Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Qazdoldurma stansİyaları, qazdoldurma məntəqələrİ, avtomobİl qazdoldurma stansİyaları



Yüklə 159,23 Kb.
səhifə6/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
2. 103 saylı qərar

5. Qazdoldurma stansİyaları, qazdoldurma məntəqələrİ, avtomobİl qazdoldurma stansİyaları

Mayeləşdirilmiş qazların qazdoldurma stansiyaları
5.1. Qazdoldurma stansiyaları (QDS) — qaz istehsal edən müəssisələrdən, yaxud qaz anbarlarından dəmir yolu, su, avtomobil nəqliyyatı ilə, yaxud boru kəməri vasitəsilə daxil olan mayeləşdirilmiş karbohidrogen qazlarını qəbul etmək və istehlakçılara buraxmaq məqsədi daşıyan müəssisələrdir. Mayeləşdirilmiş qazların məntəqə (sahə) bazası müəssisələri də QDS-ı kimi eyni məqsəd daşıyır.

5.2. QDS xüsusi olaraq ayrılmış sahədə, habelə sənaye müəssisələrinin ərazisində yerləşdirilə bilərlər. QDS-də qaz saxlanılan çənlərin həndəsi həcmi 8000 m3-dən artıq olmamalıdır.

Sənaye müəssisələrinin ərazisində yerləşən və ancaq həmin müəssisənin obyektlərini təchiz edən QDS çənlərinin həndəsi həcmi 500 m3-dən artıq olmamalıdır.

Çənin həcmi 500 m3-dən artıq olduqda, habelə həmin QDS-də başqa müəssisələr, yaxud yaşayış və kommunal-məişət obyektlər üçün qaz balonları doldurulursa, belə QDS-ə sənaye müəssisələri ərazisindən kənarda yerləşən qazdoldurma stansiyasına olan tələblər verilməlidir.

5.3. QDS-in yerləşdirilməsi, QDS-lə binalar və müxtəlif təyinatlı tikintilər arasındakı təhlükəsiz məsafə, QDS-də mayeləşdirilmiş qazları saxlamaq üçün çənlərin sayı və tipi Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi Tikinti Norma və Qaydalarının (TN və Q) (əlavələr 11—14) tələblərinə uyğun olmalıdır.

5.4. QDS-ın ərazisi istehsalat zonasına və köməkçi zonaya ayrılır.

1) İstehsalat zonasında aşağıda göstərilən binalar və tikintilər yerləşdirilə bilər:

mayeləşdirilmiş qazları dəmir yolu çənlərindən saxlama bazasının çənlərinə boşaltmaq üçün estakadalı dəmir yol xətti və boşaltma qurğusu;

mayeləşdirilmiş qazları saxlamaq üçün çənləri olan saxlama bazası;

texnoloji şöbələr: nasos-kompressor şöbəsi, doldurucu şöbə, balonlardan buxarlanmayan qalığı və qazı boşaldan şöbə, nasaz ventillərin və klapanların dəyişdirilməsi şöbəsi, doldurulmuş və boş balonların yerləşdirilməsi üçün yükləmə-boşaltma meydançası, ventilyasiya avadanlığı üçün bina, hava kompressoru şöbəsi və məişət binaları;

QDS-ın texnoloji sxeminə uyğun olaraq mayeləşdirilmiş qazın nəql edilməsi üçün meydançadaxili boru kəmərləri;

avtosisternləri mayeləşdirilmiş qazla doldurmaq üçün kalonkalar və QDS-ə avtomobil nəqliyyatı ilə gətirilən mayeləşdirilmiş qazı avtosisternadan boşaltmaq üçün kalonkalar;

avtotərəzilər;

buxarlanmayan qazları balonlardan boşaltmaq üçün çənlər;

buxarlandırıcı qurğular və mayeləşdirilmiş qaz buxarlarını hava ilə qarışdırmaq üçün qurğular.

2) Köməkçi zonada aşağıda göstərilənlər yerləşdirilə bilər:

köməkçi otaqların binası (inzibati-təsərrüfat binası, laboratoriyalar, qazanxana, nasosxana, avadanlıqların və balonların təmiri üzrə mexaniki emalatxanalar, akkumulyator otağı və s.);

transformator yarımstansiyasının binası;

avtomobillərin dayanması üçün açıq meydança, yaxud avtomobillərə texniki xidmət edilməsi üçün bina;

yanğından mühafizə üçün ehtiyat su çənləri;

su təzyiqi qülləsi;

anbar və başqa binalar.

