Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 159,23 Kb.
səhifə11/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
2. 103 saylı qərar

Balon dəstəsi qurğuları
6.9. Tərkibində ikidən artıq balon olan qaz təchizatı qurğusu balon dəstəsi qurğuları hesab edilir.

6.10. Balonlar bağlanan şkaflarda yerləşdirilməli, yaxud onların mühafizəedici bağlanan örtükləri olmalıdır. Balonlu şkaflar və örtüklə mühafizə olunan balonlar yerin səthindən 0,1 metrdən artıq hündürlükdə, yanmayan materialdan olan özül üzərində quraşdırılmalıdır.

6.11. Mühafizə örtüklü balonlardan ibarət olan və binalardan aralı yerləşdirilən balon dəstəsi qurğularının yanmayan materiallardan hasarı və xəbərdaredici yazısı olmalıdır.

Balonlardan hasara qədər məsafə 1 metrdən az olmamalıdır.

6.12. Balon dəstəsi qurğularını, qızdırılan xüsusi tikintilərdə, yaxud binanın bütöv divarına əlavə olunmuş tikintidə yerləşdirmək olar. Bina ventilyasiya olunmalıdır. Binanın elektriklə işıqlandırılması partlayışdan mühafizə qaydalarına uyğun yerinə yetirilməlidir.

Qızdırıcı cihazların səthinin temperaturu 95°C (468K)-dən binanın temperaturu 30°C (303K)-dən artıq olmamalıdır.

6.13. Balon dəstəsi qurğusunda qazın təzyiqini azaltmaq üçün təzyiq tənzimləyicisi (reduktor), buraxıcı-qoruyucu klapan, ümumi açıcı qurğu və alçaq təzyiqli tərəfdə manometr (manometr üçün ştutser) olmalıdır.

Əgər təzyiq tənzimləyicisində buraxıcı-qoruyucu klapan quraşdırılıbsa, əlavə klapanın qoyulması vacib deyil.

Balon dəstəsi qurğuları binalarda yerləşdirildikdə, qoruyucu klapana birləşən buraxıcı boru kəmərlərinin uc hissələri binadan bayıra, onun ventilyasiya üçün hava götürən kanalı olmayan divarına çıxarılmalıdır. Bu tələbin yerinə yetirilməsi mümkün olmadıqda, buraxıcı boru kəmərlərinin uc hissələri ilə sorma ventilyasiyası üçün hava götürən yer arasındakı vertikal məsafə 3 metrdən az olmamalıdır.

Bayırdakı balon dəstəsi qurğularının qoruyucu klapanlarından çıxan buraxıcı boru kəmərlərinin quraşdırılması bu Qaydaların 5.20 bəndinin tələblərinə uyğun olmalıdır.



Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin