PƏNAH XAN KİM İDİ?
Şuşa haqqında danışmaqdan qabaq onun bani və müəssisi olan Pənah
xan haqqında bildiklərimi, yəni onun kim olduğunu əsili-nəsəbi
haqqında topladığını məlumatı qısaca olaraq qeyd etməyi lazım bildim...
Qədim tayfalardan olan Cavanşirlərin əmirlərindən biri olan Pənahəli
bəy bir müddət Gəncə xanlarının
1
yanında eşik ağası işlə-yirdi. Bir
müddət işlədikdən sonra bu xidməti özünə "ar" hesab edərək oradan
köçüb yenidən Qarabağın Cavanşir oymağına gəldi.
Pənahəli bəyin var-dövləti günü-gündən artıb çoxalır. Bu səbəbdən
də hörmət, şövkət və izzəti də artıb Qarabağda ən məşhur bir adam olur.
O, Qarabağda evlənir, ailə sahibi olur. Yenicə doğulmuş oğlunun adını
Əli qoyurlar. Ata-anasının sevgili övladı bir az sarışın olduğu üçün onu
Sarıca Əli deyə çağırırlar. Pənahəli bəyin ətrafına toplanan nökər,
çoban, ilxıçı və qeyri xidmətçilərdən ibarət yeni təşkil olunmuş obanın
adını bəyin sevimli oğlunun şərəfinə Sarıcallı (Sarıca Əlili) qoyurlar...
Vaxt keçir Sarıca Əlidən olan oğlu İbrahim Xəlil ağa ata babasının
dövlətini daha da artırır. O, Ağdamda bağ və mülk, Arazbarda və Araz
qırağında mülk və yataq yerləri alır. Yaylaqda da özünə məxsus bir
imarəti var idi ki, bu "İbrahim Xəlil qalası" adı ilə məşhur idi.
İbrahimxəlil ağanın iki oğlu var idi. Bunlardan birinin adı Fəzləli
bəy, digərinin adı Pənahəli bəy idi. Hər ikisi cəsur, rəşid, bacanqlı və
ağıllı gənclər idi.
İranda Nadir Qulu xan hakimiyyəti öz əlinə almış, Azərbaycanın bir
çox yerlərini, o cümlədən, Cavanşir oymağını da işğal etmişdi. Adəti
üzrə Nadir Qulu xan hər yerdə cəsur və rəşadətli gəncləri öz ordusuna
cəlb edirdi. O, Cavanşir oymağından da İbrahimxəlil ağanın oğlanları
Fəzləli bəyi və Pənahəli bəyi öz ordusunda xidmətə almışdı.
Göstərdikləri şücaətə görə Nadir şah Fəzləli bəyi əvvəlcə naib, sonra
eşik ağası təyin etmişdi. Çox keçmədi ki, xain adamların fitvası ilə
Fəzləli bəy öldürüldü. Onun vəzifəsini kiçik qardaşı Pənahəli bəyə
tapşırdılar. Çox keçmədi ki, xain və düşmən adamların fitnə və fəsadı ilə
Nadir şah Pənahəli bəydən də şübhələndi və ona qarşı rəftarı dəyişdi.
Nadir şahın ona qarşı olan qorxulu baxışlarından
1 Söhbət mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyindən gedir.
79
və qəzəbli rəftarından Pənahəli bəy anlayır ki, şah tez-gec onu məhv
edəcəkdir. Eyni zamanda əlinə çomaq alıb yasavullarla həmsöhbət
olmağı özünə ar hesab edib, fürsət tapan kimi oradan qaçmağı qərara
alır. Bunun üçün də miladi 1745-ci ildə Nadir şahın hüzurundan qaçaraq
Qarabağa - öz yaxın adamlarının içərisinə gəlib, orada sakin olur.
Pənahəli bəy öz yaxın adamlarından bir dəstə təşkil edərək gah Qarabağ
yollarında, gah da Şirvan çəmənliklərində dolanır və günü-gündən işləri
tərəqqi etməkdə idi. Nadir şah dəfələrlə Şirvan və Təbriz hakimlərinə
fərmanlar göndərib Pənahəli bəyin tutulmasını və şahın hüzuruna
göndərilməsini təkidlə tapşırmışdı. Lakin bu fərmanı icra etmək heç də
mümkün olmamışdı. Səbəbi bu idi ki, xalq Pənahəli bəyi müdafiə və
mühafizə edirdi. Bu vəziyyət 1747-ci il camadiyəl axır ayının sonuna
qədər davam etdi. Həmin tarixdə Nadir şah Xorasanda öldürüldü. şahın
ölüm xəbərini eşidən kimi Pənahəli bəy qızmış bir şirə döndü. Hər tərəfə
hücum edərək onu narahat edən düşmənlərə zərbə endirdi. Nadirin
zülmü nəticəsində Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir
və başqa Qarabağ tayfalarının vətənə qayıtmağına şərait yaratdı.
Pənahəli bəy onları qarşılamaq üçün Azərbaycan və İraq sərhədinə
qədər gedib, onlara kömək göstərdi. Əlsiz-ayaqsız müflis olmuş qaçqın
həmvətənlərinə mənzil, yer-yurd verib yaşayış üçün şərait yaratdı.
Bununla o, əhali arasında son dərəcə böyük bir hörmət, nüfuz və rəğbət
qazandı.
Pənahəli bəy öz nüfuzundan siyasi məqsədlə istifadə etdi. Artıq
onunla Naxçıvan, Təbriz, Ərdəbil və başqa vilayətlərdə hesablaşırdılar.
Bu vəziyyətdən istifadə edən Pənahəli bəy heç bir hakimdən fərman
almadan özünü Xan elan edib Qarabağı, eləcə də qismən Gəncə, Təbriz,
Ərdəbil və Naxçıvan vilayətlərinin bəzi torpaqlarını idarə etməyə
başladı.
Pənahəli xanın bu şöhrəti Cənubi Azərbaycan hakimi Əmiraslan
xana da yetişdi. Əmiraslan xan vaxt itirmədən şəxsən Qarabağa gəlir və
Pənahəli xanla görüşür. Pənahəli xanın işlərini bəyənib həmin axşam
ona sultan səhəri xanlıq rütbəsi verir. Nadir şahdan sonra İranda
hökmdarlıq edən Adil şahdan xahiş edir ki, Pənahəli xana xanlıq
rütbəsini təsdiq etsin... Adil şah öz növbəsində rəsmi surətdə Pənahəli
xana xanlıq rütbəsi fərmanı, eləcə də cavahiratla bəzənmiş qılınc, çoxlu
hədiyyələr göndərir. Pənahəli xanın şöhrəti gündən-günə ucalırdı.
80
PƏNAH XANIN İNŞA ETDİYİ İLK QALALAR VƏ
ŞƏHƏRLƏR
Biz burada ilk qala və şəhərlər sözünü şərti mənada işlədirik.
Məlumdur ki, Qarabağ ərazisində Bərdə, Örənqala və Beyləqan kimi
tarixi şəhərlər və qalalar vardır. Bu şəhər və qalalar Pənahəli xan
dövründən əsrlərcə əvvəl yaranıb-yaşayıb, dəfələrlə dağılıb, xarab
edilib, yenidən həyata qayıdıb. Bizim məqsədimiz tarixin yaddaşına
sadiq qalan Pənahəli xanın inşa və təsis etdiyi ilkии qala şəhərlər haqda
məlumat verməkdir. Məlumdur ki, Pənahəli xan hakimiyyətinin ilk
illərində Bayat və Şahbulaq qalalarını tikmiş, orada hakimiyyət sürmüş
və oranı tərk etmişdir. Bunun səbəblərini oxucuya çatdırmaq bizim
məqsədimizdir. Həmin qalaları tərk etmək zərurəti isə Şuşa qalasının
inşa edilməsinə şərait yaratmışdır. Yuxarıda dediyimiz kimi Pənahəli
xanın dövlət, izzət və şöhrəti günü-gündən artıb yüksəlməkdə idi. Bu
yüksəliş və inkişafı görən qonşu bəylər və xanların bir çoxu onun
qarşısında əyilməyə və dostluq binası qoymağa başlamışlar.
Bununla belə Pənahəli bəy hakimiyyətə başlar-başlamaz, qarşısında
belə bir vəzifə qoymuşdu: Qarabağı əhatə edən xanların bir çoxu zahirdə
dost və müttəfiq olsalar da, fürsət məqamında qanlı bir düşmənə çevrilə
bilərlər. Odur ki, xanlığın möhkəm bir istinadgahı yaradılmahdır. Bu
daldalanacaqda yaşayış üçün zəruri binalar, eləcə də səngər, müdafiə
hasarı tikilməli idi.
Bu məqsədlə Pənahəli xan 1747-ci ildə Bayat qalasının binasını
qoydu. Qısa müddətdə qalaya hasar çəkdi, xəndək və başqa istehkamlar
tikdirdi. Sonra Pənahəli xan ailəsini, qonşularını, mahalın başqa nüfuzlu
şəxslərini köçürüb Bayatda sakin etdi.
Pənahəli xan bir müddət Bayatda yaşadı. Şəki xanı Hacı Çələbiyə
burada qalib gəldi. Bu sınaq dövründə Bayatın coğrafi şəraitinin
əlverişli olmaması meydana çıxdı. Əvvələn, yaz və yay vaxtı elat
yaylağa getdiyindən qalanın ətrafında əhali azaldı. Bu səbəbdən qalanı
elə yerdə tikmək qərara alındı ki, o həm dağ, həm də aranla əlaqədar
olsun. Bu məqsədlə bir çox fikir, məsləhət və məşvərətdən sonra
Ağdamın 5-6 kilometrliyində yerləşən və Şahbulaq adlanan yerdə qala
və istehkam düzəltmək qərara alındı. Həqiqətdə də Şahbulaq Bayata
nisbətən daha əlverişli müdafiə yeri idi. Miladi 1748-ci ildə
81
Şahbulaqda sürətlə qala və lazımi inşaat işləri aparıldı. Elə bu zaman
Xaçın məliki Pənahəli xana mane olmaq istədi. Onlar ətraf ermənilərdən
iki minə yaxın qüvvə toplayaraq Ballıqaya adlı yerdə səngər qurdular və
Pənahəli xana qarşı üsyan qaldırdılar. Pənahəli xan əvvəlcə nəsihət və
mülayimliklə erməniləri intizama çağırdı və dedi ki, Şahbulaqda qala
tikmək onlara ziyanlı deyil, bəlkə həddən artıq mənfəətlidir. Lakin
erməni bandaları Pənahəli xanı eşitməyib öz inadlarından əl çəkmədilər.
Nəhayət, qanlı vuruşma başladı. Pənahəli xan özündən artıq silahlı
ermənilərin səngərinə hücum edib üç günlük vuruşmadan sonra onları
məğlub və darmadağın etdi. Bu hadisə Şahbulağın tikintisini daha da
sürətləndirdi. Tezliklə Şahbulaq kiçik qala-şəhər halına salındı: Burada
hamam, bazar, məscid və başqa zəruri binalar tikildi. Pənahəli xan
Bayatdan və ətraf kəndlərdən öz etibarlı adamlarını Şahbulaq qalasına
köçürtdü.
Əlbəttə, Şahbulaq Bayata nisbətən nə qədər əlverişli və möhkəm olsa
belə, yenə də xanlığın artan tələbatına və məqsədlərinə cavab vermək
səviyyəsində deyildi. Bu səbəbdən xan özünə daha qüdrətli bir müdafiə
qalası yaratmaq qərarına gəldi.
O öz yaxın adamları ilə müzakirə, müşavirə edərkən Vərəndə məliki
Şahnəzər onun köməyinə gəldi. Onun məsləhəti ilə Şuşa qalasının əsası
qoyuldu.
Məlik Şahnəzərin Qarabağ Xəmsə məlikləri ilə münasibəti
pozulmuşdu. Bu səbəbdən Pənahəli xana pənah gətirib xanın dostu və
müttəfiqi olmuşdu. Məlik Şahnəzər qızı Hürzad xanımı Pənahəli xanın
böyük oğlu İbrahimxəlil ağaya ərə vermişdi. Məlik Şahnəzər onu
öldürmək istəyən digər erməni məliklərindən xilas olmaq yolunu Pənah
xanla sıx dostluqda görürdü... Şüşə kəndinin 6 verstliyində mənzərəli bir
yerdə, hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız bir tərəfdən
gəlib-getmək mümkün olan yer yeni qala üçün seçildi. Qalanın yeri
meşə ilə örtülü idi, yalnız az hissəsi otlaq üçün istifadə olunurdu.
Pənahəli xan yeni iqamətgahının yerinə baxıb çox bəyəndi. xanın əmri
ilə salmacaq qala şəhərin yerini öyrənmək üçün bir heyət yaradıldı.
Həmin komissiyanın qarşısında yeganə çətinlik burada suyun olmaması
idi. Lakin tezliklə aydın oldu ki, burada bəzən çox dayaz yerdən su
çıxır. Bir neçə yerdən quyu qazdırıb su çıxdığına şahid oldular. Pənahəli
xan dərhal həmin ərazidə qala salmaq və şəhər tikmək əmrini verdi.
82
Miladi 1750-ci ildə Şuşa şəhərinin binası qoyulmuşdur. Pənahəli xan
tezliklə şəhərin ətrafına möhkəm bir hasar çəkdirib hər növ təcavüzə
qarşı müdafiə sistemi və möhkəm bir səngər düzəltdikdən sonra daxili
islahat və inşaat işlərinə başladı.
Bayat və Şahbulaq qalalarında olduğu kimi Şuşa qalasında da ilk
tikililər sırasında hamam və məscid var idi. Şəhər meydanında tikilən
məscidi yenidən İbrahimxəlil xan təzələdi. XIX əsrdə isə İbrahim xanın
qızı Gövhər ağa bu məscidi tamamilə söküb yenidən tikdi. Xalq
arasında bu məscidə Yuxarı məscid də deyilir. Sonralar xalqın
ehtiyacına görə daha əzəmətli Aşağı məscid tikildi. Biz memarlıq
abidələrindən danışanda bu haqda ətraflı məlumat verəcəyik.
Ümumşəhər hamam və məscidlərindən başqa, məhəllə məscid və
hamamları da var idi.
Yuxarı məscid şəhər meydanına baxırdı, meydan və Rasta bazarla
bazarbaşına doğru 300 metr uzanırdı. Bazarbaşında divanxana binası
tikilmişdi. Divanxana Qarabağın Rusiya ilə birləşməsinə qədər işləyirdi.
Sonra rus qoşun hissələri bu binaya zəng asıb, qüllə tikib rus hərbi
kilsəsi etdilər. Həmin kilsə Sovet hakimiyyətinə qədər işləyirdi.
Əsrimizin 20-ci illərindən başlayaraq 60-cı illərə qədər kilsə binasından
(qədim divanxanadan) şəhər klubu kimi istifadə olundu. Pənah xan
Şuşanı qədim Azərbaycan memarlıq abidələri ənənələri əsasında tikmək
üçün adamlar göndərib Təbriz, Ərdəbil və başqa şəhərlərdən ustalar
gətirmişdi. Sonralar həmin ustaların özləri də Şuşada sakin oldular.
Təbii olaraq xan Şuşaya öz adını verərək onu Pənahabad
adlandırmışdı. Şuşa şəhəri bina olan kimi xan burada zərbxana açdırıb
pul kəsdirdi. Xanlığın gümüşdən kəsdirdiyi pula da şəhərin adı
"Pənahabad" verilmişdi. Xalq arasında bu ad dəyişdirilib sadəcə olaraq,
"Pənavat" deyirdilər. Bu pul əski çar Rusiyasının gümüş pulu ilə 15
qəpik dəyərində idi. Eyni zamanda, bu pul "təklik" və "cütlük" olmaqla
iki növ idi. Təklik 15 qəpik, cütlük 30 qəpik hesab olunurdu. Qarabağda
"Xan ərşini" adı ilə bir ölçu miqyası dəxi var idi. Bu ərşin hazırkı
metrdən 5-10 santimetr artıq olmuşdur... Eyni zamanda çəki daşı olaraq
"İstil" deyilən ağırlıq (miqyası) ölçüsü tətbiq olunurdu. Bu da təxminən
800 qram ağırlığında idi. Həmin çəki daşı haqqında xalq arasında
müxtəlif rəvayətlər vardır. Bəziləri onun ağırlığını 600 qr, bəziləri isə
bir kiloqram hesab edirlər. Amma bizim zənnimizcə 800 qram daha
doğrudur.
83
Xalq arasında yaşayan belə bir mahnı var:
Ay qurtarıb, bayrama üç gün qalıb,
Pinti arvad qovurmanı qurtarıb.
Kişi gedib istilyarım yağ alıb...
İstilyarım rusun qədim çəki daşı etibarilə üç girvənkə (funt)
miqdarında, yəni 1200 qrama bərabərdir.
Pənahabad gündən-günə, ildən-ilə inkişaf edərək abadlaşır, döyüşə-
döyüşə böyüyürdü. "Pənah xanın qalası" "Pənahabad qalası" da gələ-
gələ xalq dilində ixtisarlaşıb yalnız "Qala" şəklini alırdı:
- Hara gedirsən?
- Qalaya!
- Hardan gəlirsən?
- Qaladan.
- Keçən həftə Qalada idim.
- Sən öləsən Qalada yaman bazar var və s.
Bununla belə, bəzən qala sözünü "Şuşa qalası" şəklində də
deyirdilər. Az sonra "Şuşa qalası" "Şəhri Şişə", yaxud "Şişə" şəklində
işlənməyə başlandı. Rus dilində isə şəhərə "Şuşa" deyildi.
...Arazi-ali Qarabağın güli-sirabıdır,
Şişə şəhərindən gəlibdir bu pərivar erməni...
S.Ə.Şirvani
...Şəhri-Şişə ki, əcəb abi-havayi barəd,
Xürrəm an ki, bəsəri-kuyi o, cayi-darəd...
Mehdiquluxan Vəfa
...Şişədə-Şirvanda vurur tək səbir...
M.Ə.Sabir
84
Şuşa şəhəri dəniz səthindən 1500 metr yüksəklikdə olan maili bir dağ
yamacı üzərində salınmışdır. Şəhərin yuxarı hissəsi aşağı hissəsinə
nisbətən 300-400 metr yüksəkdir.
Şəhərin şimal tərəfindən Xəlfəli çayı, sol tərəfindən Qarqar çayı axır.
Şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız baş tərəfdə
"İrəvan qapısı", ayaq tərəfdə "Gəncə qapısı" vardır.
Şuşa cənub tərəfdən "Cıdır düzü", "Üç mıx" təpələri, Daşaltı kəndi
və Kirs dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimaldan şəhəri "Dövtələb"
təpəsi, Xəlfəli çayı və Xəlifəli kəndi, "Mıx tökən" yamacı əhatə edir.
Qərbdə Şuşanın Zarıslı və Qala dərəsi kəndləri, məşhur Turşsu yaylası
və Sağsağanlı dağı kimi mənzərəli yerləri vardır. Şərqdən Şüşə kəndi,
Bağrıqan dağı, Topxana meşəsi və təpəciyi və Xəzinə qayası Şuşanı
əhatə etmişdir. Şuşanın şimali qərbində təxminən şəhərdən 2-3 kilometr
aralı gözəl və səfah bir meşə yerləşmişdir. Bu meşədə ayna kimi saf və
şəffaf, buz kimi soyuq olan məşhur İsa bulağı, Damlı bulaq, Soyuq
bulaq yerləşmişdir. Meşələrin heyvanlar aləmi son dərəcə zəngindir.
* * *
Şuşa şəhəri yenicə bina olunub, yavaş-yavaş şəhər halına düşürdü.
Bu zaman İranın Mazandaran və Gilan tərəflərində Məhəmmədhəsən
xan Qacar (Ağa Məhəmməd şah Qacarın atası) hökmranlıq iddiasına
düşür.
Məhəmmədhəsən xan Pənah xanın Qarabağda istiqlaliyyətini və
şöhrətini eşidib, bunu özü üçün bir təhlükə hesab etdi. Ona görə
Mazandaran, Gilanq və Astarabaddan hədsiz qoşun toplayıb Şuşa qalası
üzərinə yürüş etdi. Şuşa qalasının tikilməsindən (1750-1751-ci illər) bir
il keçməmiş şəhərin təzə-təzə dirçəldiyi vaxtda Məhəmmədhəsən xan
Qarabağa soxulub Şuşanın 4 ağaclığında (təxminən 28 kilometrliyində)
olan "Xatun arx" adlı yerdə dayandı və burada Pənah xanın qüvvələrilə
üz-üzə gəldi.
Məhəmmədhəsən xan Xatun arxda ordugah qurub tüfəngçiləri,
topçuları, atlı və piyadaları nizamla yerləşdirib, hamısını döyüşə hazır
bir vəziyyətə gətirdi. Digər tərəfdən Pənah xanın döyüşçüləri də onlarla
üzbəüz mövqe tutub hər bir vəziyyətə hazır oldular...
85
Məhəmmədhəsən xan bir ay burada oturdu, gah vuruşmaqla, gah
başqa üsullarla Pənah xanı özünə tabe və təslim-əsir etmək üçün min
növ hiylə və planlar düşündü. Çox düşündüsə də, heç bir kələk tapa
bilmədi. O, Qarabağı dağıdıb məhv etmək istərkən, qarabağlılar onu
məhv etməyə başladılar.
Qarabağın cəsur və igid gəncləri hücum edərək onun sərbazlarını, at-
qatır və b. heyvanlarını tutub aparırdılar. Sərbazlara yemək üçün ət-yağ
gətirən karvanlarını dağıdıb, azuqələrini əllərindən alırdılar.
Məhəmmədhəsən xan Qarabağda belə çıxılmaz vəziyyətdə ikən
İranda Kərim xan Zənd padşahlıq xəyalma düşüb hədsiz qüvvə ilə
İsfahanı, Şirazı və başqa Fars əyalətlərini ələ keçirərək İraq,
Azərbaycan
1
və Mazandaran vilayətlərini işğal etmək məqsədilə
irəliləməyə başladı. Kərim xanın irəliləməsini və niyyətini
Məhəmmədhəsən xana xəbər verdilər. Məhəmmədhəsən xan Şuşanı
almaq xəyalından, Gəncə, Şirvan və başqa yerlərə sahib olmaq fikrindən
əl çəkib öz top və topxanasını da "Xatun arx"dan aparmağa imkan
tapmayıb təcili surətdə İraq və Mazandaran tərəflərə hərəkət etdi. Pənah
xan "Xarun arx"da qalmış iki ağır topu Şuşa qalasına gətirdi. Bu
hadisədən təxminən 75 il sonra 1826-cı ildə İran sərbazları Abbas
Mirzənin başçılığı ilə Şuşa şəhərini mühasirə edərkən həmin toplardan
müdafiə məqsədilə istifadə etmişdilər.
Məhəmmədhəsən xan Qarabağa uğursuz səfərdən sonra İrana
qayıdıb Kərim xan Zəndin üzərinə gedərkən yolda yaxın adamlarının
xəyanəti nəticəsində öldürüldü... Onun başını kəsib Kərim xana
apardılar ki, əvəzində ondan mükafat və yüksək mənsəb alsınlar. Lakin
Kərim xan bu caniləri təltif etmək, pul və mənsəb vermək əvəzinə,
başqalarına ibrət olsun deyə onları ağır cəzalandırıb tənbeh etdi...
Təqdiri-qəza, qüvvəti-bazu ilə dönməz,
Bir şəm ki, haqdan yana heç badilə sönməz.
1 Söhbət Cənubi Azərbaycandan gedir.
86
KARTLİ-KAXETİYA ÇARI II İRAKLİNİN
PƏNAH XANI
BAŞQA XANLARLA BİRLİKDƏ
HƏBS ETMƏSİ
Şəki və Şirvan vilayətinin hakimi Hacı Çələbi xan çox məğrur,
sərkeş və kimsəyə etina etməz və saymaz bir xan idi. Eyni zamanda
dostluqda da möhkəm deyildi. Bu səbəbdən qarabağlı Pənah xan,
qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi
xan bir yerə yığışıb məsləhət və məşvərətdən sonra qərara gəldilər ki,
Hacı Çələbi xana bir qulaqburması versinlər. Bəlkə o, məğrurluq
yuxusundan ayılıb, ətrafındakılar ilə hesablaşsın. Həmin xanlar öz
fikirlərini Gürcüstan valisi II İrakliyə də bildirdilər. İrakli bu fikrə şərik
olduğunu bildirib, bu məqsədi ürəkdən bəyəndi. Vali hiylə işlətmək
yoluna qədəm qoydu.
Vali yuxarıda adı çəkilən xanlara təklif etdi ki, fürsət var ikən tez
Gəncə xanlığı sərhədinə gəlsinlər. Xanlar valinin sözünə inanıb
əvvəlcədən razılaşdırılmış yerə gəldilər. Vali isə xəyanət edib Pənah
xanı, Kazım xanı, Heydərqulu xanı, Şahverdi xanı həbsə aldı və Tiflis
tərəfə apardı. Belə çıxılmaz vəziyyətə xanlar, həm də onların məiyyəti
heyran qaldılar. Bu zaman gəncəli Şahverdi xanın nökəri sürətlə qaçan
bir ata minib Kür çayına, Şəki sərhədinə doğru qaçdı. Bu zaman
xanların ona qarşı ittifaqından xəbər tutan Hacı Çələbi xan öz qoşunu ilə
Mingəçevir keçidində müharibəyə hazır vəziyyətdə durmuşdu. Hacı
Çələbi Kürün o biri sahilində sürətlə gedən bir atlı görüb, o atlının
hüzuruna gətirilməsini əmr etdi.
Fərraşlar Kürü keçərək atlını tutub xanın hüzuruna gətirdilər. Həmin
atlı (Şahverdi xanın nökəri) Hacı Çələbini görən kimi həyəcanlı bir
vəziyyətdə dedi:
- Qoca baba! Vali xanları tutub həbs və əsir etdi. Hacı Çələbi
cavabında:
- Qorxma! Qoca baban onları xilas edər.
Hacı Çələbi dərhal ordunun atlanıb Kürü keçməsini əmr etdi. Onlar
Gürcüstan istiqamətində sürətlə hərəkət edirdilər. Hacı Çələbinin
gəlməsini Gürcüstan valisi II İrakliyə xəbər verdilər. Vali bu işdən
qorxuya düşüb özünü itirdi. Çünki o, Hacı Çələbinin zərbi-dəstini hələ
1751-ci ildə çar vilayətində olan vuruşmada görmüşdü.
87
Vali bu dəfə də əlacsız olaraq Hacı Çələbinin qarşısına çıxdı. Şeyx
Nizami məqbərəsi yanında iki qoşun üz-üzə gələrək döyüşə başladılar.
Bu müharibədə gürcü qoşunları biabırçılıqla məğlub olub qaçmağa üz
qoydular. Hətta valinin özü qoşundan ayrı düşüb əvvəlcə qaçdı. Gürcü
qoşunlarının var-yoxu və hərbi ləvazimatı, eləcə də əsir alınmış xanlar
Qızıl qaya adlı yerdə Hacı Çələbinin əlinə keçdi. Hacı Çələbi bununla
kifayətlənməyib gürcü qoşunlarını təqib etməkdə idi. Qaçmaqda olan
gürcü qoşunundan Şəmkir (Şamxor), Şəmsəddin və Qazaxda çoxlu
adam tələf oldu. Hacı Çələbi Baydar torpağında səngər qurub, öz oğlu
Ağakişi bəyi Tiflis yaxınlığında olan müsəlmanlara hakim təyin etdi.
Eyni zamanda əsir düşmüş xanları da azad edib öz vətənlərinə göndərdi.
Yuxarıda zikr olan hadisənin tarixi mənbələrdə müxtəlif şəkildə
göstərilir. Mirzə Adıgözəl bəy 1752, bəziləri isə 1756-cı il tarixlərini
göstərirlər. Əslində isə bu hadisə Məhəmmədhəsən xanın Qarabağda
məğlubiyyətindən bir neçə il sonra 1753-1754-cü illərdə vaqe olmuşdur.
FƏTƏLİ XAN ƏFŞARIN ŞUŞA ÜZƏRİNƏ HÜCUMU,
MƏĞLUBİYYƏTİ VƏ HİYLƏ İŞLƏTMƏSİ
Məhəmmədhəsən xan Qacarın faciəsindən sonra təxminən 1757-
1758-ci illərdə Urmiyalı Fətəli xan Əfşar baş qaldırıb padşahlıq
iddiasına düşdü. O, başdan-başa Cənubi Azərbaycanı tutaraq Arazın
şimal sahilindəki xanlıqları ələ keçirmək eşqinə düşdü. O, yaxşı başa
düşürdü ki, Zaqafqaziyanı ələ keçirmək üçün Pənah xanın qüvvələrini
məğlub etməlidir. Ona görə Fətəli xan Əfşar qarabağlı Pənah xanı
məğlub və əsir etmək, beləliklə də onu itaətə gətirmək xəyalına düşdü.
Pənah xan Fətəli xan Əfşarın itaətə çağıran elçilərini kobud və ağır
cavablarla geri qaytardı. Beləliklə, Fətəli xan Əfşarın Qarabağa yürüşü
başladı. O, Cənubi Azərbaycandan, Urmiyadan və başqa vilayətlərdən
çoxlu qoşun toplayaraq Qarabağa hücum etdi.
Fətəli xan Əfşar Şuşanın yaxınlığında Balhca çayı ilə Xocalı çayı
arasındakı geniş ərazidə ordugah qurdu. Xəmsə məliklərindən Talış
məliki Hatəm və Çiləbörd məliki Usub xeyli silahlı qüvvə toplayıb
Fətəli xan Əfşarın yanına gəldilər və Pənah xana qarşı müharibədə
88
ona fəal kömək göstərdilər. Fətəli xan Əfşarla erməni Xəmsə
məliklərinin birləşmiş qüvvələri Şuşanı məğlub edib almaq üçün 7 dəfə
hücum əməliyyatı apardılar. Müharibə 7-8 ay davam etdi. Fətəli xan
Əfşar ermənilərlə bərabər çoxlu səngər və istehkamlar düzəltmişdilər.
Bütün bu tədbirlərə baxmayaraq, hər dəfə Fətəli xan məğlub olub
biabırcasına geri qayıdırdı. Altı-yeddi aydan sonra hərbi və iqti-sadi
vəziyyətinin ağırlaşdığını görən Fətəli xan bir gün erməni və
iranlılardan ibarət olan bütün qüvvələrini ayağa qaldırıb Şuşa üzərinə
qəti, ümumi və inadlı hücuma başladı. Onlar çox çətinliklə Qarqar
çayını keçib Qara qaya və Kəhər adlı təpələrə qədər irəlilədilər. Digər
tərəfdən Pənah xanın cəsur və rəşid adamları, Qarabağ atlı və piyadaları
onlara müqabil duraraq şiddətli və qızğın vuruşa başladılar. Döyüşün
nəticəsi olaraq Fətəli xan Əfşar və onun müttəfiqi olan iki erməni
məlikinin hərbi qüvvələri nizamsız və biabırçı surətdə məğlub və məyus
halda geri çəkildilər. Bu tarixi vuruşmada Fətəli xan və müttəfiqlərdən
iki mindən artıq adam məhv olmuş, çoxlu atlı və piyada əsir alınmışdı.
Bundan əlavə, çoxlu ərzaq və hərbi ləvazimat Pənah xanın əlinə qənimət
keçmişdi. Həmin şeyləri Pənah xan Şuşa şəhərinə daşıtdırmışdı.
Bu məğlubiyyətdən sonra Fətəli xan Əfşar zorla Qarabağı özünə tabe
etməyin mümkün olmadığını yəqin etdi və hiyləyə əl atdı.
Fətəli xan vasitəçilərin əli ilə Pənah xanı barışığa dəvət etdi. Bu
məqsədlə diliyağlı olan elçilər göndərib qəliz andlarla Pənah xana
aşağıdakı vədləri verdi: "Əgər Pənah xan qoşunumuzdan aldığı əsirləri
geri qaytararsa və mənimlə müttəfiq olub dostluq etsə, qızımın kəbinini
onun oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm və beləliklə, biz dost və
qohum olacağıq. Bundan sonra dövlətlərimiz arasında düşmənçilik
olmayacaq. İndi sizdən xahişim budur ki, hörmətli Xanzadəni
(İbrahimxəlil ağanı) neçə günlüyə bizim çadırlara qonaq göndərəsiniz;
ordugahda kəbin kəsilib əqd oxunduqdan sonra İbrahim Xəlil ağa
hörmət və ehtiramla geri qaytarılsın".
Hiylə və kələk nə olduğunu bilməyən Pənah xan onun yalan
sözlərinə və qəliz andlarına inandı. Eyni zamanda, dini etiqada görə:
"Bacardığın zaman qəzəbini saxla və müqəssiri bağışla! Çünki bu gözəl
və alicənab bir işdir". (Quran ayəsidir) Fətəli xanın sülh təklifini qəbul
edərək böyük oğlu İbrahimxəlil ağanı bir neçə inanılmış adamlarla onun
çadırına göndərdi.
89
Fətəli xan Əfşar İbrahimxəlil ağanın gəlməsini eşidən kimi çox şad
və məsrur olub, övlad, əqrəba və sərkərdələrindən bir neçə nəfəri onu
qarşılamağa göndərərək, sonsuz hörmət və hədsiz ehtiramlarla ordugaha
gətirdi.
Fətəli xan hiylə ilə "Bu gün saat xoş deyildir" bəhanəsilə saatın nəhs
olmasını bəhanə edib İbrahimxəlil ağaya "hələ bir neçə gün kef eylə" -
deyə ordugahda saxladı. Eyni zamanda bu müddət içərisində şirin dilli
və hiyləgər elçilər göndərib "dostluq və qohumluq naminə" bütün əsir
və dustaqları azad etdirdi.
İbrahimxəlil ağa baxıb gördü ki, Şuşaya qayıtmağa icazə yoxdur. Hər
gün bəhanə ilə bir xan, hər gecə bir əmir, bir sərkərdə tərəfindən qonaq
edilir, nə məqsədlə isə işi yubandırır. Ona görə atası Pənah xana məktub
yazıb bildirdi ki, "Vəziyyətdən belə məlum olur ki, Fətəli xan məni də
özü ilə aparmaq istəyir. Mənim Qalada (Şuşada) olan kəhər atımı təcili
surətdə göndərin, bəlkə o atın köməyi ilə qaçım..."
At Fətəli xan Əfşarın ordugahına yetişənə kimi Fətəli xan köçüb
getdi və İbrahim Xəlil ağanı da özü ilə apardı. Bu dəhşətli hadisə Pənah
xana yetişdi. Pənah xanı və bütün Qarabağ əyanlarını kədərləndirdi,
hamını pərişan etdi. Bunun üçün məsləhət və məşvərət məclisi qurulub,
bu dərdə bir çarə aparmağa başladılar.
İstərsən ildırım ol, hər nə bilirsən qayır,
Sən saydığın qoy dursun, bax gör fələk nə sayır.
Fətəli xan Əfşar, göründüyü kimi, zorla Qarabağı fəth edə bilmədi,
hiylə və kələk yolu ilə İbrahim Xəlil ağanı guya əsir apardı. Bu
səbəbdən də Fətəli xan hiylə və siyasətdə qalib gəlmiş kimi şad və
xürrəm Urmiyaya qayıtdı. O öz iqamətgahına qayıdan zaman İranın
İsfahan və Şiraz tərəflərində Kərim xan Zənd hökmranlığa başlayıb
özünü "Vəkili-şahi-İran" adlandıraraq istiqlaliyyət əldə etmişdi.
Fətəli xan Əfşar Qarabağdan qayıdan zaman Kərim xan Zənd ilə
qardaşı İskəndər xanı sərkərdə təyin edərək Fətəli xan Əfşar üzərinə
göndərdi. İsfahan yaxınlığında olan vuruşmada İskəndər xan öldürüldü.
Kərim xan Zəndin qoşunları məğlub oldular. Bundan qəzəblənən Kərim
xan Zənd Fətəli xanla qəti döyüşə hazırlaşdı.
Kərim xan eyni zamanda Pənah xana məktub yazıb ondan hərbi
kömək istədi. Kərim xan Zənd Pənah xana belə yazmışdı: "...Fətəli
90
xan nəinki bizim düşmənimizdir, eyni zamanda o, bizim qanlımızdır. O
mənim qardaşımı öldürdüyü kimi, sənin oğlunu da hiylə və kələklə
aldadıb əsir və dustaq etmişdir. İndi sən də var qüvvən ilə bizə kömək
etməli və bu işdə əlindən gələni müzayiqə etməməlisən. Çünki intiqam
alsaq və sənin oğlunu xilas etsək, siz sevindiyiniz kimi biz də arzumuza
çatarıq..."
Pənah xan bu təklifdən çox xoşhal olub, fürsətdən istifadə ilə Kərim
xanın köməyinə getdi. Kərim xan da bu köməkdən çox şad olub Pənah
xana hörmət və ehtiram göstərdi. Beləliklə, hər ikisi ittifaq bağlayıb
Fətəli xan üzərinə hücum etdilər. Bu vuruşmada Fətəli xan Əfşarın
ordusu məğlub oldu və Fətəli xanın özü əsir alındı.
Kərim xan Zənd Fətəli xan Əfşardan qisas alaraq onu İsfahan
yaxınlığında qardaşı İskəndər bəyin öldürüldüyü yerdə edam etdi.
Pənah xanın oğlu İbrahimxəlil ağa Urmiyada əsirlikdən azad edildi.
Kərim xan Zənd İbrahim Xəlil ağaya qiymətli bir xələt, cavahiratla
bəzənmiş bir qılınc, qızıl yəhərli və yaraqlı bir at bağışlayıb Qarabağ
xanlığının fərmanını da ona verərək, Qarabağı idarə etməyə göndərdi.
Kərim xan İbrahim xanı Qarabağa yola saldıqdan sonra Pənah xana
dedi: "...Mənə qarşı etdiyin hörmət və sədaqətə görə sizə təşəkkür
edirəm. Gəl mənimlə gedək, bir az Şirazda qal və mənə qonaq ol!"
Beləliklə, Pənah xanı Urmiyadan Şiraza apardı.
Kərim xan Zənd Pənah xanı zahirdə qonaq və dost, müttəfiq kimi
hörmət və ehtiramla Şiraza aparmışdı. Həqiqətdə isə o, Pənah xanı
Şirazda bir girov kimi saxlayırdı. Pənah xan dəfələrlə ondan icazə
istəyib, öz yurduna qayıtmaq niyyətində olmuşsa da, Kərim xan bu
təklifə mane olub onu vətənə buraxmamışdı. Pənah xan bir müddət
Şirazda qaldıqdan sonra orada vəfat etdi. Nəşini Qarabağa gətirib
Ağdamda olan "İmarət" adlı mülkündə dəfn etmişdilər.
Ümumiyyətlə, Pənahəli xan Qarabağda 12 ilə yaxın xanlıq etmişdir.
Onun ölüm tarixini qəbri üstündəki kitabədə belə yazmışdılar:
"Qələm be dəftəri-rəhmet nəvişt tarixəş,
Rəfiqi-həmdəmi-vey şod Pənahi-cümlə güruh.
Tərcüməsi:
Onun tarixini rəhmət dəftərində qələm belə yazdı:
Onun dost və yoldaşı cümlə xanların pənahı oldu.
91
|