Qasim haciyev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix03.02.2017
ölçüsü1,62 Mb.
#7295
1   ...   4   5   6   7   8   9   10   11   12

Bərdəinin adı  çəkilir.  İbn  ən-Nadim onu görkəmli alim, fiqhə 
(hüquqa) dair «əl-Müxtəsər» kitabının müəllifi  Əbülhəsən Ab-
dulla ibn Həsən Kərxinin (874-916) müəllimi kimi təqdim edir 
(127, s.17). Əbu Səid  əl-Bərdəi haqqında türk alimi Əhməd 
Taşköprüzadə (1495-1559) «Təbaqət  əl-füqəha» («Fəqihlərin 
təbəqələri») kitabında bildirir ki, «Əbu Səid Əhməd ibn Hüseyn 
Bərdəi Əbu Əmr Dəqqaqdan və Musa ibn Nəsrdən təhsil almış 
böyük fəqihlərdən və Bağdadda yaşamış qabaqcıl 
şeyxlərimizdən biridir. Əbülhəsən Kərxi, Əbu Tahir Dəbbas və 
Əbu  Əmr Bəsri  onun yanında fiqhi öyrənmişlər» (127, s.18). 
Əbu Səid  Əhməd ibn Hüseyn Bərdəi Bağdadın məşhur 
ilahiyyatçılarından olmuşdur. O, hənəfiliyin və mütəzililiyin 
görkəmli nümayəndəsi, ilahiyyatçı hüquqşünas alim idi. Əbu 
Səid əl-Bərdəi Bərdədə anadan olmuş, ilk təhsilni burada almış, 
həccə getmək məqsədilə  səfərə  çıxmış, bir daha vətənə 
qayıtmamışdır. Alim həccə gedərkən Bağdada gəlmiş, burada  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
174
din xadimlərinin yığıncağında iştirak etmişdir. Əbu Səid zahiri-
liyin banisi Davud ibn Əli ilə tanış olmuş  və onunla xüsusi 
görüşlər keçirmişdir. O, bir müddət Bağdadda qalmış, mötəzili 
təliminin  əsaslarını  tədris etmişdir.  Əbu Səid  əl-Bərdəi 
Bağdaddan Məkkəyə gedərkən həccə gedənlərlə birlikdə 
qərnatilər tərəfindən öldürülmüşdür (90, s.108; 195, s.119; 327, 
s. 91). 
Xətib Bağdadi nəql edir ki, «Əbu Səid Bərdəi həcc edərək 
Bağdada daxil oldu. O, Zahirin dostu Davud ibn Əlinin yanına 
düşdü… Əbu Səid illərlə Bağdadda qalıb dərs dedi. Sonra həccə 
getdi… Həccacla birlikdə 317 (m.t.929)-ci ildə  qərnatilər 
döyüşündə öldürüldü» (127, s.18). 
Yuxarıda adları  çəkilənlərdən başqa, bir çox Bərdəli 
alimlərin  şəxsiyyəti, yaradıcılığı  və elmi fəaliyyəti  haqqında 
bizə gəlib çatmış məlumatları ardıcıllıqla təqdim etməklə yanaşı, 
onların yaşayıb yaratdıqları dövrün ictimai mühiti, mədəniyyət 
və elm dünyası haqqında ətraflı məlumat vermək yerinə düşərdi. 
Öncə bir məsələni də qeyd etmək lazımdır ki, mənbələrdə 
göstərildiyi kimi, islam dininin əhatə etdiyi şəhərlərdən ərəb di-
lini bilən, elmə, mədəniyyətə və incəsənətə marağı olan şəxslər 
Şərqin mədəniyyət mərkəzlərinə gedir, təhsil və biliklərini 
artırır, bəziləri geri- öz vətənlərinə qayıdır, bir çoxu isə ya təhsil 
aldığı  şəhərdə qalır, ya da başqa müsəlman ölkələrinə gedib 
fəaliyyət göstərirdilər. Mənbələrdə Yaxın  Şərqin və Orta 
Asiyanın iri mədəniyyət mərkəzlərində – Bağdadda, Qahirədə, 
Dəməşqdə, Nişapurda,  Şaşda (Daşkənddə) və b. fəaliyyət 
göstərmiş bir çox bərdəlinin adı  çəkilir. Burada qeyd edilir ki, 
tanınmış bir çox Bərdəli alimlər və mütəfəkkirlər var idi ki, on-
lar hüquqa, fəlsəfəyə  və digər elmlərə dair qiymətli  əsərlər 
yaratmışdılar (127; 128; 129; 174; 347). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
175
Bu bir tarixi faktdır ki, islamın yayıldığı Yaxın və Orta 
Şərq ölkələrində alimlərin yetişməsində Azərbaycan 
mütəfəkkirlərinin də xidməti olmuşdur. Məsələn, (913-cü ildə) 
Əbü-l-Qasim Bətrani  Misirdə    Məhəmməd ibn Zeyd 
Bərdəinin mühazirələrini dinləmişdir (127, s.18). 
Ərəb müəllifi Yaqut əl-Həməvi bildirir ki, «…Bərdə 
şəhərindən olan və imam alimlərdən ideya alan alimlər var idi» 
(40, s.87; 129, s.75). Onlardan Məkki ibn Əhməd Bərdəi 
(…965) mühəndis, səyyah və hədisçi idi. O, Dəməşq şəhərində 
Əhməd ibn Umeyrdən, Trablisdə Abdulla ibn Həsəndən, 
Bağdadda  Əbü-l-Qasim Bəğəvidən təhsil almışdır. Alim 941-
942-ci ildə Nişapura, 961-ci ildə isə Mavərənnəhrə getmiş, 
Səmərqənddə hədisçilər dərnəyini yaratmışdı. O, 965-ci ildə Şaş 
(Daşkənd)  şəhərində  vəfat etmişdir (90, s.109; 127, s.18; 174, 
s.139; 347, s.120). Mənbələrdə bildirilir ki, Məkki ibn Əhməd 
Bərdəi təkcə Xorasanda insanı heyrətə salacaq qədər kitab 
yazmışdı (127, s.18). 
Əbu Bəkr Məhəmməd ibn Yəhya Hilali əl–Bərdəi 
xaricilər təriqətinin görkəmli nümayəndələrindən biri idi. O, 
əsas təhsilini Bağdadda almış, şair və alim kimi tanınmışdı. So-
nralar o, Səmərqəndə gəlmiş və burada hədis söyləməklə şöhrət 
qazanmışdı. O, ənənəvi dini fənlərlə yanaşı filologiya ilə məşğul 
olmuşdur. Onunla şəxsən görüşmüş  ən-Nədim onun 
dünyagörüşü,  əsərlərinin adı barədə  məlumat vermişdir.  Əbu 
Bəkr Məhəmməd əl-Bərdəi təqiblərə məruz qalmış, əsərləri giz-
lədilmişdir. Bu səbəbdən onun əsərləri itmişdir. Onun 961-ci 
ildə vəfat etdiyi bildirilir (90, s. 109; 127, s. 20-21; 347, s. 120). 
Səid ibn Əmr  Əbu Osman əl-Əzdi  əl-Bərdəi  Dəməşqdə  və 
Xilafətin başqa mərkəzlərində tanınmış hədis bilicisi idi. O, bir 
çox müsəlman mədəni mərkəzlərində olmuş, görkəmli 
ilahiyyatçılardan təhsil almışdır. Alim Dəməşq  şəhərində islam 
hüquqşünası  Əbu Zuranın hədislərinə qulaq asmış  və onun 
ardıcıllarından  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
176
biri olmuşdur. Səid  əl-Bərdəi Misirə – müəlliminin yanına 
getmiş, onun üzünü köçürdüyü əsərlərini ona oxumuş və təbliği 
üçün icazə almışdır.  Ərəb müəllifi nəql edir ki, Səid  əl-Bərdəi 
bir gün qapısını bağlayıb evdən bayıra çıxmır və bildirir ki, 
«adamlar hədisləri təhrif etdiyi üçün mən bir də  hədis 
söyləməyəcəyəm». Lakin şagirdlərindən birinin (Məhəmməd 
ibn Vərək  ər-Razinin) səyi nəticəsində o, inadından  əl çəkir, 
hədislər söyləməyə başlayır (347, s.117). Səid  əl-Bərdəi yalnız 
hədis söyləməmiş, onların təhrif edilməsinə qarşı mübarizə 
aparmışdır. Onun həyat və  fəaliyyəti barədə  əldə kifayət qədər 
məlumat yoxdur. Mənbələr onun 883-cü ildə vəfat etdiyini bildi-
rir  (90, s.106-107; 174, s. 91; 347, s.117-118). Əhməd ibn 
Ömər  Əbül–Həsən  əl–Bərdəi  Bağdadın mütəzili təriqətinə 
mənsub olan mötəbər alimlərindən olmuşdur. O, mütəzililərdən 
Əbu Mücaəllad ibn əl-Hüseyndən təhsil almışdır.  Əhməd ibn 
Ömər  Əbül–Həsən  əl-Bərdəi haqqında mənbələrdə bildirilir ki, 
o, yüksək təhsil görmüş, görkəmli alim olmuşdur. Alim 
dövrünün məşhur mütəzililərindən  Əbu  Əli Məhəmməd ibn 
Əbdü-l-Vəhab Cübai, Hişam ibn Ömər Füvəti,  Əbbal ibn 
Süleyman və başqaları ilə dostluq etmişdir. Bağdadın bir çox 
görkəmli alimləri ondan dərs almışdılar. Onlardan şəfiit fəqihi 
Əbu Abbas Əhməd ibn Ömər ibn Sürayc, malikilərin başçısı 
Əbu Həsən Abdullah ibn Müta əl-Fədl, mütəkəllim fəqih Teyyib 
Məhəmməd ibn İbrahim Xalid əl-Bağdadini göstərə bilərik. 
Onun IX əsrin ikinci yarısınadək yaşadığı güman edilir (90, 
s.107; 174, s.91; 347, s.118). 
Bağdadda yaşamış Əbu Bəkr Əhməd ibn Harun Bərdici 
əl–Bərdəi haqqında mənbələrdə maraqlı məlumat verilir. Harun 
Bərzəi və ya Bərdəi Bərdə  şəhəri yaxınlığında olan Bərdicdən 
Bağdada getmiş və orada yaşamışdır. Əbu Səid əl-Eşəc, Harun 
ibn İshaq, Rəbi ibn Süleyman, eləcə də Şam, Harameyn, Əcəm, 
Misir, İrak və Cəzirədəki alimlərdən  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
177
təhsil almış, elm öyrənmiş  və  fəaliyyət göstərmişdir.  Əbu  Əli 
ibn Savvaf, Əbu Bəkr əş-Şəfii, Əbül Qasim ət-Təbərani, Əli ibn 
Lülü əl-Vərraq və bir çoxları ondan rəvayət öyrənmişdir. Əhməd 
ibn Harun Bərdəi hədisdən bəhs edən bir sıra kitabların 
müəllifidir. Onun yazdığı  «Əl-Əsma  əl-mufrədə» kitabı 
müsəlman ideoloqları üçün ən qiymətli kitablardan biri hesab 
edilir. Həmin kitabın əlyazması Qüdsdə (Yerusəlimdə Xalidiyyə 
kitabxanasında) saxlanılır. Hədis elmində sika, mömin və hafis 
kimi dəyərləndirilən Bərdicinin daha iki əsəri günümüzə  gəlib 
çatmışdır. Onlardan biri «Tabakat-ül əsma il-müfrədə», ikincisi 
«Cüz fi mən rəva anin-nəbiyyi…minəş-sahabe fil-kəbair» dir. 
Əhməd ibn Harun Bərdəi təxminən yetmiş yaşlarında Bağdadda 
vəfat etmişdir (127, s. 18). 
Əbu Bəkr  Əbdüləziz ibn Həsən Bərdəi  Dəməşqdə 
Məhəmməd ibn Abbasdan, Misirdə  Əbu Yaqub İshaq ibn 
İbrahim  Bağdadidən, Mosulda Əhməd ibn Mərdən, Nişapurda 
Məhəmməd ibn İshaqdan təhsil almışdır. O, Məhəmməd ibn 
İshaqın vəfatından sonra, 930-cu ildə Rabata və oradan Nisa 
şəhərinə köçmüş, 935-ci ildə Nisada vəfat etmişdir (127, s. 18). 
Məhəmməd ibn Zeyd ibn Yədəhdəvayh əl–Heysəm əl–
Bərdəi ilk təhsilini Bərdədə almış, sonra Misirə gedərək uzun 
müddət orada yaşamışdır. O, ədəbiyyat, dil və poeziya sahəsində 
böyük  şöhrət qazanmışdı. Onun ləyaqət və qabiliyyətinə 
hörmətlə yanaşmış  Əbu  Əbd ül-Kadi öz vəqf mülkünün bir 
hissəsini istifadə üçün ona vermişdir. Əbül Qasim Təbərani 912-
ci ilin aprelində onun mühazirələrini dinlədiyini bildirir. Təəssüf 
ki, onun nə əsərləri, nə də əsərlərinin adları bizə məlum deyildir 
(90, s.110; 179, s. 21). 
Şərq ölkələrini bürümüş  rəsmi dini ideologiya ilə bidət 
arasındakı ideya mübarizəsi Bərdədə də öz təsirini göstərmişdi. 
Həmin dövrdə ortodoksal islama qarşı sufilik,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
178
mütəzililik cərəyanı tərəfdarları olan bidətçilər ideya mübarizəsi 
aparırdılar (127, s.18).  Orta  əsr  mənbələrində  hədisçi,  fəqih 
Məhəmməd ibn Xalid Bərdəi (…?-938) haqqında «nüfuzlu, 
nüfuz sahibi», «inanılmış», «doğruçu, sədaqətli» kimi ifadələr 
işlədilir (127, s.18). Orta əsr mənbələrində IX-X əsrlərdə 
yaşamış sufilərin sırasında  Səid ibn Qasim Bərdəinin və Əbu 
Əli Hüseyn ibn Süfvan ibn İshaq ibn İbrahim Bərdəinin 
adları çəkilir (127, s.28). Əbu Əli  Hüseyn ibn Süfvan Bərdəi X 
əsrin birinci yarısında Bağdadda görkəmli hədis 
təbliğatçılarından biri idi. O, dövrünün «yüksək biliyə malik 
həqiqi  ədib və tarixçisi» Əbu Bəkr ibn Əbu Dünyidən təhsil 
almışdı. Sonra o, müəlliminin  əsərlərinin tədrisi və  təbliği ilə 
məşğul olmuşdur.  Əbu  Əli Hüseyn ibn Süfvan Bərdəi 952-ci 
ildə vəfat etmişdir (90, s. 108; 347, s. 120). Əli  ibn Əbdüləziz 
Bərdəi (…? – 997) Şərq ölkələrinin məşhur sufilərindən idi. 
Mənbələrin göstərdiyinə görə,  Əbülhəsən  Əli ibn Əbdü-l-Əziz 
Bərdəi Bağdadda  Əbu Hatəm Razinin, Nəsr ibn Mənsur 
Ərdəbilinin yanında təhsil almışdır. O, Bağdadın böyük 
tacirlərindən olmuşdur. Tacir, alim 997-ci ilin yanvar ayında 
vəfat etmişdir (90, s.109; 129, s.78). 
Beləliklə, orta əsrlərdə  Şərq ölkələrinin çox hissəsini 
bürümüş müsəlman dünyasında məşhur olan elm adamlarının, 
ədiblərin sırasında Bərdəli alimlərin olması  Bərdə tarixinin 
çiçəklənmə dövrünü səciyyələndirir. Maddi və  mənəvi 
mədəniyyətin vəhdəti Bərdənin mədəni həyatınının  ən parlaq 
tərəqqi dövrünü xarakterizə etməyə imkan verir. 
Xilafətdə hakimiyyətə sahib olmaq uğrunda gərgin 
mübarizə gedərkən Bərdədə  də  İslamın təəssübkeş ideoloqları 
ilə mütəzililər arasında kəskin mübarizə gedirdi. Mütəzililər ila-
hi qüvvələri inkar edirdilər. Onların yaradıcılığında təbii-elmi 
fikirlər, o cümlədən ruh, substansiya, cisim, atom haqqında 
maraqlı mülahizələr irəli  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
179
sürülmüşdür (127, s.25). Mütəzililərlə ortodoksal sünnilik 
arasında gedən kəskin mübarizə  hətta açıq vuruşmalara səbəb 
olurdu. Ərəb tarixçisi və coğrafiyaşünası əl-Yaqubi (…?-897) o 
dövrdə  Bərdədə islamın təəssübkeş ideyaları ilə mütəzililər 
arasında baş vermiş münaqişənin nəticəsini təsvir edərək yazır: 
«Bərdədə mütəzililərlə  təəssübkeş müsəlmanlar arasında dava 
düşdü. Onlar bir-birini az qala qırıb qurtarana qədər vuruşdular» 
(127, s.25; 129, s.77). 
Bərdə  şəhəri və onun ətraflarında mənəvi-ideoloci 
mübarizələrin mahiyyətinən asılı oaraq mənəvi fikir cərəyanları 
da formalaşırdı. Bu cərəyanlar  ətrafında birləşən tərəfdarların 
içərisində o dövrün ziyalıları, tanınmış şəxsləri də var idi. 
Mütəzililiyin Azərbaycanda ən böyük nümayəndələrindən 
biri bərdəli  Əbu Bəkr Məhəmməd ibn Abdullah ibn 
Əbülhəsən Bərdəi olmuşdur (127, s.23). Məhəmməd ibn Ab-
dullah Bərdə  şəhərində anadan olmuş, bir müddət Bağdadda 
yaşamışdır. Onun haqqında isə yeganə ilk mənbənin öz müasiri 
ən-Nədimin (936-995) «Əl-Fihrist» («Göstərici») kitabından 
ibarət olduğu göstərilir. Mütəfəkkirlə şəxsən tanış olmuş müəllif 
onun  əqidəsinə  və  əsərlərinə dair yığcam  şəkildə  dəyərli 
məlumat vermişdir: «Əbu Bəkr Bərdəini (adı  Məhəmməd ibn 
Abdullahdır) 951-952-ci ildə gördüm. Mənimlə etdiyi söhbətdən 
mütəzili məzhəbinə aid mənsubiyyəti aydınlaşdı. O, xarici olub, 
onların (xaricilərin) fəqihlərindən biri idi. Alim təxminən 961-ci 
ildə  vəfat etmişdir» (127; 129). Ən-Nədim  Əbu Bəkr 
Məhəmməd Bərdəinin aşağıdakı  əsərlərinin adını  çəkmişdir: 
«Kitab  əl-murşid fil-fiqh» («Fiqhə dair rəhbər kitab»), «Kitab 
ər-rədd  ələ  əl-muxtalifin fil-fiqh» («Fiqhə dair müxalifətçilərə 
cavab kitabı»), «Kitab təzkirət  əl qərib fil-fiqh» («Fiqhə dair 
qəribin xatiratı kitabı»),  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
180
«Kitab  ət-təbəssür lil-mütəllimin» («Öyrənənlər üçün düşüncə 
kitabı») «Kitab əl-ehticac  ələ  əl-müxəlifin» («Müxalifətçilərə 
qarşı etiraz kitabı»), «Kitab əl-cami fi üsul əl-fiqh» («Fiqhin 
əsaslarına dair məcəllə kitabı»), «Kitab əd-dua» («Dua kitabı»), 
«Kitab əl-izkar vət-təhkim» («Xatırlama və təhkimetmə kitabı»), 
«Kitab  əs-sünnə  və-l-cəmaə» («Sünnə  və camaat haqqında ki-
tab»), «Kitab əl imamə» («İmamət haqqında kitab»), «Kitab ibn 
ər-Rəvəndi fil-imamə» («İmamətə dair ibn Rəvəndinin kitabı 
əleyhinə kitab»), «Kitab təhrim  əl-muskir» («Spirtli içkini 
qadağan etmək haqqında kitab»), «Kitab ər-rədd ələ ma qalə bil-
mutə» («Mutəni təsdiq edən müddəanın rəddi barəsində kitab»), 
«Kitab ən-nakisin» («Qaydanı pozanlar haqqında kitab») «Kitab 
əl-iman vən–nüzur» («İman və vəd haqqında kitab») (129, s.76). 
Aydın olur ki, Əbu Bəkr Məhəmməd Bərdəi zəngin yaradıcılıq 
yolu keçmişdir. Öz dövrünə görə, yuxarıda göstərildiyi kimi, 
mütərəqqi sayılan xaricilərin hüquq normaları, onların  əsas 
tələbləri mütəfəkkirin kitablarında geniş  şərh edilmişdir (127, 
s.21). Bu əsərlərin heç biri hələlik  əldə olmadığı üçün, onların 
daşıdığı  məzmun və orada irəli sürülmüş  məsələlər barəsində 
danışmaq çətindir. Bununla belə, xaricilərin ideya istiqamətinə 
nəzərən ehtimal etmək olar ki, «Kitab əs-sünnə  vəl-cəmaə», 
«Kitab  əl-imamə», «Kitab nəqz Kitab İbn  ər-Rəvəndi fil-
imamə», «Kitab ər-rədd  əla ma qalə bil-mutə» və s. əsərlərdə 
mütərəqqi cəhətlər, demokratik fikirlər öz əksini tapmaya 
bilməzdi (127, s.21). Çünki, bütün müsəlman ölkələrində, o 
cümlədən Azərbaycanda mütəzililik cərəyanı geniş yayılmışdı. 
Əbu Bəkr Məhəmməd ibn Abdullah ibn Əbülhəsən Bərdəi 
haqqında deyilir: Əbülhəsən ibn Ömər ibn Abdullah Bərdəi 
nəcib və görkəmli alim idi. O, məşhur mütəzililərdən  Əbu  Əli 
Məhəmməd Cübban, Hişam ibn Ömər Füvati, Əhməd ibn 
Süleyman və başqalarının dostu idi. «Təbəqət  əl-mütəzilə» 
kitabında Əbu Əli Məhəmməd  
 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
181
Cübban haqqında bir çox məlumatlar  Əbülhəsən Bərdəinin 
dilindən nəql olunur. Eyni zamanda göstərilir ki, fəqih, 
mütəkəllim Əbu Teyyib Məhəmməd ibn İbrahim Xalidi Bağdadi 
kəlam elmini Əbülhəsən Bərdəidən öyrənmişdir (127, s. 23). 
Xətib Bağdadi (1002-1071), ən-Nədim Əsgilani (1372-1449) də 
Əbülhəsən ibn Ömər ibn Abdullah Bərdəini mütəzililiyin 
görkəmli nümayəndəsi kimi qeyd etmişlər (127, s.23). 
Əl-Əsrin məlumatlarında adı  çəkilən  İbn  əl …– 
Bərdəinin «Tətimmət əl-müxtəsər fi əxbar əl-bəşər» («İnsanları 
tamamlayan qısa xəbərlər») əsəri orta əsrlərdə Şərq ölkələrində 
geniş yayılmışdı. Nəcəf  şəhərində son dövrlərdə  nəşr edilmiş 
həmin  əsər XI-XII əsrlərdə baş vermiş ictimai hadisələrindən 
bəhs edir (217, s.191-192; 263). 
Orta  əsrlərdə ideya cərəyanlarından olan sufilik XIII 
əsrdən sonra şairlər tərəfindən inkişaf etdirilmişdir. Bu şair 
sufilərdən biri də    Şeyx  İbrahim ibn Şihabəddin Gülşəni 
Bərdəi idi (127, s. 168). Təəssüf ki, onun əsərlərinin adları bizə 
məlum deyildir. 
Mühiddin Məhəmməd  əl-Bərdəi (…?-1521) filosof, 
ilahiyyatçı və hüquqşünas idi. Mütəfəkkiri «görkəmli alim» ad-
landıran  İbn  İmdad Hənbəli (…?-1678) onun ziyalı ailəsindən 
çıxdığını, ilk təhsilini atasından aldığını yazır. Məhəmməd 
Bərdəi Bərdə  şəhərindən  Şiraz və Herat şəhərlərinə getmiş, 
müxtəlif elmləri dərindən öyrəndikdən sonra Bursa şəhərinin 
Əhməd paşa mədrəsəsində müəllimlik etmişdir (128, s.50). O, 
məntiq, fəlsəfə  və Quranın təfsirinə dair əsərlərin müəllifidir. 
Əsirəddin  Əbhərinin (…?-1265) «İsağuci» («Kateqoriyalara 
giriş»), Siracəddin Urməvinin «Nurların doğuşları», Əzüdəddin 
İcinin (…?-1355) «Ədəb  əl-bəhs» («Mübahisə etmək 
qaydaları»), Nəsirəddin Tusinin «Təcrid  əl-kəlam» («Kəlamın 
təcridi») kitablarının  şərhlərinə onun haşiyələri vardır (128, 
s.50).  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
182
Müəllifin məntiqə aid olan «Kateqoriyalara giriş» kitabının 
haşiyəsinin  əlyazma nüsxələri Sankt-Peterburqda, Tehranda və 
dünyanın başqa yerlərində saxlanılır (128, s.50). Qahirənin 
Hədiviyyə kitabxanasındakı nüsxəni xəttat İsmayıl ibn Əli hicri 
tarixi ilə 641-ci ildə köçürüb qurtarmışdır. Məhəmməd 
Bərdəinin bu traktatına orta əsrlərdə  «İzahat» («ət-Təliqat») 
yazılmışdır. Onun əlyazma nüsxələrindən biri Sankt-Peterburq 
Şərqşünaslıq İnstitutundadır (128, s.51). 
Bərdəli alimlər də Azərbaycanın bir sıra alimləri kimi, 
ərəb filologiyasının inkişaf etdirilməsində xüsusi rol oynamışlar. 
Onlar  ərəb dilinin qrammatikasına aid əsərlər yazmışlar (129; 
214; 324). Sədullah  əl–Bərdəi XIV əsrin sonu-XV əsrin 
əvvəllərində yaşamış, filologiyaya dair bir sıra əsərlər yazmışdır. 
Alim «Hədəiq  əd-dəqə fi şərh risalət  əllamət  əl-həqəiq» («İncə 
mətləblər bağı, incə biliklərin həqiqi traktatlarının  şərhləri»), 
«Haşiyə  «əl-ət-təsrif  əl-İzz» («Ət-Təsrif  İzzi»  əsərinə haşiyəli 
şərh») adlı qiymətli  əsərlər yaratmışdır. Bunlardan əlavə o 
Kəpəz dağına aid poema həsr etmişdir ki, həmin poemanın 
əlyazması Azərbaycan MEA Əlyazmaları İnstitutunda saxlanılır 
(90, s.111; 179, s.25-26). Sədullah  əl-Bərdəinin Respublika 
Əlyazmalar  İnstitutunda saxlanılan «Hədəiq  əd-dəqə»  əsərinin 
bir hissəsi N.Ağayeva tərəfindən tədqiq edilmişdir (179, s.25-
26). 
Mənbələrdə  bərdəli alimlərdən başqa Bərdədən çıxmış 
siyasi və ictimai xadimlərin də adları  çəkilir. Onların bir çox-
unun zəmanəsinin ictimai, siyasi həyatında fəal rol oynadığı 
qeyd edilir. Şirvanşah Məzyədilər sülaləsindən olan Yəzid ibn 
Əhmədin (991-1027) dövründə  Şirvanşahlar dövlətinin idarə 
edilməsində iştirak etmiş Abbas Bərdəinin və onun oğlanlarının 
adı çəkilir və bildirilir ki, Yəzid ibn Əhməd  998-ci ildə bütün 
dövlət işlərini Abbas Bərdəinin oğulları Əbdü-l-Əzizə və Əbdü-
l-Səmədə tapşırmış,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
183
dövlət işlərinin idarə edilməsində 
həmişə onlarla 
məsləhətləşmişdir (90, s.111; 169, s. 66; 309, s.52). 
Qazi Məhiyəddin Bərdəi (XIV əsr) dövlət xadimi olmuş, 
dövrünün siyasi işlərində fəal iştirak etmişdir (161; 178, s.149). 
XIV  əsrin ortalarında monqol əsarətinə qarşı mübarizədə 
məharətli natiq Qazi Məhiyəddin Bərdəi mühüm rol oynamışdır. 
Məlik  Əşrəfin zülmündən  əhalinin ölkəni tərk etdiyi vaxt Qazi 
Məhiyəddin Qızıl Ordanın paytaxtı Saray şəhərinə gəlmiş, orada 
vaizlik edərək məşhurlaşmışdı. Onun moizələrinin birində Qızıl 
Orda hakimi Canıbəy də  iştirak etmişdi. Qazi Məhiyəddin 
Bərdəinin Məlik  Əşrəfin zülmlərinə  aid olan moizəsini eşidən 
məclis əhli ilə birlikdə Canıbəy də ağlamışdı. Qazi Məhiyəddin 
Bərdəinin çağırışını  eşitmiş Canıbəy böyük qüvvə ilə 
Azərbaycana gəlmiş  və  Məlik  Əşrəfi hakimiyyətdən salmışdı. 
Qazi Məhiyəddin də onunla Azərbaycana qayıdıb burada 
yaşamışdır (33, s.99; 90, s.111; 341). Təəssüf ki, onun sonrakı 
həyatı  və  fəaliyyəti haqqında  əldə  məlumat yoxdur. Bərdənin 
uzun müddət ölkənin siyasi həyatından kənarda qaldığı 
dövrlərdə    mədəni həyat tədricən zəifləmişdir. XVI əsrdə 
Bərdənin təmiz, yaraşıqlı bir şəhər olduğu qeyd edilir (231, 
s.128). Lakin onun mədəni mühiti haqqında heç bir məlumat 
verilmir. 
Arxeoloji materiallar, yazılı  mənbə  məlumatları, tədqiqat 
əsərləri və etnoqrafik müşahidələr  əsasında aparılan tədqiqat 
belə bir nəticəyə  gəlməyə ikan verir ki, Bərdə  şəhəri maddivə 
mənəvi mədəniyyət baxımından tarixi ənənəsini davam 
etdirmişdir. 
Beləliklə, siyasi, sosial-iqtisadi və  mədəni inkişaf 
baxımından qədim ənənəyə malik olan Bərdənin yenidən inkişaf 
etməsi üçün təbii stimul olduğundan zaman-zaman tənəzzül 
dövrləri keçirsə də şəhər həyatı heç vaxt tamamilə sönməmişdir. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
184
NƏTİCƏ 
 
 
Bərdə  şəhərinin tarixi üzrə  qədim yazılı qaynaqların, ar-
xeoloji materialların, tədqiqat  əsərlərinin  əsasında apardığımız 
elmi araşdırmalar aşağıdakı nəticələrə gəlməyə imkan verir: 
Bərdə Azərbaycanın zəngin tarixi keçmişə malik olan ən 
qədim 
şəhərlərindəndir. Azərbaycanın qədim 
şəhər 
mədəniyyətini özündə  əks etdirən və eyni zamanda ölkəmizin 
siyasi həyatında xüsusi yeri ilə  fərqlənən, habelə xalqımıza 
böyük və şərəfli maddi və mənəvi şəhər mədəniyyəti bəxş edən 
Bərdənin şəhər kimi yeri və rolu daima görünməkdədir. 
Bərdə ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində 
əldə edilmiş çoxsaylı maddi mədəniyyət nümunələrinin tarixi-
arxeoloji tədqiqi həmin ərazidə ən qədim şəhər yaşayış izlərinin 
olduğunu göstərir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, 
Qafqaz Albaniyasının Uti nahiyəsinin mərkəzində, Kür və Tərtər 
çayları arasında ilk insan yaşayışı daş dövründən başlanmış, 
tunc və  dəmir dövründə inkişaf etmiş, burada təsərrüfatın 
inkişafı, sənət və ticarətin meydana çıxması nəticəsində e.ə.V-IV 
əsrlərdə şəhər – Bərdə yaranmışdır. 
Arxeoloji qazıntılar zamanı  Bərdənin antik dövrdə  şəhər 
tipli yaşayış  məskəni  əlamətlərini göstərən çoxlu miqdarda 
maddi nümunələr aşkar edilmişdir. Həmin arxeoloji 
materialların, yazılı  mənbələrin tədqiqi, tədqiqat  əsərlərinin 
tənqidi  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
185
təhlilindən alınan nəticələrlə  şəhərin qədim dövrünün tarixini 
öyrənmək, onun antik dövrdə mövcud olduğunu sübut etmək, 
ərazinin təbii-coğrafi xüsusiyyətini, həmçinin qədim  şəhərin 
quruluşunu, adının etimologiyasını  tədqiq etmək mümkün 
olmuşdur. Bərdə şəhəri Şərq şəhərləri tipinə uyğun əlamətləri ilə 
bərabər, özünəməxsus plan quruluşuna malik olmuşdur.  Şəhər 
Tərtər çayının sol sahilində, çaya yaxın,  ətraf yerlərə nisbətən 
hündür bir ərazidə salınmışdır. Onun kənarları möhrə, çiy kərpic 
və çay daşlarından hörülmüş enli divarla dövrələnmiş, su 
doldurulmuş  xəndəklə  əhatə edilmişdir. Arxeoloji qazıntılar 
zamanı həmin müdafiə istehkamlarının qalıqları, həmçinin qala 
qapılarının izləri aşkar edilmişdir. 
Bərdə strateji cəhətdən əlverişli, iqtisadi baxımdan inkişaf 
etmiş şəhər kimi erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi  
və mədəni mərkəzinə – paytaxtına çevrilmişdir. Bərdə şəhərinin 
siyasi tarixini əks etdirən yazılı  mənbə  məlumatları,  əsasən 
şəhərin paytaxta çevrilməsindən  sonrakı dövrə aid olduğuna 
görə, həmin tarix V əsrdən öyrənilir. Bərdə  şəhərinin siyasi 
həyatı V-VII əsrlərdə bütövlükdə Albaniya dövlətində baş 
vermiş siyasi hadisələrlə  sıx bağlı olmuşdur. Başqa sözlə, 
şəhərin siyasi tarixi Albaniyanın siyasi tarixinin mərkəzində 
dayanmışdır. Belə ki, Bərdə Albaniya dövlətinin 
möhkəmlənməsi uğrunda gedən mübarizənin, xarici 
müdaxiləçilərə qarşı savaşların, habelə daxili çəkişmələrin 
mərkəzinə çevrilmişdir. 
Həmin dövrdə Albaniya qədim dövlətçilik ənənələrinə ma-
lik olan, bu ənənələr üzərində möhkəmnlənən və öz 
müstəqilliyini qorumaq uğrunda gərgin mübarizə aparan 
dövlətlərdən biri idi. Bərdə Albaniyanın paytaxt şəhəri kimi ic-
timai həyatın bir sıra amillərini – hərbi-strateji, inzibati amilləri, 
sənətkarlıq və ticarəti, din və mədəniyyəti özündə cəmləşdirərək 
hərbi gücə, siyasi nüfuza, iqtisadi və mədəni  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
186
əlaqələrə malik şəhər olmuşdur. Albaniya dövləti nəhəng 
imperiyaların arasında yerləşdiyinə, onların müdaxilələrinə 
məruz qalmasına baxmayaraq öz suverenliyini əsrlər boyu qo-
ruyub saxlaya bilmişdir. Albaniya xüsüsilə VII əsrdə qüdrətli 
dövlət olmuşdur. Albaniya dövlətinin böyük hökmdarı 
Cavanşirin ağıllı dövlət başçısı olması və çevik siyasət yeritməsi 
sayəsində Sasani imperiyası, Bizans imperiyası, Xəzər 
xaqanlığı, eləcə də Ərəb xilafəti onunla hesablaşırdı. 
İlk orta əsrlərdə Azərbaycan tarixində xüsusi yeri olan Al-
ban hökmdarları II Vaçe, III Vaçaqan, Varaz-Qriqor, Cavanşir, 
Varaz-Trdat,  ictimai xadimlər Viro, Nerses Bakir, şair Dəvdək 
Bərdədə yaşamış və fəaliyyət göstərmişlər. 
Tədqiqat göstərir ki, Bərdə antik və ilk orta əsrlərdə iqti-
sadi, ictimai, siyasi və  mədəni cəhətdən intensiv inkişaf dövrü 
keçirmişdir. Arxeoloji qazıntılar vasitəsilə müəyyənləşdirilən 
antik  şəhər eramızın  əvvəllərinə  qədər indi Şortəpə adlanan 
yerdə (indiki Bərdə ilə  Şortəpənin arası 5-6 km-dir) olmuşdur. 
Orada eramızın II əsrindən etibarən yaşayış zəifləmiş, şəhər in-
diki Bərdənin yerləşdiyi sahədə yenidən salınmışdır. Həmin 
yerdə son antik və erkən orta əsrlərdə tikilmiş şəhər yeni forma 
və quruluşa malik olmuşdur. İnkişaf etmiş orta əsrlərdə şəhərin 
ərazisi təqribən 40 hektarı tutmuşdur. 
Bərdənin siyasi və iqtisadi inkişafı  əhalisinin ictimai 
həyatında da müsbət rol oynamışdır. Bərdə  şəhəri ilk orta 
əsrlərdə ölkədə baş vermiş ictimai-siyasi və ideoloci 
mübarizənin mərkəzi olmuşdur. Manniçilik, məzdəizm hərəkatı 
Bərdədə əks-səda tapmış, yaqubilik hərəkatının ocağı isə əsasən 
Bərdədə yaranmışdır. 
V-VII  əsrlərdə, həyatın başqa sahələrində olduğu kimi, 
maddi və  mənəvi mədəniyyət baxımından da Bərdə  şəhərində 
güclü tarixi ənənə yaranmışdır. Bərdədə çoxlu elm, təhsil 
ocaqları yaradılmış,  şəhər ölkənin mühüm mədəniyyət 
mərkəzinə çevrilmişdir. Bərdədə elmə, təhsilə böyük maraq 
olmuş,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
187
alban əlifbası ilə tarixi və bədii əsərlər, o cümlədən Azərbaycan 
tarixinin günümüzə  qədər gəlib çatan yeganə yazılı  mənbəyi 
olan M.Kalankatlının «Albaniya tarixi» məhz həmin dövrdə 
Bərdədə alban dilində yazılmışdır. Eyni zamanda müxtəlif  
dillərdə yazılmış xeyli sayda qədim dünyavi və dini əsərlər al-
ban dilinə tərcümə edilmişdir. 
VIII  əsrin  əvvəllərindən etibarən, Albaniya dövlətinin 
həyatında olduğu kimi, Bərdənin də siyasi həyatında ciddi 
dəyişikliklər baş vermişdir. Belə ki, VII əsrin II yarısından 
başlamış və aramsız davam edən ərəb hücumları ölkənin siyasi 
həyatının dəyişməsinə mühüm təsir göstərmişdir. Ərəblər ölkədə 
islam dininin yeni, mütərəqqi ideyalarının təsiri altında xalqı 
birləşdirməyə çalışmışlar. 654-ci ildə Xilafətin Şimal vilayətləri 
üzrə canişinin iqamətgahı  Bərdəyə köçürülmüş  və  Bərdə 
Xilafətin Qafqazdakı canişinliyinin mərkəzinə çevrilmişdir. 705-
ci ildə isə  Bərdədə çağırılmış qurultayda Albaniyanın dövlət 
müstəqilliyinə son qoyulmuş,  ərazisi Xilafətin tərkibinə 
qatılmışdır. Bərdə, ərazicə, o dövrdə «Arran» adlandırılan inzi-
bati-ərazi bölgüsünə daxil edilmiş, bölgənin mərkəzi şəhəri kimi 
fəaliyyət göstərmişdir. 
Bərdə VIII əsrdə Xilafətin  şimaldakı  mərkəzinə 
çevrildikdən sonra sürətlə inkişaf etmişdir. Beynəlxalq ticarət 
yollarının üstündə yerləşməsi Bərdəni Avropanın və Asiyanın 
bir çox şəhərləri ilə  əlaqələndirmiş, bu da şəhərin tərəqqisində 
böyük rol oynamışdır. Bərdə  şəhəri həmin dövrdə Qafqazdan 
keçən ticarət yollarının üstündə yerləşən mühüm məntəqə  və 
eyni zamanda Cənubi Qafqazın ticarət yollarının kəsişdiyi 
mərkəz olmuşdur. Mənbələrdə bu, Bərdə-Bab ül-Əbvab, Bərdə-
Ərdəbil, Bərdə-Dvin, Bərdə-Tiflis ticarət yolları kimi qeyd edi-
lir. 
VIII əsrdən X əsrin ikinci yarısınadək Bərdə şəhəri yalnız 
Arranın deyil, eyni zamanda Qafqazın, habelə Yaxın və Orta 
Şərqin sənət və ticarət mərkəzlərindən biri, ölkənin siyasi,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
188
ictimai və mədəniyyət mərkəzi kimi tanınmışdır. Həmin dövrdə 
şəhər böyümüş, ərazisi  30 kv.km, əhalisi 100 000 nəfərdən çox 
olmuşdur.  Şəhərin antik və ilk orta əsrlərdə möhrə  və çiy 
kərpiclə tikilmiş müdafiə istehkamını artıq bişmiş  kərpiclə 
tikilmiş əzəmətli qala divarı əvəz etmişdir. 
Bərdə IX əsr-X əsrin birinci yarısında çiçəklənmə dövrünü 
yaşamış, tərəqqiyə malik olmuş, Yaxın və Orta Şərqin 
möhtəşəm  şəhərlərindən biri kimi məşhurlaşmışdır. Orta əsr 
mənbələrində Bərdə «Arranın anası» adlandırılmışdır. 
Orta  əsrlərdə  Bərdədə doğulmuş, öz fəaliyyətləri,  əsərləri 
ilə Yaxın və Orta Şərq ölkələrində tanınmış «Bərdəi» təxəllüslü 
böyük alimlər nəsli olmuşdur. Onlar Bərdədə  və müsəlman 
dünyasının böyük elm mərkəzlərində dini və dünyavi təhsil 
almış, Azərbaycanda, həmçinin müsəlman dünyasının bir çox 
ölkələrində fəaliyyət göstərmişlər. Onların arasında riyaziyyatçı, 
mühəndis, təbib, tarixçi, filosof, hüquqşünas, şair, hədisçi, natiq, 
münəccim və siyasi xadimlər olmuşdur.  Əbu Səid  Əhməd ibn 
Hüseyn Bərdəi, Məhəmməd ibn Zeyd Bərdəi, Məkki ibn Əhməd 
Bərdəi, Əbu Bəkr Məhəmməd ibn Yəhya Hilali əl-Bərdəi, Səid 
ibn Əmr Əbu Osman əl-Əzdi əl-Bərdəi, Əhməd ibn Ömər Əbu-
l-Həsən  əl-Bərdəi,  Əbu Bəkr  Əhməd ibn Harun Bərdici  əl-
Bərdəi, Əbu Bəkr Əbdü-l-Əziz  ibn Həsən Bərdəi, Məhəmməd 
ibn Xalid Bərdəi, Səid ibn Qasim Bərdəi,  Əbu  Əli Hüseyn ibn 
Süfvan ibn İshaq ibn İbrahim Bərdəi,  Əli ibn Əbdü-l-Əziz 
Bərdəi,  Əbu Bəkr Məhəmməd ibn Abdullah Bərdəi,  Şeyx 
İbrahim ibn Şihabəddin Gülşəni Bərdəi, Mühyiddin Məhəmməd 
əl-Bərdəi, Məhəmməd ibn Zeyd ibn Yədəhdəvayh əl-Heysəm əl-
Bərdəi, Sədullah  əl-Bərdəi, Qazi Məhiyəddin Bərdəi alimlərin 
daha məşhurları olmuşlar. 
Bərdə X əsrin 40-cı illərində (Salarilərin hakimiyyəti 
dövrü), rusların hücumu nəticəsində dağıdılmış, tənəzzülə  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
189
uğradılmışdır. X əsrin ikinci yarısından etibarən Bərdə tamamilə 
siyasi qüdrətini itirmişdir. Şəddadi hökmdarları Bərdə şəhərinin 
dirçəldilməsinə maraq göstərməmiş, Gəncə, Beyləqan, Təbriz, 
Naxçıvan və digər  şəhərlər inkişaf etmiş, Bərdənin bərpası isə 
diqqətdən kənarda qalmışdır. X əsrin ikinci yarısı – XI əsrdə 
xarabalıqlar içərisində qalmış  şəhər kənd təsərrüfatının və iqti-
sadi  əlaqələrin, zəif olsa da, hesabına həyatını davam 
etdirmişdir. 
Bərdə XII əsrin birinci rübündən etibarən Azərbaycan 
Atabəyləri dövlətinin tərkibində olmuş, iqamətgahı  Bərdədə 
yerləşən  Şəmsəddin Eldəgiz (1147-1157) həmin dövrdə  şəhəri 
yenidən bərpa etdirmişdir. 
Bərdədə arxeoloji abidələrlə yanaşı, dövrümüzə  qədər öz 
quruluşunu qismən və bəzilərində isə tam saxlamış yerüstü tarix 
və  mədəniyyət abidələri də mövcuddur ki, bunların da 
əksəriyyəti  şəhərin son orta əsrlər dövrünə aid memarlıq 
üslublarını özündə əks etdirən maddi mədəniyyət nümunələridir 
(«Bərdə türbəsi», «Axsidan baba türbəsi» və körpülər). 
XIII  əsrin  əvvəllərində monqolların hücumları  şəhərlərin 
iqtisadi həyatının kəskin  şəkildə  tənəzzülə  uğraması ilə 
nəticələnmişdir. Azərbaycanın bir sıra  şəhərləri kimi Bərdə  də 
monqollar tərəfindən dağıdılmışdır. Monqolların talanları 
zamanı  Bərdənin iqtisadi həyatında yenidən tənəzzül dövrü 
başlanmışdır. Azərbaycanı bürüyən böhran – əmtəə 
mübadilələrinin azalması, qapalı natural təsərrüfata qayıdış, 
gümüş böhranı, aramsız müharibələr, ticarət şəhərlərinin feodal-
lar tərəfindən  ələ keçirilməsi Bərdə  şəhərinə  də ciddi təsir 
göstərmişdir. 
Bərdə XIII əsrdə    mərkəzi Təbriz olan Hülakular 
(Elxanilər) dövlətinin tərkibinə qatılmışdır. Elxanilərin iri 
feodalların hakimiyyətini ləğv edərək bütün şəhərləri vahid siya-
si hakimiyyət altında birləşdirmələri və yeni inkişafın 
bünövrəsini  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
190
yaratmaları  şəhərlərin, o cümlədən Bərdənin, inkişaf etməsinə 
səbəb olmuşdur. XIV əsrin  əvvəllərində  Bərdədə  sənətkarlıq, 
ticarət və  mədəniyyət inkişaf etmişdir. Həmin dövrdə  Bərdədə 
hülakülərin pulları kəsilmişdir. 
Bir-birini  əvəz edən daxili müharibələr və yadellilərin 
hücumları Qarabağ ərazisindən yan keçməmiş, Bərdə də həmin 
hərbi-siyasi hadisələrin təsirinə  məruz qalmışdır.  Əmir Teymu-
run Azərbaycana gəlişi və Teymurilər dövrü Bərdə tarixində də 
öz izini qoymuşdur. XIV əsrdə Naxçıvanı, Karsı, Tiflisi, Şəkini 
fəth etmiş Teymur Bərdənin də yerləşdiyi Qarabağ bölgəsini də 
tutmuşdur. Teymurilər tərəfindən zəbt edilmiş  Bərdə mübarizə 
zamanı dağıdılmışdır. Çox keçmədən digər  ərazilərlə yanaşı,  
Bərdə də azad edilmişdir. 
XV  əsrin  əvvəllərində  Bərdə Qaraqoyunlu dövlətinin 
tərkibinə qatılmışdır. Qaraqoyunlu və  Ağqoyunlular dövründə, 
əsasən  XIV əsrin ikinci yarısı-XV  əsrin başlanğıcına nisbətən 
XV  əsrin ortalarında Azərbaycanın bir çox şəhərləri kimi 
Bərdənin də inkişafı yüksək səviyyədə olmuşdur. 
Qaraqoyunlu dövlətinin süqutu və  Ağqoyunlu dövlətinin 
yaranması ilə  əlaqədar Bərdə XV əsrin ikinci yarısında 
Ağqoyunlu dövlətinin tərkibində olmuşdur. Bu zaman şəhərin 
iqtisadi  həyatında müəyyən qədər dirçəliş baş vermişdir. Həmin 
dövrdə  Ağqoyunlu padşahlarının adına pullar da Bərdədə 
kəsilmişdir. 
I  Şah  İsmayılın başçılığı altında mərkəzi Təbriz  şəhəri 
olan Azərbaycan Səfəvilər dövləti yaranan zaman Bərdə qəsəbə 
tipli sənətkarlıq mərkəzi olmuşdur. 
XVI  əsrin ortalarında (1551-ci ildə,  şah I Təhmasibin 
dövründə)  şəhər  əhalisinin fövqəladə    xərci (ixracat) hesabına 
Bərdədə hamam və karvansaralar tikilmiş, yaxşı bağ salınmışdır. 
Bu və digər abadlıq tədbirləri nəticəsində  Bərdə  qəsəbədən  əsl 
şəhərə çevrilmişdir. 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
191
XVI  əsrin sonlarında Qarabağ, o cümlədən Bərdə, 
Osmanlıların hakimiyyəti altına keçmişdir. Belə ki, Osmanlılar 
1578-ci ildə Azərbaycanın Xəzər dənizi sahillərinə qədər uzanan 
şimal vilayətlərini  zəbt etmiş, bir çox şəhərlərlə birlikdə 
Bərdəni də tutmuşdur. Gəncə-Qarabağ  əyaləti 36 nahiyəyə 
bölünən 7 sancaqdan ibarət olmuşdur. Bərdə sancağı  Bərdə 
şəhərini, Bərdə, Sir, Bayat və İncərud nahiyəsini əhatə etmişdir. 
Osmanlılar Gəncə-Qarabağ  əyalətinin  ərazi-inzibati 
bölgüsündə xüsusi dəyişikliklər aparmağa meylli olmamış  və 
tam əksinə, özlərindən əvvəl, Səfəvilər dövründə mövcud olmuş 
bölgünü saxlamışlar. Bərdə nahiyəsi də Osmanlıların Qafqazda 
ələ keçirdikləri torpaqlarda yaratdıqları  ən böyük ərazi-inzibati 
vahidi olan əyalətin tərkibində olmuşdur. Buna baxmayaraq 
Bərdənin  əyalətin illik gəlirinin formalaşmasında xüsusi rolu 
olmamışdır. Həmin dövrdə Azərbaycanın qədim  şəhərlərinin 
çoxu, o cümlədən Bərdə, tənəzzül dövrünü keçirmişdir. 
XVII əsrin sonlarında xarici siyasi vəziyyət və daxildə baş 
verən siyasi hadisələr, Azərbaycanın bütün şəhərlərində olduğu 
kimi, Bərdənin də iqtisadiyyatını zəiflətmişdir. 
XVIII  əsrin  əvvəllərində Azərbaycan Səfəvi dövləti, Ru-
siya imperiyası  və Osmanlı dövləti arasında müharibələr 
meydanına çevrilmişdi. Bu zaman Qarabağa (Gəncə-Qarabağ 
əyalətinə) aramsız basqınlar başlanmış, Bərdədən Qazağa qədər 
olan düzənlik yerlərdəki yaşayış  məskənləri talanmış, xeyli in-
san həlak olmuş və əsir aparılmışdır. Bərdə nahiyəsinə hücumlar 
zamanı  əhali qırıldığına və  əsir aparıldığına görə, xeyli kənd 
uzun illər boş qalmışdır. 
Azərbaycanda xanlıqların yaranması ilə  əlaqədar 
şəhərlərin daxil olduğu yeni ərazi birliklərinin və dövlət 
qurumlarının inzibati quruluşunda da dəyişikliklər baş 
vermişdir. Bərdə XVIII əsrin sonlarında Qarabağ xanlığının 
şimal  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
192
ölkələri ilə  əlaqə yolunun üstündə mühüm məntəqə rolu 
oynamış, həmçinin sənətkarlıq və ticarət məskəni, poçt, tranzit 
xidmətləri göstərən kiçik şəhər olmuşdur. Buna görə  də  həmin 
dövrün mənbələrində Bərdənin adına təsadüf olunmur. 
Bərdə  şəhəri XVIII əsrin sonu-XIX əsrin  əvvəllərindən 
etibarən yenidən inkişaf etməyə başlamış, yeni və  ən yeni 
tarixdə öz varlığını göstərmiş, həyatını özünün qədim bünövrəsi 
üzərində davam etdirmişdir. 
XIX əsrin əvvəllərində Azərbaycan İranla Rusiya arasında 
bölüşdürülən zaman Şimali Azərbaycanın tərkibində  Bərdə  də 
Rusiyanın tabeliyinə keçmişdir. Azərbaycanın şimal hissəsinə öz 
müstəmləkəsi kimi baxan Rusiya, onun təbii sərvətlərindən 
xammal kimi istifadə etməklə, sənaye mallarına tələbatını Ru-
siya istehsalı vasitəsilə ödəməklə yerli istehsala imkan 
verməmişdir. Azərbaycanın iqtisadi inkişafdan geri qalan digər 
şəhərləri kimi Bərdə  də  nəinki zəifləmiş, hətta  şəhər kimi 
mövcudluğunu itirmək səviyyəsinə enmişdir. 
Beləliklə, antik və orta əsr yazılı  mənbə  məlumatlarının, 
arxeoloji qazıntı materiallarının tədqiqi göstərir ki, Bərdə şəhəri 
eradan  əvvəl yaranmış, inkişaf edərək erkən orta əsrlərdə 
Albaniyanın paytaxtına çevrilmiş, orta əsrlərdə Azərbaycanın, 
həmçinin Yaxın və Orta Şərqin məşhur  şəhərlərindən biri 
olmuşdur. 25000 ildən artıq tarixə malik olan Bərdə  şəhəri 
müxtəlif dövrlərdə  tənəzzülə  uğramışsa da günümüzə  qədər öz 
həyatını davam etdirmiş, bu gün də yaşayır və inkişaf edir. 
 
 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
193
 MƏNBƏ VƏ ƏDƏBİYYAT 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin