazımdır.
Çünki çox məzəli adam imiş. Belə nəql edirlər ki, Talıbxan bəy çox
avam imiş. Belə ki, bir gün Tahbxan bəyin ixtiyarında olan
rəiyyətlərdən ikisinin bir-birilə davaları var imiş. Gəlib Talıbxan bəyə
şikayət ediblər. Bu adamlar hər biri öz sözlərini deyiblər. İkisinin də
sözünə Talıbxan bəy deyib ki, yaxşı deyirsən. Öz övrəti yanında imiş.
Deyib ki, a xan, bunların hər ikisinin sözlərinə "yaxşı deyirsən" dedin.
Pəs günah hansı birindədir. Axır birinə "yaxşı deyirsən" deginən və
birinə "günah səndədir" deginən. Talıbxan bəy fikir edib övrətinə deyib:
- A arvad, sən də yaxşı deyirsən. Gərək belə ola. Mən dürüst
bilmədim. Bunların davasın sən kəsginən.
Yenə belə nəql edirlər ki, bir gün Talıbxan bəy quş ovuna getmiş
imiş. Bir nəfər nökər qızılquş götürüb bunun ilən gedirmiş. Qəzadan o
günü bərk yağış yağır. Talıbxan bəy islanıb və çox üşüyübdür. Dönüb
dala baxıb, görüb nökər də bərk üşüyür. Talıbxan bəy öz çuxasın
çıxardıb verib nökərə ki, ala sən mənim çuxanıı geyginən. Bəlkə
qızışasan. Mən yolla gedirəm. Nökər deyib: A ağa, özün geyginən. Mən
üşümürəm.
Qəbul etməyib verib nökərə. Qərəz, bərk islanandan sonra və çox
üşüyəndən sonra gəliblər evə. Talıbxan bəy titrəyə-titrəyə paltarların
soyunub, uzun ocaqda olurmuş. Övrəti deyib ki, axır niyə çuxanı nökərə
verib, özünü belə islatmısan. Durub övrətin döyüb ki, a köpək qızı, pəs
nökər saxlamaq asandır? Axırda adamın sözünə baxmaz.
48
Yenə nəql edirlər ki, bir gün yenə ova getmiş imiş. Bir neçə quş
tutublar, qayıdıb evinə gəlib və nökərlər quşları kabab bişirib, hazır
ediblər. Bir neçə saat keçib, nökərlər görüblər ki, Talıbxan bəy heç
kababın istəmir. Nökərlər yəqin ediblər ki, xanın yadından çıxıbdır.
Götürüb özləri tamam yeyiblər. O günü övrəti evdə yox imiş. Bir neçə
saatdan sonra yadına düşüb, çağırıb ki, mənim kababımı gətirin, yeyim.
Nökərlər deyiblər ki, xan, bayaq yemədinmi? Bir az fikirə gedir, deyir:
- Axı deyirəm niyə susamışam. Bir az su gətirin mənə içim. Talıbxan
bəyin bu cürə işləri çoxdur. Həmən bu neçə nəql kifayət edər.
Bir də bundan əqdəm olan Qarabağ bəylərinin hər birinin bir
dəstgahı var imiş və həmişə at bağışlamaq və barat göndərmək öz
iltifatları olan adama artıq imiş və onların bərdaştəsi və xərc məsarifləri
artıq imiş və hər birinin qapısında neçə nəfər xəz etmək və mahud çuxa
nökərlər var imiş və hər birinin qapısında neçə nəfər xəz etmək və
mahud çuxa nökərlər var imiş və hər birinin hər gündə aşpazxanasının
iyirmi manat xərci olurmuş. Xeyir-şərləri olan vaxtda dünya pul xərc və
məsrəf olurmuş. Bunun ilə nə borcları olurmuş və nə kənd satarmışlar.
Amma bu vaxtda olan bəylərin borcu həmişə olur və o qədər xərc və
bəxşayiş heç birindən görünmür, yenə borclu olub və mülk satırlar. Bu
günə işlərə səbəb budur ki, qumara və şəraba adət ediblər. Amma keçən
bəylərdə bu tövr işlər yox imiş. O səbəblərə bərəkətləri artıq imiş. Əyər
ki, xalq evlərinin qəlbi olmağına və mahud geyməklərinə və bir para
bərdaşşələrinə baxıb belə mülahizə edirlər ki, bu vaxtda olan adamlar
ağıllı və mərifətli idilər, belə deyil? Bəlkə keçən adamlar cəmin-silkdən
ya bəy və ya əsnaf bu vaxta olan adamlardan sahibi-mərifət və dindar
imişlər. Doğrudur, əvvəl bu qala bina olan vaxtlarda Pənah xan və
İbrahim xan vaxtından adamlar avam imiş. Amma Mehdiqulu xanın
əsrində olan kişilər ya bəy və ya hacı bu əsrdə yoxdur. Adam onlar imiş
ki, keçib gediblər. Allah o kişilərin tamamına rəhmət etsin.
Bir də bizim bu vilayətdə olan bəyzadə və xanzadə heç bir vilayətdə
yoxdur. Bunların hər birisinin nəqlin yazmaq mümkün deyil. Həmi
çəmən doğru olan sifətlərin məlum etdik ki, nəcib və səxavətli və
pakdamən bəylər varmışlar ki, çox sahibi-mərifət və sahibi elm və xoş
xətt və cəmi rəftarları bieyb olan kişilər var imişlər. Ya bəylər və ya
sövdagər və ya üləmalar belə ki, mülahizə edərlər təsdiq edirlər
49
ki, bu vaxtkı adamlar hara, o keçən adamlar hara. Qərəz, fəsillərə biri
para acılar ki, bundan əqdəm var imişlər bir neçəsini dövlətindən və
kasıbları dolandırmaqlarından məlum olacaqdır. Buralar yeri deyil. Bir
də mərhum Cəfərqulu xan çox hünərli və dilavər hökmran və zorlu
adam imiş. Yenə çox əhli dimaq və eyş-işrət ilə dünyanı keçirən, həmişə
öz ləzzətində olan adam idi. Çox artıq şövqi var imiş pəhləvan
güləşdirməyə. Dəvə və qoç güləşdirməyə, kəndirbaz və ağacayaq və bir
para tamaşalı işlərə çox meyli var imiş, çox ömür eləyibdir. Artıq calal
sahibi imiş. Belə ki, onun bir para bazar işlərinə Hacı Qulu baş çəkmək
ilə bir milyon dövlət cəm etdi və hər cümə axşamı füqəralara çox pul
paylardı. Mərhum olan vaxt Rus dövləti çox ehtiram ilə götürdülər. Çox
hörmətli nişanlar o vaxt çıxartmışdılar ki, haman Rus dövlətindən
verilmişdir. Əhli-vilayətin ixlası və rus dövlətinin hörməti həmişə
İbrahim xanın bu iki ocağında olub: biri Cəfərqulu xan və birisi Xan
qızı.
Bir də Qarabağın xanlarından yadigar qalan həmin bir xan qızıdır ki,
bu vaxta böyük adamlardan qalan bir budur. Allah səlamət etsin. Çox
püxtə və xalqa mehriban adamdır. Və çox sahibi-səliqədir və həmişə
füqəranı müraət edib cəmi xalqın dövlətli olub xoşhal istəyəndi. Həmişə
bu fikirdə olar ki, tamam xalqa xeyir versin və kömək etsin. Belə ki, bu
şəhər abad olmağa o səbəb olubdur. Hərgah bu su qalaya gəlməsəydi,
yenə gərək olacaqdı. Həmin qalanın abad olmağı ibarətdir bu sudan.
Belə ki, o vaxt ki, bu su qalaya gəlməmişdi, xalq çox zəhmət ilə
keçinirdilər və gedib Xəlfə Əlili çayından at və ulağ ilə su gətirirdilər.
Bu barədə cəmi əhli-vilayətin boynunda Xan qızının haqqı var. Cəmi
cəhətdən nəinki bir tək su, Allah-təala Xurşidbanu bəyimə ömri-tulanı
kəramət etsin və onu Qarabağ camaatma çox görməsin.
Belə ki, bir neçə kəlmə İbrahim xanın övladlarından yazıldı.
Lazımdır bir neçə kəlmə də tənbeh və divan etməyindən yazıla.
Belə nəql edirlər ki, İbrahim xan hər kəsin artıq günahı olan adamı
Xəznə qayasından atdırarmış. Belə ki, o qayanın dərinliyi iki yüz
arşından artıqdır. Adam qaya üstə durub, aşağısına baxa bilməz. Adamı
vəhşət tutar. Yenə baş kəsdirmək və göz çıxartmaq və əl kəsmək, bu
gunə tənbehlər eylədərmiş...
Belə ki, qədim vaxtlar İran padşahlarının tənbehi bu gunə olarmış.
Bu vaxtda belə deyirlər ki, ta o tövr deyil. Az iltifaq düşür.
50
Amma qədim vaxtı bilinmiş ki, hər hakim öz ixtiyarında olan adamları
bu zülmlər ilə öldürürmüşlər, nəinki bir tək padşah, vəliəhd və sərdarın
belə tənbeh etməyə ixtiyarları var imiş. İbrahim xan da İran zabitəsilə
hökumət edərmiş.
Bir də bu gunə zülmlərə bizim familyamız binəva Mirzə Vəli giriftar
olub. Sinninin çox vaxtında bigünah və bitəqsir. Belə ki, İbrahim xan nə
məsləhətdən ötrü Mirzə Vəli Baharlını və öz əmisi oğlu Əbdüssəməd
bəyi İran padşahının yanına göndərmişdi. Bir neçə ay Şiraz şəhərində
padşahın yanında qalıblar. O vaxt paytaxt İran Şiraz şəhəri imiş. Qərəz,
İbrahim xan ilə İran dövlətinin arasında nə güftəgu var imiş, bilmirəm.
Amma bu "Əhvalati-tarixi-Qarabağda" yazıblar: həmin İran dövləti bu
fikrə düşübdür ki, İbrahim xanın göndərdiyi elçilərin hər ikisin top
ağzına qoydursun. Əbdüssəməd bəy belə tədbir edib ki, qaçalar. Mirzə
Vəli razı olmayıb ki, qaçmaq nahaqdır. Səbir edək görək işin axırı nə
tövr olacaqdır. Əbdüssəməd bəy qəbul etməyib, iki nəfər nökərlər ilə
qaçıblar. Elə ki, sabah olub biçarə Mirzə Vəli babamı top ağzına
qoyublar və Əbdüssəməd bəy ələ düşməyib, qaçıbdır. Bu işi edəndən
sonra peşman olub.
Əbdüssəməd bəy gəlib Araz çayının o tərəfində görüb bir ovçu bir
dağ keçisi çiynində gedir. İstəyib o keçini ovçudan alıb kabab edələr.
Ovçu çəkilib meşəyə. Güllə atıb Əbdüssəməd bəyi öldürüb və nökərlər
meyitin o taydan götürüblər qalaya. İbrahim xan bu əhvaldan çox
təəssüf edib. Çünki o vaxt o qədər kamil adam yox imiş. Xana müqərrib
olan adamlar və İbrahim xanın iltifatı olanlar bunlar imiş:
Molla Pənah, Mirzə Vəli və Əbdüssəməd bəy və Batmanqılınc
Məhəmməd bəy.
Qərəz, İbrahim xan Əbdüssəməd bəyin övladının barəsində pənahlıq
edibdir ki, məlumdur. Mirzə Vəlinin də iki nəfər oğlanların götürüb
atalarının yerində təyin edibdir. Biri Mirzə Haşım və birisi İbrahim bəy.
Mirzə Haşım atasından artıq sahibi-kamal olmağa görə həmişə iltifatı
olurmuş və bu ləqəb ilə adlandırıb Mirzə Haşım Zərrinqələm demişlər.
Bunlara güzəran etməkdən ötrü Zəngəzur uyezdində Mehri mahalında
neçə para kəndlər vagüzar edib, hansı ki, Baharlı, Qaragözlü və Şapıklı
və Çöpədərə neçə ildir, bədbəxtlik olub, dolaşır. Allah haqqa kömək
etsin.
Bir də mərhum İbrahim xanın xəzinəsi Xəznə qayası adlanan yerdə
qalıbdır. Ələ düşməyibdir. Belə nəql edirlər: elə ki İbrahim
51
xan o vaxt ki, o imarətlərdə əyləşərmiş, hər nə xəzinəsi varmış, o
yerlərdə dəfn elədibdir. Çünki oralar çox möhkəm yerdir və o xəzinəni
dəfn elədən Batmanqılınc Məhəmməd bəy imiş. Neçə nəfər adamla
basdırandan sonra o adamları tamam öldürüb ki, məlum olmasın. Sonra
İbrahim xan və Məhəmməd bəy - hər ikisi qəflətən ölüblər və o xəzinə
məlum olmayıb və ələ düşməyibdir ta bu vaxtacan. Çox adamlar gedib
orada olan evləri və kahaları axtanblar, bir şey ələ düşməyibdir. Həmin
belə söhbət etdi ki, bir nəfər erməni cüt əkdiyi vaxtdabir göyüm pul
tapıbdır. Həmən o Daşaltıh erməni gəlib qalada yaxşı ev aldı və bir para
işlər gördü. Onda məlum oldu. Qərəz, tamam xəzinə meşələrdə və
qayalarda qaldı.
Belə ki, o kahalar ki, Xəznə qayasında var, çox qəribə yerdir. Allah-
təalanın qüdrətidir ki, zahir olub. Əvvəl o kahalar elə yerdədir ki,
əslində bəni-adəm ayağı olara düşməyibdir, ta İbrahim xan o imarətləri
ki, çətinlik ilə təmir edib və o kahalara çox çətinlik ilə bir balaca çuxur
açdırıb. Ondan sonra o kahalara bəni-adəm ayağı düşübdür ta güman
olmur ki, ondan əqdəm onlara insan getmiş ola.
Qərəz, o kahanın biri ki, sulu kaha deyirlər, onun dərinliyi on beş
arşından artıqdır. Və eni altı arşın olar və içinin qəlbliyi səkkiz arşından
artıqdır və ortasından bir böyük bulaq axır, çox soyuq və şirin. Elə ki
onun ağzında durub yuxarı tərəfinə baxarsan, altı arşın olur ki, ta üstəki
meşəyəcən və elə ki aşağa tərəfinə baxarsan, adamı vəhşət tutar və göz
qaralar. Həmin çayın qıraqlarında olan adamları görürsən və belə güman
olur ki, üç yüz arşından artıqdır.
Və yenə birisi bu kaha ilə yan-yana var ki, həmin arası beş və altı
arşın ola. O da belə düşüb ki, gərək dörd arşın qədəri aşağı pilləkən ilə
yenəsən. O vaxt İbrahim xan daş pilləkən bağladıbdır. Elə ki içəri
yetirsən adamı vəhşət tutar. Belə ki, çox qəlbi və enni kahadır. Üç
küncündə əlavə bir kaha var çox dərin və qaranlıq ki, dibin dərk etmək
olmur və çox soyuq gəlir. O da həmən tövr ilə düşüb. Ya üst tərəfi və ya
aşağı tərəfi. Bu iki kahalar İbrahim xanın imarətlərinin yanındadır.
Amma birisi bunlardan əlavə qala tərəfindədir ki, bunlar ilə qabaq-
qabağa düşübdür və qalanın altı tərəfidir.
Belə ki, bu kahanın təhəri bu tövridir. Neçə dəfə qala əhlindən
gediblər məşəl və fanus yandırıblar ki, bir qədəri o kahanın içinə gedə
bilələr, mümkün olmayıbdır. Çünki o kaha o qədər dərindir və
qaranlıqdır ki, içinə girmək olmur və onun dibindən bir elə bərk külək
52
gəlir ki, nə məşəl davam eləyir və nə fanus. Və böyüklüyündən əlavə elə
soyuqdur ki, yayda adam onun içinə girə bilməz. Qərəz, Xəznə qayası
və bu kahalar və İbrahim xanın o yerlərdə o tövr evlər bina etməyi çox
qəribə və tamaşah yerlərdirlər. Ta adam görməsə, bilməz.
Və bir də belə nəql edirlər ki, İbrahim xanın cəmi ixtiyarı
Batmanqılınc Məhəmməd bəy imiş. Məhəmməd bəyin arxasını hökumət
edərmiş. Sonra Məhəmməd bəyi İbrahim xanın yanında müttəhim
ediblər və mərhum xanı müştəbeh eləyiblər ki, Məhəmməd bəy özgə
fikirdədir. Bu sözə İbrahim xan inanıb, bu fikrə düşübdür ki,
Məhəmməd bəyi öldürə. Məhəmməd bəy qardaşı ilə qaçıblar və övrətin
də aparıb, qaçaq olub. Məhəmməd bəy İbrahim xanın qardaşı oğlu imiş.
Qərəz, məlumdur ki, o vaxtda hər bir şəhərə bir xan təsərrüf edib,
əyləşmişdi. Belə ki, Şirvanda Mustafa xan, Şəkidə Səlim xan, Gəncədə
Şahverdi xan. Bu xanların heç birisi bir-birilə dost deyilmişlər.
Məhəmməd bəydən həmişə bu xanlara zərər olurmuş. Təmamən bu
xanlar Batmanqılınc Məhəmməd bəyin əlinin zərbini görmüşdülər. O
cəhətə Məhəmməd bəy cəmi xanlardan qaçaq olub və hər yerin
ixtiyarında olan camaatları cəpavül edərmiş və üstə neçə nəfər adam
varmış. Bu əhval Şirvan xanı Mustafa xana məlum olubdur. Mustafa
xan neçə nəfər atlı göndərib ki, gərək ya Məhəmməd bəyi diri tutasız və
ya öldürəsiz. Bu yüz nəfər atlı düşürlər Məhəmməd bəyin dalma. Bir
yerdə düçar olurlar. Bir neçə nəfər adam Məhəmməd bəy onlardan
öldürür. Onlar da Məhəmməd bəyin qardaşın öldürürlər. Sonra bir şey
bacarmayıb qayıdırlar. Bu işdən Məhəmməd bəy çox pərişan olur.
Mustafa xan ilə artıq ədavətli olur.
Elə ki bir müddət keçir, bir gecə Məhəmməd bəy neçə nəfər atlı ilə
gəlir Şirvana ki, Mustafa xanı öldürsün. Şirvanın iki verstliyində atlıları
öz atı ilə qoyur və özü piyada belində bir xəncər gəlib Mustafa xanın
barısından aşır və qapısın bir tövr ilə açır, girir evlərə. O gecə qəzadan
Mustafa xanın ömrü tamam olmamağa görə evində yox imiş.
Məhəmməd bəy tamam əhli-əyalın öldürür. Belə nəql edirlər ki, o gecə
Mustafa xanın iki nəfər oğlun və üç nəfər qızın və bir neçə nəfər övrətin
və dörd nəfər müqənib nökərlərin və dörd nəfər qulluqçularının
tamamən başların kəsib və bir kağız yazıb qoyub bir məlum yerə ki,
filan-filan olmuş, bu fikir ilə gəlmişdim ki, səni öldürəm. Nə fayda, ələ
düşmədin. Hərgah ölmərəm, səni də bir tövr edərəm. Bu kağızı qoyub,
yenə barıdan aşıb, qayıdır.
53
Elə ki sabah olub bu əhvaldan tamam Şirvan əhli xəbərdar olur.
Mustafa xan gəlib əhl-əyalın bu növ ilə görüb və dünya malın yerbəyer
görəndə yəqin edir ki, bu iş Batmanqılınc Məhəmməd bəyin işidir.
Həmən saat deyir ki, bu iş heç kəsin işi deyil, məgər Məhəmməd bəyin
işidir. Bu sözdə həmən kağızı tapırlar, oxuyub məzmunundan xəbərdar
olurlar. Mustafa xan üç yüz atlını cəm edib yollayır mahallara ki, gərək
hər tövr olsa, ya bu üç yüz nəfər tamam öləsiz və ya Məhəmməd bəyi
öldürüb və ya sağ tutub mənim yanıma gətirəsiniz. Bu atlılar üz qoyurlar
mahallara. Bu əhval Batmanqılınc Məhəmməd bəyə yetişir. Məhəmməd
bəy öz övrətin və nökərlərin götürüb Şəki xanı Səlim xana pənah
aparır
1
. Səlim xan mühafizət edib öz yanında saxlayır. Bir müddətdən
sonra bu əhval Mustafa xana məlum olur ki, Məhəmməd bəy Şəki xanı
Səlim xanın yanındadır. Mustafa xan götürüb Səlim xana bir tuğra kağız
yazır. Bu məzmun ilə ki, Səlim xan hərgah Məhəmməd bəyi qolubağlı
Şirvana göndərəsən; və hərgah ya qaçırdıb və ya göndərmiyəsən, o vaxt
hazır ol ki, qoşun çəkib gəlirəm Şəkini tamam at torbasında daşıyam.
Xəbərdar olub öz işin tədarükündə hazır ölginən!
Elə ki bu kağız Səlim xana yetişir, məzmunundan xəbərdar olur. Belə
fikir edir ki, bir nəfər cəmi xanlardan qaçaq olan adamı mən saxlaya
bilməyəcəyəm. Yaxşı budur ki, bəlasız başımı bəlaya salmayıb,
Məhəmməd bəyi tutub, göndərim. Həmən gün Məhəmməd bəyi
tutdurub qolu bağlı iki yüz nəfər atlı ilə və Məhəmməd bəyin övrətilə
gətirib Şirvana, Mustafa xanın qulluğuna. Elə ki Şirvana yavuq olublar
tamam Şirvan əhli tamaşaya çıxıblar. Məhəmməd bəyi övrəti ilə at üstə
gətirirlər Mustafa xanın həyətinə. Mustafa xan evdən çıxıb Məhəmməd
bəyə söyür ki, a filan-filan olmuş! Sən gəlib mənim əhli-əyahını
qırmısan. Məhəmməd bəy deyir ki: filan-filan olmuş, gəlmişdim səni
öldürəm. Nə fayda, əlimə düşmədin. İndi məni qolu bağlı görübsən. Bir
qolum açıq olaydı tamam Şirvanı qılınca çəkəydim. Ta görəydin
dünyada necə oğullar var. Nə edim ki, Səlim xan namərdlik etdi. Məni
sənin qabağına qolubağlı göndərdi. Bu sözdə Mustafa xan içəri girib, bir
tüfəng əlində çıxıb çölə və Məhəmməd bəyi at üstə vurub öldürür və
Səlim xana çox razılıq yazır.
1 Məhəmməd bəy Səlim xana yox, kor Məhəmmədhəsən xana pənah aparmışdı. Məhəmmədhəsən xan xəyanət edib
onu Mustafa xana verdi.
54
Mustafa xan Məhəmməd bəyi öz əli ilə öldürüb, Məhəmməd bəyin
övrətin intiqam üçün alıb və bir neçə ay saxlayır.
1
Sonra bir atlıya qoşub
göndərib Qarabağa. Sonra o övrəti mayor İmamqulu ağa alıbdır. Bəli,
məsəldir deyiblər:
Nə namərdə bel bağla, nə cəfa çək o candan.
Və bir də İbrahim xana vəzir hesab olan Molla Pənah imiş. Belə ki,
hər bir məsləhəti Molla Pənah ilə olurmuş və Molla Pənahın əsli Qazax
Şəmşəddindən gəlibdir. Çox sahibi-kamal və qabil adam imiş və yaxşı
təbi-şeri var imiş. Bu ağ könüllər oxuduğu zikrlər təmamən Molla
Pənahın kəlamıdır... Qərəz, artıqxoşbəxt adam imiş. Mərhum İbrahim
xanın həddən artıq iltifatı var imiş.
Hər məsləhəti ki, Molla Pənah görərmiş, gərək həmən tövr olaymış.
Ona görə bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki, "Hər
oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz". Bu ikisinin vəxti Əsəd
bürcündə imiş.
Və bir də neçə kəlmə mərhum Bəhmən Mirzə əhvalatından yazıb
məlum eləmək gərək. Belə ki, Bəhmən Mirzə Fətəli şahın nəvəsidir və
naibüssəltənənin oğludur ki, iki dəfə bu qalanın üstə qoşun çəkibdir. Bir
dəfə İbrahim xanın vaxtında və bir dəfə rus dövləti Qalaya təsərrüf
olanda gəlib. Qabaqda yazılıb. Qərəz, Fətəli şah münəccim götürüb
naibüssəltənənin taleyinə baxdırıb ki, görsün naibüssəltənənin taleyində
padşahlıq görünürmü. Elə ki, münəccim baxıb, belə görünüb ki,
naibüssəltənənin taleyində padşahlıq görünmür və yavuq vaxtda əcəlinin
yetişməyi görünür. İş bu tövr olan vaxtda Fətəli şah o qədəri ki,
oğlanları var imiş heç birisin vəliəhd etməyib naibüssəltənənin böyük
oğlu Məhəmməd şahı öz atasının yerində əvəz vəliəhd eləyibdir. Bir
müddətdən sonra münəccim dediyi söz rast olub. Naibüssəltənə Fətəli
şahın qabağında mərhum olub və bir müddətdən sonra Fətəli şah
mərhum olub və mərhum Məhəmməd şah padşahlıqda əyləşib və neçə
nəfər qardaşları ki var imişlər hər birin bir məmləkətdə sərdar təyin edib
və Bəhmən Mirzə külli-Azərbaycana hakim olub. Hər bir hökmdə və
adam öldürtməkdə
1 Məhəmməd bəy M.P.Vaqifin arvadı Qızxanımla evlənib Şəki xanının yanına qaçmışdı.
55
cəmi ixtiyan var imiş. Sonra Məhəmməd şahın yanında bədbəxt olub.
Öz qardaşı Məhəmməd şah bu fikrə düşüb ki, Bəhmən Mirzəni
öldürtsün. Bu işdən Bəhmən Mirzə xəbərdar olub, cəmi mal və dövlətin
və əhli-əyalın qoyub qaçıb Rusiya dövlətinə pənah gətiribdir və Rusiya
dövləti mühafizət edib bunu ehtiram ilə saxlayıb.
Elə ki Bəhmən Mirzə əvvəl Rusiya məmləkətinə varid olub, bir
müddət əyləşib Tiflis şəhərində oturub, sonra bir müddət Tiflisdə qalıb
və oranın abu havasın xoşlamayıb gəlib Qarabağa və burada bir müddət
kirayə ilə əyləşib və bir-bir əhl-əyalını və mirzələri və müqərrib
nökərləri və xacələri təmamən gəlib cəm olublar. Rusiya dövlətindən
otuz altı min manat pul məvacib qərardad olub. Ta bir müddət keçəndən
sonra bu imarətləri təmir edib. Qərəz, Bəhmən Mirzənin qaydası və
bərdaştəsi padşah qaydası kimidi. Belə məlum olurdu ki, o qədəri ki,
ona yetişirdi il başına onu görmürdü. Çünki o qədəri əhl-əyal və
əmələlər ki, Bəhmən Mirzə saxlayırdı, ildə yüz min manat ona kifayət
etməzdi, nəinki otuz altı min manat. Çünki Bəhmən Mirzənin özü iki
yüz nəfər adama məvacib verirdi.
Belə ki, Bəhmən Mirzənin həmişə övrətləri on nəfərdən əskik
olmurdular. Ya on nəfər və ya səkkiz nəfər bu yerlərdə əyalı olurdu. Hər
birinin bir dəst imarəti və nökəri və qulluqçuları və qarabaşları olurdu
ki, hər birinin xərci ildə nə qədər pul olurdu. Və əlavə bir müdərrisxan
qızları üçün bina etmişdi və neçə nəfər müdərris ilə. Və bir
müdərrisxana oğlanları üçün bina etmişdi neçə nəfər müdərrisləri ilə. Və
hər oğlu üçün bir nəfər lələ və hər qızı üçün bir nəfər ağbaşlı təyin
etmişdi. Və neçə nəfər xacələr və qulamlar və qara kənizlər, sair əməllər
ilə öz qulluğunda olurdular. Onun aşpazxanasının hər gündə əlli
manatdan artıq xərci olurdu. Və neçə rəs atlar və faytonlar saxlardı. Belə
ki, onun tamam əmrlərini yazmaq mümkün deyil. Və məlumdur ki, o
tövr olacaq. Amma cüzi yazmaqda mənzur budur ki, dünyanın işi bu
tövrə olur. Belə əmirin övladı özündən sonra çox zillət çəkdilər və tez
vaxtda tənəzzül etdilər. Əgərçi öz küfri nemətlikləri səbəb oldu, amma
yenə adam rəva görmür.
Belə ki, mərhum Bəhmən Mirzə çox həmli və nökərə və kənizə
mehriban adam idi. Bir xasiyyəti var idi ki, hər şeydən ki, əhli-əyali
geyərdi, həmən şeydən nökər və kəniz üçün verərdi və o nemətdən ki,
özü yeyərdi, gərək tamam əmələlər ondan yeyəydi. Razı olmazdı ki, bir
kimsənə o nökərlərə və qarabaşlara bir kəlmə söz
56
desinlər. Çox artıq əzizlik ilə əmələ saxlardı. Artıq insaflı və rəhmdil
adam idi. Belə ki, hər yerdə ki, bir nəfər qoca övrət və ya kişi biləydi ki,
var, onun üçün məvacib qərar edəcəydi. Və hərdəm bir dəfə o qoca
kişiləri və qarıları götürüb öz qulluğunda oturdub söhbət edərdi və
onlardan qədim sözlərdən xəbər olardı. Çünki qədim sözü artıq dost
tutardı. Və əlavə bu qocaların danışmağı və söhbətləri xoşuna gəlirdi və
onlar üçün öz qulluğunda nahar və çay gətirdərdi. O qocaların yeyib-
içməyindən xoşu gəlirdi. Həmişə özünə məşğuliyyət onların və qara
kənizlərin və qara qulamların oynamağj idi. Çox dost tutardı qoca və
avam adamları. Bir gün iki nəfər qoca övrət var idi. Köçərli
məhəlləsində. Birinin adı Əkdimqızı və birisinin adı Kəlin-pəri.
Bunların hər ikisi çox qəribə surətli qarılar idi. Bir gün şahzadə bunların
hər ikisini götürdüb qulluğunda bunlara söhbət elədərmiş. Bu qocalar
nahar edəndən sonra şahzadə buyurub bu övrətlər üçün çay gətiriblər və
buyurub iki kürsü qoyublar ki, o qocalar üstə oturub çayların içsinlər.
Onların kürsü üstə oturmaqlarından xoşu gəlirmiş. Qocalar deyiblər ki,
qurbanın olum, qoy yerdə içək. Şahzadə buyurub gərək kürsü üstə
içəsiniz. Qərəz, bunların hər birinin əlində bir stəkan çay kürsü üstə
oturublar və şahzadə bunların tərkibinə və kürsü üstə o halət ilə
oturmaqlarına tamaşa edirmiş və gözləyirmiş ki, görsün o qocalar nə
tövr çay içirlər. Bir vaxt görüb qarının biri dilin çayın içinə batırdı və
birisi barmağın çaya batırıb, sonra yaladı. Şahzadənin bunların bu işi
xoşuna gəlib, o qədər gülübdür ki, bir gün qarnı ağrıyıb və sonra
onlardan xəbər alıb ki, niyə elə elədiniz? Biri deyib mən dilimi batırdım
görüm soyuyub ya yox. Dilimi yandırdı. O biri də deyib: Mən də
barmağımı batırıb dadırdım ki, görəm şirindirmi. Baməzəlik üçün
edirmişlər, ya özləri o tövr imişlər. Qərəz, şahzadə onlar üçün pul və
libas verib yola salıbdır. Və hər dəm bir dəfə onları gətürdərmiş, onları
növ-növi işlər ilə danışdırıb, gülərmiş. Və neçə nəfər övrət və kişi var
idilər ki, həmişə şahzadənin qulluğunda bir para məzəli işlər edərdilər
ki, şahzadənin könlü açılsın. Və bu adamlar şahzadənin qulluğunda çox
güstax imişlər. Hər bir tövr işlər edirmişlər.
Belə ki, bir gün əmrə qayib imiş. Və o günü şahzadə öz övrətlərinin
birisinin mənzilində imiş və bir nəfər biganə övrət o xanım üçün halva
payı göndərmiş. Bu halva payı gətirən övrət həmişə şahzadənin
qulluğuna gəlib-gedən adam imiş. Qərəz, bir məcməyi
57
çini qab tamam halva ilə dolu ki, hər birinin xammların biri üçün
qoymuş imişlər, bu övrət əlində içəri girib, görüb şahzadə oturubdur.
Övrət əlində dolu məcməyi şahzadəyə baş endirib. Baş əyən vaxt
məcməyidə hər nə qab var imiş tamamən tökülüb sınıbdır. Şahzadə çox
gülüb və buyurub neçə boşqab bazardan alıb, gətiriblər. İki manat övrətə
əlavə pul verib yola salıb ki, bu pul da sənin peşman olmağın əvəzi
olsun.
Və bir də şahzadənin bir qaydası var idi ki, məhərrəm ayında tamam
əhli-əyalı ta qafa kənizlərə kimi və qara qullara kimi, hətta südəmər
uşaqlar gərək tamam başdan-ayağa qara libas geyəydilər. İki ay tamam
olunca məşğuli-təziyə olaydılar. Hərəmlər hər birisi on gün təkyə
saxlayaydılar növbə ilə ki, ta iki ay tamam olaydı. Hər gündə üç yerdə
mərsiyə oxunaydı. Sabah və axşam və günorta bu növ ilə təziyədarlıq
edərdi. Və bu təziyədarlıq qaydasın qarabağlı şahzadəlikdən götürüblər.
Ta bundan əqdəm bu tövr ki, bu vaxtlarda adət düşübdür, belə deyilmiş.
Əvvəl Qarabağ camaatları çox avam və naqis imişlər. Elə ki hər tərəfdən
hər bir sənətkar və molla və sair adamlar ki, hər birisi ki, bir elm sahibi
və sənət sahibi imişlər, buraya gəliblər, ona görə tez tərəqqi edib və
cəmi işlərin lizama (nizama) salıb, tərbiyət tapıblar. İranın
dövlətindəndir və əlavə şahzadəliyin bir para səliqəsin və mərifətin
götürdülər, ta o azğın işlər ki, bizlərin arasında var imiş yavaş-yavaş
tərk olur. Həmin neçə nəfər nanəcib və gəda oğlanları var, onlardan bir
para azğın işlər baş verir. Amma o adamlar ki, ata və babalarından
həmişə özlərin sahibi-güzəran və sahibi-hörmət görüblər və adamlıq
onlardan zahir olur. Bəli, yaxşı deyiblər:
Ya rəbb, məbad an gəda mötəbər şəvəd.
Belə ki şahzadənin cəmi işləri məlumdur ki, İranda nə hökumətin
sahibi imiş və Rusiya dövlətinin yanında nə hörmətin və ehtiramın
sahibi imiş. Otuz altı min manat məvacib və həmişə qapısında iki nəfər
soldat qarovul təyin olmuşdu və özü bir qayda ilə əyləşmişdi ki, padşah
qaydası kimi. Nə qədər ki, öz ixtiyarı əlində idi, cəmi işlərinə rövnəq
verirdi. Hətta öz sağlığında özü üçün Bərdə imamzadəsində qəbir və
məqbərə bina elədi. Neçə il bina edəndən sonra mərhum oldu. Qərəz, elə
ki, naxoşluğu şiddət etdi və huşu olmadı, bir para ixtiyarları oğlanlarının
məsləhətilə oldu və günbəgün bunun
58
calalın pozulmağına və nökərlərin pərakəndə etməyə və bir para xərc
götürən işlərin bərhəm etməyə səy etdilər: Elə ki mərhum oldu tamam
ev müxəllifatın torqa qoyub satdılar. Atların və qatırların təmamən satıb
pul etdilər. Və o əzizlik ilə saxladığı xacələri və nökərləri və qarabaşları
və dayələri çöllərə saldılar. Və o kənizlər ki, hər bir zada rəğbət edib
yeməzdilər, üç günlər ilə ac qaldılar. Və o nökərlər ki, həmişə istirahət
ilə keçirirdilər, fəhləlik və suçuluq etməyə məşğul oldular. Və o atlar ki,
qızıl rəxt və güləbətin düzayır və əsbab və zinpuş ilə gərdən çəkərdilər,
hər biri bir gədanın altında zəhmətli səfər etməkdən arıq düşdülər. Və o
qatırlar ki, hər dəm bir dəfə təxti-rəvan ilə şahzadə xanımları və
möhtərəm hərəmləri yaylaq seyrinə və Nabatxan səyahətinə aparırdılar,
bellərinə daş xərəyi və quş səbəti qoyulub bu günə işlər ilə belləri yağır
oldu. Və o hamam ki, məxsus öz əhl və əyah üçün idi, küçə
hamballarının ayaqyolusu yeri oldu. Və o aşpazxana ki, hər gündə əlli
manat xərc olurdu və on nəfər qara kənizlər oraya mübaşir olurdular.
Özünün naşükür və küfri-nemət olan övladının abdəsti oldu. Və o
övrətlər ki, öz evlərin və uşaqların və sahiblərin tərkin edib, kəndlərdən
gəlib əmirzadələrə və şahzadə xanımlara dayəlik edib xanım kimi
istirahət edirdilər, hər kəs gedib öz evlərində xırman döyməyə və saman
daşımağa məşğul oldular. Bu dəstgahın bərhəm olmağına öz
naşükürlükləri bais oldu.
Belə ki, şahzadənin bir qadağanı var idi ki, heç bir nəfərdə cürət yox
idi ki, xaric adam ilə bir kəlmə danışa və bir kimsədə də o cürət yox idi
ki, onun əhli-əyalın mənzilinə tərəddüd edə. Gündüzlər gözətçilər və
gecələr darvaza qıfıllı həmişə tənbeh ilə qadağan edərdi ki, hər kəs öz
oxumağında və öz şənini bilməkdə olsun. Və şahzadənin bu əmrindən
və bu nizam və zabitəsindən tamam övladı və əyalı incik idilər. Elə ki
mərhum oldu bir müddət bisərü palıq ilə keçirdilər. Sonra keçən
günlərini bir-bir yada salmaq ilə peşman olub, öz naşükürlüklərinə iqrar
etdilər və fayda olmadı. Belə ki, atalardan məsəl qalıbdır:
Keçən gün ələ düşməz, calasan günü günə.
Və yenə belə deyiblər ki, insanın yaxşı günə davamı olmaz, amma
pis günə davamı olar. Belə ki, zahir olur. Qərəz, o hərəmlər ki, həmişə
vüqar və təmkin ilə əyləşib, qulluqlarında qul və qarabaş durardı, indi
hər birisi bir kürəkən qoltuğunda qalıblar. Və o qızlar ki, hər birinin bir
böyük adam beş min manat pul xərc edib alırdılar,
59
indi öz ayaqları ilə bir rəiyyət oğlunun evinə gedirlər və o əmirzadələr
ki, bir böyük yerdə xeyir və şər olan vaxtda lazım olurdu, oraya getmək
və neçə nəfər xacə ilə və nökər və qulam və sair əmələ ilə ki, gedirdilər,
indi küçələrdə bisərü pa olub, bir para gəda və filanları ilə aşnabazlıq
edirdilər. Və o ev ki, oraya sərdarlar və qubernatorlar görüşə gəlirdilər
indi bir para gədaların fincan oynamaq yeri olubdur. Və o darvaza ki,
gecə və gündüz qarovul durar idi, indi şəblim karvansarası tək ildə bir
dəfə örtülməz. Və o bağça ki, behişt ilə bərabərlik edərdi, indi paymal
olub və hər bir gül ağacı bir adamın həyətində gül açıbdır. Təmamən bu
tənəzzülə və bu ad itirməyə özləri səbəb oldular və bir-birilə zidd olmaq
və ədalət etmək ilə paymal olub, bu tövr tənəzzül etdilər. Həmişə
qardaş-qardaş ilə və bacı-bacı ilə ədavətli və bir-birinə həqq-nahəqq
iftiralar və qəsd etmək fikrində olub, bir-birin biəzm və bihörmət
olmağın istərlər. Gecə və gündüz bu fikirlərdə olarlar ki, bir-birin rüsvay
etsinlər.
Və bir də altı il və qırx il bundan əqdəm bu vilayətdə olan hacılar və
dövlətli adamların yaxşı insafı və müsəlmanlığı var imiş. Belə ki, o
vaxtda olan adamlar bu əsərdəki kimi deyilmişlər. Onların qaydası və
rəftarı bu günə imiş: əvvəl elə qayda ilə dolanarmışlar ki, kasıb və fağır
onlara baxıb həsəd aparmazmışlar. Elə libas və sair şöhrətli işlər nə
özlərindən, nə əyallarından zahir olmayıb. Çox ifadəlik və güzəran
edərmişlər. Həmin fikirləri bu imiş ki, kasıba və fəqirə kömək etsinlər.
Belə ki, üç il və 20 ay vədiyyəya pul və ya mal vermişlər ki, kasıblar
özü üçün güzəran etsinlər. O kasıb adamlar o pulu vədə tamamınca
murur ilə verib rədd edərmiş. Müamilə ki, haramdır o zamanın adamları
almamış. Həmi bu fikirdə imişlər ki, kasıb da bir növ dolanıb güzəran
keçirsin və sair işlər ki, kasıbda ittifaq düşərmiş ya xeyir, ya şər yenə
səbəbkarlıqla kömək ilə onların işlərinə əncam verib həmişə gözləri
kasıbın və füqəranın və yavuq qonşularının üstə olarmış. Və bir də
kasıbın qızın almağı və kasıba qız verməyi özlərinə ar bilməyib çox
dövlətli və adlı kişilər kasıbdan qız alarmış və qız verərmiş. Yenə
özlərinin çox olan dövlətlərindən qızlarına o qədər cehiz verməzlərmiş
ki, kasıbın qızları biqiymət olar və alan olmaz. Yenə özlərinin halal olan
mallarından ilə yemək və geymək nə özləri üçün və nə əyal və övladları
üçün rəva görməzlərmiş ki, kasıb onların o gunə işlərinə baxanda
qəmgin olalar. Və hər şeyi ki, özlərinə rəva görmüşlər onu qonşu və
ya
sair din qardaşlarına
60
rəva görmüşlər. Hərgah bir bişmiş olsaymış əvvəl gərək qonşuya qismət
olunaymış, sonra özləri yemişlər. Ta mümkün deyilmiş, gərək bu tövr
olaymış. Yenə belə nəql edirlər ki, qədim vaxtı bir para hacılar var
imişlər ki, gecə olanda bir sətilə yağ qoyarmış və bir dağara düyü
doldurub dalma alarmış, hər yerdə fağır və füqəra var imiş, aparıb hər
birisinə bir qədəri ehsan edərmiş. Qədim vaxtlarda bu tövr işlər və
adamlar çox imiş. Bir də bu qayda var imiş ki, hər vaxt kasıb qonşu qız
köçürərmiş, o qızın lazım olan tədarükün elliklə görüb yola salarmışlar.
Oğlan evləndirən vaxt tamam qohum və qonşu pul yığıb o toy sahibinə
verərmişlər ki, toyun xərci olsun. Borclu və kasıb olmasın, ta bəlkə
güzərandan düşməyə. Qərəz, o vaxtda olan adamlar bir-birilə mehriban
və haqqa yavuq və Allahdan qorxulu və məsələlərinə arif və əmin və
dindar və xoşxilqət və sahibi-elmi-ədəb və xoşrəftar və cəmi işləri Allah
əmri ilə və peyğəmbər şəriətilə rast olan adamlar imişlər.
Həmişə şəriət "hökmü ilə dolanıb öz müsəlmanlıqlarının qədrin bilən
və din qardaşlarının dünya əmrin dolandıran və özlərin bir para əlsiz və
ayaqsız adamlara tərəfdar edən kişilər" imişlər.
Belə ki, bundan əqdəm hər bir dövlətli adamın bir bab karxanası var
imiş ki, o karxanada darayi, çarqət və bir para o əsrdə dəb olan parçalar
toxunarmış, hər bir karxananın 20 nəfər kişi və övrət əmələsi olunurdu.
O əmrlərdən onların mərthal güzəranları keçirdi. O vaxtda olan hacılar
bu tövr dadü büstan edirdilər ki, onların dadübüstanından 20 və 30 nəfər
kasıb adamlar mübaşir olmaq etibarilə güzəranların keçirirdilər. Amma
bu vaxtda hərgah bir nəfər adamın 100 min manat pulu ola tək özü üçün
kifayət edər və bir nəfər kasıb adama xeyir vermək və dolandırmaq
bunlardan mümkün deyil. Və nainsaf olmaqları bu mərtəbədədir ki,
hərgah bir nəfər kasıb və külfətdar adam bir xalça götürə ki, bir qədər
parça ilə sevda edə, bəlkə öz əhli-əyah üçün ya xərclik ola, bu biinsaf
Hacı səy edir ki, bu xalçanı görsün beş-altı manatlıq parçanı ala bilərmi?
Və əlavə bundan hər yerdə ki, çitin və sair şeyin, çörəyi və soğanı var, o
şeylərdən götürüb yüz and içməklə o biçarə fağırın boğazına
bağlayacaqdır. Və hərgah bir nəfər kasıb bir ədəd xalı götürüb bunların
yanında gözü qoya və bir qədəri parça götürüb bir neçə ayın vədəsinə
aparıb ya mahalda, ya qalada satıb bir növ güzəran edə. Əvvəl o parçanı
belə qiymət ilə verəcək ki, həmin o xalının yarı qiyməti olacaq. İkinci
hərgah o vədədən bir
61
neçə ay keçə, biçarə kasıb satıb pulun vədə tamamında verib rədd edə
bilməyə o vaxt həmən xalını müamilə hesab edəcək və şikayət edib
təməssükdə olan pulun əvəzində binəva kasıbın ya evin və ya
müxəlləfatın torq ilə satdırıb alacaqdır. Və bu işi özünə hünər hesab
edib, fəxr edəcəkdir.
Və bir də qədim vaxtda bir il tamamən Məkkə ziyarətinə gedib-
gəlirmişlər. Quru yol gedirmişlər, Şamşumdan və dörd ay tamama
Məşhədi müqəddəs ziyarətinə gedirmişlər. Kərbəlayi-müəlla ziyarətinə
çox qorxuluq ilə gedib-gəlirmişlər. Çünki o vaxt türkmandan çox zərər
zəvvara olurmuş. Xiridə gedən adam Misirə, Şiraza, Tehrana, Şamşuma,
bu yerlərə gedirmişlər. O idi ki, tamamən sahibi-mərifət və kamil
adamlar imişlər. İran vilayətlərindən elm və ədəb dərk edib şəriət
hökmü ilə rəftar edirdilər. Və o hacıların çoxusu əmmamə qoyarmışlar.
Tamamən libasları üləma libası kimi don və çuxa. Bu növi libas
geyirmişlər və özlərin həmişə qeybət etməkdən və xatalı sözləri
danışmaqdan gözləyib imani-kamil ilə və mömünlük ilə dolanarmışlar.
O vaxtda olan adamlar, ya qala əhli və ya mahal əhli hər kəs ki, övrət
alarmış, həmən gecə o övrətin kəbinin özünə rədd edərmişlər. Ya imarət
və ya sair şeylərdən və mahal əhli bir neçə rəs qaramal tanıdarmış ki, bu
mallar sənin kəbinin ilən əvəz olunsun. Qərəz, hər bir barədə özlərin
məşğul-zəmməlikdən xilas edib hökm şəriət ilə rəftar edirmişlər.
Və bir də bu vaxtda olan hacılar və sair xalq ki, varlar, hərgah zahiri
əməllərin yazaq, qeybət olacaqdır və batini əməlləri ki, öz rəftarlarından
və sözlərindən məlum olur yazılsa, iftira hesab olacaqdır. Həmin bir
neçə kəlmə bu əsrin əhlindən ki, qayda və adətləridir, yazmaq
mümkündür. Qərəz, bu vaxta adət belə düşübdür ki, hacıların çoxu
palton geyirlər və çəkmə geyirlər və hər kəs öz eyş və işrətində olub,
həmişə bu fikirdədirlər ki, calalları və şöhrətləri artıq olsun və günbəgün
tamahların artırıb, dövlətlərin artıqlığına təlaş edib, bilmərrə füqəranı
yada salmazlar. Hər birisi bir firon calalı götürüb, axırəti yaddan
çıxartmış və dünyaya həris olub, ömürlərini qəflət ilə keçirirlər. Və o
ehsanat ki, olur və ehsan hesab edirlər. Həmin bir şeyi bir şöhrət bilib o
ehsanı yerinə yetirməyin şəhərin və Allah-təalanın razılığın bilməzlər.
Həmin ki, yüz nəfər adam ki, həmişə sahibi-nahar və şamdır və heç
kəsin çörəyinə ehtiyacı yoxdur. Gərək hər yerdə, ya ehsan və ya sair
xeyir və şər olsa, o adamlar üçün olsun.
62
Belə ki, həmin adamlar şikayət edirlər ki, mənim təbiətim düyü
yeməkdən soyubdur və birəğbət olmuşam xörəkdən. Çünki iki aydır ki,
müttəsil xörək yeyirəm. Amma fağır və kasıb və qərib bu məclislərdən
binəsibdirlər. Hərgah bir nəfər, ya qərib və ya fağır təklif olmamış bu
məclisə öz başına gələlər, ya qapıdan qovulacaq və ya başmaqxanada
otura ki, o adam dövlətli və libası təzə ola, o vaxt o adam bu kasıb ilə
çörək yeməyi özünə ar bilib, çörək yeməyəcəkdir. Özünün zahiri vəzi
övzasına baxıb, qürrə olub, o qədəri mərifəti olmayacaq ki, əvvəla
Allah-təalanın razılığın fikir edə və saniyən güman edə ki, bəlkə bu
fağırın batini yaxşıdır. Pəs bu günə qonaqlığa türk arasında siyirən
qonaqlığı deyirlər. Çünki yüz nəfər adamdır və təmamən bu ehsanı
edirlər və hər məclisdə həmin adamlar olur və bu əməllərdən əlavə
kəmali-xiridə verib, bir para sözlərə qarışırlar ki, əsla o günə sözlərin bir
kəlməsin anlamağa ağlı və mərifəti yox-dur. Allah-təalanın qəzəbindən
və qəflətin bəlasından ictinab etmə-yib istəyirlər alimə fasiqlik və
kafirlik sübut etsin ki, islam tayfasının bir hoqqası o alimə etimad edib,
təqlid ediblər. Və halinki o qədəri mərifəti yoxdur ki, məclisdə
oturmağın və çörək yeməyin qaydasın bilə. Həmin gücü öz ağzına çatıb.
Bir para hədyanat sözləri danışmağı özünə kamal hesab edib,
müttəsəl danışıb və cavabına höccət edəcəkdir. Belə işlərə bais oldur ki,
özünün hökmündən və elmindən bir kəlmə anlayıb, mərifət tapa
bilməyibdir.
Və bir də bundan əqdəm bu vilayətdə yaxşı, kamil və xoş xətt
müdərrislər var imişlər ki, onların tərbiyətlərindən çıxan adamlar
təmamən kamil və xoş xətt olmuşlar. Və o müdərrislər bir az vaxtda
uşağı elə oxudub və səy edib, kamil edirmişlər ki, uşaqlar fars və ərəb
elmin tamam edəndən sonra bir parası gedib rusca oxuyub, yenə artıq
kamil mirzə olublar. O vaxtda olan uşaqlar da sahibi-kamal uşaqlar
imişlər. Ta bu vaxtda olanlar kimi on iki yaşında şərab içmək və qumar
oynamaq və papiros çəkmək və bir para namərbut işlərə mübaşir olmaq
heç bir yerdə yox imiş. Oldur ki, təmamən o vaxtda olanlar sahibi-elm
və ədəb və xoş xətt olmuşlar. Və belə nəql edirlər ki, o zəmanənin
uşaqları öz ata və anaların yanında danışmaq və gülmək yox imiş. Çox
abırlı və həyalı və itaətdə olarmışlar. Və sair adam ki, ağsaqqal olalar,
onlara da hörmət və ehtiram edirmişlər və o uşaqlar üçün küçədə
dolanmaq və səhrada gəzmək məqdur deyilmiş.
63
Həmin gecə və gündüz öz oxuyub və yazmaqlarına məşğul olub,
elmlərin və mərifətlərin artıqlığına səy edirmişlər və onların ataları və
müdərrisləri onların haqqında artıq səy edirmişlər ki, dürüst, kamil
olsun. Ondan sonra hər kəs özünə görə uşağın ya sənətə qoyarmış və ya
sövdəkarlığa və ya dübarə rus elmi oxutmağa qoyarmışlar və o səy və
diqqəti ilə ki, müddərislər o uşaqlara elmi-dini tərbiyət edirmişlər,
onların ücrəti ildə dörd manat pul və ya bir top boz və qədəki və ya bir
top qələmkar olurmuş və az şeyə qane olub, uşağa artıq səy edirmişlər
vənşağı cəmi-elindən oxudub, kamal sahibi və mərifət sahibi və öz
dinlərin hökmdən xəbərdar və məsələlərinə arif və xoş xətt və bir para
ibarətpərdazlığa bələd edib, ondan sonra hər kəs öz işlərinə gedirmişlər
və tamam xoş xasiyyətlik ilə və həlallıq ilə rəftar edirmişlər.
Belə ki, o vaxtda olan hacıların birinin oğlu ki, məktəbxanadan çıxıb
öz atasının yanında sövdəgərliklə məşğul olub və bir müddətdən sonra
tənxahi əlindən çıxıb və kasıb olub, gəlib müdərrislik edir və hər bir
elindən xəbərdar və kamil adamdır. Hər bir tövr ilə mollalıq etməyə və
heç bir yerdə aciz qalmayıb, hər bir cəhətə görə mollalıq edir və öz
güzəranını keçirir. Kəbin oxumaq və ölü namazı qümaq hər gunə iş olan
vaxtda aciz qalmaz. Və təsdiq mollalar kimi özün ruhani cümləsinə
daxil edib, mollalıq edir və bu əmr ilə mərəzi-hal güzəran edir. Amma
bu vaxtda olan hacılar, uşaqların elə vaxt məktəbdən çıxardıb dükana
aparırlar ki, əbədi siyahi yazmağın zabitəsin bilməzlər. Və əsla şəriət
hökmdən bir məsələ anlamayıblar və vacib olan hökmlərdən xəbərdar
olmayıblar və belə bilməzlər islam olmağın hökmü və rəftarı nə hökm
ilədir, gərək sövdanı nə tövr və nə insaf ilə edə. Həmin yüz min hiylə ilə
və yüz dəfə and içməklik ilə bir nəfər kəm səriştə fağın aldadıb kəm
ərizi əriz əvəzinə və çürüyü sağ əvəzinə satıb öz-özünə fəxr edir ki,
bunu aldatdım ta bilməz ki, onun əvəzində nə qədər zərər bu dünyada,
nə qədər əzabi-axirətdə onun üçün olacaqdır. Oldur ki, bu vaxtda olan
dövlətlilərin dövləti tez vaxtda zayil olur və bərəkətləri olmur. Özləri də
kasıblığa düşürlər.
Və yenə bir neçə nəfər kasıb oğlu məktəbdən çıxandan sonra
sənətkarlığa getmişdilər. Elə ki onlar da müsilən oldular və kəmmaya
oldular, o adamlar da gəlib kimi qalada və kimi mahalda uşaq oxutmağa
və mollalığa məşğul olub, güzəran edirlər. Və hər şəriət hökmündə
mahir və kamil və xoş xətt adamlardır. Hətta onlardan
64
birisi ki, oruz ildir ki, sərraclıq edirdi, axırda ki, gəlib ruhani silkinə
daxil oldu. Həmin adam Gəncə məclisində çilen təyin oldu. O vaxtda
olan adamlar belə kamil olub. Ondan sonra oxumaqdan fariq olub, ya
sənətə və ya sövdəgərliyə getmişdilər ki, axırda sinnə çatan vaxtda və
kasıb olan vaxtda yenə öz kamalların səbəbinə güzəran sahibi və hörmət
sahibi olurlar. Amma bu vaxtda Allah-təala kasıba ağıl versin. Elə ki,
uşağı yeddi yaşma yetişir təlim edəcəkdir, get bazarda kömür yükü və
saman və odun yükü apar, düşür. Hər birindən bir qəpik alarsan. Və get
toyuq sat!
Qərəz, bu növi işlər ilə öz uşaqların avara və sərgərdan edirlər. Və
uşağın əli hər tərəfdən üzülür. Nə oxuyub tərbiyət tapa bilir ki, halallıq
ilə güzəran edə və nə sənət bilirlər ki, o sənətin bərəkətindən dolana
bilələr. Böyüyüb qahrlar avara. Məşğul olurlar bir para bədzad işlərə,
oğurluğa və qumar oynamağa və bir para həyasız işlər onlardan əmələ
gəlir və çox bişərın olurlar. Çünki nə müəllim tərbiyəti görürlər və nə
ustad cəfası çəkirlər. Xudsər dolanmaq ilə bu gunə bitərbiyət və kasıb
olub, axırları heç olur.
Və yenə bir para bəyzadə uşaqları ki, qədim vaxtda olan
müdərrislərdən tərbiyət taparmışdılar və islam elmin oxuyub kamil
olandan sonra gedib rus elmi də oxuyub, kamil olub, Rusiya dövlətinə
qulluq edirdilər. O mirzələr çox kamil adamlar idi və onlara tez vaxtda
qulluq verilirdi və onların qulluğu otuz il, bəlkə artıq çəkirdi. Və
onlardan bir para islam şəriətinə layiq olmayan işlər görünməzdi. Həmin
şəriət hökmündə dolanıb öz qulluğuna mübaşir olurdular. Yenə onların
bu günə təmiz rəftar etməklərinə səbəb bu idi ki, əvvəl öz dinlərin
hökmündən dürüst xəbərdar olurdular, sonra sair alimləri oxuyub təlim
tapırdılar. Və bir para kitablar və Qurani-müzil ki, rusca tərcümə
olunubdur. Həmin o mirzələr onları tərcümə ediblər. Çünki qədim
mirzələr təmamən ərəbdə və farsda çox kamil adamlar imiş. O cümlədən
birisi bizim əmimiz Mirzə Məhəmmədhəsən bəy Vəliyev. Belə ki, neçə
il bundan əqdəm Şirvanda Rus dövləti seyidlərin şəcərələrin yığıb
yetişdirdi. O vaxt heç bir dəftərxana mirzələri bacarmayıbdır ki, o
şəcərələri rusca tərcümə edələr. Çünki o şəcərələr təmamən ərəb kəlməsi
ilə olur. Mirzə Məhəmmədhəsən iki gün iki gecədə təmamın ərəbdən
rusca tərcümə edib və bu əhvalı içəri dövlətə məlum ediblər. Bu barədə
mərhum əmim üçün artıq hörmət olmuşdu. Və bir hörmətli medal
dövlətdən iltifat olunmuşdu.
65
Əgərçi hər əsrdə kamil adam olur. Amma bu vaxtda tapılanlar yenə
həmin vaxtın adamlarındandır ki, əlli il və qırx il bundan əqdəm tərbiyət
tapıblar. Yoxsa bu vaxtda olan mirzələr ki, on beş il və iyirmi il olur ki,
qulluqda və sair əmrlərə mübaşir varlar, bunların müsəlmanca yazdıqları
hürufatın bir kəlməsin dürüst görməzsən və əbədi müsəlman elmindən
xəbərləri yoxdur və bilməzlər ki, müsəlmanlığın şərti nə növlədir. Odur
ki, hər iki tərəfin vacib olan əmrlərinə itaət etməyib, həmişə aləmi-
cahillikdə qalırlar. Nə islam şəriətin hökmü ilə rəftar edirlər və nə
məsihiyyə şəriətilə.
Və bir də o vaxtda təlim tapan adamların çoxunun təbi-şeri olurdu.
Və onlardan neçəsi hər biri bir cild kitab nəzm ilə deyiblər. Və onlar
kimi şirintəb və xoşxətt bu əsrdə, bu vilayətdə görünmür. Onlar yazdığı
xətləri indiki adamlar yaza bilməzlər. Və onların yazdığı ibarətləri bu
vaxtın adamları oxuyub mənasın anlamazlar, məgər mollalar. Yoxsa o
adam ki, özünə güman edir ki, mənim savadım var, bunlar keçən adam
kimi olmaq cəmi cəhətdən mümkün deyil. Hər bir sənətkar da bunun
kimidir. Məgər bir memar bu vaxtda tərəqqi edibdir? Sair ustakarlar və
elm sahibləri təmamən qədim vaxtda olanlardan əskikdirlər? Həmçinin
övrətlər arasında ki, qədim vaxtı bir para zərif işlər var idi, güləbətin,
düzlik və rəhik və bələkdüzlük bunlar kimi işlər ki, təmamən ipək və
güləbətin iş işlərdilər, indi bilmərrə sağit olub. Həmin bir fərş toxumaq
adət olubdur. Əgərçi bizlər belə hesab edirik ki, bu vaxtda olanlar
tərəqqi ediblər, nahaqdır. Tərəqqi etməz. Həmin budur ki, evləri qəlbi
etmişik və libaslarımızı faxir və bir para adət qoyulur ki, bundan sonra
gələnlər lənət edəcəkdirlər. Çünki bir para adətlər ki, qoyulurlar şəriət
əmrilə dürüst və bərabər deyil. Bunun kimi ki, kişilər övrət kimi
özlərinə zinət verirlər və övrətlər kişi kimi toqqa bağlamaq və saat
qoymaq və çəkmə geymək və bu gunə işlərə iqdam etməyi özlərinə
zinət hesab edirlər. Həranki şəriətdə bu gunə əmrlər haramdır. Həmin bu
vaxtın əhlin kamalı və tərəqqisi bu tövr işlərdir.
66
|