IV FƏSİL
BƏRDƏNİN MADDİ
VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİ
4.1. Maddi mədəniyyət.
Tarixi tədqiqatların əsas vəzifələrindən biri xalqın maddi
və mənəvi nailiyyətlərinin öyrənilməsidir. Yuxarıda qeyd et-
diyimiz kimi, qədim Kür-Araz mədəniyyətinin bünövrəsi
üzərində inkişaf etmiş yaşayışın yüksək səviyyəli nəticələri,
inkişaf nəticəsində yaranmış sənətkarlıq sahələri və insanların
yaratdığı maddi mədəniyyət nümunələri – memarlıq abidələri,
məişət qurğuları, alət və avdanlıqları Bərdənin maddi
mədəniyyət tarixinin faktiki əsasdır (54, s.263-304; 322, s.7-
21).
Mənbələrdə adı çəkilən ilk orta əsr tikililərinin heç birinin
dövrümüzə qədər gəlib çatmaması təəssüf doğurur. Lakin az-çox
məlum olan yazılı mənbə materialları, arxeoloji qazıntılarla
öyrənilən qala və digər tikinti bünövrələri və tikinti materialları,
həmçinin öz formasını xeyli dərəcədə saxlamış orta əsrlərə aid
yerüstü abidələr mədəniyyət tarixinin öyrənilməsində mühüm
əhəmiyyət kəsb edir (53; 109; 154, s.55-85; 234, s.277; 235,
s.14; 271, s.41; 322, s.3-25; 325, s.112; 346).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
157
Qeyd etmək lazımdır ki, qazıntı təbəqələrindən çoxlu miq-
darda müxtəlif növ tikinti materialları – müxtəlif ölçülərdə
bişmiş kərpic (149; 150; 151; 322) və kirəmit (dam örtüyü) (56;
152; 325) tapılmışdır. Bərdədə vaxtilə xüsusi tikinti materialları
istehsal edən sənət ocaqları şəhərin tikinti-memarlıq cəhətdən
inkişaf etməsinə səbəb olmuşdur (149; 150; 151; 322).
Maddi mədəniyyətin əsas amillərindən biri şəhərsalma
mədəniyyəti – şəhərin bünövrəsinin qoyulması və tikinti-
quruculuq işləridir. Yazılı mənbələrdə Bərdə şəhərinin salınması
və bərpası haqqında müəyyən qədər məlumat varsa (136, k.1,
f.8; 8; 126; 173; 267; 373, s.116) da, onlar şəhərin tarixini
hərtərəfli və kompleks şəkildə öyrənməyə imkan vermir.
Yuxarıda bəhs etdiyimiz arxeoloji materiallar Bərdənin qədim
və erkən orta əsrlər dövründəki şəhər həyatını, daha dəqiq desək,
şəhərlilərin ictimai mühitini, məişət şəraitini əks etdirirsə,
tikintilər qədim və erkən orta əsr şəhərlərinin şəhərsalma
xüsusiyyətlərinin, tarixi dövrünün öyrənilməsində mühüm rol
oynayır.
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi nümu-
nələr müəyyən dövrlərdə Bərdənin mədəniyyəti və incəsənəti
haqqında fikir söyləməyə imkan verir. Həmin nümunələr həm
sənətkarlıq məhsulları, həm də incəsənət nümunələri kimi Bərdə
əhalisinin maddi və mənəvi mədəniyyəti baxımından mənbə ro-
lunu oynayır (9; 54; 149; 150; 151; 152; 154; 234; 242; 322;
324; 325).
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş daşdan ibarət
olan tikinti materialları daha böyük maraq doğurur. Aşağı
hissələri kvadrat, yuxarısı isə dairəvi və köbərli quruluşlu,
müəyyən həndəsi və nəbati təsvirli naxışı olan daş sütun
altlıqları, üzərində qazma üsulu ilə həndəsi və nəbati naxışlar
vurulmuş kapitellər (sütun başlıqları) antik və ilk orta əsrlərə aid
olan mədəni təbəqədən aşkar edilmiş
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
158
nümunələr olub, şəhərin qədim tikinti mədəniyyəti haqqında fi-
kir söyləməyə imkan verir (9; 149; 322). Həmin kapitellərdən
biri oricinallığı ilə daha çox seçilir. O, kvadrat şəkillidir, üst
hissəsində qoç başı təsvir edilmişdir (321; 322).
Həmin tikinti materialları qazıntı təbəqəsinin müxtəlif
dərinliklərindən tapılmış, hər birinin dövrü həm qazıntının stra-
tiqrafik təbəqələrinə, həm də numizmatik əşyalara əsasən
müəyyənləşdirilmişdir (149; 150; 151). Bərdədən aşkar edilmiş
həmin kapitel və sütun altlıqlarının oxşarları digər şəhər tipli
arxeoloji abidələrdən də tapılmışdır. Onların antik dövr şəhər
tikintilərinin əsas atributlarından biri olduğu qeyd edilmişdir
(206).
1970-ci ildə Bərdə şəhərində aparılmış arxeoloji qazıntılar
zamanı uzunluğu 11 metr, eni 6 metr olan, içəri hissəsində
sütunları daş və kərpiclə tikilmiş, qalın divarlı məbəd aşkar
edilmişdir ki, həmin məbəd həm tikinti üslubuna, həm də
dövrünə görə maraq doğurur. Arxeoloqların fikrincə, həmin
məbəd VIII əsrə qədər yaxşı vəziyyətdə olmuş, vaxtilə içərisində
yanğın baş verdiyindən qismən dağılmışdır (226). Həmin abidə
M.Kalankatlının «Albaniya tarixi»ndə» qeyd etdiyi, Cavanşirin
Bərdədə iki il müddətinə (tikdirdiyi) məbəd ola bilərdi (136, k.2,
f.26; 15, s.111).
Həmin məbədin oxşarları Azərbaycanın digər şəhərlərində
də aşkar edilmişdir ki, bunlar da dövrün ictimai tikililəri
haqqında bəzi ümumi nəticələr çıxarmağa imkan verir (50; 172;
235; 236). Tədqiqatlar göstərir ki, xristianlığın Albaniyada rəsmi
dövlət dini kimi qəbul edildiyi vaxtdan (IV əsrin əvvəlləri)
etibarən məişət arxitekturası cəhətdən yeni formalar meydana
çıxmışdır. IV-VII əsrlər tikinti mədəniyyəti xristian arxitekturası
tipində yaradılmışdır (107; 236; 299). Xristian abidələri ilə indi
«Ermənistan»
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
159
adlandırılan ərazinin xristian abidələrinin oxşarlığından istifadə
edən bir çox erməni «tarixçiləri» (uzun müddət Sovetlər
dövründəki xristian tərəfkeşliyindən istifadə edərək) bütün Al-
ban xristian abidələrini «erməni abidələri» kimi qələmə verməyə
çalışmış, hətta, guya qədim mənbələrdən istifadə edərək, Kür və
Araz çayları arasındakı ərazilərə aid «özəlləşdirmə»
konsepsiyası yaratmış və bu ərazilərin «əzəli erməni torpaqları»
olduğunu «sübut etməyə» çalışmışlar (təəssüf ki, indi əli qələm
tutan hər bir erməni təbliğatçısı Qarabağın hər bir qarşına,
daşına, ağacına o qədər uydurmalar yazıblar ki, onların adlarını
belə burada sadalamağa lüzum yoxdur). Halbuki ermənilər
nəinki Kür-Araz ovalığında, hətta Qafqazda belə, heç vaxt
kompakt şəkildə məskun olmamışlar. Ona görə də onların
yaratdıqları «tarixi»in uydurma olmasına heç bir şübhə yoxdur.
Azərbaycanın tarixi torpaqları olan Albaniya ərazisində
meydana çıxmış şəhərlər də Azərbaycana və onun yerli
sakinlərinə məxsus olmuş, antik dövrdə bütpərəstlik və
atəşpərəstlik, ilk orta əsrin əvvəlki yüzilliklərində xristianlıq
dövrünə uyğun olan memarlıq üslublarında tikililər
yaradılmışdır (51, s.83; 236, s.164; 297, s.8).
Bərdə şəhərinin ərazisində və ətraflarında, o cümlədən
«Şortəpə» abidəsində müxtəlif vaxtlarda (9; 149; 150; 151; 152;
242; 322; 324; 325) aparılmış arxeoloji qazıntılar zamanı aşkar
edilmiş maddi mədəniyyət qalıqları – üzərində həndəsi və nəbati
təsvirlər olan şirli saxsı qablar, metal və şüşə əşyalar, müxtəlif
materialdan düzəldilmiş qliptik, torevtik məmulat bu cəhətdən
böyük əhəmiyyətə malikdir (242; 322, s.4-25; 324; 325). Həmin
materiallar içərisində bədii tərtibatı ilə diqqəti cəlb edən
nümunələr vardır. Onlardan biri, üzərində musiqi aləti və çalğıçı
qadın təsviri olan piyalədir ki, onun antik dövrə aid olduğu bildi-
rilir
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
160
(242, şək.2). Küp qəbirdən aşkar edilmiş qızıl, gümüş, mis və
şüşə bəzək əşyaları, həmin əşyalarla birlikdə tapılmış kiçik
qadın heykəli də maraqlı nümunələrdir (96). Antik dövr
təbəqəsindən aşkar edilmiş, qadın sifətinin incə cizgiləri və
saçının yüksək zövq və ustalıqla həkk olunmuş heykəlcikdən
bəzək əşyası və bəlkə də dini inam rəmzi kimi istifadə edildiyi
güman olunur. M.M.Hüseynov hətta, həmin təsviri Nizami
Gəncəvinin bədii qəhrəmanı olan Bərdə hökmdarına bənzədərək
«İlahə Nüşabə» adlandırmışdır (96).
Bundan başqa, Bərdənin qazıntı təbəqələrindən üzərində
yazı və xüsusi işarələr olan daş bütlər aşkar edilmişdir ki,
onların müxtəlif dövrlərə və müxtəlif ölçülərə aid olması,
mənsubiyyəti və şəhərlilərin ictimai həyatında yeri barədə
tədqiqatçılar tərəfindən ətraflı məlumat verilmişdir (235; 321;
322). Həmin bütlərin antik və ilk orta əsrlər dövründə daha çox
yayıldığı da məlumdur (235).
Bərdənin müxtəlif yerlərində aparılmış qazıntı işləri
zamanı xeyli kirkirə (56; 155; 322), su dəyirmanı daşları (155)
və digər daş alətlər (9; 149; 150; 151) aşkar edilmişdir ki, bu
nümunələr həmin dövr üçün səciyyəvi ictimai və məişət əşyaları
olmaqla, tarix üçün maddi mədəniyyət materiallarıdır.
Bərdədən arxeoloji qazıntılar zamanı aşkar edilmiş çoxlu
miqdarda, müxtəlif formalı gil və metal çıraqlar içərisində yu-
mru gövdəli, üzəri naxışlı, üç ayaqlı gil şamdanlar böyük maraq
doğurur (234).
Bundan
əlavə, həmin qazıntı sahəsinin bütün
təbəqələrindən müxtəlif ölçülü təndirlər, ocaqlar və digər məişət
qurğuları aşkar edilmişdir (9; 149; 150; 151; 152; 154; 322).
Arxeoloji qazıntı işləri ilə əlaqədar olaraq, aşkar edilmiş
qəbir abidələrinin tədqiqi göstərir ki, Bərdədə müxtəlif formalı
dəfn adətləri də mövcud olmuşdur. Bunu
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
161
Bərdə ərazisində tapılmış küp (35; 96; 242; 325), daş qutu (144;
234) və torpaq qəbirlər sübut edir (9; 149, s.8).
Beləliklə, Bərdədən aşkar edilmiş hər bir arxeoloji materi-
al, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı
bütün əşyalar – tikinti materialları, məişət əşyaları, süfrə qab-
qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması
baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoref-
tik təsvirlərin, naxışların həkk olunması baxımından bərdəlilərin
həyatında özünə yer tutan qədim mədəniyyətin xarakterik
cəhətləri, səviyyəsi, inkişaf xüsusiyyətlərinin təcəssümüdür.
VIII əsrdən etibarən orta əsrlərə aid olan xristian tipli ti-
kinti üslubunun inkişafı dayanmış, şəhərin plan quruluşu və
evlərin xarici görünüşü müsəlman dünyasının yeni şəhərsalma
üslublarına uyğun olaraq davam etdirilmişdir (215, s. 16).
Müsəlmanlıq dövrünün, islam dininin tələblərinə uyğun
olan yeni tipli tikintilərin meydana çıxması əvvəllər formalaşmış
memarlıq ənənələrinin inkişaf etməsinə maneçilik törətməmişdir
(3, s.18; 27, s.8; 296, s.62).
IX əsrdə Bərdədə əzəmətli memarlıq kompleksləri – icti-
mai, dini və yaşayış tikililəri yaradılmış və o, möhtəşəm şəhərə
çevrilmişdir. Bunu həm yazılı mənbələr, həm də arxeoloji mate-
riallar sübut edir (154; 8; 149; 150; 151; 173; 322). Bərdə
şəhərində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş
müxtəlif növlü və formalı əşyalar orta əsrlər dövrünün maddi
mədəniyyətini bir daha səciyyələndirir (136; 309; 322). Bərdədə
aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş bir və
ikimərtəbəli binanın (322, s.12) və çoxotaqlı bina
komlekslərinin bünövrələri (322, s.9, 12-13), üzəri naxışlı
kapitellər (322, s.18-20), daş sütun altlıqları (322, s.18), bişmiş
kərpiclə döşənmiş küçə (322, s.5), tünglərlə çəkilmiş su təchizatı
xətti (322, s.5), şirli və
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
162
şirsiz dulus, metal və şüşə məmulatları, bəzək əşyaları, daş
bütlər (235; 322, s.20) və s. orta əsr Bərdəsinin maddi
mədəniyyət nümunələridir (149; 150; 151; 152; 154; 322).
Bərdədə IX-XI əsrlərə aid olan təbəqədən bişmiş kərpic və
saxsı tünglərlə inşa edilmiş su təchizatı xətti də memarlıq sənəti
incəliyi ilə yaradılmış qurğulardır. İçərisi və yanları bişmiş
kərpiclə hörülmüş həmin su xətti planlı bölgülərlə xüsusi
suayırıcı və sudurulducu hovuzlarla təchiz edilmişdir (280; 322).
Bərdədə arxeoloji abidələrlə yanaşı, dövrümüzə qədər öz
quruluşunu saxlamış yerüstü tarixi abidələr də mövcuddur ki,
bunların da əksəriyyəti X əsrdən sonrakı dövrə aiddir. Tərtər
çayı üzərindəki körpülər, «Bərdə» türbəsi, «Axsadan baba»
türbəsi, «İmamzadə» məscid kompleksi, şəhərin orta əsrlərin
memarlıq üslublarını özündə əks etdirən mədəniyyət abidələridir
(107; 116; 227; 322; 329).
Həmin abidələr N.Xanıkov (329), B.Dorn (256),
V.Sısoyev tərəfindən qeydə alınmış (355), Y.İ.Paxomov (329;
330), son dövrlərdə isə M.S.Nemətova (139), A.B.Nuriyev
(322), Ə.ŞHaqverdiyev (90), Q.Ə.Hacıyev (54), tərəfindən
tədqiq və təsvir edilmişdir. Bərdənin yerüstü abidələri haqqında
məqalələr və kitablar nəşr edilmiş, həmin abidələrin ümumi
görünüşləri şəkillər vasitəsilə oxuculara təqdim olunmuşdur
(136; 322; 329).
Həmin abidələr içərisində daha çox maraq doğuranı 1322-
ci ildə Əhməd ibn-Əyyub əl-Hafiz Naxçıvani tərəfindən tikilmiş
Bərdə türbəsidir.
Arran memarlıq məktəbinin xüsusiyyətlərini özündə b-
irləşdirən həmin türbə, orta əsrlər dövründə yerli tikinti
mədəniyyəti ilə bərabər, Bərdənin Naxçıvan kimi qədim
mədəniyyət və incəsənət mərkəzi ilə əlaqəsini də özündə əks
etdirir (54; 136; 261; 271; 322; 329).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
163
Abidə yeraltı sərdabədən, bayır diametri 10 m.,
hündürlüyü 13,5 m., dairəvi, silindirşəkilli gövdədən ibarət, üst
hissəsində konusvari künbəzi olan məqbərədir.
Müxtəlif daş və kərpiclərlə naxış vurulmuş məqbərənin
divarlarının yuxarı hissəsində 35 sm enində, üzəri kufi xətti ilə
yazılmış kəmərşəkilli zolaq vardır. Həmin yazı bişmiş kərpiclə
tikilmiş «Allah» sözünün təkrarıdır (329). Təəssüf ki, qopub
töküldüyüdən həmin yazıların lap az bir hissəsi qalmışdır.
Y.İ.Paxomov XX əsrin əvvəllərində abidənin həm xaricində,
həm də daxilində həkk edilmiş həmin yazıları oxumuş və
izahını vermişdir (329).
Bərdənin abidələri xalqın adət-ənənələrini, maddi, mənəvi
həyatını əks etdirən tikililərdir. Son dövrlərdə xeyirxah
adamların təşəbbüsü ilə həmin abidələr qismən bərpa edilmiş,
ətrafları abadlaşdırılmış, əsl ziyarətgaha, mədəni-kütləvi
tədbirlər məskəninə çevrilmişdir. Belə tarixi əhəmiyyətli
abidələrin qorunub saxlanması, təbliğ edilməsi vətəninin tarixi
ilə fəxr edən hər bir insanın mənəvi borcudur.
Yeri gəlmişkən, Bərdə şəhərində yaxın vaxtlaradək öz
quruluşunu müəyyən qədər saxlamış, lakin sonralar tamamilə
dağılmış «Torpaq qala» haqqında məlumat vermək yerinə
düşərdi. O, xalq arasında «Nüşabə qalası» kimi tanınmışdır. Çiy
kərpic və çay daşları ilə tikilmiş, enli divarlı bu qala düz kvadrat
şəkilli, tərəfləri 115 metr olub, şərqə doğru 25 dərəcə meylli
şəkildə tikilmişdir. Qalanın 4-5 m hündürlükdə divarı, divarların
küncləri və ortalarında divar ilə eyni hündürlükdə, daxili diame-
tri 9,5 m olan fasadlar – dairəvi yarımbürclərləri olmuşdur. Qapı
cənub-qərb divarının bürcündə yerləşirdi. Tədqiqat aparılmadan
həmin qalanı son dövrlərə aid edən müəlliflərdən (B.Dorn,
V.Sısoev, Y.Paxomov) (256; 329; 355) fərqli olaraq, XX əsrin
70-ci illərində həmin qalada arxeoloji qazıntı işləri
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
164
aparmış arxeoloqlar (R.B.Göyüşov, A.B.Nuriyev) qala
divarlarının bünövrəsinin ilk orta əsrlərdən əvvəl qoyulduğunu
bildirirlər. Həmin qapıların qarşısında, təxminən 15 metr aralıda
ayrıca türbə tikilmişdir ki, həmin türbə yuxarıda bəhs etdiyimiz
(XIV əsr), Əhməd ibn Əyyub əl-Hafiz Naçıvani tərəfindən
tikilmiş «Bərdə» məqbərəsidir (329,s.86). Türbənin qaladan çox
sonralar tikildiyi şübhəsizdir (234).
Orta əsrlərdə Tərtər çayı üzərində tikilmiş körpülər də
dövrünün qiymətli tikilisi, Bərdənin memarlıq, başqa sözlə
mədəniyyət abidəsidir. Körpülərdən biri 15 tağlıdır (X-XI əsrlər)
və xalq arasında «Qarı körpüsü» adlandırılır. Təəssüf ki, həmin
körpünün xeyli hissəsi tamamilə dağılmışdır. Digər körpü isə
Tərtər çayının nisbətən dar hissəsində salınmış 12 tağlı (XIII-
XIV əsrdə tikilmiş) körpüdür (54; 90; 261).
Bundan əlavə, Bərdə şəhərinin bir çox yerlərində yalnız
bünövrəsi və müəyyən hissələri salamat qalmış xeyli abidə də
qeydə alınmışdır ki, onlar da dəyərli maddi-mədəniyyət
nümunələridir (3; 261; 321; 322). «Axsadan baba» türbəsi,
«Güloğullar» türbəsi bu qəbildəndir.
Bərdə XIX əsrin əvvəllərində ətraf yaşayış məntəqələrinin
əhalisinin dini mərasimlər keçirdiyi mərkəzə çevrilmişdi. Dini
sitayiş məqsədli tikililər müxtəlif səbəblərdən dağılsa da onların
salamat qalanları ziyarətgah kimi fəaliyyət göstərirdi. Həmin
tikintilər indi də mühavizə olunmaqdadır. Bu abidələrdən biri
XIX əsrdə (1868-ci il) Kərbəlayi Səfxan Qarabaği tərəfindən
tikilmiş qoşa minarəli Şeyx İbrahimin «İmamzadə» məscididir.
Qeyd etmək lazımdır ki, Bərdə şəhərindəki bir kümbəzli dörd
minarəli həmin məscid müəyyən xüsusiyyətlərinə görə Şimali
Azərbaycanda nadir məscid kompleksidir. Bu məscid
Buxaradakı «Çar minar» adlı abidə ilə, həmçinin
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
165
Kərbəlayi Səfxanın XIX əsrin sonlarında tikdiyi Ağdam Cümə
məscidi ilə də oxşarlıq təşkil edir (110). Bişmiş kərpiclə yüksək
memarlıq üslubunda tikilmiş, «Məscid İmamzadə», «Bərdə
İmamzadə məscidi», «İmamzadə İbrahim» adlandırılan bu
məscid indi də dini mərasimlərin keçirildiyi mərkəz, həmçinin
qiymətli tarix və mədəniyyət abidəsidir.
Bərdədə yerləşən Bəhmən Mirzə türbəsi də XIX əsrə
məxsus abidədir. Bəhmən Mirzə 1811-ci ildə anadan olmuş,
müxtəlif ölkələrdə yüksək təhsil almış və yaradıcılıqla məşğul
olmuşdur. Onun «Şükürnameyi-Şahənşah» və «Təzkireyi-
Məhəmmədşah əsərləri məlumdur. Bəhmən Mirzə Bəhaüddövlə
(1811-1884) Fətəli şahın (Babaxanın) nəvəsi, naibüssəltənə Ab-
bas Mirzənin isə oğlu idi. O, 1834-cü ildə Tehran, 1835-ci ildə
Əcəmi-İraq, 1836-cı ildə Kaşan, 1841-ci ildə Yəzd, 1842-ci ildə
Azərbaycan əyalətinin hakimi olmuşdur. 1848-ci ildə İranda baş
vermiş saray fitnə-fəsadı onun rus səfarətxanasına pənah
aparması ilə nəticələnmişdi.
O, İranda, Rusiyada və Gürcüstanda (Tiflisdə) yaşamış,
Şimali Azərbaycana köçərək əvvəl Bərdədə, sonra Şuşada bir
müddət yaşadıqdan sonra – 1884-cü ildə vəfat etmiş, öz
vəsiyyətinə görə özü sağ ikən Bərdədə «İmamzadə» məscidinin
yaxınlığında tikdirdiyi məqbərədə dəfn edilmişdir (155; 167).
Şəhərdə gündəlik tələbat malları və kənd təsərrüfatı
məhsullarının ticarəti ilə bağlı gündəlik bazarlardan başqa
«həftəbazarı», yəni həftənin bir günü fəaliyyət göstərən bazarın
təşkili səciyyəvi hal almışdı. Bunlar müxtəlif əmtəələrin, eləcə
də bütün növlərdən olan mal-qara və davarların, minik və qoşqu
heyvanlarının alınıb-satıldığı iri «mal bazarı» adlanan bazardan
ibarət olmuşdur. Bərdə təbii-coğrafi cəhətdən əlverişli ərazidə
təsərrüfatın güclü
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
166
inkişafı zəminində inkişaf etmiş, eyni zamanda sıx ticarət
əlaqələrinə malik olmuş və sənətkarlıq mərkəzi kimi də
məşhurlaşmışdır. Bərdədən arxeoloji qazıntı işləri zamanı
müxtəlif ölkələrin pullarlı, eləcə də Şuşada XVIII-XIX əsrin
əvvəlində kəsilmiş gümüş pullar da aşkar edilmişdir.
Azərbaycanın Qarabağ bölgəsi XIX əsrdə xalçaçılığın
mərkəzlərindən biri idi. Rəng çalarları və naxışlarının orcinallığı
ilə seçilən, bədii və texnoloyi xüsusiyyətlərinə görə üstün olan
Qarabağ xalça növünün bu gün də dünya şöhrətli olması həmin
mədəniyyət ənənəsinin öz təsirini saxlaması ilə şərtlənir.
XVIII-XIX əsrdə Bərdədə palaz, kilim və xalı toxuculuğu
xüsusi yer tutmuşdur. Bərdənin maddi mədəniyyətini əks etdirən
dekarativ incəsənət növləri arasında aparıcı yer tutan xalçaçılıq
məhsulları – xovlu (xalça, xalı, gəbə) və xovsuz (palaz, kilim,
cecim, sumağı, zili) xalçalar geniş yayılmışdır. Bərdədənın xov-
lu xalçaları naxışlarının incəliyi və rənglərin zənginliyi ilə
fərqlənirdi. Qarabağda toxunmuş suyetli kompazisiyalı xovsuz
xalçalar Azərbaycan xalçalarının ən gözəl nümunələrindəndir.
Bərdə xalçaları öz şöhrətini günümüzədək saxlamışdır.
Qarabağ qrupuna daxil olan Ağcabədi, Şuşa Cəbrayıl xalçaları
ilə bərabər Bərdə xalçaları adları və naxışları ilə seçilir.
Bərdədə xalçaçılıq sənətinin ənənələri bu gün də davam
etdirilməkdədir. Xalq arasında yayılmış xırda əl toxuculuq
sənəti də mövcud olmuşdur k, bu barədə etnoqrafik tədqiqatlarla
ətraflı məlumat vermək olar.
Tədqiqat nəticələri göstərir ki, Bərdə şəhərinin maddi
mədəniyyəti qədim və zəngin əsaslara söykənir. Qaynaqlarda
göstərilmiş, arxeoloji qazıntılar vasitəsi ilə tədqiq edilmiş və et-
noqrafik cəhətdən öyrənilmiş maddi mədəniyyət
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
167
şəhərin ümumi tarixinin mühüm bir sahəsinin öyrənilməsini
təmin edir.
Beləliklə, tədqiqat Bərdəni qədim maddi mədəniyyət
üzərində meydana gəlib formalaşmış, antik, ilk və inkişaf etmiş
orta əsrlər dövründə müəyyən inkişaf yolu keçmiş, şəhər
mədəniyyətinin mühüm xüsusiyyətlərini – şəhərsalma
mədəniyyətini, şəhər əhalisinin məişət səviyyəsini, sənət
növlərinin yaranması və genişlənməsini, incəsənət və
mədəniyyətin əlaqəli şəkildə inkişaf prosesini özündə əks
etdirən şəhər kimi göstərir.
4.2. Mənəvi mədəniyyət.
Tədqiqatlar göstərir ki, Albaniya dövlətinin mövcud
olduğu dövrdə alban əlifbası, alban yazısı kimi mənəvi
mədəniyyət abidələri yaranmışdır. Zaman-zaman müxtəlif
maneçlərin törənməsinə, müxtəlif ünsürlər tərəfindən böhtanlar
atılmasına baxmayaraq həmin abidələr xalqımızın tarixi
abidələri olaraq mənsub olduğu xalqın adı ilə bağlı şəkildə
xatırlanmaqdadır. Erməni mənbələri üzrə tədqiqatçı alim,
albanşünas Tofiq Məmmədov qeyd edir ki, yazılı mənbələr Qaf-
qaz Albaniyasının dili və yazısı haqqında şübhə edilməz sübut-
lar saxlamışdır (296, s.100). Tarixçi alim əlavə edir ki, «V əsrin
başlanğıcında, Alban çarı Arsvagenin hakimiyyəti dövründə al-
ban əlifbası yazıda işlənməyə başladı» (296, s.100). Göründüyü
kimi, bu mənəvi mədəniyyət abidələrinin yaranması və istifadə
edilməsi Bərdə şəhərinin, Albaniyanın məlum müddətdə
paytaxtı olması ilə əlaqədar olaraq, mədəni həyatı ilə bağlı
olmuşdur. Albaniya dövlətinin ictimai-siyasi tarixində xüsusi
yeri olan hökmdarlar (II Vaçe, III Vaçaqan, katolikos Viro,
hökümdar Cavanşir) həm dini, həm də dünyəvi biliklərin
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
168
inkişafına xidmət edən tədbirlər həyata keçirməklə, Bərdə
şəhərinin elm, təhsil, mədəniyyət mərkəzi kimi formalaşmasında
böyük xidmətlər göstərmişlər (136; 236; 296; 313; 352). V əsrdə
Alban hökmdarları əyan uşaqlarına təhsil vermək, bilik
öyrətmək üçün məktəblər açmışdılar (136; 223; 15, s. 57; 313).
Mənbədə göstərilir ki, III Vaçaqan (487-510) təhsil vermək üçün
müəllimlər topladı, kahinlərin və digər təbəqədən olanların
uşaqlarını həmin məktəblərə cəlb etdirdi (136, k.1, f.25; 296,
s.100).
M.Kalankatlı Bərdədə yaradılmış məktəblər və təhsil
şəraiti haqqında maraqlı məlumat verərək yazır ki, «Vaçaqan
əmr etdi ki, cadugərlərin, sehrbazların, bütpərəst kahinlərin,
ağlayanların uşaqlarını yığıb məktəbə göndərsinlər və orada on-
lara dini ayinləri öyrətsinlər. O, oğlan uşaqlarına əmr etdi ki,
hamı birlikdə onun Rustak kəndinə toplansın, onlar üçün təqaüd
ayırıb məktəb müdiri təyin etdi və xristianlığı öyrənməyi onlara
əmr etdi. O, kəndlərə gələndə, tez-tez məktəblərə gedər, sehrbaz
və bütpərəst kahinlərin uşaqlarını öz ətrafına toplayar, onu əhatə
edən camaatın içərisində bəziləri əllərində kitab, başqaları isə
yazı lövhəsi tutub dayananlara əmr edərdi ki, ucadan bir-birinə
oxusunlar və belə hallarda o qədər sevinərdi ki, böyük bir xəzinə
tapsa idi, o qədər sevinə bilməzdi» (136, k.1, f.25).
III Vaçaqanın dövründə (VI əsrdə) Bərdədə ölkənin ilk
yazılı qanunlarından biri olan «Alban kilsə qanunları» qəbul
edildi (136, k.1, f.32). Albaniyada xristianlığın geniş təbliğ
edilməsi üçün ölkəyə gətirilmiş dini kitablar alban dilinə
tərcümə edildi, alban əlifbası ilə yazıldı (165; 223; 236, s.162;
296, s.100, 116). Məşhur yunan şairi Homerin «İliada» və Ver-
gilinin «Eneida» əsərləri də Alban dilinə tərcümə edildi (127,
s.104; 165, s.18). Təəssüf ki, alban dilində olan həmin
yazılardan heç biri gəlib bizə çatmamışdır.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
169
Albaniyanın ali katolikosu Viro Bərdənin mənəvi mədəniyyət
tarixində mühüm yer tutmuş bir mütəfəkkirdir (136, k.2, f.14;
15, s.47; 218; 296, s.116-143). Onun xarici dilləri bilməsi, elmə,
biliyə xidmət edən işlərlə məşğul olması, səlis, aydın nitqə,
fəlsəfi biliyə yiyələnməsi və digər elmi biliklərdən xəbərdar
olması «Albaniya tarixi» əsərində xüsusi qeyd edilir (136, k.2,
f.14). Azərbaycan tarixinin qədim dövrünün öyrənilməsində ən
mötəbər və qiymətli yazılı mənbə olan, tariximizin böyük bir
dövrünü (I-X əsrləri) əhatə edən «Albaniya tarixi» qiymətli
maddi və mənəvi abidədir. Həmin əsərin qiyməti bir də ondadır
ki, onun müəllifi Bərdədə və onun yaxın ətrafında yaşamış,
Bərdənin ictimai-iqtisadi və mədəni tarixi haqqında dəyərli
məlumatları qələmə almışdır. Həmin əsər vaxtilə alban dilində
yazılmış, sonra erməni dilinə və başqa dillərə tərcümə edilmişdir
(136, s.7-12; 296, s.26; 313).
Tədqiqatçıların yazdıqlarına görə, «Albaniya tarixi»nin al-
ban dilində olan nüsxəsi itmişdir. Onun bizə gəlib çatmış
nüsxəsi başqa dillərə tərcümə nümunələridir (136, s.7-11; 15,
s.7; 223; 296, s.28; 313; 384).
Bunlardan başqa, alban kilsəsinin, alban kilsə
məclislərinin – V əsr (488-ci il) Aquen və VIII əsr (705-ci il)
Bərdə yığıncağının kanonik qərarlarını da Alban tarixi-ədəbi
ənənələrinin nümunələri sırasına daxil etmək»lə mənəvi tarix
nümunələrinin məzmununun geniş olduğunu görə bilərik (296,
s.23).
Mənbələrin verdiyi məlumatlara görə, Bərdədə Alban ka-
tolikosu Nersesin zəngin kitabxanası olmuşdur (136, k.3, f.1).
Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, erməni qriqoryan təriqəti
tərəfdarlarının və katolikosluğunun satqınlığı ilə cəzalandırılmış
alban katolikosu Nersesin kitabları Tərtər çayına atdırılıb
tamamilə məhv edildiyi
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
170
üçün onların bu gün heç bir nümunəsinə rast gəlmək mümkün
deyil (136, k.3, f.1; 15, s.94; 236; 126).
Bərdə şəhərinin mənəvi mədəniyyət tarixinə qızıl hərflərlə
yazılmalı Cavanşirin hakimiyyəti dövrüdür. Cavanşir təhsilin,
elmin və mədəniyyətin inkişafına xüsusi fikir verirdi (136, k.3,
f.28; 295, s.42; 219; 296, s.100). Bərdə Albaniyanın mədəniyyət
mərkəzi, onun mənəvi dünyasının ocağı idi. Alban katolikosluğu
Bərdəyə köçürüldükdən sonra Albaniyanın bütün vilayətlərində
yerləşən ruhanilər və digər rütbəli din xadimləri vaxtaşırı oraya
toplaşaraq, müəyyən dini və digər mənəvi problemləri həll
etməklə məşğul olurdular (136, k.1, f.33; 236, s.162).
Mənbələrin verdiyi məlumata görə, həmin dövrdə (ilk orta
əsrlərdə) Albaniyada xeyli xristian kilsəsi fəaliyyət göstərirdi.
Bununla əlaqədar olaraq, dini qanunların icrasına və təbliğinə
nəzarət və rəhbərlik Bərdədə təşkil edilirdi (236, s.143).
Tədqiqatçıların bu barədə göstərdikləri fakt və dəlilləri
nəzərdən keçirərək belə bir nəticəyə gəlmək olar ki, xristianlıq
Albaniyanın mənəvi mədəniyyət tarixində bir mərhələ təşkil
etmiş, onun ictimai və iqtisadi həyatında olduğu kimi mədəni
həyatında da müəyyən rol oynamışdır (236, s.142; 296, s.116-
142).
Bərdədə yaşamış və Albaniya hökmdarı Cavanşirin
ölümünə ağı üslubunda şer həsr etmiş Davdaq alban dilində
yazmış ilk şairlərdən hesab edilir (136, k.2, f.37). Davdaq
Cavanşirin bütün həyat və fəaliyyətini tərənnüm etməklə, onun
ölümünə kədər hissi ilə «akroşer» üslubunda qəsidə həsr
etmişdir (136, k.2, f.36). Şerdəki fikir ardıcıllığı, məntiqi məna,
bədii fikir kamilliyi onun peşəkar şair tərəfindən yazıldığını
göstərir (136, k.2, f.36).
Bizə «Albaniya tarixi» vasitəsilə gəlib çatmış 31 bənddən
ibarət olan həmin şer haqqında öz fikrini bildirən
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
171
M.Kalankatlı onun xalqın dilində uzun müddət dolaşdığını qeyd
edir (136, k.2, f.37).
Beləliklə, Bərdə
şəhərinin maddi mədəniyyət
nümunələrinin, yazılı mənbə materiallarının tədqiqi göstərir ki,
qədim bünövrə üzərində təməl tapmış mədəniyyət mədəni
inkişafın iki xarakterik xüsusiyyəti ilə özünü göstərmişdir.
Qədim maddi mədəniyyətə malik olan xalq mənəvi
mədəniyyətin yaranması və inkişafında xüsusi imkanlara sahib
olmuş, bu mərhələlərin dinamik inkişafı ilə müşayət edilən
mədəni səviyyə yaratmşdır. Bərdənin ilk orta əsrlərdə paytaxt
şəhərə çevrilməsi, inkişaf etmiş orta əsrlərdə çiçəklənmə dövrü
keçirməsi şəhərin mədəniyyətinin kompleks şəkildə tərəqqi
etməsini şərtləndirmişdir. Torpaq, insan, şüur, fiziki və mənəvi
qüvvə buna əsas zəmin olmuşdur.
İslam dininin qəbul edilməsi Azərbaycanda yeni bir
mərhələnin başlanğıcını qoydu. Çox keçmədən Albaniyada o
cümlədən ölkənin paytaxtı Bərdə şəhərində keçmiş dini
ibadətlərə son qoyuldu. Yeni və mütərəqqi din olan islamın
qanunları bütün dinləri üstələdi.
Hər bir xalqın sitayiş etdiyi dinlərə məxsus olan
(yəhudilik, xristianlıq və s.) məbədlərə toxunmadan islamın
yayılması üçün geniş şərait yaradıldı (174, s.38; 236, s.163).
Mənbələrdə bildirilir ki, islam dininin geniş yayıldığı bir
dövrdə Azərbaycanın bir çox şəhərlərində olduğu kimi, Bərdə
şəhərində də müsəlman məscidləri ilə yanaşı alban xristian
kilsələri də görünürdü (34, s.57).
Bir daha qeyd etmək lazımdır: İslamın yayılması üçün
yerlərdə müxtəlif üsullar və qaydalar müəyyənləşdirilmişdi ki,
burada onlara rəğbətlə yanaşmaq tələb olunurdu. Kitabı olan
başqa dinlərə qarşı zorakılıq göstərilmirdi. M.Kalankatlı bildirir
ki, Bərdədə müsəlmanlıq dövründə də müxtəlif dinlərə xidmət
edənlər var idi (136, k.3, f.18).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
172
Xilafət hökmranlığı möhkəmləndikcə Bərdədə elmi və
bədii kitablar, ümumiyyətlə bütün əsərlər ərəb dilində yazılmağa
başlandı. Xristian məktəblərini müsəlman mədrəsələri əvəz etdi.
Bərdədə və onun ətraflarında məscid kompleksləri tikildi. Şərq
ölkələrində olduğu kimi, şəhər yeni üslubda yenidən qurulmağa
başlandı (193; 215, s.16; 328, s.26).
Bərdənin Xilafətin şimal vilayətinin mərkəzinə çevrilməsi
onun inkişafına səbəb oldu. Şəhərin sənətkarlıq və ticarət
mərkəzi kimi böyüməsi, əhalisinin artması və yerli biliklərlə
müsəlmanlığın gətirdiyi yeni elmi biliklərin qovuşması
cəmiyyətin elmə, biliyə yiyələnməsi üçün geniş meydan açdı.
Yeni mədəni mühit yarandı. Ərəb dilində yazıb-yaratmış bir çox
alimlər, şair və yazıçılar, ictimai xadimlər meydana çıxdı (127,
s.9; 128, s.7; 129, s.75; 174, s.73).
Xilafətin genişlənməsi və inkişaf etməsi ilə əlaqədar ola-
raq ictimai, siyasi məsələlərin həll edilməsində yeni elmi
biliklərin meydana çıxmasına zərurət yaranırdı. Quran, sünnə,
icma və qiyas müsəlman hüququnun əsasını təşkil edirdi (127, s.
16; 327, s.9). Həmin dövrdə «Bərdəi» təxəllüsü ilə tanınmış
onlarla mütəfəkkir yetişdi, onların adı, şəxsiyyəti və yaradıcılığı
haqqında məlumatlar tarixə çevrildi (127; 128; 129; 174, s.139;
179, s.8; 327). Təəssüf ki, onların əsərlərinin çoxu müxtəlif
səbəblərdən itmiş, bizə gəlib çatmamışdır.
Həmin alimlərin əksəriyyətinin Bərdədə fəaliyyəti barədə
məlumat da yox dərəcəsindədir. Sübuta ehtiyacı olmayan bir
məsələdir ki, erməni mənşəli «tarixçilərin» əksəriyyəti öz
xalqının «tarixini» yazmaqla bərabər, mümkün qədər bizim
tariximizə aid olan məlumatlar üzərində də «düzəlişlər»
aparmışlar (136, s.7-13; 15, s.7-9; 296, s.6-27).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
173
Azərbaycanda ictimai mühitin dəyişməsi mənəvi
mədəniyyətdə də öz əksini tapırdı. Siyasi vəziyyətdən irəli gələn
məşəqqətlərə baxmayaraq iqtisadiyyat tərəqqi etmiş, elm,
ədəbiyyat və incəsənət yüksək inkişaf mərhələsi keçmişdi.
Həmin dövrdə müsəlman ölkələrində dini elmlərə üstünlük
verilsə də, fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, musiqi və s.
elmlərin tədrisinə də diqqət yetirilirdi. Elm öyrənmək istəyənlər
Şərqin mədəniyyət mərkəzlərinə gedir, orada görkəmli
mütəfəkkirlərdən təhsil alırdılar. Orta əsr mənbələrində onların
adları, təhsili, yaradıcılığı, nüfuzlu müəllimləri və şagirdləri
haqqında məlumat verilir (127, s.17; 170, s.51). Onların
sırasında Bərdədən olan bir çox görkəmli elm, ədəbiyyat və
mədəniyyət xadimlərindən bəhs edilir.
İlk mənbələrdə «Hənəfilik» cərəyanının Azərbaycandakı
nümayəndələrindən olmuş Əbu Səid Əhməd ibn Hüseyn
Dostları ilə paylaş: |