İstehsalat zonasının ərazisindəki dəmir yolu xəttinin yanında balonlar üçün anbar yerləşdirmək olar;

köməkçi zonanın ərazisində isə qazanxananın qaz ilə təchiz etmək üçün buxarlandırıcı qurğular və qaz təsərrüfatının istismarı xidməti yerləşdirilə bilər.

Balonların yoxlanılması və rənglənməsi şöbəsi həm istehsalat zonasında, həm də köməkçi zonada yerləşdirilə bilər.

Əgər QDS-ın yerləşdiyi rayonda iqlim şəraiti xidmət işçilərinin və qoyulan avadanlığın normal işini təmin edirsə, QDS-ın nasosları, kompressorları, karusel aqreqatları, buxarlandırıcı aqreqatlar və başqa texnoloji avadanlıqlar açıq meydançalarda yanmayan materiallardan olan talvar altında da yerləşdirilə bilərlər.

5.5. QDS-ın ərazisindəki binaların və tikintilərin yerləşdirilməsi, həmçinin binalar və tikintilərin tipi və konstruksiyası Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq TN və Q-ın tələblərinə uyğun olmalıdır.

QDS ərazisindəki binalarda və tikintilərlə saxlama bazası arasındakı məsafə, 12-ci əlavədə göstərilənlərdən az olmamalıdır.

5.6. QDS-ın ərazisindəki binalarda yaşayış üçün otaq ayrılması, həmçinin də QDS-ə aid olmayan xidmətlər üçün otaq ayrılması (5.4 bəndində göstərilənlərdən başqa) qadağandır.

5.7. QDS-ın ərazisi hasara alınmalıdır. Hasar yanmayan materialdan hazırlanmalıdır və ərazidə havanın dəyişməsinə imkan verməlidir.

QDS ərazisinin istehsalat və köməkçi zonalarını yanmayan materiallardan hazırlanmış yüngül tipli konstruksiyalarla, yaxud hündürlüyü 1 metrdən artıq olmayan bitki kolları ilə ayırmaq lazımdır.

5.8. QDS-ın meydançadaxili yollarında nəqliyyat tikintiləri (keçidlər, cığırlar və s.) yanmayan materialdan hazırlanmalıdır. 5.9. QDS-ın ərazisində mühafizə işığı olmalıdır.

5.10. QDS-ın ərazisində saxlama bazasının torpaq bəndindən kənarda, çənin qırağından ağacın gövdəsinə qədər 5 metrdən az olmayan məsafədə yarpaqlı ağac növləri əkmək olar.

5.11. QDS ərazisindən kənarda hasarın perimetri üzrə eni 10 metrdən az olmayan boş zolaq saxlanılmalıdır. Bu zolaqdan kənarda mühafizə zonasında bağ sahələri, bostanlar salmaq və yarpaqlı ağac növləri əkmək, həmçinin çardaqsız (üstü açıq) anbarlarda yanmayan materiallar yerləşdirmək olar.*

5.12. QDS-ın ərazisi kənar əşyalardan, yana bilən materiallardan və zibildən təmizlənməlidir. Keçidlər və yollar boş olmalıdır.

QDS-ın ərazisində QDS-ın istehsalat prosesinə lazım olmayan materialların yığılması və saxlanılması qadağandır.

5.13. QDS-də çənlərin yerləşdirilməsi, onların tipi və əlaqələndirilməsi Azərbaycan Respublikası Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q) (əlavə 11—13-ə bax) tələblərinə uyğun olmalıdır.

Aşağı oturacağı yerin səviyyəsində, yaxud ərazinin planlaşdırma səviyyəsindən hündürdə olan çənlər yerüstü çən hesab edilir. Çənə bitişən sahə çənin divarından 6 metrə qədər olan ərazi hesab edilir.

Yuxarı hissəsi ərazinin planlaşdırma səviyyəsindən ən azı 0,2 metr aşağı olan çənlər yeraltı hesab edilir. Üstü ən azı 0,2 metr hündürlükdə olan, kənarları isə çənin kənarından ən azı 6 metr enində torpaqla örtülən çənlər də yeraltı çənlər hesab edilir.

5.14. Çənlər arasındakı məsafə (işıqda) iki yan-yana dayanan çənlərdən böyüyünün diametrindən az olmamalıdır; çənlərin diametri 2 metrə qədər olduqda onlar arasındakı məsafə böyük çənin diametrinin yarısı qədər olmalı, lakin 1 metrdən az olmamalıdır.

5.15. Tamamilə yerə basdırılmış çənlərin üzəri çənə bitişən sahə ilə birlikdə ərazinin planlaşdırma səthindən 0,3 metr hündürlükdə başdan-başa torpaqla örtülməlidir.

5.16. İkidən artıq yerüstü çənlər dəstələrlə yerləşdirilir. Çənlərin hər dəstəsinin tutumu 2000 m3-dən artıq olmamalıdır.

Dəstənin tutumu 200 m3-ə qədər olduqda dəstələr arasındakı məsafə 5 metrdən, 700 m3-ə qədər olduqda 10 metrdən və 700-dən 2000 m3-ə qədər olduqda 20 metrdən az olmamalıdır.

Dəstələr arasındakı məsafə çənlərin dəstəsi kənarları arasındakı məsafə kimi götürülür.

5.17. Yerüstü çənlərdə qapaqlara, armaturlara və cihazlara rahat xidmət edilməsi üçün marşlı metal pilləkənlər və stasionar meydançalar quraşdırılmalıdır. Pilləkənlərin və meydançaların hündürlüyü ən azı 1 metr olan əl tutacaqları olmalı və aşağı hissəsi ən azı 10 sm hündürlükdə bağlı olmalıdır.

Mayeləşdirilmiş qaz çənlərinə söykənən nərdivan quraşdırmaq olmaz.

5.18. Yerüstü çənlərdə açıcı qurğular, cihazları ştuserlərdən bilavasitə yaxınlıqda yerləşdirilməlidir. Yeraltı çənlərdə açıcı qurğular, qoruyucu qurğular və nəzarət ölçü cihazları torpaq örtüyü səviyyəsindən yuxarıda yerləşdirilməlidirlər.

5.19. Mayeləşdirilmiş qazlar üçün yerüstü və yeraltı çənlər mayenin səviyyəsini ölçən göstəricilərlə, manometrlərlə və qoruyucu klapanlarla təchiz olunmalıdır. Yerüstü çənlər, bundan başqa, donmayan drenaj klapanları ilə təchiz edilməlidir.*

5.20. Qoruyucu klapanlardan qaz şamlar vasitəsilə çıxarılmalıdır. Qoruyucu klapanların üfürülmə şamında açıcı qurğular quraşdırmaq olmaz. Bir neçə qoruyucu klapanı bir üfürülmə şamına birləşdirmək olar.

Çənlərdəki üfürülmə şamının hündürlüyü: yerüstü çənlərdə — xidmət meydançasından, yeraltı çənlərdə isə torpağın üst səviyyəsindən hesablamaqla 3 metrdən az olmamalıdır. Binadan kənarda quraşdırılan avadanlıqlarda və qaz kəmərlərində qoyulan üfürülmə şamının hündürlüyü onları birləşdirilən yerdən hesab etməklə 3 metrdən az olmamalıdır.

Binalarda yerləşən qaz kəmərlərində və avadanlıqlarda qoyulan üfürülmə şamları sexlərin və qazanxanaların daxilində olan qaz borularında bağlayıcı qurğusu olan üfürücü şamlar olmalıdır. Üfürücü şamların kənar hissəsi damdan 1 m hündürlüyə, mümkünsə ventilyasiyası olmayan divara çıxarılmalıdır. Bu tələblər mümkün olmadıqda, üfürücü şamların kənar hissəsindən hava axınına qədər məsafə şaquli vəziyyətdə 3 m-dən az olmamalıdır.

5.21. Açıq tipli səviyyəölçən şüşəsi olan maye səviyyəsinin göstəriciləri ən azı 18 kqq/sm2 (1,8 MPa) təzyiqə hesablanmalı, tezişləyən klapanlarla və bağlayıcı kranlarla təchiz edilməli və zədələnmələrdən qorunmalıdır.

5.22. Çəndə təzyiqin hesablanan təzyiqdən artıq artmasına səbəb olmayan hallarda çənin daxilində, yaxud xaricində qızdırıcı qurğu quraşdırmaq olar.

5.23. Yerüstü çənlərin günəş şüalarından qızmasının qarşısını almaq üçün onları açıq rənglə rəngləmək, yaxud kölgə yaradan örtüklərlə örtmək və yanmayan materialdan hazırlanmış talvar altında yerləşdirmək lazımdır.

5.24. Yeraltı çənlər müvafiq dövlət standartlarının tələblərinə uyğun olaraq korroziyadan qorunmalıdır.

5.25. QDS-ın ərazisi üzərindən elektrik hava xətləri çəkmək olmaz. Saxlama bazası ərazisində kabel xətlərini çənlərin istismarı üçün lazım olan nəzarət ölçü cihazlarına və avtomatlaşdırma cihazlarına çəkmək olar. Saxlama bazası ərazisində yerləşən nəzarət-ölçü cihazları və avtomatlaşdırma cihazları partlayışdan mühafizə tipli hazırlanmalıdır.

5.26. Qoyulan avadanlıqlar binaların partlayışdan və yanğından mühafizəsi təyin olunmuş sinfə uyğun olmalıdır.

5.27. QDS-ın boru kəmərləri ilə mayeləşdirilmiş qazların maye və buxar fazalarının yerlərinin dəyişdirilməsi üçün xüsusi hazırlanmış nasoslar və kompressorlar işlədilməli, yaxud bunlar propan-butan fraksiyalarının vurulması üçün yararlı olmalıdırlar.

5.28. Bir cərgədə iki və daha çox nasos, yaxud kompressor yerləşdirildikdə nəzərə almaq lazımdır ki, xidmət zonası üzrə əsas keçidin eni 1,5 metrdən, nasoslar arasındakı məsafə 0,8 metrdən, kompressorlar arasındakı məsafə 1,5 metrdən az olmasın, nasoslar və kompressorlar arasındakı məsafə 1,0 metr, nasosların və kompressorların binanın divarına qədər məsafəsi 1,0 metr olmalıdır.

5.29. Nasosların və kompressorların sorma və vurma qol borularında bağlayıcı qurğu, vurma qol borusunda isə, bundan başqa, əks-klapanlar olmalıdır.

Nasoslardan qabaqda üfürülmə şamları olan süzgəclər qoyulmalı, nasoslardan sonra isə təzyiqli boru kəmərlərində üfürmə şamları quraşdırılmalıdır ki, bunlar da süzgəclərin şamları ilə birləşdirilə bilər. Təzyiq kollektoru porşenli və burulğanlı nasoslardan ötürücü xətlərin tökmə çənlərindən boru kəmərləri ilə birləşdirilmiş diferensial klapanlarla təchiz olunmalıdır.

Sorma xətlərində kompressordan əvvəl üfürmə mexanizmi olan maye ayırıcıları, vurma xətlərində isə yağ ayırıcıları quraşdırılmalıdır.

Kompressorlar və nasoslar, onların işi normal parametrlərdən fərqləndikdə, həmçinin maye ayırıcılarında səviyyə yüksələn hallarda elektrik mühərriklərini dövrədən aça bilən avtomat qurğu ilə təmin edilməlidir.

5.30. Paz qayışlı ötürücülərdə müvafiq standartlara uyğun pazşəkilli qayışlardan istifadə olunmalıdır.

Kompressor avadanlığının iş vaxtı gərginlik altına düşə bilən bütün metal hissələri (özüllər, elektrik mühərriklərinin gövdələri, şkaflar, idarə pultları və s.) torpaqlanmalıdır.

Torpaqlayıcı qurğunun müqaviməti elektrik qurğularının quruluşu qaydalarına (EQQ) uyğun olmalıdır

5.31. Qayış ötürücülərinin hasarı qayışlardan ən azı 20 sm aralı qurulmalıdır.

5.32. Doldurma bölməsi elə tərtib edilməlidir ki, avtomobil nəqliyyatının, balonlar doldurulan bölməsinin binasına 5 metrdən az məsafəyə yaxınlaşmasına imkan yaradılmasın.

5.33. QDS-ın bütün partlayış təhlükəli örtülü binaları iş vaxtı havanın 1 saatda on həcmdən az olmayaraq, qeyri-iş vaxtı isə üç həcmdə dəyişdirə bilən sorucu-vurucu mexaniki ventilyasiyası ilə təmin edilməlidir.

Qeyri-iş vaxtı ventilyasiya mexaniki, təbii, yaxud qarışıq üsulla ola bilər.

Nasos-kompressor bölməsinin sorucu-vurucu ventilyasiyasından başqa qəza ventilyasiyası da olmalıdır.

Sorma sistemlərinin ventilyatorları partlayış qorxusu olan binalarda quraşdırılmış nasosların, kompressorların və başqa avadanlıqların elektrik ötürücüləri ilə elə blokirovka olunmalıdırlar ki, ventilyasiya işə düşmədən həmin avadanlıqlar işləyə bilməsinlər.

Qəza ventilyasiyası, binanın havasının təhlükəli qazla dolması haqqında xəbər verən cihazlar vasitəsilə birbaşa işə qoşulmalıdır. Qəza-sorma ventilyasiyasının işə düşməsi ilə birlikdə nasosların və kompressorların elektrik ötürücülərinin dövrədən açılması təmin olunmalıdır.

5.34. Partlayış təhlükəsi olan binaların sorucu-vurucu ventilyasiya sistemi partlayış təhlükəsi olmayan binaların ventilyasiyası ilə əlaqədar olmamalıdır.

Sorma ventilyasiyası kameralarının təbii ventilyasiyası olmalıdır.

5.35. Ventilyasiya binanın həm yuxarı, həm də əsas etibarı ilə aşağı zonalarının havasının dəyişdirilməsini təmin etməlidir. Çıxarılan bütün havanın həcminin azı 2/3 hissəsi aşağı zonalardan (döşəmədən ən çoxu 0,3 metr hündürlükdən) çıxarılmalıdır.

Yuxarı zonalarda havanın daim dəyişdirilməsini təmin etmək üçün sorma şaxtaları və deflektorları quraşdırmaq olar, ancaq onlarda şibel və drossel-klapanları qoymaq olmaz.

5.36. Balonların doldurulması postları, həmçinin buxarlandırma və yuyulma postları yerli sorucu ilə təchiz edilməlidir. Yerə dərinləşdirilmiş texnoloji avadanlıqların çalalarında, onların ölçüsündən asılı olaraq, havasoran, yaxud havavuran yerlər olmalıdır.

5.37. Ventilyasiya avadanlıqlarının sayı, onun tipi, yerləşdirilməsi və havanın sorulması və bayıra vurulması üçün qurğuların quraşdırılması Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydalarının (TN və Q-nın) və elektrik qurğularının quruluş qaydalarının tələblərinə uyğun olmalıdır.

5.38. Daimi xidmət işçiləri olmayan, qızdırılmayan istehsalat binalarının havasını əks tərəfdə duran divarların aşağı hissəsində qoyulmuş jalyüz şəbəkələri vasitəsilə ventilyasiya oluna bilər.

5.39. Vurma və sorma ventilyasiyası sisteminin hava boruları yanmayan materiallardan hazırlanmalıdır.

5.40. Sorma ventilyasiya sistemləri, partlayış təhlükəsi olan müvafiq sinifli otaqlarda işləmək üçün nəzərdə tutulan ventilyatorlarla təchiz edilməlidir.

Vurma ventilyasiya sistemlərinin verici hava borusunda əks-klapan qoyulduqda, adi qaydada hazırlanan avadanlıq işlədilə bilər.

5.41. Mayeləşdirilmiş qazların boru kəmərlərini kanallarla, həmçinin binaların altı və üstü ilə çəkmək olmaz. Mayeləşdirilmiş qaz kəmərinin qeyri-tranzit borularını QDS-ın əsas istehsalat binalarının xarici divarları ilə çəkmək olar. Bu halda armaturların, flyans və yivli birləşmələrini qapı-pəncərə boşluqları üstündə və onların altında yerləşdirmək olmaz.

5.42. Maye, yaxud buxar fazalı maye qaz boru kəmərlərini estakadalar və ya otağın içərisində zirehli kabellərlə, yaxud içərisindən elektrik naqilləri keçən polad borularla birlikdə çəkdikdə, sonuncular mayeləşdirilmiş qaz kəmərlərindən yuxarıda yerləşdirilməlidirlər.

5.43. Partlayış qorxusu olan otaqlarda bütün kommunikasiyaların girişləri (texnoloji boru kəmərləri, hava, buxar, su boruları və s.) otağın divarının hündürlüyünün ən azı 2/3 hissəsi ilə çəkilməlidir. Giriş deşikləri yanmayan materiallarla kip bağlanmalıdır.

Partlayış qorxusu olan otaqlar partlayış qorxusu olmayan otaqlardan havası beş qat dəyişdirilən dəhliz vasitəsilə ayrıldıqda, kommunikasiyaların çəkilməsi hündürlüyü normalaşdırılmır.

5.44. Otaqlardan kənarda yerləşən və bağlayıcı siyirtmə qurğusu ilə təchiz olunan maye fazalı yerüstü boru kəmərləri günəş şüalarında qızma nəticəsində təzyiqin artmasından qorunmalıdır. Bu hal üçün yer şəraitindən asılı olaraq mühafizə vasitəsi — qoruyucu klapanlar və boru kəmərləri açıq rənglə rənglənə bilər.

5.45. Mayeləşdirilmiş qazların boru kəmərləri yağlı boyalar vasitəsilə şərti rənglərlə işarələnməlidir: buxar fazalı boru kəmərləri — eninə qırmızı zolaqlı rənglə, maye fazalı boru kəmərləri — eninə qırmızı zolaqlı qəhvəyi rənglə rənglənməlidir. Maye fazalı xarici yerüstü boru kəmərlərinin, Azərbaycan Respublikası Dövlət Standartlarının tələblərinə uyğun olaraq, ayrı-ayrı sahələrinə fərqləndirici rənglər çəkilməklə, günəş şüalarını əks etdirə bilən açıq rənglərlə rənglənməlidir.

5.46. Boşaltma-doldurma qurğuları üçün 16 kqq/sm2, yaxud 1,6 MPa-dan az olmayan işçi təzyiqə hesablanmış dövlət Standartının «B» sinifli rezin-parça (elastik) qollar, yaxud texniki xüsusiyyəti «B» sinifli qollardan az olmayan başqa qollar tətbiq edilməlidir.

Qollardan stasionar boru kəmərləri kimi istifadə etmək qadağandır.

5.47. Qolların hər iki ucunda qabların ştutserinə və boru kəmərlərinə birləşdirilmək üçün xüsusi qurğular olmalıdır.

Rezin-parça qollar diametri 2 mm-dən az olmayan mis məftil, yaxud en kəsiyinin sahəsi 4 mm2-dən az və dolaq addımı 100 mm-dən artıq olmayan mis troscuqla sarınmalıdır. Məftilin, yaxud troscuğun hər iki ucu lent və ya bolt vasitəsilə qolların uclarına birləşdirilməlidir.*

5.48. Mayeləşdirilmiş (maye və buxar fazalı) qazları dəmir yolu çənlərindən boşaltmaq və avtoçənlərə doldurmaq üçün istifadə olunan qaz kəmərləri qollarında açma siyirtməsinə qədər olan aralıqda qaz qalığını sistemə, yaxud üfürmə şamına çıxarmaq üçün ştutser qoyulmalıdır. Ştutserin açma qurğusu olmalıdır.

5.49. Dəmir yolu çənlərindən qazı boşaltmaq üçün istifadə edilən boru kəmərlərinin rezin-parça qollardan ibarət sahələri olduqda, rezin-parça qolların birbaşa yaxınlığında əks-klapan qoyulmalıdır.

5.50. Mayeləşdirilmiş qazların boru kəmərlərindən torpağa birləşdirən elektrik ötürücüsü kimi istifadə etmək olmaz.

5.51. QDS-ə mayeləşdirilmiş qazları boru kəmərləri ilə vurduqda QDS-ın ərazisindən kənarda, çəpərdən ən azı 50 metr aralı boru kəmərində açıcı qurğu quraşdırılmalıdır.


Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin