Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Buxarlaşdırıcı və qarışdırıcı qurğular



Yüklə 159,23 Kb.
səhifə7/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   23
2. 103 saylı qərar

Buxarlaşdırıcı və qarışdırıcı qurğular
5.52. Buxarlaşdırıcı qurğular otaqların içərisində və bayırda qoyula bilərlər. Bayırda qoyulan buxarlaşdırıcı qurğular çənlərdən ən azı 10 metr aralı yerləşdirilməlidir. Ümumi istehsalı 200 kq/saata qədər olan buxarlaşdırıcı qurğular nasos-kompressor bölməsinin binasında, 200 kq/saatdan artıq olanlar isə texnoloji sexin ayrı otağında və ya həmin binanın qazdan istifadə edən qurğular olan ayrı otağında, yaxud otaqdan kənarda yerləşdirilə bilərlər. Buxarlaşdırıcı qurğuları zirzəmilərdə, binaların kürsü hissəsində, yerin altında və çalalarda yerləşdirmək olmaz.

5.53. Buxarlaşdırıcıları binaların bayırında yerləşdirdikdə, onların armaturları mexaniki zədələnmələrdən və atmosfer yağıntılarından qorunmalıdır.

5.54. Buxarlaşdırıcılar qruplarla yerləşdirildikdə onlar arasındakı məsafə 1 (bir) metrdən az olmamalıdır.

5.55. Buxarlaşdırıcılar, maye fazanın buxarlaşdırıcıdan buxar fazasının boru kəmərinə düşməsinin qarşısını alan xüsusi qurğularla və qoruyucu klapanlarla təmin edilməlidir.

QDS-ın obyektlərini (qazanxanaları və s.) qaz ilə təmin etmək üçün buxarlandırıcıdan qaz verdikdə buxarlandırıcının buxar fazasının çıxışındakı boru kəmərində təzyiq tənzimləyicisi və qoruyucu klapan qoyulmalıdır. Boru kəmərində təzyiqin normadan çox artmasına imkan verməyən xüsusi qoruyucu qurğusu olan təzyiq tənzimləyiciləri quraşdırıldıqda, əlavə klapanın qoyulması vacib deyil.

5.56. Qarışdırıcı qurğular buxarlandırıcı qurğularla bir kompleks şəklində yerləşdirilməlidirlər. Qarışdırıcı qurğuların istehsal gücü, onların konstruksiyası və yerləşdirilməsi Dövlət Tikintikom tərəfindən təsdiq edilmiş müvafiq TN və Q-nın tələblərinə uyğun olmalıdır.

5.57. İstehlakçılara qaz-hava qarışığı verilərkən, onun tərkibi partlamanın yuxarı həddinin iki qatından az olmadıqda, qarışığın şəbəkəyə verilməsini kəsən avtomat qurğular tətbiq edilməlidir.

5.58. Qarışdırıcı kameraya qaz və hava verən boru kəmərlərində qazın və havanın təyin olunmuş nisbətlərini avtomatik olaraq saxlaya bilən və göstərilən komponentlərdən birinin qarışdırıcıya verilməsi qəflətən kəsildikdə, bütün verilişi kəsə bilən əks-klapanların, təzyiq tənzimləyicilərinin və blokirovka qurğularının quraşdırılması nəzərdə tutulmalıdır.



Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin