Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Yeni çəkilmiş qaz kəmərlərinin istismar olunan qaz kəmərlərinə qoşulması və qazın buraxılması



Yüklə 159,23 Kb.
səhifə14/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
2. 103 saylı qərar

Yeni çəkilmiş qaz kəmərlərinin istismar olunan qaz kəmərlərinə qoşulması və qazın buraxılması
7.9. Yeni çəkilmiş qaz kəmərlərinin istismar olunan qaz kəmərinə birləşdirilməsi (qaz altında qoşulması) onların istismara qəbul edilməsi barədə akt və qanunvericiliklə müəyyən edilmiş şərtlər əsasında, müəssisənin qaz təsərrüfatının baş mühəndisinin təsdiq etdiyi təlimatlar üzrə aparılır.18

7.10. Yeni tikilən paylayıcı qaz kəmərlərinin, QPM-ə, sənaye və kommunal müəssisələrinə, ictimai və yaşayış binalarına, başqa obyektlərə ayrılan qolların (girişlərin), həmçinin bina daxilindəki qaz şəbəkələrinin istismar olunan qaz kəmərlərinə qoşulması, bir qayda olaraq, bu qaz kəmərlərinə, yaxud obyektlərə qaz verildikdə aparılmalıdır. Yeni tikilən paylayıcı qaz kəmərlərini QPM-i və qolları (girişləri) istismar olunan qaz kəmərlərinə qoşulmazdan əvvəl hər birləşdirilən qaz kəmərinin qurtaracağında tıxac qoyulmalıdır. Əgər birləşdirilən qaz kəmərinin qurtaracağında açıcı qurğu varsa, tıxac ondan sonra qoyulmalıdır. Bundan başqa, binaya daxil olan girişlər istismar olunan qaz kəmərlərinə qoşulmazdan əvvəl daxili qaz kəmərlərindən açılmalıdır.

7.11. Qaz təsərrüfatı müəssisəsinin istismar etdiyi işləyən qaz kəmərinə yeni qaz kəmərlərinin birləşdirilməsi (qoşulması) üzrə işlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq, ancaq həmin müəssisələrin ixtisaslaşdırılmış idarələri, yaxud briqadaları tərəfindən aparılmalıdır.19

7.12. Sənaye, kənd təsərrüfatı və kommunal müəssisələri qaz təsərrüfatını istismara buraxdıqda belə müəssisənin qaz şəbəkəsinin şəhər paylayıcı qaz kəmərlərinə birləşdirilməsi (qoşulması) və müəssisənin şəbəkəsinə qazın verilməsi, müəssisənin sifarişçi üzrə qaz təsərrüfatının müvafiq təşkilatı tərəfindən həyata keçirilir.

Əgər müəssisə magistral qaz kəmərindən qaz alırsa, onun şəbəkəsi magistral qaz kəmərinə, qaz təsərrüfatının qəbul edilməsi barədə qəbul aktı və müvafiq qaydada alınmış xüsusi icazə olduğu halda qoşula bilər. Magistral qaz kəmərinə qoşma işləri magistral qaz kəmərinin istismarı idarəsinin verdiyi tapşırıq üzrə aparılmalıdır.20

7.13. Polietilen ayırmalarının, bilavasitə qaz kəmərinin polietilen borularına qoşulması kontakt qaynağı ilə həyata keçirilir.

7.14. Polad ayırmaların qoşulması, bir qayda olaraq, polietilen borulara quraşdırılmış polad əlavələri birləşdirilməklə həyata keçirilir.

Polad əlavələr olmadıqda, ayırmalar təzyiqi 3 kqq/sm2 (0,3 MPa)-ya qədər olan istismar olunan polietilen boru kəmərinə polietilen qollar vasitəsilə qoşulur.

7.15. Qazın təzyiqi aşağı salınmadan, istismar olunan qaz kəmərlərinə qoşma işlərinə, qazın xaricə çıxmasının qarşısını alan xüsusi vasitələr tətbiq etdikdə yol verilə bilər.

7.16. Ayırmaları istismar olunan qaz kəmərinə qaynaqla qoşduqdan sonra, tikişlər cihaz vasitəsilə, yaxud sabunlamaqla iş təzyiqinin kipliyi yoxlanılmalıdır.

7.17. Əgər yeni qaz kəmərlərini istismar olunan qaz kəmərlərinə qoşduqdan sonra qaz verilmirsə, hər birləşdirilən yeni qaz kəmərinin qurtaracağında bağlama qurğusundan sonra tıxac qoyulmalıdır. Binaya daxil olan girişlər daxili qaz kəmərlərindən açılmalıdır.

7.18. QPM-in və qaz təsərrüfatlarının başqa obyektlərinin, şəhərin, qəsəbənin, kənd yaşayış məntəqəsinin, həmçinin sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin qızdırıcı qazanxanalarının, qaz kəmərlərinin istismara buraxılması onların istismara qəbulu aktları əsasında və qanunla müəyyən edilən hallarda lienziya və ya icazə təqdim edildikdə həyata keçirilir.21

7.19. Qaz təhlükəli olduğu üçün onun buraxılması (verilməsi) bu Qaydaların 8-ci bölməsinin tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Qaz kəmərlərinə, QPM-ə və qazla işləyən obyektlərin qaz avadanlıqlarına qazın buraxılması üzrə işlərin qaz təsərrüfatı müəssisələrinin ixtisaslaşdırılmış briqadaları və ya onların vəzifəsini yerinə yetirən təşkilat, yaxud ixtisaslaşdırılmış işə buraxma-sazlama təşkilatları tərəfindən aparmasına icazə verilir.

7.20. Qaz kəmərlərinə, QPM-ə istehlakçıların qaz şəbəkələrinə qazın buraxılmasını həyata keçirən briqada qazı buraxmazdan əvvəl qaz kəmərini nəzərdən keçirməli və qaz avadanlıqlarının saz olmasını yoxlamalıdır.

7.21. Bütün qaz kəmərləri, onlara qaz buraxılmazdan əvvəl, istismar təşkilatı tərəfindən kipliyi yoxlamaq üçün üfürülməlidir. İctimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrindəki və yaşayış evlərindəki qaz kəmərləri nəzərdən keçirildikdən və aşkar edilmiş nasazlıqlar aradan qaldırıldıqdan sonra, yoxlamaq üçün (qaz odluqlarının qarşısındakı kranlara qədər) 500 mm su sütunu, yaxud 500 daPa təzyiq altında hava ilə üfürülüb kipliyə nəzarət məqsədilə yoxlanılır. Üfürmə zamanı 5 dəqiqə müddətində təzyiqin aşağı düşməsi 20 mm su sütunundan (20 daPa) artıq olmamalıdır.

Sənaye, kommunal, kənd təsərrüfatı müəssisələrinin və qızdırıcı qazanxanaların daxili qaz kəmərləri, QPM (QPQ) avadanlıqları və qaz kəmərləri 1000 mm su sütunu (0,01 MPa) təzyiq altında üfürülərək kipliyə nəzarət üçün yoxlanılır. Bu halda 1 saat müddətində təzyiqin aşağı düşməsi 60 mm su sütunundan (60 daPa) artıq olmamalıdır.

Yeraltı və yerüstü qaz kəmərləri hesablanmış təzyiqdən asılı olmayaraq 2000 mm su sütunu (0,02 MPa) təzyiq altında hava ilə üfürülərək nəzarət üçün yoxlanılmalıdır. Təzyiqin aşağı düşməsi 1 saatda 10 mm su sütunundan (10 daPa) artıq olmamalıdır.

Nəzarət yoxlamalarının yekunları qaz təhlükəli işlərin yerinə yetirilməsinin tapşırığında qeyd edilməlidir.*

7.22. Qaz kəmərlərinə qaz buraxılan zaman, onlar bütün hava çıxana kimi qazla üfürülməlidir. Üfürmənin keyfiyyətini yoxlamaq üçün götürülən nümunənin analizi, yaxud yandırılması üsulu ilə təyin edilir. Bu halda qazdakı oksigenin miqdarı 1 faizdən artıq olmamalıdır, qaz isə arası kəsilmədən sakit yanmalıdır.

Qaz kəmərlərindən qazı çıxararkən, onlar hava ilə, yaxud təsirsiz qazla, qaz tamamilə basılıb çıxarılanadək üfürülməlidir. Üfürmənin qurtarması borudan götürülən havanın, yaxud təsirsiz qazın analizi ilə təyin edilir. Üfürülən havada qalan qazın miqdarı qazın alışmasının aşağı həddinin 1/5-dən artıq olmamalıdır.

Boru kəmərlərini üfürdükdə qaz-hava qarışığını binalara, pilləkən boşluqlarına və həmçinin tüstü bacalarına, ventilyasiya kanallarına və s. buraxmaq olmaz. Qaz kəmərlərinin üfürülməsi aparılan binaların havası dəyişdirilməlidir.

Qaz kəmərlərini üfürən zaman qaz-hava qarışığı elə yerlərə buraxılmalıdır ki, o, binalara habelə hər hansı bir od mənbəyindən alışa biləcək yerlərə keçməsin.

7.23. Şəhərlərin, qəsəbələrin, kəndlərin, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin qaz təsərrüfatının istismara buraxılmasına obyektin qəbul edilməsi aktı, qaz kəmərlərinin texnoloji sxemi, qazdan təhlükəsiz istifadə edilməsi üzrə təlimatlar və istismar sənədləri, baş verə biləcək qəzaların qarşısının alınması planı, qaz təsərrüfatında xidmət edən mühəndis-texniki işçilərin və fəhlələrin təlimi və biliklərinin yoxlanılması barədə sənədlər, həmçinin sənaye, kommunal və kənd təsərrüfatı müəssisələrində, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrində qaz təsərrüfatına cavabdeh şəxslərin təyin edilməsi barədə əmr olduqda icazə verilir.

7.24. Sənaye, kommunal, yaxud kənd təsərrüfatı müəssisəsində işləyən qaz təsərrüfatı olduqda, yeni qaz avadanlıqlarının istismara buraxılması (qazın verilməsi) qaz təsərrüfatı müəssisəsi nümayəndəsinin iştirakı ilə müəssisənin qaz xidməti tərəfindən aparılır. Əgər müəssisədə qaz xidməti yoxdursa, qazın buraxılması işləri qaz təsərrüfatı müəssisəsi tərəfindən aparılmalıdır.

Xüsusən mürəkkəb qaz aqreqatının işə buraxılması və sazlanması üçün ixtisaslaşdırılmış təşkilatlar cəlb edilməlidirlər.

7.25. İctimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin qaz avadanlıqlarının, həmçinin qızdırıcı qazanxanaların və yaşayış evlərinin avadanlıqlarının istismara buraxılması müəssisənin qaz təsərrüfatı tərəfindən, yaxud onu əvəz edən təşkilat tərəfindən həyata keçirilir.

7.26. Qazın buraxılması üzrə işlərin qurtarması, qaz təhlükəli işlərin görülməsi üçün verilən tapşırıqda qeyd edilir, obyektin texniki-icra sənədlərinə əlavə olunur və onunla birlikdə saxlanılır.

7.27. Qaz tənzimləyici məntəqələr və qaz yanacağından istifadə edən aqreqatların yerləşdiyi sənaye və kommunal müəssisələrinin binaları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə normalarına uyğun olaraq yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir.22



Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin