Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 159,23 Kb.
səhifə12/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   23
2. 103 saylı qərar

Çən qurğuları
6.14. Mayeləşdirilmiş qazları saxlamaq üçün istifadə olunan çən qurğuları yeraltı, yaxud yerüstü çənlərdən ibarət ola bilərlər.

Yerin atında quraşdırmaq üçün nəzərdə tutulan çənləri yerin üstündə quraşdırmaq olmaz. Qurğudakı çənlərin həndəsi həcminin maksimal cəmi, ayrı-ayrı çənlərin maksimal tutumu və mayeləşdirilmiş qaz çənləri qurğuları ilə binalar, tikintilər və müxtəlif kommunikasiyalar arasındakı təhlükəsiz məsafə Dövləttikintikomun təsdiq etdiyi müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) (17—20-ci əlavə) tələblərinə uyğun olmalıdır. Çənlərdən ağaclara qədər məsafə 5 metrdən az olmamalıdır.

6.15. Yeraltı və yerüstü çənlər yanmayan materiallardan düzəldilmiş özül üzərində qoyulmalıdır.

Yeraltı çənlər, mövsüm zamanı torpağı donan rayonlarda yerin səthindən (çənin üst səthinədək) 0,6 metr dərinliyə, donmayan rayonlarda isə 0,2 metr dərinliyə basdırılmalıdır.

Yeraltı çənlər müvafiq dövlət standartına uyğun olaraq korroziyadan mühafizə olunmalıdırlar. Yerüstü çənlər açıq rənglə rənglənməlidir. Çən qurğularının yanmayan materiallardan hasarı və xəbərdaredici yazıları olmalıdır. Hasarın içərisində yanğından mühafizə inventarı: qumla dolu yeşik və bel olmalıdır.

6.16. Çənlərin üzərindən elektrik hava xətti, telefon və radiotranslyasiya xətləri keçməməlidir.

6.17. Çən qurğularının bağlayıcı armaturu, çənlərdə mayenin səviyyəsini göstərən səviyyə göstəriciləri, qazın təzyiqini tənzimləyən tənzimləyicilər, qoruyucu klapanlar (bağlayıcı və buraxıcı), qaz tənzimləyicilərinə qədər manometri və ondan sonra isə nəzarət üçün maye manometrini birləşdirmək üçün kranlı ştutseri olmalıdır. Adları çəkilən cihazlar maye faza üzrə əlaqələndirilən çənlər dəstəsində yerləşdirilə bilər.

Əgər təzyiq tənzimləyicisinin konstruksiyası tənzimləyicidən sonra qazın təzyiqinin artmasına imkan vermirsə, tənzimləyicidən sonra qoruyucu klapanın qoyulması vacib deyil.

Çən qurğularının armaturu ventilyasiya üçün deşiyi olan qıfıllı metal örtüklə bağlanmalıdır.

6.18. Çən qurğularının yeraltı qaz kəmərlərinin açıcı qurğuları dərinliyi 1 metrdən artıq olmayan quyularda, yaxud yerin üstündəki mühafizə örtüyündə qoyula bilər. Çən qurğusuna bir bina qoşulduqda qaz kəmərində açıcı qurğunun qoyulması vacib deyil.

Yeraltı çən qurğularının hər dəstə tutumlarında, maye fazasını birləşdirən boru kəmərlərinin üzərində yerin səthindən ən azı 1 metr hündürlüyə çıxarılan nəzarət boruları olmalıdır. Bu borulara atmosfer yağıntılarının düşməsinin qarşısı alınmalıdır.

6.19. Çən qurğularının elektrokimyəvi mühafizəsini layihələşdirdikdə, statik elektrikdən mühafizənin təmin edilməsi nəzərə alınmalıdır. Avtosisternləri və birləşdirici şlanqları torpaqlama qurğusu avtosisterninin dayanacağında yerləşdirilməlidir.

6.20. Çən qurğuları buxarlaşdırıcı ilə bir kompleksdə istismar edilə bilər. İstehsal gücü 200 kq/saatdan artıq olmayan buxarlayıcılar həm birbaşa çənlərin üzərində, həm də çən qurğusunun hasarı ərazisində, çəndən 1 metrdən az olmayan məsafədə yerləşdirilə bilərlər. 200 kq/saatdan artıq olanlar isə Dövləttikintikom tərəfindən təsdiq edilmiş TN və Q-nın (əlavə 20, 21) tələblərinə uyğun olaraq balon dəstəsi qurğuları kimi, həm çənlərdən, həm də binalardan və müxtəlif qurğulardan təhlükəsiz məsafədə yerləşdirilməlidirlər.

6.21. Hər bir buxarlaşdırıcıda istilik daşıyıcısının donmasının, maye fazasının buxarlaşdırıcıdan çıxmasının, tənzimləyicilərdə təzyiqin icazə verilən səviyyədən yuxarı qalxması imkanının qarşısını alan nəzarət-ölçü, tənzimləyici və qoruyucu avadanlıq olmalıdır.

6.22. Mayeləşdirilmiş qazların buxarlaşdırıcılarında istilik daşıyıcısı kimi isti su, buxar, elektrik qızdırıcısı, qızdırılmış yağlar, təsirsiz qazlar, qazla qızdırma və adları çəkilənlərə uyğun olan başqa istilik daşıyıcıları tətbiq edilə bilər.

Elektrik qızdırıcısı kimi qızdırıcı cihazlardan istifadə edildikdə, onlar partlayışdan mühafizə olunmuş qaydada hazırlanmalıdır.

6.23. Elektrik qızdırıcısı olan buxarlaşdırıcılardan istifadə edildikdə elektrik qurğularının quraşdırılması qaydaları tələblərinə uyğun olaraq, çən qurğusunun hasarı ərazisində elektrik kabellərini çəkmək olar. Elektrik avadanlığı qoruyucu qurğuların qaz buraxdığı yerdən ən azı 5 metrə qədər məsafədə olmalıdır.

6.24. Buxarlaşdırıcı qurğunun armaturu mexaniki zədələnmədən və atmosfer çöküntülərinin təsirindən qorunmalıdır.




Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin