3.5. Bərdə şəhərinin yenidən dirçəlməsi və sonrakı ta-
rixi (XII-XIX əsrlər).
XII əsrin birinci yarısından etibarən Bərdə Azərbaycan
Atabəyləri dövlətinin təkibində idi (14, s.15; 180; 132, s.250;
263, s.18). Belə ki, 1136-cı ildə Səlcuq sultanı Məsud
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
132
Arranı iqta kimi atabəy Şəmsəddin Eldənizə bağışlamışdı.
İqamətgahı Bərdədə yerləşən Eldəniz tezliklə yerli əmirləri öz
tərəfinə çəkdi, özü də sultana xidmət asılılığından çıxdı. O,
tədricən bütün Azərbaycana yiyələndi (4, s.140; 14, s.44; 132,
s.250; 180; 182, s.144; 301).
Azərbaycan Atabəylərinin ilk iqamətgahlarından biri
olmuş Bərdənin şəhər siması bərpa edildi. Şəmsəddin Eldənizin
iqamətgahı on ilə qədər (1136-1146) Bərdədə yerləşdi (14, s.15).
Arxeoloji qazıntılar zamanı Atabəylərə məxsus olan
sikkələrin və digər əşyaların aşkar edilməsi göstərir ki, Bərdə
həmin dövrdə həqiqətən şəhər kimi varlığını saxlamış və hətta
orada sikkə də zərb edilmişdir (322, s.220; 366).
Atabəylər dövlətinin paytaxtı Naxçıvana köçürüldükdən
sonra Bərdə şəhərinin həyatı əsrin əvvəllərinədək adi qaydada
davam etdi. Lakin monqolların hücumu hər şeyi alt-üst elədi (8,
s.137-145; 180; 284, s.167; 365, s.28). Gəncəli Kirakos yazır ki,
İberlər taciklər üzərində qələbəsini təntənə ilə qeyd edən zaman
(1220-ci il) yaxşı silahlanmış, çoxsaylı dəstələrdən ibarət olan
qoşun gözlənilmədən gəldi, Dərbənd qapılarından keçərək,
güclü həmlə etməklə Albaniya ölkəsini dağıtdı, İberiyaya və
digər yerlərə hücum etdi (8, s.137-145). Yol boyu rast
gəldiklərinin hamısını qılıncdan keçirdilər. Adamları da,
heyvanları da, hətta itləri də öldürürdülər. Onlar atlardan başqa
heç nəyə, qiymətli geyimlərə, digər əmlaka məhəl qoymurdular.
Onlar tezliklə Tiflis şəhərinə yaxınlaşdılar, ancaq Albaniya
ölkəsinə qayıdaraq Mokok şəhərinin ərazisində yerləşdilər…
Onlar iki şəhər: Beyləqanla Bərdə arasındakı bataqlıq və meşəlik
yerlərdən keçərək, Beqamec adlanan yerlərdən cəsarətli hücum-
lar etdilər və çoxlu sayda vilayətləri dağıtdılar (284, s.117).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
133
Fəzlullah Rəşidəddinin məlumatı: «Ölkələr tutulan zaman
çoxlu əhalisi olan böyük şəhərlərdə elə qırğın olmuşdu ki, tək-
tük adam sağ qalmışdı. Bəlx, Marağa, Ərdəbil, Bərdə, Gəncə,
Bağdad … və bu şəhərlərə aid olan vilayətlərin çoxu buna misal
ola bilər» (5, s.281-282; 365, s.28).
Monqolların birinci yürüşü başa çatan kimi şimaldan
qıpçaqların hücumu başlandı (1221-ci ildə) (8, s.145; 100, s.21;
217, s.183; 365, s.31).
Gəncəli Kirakosun yuxarıda verdiyi məlumatdan fərqli
olaraq, əl-Əsir bu barədə bildirir: «qıpçaqlar Bərdəyə
yollandılar, onlar oradan Küşxərəyə müraciət etmişdilər ki,
gürcülərə qarşı birlikdə hərəkət etmək və onlardan qisas almaq
üçün gürcülərin üstünə gəlsinlər» (100, s.88). Mənbənin verdiyi
məlumata görə, onlar razılığa gələ bilmədilər. Qıpçaqlar
Bərdəni, onun ətrafındakı şəhər və kəndləri qarət edib geriyə
qayıtdılar (8, s.137-143; 100, s.89).
Yaranmış imkandan istifadə edən gürcülər də Azərbayanın
şəhərlərinə talançı basqınlar etdilər. Əl-Əsir gürcülərin
Azərbaycana basqınlarından bəhs edərək yazır: «1222-ci ilin
ramazan (fevral) ayında gürcülər öz ölkələrindən Arran ölkəsinə
hərəkət etdilər və Beyləqan şəhərinə gəldilər. Qıpçaqlar
getdikdən sonra, xilas ola bilmiş sakinlər geriyə qayıdıb şəhərin
dağıdılmış divarlarını mümkün olduğu qədər bərpa etdilər. Bu
zaman gürcülər gəlib şəhərə girdilər və ona sahib oldular» (8,
s.149-150; 100, s.148; 359, s.89).
XIII əsr müəllifi ən-Nəsəvinin yazdığına görə, 1225-ci ildə
Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin əmir Urxanın
rəhbərliyi altında Arrana qoşun göndərdi. Onlar Gəncəni və
onunla birlikdə Bərdəni, Beyləqanı, Şəmkiri istila etdilər (8,
s.150; 48, s.22; 190, s.163; 217, s.184; 341,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
134
s.69). Ölkənin çox yerində, eləcə də Gəncə və Qarabağda
Cəlalilərə qarşı gərgin mübarizə başlandı. Lakin, Cəlalilər
Azərbaycan Atabəyləri hakimiyyətinə son qoydular (4, s.150; 8,
s.150-152; 217).
Bu hadisələr Azərbaycanın, o cümlədən Qarabağ
bölgəsinin həm ictimai-siyasi, həm də iqtisadi həyatına ağır
zərbə vurdu.
1231-ci ildə monqollar yenidən Azərbaycana yürüş etdilər.
1239-cu ildən etibarən Azərbaycan və bütün Cənubi Qafqaz
monqol xanları tərəfindən idarə olunmağa başladı.
Monqol imperiyası dağıldıqdan sonra ayrı-ayrı dövlətlər
meydana gəldi. Azərbaycanda paytaxtı Marağa olan Hülakülər
dövləti (1256-ci ildə) yarandı. Azərbaycan bütünlüklə həmin
dövlətin tərkibinə qatıldı (8, s.156-160; 100, s.154; 156, s.45-53;
341, s.99). 1259-cu ildə Hülakü xanın əmri ilə, Arqunun
başçılığı altında monqol ordusu bir neçə şəhərlə bərabər, Bərdə
şəhərini də tutub Hülakülərə tabe etdi (48, s.24; 341, s.99; 365).
XIII əsrin əvvəllərində başlanmış monqol hücumları böyük
dağıntı və itkilərlə müşayət edilsə də sonralar şəhərlərin iqtisadi
həyatının kəskin surətdə dəyişməsi ilə nəticələndi. Hülakülər iri
feodalların hakimiyyətini ləğv edib bütün şəhərləri öz əllərinə
aldılar və bir siyasi hakimiyyət altında birləşdirərək yeni
inkişafın bünövrəsini qoydular. Bu, yeni bazarların açılmasına,
mübadilə şərtlərinin dəyişilməsinə, pul təsərrüfatı sahəsinin
genişlənməsinə və s. gətirib çıxartdı (329, s.82). Bütün bunlar öz
əksini şəhərlərin, o cümlədən Bərdənin inkişafında tapdı. Həmin
dövrdə şəhərin canlanmasını arxeoloji qazıntılar zamanı
Bərdədən aşkar edilmiş pulların çoxluğu sübut edir (149; 150;
151; 152; 154; 332; 333; 335; 349).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
135
1318-ci ildə Qızıl Orda xanı Özbək Dərbənddən keçərək
Kürə qədər gəldi, İsen-Qutluğu Arranı qarət etməyə göndərdi.
Beyləqana yığılmış monqol qoşununun gəlməsi təhlükəsi
Özbəyi mal-qara və atları yığaraq, geri qayıtmağa məcbur etdi
(156, s.45; 217, s.184; 365, s.24).
Azərbaycan uzun müdət Qızıl Orda ilə Hülakülər arasında
döyüş meydanı oldu (159; 160).
Kürlə Araz çayları arasındakı ərazi əmir Çobana qarşı
üsyanın mərkəzinə çevrildi. Üsyançılar bütün Qarabağ ərazisini
ələ aldılar (160; 188, s.43).
1320-ci ildə Qarabağ əslən qızılordalı nəcabətindən olan,
burada özünə müstəqil dövlət qurmaq istəyən Asxir-oğlan
(Özbəyin qardaşı) tərəfindən zəbt edilsə də, onun bu təşəbbüsü
sonadək baş tutmadı: göndərilmiş 10 min nəfərlik qoşun onun
qüvvələrini darmadağın edib özünü də öldürdü (5, s.84; 160;
188, s.44).
Çobani feodallarının zülmündən azad olmağa can atan
Azərbaycan əhalisi və bir sıra yerli feodallar Qazi Məhiyəddin
Bərdəi və Şirvanşah Kavusun (1345-1372) başçılığı ilə Qızıl
Orda xanı Canı bəyi Azərbaycana dəvət etdilər. Canı bəy 1357-
ci ildə Azərbaycana gəldi və yerli feodalların köməyilə
hakimiyyəti ələ aldı. Çobani əmiri Məlik Əşrəf edam edildi (5,
s.328; 33; 159; 160; 178, s.217; 240, s.125).
Azərbaycana Teymurun gəlişi və teymurilər dövrü Bərdə
tarixində də öz izini qoymuşdur. XIV əsrdə Naxçıvanı, Karsı,
Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil olmuşdu (178,
s.27-30).
Nizaməddin Şaminin yazdığına görə, Əmir Teymur Hin-
distandan döndükdən sonra Azərbaycana gələrək, Gürcüstan
üzərinə hücuma hazırlıq işləri görmək və qışı keçirmək üçün
Qarabağda məskən salmışdı. Müəllif yazır: «Qış mövsümü başa
çataraq ilk baharın qoxusu gəlməyə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
136
başladı … ordunu təftiş edib piyadalara at və bütün əsgərə ülufə
və yemək paylayaraq, Georginin vilayətinə (gürcü çarı VII
Georgi) doğru yürüşə başladı. Bərdəyə gəldilər, səhrada çadırlar
qurdular. Oradan Gürcüstan sərhədlərinə gəlincəyə qədər
ovlandılar» (145, s.19). Mənbədə Teymurun Gürcüstanda
qələbəsindən sonra Qarabağa qayıdaraq orada qışlamasından
danışılır, lakin bundan sonra Bərdənin adı daha çəkilmir (145,
s.21, 31).
Teymurun Qarabağa gəlişi ilə bağlı olayları Mirxond
aşağıdakı kimi təsvir edir: «… yaz gələn kimi, 789-cu (miladi
1389 – cu il) ilin əvvəlində (dünya fatehi əlahəzrət Xaqan
(Teymur) çiçəklənən yer olan Bərdə şəhərinə gəldi. Bu vaxt
əlahəzrətə xəbər çatdı ki, Toxtamış xan xəyanət qapısında
vicdansızlıq ağacı əkib; bu fikri təsdiq edən odur ki, bir qrup
döyüşçü onu Kürün sahilində görüb …» (5, s.358; 48, s.25;
312).
Mənbə və tədqiqatlarda bildirilir ki, Toxtamış
Azərbaycanı işğal etmək üçün vaxtaşırı hücmlar edirdi. 1387-ci
ilin yazında Teymur Bərdəyə tərəf yollandı. Toxtamışın ordusu
da Dərbənd tərəfdən Azərbaycan sərhədlərini keçməyə təşəbbüs
göstərdi və Kür çayına gəlib çatdı. Teymur tələsmədən İbrahimə
kömək edərək öz əmirlərinin başçılığı altında Toxtamışa qarşı
qoşun göndərdi. Bir müddət keçdikdən sonra, o, öz oğlu
Miranşahın rəisliyi altında yeni hücum təşkil etdi (188, s.387).
Teymurla Toxtamışın arasında gedən vuruşmaların nəticəsində
ölkədə xeyli dağıntılar baş verdi. Zeynəddin Qəzvini Teymurun
hücumu haqqında xəbər verir ki, onlar Marağanın və Təbrizin
axırına çıxdılar, güclü qırğın törətdilər, Mərənd və Naxçıvan
vilayətlərini dağıtdılar. Əhər yolu ilə hərəkət edərək, Qarabağa
gəldilər və bu vilayətdən 200 minə qədər adamı əsir apardılar
(156, s.67; 178, s.50).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
137
Teymurun Azərbaycana hücumu zamanı Bərdə şəhəri də
dağıdıldı (178, s.27-30). Tədqiqatçıların qənaətinə görə, Teymu-
run (1333-1405) Gürcüstana hücumları zamanı (1402-1403) fa-
tehin qoşunu Bərdə – Gəncə – Şəmkir yolu ilə hərəkət etmək
üçün Ağdamdan – Bərdə – Yevlax istiqamətində getmiş, oradan
Gəncəyə keçmişdi (48, s.25).
Teymur Gürcüstanla sülh bağlayandan sonra Səmərqəndə
getmək üçün geri qayıdarkən Azərbaycandan keçdi (8; 188,
s.393). Bu zaman Azərbaycan digər vilayətlərlə birlikdə
Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu.
Teymurun ölümündən (1405-ci il) sonra onun vərəsələri
arasında daxili çəkişmələr başlandı (8; 188, s.393; 312).
Bu dövrdə
Qafqaz və Kiçik Asiyada yayılmış oğuz
tayfalarının bir qrupu qaramanlılar Kiçik Asiyada və digər
yerlərdə kalonlar yaratmaqda mühüm rol oynayırdılar. Bu
tayfanın cəsur nümayəndələrindən biri XV əsrdə Gəncə və
Bərdənin hakimi olmuş Əmir Yar Əhməd Qaraman idi (22, s.32;
336, s.163).
XV əsrdə Azərbaycan, həmçinin Qarabağ, teymurilərlə
qaraqoyunluluların müharibə meydanına çevrildi. Azərbaycanda
teymurilərə qarşı vuruşmuş Qaramanlı tayfasının başçısı əmir
Yar Əhməd bir müddət Bərdə və Gəncə şəhərlərini zəbt edib, bu
şəhərləri idarə etməyə başladı, lakin o, tezliklə teymuri Baysun-
qur tərəfindən məğlub edildi (1433 – cü ildə) (45, s.110; 48,
s.25; 309, s.23).
Mirxond məlumat verir ki, «Yar Əhməd və Qaraman
oğulları Gəncə və Bərdədən olan böyük ordu halında birləşdilər.
Digər sərdarlar, ölkə şahları və xeyli hakimlər, əmir Qara Yusif,
o sıradan Hacı Cəfər Təbrizli, Gürcüstan səfiri Baqrat və
digərləri Qarabağa gəldilər. … Hər tərəfdən əmirin
iqamətgahına axışıb gəlir, onunla əlaqələri yaxşılaşdırmağa
çalışırdılar. Yaz gələndə Teymur Qarabağdan
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
138
çıxıb Təbrizə getdi. Onun sərkərdələri bütün əyalətlərə yayılaraq
öz hakimiyyətlərini qurmaqla məşğul oldular» (312, s.50).
Mirxond həmin dövrün hadisələri barədə bildirir:
«Qaramanlı əmirliyinə məlumat verdilər ki, Yar Əhməd
Qaramanlı açıq şəkildə qiyam qaldırıb və əmirlər arasında xəbər
yayıb ki, Mirzə Baysunqur vəzifəsindən kənarlaşdırılmalıdır»
(312, s.50). Yar Əhməd bir müddət Şahzadənin qoşununa
müqavimət göstərsə də, nəhayət, Mirzə Baysunqura təslim
olmağa məcbur oldu (312, s.50).
Yaranmış siyasi vəziyyətdən istifadə edərək bir çox
vilayətlərin hakimləri, o cümlədən Şirvanşah İbrahim, xalq
kütlələrinə arxalanaraq öz hakimiyyətlərinin müstəqilliyi
uğrunda mübarizəyə qalxdılar (188, s.393).
Qısa bir müddətdə İbrahim Şirvanın müstəqilliyini bərpa
etdi (203). Teymurilər bu vəziyyətlə razılaşmalı oldular.
Şirvanın müstəqilliyini də tanıdılar. Belə vəziyyətdə bir sıra
vilayətlərdə, o cümlədən Şəki hakimi, gürcü çarı, eləcə də
cənubi Azərbaycan feodalları kimi feodal hakimlər meydana
çıxdı. Azərbaycanda, həmçinin Cənubi Qafqazda feodal
hakimlər sırasında şirvanşah mühüm yer tuturdu. Teymuri Ömər
Şirvanı özünə birləşdirmək istəyirdi. Ömərə qarşı Ərdəbil haki-
mi əmir Bestam Cəyir üsyan hazırladı. Ömər bundan xəbər tutan
kimi onu zindana salmaq əmrini verdi. Bestam cənubi
Azərbaycandan Qarabağa keçərək Şirvanşah İbrahimin yanında
sığınacaq tapdı. İbrahim, Ömərlə mübarizədən qaçmağın
mümkün olmayacağını bilsə də, Bestamı öz yanında saxladı.
Tarixçilər qeyd edir ki, İbrahim Bestamla birlikdə hərəkət
edərək Kürü keçdilər və Bərdədə dayandılar (188, s.393; 312).
Yaranmış vəziyyətdən istifadə edərək şirvanşah Arranın bir neçə
şəhərini zəbt etdi. Bestamın Şirvana gəlişi İbrahimlə Ömər
arasında qarşılıqlı əlaqəni gərginləşdirdi. Ömər Şirvanşahdan
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
139
əmir Bestamı verməsini tələb etdi. Bu təklif İbrahim tərəfindən
rədd edildi. İbrahim öz etirazını onunla əsaslandırdı ki, «yaydır,
indi istirahət lazımdır, qışda isə Ömər Qarabağa qışlamağa gələn
zaman əmir Bestam onun ordusuna veriləcəkdir» (188, s.393;
156; 312).
Bu hərəkətlər Şirvanşah İbrahimlə Ömər arasında
müharibənin başlaması üçün bəhanə oldu. Onların arasında Kür
çayının hər iki sahilində gedən vuruşmalar uzun müddət davam
etdi. Bu döyüşlər zamanı Qarabağın şəhər və kəndləri, həmçinin
Bərdə xeyli zərər çəkdi (188, s.394; 312).
XV əsrdə Azərbaycan ərazisində üç böyük dövlət –
Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mövcud idi.
Qaraqoyunlu və Ağqoyunlu ərazisi Azərbaycanın cənubunu və
şimalda Kür çayına qədər Gəncə və Şəmkiri əhatə edirdi (141,
s.5; 304, s.31).
Azərbaycanın cənubi-şərqində yerləşən Qaraqoyunlu
dövləti ilə onun qərbində yerləşən Ağqoyunlu dövlətləri
arasında gərgin mübarizə gedirdi. Vaxtilə atasına qarşı üsyan
etdiyinə görə üç dəfə həbs edilmiş Həsənəli qaraqoyunlu
Cahanşahın ölümündən sonra qoşun toplamağa başladı. Lakin
tezliklə Uzun Həsən tərəfindən əzilən bu şahzadə əvvəlcə
Bərdəyə qaçdı, oradan da artıq hücumla Ərdəbilə gəlib çatan
teymuri Sultan Əbu Səidə pənah gətirdi (45, s.102; 156).
Cahanşahın öldürülməsi ilə araya düşən qarışıqlıqdan
istifadə edən Uzun Həsən dərhal böyük oğlu Sultan Xəlili
Təbrizə yolladı və bununla da Azərbaycan taxtına sahibləndi.
Ancaq bu zaman Sultan Əbu Səidin Azərbaycana hücumu baş
verdi və Uzun Həsən oğluna Təbrizdən çıxmağı əmr etdi (45,
s.103; 156).
Qara Yusifin ölümündən sonra da Qaraqoyüunlularla
Ağqoyunluların müharibəsi davam etdi. Qaraqoyunlu
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
140
əmirləri arasında gərgin mübarizədən istifadə edən teymuri Sul-
tan Şahrux 1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil
oldu. I Xəlulillah qardaşı Mənuçöhr və Azərbaycan əmirləri ilə
birlikdə onun yanına gəldi. O, teymuri Şahruxun nəvəsi ilə
evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. Lakin
Azərbaycanda Şahruxun mövqeyi möhkəm deyildi. Çünki, bir
tərəfdən, Qara Yusifin varisləri, digər tərəfdən, Gəncə və Bərdə
hakimləri ona qarşı ciddi mübarizəyə başlamışdılar (45, s.110-
136; 48; 141, s.96-98).
1436-cı ildə Şahrux hakimiyyəti Cahanşaha verdi.
Əbubəkr Tehrani «Kitabi diyarbəkriyyə» əsərində bildirir:
«1447-ci ilin axırlarında İskəndər ibn Qara Yusifin oğlu Əlvənd
yağı olub öz hörmətli əmisi Cahanşah Mirzəyə qarşı üsyan
qaldırdı, Kürdüstandakı Ərbili tutdu. Cahanşah Mirzə onu dəf
etmək üçın Əmir Rüstəm Tərxanı hücuma göndərdi. Qoşun
oraya çatan kimi hər iki tərəf arasında böyük qırğın oldu,
Əlvənd məğlubiyyətə uğradı. Qarət olunmuş və əhvalı pərişan
halda Cahangir Mirzənin yanına getdi. Cahanşah Mirzə elçi
göndərib Əlvəndi Cahangir Mirzədən tələb etdi” (22, s.108).
Cahangir Mirzənin rədd cavabından sonra Cahanşah Mirzə qışı
Gəncə və Bərdədə keçirdi. Üç ildən sonra Ərzincana Osman
bəyin oğlu Mahmud bəyin üzərinə qoşun göndərdi (22, s.108).
Əbubəkr Tehrani daxili çəkişmələrin sonrakı gedişini şərh
edərək bildirir ki, Ərəbşah bu hücumlar zamanı Gəncə və Bərdə
tərəfə çəkildi (22, s.131).
Əbubəkr Tehrani Sahibqranın Azərbaycana yollanması və
Həsənəlinin qüvvələrinin məhv olmasından bəhs edərək bildirir
ki, «Həsənəli naxələf bir övlad kimi atasının var-dövlətini quma-
ra qoydu, lüt-üryan, rüsvay və pərişan halda qaçdı, arvad-
uşağından ayrı düşüb mülkünü və malını itirdi. O, düşərgədən
Bərdəyə qaçdı. Cahanşahın ölümündən
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
141
sonra həmin vilayətin hakimi olmuş Piri Qaramaninin övladları
(əvvəlcə) onu Sahibqranın hüzuruna göndərmək istədilər (lakin)
sonra bu fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin
və böyük şeyxlərin (Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin
İshaq nəzərdə tutulur) hüzuruna pənah aparsın. İki aydan sonra
o, möminliyin pənahı olan şeyx ilə birlikdə Sultan Əbu Səid
Mirzənin hüzuruna getdi» (22, s.244, 249-250).
Əs-Samani «Tarixnamə» əsərində Teymuri Sultan
Şahruxun Əmiran şaha yazdığı məktubu şərh edərək bildirir ki,
«… Qoy o (Xəlil Mirzə – Q.H), Beyləqan, Bərdə kimi ən
çiçəklənən vilayətin torpaqları və Trabzona qədər ölkələrlə,
kifayətlənsin və oraya yola düşsün, Mavarannəhr ölkəsini isə
əmirzadə Pirməhəmməd Bahadura qoysun …» (288, II, 60).
XV əsrin axırlarında daxili çəkişmələr Ağqoyunlu
dövlətini zəiflətdi. Ruzbixan Xunci «Tarix-i alam-ara-yi Əmini»
əsərində bildirir ki, 1486-cı ilin avqustunda «Xəlil bəy Sufi
Şiraz darğası vəzifəsindən geri çağırıldı və əmir Müzəffər əd-
Din Mənsur Pornək vali və hökmdar sifətilə Şiraza yola düşdü.
Xəlil bu vəzifədən ona görə qovuldu ki, o, isti bölgənin
ərazilərinə və Caruna (Hörmüz adası) dəfələrlə hücum etdiyinə
görə, ondan saraya daimi olaraq şikayətlər göndərilirdi. Xəlil,
hətta, Hindistanı (Hindi) da işğal etməyi nəzərdə tutmuşdu və bu
məqsədlə gah gəmi düzəltdirir, gah da Fars (körfəzi – müəllif)
sahillərində istehkam inşa etdirirdi. … Həmin vaxt Gürcüstan,
Gəncə və Bərdə vilayətləri (vəch-i xuriş) padşahzadə
Bəysunqura təhkim edilmişdi» (364, s.70). Azərbaycanın başqa
əraziləri kimi Bərdə də əldən-ələ keçən hakimiyyətlərin acı
nəticələrinə tab gətirməli olurdu.
Ruzbixan Xunci Şeyx Heydərin hücumları zamanı Bərdə
ərazisindən keçməsi ilə əlaqədar olaraq həmin vilayətə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
142
daxil olan yerlərin adını çəkir (364, s.86). O qeyd edir ki, Şeyx
Heydərin göstərişi ilə Ərdəbildən çıxıb Arazı keçərək Qarabağa
gələn ordu Bərdə vilayətinə daxil olan şəhər və qalaları tutaraq,
məcburi vergi tələb edənlərlə mübarizə etmək qərarına gəlmişdi.
Ruzbixan Xunci yazır: «O, Bərdə vilayətindəki Böyük Hakimin
mülkü Caraberti (Çarpert) (Carabert Bərdə ilə Gəncə arasında,
Kürəkçay üzərində qaladır) (364, s.135) vilayətinə gəldi, onu
talan etdi və zimmilər cəmiyyətinin mülkiyyətini əlindən aldı»
(364, s.86).
Hakimiyyət uğrunda çəkişmələr gedən zaman Uzun
Həsənin nəvəsi Rüstəm Mirzə Naxçıvanda Əlincə qalasına
salınmışdı (45, s.110). 1492-ci ildə Əbih Sultan Rüstəm Mirzəni
Əlincə qalasından xilas etdi. Hakimiyyət uğrunda mübarizə
yenidən canlandı. 1492-ci il may ayının əvvəllərində Bərdə
yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə
döyüşə girdi. Döyüş Rüstəm Mirzənin qələbəsi ilə başa çatdı
(45, s.110). Rüstəm 1492-ci ilin 28 mayında taxt üstündə
mübarizəyə başladı (364, s.144). 1492-ci il mayın sonunda
Təbrizdə Ağqoyunlu taxtına əyləşdi. Rüstəm Mirzə geniş torpaq
sahələri – soyurqal paylamaqla özünə böyük rəğbət qazandı.
Həsən bəy Rumlu bildirir ki, «yüz il ərzində Qaraqoyunlu və
Ağqoyunlu padşahlarından heç biri Rüstəm Mirzə qədər soyur-
qal paylamamışdı. Məhz bu səxavəti sayəsində o, beş il (1492-
1497) Ağqoyunlu dövlətini idarə etdi» (45, s.110; 156; 315; 364,
s.143).
Rüstəm Mirzənin hakimiyyəti dövründə iri feodallar daha
da gücləndilər və mərkəzi hakimiyyətə qarşı çıxdılar. 1492-ci
ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur babası Fərrux
Yassarın köməkliyi ilə Bərdə ilə Gəncə arasında Rüstəmə qarşı
döyüşə girdi, lakin məğlubiyyətə uğradı. Rüstəm Mirzə Şirvana
daxil oldu, onu viran etdi.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
143
Müttəfiqlər isə Qarabağa hücum etdilər. Rüstəm onlara qarşı
mübarizədə Ərdəbil şeyxi Heydərin oğlu Sultanəliyə arxalandı.
Baysunqur və onun müttəfiqləri 1493-cü ildə Əhər yaxınlığında
darmadağın edildi, özü isə öldürüldü (45, s.111- 314).
Ruzbixan Xunci bildirir ki, «Rüstəm 897-ci il rəcəb ayının
axırıncı günündə (miladi 1492-ci ilin mayın 28-də) taxta çıxdı.
Beləliklə, Şirvanşahlar Səfəvi Cüneyd və Heydərın ölümünə
görə məsuliyyətli idilər, Rüstəm axırıncının uşaqlarını azad etdi
və onları Ayba-sultanla birlikdə Baysunqura qarşı göndərdi.
İkinci toqquşmada Baysunqur (898-ci il zülqədə ayının
əvvəlində – 1493-cü il avqustun ikinci yarısında) Gəncə yaxud
Bərdə yaxınlığında həlak oldu» (364, s.144).
Gödək Əhməd XV əsrin sonlarında Azərbaycana hücum
etdi və hakimiyyəti ələ aldı. Hüseynəli Tərxan Gödək Əhmədi
padşah elan etdi və onun adına pul kəsdirdi. Həmin pullar
Bərdədə kəsilirdi. Bu vaxt şəhərin iqtisadiyyatı da bir qədər
dirçəldi (332, s. 28).
Gödək Əhməd 1496-cı ildə Naxçıvan yaxınlığında Rüstəm
Mirzəni də məğlub etdi. O, Ağqoyunlu dövlətini
möhkəmləndirməyə çalışırdı. Lakin qiyam qaldırmış feodallar
onu öldürdülər. Onun istəyi həyata keçmədi (45, s.123; 141).
Muradın əmisi olan Yusifin oğlu Əlvənd Mirzə isə
Diyarbəkrə gələrək dayıları Qasım bəy və Rüstəm bəyin
köməyilə Ağqoyunlu taxtı uğrunda mübarizəyə hazırlaşdı (45,
s.123; 141; 304). XV əsrin axırında iki güclü varis – Murad və
onun əmisi oğlu Əlvənd arasında mübarizə kəskinləşdi. Lakin
bu çəkişmə çox çəkmədi. 1500-cü ildə bağlanmış sülhə görə,
Ağqoyunlu torpaqları iki yerə bölündü. Diyarbəkr,
Azərbaycanın Kürdən cənuba doğru olan hissəsi, Qarabağ və
Qərbi Azərbaycan ərazisi Əlvəndə,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
144
Ərəb İraqı, Fars və Kirman isə Murada çatdı. Bu parçalanma
tezliklə Ağqoyunlu dövlətinin dağılmasına səbəb oldu (24, s.43;
45, s.111-113).
1501-ci ildə Şah İsmayılın başçılığı altında Səfəvilər
dövləti yarandı və qısa müddət ərzində Azərbaycan ərazisi bu
dövlət ətrafında birləşdirildi (24, s.33; 45, s.113; 261, s.26; 282,
s.64).
Səfəvilər 13 bəylərbəylikdən ibarət ayrı-ayrı inzibati qu-
rum yaratdı. Bunlardan bir də Qarabağ bəylərbəyliyi idi.
Qarabağ bəylərbəyliyinin ilk əmiri Şahverdi sultan təyin olundu.
Qacar nəslindən olan Ziyadoğlu sülaləsi Şahverdi xandan
başlayaraq nəsilbənəsil Qarabağ bəylərbəyliyində hökmranlıq
etdi. Qarabağ bəylərbəyliyinə Şəmkir, Zəyəm, Tovuz,
Şəmsəddinqulu, Qazax, Borçalı, Bərdə, Beyləqan, Yevlax,
Ağdam və digər yerlər daxil idi (48, s.26; 49; 282, s.64).
XVI əsrdə Osmanlı dövlətinin hücumları zamanı Krım
xanı Qazi Gəray dəfələrlə Gəncə-Qarabağ əyalətinə basqın
edərək Gəncə ilə Bərdə ərazisini talan etdi (49, s.15; 112, s.256).
Krım xanı Məhəmməd Gəray Osman paşa ilə birlikdə Kürü
keçərək Gəncə, Qarabağ və Muğana hücum etdi. Lakin
Qızılbaşların Şirvana daxil olduğunu eşidib geri qayıtdı (7,
s.209).
Osmanlı-Krım ordusunun törətdiyi dağıntılar, talan-
qarətlər nəticəsində Azərbaycanda aclıq və taun baş qaldırdı (7,
s.209).
1580-1581-ci illərdə Qazı Gəray və Səfi Gərayın başçılığı
ilə tatar ordusu daha iki dəfə hücum etdi. Sonuncu yürüş zamanı
Peykər xan Qacarın rəhbərliyi altında qızılbaş dəstəsi Krım
tatarlarını Şabranla Şamaxı arasındakı ərazidə qarşıladı. Peykər
xan onları ağır məğlubiyyətə uğratdı. Qazi Gəray əsr düşdü. An-
caq hərbi əməliyyatlar davam etdirildi (7, s.209).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
145
Krım tatarları Osmanlılara hakimiyyətlərini
möhkəmləndirmək üçün çox mühüm köməklik göstərirdilər (7,
s.209).
XVI əsrin sonlarında Osmanlıların hücumları gücləndi.
Osmanlı sultanı III Muradın (1574-1594) vaxtında – 1578–ci
ildə Mustafa paşa Azərbaycanı tutdu (8, s.245; 24; 48, s.26; 49).
Sonra Qarabağ, o cümlədən Bərdə Osmanlıların əlinə keçdi.
Sultan qoşunları 1588-ci ildə Məhəmməd xan Ziyad oğlu
Qacarıın əlində olan Qarabağı bütünlüklə ələ keçirdi.
Gürcüstandan keçib gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil
oldu və Osmanlı hərbi hissələrini burada yerləşdirdi. Osmanlı
qoşunları tərəfindən təqib edilən «Qacarlar» və «İyirmidördlü»
tayfaları Arazın cənub sahilinə geri çəkildilər (24, s.178).
Osmanlı-Səfəvi münasibətlərini diqqətlə araşdıran Yaqub
Mahmudov yazır: “Osmanlı imperiyası ilə Səfəvi arasında 12 ilə
qədər davam edən yeni müharibə (1578-1590-cı illər) başlandı”
(115, s.199).
Bu müharibə nəticəsində bütün Azərbaycan sultan III Mu-
rad tərəfindən tutuldu (24, s.179; 115, s.203). Əhalisinin çox
böyük əksəriyyəti yerli türk-müsəlmanlardan ibarət olan
Qarabağ əhalisi Səfəvi-Osmanlı qarşıdurması nəticəsində
bölgəni tərk etdi və bu səbəbdən də Qarabağda türk əhalisinin
sayı, müvəqqəti də olsa, nəzərəçarpacaq dərəcədə azaldı. Bu
zaman hakimiyyət dəyişikliyini düzgün qiymətləndirən
Qarabağın xristian məlikləri boşalmış türk kəndlərini və
torpaqlarını rüşvət və hədiyyələrlə ələ keçirdilər. Müasir erməni
tarixşünaslığının Qarabağ əhalisinin əsrlər boyu ermənilərdən
ibarət olması və hətta onların burada əksəriyyət təşkil etməsi
haqqında uydurmaları Eçmiədzin keşişi İsrael Ori tərəfindən or-
taya atılmış avantüranın nəticəsində yaranmışdır ki, onlar da
həmin bu “faktlara” söykənir (49, s.19).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
146
Osmanlı-Səfəvi müharibələrinin yaratdığı vəziyyət sonra-
lar erməni tarixinin «çiçəklənməsinə» xidmət etmişdir. XVII
əsrdə baş vermiş hadisələrə öz münasibətini bildirən Arakel
Təbrizlinin Sovetlər dövründə nəşr olunmuş əsərində göstərilir
ki, I Şah Abbas nəhəng türk ordusunun hücumu ərəfəsində
İrəvandan «hamını – xristianları, məhəmmədiləri və yəhudiləri»
İrana köçürdü. Erməni tarixçiləri üçün bu da bir «fakta»
çevrilmişdir ki, guya Qərbi Azərbaycan vaxtilə ermənilərin
doğma torpaqları olmuş və onlar həmin vaxt «öz doğma
torpaqlarından zorla köçürülmüşlər» (125, s.171,174, 182; 194,
s.203; 231, s.104). Hansı ki, həmin dövrdə Qarabağda yaşayan
erməni adlandırılanlar, eləcə də məliklərin özləri xristian alban-
lar idilər. Məlumdur ki, Qarabağa ermənilər XIX əsrdə İran və
Türkiyədən köçürülmüşlər (116; 228; 299).
Burada, yeri gəlmişkən, bir məsələyə də toxunmaq
lazımdır ki, ermənilərin bu dolaşıq eyhamlarına güya əks
çıxmaq istəyən bəzi «tarixçilər» daha ciddi səhvə yol vermışlər.
Belə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra
Qarabağa köçürülənlər güya ermənilər deyil, vaxtilə Səfəvilər
dövründə İrana, Türkiyəyə qovulmuş və sonradan geri qayıdan
alban mənşəli əhali olduğu bildirilir. Bununla da Qarabağa
ermənilərin XIX əsrdə köçrülməsi faktını şübhə altında qoyur
(298).
Doğrudur Sovetlər dövrü tarixşünalığında Qarabağ
məliklərinin erməni kimi tanıdılmasına edilən cəhdlər uzun
müddət Azərbaycan tarixşünaslığında da öz əksini tapmışdı.
Ona görə də bəzi əsərlərdə «erməni məlikləri» ifadəsi mexaniki
olaraq təkrar edilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, bu
barədə son dövrlərdə obyektiv tədqiqatlar aparılmış, bu
məsələnin əsl mahiyyəti və məliklərin mənşəyi barədə maraqlı
şərhlər verilmişdir (89; 228).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
147
Burada bir məsələyə xüsusi diqqət vermək lazımdır:
Qarabağda bir çox yerli iri tayfalar mövcud idi ki, bunlar
ölkənin siyasi həyatında mühüm rol oynayırdılar. Bu tayfalardan
biri Qacarlar idi. Qarabağın XVI-XVIII əsr tarixində Qacarlar
soyunun böyük rolu olmuşdur. Azərbaycan tarixşünaslığında
Qacarların Qarabağa gəlmə oması barədə fikirlər mövcuddur.
A.A.Bakıxanova görə, Cəlairi türklərindən olan Qacarlara
məxsus 200 min ailə Hülakü xan dövründə İrana və
Azərbaycana köçürülmüşdür. Qacarların bir hissəsi Anadoluya
və Suriyaya köçmüşdür. Əmir Teymur 50 minlik Qacar ailəsini
Cənubi Qafqaza köçürmüş, İrəvan, Gəncə və Qarabağda
yerləşdirmişdi (208, s.82,172).
M.V.Baharlı bildirir ki, Cəlairi türklərindən olan Qacarlar
ilk əvvəl Kiçik Asiyada və Suriyada yerləşdi, sonra Teymur
onları İrana köçürdü. Onlar Mərv, Mazandaran, həmçinin İrəvan
və Qarabağ bölgələrində yerləşdirildi (120, s.48-49).
Yuxarıda deyilənlərdən fərqli olaraq «Qızılbaşlar tarix-
i»nin müəllifi Qacarların mənşəyinə daha dəqiqliklə yanaşaraq
onların qədimdən Gəncə və Bərdədə yaşadıqlarını, bir qisminin
isə Şamdan gəldiyini bildirir (142, s.48).
Qacarların Azərbaycan dövlətçiliyi tarixində yeri və rolu
baxımından Azərbaycan Səfəvi dövlətinin yaranmasında aparıcı
mövqedən çıxış edən Qacarlar soyundan olan Qara Piri bəyin
(Şeyx Heydərin müridlərindən biri) fəaliyyətini dövrün
qaynaqları bir daha təsdiq edir (377, 81-82).
1547-ci ildə Şirvanda Əlqas Mirzənin başçılığı altında
üsyan başlanan zaman Gürcüstan səfərindən Yevlağa qayıdan
Şah Təhmasibin üsyançılara qarşı göndərdiyi 5 min nəfərlik
Qızılbaş süvarilərinə oğlu İsmayıl Mirzənin
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
148
lələsi Göycə Sultan Qacar və Qarabağ bəylərbəyi Şahverdi Sul-
tan Ziyadoğlu Qacar rəhbərlik etmişdir (377, s.84-85).
Tanınmış Qacar əmirlərindən biri Ziyadoğlu Şahverdi Sul-
tan öz ata yurdu Qarabağın valisi idi (142, s.49).
F.Sümər bildirir ki, Osmanlıların işğalı zamanı Qarabağda
Qacarlar, otuzikilər, qazaxlar, iyirmidördlü, qaramanlı və digər
tayfalar yaşayırdılar. Yeri gəlmişkən, Bərdədə həmin tayfaların
adını daşıyan kəndlər indi də mövcuddur. Qarabağın Osmanlı
idarəçiliyinə keçməsi nəticəsində Qacarların bir hissəsi Osmanlı
hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı
Səfəvi torpaqlarına köç etdilər (390, s.145; 142, s.50).
Mənbələr və tədqiqatlar Qarabağ bəylərbəyliyini irsi ola-
raq Ziyadoğlu Qacar nəsli idarə etməsini təsdiq edir. Şahverdi
Sultanın nəvəsi Xəlil xanın oğlu Məhəmməd xanın dövründə
Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan
deyil, həm də Qarabağdan qovulmuşdu. Beləliklə, bütün Qacar-
lar Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar
(336, s.122-123; 142, s.50).
Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən
işğal edilməsi ilə uzun müddət barışmamışdılar (142, s.50).
Qacarların artıq dövlət işlərindən kənarda qalmasını
göstərən faktlar məlumdur. Vəzifədə cəmi iki Qacar əmiri
qalmışdır. Bu əmirlərdən biri Çuxur-Səd bəylərbəyi Əmirgünə
oğlu Təhmasibqulu xan, digəri Bərdə valisi Peykər xan idi ki,
iyirmidördlü Peykər xan Şah Səfi dövründə İbrahim xanın
yerinə təyin edilmişdi. Sonra isə İbrahim xan da bu vəzifədən
uzaqlaşdırılmışdı, - elçi kimi Bərdə valiliyindən İstanbula
göndərilmişdi. Hüseyin Əli bəy də Şah Abbas dövründə
tanınmış Qacarlardan biri idi (390, s.188).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
149
XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Rusiya və
Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində
idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya
ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə
və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə
gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar
verdi (102; 320).
XVIII əsrin əvvəllərində Şimali Qafqazlıların Qarabağa
(Gəncə-Qarabağ əyalətinə) aramsız basqınları başlandı. 1712-ci
il hücumu zamanı Bərdədən Qazağa qədər olan düzənlik
yerlərdəki yaşayış məskənləri talandı, xeyli insan tələf oldu və
əsir düşdü (8, s.245; 49, s.15; 259). Qarabağın dağlıq hissəsində
yaşayan qeyri-müsəlmanlar (alban-xristianlar) hədiyyələr
verərək əsirləri xilas etdi, müsəlmanlar isə əsir aparıldı, yaşayış
məskənlərinin çoxu boş qaldı (49, s.14-17; 259, s.29-30). Bu
səbəbdəndir ki, Bərdə nahiyəsində olan kəndlərin də bir çoxu
mənbələrdə boş, sakinsiz kimi qeyd edilir (49, s.15). Alban
soykökündən olan Yesai Həsən Calalın «Alban ölkəsinin qısa
tarixi (1702-1722)» əsərində məlumat verilir ki, 1721-ci ildə
növbəti hücum zamanı dağıstanlılar Kür çayından Qarabağın
dağlıq hissəsinə qədər bütün kəndləri viran qoydular, əhalini
soyub taladılar (259, s.29-31).
Yesai Həsən Calal Şamaxının talan edilməsi haqqında
məlumatının ardınca nəql edir ki, «bu şəhəri aldıqdan sonra
Gəncə və İrəvan hakimləri bu barədə şaha etirazlarını bildirərək
xəbər verdilər, özləri isə bütün orduları ilə hərəkət etdilər və Kür
çayının sahilinə, Aqvan (Albaniya) şəhəri Bərdəyə gəldilər.
Bölgənin bütün hakimləri ilə İrəvan xanı, bütün əyanlar ilə
Gəncə xanı və yerdə qalan 30 min nəfərlik qoşunla oraya
toplaşdılar» (259, s.28). Mənbə məlumatında deyilir: Şahın
özünün və qoşununun başı Qəndəharda qarışdığından, şimaldan
gələn bu hücumun
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
150
qarşısını almağa maraq göstərmədi. Kür çayını keçərək hücum
edən basqınçılar əhalini Tərtər və Xaçın çayları boyunca Arsak
dağlarına tərəf qovdular (259, s.29). Yığdıqları qənimətləri və
əsirləri toplayaraq Xaçınla Tərtər arasında düşərgə saldılar.
Onların «Qarı körpüsü»ndən Bərdəyə hücum edəcəyini bilən
əhali bütün tədbirləri görərək düşmənə ağır zərbələr vurduğuna
görə, oradan tezliklə çıxıb getməyə məcbur oldular. Kürü təcili
keçib topladıqları qənimətləri və əsirləri öz vilayətlərinə
göndərdikdən sonra, özləri Gəncə üzərinə basqın etdilər (259,
s.31).
Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Nadir
xan Əfşar hakimiyyəti ələ keçirdi və Səfəvilər dövründə olan
torpaqları geri qaytarmaq yürüşlərinə başladı. Azərbaycan
ərazisində yenidən hərbi əməliyyatlar başlandı. Səfəvi dövlətinin
bərpasına tərəfdar olan feodallara qarşı mübarizə ilə əlaqədar II
Təhmasib 1730 – cu ildə Uğurlu xanı 700 nəfərlik dəstə ilə
Gəncəyə göndərdi. O, Bərdə və Bərgüşadda 12 minlik ordu
yığmağa nail oldu. Osmanlı İbrahim paşaya qulluq edən Qara
bəy də «iranlı əsgər» ordusu ilə Uğurlu xanla birləşdi (320,
s.177).
1733-cü il sentyabr ayının 26-da Bakıda rus
komandanlığının dəftərxanasında Gəncədən olan şabranlı Hacı
Məhəmməd aşağıdakıları danışmışdır: Guya o, Şamaxıda
öyrənmişdir ki, Surxay və Krım xanı birlikdə 18 minlik ordu ilə
Kürə tərəf hərəkət etmiş, oradan Surxay Şamaxıya qayıtmış, xan
və onunla Surxayın naibi – Qara bəy körpü tikərək Kürdən keçib
Cavaddan yuxarı yollanmışdır. Komandanlığı altında 6 min
adam olan Gəncəli Əli paşa da bura gəlmışdir. Onlar birləşmiş
halda Bərdəyə yola düşmüş, 3 günə gəlib çatmış, sonra isə
Qarabağdan keçib ərdəbililərin yay iqamətgahına gəlmışlər. Bu-
rada onlar öyrənmışlər ki, artıq iranlılar Ərdəbili tərk etmişlər.
Əli paşa tatar ordusunu yay iqamətgahında qoyub, türk dəstəsini
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
151
Ərdəbilə göndərmış, özü isə 700 nəfərlik dəstə ilə Gəncəyə
qayıtmışdır (320, s.193).
Nadir xan Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son
qoydu, keçmişdə Səfəvi dövlətinin tərkibinə daxil olmuş
əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeyli mübarizə
apardı və buna nail oldu (320, s.193-195).
Nadirin şah seçilməsi üçün Muğanda çağırılmış (1736 – cı
ildə) yığıncaqda Muğan və Bərdə əhalisi Səfəvi sülaləsinin
tərəfini saxlayaraq Əfşarlar soyundan olan Nadirin əleyhinə
çıxdıqları üçün ciddi cəzalandırıldılar. Nadir şah Əfşar
Qarabağın yerli sakinlərindən olan Cavanşir, Otuzikilər və
Kəbirli ellərini Xorasanın Sərəxs torpaqlarına köçürdü. O,
məliklikləri (5 məliklik var idi) Gəncə xanının itaətindən
çıxarıb, birbaşa şahlığın mərkəzinə tabe etdi (25; 133, s.30).
Abbasqulu Ağa Bakıxanov Nadir şahın yürüşləri zamanı
dəfələrlə Bərdəyə gələrək orada yerləşməsi barədə məlumat ve-
rir və qeyd edir ki, Nadir şah 1732-ci ilin mayında Azərbaycanın
şimalına doğru hərəkət edərkən Bərdədən keçmişdi. Orada
məğlub olduqdan sonra Bərdəyə qayıtmış, yenidən Dərbənd
üzərinə yürüş etmişdi (125; 208, s.149). Abbasqulu Ağa
Bakıxanov Nadir şahın Gürcüstanda apardığı döyüşdən geri
çəkilərək Bərdəyə gəlməsindən bəhs edərək yazır: «Bundan so-
nra Nadir təcili olaraq Türkiyə sərhəddindən qışlamaq üçün ən
əlverişli yer olan Bərdəyə gəldi» (208, s.149). O, Bərdədə bir
müddət qalıb hazırlaşdıqdan sonra, 1743-cü ilin yanvarında
Dərbənd üzərinə hücum etdi. Təbəristandan Dərbəndə qayıtmış
Nadir şah 5 dekabrda yenidən Bərdəyə gəldi, atlara yem
çatışmadığı üçün Bərdədən Kürün sol sahilinə keçərək Ərəşdə
düşərgə saldı (208, s.150).
Mənbələrin məlumatına görə, Nadir şah Əfşar Azərbaycan
ərazisinə dördüncü yürüşündə – Şəki üzərinə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
152
hücum zamanı, «Gələsən-görəsən» qalası uğrunda döyüşlərdə
qoşununun bir hissəsini itirdikdən sonra geri qayıdaraq Bərdədə
yerləşmişdi. O, imperiyanın mərkəzindən qüvvə və ərzaq
gəlməsini gözləyərək oradan Dərbənd istiqamətində hücum
təşkil etmişdi (25; 125; 133; 208).
Nadir şah Əfşara qədər Qarabağı Ziyadoğlu nəslindən
almağa cəhd göstərilməmişdir. Lakin 1736-cı ildə Nadir xanın
çağırdığı Muğan qurultayından sonra Ziyadoğlu Qacar
sülaləsinin həyatında siyasi baxımdan böyük dəyişikliklər baş
verdi. Yuxarıda qeyd edildiyi kimi, Muğan qurultayında iştirak
edən bəzi xanlar kimi II Uğurlu Xan Ziyadoğlu da Qırxlı Əfşar
nəslindən olan sərkərdə Nadirin şahlıq üçün namizəd
verilməsinin əleyhinə çıxaraq Səfəvilər sülaləsinin devrilməsinə
qəti etiraz etdi. Nadir şah seçildikdən sonra Ziyadoğlular
sülaləsinə ciddi zərbə vurdu. Nadir şah Ziyadoğlu nəslini
zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil-Qarabağ
düzündəki tayfaları, eləcə də Zəngəzuru onun nəzarətindən
çıxardı. Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan
sipəhsaları İbrahim xana tabe edildi (133, s. 30; 320, s.195).
Bu hadisə ilə bağlı Mirzə Adıgözəl bəy yazır: «Bunlar
Muğan qurultayında gizlin və aşkar olaraq, son dərəcə çalışdılar
ki, Səfəvilərdən başqa bir kimsə padşah olmasın …
Ziyadoğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına
görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva
görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə bərabər
Gürcüstan əmirlərinə tabe etdi. Cavanşir, Otuzikilər və
Kəbirlilərdən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib
olan fərman çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs
torpaqlarına aparsınlar. Xəmsə məliklərinə də əmir etdi ki,
Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm
vasitəsilə xas və avam camaatın boynundan kənar edin.
Özünüzü tamamilə azad sayın… Beləliklə,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
153
Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı.
Səlahiyyətləri alındığından qol-qanadları sındı və çox pərişan
oldular (133, s.30-31).
B.İ.Dorn «Qafqaz və Xəzər dənizinin cənub sahilləri üzrə
elmi səyahətə dair» hesabatında bildirir ki, Muğan (Cavad)
yığıncağında Nadirin şah seçilməsi əleyhinə çıxdıqları üçün
bərdəlilərdən intiqam almaq məqsədilə O, Bərdə şəhərini
tamamilə dağıtmaq haqqında göstəriş vermişdir (1744-cü ildə)
(5, s.520; 256, s.18). B.Dornun verdiyi məlumata görə Bərdə
şəhəri Nadir şah tərəfindən tamamilə dağıdılmışdır (256, s.435).
Y.A.Paxomov onunla razılaşmır və Bərdə şəhərinin XVIII əsr
dağıntısından sonra tədricən tənəzzülə uğradığını bildirir (329,
s.86).
Mirzə Adıgözəl bəyin məlumatına görə, Nadir şahın
sarayında qalmaqdan ehtiyat edən, Sarıcalı soyundan olan
Pənahəli bəy mühafizə olunmaq üçün Qarabağa gələrək orada
yerləşmişdi. Pənahəli tezliklə xan olandan sonra Nadir şahın
Qarabağdan məcburi köçürdüyü tayfaları geri qaytardı, çoxunu
Bərdə ərazisində yerləşdirdi (133, s.32-33).
1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra
Gəncə hakimi Hacı xan yerli feodallar tərəfindən qovuldu və
Şahverdi xan gürcü qoşunlarının köməyi ilə Gəncədəki İran
qornizonunu dağıdıb müstəqil Gəncə xanlığının əsasını qoydu
(1747-1760). 1749-1750-ci illərdə Pənahəli xan hücum edərək
Gəncə şəhərinin bir hissəsini tutsa da Şahverdi xan II İrakli və
Teymurazı köməyə çağırdığı üçün Pənahəli xan bac alaraq geri
dönməyə məcbur oldu (48, s.40).
XVIII əsrin birinci rübündən etibarən Azərbaycanda
xanlıqların yaranması ilə əlaqədar şəhərlərin daxil olduğu yeni
ərazi birliklərinin və dövlət qurumlarının inzibati quruluşunda
dəyişikliklər baş verdi. Siyasi və iqtisadi əhəmiyyətini
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
154
itirmiş Bərdə yalnız Qarabağ xanlığına daxil olan kiçik bir
şəhərə – ticarət və mədəni əlaqələr yolu üzərində yaşayış
məntəqəsinə çevrildi (329). Buna görə də Bərdə şəhərinin adı
tarix səhnəsində xeyli müddət görünmür. Bu səbəbdən
Azərbaycana gəlmiş səyyahların qeydlərində Bərdənin adına rast
gəlmirik.
Bərdə XVIII əsrin sonlarında Qarabağ xanlığının şimal
ölkələri ilə əlaqə yolunun üstündə mühüm məntəqə rolu
oynayırdı. Bərdə həmin dövrdə poçt, tranzit xidmətləri göstərən,
həmçinin sənətkarlıq və ticarət məşğuliyyəti olan şəhər idi.
Qarabağ xanlığı ərazisində mühüm daxili yolların Bərdədən
kənar keçməsi şəhərin siyasi, ictimai-iqtisadi və mədəni həyatına
mənfi təsir göstərirdi. Belə ki, Qarabağlı İbrahimxəlil xan ilə
Rus İmperatorunun səlahiyyətlisi Sisiyanov arasında imzalanmış
Kürəkçay (1805-ci il) müqaviləsinin şərtlərinə (362, 6-cı bənd;
228; 89) görə, Şuşa-Gəncə və Şuşa-Cavad yolları
genişləndirildi, hərəkət üçün əlverişli vəziyyətə salınaraq geniş
istifadə edilməyə başlandı ki, həmin yolların da heç biri
Bərdədən keçmirdi.
Bu, Azərbaycanı gələcəkdə bölüb parçalamaq üçün Rus
imperiyasının «uzaqgörən» siyasi tədbirlərindən biri idi (300).
Belə ki, Şimali Azərbaycanın ən böyük bölgələrindən biri olan
Qarabağı gələcəkdə ayrıca bölgə kimi təcrid edə bilmək üçün
onun qədim və zəngin tarixə malik olan mərkəzi şəhəri Bərdəni
zəiflətmək, məhv etmək lazım idi ki, məlum olduğu kimi, buna
da nail oldular. Həmin siyasətin davamı idi ki, sonralar Şuşa
şəhərini “gözdən salmaq” üçün Xankəndini (Stepanakert
adlandıraraq) Yuxarı Qarabağın mərkəzinə çevirdilər. Təkrar
olsa da xatırlatmaq istərdik ki, bu siyasətin əsası orta əsrlərdən
qoyulmuşdu. Bu planın həyata keçirilməsi Rusiya üçün də, İran
üçün də əlverişli idi. Bütün bunlar Rusiyanın kaloniya
siyasətindən irəli gəlirdi. Göründüyü kimi, bu gün də
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
155
həmin siyasət davam etdirilir. Süni şəkildə yaradılmış Dağlıq
Qarabağ problemi də, Rusiyanın müdafiə etdiyi Ermənistanın
(143) Azərbaycana ərazi iddiaları və işğalının mahiyyəti də,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll
etməyin çətinliyi də bununla bağlıdır.
XIX əsrin əvvəllərində Azərbaycan İranla Rusiya arasında
bölüşdürüldü. Şimali Azərbaycanın tərkibində Bərdə də
Rusiyanın tabeliyinə keçdi. Gülüstan (1813-ci il) və
Türkmənçay (1828-ci il) müqavilələrindən sonra Azərbaycanın
şimal hissəsinə öz müstəmləkəsi kimi baxan Rusiya bu bölgənin
təbii sərvətlərindən xammal kimi istifadə etməyə, sənaye
mallarına tələbatını Rusiya istehsalı vasitəsilə ödəməyə başladı.
Bu məqsədlə də Şimali Azərbaycanda, o cümlədən Bərdədə,
sənaye müəssələrinin yaradılmasına «ehtiyac qalmadı». İqtisadi
inkişafdan geri qalan Şimali Azərbaycanın digər şəhərləri kimi
Bərdə də nəinki inkişaf etmədi, şəhər olaraq mövcudluğunu
itirmək səviyyəsinə endi.
Araşdırmalar həmin dövrə dair heç bir mənbədə Bərdənin
adının şəhərlər sırasında çəkilmədiyini göstərir. Tarixi
ədəbiyyatda Bərdəyə aid məlumatlarda o, Cavanşir və Şuşa
qəzalarına daxil olan məntəqələr kimi qeyd edilir. Çox az hallar-
da isə Bərdənin indi böyük kəndərindən biri olan Lənbərənin adı
çəkilir (208; 176, s.120-122; 319).
XIX əsrin sonlarında Şimali Azərbaycanın umumi
əhalisinin 25 %-ə qədəri şəhərlərdə, qalan 75 %-i kəndlərdə
yaşayırdı. Həmin dövrin tarixinə dair məlumatlarda 200 mindən
artıq əhalisi olan bir şəhər – Bakı, 40-60 mindən artıq əhalisi
olan 3 şəhər – Gəncə, Nuxa (indiki Şəki) və Şuşa, 20-40 mindən
artıq əhalisi olan iki məntəqə – Quba, Şamaxı, 5-20 mindən artıq
əhalisi olan 12 məntəqə qeyd edilir ki, bunlardan biri də Bərdə
idi.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
156
Dostları ilə paylaş: |