Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
43
Bəzi tədqiqatlarda Albaniyanın Sasani hakimiyyətinə tam
tabe olduğu (15, s.39-44; 363, s.48), bəzilərində isə bunun
əksinə, yəni Albaniyanın Sasanilərə tabe olmadığı (295, s.30;
296, s.178), müstəqil və ya yarımvassal dövlət olduğu bildirilir.
Tarixi mənbədə Albaniyanın Sasanilərin hakimiyyəti altında
olması və Sasani mərzbanı iqamətgahının Bərdədə yerləşməsi və
ölkənin Sasani mərzbanları tərəfindən idarə edilməsi haqqında
da məlumat verilir (136, k.2, f.8, 14, 21, 23).
Mənbədə bildirilir ki, Sasanilər dövlətində hakimiyyət
uğrunda çəkişmələr başlandığı bir dövrdə Alban dövlətinin dax-
ili və xarici siyasətində yeni münasibətlər özünü göstərdi. II
Yezdəgird öldükdən (438-457) sonra onun iki oğlu – III Hörmüz
(457-459) və Firuz (459-484) bir-birinə düşmən olub hakimiyyət
uğrunda mübarizə apararkən, Albaniya çarı II Vaçe Sasanilər
əleyhinə mübarizəyə qalxdı (457-ci ildə) (136, k.1, f.21; 15;
126, s.244). M.Kalankatlı göstərir ki, «II Vaçenin mübarizəsinin
əsas səbəbi onun Sasanilərin hakimiyyəti tərəfindən məcus
(çoxallahlılıq) dininə itaət etməyə məcbur edilməsinə etiraz idi»
(136, k.1, f.21).
İlk orta əsr mənbələrinə əsaslanan K.V.Trever öz
əsərlərində II Vaçenin üsyanına münasibət bildirərək göstərir ki,
üsyanın əsas səbəbi maqların ölkədə özbaşınalıq etməsi,
vergilərin artırılması, eftalitlərə qarşı uğursuz müharibələr
aparması ilə bağlı idi (363, s.214). Tədqiqatçı, bündan əlavə,
həmin dövrün siyasi hadisələrini izah edir, lakin müəyyən
yanlışlıqlara yol verir. Müəyyən mənada Albaniyanın Sasani
dövləti ilə qonşu dövlət kimi münasibəti göstərildiyi halda, artıq,
daxili siyasətində mühüm təsiri olduğunu söyləməyə ehtiyac
qalmır. Burada söhbət
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
44
qarşılıqlı siyasi təsirdən, dini zəmində müdaxilədən gedə bilər
(363, s.214).
Maraqlıdır ki, K.V.Trever başqa bir yerdə Yegişeyə isti-
nad edərək Albaniya çarı ilə Sasani dövlətinin bağladığı sülhü
necə pozduqları barədə şərh verir və bildirir ki, «Sasani şahı tabe
olmaq üçün ikinci dəfə təkid edəndə (459-cu ildən sonra) Vaçe
xəzərlərlə danışıqlar apararaq onları Albaniyaya dəvət etdi. O,
Çora darvazalarını açdı və məskutları ölkəyə buraxdı, sonra
dağlı qəbilələrdən olan on bir çarla (rəhbərlə) birləşib Sasaniləri
məğlub etdi» (363, s. 50). Ancaq bunun başqa səbəbləri olduğu
da istisna deyildir.
M.Kalankatlı Albaniya dövlətinin müstəqilliyini
saxlamağa və möhkəmləndirməyə çalışan II Vaçenin Sasani
hakimiyyətinin tələblərinə məhəl qoymadığı haqqında yazır ki,
«dəfələrlə Sasanilərin Vaçeyə müraciəti cavabsız qaldı» (136,
k.1, f.21).
Sasanilər əleyhinə Cənubi Qafqaz xalqlarının 450-451-ci
illərdə apardığı mübarizə (bu mübarizədə II Vaçe bilavasitə
iştirak etmirdi) və II Vaçenin başçılığı ilə Albaniyada 457-463-
cü illərdə baş vermiş üsyan həmin dövrün mühüm siyasi
hadisələri idi. Cənubi Qafqaz xalqlarını, eləcə də Albaniya
əhalisini Sasanilər əleyhinə mübarizəyə qalxmağa məcbur edən
səbəb siyasi-iqtisadi və mənəvi zülm ilə əlaqədar idi (126).
Hadisələrin mahiyyətini və başvermə səbəblərini göstərən
M.Kalankatlı bildirir ki, Sasani şahı Firuz Alan qapıları
yaxınlığında haylandur tayfaları ilə danışıqlar apararaq onları
müharibəyə cəlb etdi və onların köməyi ilə uzun müddət
Albaniyanı gərgin vəziyyətdə saxladı. Albaniya böyük itkilərə
və məhrumiyyətlərə məruz qaldı.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
45
Alban dövləti müstəqilliyini itirdi. Ancaq Firuzun Vaçeyə qarşı
apardığı müharibə beş il- 463-cü ildən onun (Firuzun)
öldürülməsinədək davam etdi (136, k.1, f.21; 126).
Albaniyada Sasanilər əleyhinə gedən əvvəlki üsyanlarda,
qeyd edildiyi kimi, II Vaçe şəxsən iştirak etmirdi. M.Kalankatlı
göstərir ki, «atası kimi II Vaçe milli ənənəyə görə xristian idi,
lakin qanunpozan II Yezdəgird ona zorla məcus dinini qəbul et-
dirdi» (136, k.1, f.21; 126). Müəllifin bildirdiyinə görə, II Vaçe
özü üsyana rəhbərlik etmiş, məğlubiyyətə düçar olduqdan sonra
hakimyyətdən də getmişdir (136, k.1, f.21; 126, s.171). Firuz
şahın onoqurlarla bağladığı müqavilə əsasında Albaniyaya qarşı
apardığı müharibə II Vaçenin qələbəsi ilə nəticələndi. Lakin
Sasanilərin güclənməsi ilə əlaqədar olaraq II Vaçe
hakimiyyətdən könüllü getdi və bununla əlaqədar olaraq 463-cü
ildən etibarən Albaniya 30 il Sasani canişinləri tərəfindən idarə
olundu. M.Kalankatlı bildirir ki, «II Vaçe uzun müddət
Sasanilərə qarşı mübarizə apardı, Albaniyanın nəinki siyasi,
hətta dini müstəqilliyini də qorudu, özü ömrünün axırına yaxın
hakimiyyətdən gedərək rahib kimi həyatının sonuna qədər
yaşadı» (136, k.1, f.21).
II Vaçenin apardığı mübarizə yatırıldıqdan sonra Sasanilər
bir müddət (463-487) Albaniyanın dövlət müstəqilliyinə imkan
vermədilər. M.Kalankatlı bildirir ki, «otuz il ərzində – II
Vaçedən Mömin Vaçaqana qədər Alban ölkəsi çarsız qaldı. Bu-
nun səbəbi o idi ki, Sasanilərin …rəhmsiz şahı Firuz …
qəzəblənib özündən çıxaraq yer üzündə bütün başqa
məmləkətləri özünə tabe etmək, kilsələri dağıtmaq, xristian di-
nini ləğv etmək və bütün ondan asılı olan torpaqlarda ağılsız
bütpərəstliyi bərqərar etmək istəyirdi» (136, k.1, f.23). Siyasi
mübarizə yenidən gücləndi. Sasani dövlətində daxili çəkişmələr
və hakimiyyət uğrunda gedən mübarizənin gərginləşdiyi bir za-
manda Albaniyada
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
46
dövlət müstəqilliyi bərpa edildi. II Vaçenin qardaşı oğlu Mömin
III Vaçaqan Albaniya hökmdarı seçildi (487-510) (136, k.1,
f.23; 126, s.173).
M.Kalankatlı məlumat verir ki, «Vaçaqan çox səxavətli və
sülhsevər
insan
idi. O, quruculuqla məşğul olub öz
ölkəsinin əvvəllər kinli Firuz şahın qəsb etdiyi bütün diyarlarına
hakimiyyətinin bərpa olunmasından xəbərdar olsunlar deyə
fərmanlar göndərdi və Firuzun dövründə təqib edilmiş ölkə
əyanlarının ata-baba mülkləririni qaytardı. Bundan sonra … çar
taxtına şah nəslindən olan Vaçaqanı məsləhət gördülər. O,
böyük şücaətə malik, müdrik, düşüncəli, fiziki cəhətdən sağlam
və gümrah bir adam idi. O, Yezdəgirdin oğlu və Alban çarı Va-
çenin qardaşı idi» (136, k.1, f.24).
M.Kalankatlı məlumat verir ki, «ancaq bunların (Arşakilər
nəslindən olanların –Q.H.) sonuncusuna, Alban çarı Mömin III
Vaçaqana ilahi sərvət zühur edib və bu ilahi sərvət yalnız ona
təqdim olunmuşdu» (136, k.1, f.8).
Mənbə bildirir ki, III Vaçaqan Sasani şahı Balaşın (Valarş)
vasitəçiliyi ilə çar taxtına layiq görüldü. O, xristianlığa böyük
rəğbət bəsləyirdi. Bu məqsədlə Sasani hökmdarı Balaşın əqlinə
təsir edərək ölkədə hər kəsin öz istədiyi dini ibadətə icazəyə dair
əmr verilməsinə nail oldu (136, k.1, f.24; 126, s.174).
Alban Arşakilərinin sonuncu hökmdarı Mömin Vaçaqan
(487-510) müstəqil daxili və xarici siyasət yeridərək ölkənin
siyasi və iqtisadi qüdrətini artırmaq üçün böyük işlər görmüşdür
(136, k.1, f.25-34, k.2, f.1-9).
İlk dəfə olaraq V əsrdə Albaniyada dini qanunlar qəbul
edilmişdir. Bu, tarixi ədəbiyyatda «Albaniya çarı Vaçaqanın
elan edilən qanunları» adı ilə tanınır. Aquendə çağırılmış dini
məclisdə (488-ci il) həmin qanunların müzakirə və qəbul
edilməsini M.Kalankatlı aşağıdakı kimi
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
47
təsvir edir: «Albaniya çarı Vaçaqanın hakimiyyəti dövründə
əhali, yepiskoplar, keşişlər, əyanlar və rəiyyət arasında çoxlu
mübahisələr baş verirdi. Buna görə, çar qərara gəldi ki, Mareri
ayının on üçündə Aquendə böyük məclis çağırılsın …» (136,
k.1, f.33; 126, s.174).
III Vaçaqan Albaniyada məktəblər açdırdı (136, k.1, f.25-
33; 236, s.161; 296, s.100). (Bu barədə ətraflı mədəniyyət
bölməsində bəhs olunacaq).
Dövrün mühüm siyasi hadisələrindən biri Bərdənin Alban
xristian katolikosluğunun mərkəzinə çevrilməsi idi.
M.Kalankatlı yazır: «Çar Vaçaqanın dövründə bütpərəstlik
əleyhinə ciddi tədbirlər görüldü, xristianlıq dini xeyli
möhkəmləndirildi və genişləndi» (136, k.1, f.25-33; 296, s.118).
M.Kalankatlı bildirir ki, «Albaniya katolikosluğunun taxtı Çola
şəhərindən ölkənin paytaxtı olan Bərdə şəhərinə köçürüldü»
(552-ci ildə). Böyük Aran vilayətindən olan Abas katolikos
seçildi. O, katolikos taxtında qırx dörd il oturduqdan və
müqəddəs ömür sürdükdən sonra əbədiyyətə qovuşdu» (136,
k.2, f.1;15, s.43; 236, s.43; 296, s.127).
Albaniya katolikosu Abasın Bərdəyə gəlməsi ərəfəsində
ölkədə xristianlığın xalkedonçuluq təbliğatının güclənməsi
ruhanilər arasında böyük siyasi çaxnaşmalara səbəb olurdu.
Rəsmi kilsə – Alban katolikosluğu Bərdəyə köçürülən kimi,
genişlənməkdə olan həmin əhkamın tərəfdarlarını sıxışdıraraq
ölkədən ucqarlara qovdu. Ruhanilər arasında normal
münasibətlər bərpa edildi (136, k.2, f, 1; 296, s.116).
Albaniyanın siyasi, iqtisadi və mədəni mərkəzi olan Bərdə
şəhəri ölkədə genişlənən xristianlıq dininin də mərkəzinə çevril-
di (136, k.1, f.33).
Mənbələrin verdiyi məlumata görə, həmin tədbirlərin heç
biri Albaniyanı müdaxilələrdən xilas edə bilmədi (136, k.2, f.1;
126, s.206). M.Kalankatlı yazır ki, «bu hadisələrdən
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
48
sonra xəzərlər Albaniya ölkəsini əsarət altına aldılar…» (136,
k.2, f.5).
Albaniyanın VI əsr siyasi tarixi Sasani-Bizans-Xəzər
müharibələri, münaqişələr və digər mürəkkəb hadisələrlə
səciyyələnir.
Dövrün əsas siyasi böhranı yenə də Bizansla Sasanilər
arasında gedən müharibələr və Xəzər dənizinin şimalından tez-
tez Albaniyaya daxil olan müxtəlif tayfaların hücumları ilə bağlı
idi. Ölkənin şimalını qorumaq mümkün deyildi (136, k.1, f.10-
12). Həmçinin, iri dövlətlərin – Bizans və Sasani dövlətlərinin
apardığı müharibələrin döyüş meydanları çox vaxt imperiyaların
öz ərazilərindən kənarda, işğal etdikləri və yaxud işğal etmək
istədikləri ərazilərdə, o cümlədən Albaniya torpaqlarında olurdu.
Albaniya Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579)
hakimiyyəti dövründə həm ictimai-siyasi, həm də hərbi-inzibati
cəhətdən gərgin hadisələrlə üzləşdi (136, k.2, f.12; 126, s.249).
Ölkə hər tərəfdən olan hücumların təsiri altında idi. Buna bax-
mayaraq alban arşakilər sülaləsi ölkənin siyasi, iqtisadi və
mədəni cəhətdən inkişafı ilə bağlı mühüm işlər görə bilmişdir
(136, k.2, f.12). Həmin dövrdə hökmdar ölkənin qanunverici
şəxsi və baş hakimi idi. O, mülki və dini hakimiyyətin qanunve-
rici və məşvərətçi orqanlarına başçılıq, eləcə də ölkənin bütün
silahlı qüvvələrinə komandanlıq edirdi (15, s.138-139; 295,
s.30-41; 296, s.143). Şəhərlərin salınması, bərpası, əmin-
amanlığının təşkili də hökmdarların səlahiyyətinə aid idi (295, s.
30-41; 296, s. 62).
Albaniya dövləti alban Arsakilərinin hakimiyyəti
dövründə qədim Albaniyanın ənənələrini davam etdirirdi.
Həmin dövrdə Albaniya öz müstəqilliyini qoruyub saxlayan su-
veren dövlət idi (126, s.250; 295, s.30-41). Sasanilərlə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
49
Bizans arasında davam edən müharibə (571-591) 591-ci il
müqaviləsi ilə başa çatdı (136, k.2, f.7).
Sasanilər VI əsrdə Albaniyada yerli çar sülaləsinin
hakimiyyətini ləğv etdilər. I Xosrov Ənuşirəvanın inzibati
islahatı nəticəsində Sasanilər imperiyası dörd canişinliyə
bölündü. Cənubi Qafqaz, eləcə də Albaniya şimal canişinliyinə
– Qafqaz qrupuna daxil edildilər. Bundan sonra Albaniya bir
müddət (510-629) Sasanilərin mərzbanları (canişinləri)
tərəfindən idarə olundu (136, k.2, f.12; 126).
VII əsrin əvvəllərində (603-629) Sasani və Bizans
imperiyaları arasında müharibə yenidən başlandı. Bu
müharibəyə Albaniya da cəlb edilmişdi (136, k.2, f.12; 126).
Fasilələrlə 26 ilə qədər (602-628) davam etmiş bu müharibədə
ölkə talan edildi. Bərdəyə böyük ziyan dəydi (136, k.2, f.9, 10).
Hətta şəhərin qala divarı dağıdıldı (628-ci ildə), (136, k.2, 9, 10;
23, s.43; 126, s.129).
Albanlar Sasanilərlə Bizans arasında gedən müharibədən
istifadə xalqına divan tutdu (15, s.46-49). Onun rəhbəri Viro
Sasanilərin paytaxtına aparıldı (136, k.2, f.14; 15, s.46; 126;
218).
Sasani dövləti ərazisinə 622-ci ildə yenidən növbəti yürüş
təşkil etdi (136, k. 2, f.10). Xosrov şahla müharibəyə ciddi
hazırlaşan Bizans imperatoru ordusuna şəxsən rəhbərlik edirdi.
Araz çayına doğru irəliləyən Xosrovun üzərinə qəflətən hücum
etmək istəyən İrakli Atropatenaya daxil olub Qazaka şəhərini
tutdu, ölkəni talan edib əhalisini əsir aldı, oradan qayıdaraq qışı
İberiya və Albaniyada keçirmək istədi (623-624) (136, k.2, f.10;
15, s.45-46; 126, s.251).
M.Kalankatlı məlumat verir ki, buna görə İrakli bu
ölkələrin hakim və əyanlarına məktublar yazıb onların könüllü
olaraq onu qarşılanmalarını və bütün qış boyu onun özünə və
ordusuna xidmətlərini tələb etdi. «Əgər bu
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
50
tələblərə əməl etməsələr, onları bütpərəst hesab edəcək və
ordularına əmr edəcək ki, bu ölkələrin qalalarını alıb torpaqlarını
viran etsinlər» (136, k.2, f.10; 296, s.143). Müəllif sonra yazır
ki, «bunları eşidən Albaniyanın sahib və əyanları Böyük Bərdə
şəhərini tərk edib müxtəlif yerlərdə istehkam qurub yerləşdilər.
Amma Bərdənin xaçpərəst və bütpərəst sakinlərinin çoxu, o
cümlədən sənətkarları xəstəliyə və başqa səbəblərə görə,
şəhərdən çıxıb qaça bilmədiyindən evlərində qaldılar» (136, k.2,
f.10). İraklinin hücumları zamanı Sasani hakimiyyətindən
kömək görə bilməyən Bərdə əhalisi Bizans qoşunlarına qarşı
müqavimət göstərmək üçün hamılıqla silaha sarılmışdı. Yalnız
vuruşmaq imkanı olmayan xəstələr evlərində qalmışdılar (136,
k.2, f.10; 296, s.143).
M.Kalankatlı yazır ki, «Bərdə kilsəsinin Zəkəriyyə adlı
yumşaq xasiyyətli keşişi şəhər sakinlərinin nicatı üçün öz
həyatını belə əsirgəmirdi. Andla, ibadətlə və müxtəlif tədbirlərlə
o, xaçpərəstlərin çoxunu əsirlikdən qurtardı» (136, k.2, f.10).
M.Kalankatlı bildirir ki, «saysız-hesabsız Bizans orduları
öz düşərgələrini Kalankat kəndinin yanında, axan çayın
sahilində saldılar. Yanlarından keçdikləri kəndləri, gözəl bağ və
üzümlükləri tapdayıb xaraba qoydular. Sonra onlar yerlərini
dəyişib, düşərgələrini Tərtərçayın sahilində, Divtəkin kəndinin
yanında yerləşdirdilər» (136, k.2, f.10).
M.Kalankatlının yazdığına görə, öz qüvvəsini toplamış
Sasani qoşunu yeni qüvvələrin köməyi ilə Bizans ordusunu qo-
vub ölkədən çıxardı və onların bir çox şəhərlərini də əllərindən
aldı (136, k.2, f.10; 15, s.46; 295, s.30; 296, s.143).
II Xosrov Bizans imperatoru ilə müharibə apardığı dövrdə
Xəzər orduları Albaniyaya hücum etdi (136, k.2, f.10; 296,
s.143).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
51
M.Kalankatlı yazır: «İraklinin təhriki ilə saysız-hesabsız
Xəzər orduları ölkəmizə soxulub onu talan etməyə başladılar»
(136, k.2, f.11). Müəllif qeyd edir ki «Xəzərlərin hücumunun
qarşısını almaq üçün Xosrov şah onlara hədələr dolu məktub
göndərdi. Xəzərlər Dərbənd keçidi ilə geriyə çəkildilər. Onlar
Sasani şahı Xosrovun qətlə yetirildiyi ildə ölkəyə yenidən
hücum etdilər» (136, k.2, f.11). Xəzərlərin növbəti hücumunda
Dərbənd keçidindən birbaşa Bərdəyə qədər irəliləmək nəzərdə
tutulmuşdu. M.Kalankatlı bu barədə də məlumat verərək yazır
ki, «bu dəhşətli və qəmli xəbər Albanlar ölkəsinə çatanda böyük
paytaxt və qala olan Bərdədə ölkəmizin möhkəmləndirilməsi
haqqında qərar çıxardılar. Qərar Xosrov şahın bu ölkənin
valiliyinə təyin etdiyi Qayşaq adlı şəxs tərəfindən verilmişdi. O,
şəhərdə ətraf vilayətlərin əhalisinin çoxunu saxlayaraq, xəzərlərə
müqavimət göstərmək qərarına gəldi və ölkənin əyanları və
şəhər
əhalisi ilə ittifaq bağlayaraq öz mövqeyini
möhkəmlətməyə çalışdı. O, böyük Çola şəhərinin müdafiəçiləri
və onun həddindən artıq möhkəm divarlarını qoruyan
döyüşçüləri ilə nə ola biləcəyinə diqqət etməyə hazırlaşdı» (136,
k.2, f.11). M.Kalankatlı bildirir: «Dəhşətli qırğınlarla başlanmış
hücum xəbəri ölkənin paytaxtı Bərdəyə çatdırıldı» (136, k.2,
f.11). Bu zaman Bərdədə baş verənləri M.Kalankatlı aşağıdakı
kimi təsvir edir: «Bu xəbər Bərdə şəhərinə sahib olan və onu
idarə edən bizim ağamıza Cavanşirə – Q.H.) çatanda o,
yaxınlaşan böyük təhlükədən çıxış yolu axtarmaq üçün qorxu-
dan şəhərin İç qalasına sığınan qoşunlarla məsləhətləşmək
istədi. Amma o, danışmaq üçün ağzını açmaq istəyəndə onu elə
dəhşət bürüdü ki, dizləri bir-birinə dəyib, elə əsdi ki, bir kəlmə
belə ağzından çıxara bilmədi» (136, k.2, f.10).
M.Kalankatlı məlumat verir ki, sürətli hücumla bütün Uti
vilayətinə yayılmış xəzərlər qaçanları da haqlayıb
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
52
geri qaytardılar, bir qədər əhali və «Qayşaq və onun ailəsi
Arsaxın dağ yolları ilə qaçıb … xilas oldular. Özü isə bundan
sonra bu yerlərdə keçmiş vəzifəsini daha qaytara bilmədi» (136,
k.2, f.10).
Bundan sonra xəzərlər gürcülərin torpaqlarına doğru
yayıldılar və Tiflis şəhərini mühasirəyə aldılar. Bunu eşidən
İrakli bütün ordularını səfərbərliyə alıb öz müttəfiqi ilə birləşdi.
Tiflisi tutmaq üçün ciddi-cəhd göstərən müttəfiqlər qələbə qaza-
na bilməyərək geri çəkildilər. Onlar Sasanilər üzərinə hücuma
hazırlaşdılar (136, k.2, f.11; 15, s.46; 295, s.30; 296, s.143).
M.Kalankatlının məlumatına görə, 625-ci ildə imperator
İrakli əvvəlki imkanlarını bərpa etmək üçün yenidən müharibəyə
hazırlaşmağa başladı. İmperiya ərazisindən yeni, güclü qoşun
toplamaqla məşğul olan İrakli Sasani şahı Xosrova qalib
gəlməyin asan olmayacağını bildiyindən, xəzərlərin yanına qasid
göndərib Sasanilərlə müharibədə onlara kömək edərsə, böyük
ənamlar verəcəyini vəd etdi. Xəzər hökmdarı Sasani şahını
məğlub etməyi üstün tutduğundan təklifi şərtsiz qəbul etdi.
Xəzərlər müttəfiqi olan Bizansla birgə hərəkətin əhəmiyyətini
məqsədəuyğun hesab etdiyi üçün, Şad qısa bir müddətdə
Dərbənd keçidini keçərək, Kür çayı sahilinə gəldi, sonra Bizansa
tabe olan ərazilərlə Konstantinopola (İstanbula) getdi, İrakli ilə
razılaşdıqdan sonra geriyə qayıdıb Araz çayının sahilində
düşərgə saldı (136, k.2, f.11; 296). Mənbədə göstərilir ki, «626-
cı ildə xəzərlərin xaqanı şahlıq rütbəsinə görə Şad adlanan
qardaşı oğlunun başçılığı altında vəd etdiyi ordunu Albaniyaya
göndərdi. O, Albaniyanın bütün vilayətlərini və Atropatenanın
bir hissəsini yağmalayıb çoxlu xristian və bütpərəstləri qılıncdan
keçirdi, geri qayıdarkən özləri ilə çoxlu əsir apardı» (136, k.2,
f.11; 296, s.143).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
53
Həmin dövrün tarixi proseslərindən və M.Kalankatlının
geniş şərhlərindən məlum olur ki, Şad Albaniyanı qarət etməyə
göndərilməmişdi. Mətnin özündən aydın olur ki, xəzərlər həmin
vaxt, Bizansın təsiri altında olan ərazilərdə etdiyi hərəkətlərə
görə, Sasani şahına qarşı müqavimətdə iştirak etmişdi. Müstəqil
Albaniya və Atropatena ərazisindən keçərkən dəymiş zərərin
şişirdilməsi və onun basqın, qarət kimi qələmə verilməsi də təbi-
idir (317), çünki dəfələrlə erməni dilində üzü köçürülmüş əsərdə
xəzərlərin hərəkətlərinə müsbət məna verilməzdi.
Xosrov şahın xəzərlərə göndərdiyi məktub çox maraqlıdır:
«Get, öz çarına və bizim qardaşımıza de ki, sizin sülaləniz
mənim cədlərim və mənim tərəfimdən əsrlər boyu həmişə
hörmətlə, sevimli qardaşın sülaləsi kimi qarşılanırdı və biz oğul-
qızlarımız vasitəsilə bir-birimizlə qohum olmuşuq. İndi sənə heç
yaraşmaz ki, sən mənim azmış bizans qulumun sözlərinə məhəl
qoyasan» (136, k.2, f.11).
Xosrov şahın Xəzər padşahına «qardaş» deyə müraciət
edərək yazdığı məktubdan sonra «türkan (tarxan) öz ölkəsinə
qayıtdı». İmperator İrakli isə Sasanilərə qarşı hücumu davam
etdirdi (136, k.2, f.11; 15, s.46; 295, s.30; 296, s.143).
Sasani tax-tacı uğrunda davam edən uzunmüddətli
mübarizədən sonra Xosrov öldürüldü və hakimiyyətə II Qubad
(628-ci ildə) gətirildi (136, k.2, f.12). M.Kalankatlı yazır ki, «bu
hökmranlıq çox davam etmədi. Yeddi aydan sonra onun da
həyatı sona yetdi, padşahlıq Sasan oğullarının əllərindən alınıb
İsmayılın oğullarına verildi» (136, k.2, f.12). (Burada söhbət
ərəb qoşunları tərəfindən Sasani ərazisinə edilmiş hücumlardan
və Sasani torpaqlarının Xilafətin hakimiyyəti altına
keçməsindən gedir).
A.A.Bakıxanov «Ruzət us-səfa» əsərinə əsaslanaraq yazır
ki, «Hörmüzün vaxtında xəzərlər Dərbənddən keçərək …
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
54
Azərbaycanı qarət etdilər. «Danvil»in sözünə görə, bu 626-cı
ildə imperator İraklinin fitvası ilə baş vermişdi. «Quzidə»də və
başqa kitablarda göstərilir ki, Hörmüzün (A.Bakıxanov yazır ki,
onu Türkzadə adlandırırdılar – Q.H.) zülmündən təngə gələn
xalq hiddətlənmiş və atasından ehtiyat edərək Azərbaycana
kənarlaşdırılmış Xosrov Pərvizin adına pul zərb edilməyə
başlanmışdı. O, Bəcrəvana gələrkən onu Bərdə hökümdarı Ma-
hunbanu qarşılamış və qonaq dəvət etmişdi. Xosrov orada onun
bacısı qızı Şirinə vurulmuş, nəhayət onunla evlənmişdi» (208,
s.47).
A.A.Bakıxanov qeyd edir ki, həmin vaxtlar İran (Sasasni –
Q.H.) dövlətində artıq intizam, əsayiş pozulmuşdu. Xəzərlərin
vaxtaşırı hücumları davam edirdi (208, s.47).
Yeri gəlmişkən, Alban katolikosu V i r o (596-630) və
onun Bərdə tarixi ilə əlaqədar fəaliyyəti üzərində ətraflı dayan-
maq maraqlı olardı.
M.Kalankatlı Vironun şəxsiyyəti və siyasi fəaliyyəti
haqqında maraqlı məlumat verir (136, k.2, f.14). Viro Xosrov
tərəfindən siyasi baxışına, müstəqilliyə olan meylinə və
mübarizliyinə görə əsir alınmışdı. 25 il şah sarayında məhbus
kimi saxlanmış, II Qubad hakimiyyətə gəldikdən sonra azad
edilmişdir (136, k.2, f.14; 15, s.46; 295, s.72; 296, s.143).
Vironun şah sarayına aparılmasını və orada saxlanılmasını
müxtəlif şəkildə şərh edirlər. Əsir kimi aparılaraq şah zindanına
salınmış Vironun sağ qalmasının səbəbini Bərdə hökmdarının
qardaşı qızı Şirinin Xosrovdan xahiş etməsi ilə, digər səbəbini
isə Vironun öz şəxsi keyfiyyətləri ilə əlaqədar izah edirlər (136,
k.2, f.14; 15, s.48; 236, s.45). M.Kalankatlı bu barədə yazır:
«Bütün canilər, dustaqlar və böyük sarayın zindanlarında olan
bütün başqa adamlar, öz vətənlərinə və doğma yurdlarına
qayıtmağa ümidlərini itirənlərin hamısı, yeni şah – II Qubad
tərəfindən əfv
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
55
edilərək hədiyyələrlə yola salındı və hamı böyük sevinclə öz
vətənlərinə qayıtdı. Bunların arasında böyük Albaniya şahlığının
Viro adlı katolikosu da var idi» (136, k.2, f.14; 15, s.46, 49; 274,
s.104; 296, s.72).
M.Kalankatlının verdiyi məlumatda bildirilir ki, Viro «da-
hi və müdrik insan olub, fəlsəfənin yaxşı bilicisi idi. Böyük və
şahanə işlərdə müdrik məsləhətlər verməkdə onun dili sürətlə
yazan bir qələm kimi idi. Onun çox mülayim danışığı sadə
adamların və xalqın xoşuna gəlirdi. O, filosof kimi danışar və
çoxlu hikmətli sözlər deyərdi; mirvari saf qızıl sapına düzüldüyü
kimi, onun ağzından bir-birinin ardınca hikmətli sözlər
tökülürdü. O, fars dilində tərcümə işində xüsusilə mahir idi,
çünki Xosrovun saray zindanında Sasanilərə qarşı üsyan etmiş
Albaniyanın böyük əyyanları ilə birlikdə iyirmi beş il həbsdə
olarkən bu dili mükəmməl öyrənmişdi. Bu əyyanların çoxu
həlak oldu. Lakin Vironun bəxti gətirib şahın sarayına yol açdı
və onu şah xanımının – Şirinin iqamətgahına gətirdi. Şirinin
səyləri nəticəsində şah Vironun həyatını ona bağışladı. Lakin
şah qəti and verdi ki, nə qədər ki, özü sağdır, Viro heç vaxt
ölkəsinə qayıtmayıb sarayda həbsdə olacaq, amma katolikos
rütbəsi ondan alınmayacaq və onun mülkü müsadirə olunmaya-
caq» (136, k.2, f.14; 236, s.45; 15, s.48; 296, s.140).
Müəllif qeyd edir ki, «Viro uzunmüddətli əsirlikdən azad
olub vətəninə qayıtdı. Çox keçməmişdi ki, o, xəzərlərin
şimaldan hücum xəbərini eşitdi. Xəzərlər Tiflis şəhərini
mühasirə edib aldıqdan sonra əhaliyə güclü divan tutdular.
Şəhəri talan və qarət edib Alban ölkəsinə üz çevirdilər. Şadın
ordusu Alban ölkəsinə gəlib Sasani şahının canişini olan
Albaniyanın Sema Vişnasp adlı mərzbanına və Albaniyanın ka-
tolikosu Viroya elçilər göndərdi. Sasani mərzbanı onları qəbul
etməyib özü ilə bir çox qiymətli şeyləri
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
56
də götürüb Şahlığa qaçdı» (136, k.2, f.14; 15, s.51; 295, s.30-
41; 296, s.143).
M.Kalankatlı məlumat verir ki, «Albaniyanın patriarxı Vi-
ro isə ölkənin boynuna ağır boyunduruğun geyindirilməsini başa
düşüb narahat oldu. O, Sasani şahına inanmır, ondan qorxurdu,
çünki elə bu ittihamla üsyankarlıqda təqsirləndirilib uzun illər
boyu sürgünə məruz qalmışdı» (136, k.2, f.14). Buna görə də,
Viro Sasani hökmdarının yanına göndərdiyi qasidin cavab
gətirməsini gözləyirdi. Həmin vaxt xəzər qoşunları sürətlə
hücum edərək ölkənin hər yerini bürüdülər. Katolikos Viro
ölkənin bütün adlı-sanlı adamlarını, çar nəslindən olan bütün
zadəganları, vilayət valilərini, kəndxudaları, keşişləri və
məmurları Craberd qalasına çağırıb onlarla məsləhətləşdi.
Razılığa gəldilər ki, böyük pay və ənamlarla Şadın qərərgahına
getsinlər və onların şərtləri ilə razılaşsınlar (136, k.2, f.14; 15,
s.46; 295, s.30; 296, s.143).
M.Kalankatuklu yazır: «Onlar yerlərindən tərpənib yola
düşdülər. Dağlararası düzləri keçib Uti vilayətinin gözəl, hamar
və bərəkətli düzənliklərinə enəndə, orada Şadın o qədər əsgərləri
var idi ki, onlar doğma yerləri tanıya bilmədilər. Onlar
şahzadəni vilayətin şimal tərəfində, böyük Bərdə şəhərinin, gur
suların yanında salınmış düşərgəsində tapdılar. Şadın yanına ça-
tanda onlar gördülər ki, o öz əyan və sərkərdələri arasındadır…
Şad katolikosu hörmətlə qarşıladı…» (136, k.2, f.14).
M.Kalankatlı Vironun xəzər tarxanı tərəfindən yaxşı
qarşılandığını xüsusi qeyd edir: «Şad Vironun ağıllı məsləhətinə
qulaq asaraq bütün yerlərə xəbər göndərdi ki, vahiməyə düşmüş,
qorxub qaçmış bütün insanlar qayıdıb öz yerlərinə gəlsinlər,
yaşayıb dinc əməklə məşğul olsunlar. Bunun əvəzində Viro söz
verdi ki, indiyə qədər Sasanilərə etdiyimiz xidməti indi də sizə
edərik. Viro ağıllı məsləhətlərlə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
57
xəzərlərin aldıqları əsirləri də xilas etdi» (136, k.2, f.14).
VII əsrin ortalarında ölkədə baş vermiş qarətçi hücumların
təkrar olunduğu bir dövrdə dəhşətli aclıq və epidemiya əhalini
taqətdən saldı. 630-cu ilin yazında, M.Kalankatlı qeyd etdiyi
kimi, «üç sərkərdə – aclıq, qılınc və onların köməkçisi ölüm
Albaniyanı yaxaladılar» (136, k.1, f.15; 15, s.53). Katolikos Vi-
ro da 630-cu ildəki epidemiyadan öldü (15, s.54; 126, s.257).
Beləliklə, tədqiqat göstərir ki, Bərdə şəhəri erkən orta
əsrlərdə ölkənin paytaxtı kimi mühüm siyasi hadisələrin
mərkəzində dayanmışdır.
Albaniya həmin tarixi dövrdə Sasanilərin, bizanslıların və
d. ağır döyüşləri və talançı, qarətçi hücumlarının meydanı
olmuş, bununla belə, öz siyasi müstəqilliyini qoruyub saxlaya
bilmişdir (295, s.33; 296, s.163-164). Müəyyən dövrlərdə
dövlətçilik təhlükə altına düşsə də, mübarizə heç vaxt
səngiməmiş, xalqın içərisindən çıxmış şəxsiyyətlər (II Vaçe, III
Vaçaqan və Viro) xalqın iradəsinə və mənəvi birliyinə arxalana-
raq, siyasi müstəqilliyi qoruyub saxlamağa çalışmış və buna
əsasən nail olmuşlar.
Dostları ilə paylaş: |